Məhkəmə qərarları › İş №1(014)-16/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-16/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-16/2022 16.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, 05 avqust 1996-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Kükəl kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə 16 mart 2022-ci il tarixdə saat 11:00-da Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 16.07.2021-ci il tarixdə Göyçay rayon Potu kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs1 yaşadığı evə qonaq gələn zaman özgənin əmlakını gizli yolla talama qərarına gəlib, bu məqsədlə həmin tarixdə saat 12 radələrində azyaşlı övladını yatızdırmaq bəhanəsi ilə sonuncunun yaşadığı evin yataq otağına daxil olaraq, sol tərəfdə yerləşən güzgülü trümonun birinci siyirməsində olan 4 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 340 manat dəyərində 1 cüt sırğa, 7 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 cüt 595 manat dəyərində 1 cüt sırğa, 12 qram çəkidə, Rusiya isehsalı olan 583 əyarlı 1020 manat dəyərində 1 ədəd qolbağ və 8 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 680 manat dəyərində 1 ədəd qolbağnı ümumi olaraq 2635,0 manat dəyərində əmlakı qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar 23.09.2021-ci il tarixdə Ağdaş rayon Ərəb kəndində yaşayan əmisi arvadı Zərərçəkmiş şəxs2 yaşadığı evdə qonaq olduğu zaman özgənin əmlakını gizli yolla talama qərarına gəlib azyaşlı uşağını yatızdırmaq məqsədi ilə ev sahibəsinin ona ayırdığı mənzilin yataq otağından özgənin əmlakını talamaq məqsədi ilə həmin mənzildən sürməli daxılın birinici sürməsində plastik materialdan olan qabda Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd, 30 qram çəkidə, 583 əyarlı, 2550 manat dəyərində boyunbağını, 1 ədəd 6 qram çəkidə, 583 əyarlı 510 manat dəyərində qadın üzüyünü və 1 ədəd 7 qram çəkidə, 583 əyarlı 595 manat dəyərində qadın üzüyünü ümumi olaraq 3655,0 manat dəyərində əmlakı qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrar 03.10.2021-ci il tarixdə əri X11 rayon Kükəl kəndində yaşayan əmisi oğlu X1 yaşadığı evdə qonaq olduğu zaman özgənin əmlakını gizli yolla talama qərarına gəlib azyaşlı uşağını yatızdırmaq məqsədi ilə ev sahibinin ona ayırdığı mənzilin yataq otağından özgənin əmlakını talamaq məqsədi ilə həmin mənzildən mebel dəstində olan şüşə materialdan olan qabda Hüseyin Cəbrayılovun arvadı Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd, 4 qram çəkidə, 583 əyarlı, 340 manat dəyərində boyunbağını, 1 ədəd 10 qram çəkidə, 583 əyarlı 850 manat dəyərində cüt sırğanı, 1 ədəd 2 qram çəkidə, 583 əyarlı 170 manat dəyərində cüt uşaq sırğasını, 1 ədəd 6 qram çəkidə, 583 əyarlı 510 manat dəyərində qadın üzüyünü, 1 ədəd 5 qram çəkidə, 583 əyarlı 425 manat dəyərində nişan üzüyünü və 1 ədəd 4 qram çəkidə, 583 əyarlı 340 manat dəyərində üzüyünü ümumi olaraq 2635,0 manat dəyərində əmlakı qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, göstərilən ünvanda atası ilə birlikdə yaşadığını, ailəli olduğunu və himayəsində bir azyaşlı qız övladının olduğunu, əri Vasif Paşayev ilə 2018-ci ildə ailə həyatı qurduğunu və birgə nigahdan 27.02.2020-ci il təvəllüdlü Məryəm Paşayeva adlı qız övladının olduğunu, əri Vasifin hal hazırda Ağdaş rayon Kükəl kəndində yerləşən Kərpic emalı zavodunda işlədiyini, 14.10.2021-ci il tarixli ərizəni oxuduğunu və tanış olduğunu, X2 onun bibisi qızı olduğunu, bibisi qızı Matəmə ailə qurduğunu və Göyçay rayonunda yaşadığını, 14.07.2021-ci il tarixdə bibisi qızı Matəmənin ad günü olduğunu və qohumları ilə birlikdə Matəmənin yaşadığı Göyçay rayonu Potu kəndinə qonaq getdiklərini, həmin zaman azyaşlı övladının paltarları olan çantasını Matəmənin yataq otağına qoyduğunu, övladının paltarlarını dəyişən zaman Matəmənin yataq otağına keçdiyini, həmin zaman yataq otağında olan sürməli daxılın “termonun” üzərindən 4 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı bir cüt sırğa, 7 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı bir cüt sırğa, 12 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı bir ədəd qolbağ, 8 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı bir ədəd qolbağını oğurlayaraq övladının çantasına qoyduğunu, daha sonra yataq otağından çıxıb orada olan qonaqların yanına ondan şübhələnən olmaması üçün getdiyini, daha sonra oradan yaşadıqları evə gəldiyini, bir neçə gün keçdikdən sonra həmin qızılları satmaq qərarına gəldiyini, belə olub əmisi oğlu Vüqara zəng edərək ona paltar satışı ilə əlaqədar borcu yarandığı və həmin borcu ödəmək üçün ona pul lazım olduğunu və bu səbəbdən də özünə məxsus qızılları satmaq istədiyini bildirdiyini, daha sonra Vüqarın onun yaşadığı evə gəldiyini və ona 1 ədəd və 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbaq verdiyini, bundan sonra Vüqarın qızılları alıb getdiyini və həmin günün axşamı onlara gələrək ona qızılları 650 manata satdığını bildirdiyini, Vüqarın ona həmin 650 manat pulu verdiyini və özünün də ona 10 manat yol pulu verdiyini, bundan sonra 2021-ci ilin sentyabr axırlarında Ağdaş rayon ərəb kəndində yaşayan əmisigilə qonaq getdiyini, əmisigilə gedən zaman Süsənin qızı Nigarın evdə olduğunu, Süsənin özünün isə həmin gün günorta radələrində yaşadıqları evə gəldiyini, daha sonra biraz söhbət etməyə başladıqlarını, həmin zaman Süsənin yataq otağına keçmək istədiyini və ona azyaşlı övladını onun yataq otağında yatızdırmaq istədiyini, Süsənin də ona heç bir etiraz etmədiyini, daha sonra otağa keçdikdən sonra otaqda termonun qarşısında olan 02 ədəd qızıl qadın üzük və 01 ədəd qızıl “Tros” adlanan boyunbağını götürərək cibinə qoyduğunu, bundan sonra həmin gün axşam radələrində yaşadığı evə gəldiyini, təxminən bir neçə gün sonra yenə də Vüqara zəng edərək satılası qızıllarının olduğunu bildirdiyini, bundan sonra Vüqarın onun yaşadığı evə gəldiyini və həmin zaman ona Süsənin evindən oğurladığı 02 ədəd qızıl qadın üzük və 01 ədəd qızıl “Tros” adlanan boyunbağını verdiyini, Vüqarın da həmin qızılları götürərək getdiyini, qızılları apardıqdan sonra satan zaman Vüqarın ona zəng etdiyini, qızılı alan şəxs ilə Vüqarın onu danışdırdığını, Vüqarın anası kimi danışaraq qızılların özünə məxsus olduğunu dediyini, ehtiyacı olduğu üçün satdığını bildirdiyini və həmin gün axşam radələrində yaşadıqları evə qayıdaraq ona 950 manat pul verdiyini, özünün də həmin puldan ona 50 manat verdiyini, bundan sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində yaşadıqları Ağdaş rayonu Ərəb kəndində qonşuluqda yaşayan həmdə qohumu olan Hüseyin adlı şəxsin yaşadığı evə qaynanası və qaynatası ilə birlikdə qonaq getdiklərini, həmin zaman Hüseyn və arvadı Zərərçəkmiş şəxs3 yaşadıqları evdə olmadığını, həmin zaman qohumu Raziyə adlı qadına azyaşlı övladını yedizdirmək istədiyini bildirdiyini, bu zaman da Raziyə adlı qohumunun ona “keç otaqların birində uşağını yedizdir” dediyini, özünün də belə olub Hüseyn adlı qohumun yataq otağına girdiyini, həmin zaman otaqda olan rəfin içərisində qoymuş olduğu sarı rəngli qabın içərisində olan 01 ədəd qızıl boyunbağı, 01 cüt qızıl sırğa, 01 cüt qızlı uşaq sırğası, 01 ədəd də qızıl üzük oğurlayaq cibinə qoyduğunu, daha sonra həmin gün axşam Hüseyingildən yaşadıqları evə qayıdıb gəldiklərini, bir neçə gün keçdikdən sonra Vüqara zəng edərək yenə də satılası qızıllarının olduğunu bildirdiyini və onu yaşadıqları evə çağırdığını, Vüqarın da onların yaşadıqları evə gəldiyini və həmin zaman 01 ədəd qızıl boyunbağı, 01 cüt qızıl sırğa, 01 cüt qızlı uşaq sırğası, 01 ədəd də qızıl üzüyü Vüqara verdiyini, bundan sonra Vüqarın həmin qızılları götürərək yaşadığı evdən çıxıb getdiyini, daha sonra həmin gün Vüqarın yaşadıqları evə gəldiyini və ona həmin qızılları sataraq əldə etdiyi 500 manat pulu verdiyini, lakin bu dəfə ona pul vermədiyini, Vüqara ayrı-ayrı vaxtlarda oğurlayıb verdiyi qızılların oğurluq olması barədə ona heç bir söz demədiyini, həmin qızılların oğurluq olması barədə Vüqarın bilmədiyini, həmin oğurluq qızılların satılması nəticəsində əldə etdiyi pulları borclu olduğu şəxslərə hissə-hissə borclarını qaytardığını, maddi sıxıntının olması səbəbindən oğurluq etdiyini bildirmişdir. Məhkəmədə son sözündə ilk dəfə az ağır cinayət törətməsini, himayəsində az yaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanın tam ödənilməsini və Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələbinin olmamasını, digər zərərçəkmiş şəxslərə olan borcunu hissə-hissə qaytaracağını deməsini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evindən oğurluq hadisəsi baş verməsi ilə əlaqədar bildirdi ki, 2021-ci ilin iyul ayının ortalarında həyat yoldaşı X4 ona bildirib ki, yataq otağındakı güzgülü termonun birinci siyirməsində saxladığı ona məxsus 01 cüt qızıl sırğa, 01 ədəd qızıl sırğa və 02 ədəd qızıl qolbaq olan qızıl zinət əşyaları oğurlanıb. Həmin vaxt o, düşünüb ki, qızılları yəqin ki, azyaşlı qızı götürüb harasa atıb, buna görə də bu barədə rayon polis şöbəsinə heç bir məlumat verməmişdir. 21 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon Ərəb kəndində yaşayan qohumları ilə telefon əlaqəsi saxlayan zaman həyat yoldaşı Matəmənin Kükəl kəndində yaşayan dayısı qızı Fatimə adlı qadının yaşadığı kənd ərazisində öz əmisinin evindən qızıl zinət əşyaları oğurladığını, bu səbəbdən də Ağdaş rayon polis şöbəsində araşdırma aparıldığını öyrənmişdir. Bundan sonra da o, da onların evindən qızıl zinət əşyaları oğurlandığını bildikləri gündən bir neçə gün əvvəl, yəni 16 iyul 2021-ci il tarixdə Fatimənin azyaşlı uşağı ilə birlikdə həyat yoldaşı Matəmənin ad günü məclisinə gəldiyini, həmçinin, həyat yoldaşı Matəmə də sonradan ona bildirməsi zamanı həmin tarixdə Fatimənin evdə qonaq olan zaman azyaşlı uşağını yatızdırmaq üçün yataq otağına girdiyini, onların evindən oğurlanan qızıl-zinət əşyalarının da həyat yoldaşı Matəmənin dayısı qızı Fatimənin oğurlamasından şübhələndiyini və rayon polis şöbəsinə gedib ərizə ilə müraciət etdiyini, ona məxsus mənzildən ümumilikdə 2500 manat dəyərində 4 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı bir cüt sırğa, 7 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı bir cüt sırğa, 12 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı bir ədəd qolbağ, 8 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı bir ədəd qolbağın oğurlanmasını göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində heç bir ruhi əsəb və s. xəstəlikdən əziyyət çəkmədiyini, 23.09.2021-ci il tarixdə evdə olarkən yaşadığı evə qonaq olaraq Təqsirləndirilən şəxs gəldiyini, Fatimənin onun qaynı Çingizin qızı olduğunu, onunla bir qədər söhbət etdikdən sonra Fatimənin ona özü ilə gətirdiyi azyaşlı qızı Məryəmin yuxusu gəldiyini və onu yatızdırmaq istədiyini bildirdiyini və Fatiməni öz mənzilində ona məxsus yataq otağına istiqamətləndirdiyini, Fatimənin təxminən 30 dəqiqə həmin otaqda qaldığını və uşaq yatdıqdan az sonra əri Vasif Paşayevə zəng etdiyini və az sonra əri Vasifin gəldiyini və arvadı Fatiməni onun evindən götürüb öz yaşadıqları evə getdiyini, həmin vaxtdan sonra Fatimənin onun yaşadığı ünvana gəlmədiyini, bundan təxminən 2 gün sonra ona yaşadığı evdən əvvəlcədən yataq otagında sürməli daxıl olan daxılın birinci sürməsinə qoymuş olduğu özünə məxsus qızıllara baxdıqda qoymuş olduğu qızıllardan 1 ədəd 30 qram çəkidə olan 583 əyyarlı rusiya istehsalı olan qızıl boyunbağı, 1 ədəd 06 qram çəkidə olan 583 əyarlı rusiya istehsalı olan qızıl nişan qadın üzükü və 1 ədəd 07 qram çəkidə olan 583 əyarlı rusiya istehsalı olan qızıl qadın üzüyü yerində olmadığını gördüyünü, həmin vaxt orda başqa qızıllarının da olduğunu, lakin onlara toxunulmadığını, bundan sonra qızılları axtarmağa başladığını lakin həmin qızılları tapa bilmədiyini, qızılların oğurlanmasında qohumu Fatimədən şübhələnsə də heç bir əsası olmadığından ona heç bir söz demədiyini, bu səbəbdən də polis şöbəsinə baş vermiş hadisə ilə əlaqədar olaraq müraciət etmədiyini, sonradan ona Fatimənin onu baldızı Asimənin qızının evindən də oğurluq etdiyini bildiyini, Fatimənin özü və onun qohumları ilə dəfələrlə danışdıqlarını, “kim həmin qızılları oğurlayıbsa gətirib yerinə qoysun” dediklərini, lakin bütün bunlara baxmayaraq heç bir nəticə çıxmadığını, qızılların geri qaytarılmadığını, ona məxsus qızılların oğurlanması nəticəsində ona 3500 manat maddi ziyan dəydiyini, ona dəymiş maddi ziyanın tam olaraq ödənilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində 03.10.2021-ci il tarixdə yaşadığı evə qonaq olaraq Təqsirləndirilən şəxs qaynanası İlhamə ilə birlikdə gəldiyini, Fatimənin onun əri Hüseyinin əmisinin gəlini olduğunu, Fatimənin onlara qonaq gəldiyi gün evdə qayınanası Raziyə və qayınatası İlhamın olduğunu, yaşadığı evdə olarkən həmin vaxt Fatimənin uşağını yedizdirmək istədiyini bildirdiyini və qayınanasının Fatiməni onların yatdıqları otağa apardığını və orada Fatimənin uşağı yedizdirdiyini, az sonra otaqdan çıxdığını, həmin gün Fatimənin 2-3 saat yaşadığı evdə qonaq olduqlarını, səhəri gün ona qayınanasının yataq otağına baxmasını bildirdiyini, Fatimənin onların yatdığı otağda uşaq əmizdirdiyini dediyini və Fatimədən şübhələndiyini, o, yataq otağına baxdıqda şkafın içərisinə qoymuş olduğu sarı qabın içərisinə baxdıqda qızılların yerində olmadığını bildiyini, bundan sonra evdən qızılların oğurlandığını bildiklərini, evdən 4 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı 1 ədəd boyunbağı, 10 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı 1 cüt sırğa, 2 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı 1 cüt uşaq sırğası, 6 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı 1 ədəd Fantaziya qadın üzüyü, 5 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı 1 ədəd nişan üzüyü, 4 qram çəkidə, Rusiya istehsalı olan 583 əyyarlı 1 ədəd sadə üzüyün oğurladığını bilmişlər. Ümumi olaraq ona məxsus mənzildən 4000 (dörd min) manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını, həmin qızılları Fatimənin oğurladığını sonradan bildiyini, ilkin olaraq oğurluqla bağlı PŞ-nə müraciət etmədiklərini, buna səbəbin isə oğurluq edən şəxsin qaytarıb qızılları yerinə qoyacağını fikirləşdiyini, lakin bütün bunlara baxmayaraq Fatimənin qızılları geri qaytarmadığını, onlara dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyini, ona görə də barəsində qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun doğma əmisi qızı olduğunu, Fatimə ilə aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 2021-ci ilin iyun ayında əmisi qızı Fatimənin onun mobil telefonuna zəng edərək onu öz yaşadıqları evə dəvət etdiyini, onlara gedən zaman Fatimə ilə söhbət zamanı ona paltar satışı ilə əlaqədar borcu yarandığını və həmin borcu geri qaytarmaq üçün ona pul lazım olduğunu və bu səbəbdən də özünə məxsus qızılları satmaq istədiyini bildirdiyini, bundan sonra Fatimənin ona 1 ədəd və 1 cüt sırğa, 1 ədəd qızıl qolbağı verdiyini və həmin qızılları götürərək yaşadığı Ağdaş rayon Kükəl kəndindən Ağdaş rayonuna gəldiyini, rayon mərkəzinə gəldikdən sonra həmin qızılları “Universam” adlanan ərazidə yerləşən qızıl satışı ilə məşğul olan qızıl mağazasına 650 manata satdığını, bundan sonra həmin pulu gətirib Fatiməyə verdiyini, Fatimənin də həmin qızılın satışından əldə olmuş puldan ona gediş haqqı üçün 10 manat yol pulu verdiyini, bundan təxminən bir neçə gün sonra 2021-ci ilin sentyabr ayının axırlarında Fatimənin ona yenidən zəng edərək yenə də ona borcunun olduğunu və bu səbəblə də qızıllarını satmaq istədiyini bildirdiyini, özünün də onunla razılaşdığını və onun yaşadığı evə getdiyini, həmin zaman Fatimənin ona 02 ədəd qızıl üzük və 01 ədəd qızıl boyunbağı verdiyini, bundan sonra həmin qızılları Ağdaş rayonuna gətirdiyini və həmin qızılları Vüqar adlı qızıl satan şəxsə 950 manata satdığını və satmış olduğu qızılların pulunu Fatiməyə gətirib verdiyini və Fatimənin ona 50 manat pul verdiyini, bundan sonra təxminən oktyabr ayının 4-də təkrar olaraq Fatimənin ona zəng etdiyini və onunla yaşadığı həyət evində görüşdüyünü və Fatimənin ona 1 ədəd uşaq sırğası, 1 ədəd nazik uşaq boyunbağı, 1 ədəd sırğa və 1 ədəd üzük təqdim etdiyini və həmin əşyaları ondan qəbul etdiyini və təkrar olaraq Ağdaş rayonuna gəldiyini və Fatimənin ona vermiş olduğu qızılları Ağdaş rayonunda “Universam” arası deyilən yerdə qızıl mağazasına 500 manata satdığını, qızılın satışından əldə olunan pulu isə gətirib Fatiməyə verdiyini, lakin bu dəfə Fatimənin də həmin puldan ona pul vermədiyini, üç dəfə olmaqla ayrı-ayrı vaxtlarda Fatimənin ona vermiş olduğu qızılları satdığını, Fatimənin ona bu barədə heç kimə heçnə deməməyini, özünün də bu səbəbdən heç kimə heçnə demədiyini, Fatimənin ona 3 dəfə ayrı-ayrı vaxtlarda verdiyi qızıllları Fatimənin oğurlaması barədə məlumatının olmadığını, Fatimənin də ona bu barədə heçnə demədiyini, satdığı qızılların Fatimənin özünə məxsus olduğunu bilməsini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində uzun illərdir ki, Ağdaş rayonunda qızıl alqı-satqısı ilə məşğul olduğunu, hal hazırda Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qızıl mağazasını işlətdiyini, 24.09.2021-ci il tarixdə saat təxminən səhər radələrində işdə olduğunu, həmin zaman bir nəfər təxminən 23-25 yaşlarında orta boylu oğlanın ona yaxınlaşaraq qızıl satmaq istədiyini bildirdiyini, onun satmaq istədiyi qızıllara baxmaq üçün ondan qızılları təqdim etməsini bildirdiyini, həmin şəxsin ona təqdim etdiyi qızılların 01 ədəd təxminən çəkisi 25-30 qram çəkidə, 583 əyyarlıq Rusiya istehsalı olan “toros” boyunbağı, 01 ədəd təxminən çəkisi 6 qram çəkidə, 583 əyyarlıq Rusiya istehsalı olan üzərində yaşıl rəngli tək qaşlı “Şəbəkə” formalı qadın üzüyü və 01 ədəd təxminən çəkisi 4-5 qram çəkidə, 583 əyyarlıq Rusiya istehsalı olan sadə formalı qadın nişan üzüyünü götürüb baxdığını və bundan sonra həmin qızılları elektron tərəziyə qoyaraq çəkdiyini, qızılların çəkisini müəyyən etdikdən sonra qızılın hər bir qramı üçün həmin şəxsə 52 manatdan qiymətləndirib pul verdiyini, ümumi olaraq həmin şəxsin ona təqdim etdiyi qızılların təqribi çəkisi 35 qram olduğunu, həmin qızılları qəbul etdikdə həmin şəxsə 1500-1600 manat pul verdiyini, eyni zamanda həmin qızılları həmin şəxsdən qəbul edərkən qızılların haradan əldə etməsini və kimə məxsus olmasını soruşduqda həmin şəxsin ona qızılların onun anasına məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirdiyini, həmin vaxt ona inanmayıb anası ilə telefon vasitəsi ilə əlaqə saxlamasını bildirdiyini, həmin şəxsin öz istifadəsində olan mobil telefonla nömrə yığdığını və həmin nömrənin sahibinin onun anası olduğunu bildirirək telefonu ona verdiyini, telefonda danışdığı qadına həqiqətən qızılların ona məxsus olub-olmaması barədə sual verdiyini, həmin qadının da ona qızılların onun özünə məxsus olduğunu və satmaq məqsədi ilə həmin şəxsə, yəni oğluna verdiyini bildirdiyini, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi soruşduqda, sənədinin olmadığını dediyini və bundan sonra özünə məxsus mobil telefonla həmin şəxsin əlində ona satmaq istədiyi qızılları tutmuş vəziyyətdə fotoşəkilini çəkdiyini, həmin qızılları qəbul etdikdən sonra təxminən bir həftə özündə saxladığını, bir həftə sonra isə Bakı şəhərinə getdikdə qızıl qəbulu ilə məşğul olan şəxsə Bakı şəhərində “Lom” çəkidə satdığını, həmin qızılların oğurluq olmasını və hansı yolla əldə olunmasını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində heç bir ruhi əsəb və s. xətəlikdən əziyyət çəkmədiyini, Təqsirləndirilən şəxs və Şahid3 əvvəllər tanımadığını və qızıl alqı-satqısı ilə məşğul olduğunu, hal hazırda Ağdaş şəhəri “Universam” adlanan onlarla aralarında heç bir düşmənçilik və ədavətlərinin olmadığını, uzun illərdir ki, Ağdaş rayonunda küçədə yerləşən qızıl mağazasını işlətdiyini, 2021-ci ilin təxminən yay aylarında bir nəfər tanımadığı bir şəxsin on yaxınlaşdığını və ona qızıl satmaq istədiyini bildirdiyini, özünün də ona həmin tarixə olan qızılın qara bazar qiymətini yəni alış qiymətini bildirdiyini, lakin həmin vaxtdan bir müddət keçdiyi üçün həmin qiyməti tam olaraq xatırlamadığını bildirmişdir. Daha sonra həmin qızılları qəbul etdikdən sonra təxminən bir iki həftə özündə saxladığını və sonra isə Bakı şəhərinə getdikdə qızıl qəbulu ilə məşğul olan şəxslərə Bakı şəhərində “Lom” çəkidə satdığını o, həmin qızılların oğurluq olmasını və hansı yolla əldə olunmasını bilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.12.2021-ci il tarixli 9/8792 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus qızıl-zinət əşyaları 4 qram çəkidə, Rusiya isehsalı olan 583 əyarlı 1 ədəd 340 manat dəyərində boyunbağı, 10 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 cüt 850 manat dəyərində cüt sırğa, 2 qram çəkidə, Rusiya isehsalı olan 583 əyarlı 1 cüt 170 manat dəyərində cüt uşaq sırğası, 6 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 ədəd 510 manat dəyərində Fantaziya adlı qadın üzüyünü, 5 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 ədəd 425 manat dəyərində nişan üzüyü, 4 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 ədəd 340 manat dəyərində sadə üzük, cəmi 2635,0 manat müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs2 qızna məxsus qızıl-zinət əşyaları 30 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 ədəd 2550 manat dəyərində boyunbağı, 6 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 ədəd 510 manat dəyərində qadın üzüyü, 7 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 ədəd 595 manat dəyərində qadın üzüyü, cəmi 3655,0 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.12.2021-ci il tarixli 9/9414 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyaları 4 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 340 manat dəyərində 1 cüt sırğa, 7 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 1 cüt 595 manat dəyərində 1 cüt sırğa, 12 qram çəkidə, Rusiya isehsalı olan 583 əyarlı 1020 manat dəyərində 1 ədəd qolbağ, 8 qram çəkidə Rusiya isehsalı olan 583 əyarlı 680 manat dəyərində 1 ədəd qolbağ cəmi 2635,0 manat müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Kükəl kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Kükəl kənd İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli 468 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Kükəl kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X7-həyat yoldaşı: 27.02.2020-ci il təvəllüdlü X6qızıdır. İş materiallarında olan 22.12.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadəsi, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 yaşadığı evdən 3 ədəd deyil 1 ədəd qızıl üzük oğurlamasını bildirməsinə tənqidi yanaşılaraq bu xüsusat üzrə ifadəsi özünü müdafiə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində az yaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəməsini, Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbinin olmamasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, himayəsində az yaşlı övladının olması, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəməsini, Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbinin olmamasını, digər zərəçəkmiş şəxslərə olan borcunun hissə-hissə ödəyəcəyini deməsini nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 25 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 07:00-dək Ağdaş rayonu, Kükəl kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 100 manat (yüz manat) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar