Məhkəmə qərarları › İş №1(014)-16/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-16/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-16/2021 13.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X11 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi– Yevlax şəhəri Vəkil Bürosunun direktoru, vəkil Müdafiəçi Möhubbət oğlunun Təqsirləndirilən şəxs Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxx 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Ağdaş rayonu Qaradeyin kəndində küçədə Ağdaş rayonu Qaradeyin kəndində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq, ona həyatı üçün təhlükəli olmayan sağ gözaltı nahiyənin qançırı, burun əsası sümüyünün yerdəyişən sınığı, sol burun dəliyindən tənəffüsün pozulması, ümumi əmək qabiliyyətinin 1/3-nin hissəsindən az olmaqla (10%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq hərəkətləri edən zaman ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Ağdaş rayonu Qaradeyin kəndində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan üç dəfə götürüb barıya çırparaq Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs2 onun həmkəndlisi olduğunu, Məhəmmədlə münasibətlərinin yaxşı olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində əmisi İsrəfilin evinə getdiyini, əmisi İsrəfil ilə bir neçə rumka araq içdiklərini, daha sonra saat təxminən 19 radələrində əmisinin evindən çıxıb kəndidə yerləşən Zilfi adlı şəxsin çayxanasına getdiyini, orada Məhəmmədin həmkəndliləri ilə yeyib içdiyini gördüyünü, başqa masada əyləşib özünə pivə sifariş verdiyini, həmin vaxt Məhəmmədin sərxoş olduğunu, Məhəmmədin çayxanada ucadan nalayiq söyüşlər söyməyə başladığını, Zilfinin oğlu Əlinin də onu sakitləşdirmək istədiyini, lakin Məhəmmədin Əliyə əhəmiyyət vermədiyini, Əlinin də Məhəmmədi evlərinə aparmaq üçün küçəyə çıxardığını, həmin vaxt saat təxminən 23:30 radələri olduğunu, küçəyə çıxdığını və evinə getmək istədiyini, bu zaman Məhəmmədin ona nalayiq söyüşlər söydüyünü, əsəbləşib yumruqla bir neçə dəfə onu sifətindən vurduğunu, Məhəmmədin zərbədən yerə yıxıldığını, sonra isə aralandığını, Əlinin də gedib çayxanada olan şəxsləri çağırdığını, bu zaman Əlinin onun qabağını kəsdiyini, onun boyun nahiyəsindən tutduğunu, Əlini üç dəfə barıya çırpdığını, bundan sonra sakitləşdiyini və evinə getdiyini, hadisənin konkret olaraq xx.xx.2020-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşdıqları kənddə Yaşar adlı şəxsin evinin qarşısında küçədə baş verdiyini, hadisənin baş verməsinə səbəbin Məhəmmədin ona söyüş söyməsi olduğunu, hadisə zamanı orada Əlinin olduğunu, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, səs-küyə kənardan həmkəndlisi Bəhlulun oğlu Məhəmmədin gəldiyini, başqa şəxslərin də gəldiklərini, lakin kimlərin gəlməsini xatırlamadığını, Məhəmmədin həmkəndliləri Hacının oğlu Ruslan və X3 ilə yeyib-içdiyini, Məhəmmədi yumruqla sifət nahiyəsindən bir neçə dəfə vurduğunu, Məhəmmədin onu vurmadığını, Əlinin sadəcə onu ayırmaq üçün boynundan tutduğunu, onu vurmadığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində əməlindən peşman olduğuunu Təqsirləndirilən şəxs həmkəndlisi olduğunu, əvvəllər aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, həmişə münasibətlərinin yaxşı olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Qaradeyin kəndində Əlinin işlətdiyi kafeyə getdiyini, orada həmkəndliləri Abdullanın oğlu Teymurla yeyib içdiklərini, Əlinin də onlarla əyləşdiyini, yemək yeyib spirtli içki qəbul etdiklərini, daha sonra saat təxminən 20 radələrində Elvinin kafeyə gəldiyini, Elvinin onlardan ayrı masada əyləşdiyini və pivə sifariş verdiyini, təxminən 2-3 saat orada əyləşdiklərini, daha sonra saat 23:30 radələrində onu Bəhlulun oğlu Məhəmmədin, Elvini isə Əlinin evlərinə apardığını, hər ikisinin sərxoş olduğunu, Qəzənfərin evinin qarşısına çatan zaman Elvinə zarafatla ana söyüşü söydüyünü, aralarında ana zarafatı olduğunu, bu zaman Elvinin onun üzərinə gəldiyini, Elvinin onu vurmasını gözləmədiyini, Elvinin yumruqla onun sifət nahiyəsindən bir dəfə vurduğunu, yerə yıxıldığını və huşunu itirdiyini, ayılan zaman evdə olduğunu gördüyünü, daha sonra isə Əlinin onları aralamaq istədiyini, bu zaman da Elvin Əlini də götürüb divara çırpdığını sonradan bildiyini, hadisənin konkret olaraq xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində yaşadıqları Qaradeyin kəndində Yaşarla Qəzənfərin evinin arasında baş verdiyini, Elvin onu yumruqla bir dəfə sifətindən vurduğunu, huşunu itirdiyini, sonrasını xatırlamadığını, hadisə zamanı orada həmkəndliləri Əli və Bəhlulun oğlu Məhəmmədin olduğunu, onların hadisəni gördüklərini, hadisə zamanı səs-küyə kənardan kimlərin gəlməsini görmədiyini, lakin sonradan səs-küyə kənardan çox adamın gəldiyini bildiyini, Qəzənfərin oğlu Fəxrəddinin də gəldiyini, əvvəllər Elvinlə aralarında hər hansı bir söz-söhbət və narazılıq olmadığını, münasibətlərinin həmişə yaxşı olduğunu, Əlinin onları aralamaq istədiyini, lakin Elvinə gücü çatmadığını, Elvinin də onu götürüb 3 dəfə barıya çırpdığını, Əlinin Elvini vurub-vurmaması barədə heçnə bilmədiyini, bu barədə də heçnə deyə bilməyəcəyini göstərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, əvvəllər Elvinlə aralarında heç bir sözsöhbət və narazılıq olmadığını, atasının yaşadıqları Qaradeyin kəndində kafe işlətdiyini, özü də atasına kömək etdiyini, xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs2 onun işlətdiyi kafeyə gəldiyini, kafedə digər həmkəndliləri Teymur və Ruslanla birlikdə əyləşdiklərini, onların yemək yediklərini və spirtli içki qəbul etdiklərini, Elvinin isə saat təxminən 20 radələrində kafeyə gəldiyini, Elvinin də özünə pivə sifariş verdiyini, Elvinin tək əyləşdiyini, saat təxminən 23:30 radələrində Məhəmməd və Elvinin çox sərxoş olduqları üçün onları evlərinə aparmaq istədiyini, Elvinin özünün getdiyini, Məhəmmədi isə özünü apardığını, Yaşarın evinin qarşısından keçən zaman Məhəmmədin Elvinin ünvanına ağır söyüş söydüyünü, Elvinin də dərhal gedib onu yumruqla sifətindən vurduğunu, Məhəmmədin yerə yıxıldığını, yerdə isə Elvinin bir dəfə də Məhəmmədi yumruqla vurduğunu, digər Məhəmmədlə özü onları aralamağa çalışdıqlarını, Bayramın oğlu Məhəmmədin huşunu itirdiyini, Elvinə gücü çatmadığı üçün kafedə olan şəxsləri gedib çağırdığını, hadisə yerinə gələndə Elvinin evə gedib geri qayıtdığını gördüklərini, bu zaman Elvini sakitləşdirmək istədiyini, lakin gücü çatmadığını, buna görə də məcbur olub onu zərərsizləşdirimək üçün onun boynundan tutduğunu, bu zaman da Elvinin onu götürüb üç dəfə Yaşarın evinin barısına vurduğunu, sonra isə Elvinin sakitləşdiyini və çıxıb getdiyini, səs-küyə kənardan çox adam gəldiyini, lakin kənardan kimlərin gəlməsini görmədiyini, hadisənin konkret olaraq xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində yaşadıqları Qaradeyin kəndində Yaşar adlı şəxsin evinin qarşısında baş verdiyini, hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini, Elvinin Məhəmmədi vuran zaman orada özünün olduğunu, sonradan səs-küyə kənardan xeyli adam gəldiyini, lakin kimin gəlməsinə fikir vermədiyini, Elvinin iki dəfə yumruqla Məhəmmədi vurduğunu, Elvinin onu üç dəfə qaldırıb barıya çırpdığını, həmin vaxt orada adam çox olduğunu, yadında kimlərin olmasının qalmadığını, Elvini vurmadığını, sadəcə Elvini sakitləşdirmək üçün onun boynundan tutduğunu, çünki gücü çatmadığını, bu zaman da Elvinin onu barıya çırpdığını göstərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid4 ifadəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs onun həmkəndliləri olduğunu, əvvəllər onların heç biri ilə onun arasında heç bir söz-söhbət və narazılıq olmadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində həmkəndlisi Zilfinin işlətdiyi kafedə olduğunu, Məhəmməd və Teymurun onu yemək yeməyə çağırdıqlarını, onlarla əyləşdiyini, birlikdə yemək yeyib spirtli içki qəbul etdiklərini, həmin vaxt kafedə Zilfinin özü olmadığını, oğlu Əlinin işlətdiyini, təxminən 1 saat əyləşdiklərini, həmin vaxt Elvinin kafeyə gəldiyini, özü və Teymurun bir qədər əyləşdikdən sonra küçəyə çıxdıqlarını, özü də evə getdiyini, daha sonra saat təxminən 23:30 radələrində yenidən kafeyə qayıtdığını, küçədə xeyli adam olduğunu gördüyünü, küçədə olan şəxslərdən nə baş verdiyini soruşduğunu, orada olan şəxslərin ona Elvinlə Məhəmmədin dalaşdığını, Elvin də Məhəmmədi döydüyünü dediklərini, həmin vaxt Məhəmməd və Elvin orada olmadığını, Məhəmmədin evinə getdiyini, Məhəmmədin burnun qan olduğunu gördüyünü, Elvinin onu burun nahiyəsindən yumruqla vurduğunu, Elvinin Məhəmmədin ona söyüş söydüyü üçün onu döydüyünü dediyini sonradan bildiyini bildiyi qədər ilə həmkəndlisi Bəhlulun oğlu Məhəmmədin orada olduğunu, ancaq dəqiq bilmədiyini, həmçinin səs-küyə kənardan xeyli adam yığıldığını bildiyini bildirmişdir . Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs həmkəndliləri olduqları üçün tanıdığını, həmçinin Məhəmmədin onun bibisi nəvəsi olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 17 radələrində kənddə Zilfinin işlətdiyi kafeyə getdiyini, Zilfinin özünün orada yox olmadığını, oğlu Əlinin orada olduğunu, kafedə əyləşdiyini, saat təxminən 19 radələrində kafedən çıxıb getdiyini, bu zaman Məhəmməd və Hacının oğlu Ruslanın kafeyə gəldiklərini, çıxıb evinə getdiyini, sabahı gün Məhəmmədlə Elvin küçədə dalaşdıqlarını eşitdiyini, ancaq nə səbəbdən dalaşdıqlarını bilmədiyini, Elvinin Məhəmmədi döydüyünü bildiyini, Əli və Məhəmmədin ifadələrində onun, Məhəmməd və Ruslanın birlikdə kafedə yeyib içərkən həmin vaxt oraya Elvinin gəldiyini bildirməsi barədə onların yalan danışdıqlarını, Məhəmməd və Ruslan gələndə kafedən çıxdığını, Elvini isə kafedə görmədiyini, Elvinin Məhəmmədi döyməsini eşitdiyini, ancaq Əlini döyməsini eşitmədiyini, Elvinin Məhəmmədi döyməsinin səbəbini bilmədiyini, Elvinin küçədə Məhəmmədi döyməsini eşitdiyini, Əlini barıya çırpmasını bilmədiyini, hadisə zamanı orada kimlərin olmasını bilmədiyini, ancaq eşitdiyi qədər ilə səs-küyə kənardan çoxlu adam yığıldığını, Elvinin konkret olaraq Məhəmmədi nə ilə, neçə dəfə hansı nahiyəsindən vurmasını bilmədiyini, hadisə ilə bağlı elədə maraqlanmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs onun həmkəndliləri olduğunu, əvvəllər onların heç biri ilə aralarında söz-söhbət və narazılıq olmadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:30 radələrində evdə olan zaman küçədən səs-küy gəldiyini eşitdiyini, buna görə evdən küçəyə çıxdığını, küçəyə çıxan zaman Elvinlə Məhəmmədin dalaşdığını gördüyünü, onların hər ikisinin sərxoş olduğunu, Məhəmmədin yerdə uzanıqlı olduğunu, Elvinin onu döydüyünü, ancaq yenə də Elvin onu döyməyə çalışdığını, həmin vaxt orada olan Əli və özü onu aralamağa çalışdıqlarını, Əlinin Elvini aralamaq istəyən zaman Elvinin onu qaldırıb barıya vurduğunu, sonra Əli və özü Elvini bir təhər aralayıb apardıqlarını, lakin hadisənin nə səbəbə baş verməsini bilmədiyini, hadisə zamanı orada adam çox olduğunu, lakin yadında qalan Əli olduğunu, Elvinin yumruqla Məhəmmədi sifətindən vurduğunu, başqa necə vurmasını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 onun həmkəndliləri olduğunu, əvvəllər onların heç biri ilə aralarında heç bir söz-söhbət və narazılıq olmadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı kənddə yerləşən Zilfinin işlətdiyi kafedə olduğunu, saat təxminən 23:30 radələrində kafedə olan zaman Elvinlə Məhəmmədin dalaşmasını dediklərini, camaat hamı hadisə yerinə getdiyini, özü də digər şəxslərlə birlikdə hadisə yerinə getdiyini, Məhəmmədin orada olduğunu gördüyünü, orada olan insanların Məhəmmədin başına yığılışdıqlarını, Elvin isə orada olmadığını, onların dalaşmasının səbəbini bilmədiyini, Məhəmməd və hadisə zamanı orada adam çox olduğunu, lakin kimlərin olmasına fikir vermədiyini, həmçinin də qaranlıq olduğundan orada olan şəxslərin üzlərini görmədiyini, Elvinin Əlini barıya çırpması barədə eşitmədiyini, bu barədə də heçnə deyə bilmədiyini göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın Məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 549 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər – sağ gözaltı nahiyənin qançırı, burun əsası sümüyünün yerdəyişən sınığı, sol burun dəliyindən tənəfüssün pozulması, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla(10%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli 552 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində hər hansı bir xəsarət aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli 550 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsulliyətinə cəlb olunmuş Azərbaycan Respublikası CPM-nin 39.1.11 maddəsinəs əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə onun müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməmişdir. Cinayət işinə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilməsinə dair Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 3 ay müddətə seçilmiş həbs qətimkan tədbirinin qalan hissəsi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 263 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qaradeyin kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X5 atası; X1anası; X7-qardaşı; X8-qardaşı arvadı; X6-qardaşı qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Ağdaş rayonu, Qaradeyin kəndində küçədə Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq, ona həyatı üçün təhlükəli olmayan sağ gözaltı nahiyənin qançırı, burun əsası sümüyünün yerdəyişən sınığı, sol burun dəliyindən tənəffüsün pozulması, ümumi əmək qabiliyyətinin 1/3-nin hissəsindən az olmaqla (10%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs2 qarşı xuliqanlıq hərəkətləri edən zaman ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Ağdaş rayonu Qaradeyin kəndində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 küçədə olan kənar şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək özünü digər şəxslərin fövqündə üstün tutub heç bir əsaslı səbəb olmadan üç dəfə götürüb barıya çırparaq Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, həmin əməlləri törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə az ağır cinayət törətdiyini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar