Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-16/2025 25.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 480,26 qram eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və idarə etdiyi “Opel Astra” minik markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Aşağı Zeynəddin küçəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 18:00-dan 18:29-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunda təmiz çəkisi 10,26 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi qeyd olunan avtomobilə baxış zamanı yük hissəsində olan ehtiyat təkərin altından sellofan torbada təmiz çəkisi 470 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində təxminən 1-2 aydır ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Ağdaş şəhəri, Soyuqbulaq adlanan ərazidə gəzərkən arxın kənarından 1 ədəd sellofan torba görmüşdür. Həmin torbanı yerdən götürərək açmışdır. İçərisində narkotik vasitə olan “nəşə” adlandırdığı marixuana olmasını görmüşdür. Həmin bitkiləri daha sonra istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamışdır. Bir hissəsini isə istifadə etmək üçün siqaret qutusunun içərisinə yığaraq üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə o arxın kənarından tapdığı və istifadə etmək üçün üzərində və avtomobilində saxladığı narkotik vasitəni istifadə etmək üçün Ağdaş şəhəri, Aşağı Zeynəddin küçəsinə getmişdir. Təxminən saat 18 radələrində Ağdaş şəhəri, Soyuqbulaq adlanan ərazidə olan zaman polis əməkdaşları ona yaxınlaşmışdır ki, onlara məlumat daxil olub ki, onun üzərində və avtomobilində narkotik vasitə vardır və buna görə də üstünü yoxlayacaqlar və avtomobilinə baxış keçirəcəklər. O da heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşı ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişdir. Həmçinin polis əməkdaşı ona bildirmişdir ki, onun müdafiə hüququ var, araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunacaqdır. Bundan sonra polis əməkdaşı ona üzərində və ona məxsus olan “Opel Astra” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif etmişdir. O da üzərində olan qara rəngli şalvarın sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan siqaret qutusunu təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bitki kütləsinin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşduqda o da həmin bitki kütləsinin “nəşə” olduğunu, xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Aşağı Zeynəddin küçəsində, “Soyuq bulaq” adlanan ərazidə su arxının kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı üstünü yoxlamış və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və siqaret qutusu ilə birlikdə çəkisi 16 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılaraq, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Honor” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşı ondan idarə etdiyi avtomobildə narkotik vasitə olub-olmadığını soruşduqda o da ona məxsus olan “Opel Astra” minik markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan ehtiyyat təkərin altından sellofan torbada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Polis əməkdaşı üzərindən aşkar edilmiş bitki kütləsi ilə avtomobildən aşkar edilmiş bitki kütləsinin eyni yerdən tapıb-tapmadığımı soruşduqda o da hər iki bitki kütləsini qeyd etdiyi su arxının kənarından tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşı çəkisi bu qədər artıq olan bitki kütləsini hansı məqsədlə üzərində və avtomobilində saxladığını soruşmuş, o da hamısını şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 460 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşı avtomobilinə baxış keçirmiş və avtomobilindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra o polis şöbəsinə aparılmışdır. Polis şöbəsində üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Sonra ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra onun üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, üstünün yoxlanılması zamanı və avtomobilinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan diski, qablaşdıraraq götürdüyü üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni, avtomobilindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni və qablaşdıraraq götürdüyü ona məxsus mobil telefonu təhqiqatçıya təqdim etmişdir. Daha sonra avtomobilinin yük hissəsindən aşkar olunmuş 1 ədəd sellofan torbada içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin sellofan torbanın içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinə baxış keçirilmişdir. O həmin bitki kütləsinin “nəşə” olduğunu və ona məxsus olmasını, xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Soyuqbulaq adlanan ərazidə arxın kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin sellofan torba yenidən kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üzərindən aşkar edilmiş və qablaşdırılmış 1 ədəd siqaret qutusunda içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin siqaret qutusunun içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinə baxış keçirilmişdir. Bildirmişdir ki, həmin siqaret qutusundakı bitki kütlələri ona məxsusdur və 1 ədəd sellofan torbadakı bitki kütlələri ilə eyni yerdən, hamısını xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Soyuqbulaq adlanan ərazidə arxın kənarından tapmışdır. Bundan sonra həmin siqaret qutusu da yenidən kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra digər zərf açılmış və içərisindən ona məxsus 1 ədəd “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra həmin mobil telefon da yenidən kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı üzərində olan əyaları təqdim etməyini təklif etmişdir. O da əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra təhqiqatçı üzərində şəxsi axtarış aparmış, üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd açar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Həmin torbanın və siqaret qutusunun içərisindəki bitki kütlələri narkotik vasitə olan marixuanadır. O həmin torbanın və siqaret qutusunun içərisində olan bitki kütlələrini xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Ağdaş şəhəri, Soyuqbulaq adlanan ərazidə yerdən tapmışdır. O xx.xx.2024-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən Ağdaş şəhəri, Aşağı Zeynədddin küçəsi, Soyuqbulaq adlanan ərazidə saxlanılmışdır. O, narkotik vasitələrdən təxminən 2-3 aydır ki, istifadə edir. Həmin narkotik vasitəni də istifadə etmək məqsədilə üzərində saxlamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Onun üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından heç kimin xəbəri olmamışdır. Üzərimdən və avtomobilimdən aşkar edilmiş bitki kütləsi hamısı mənə məsusdur. Heç kim narkotik vasitənin çəkisini artırıb azaltmamışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş şəhər, S.Salehov küçəsi 11-də yaşayan Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri üzərində və idarə etdiyi “Opel Astra” minik markalı avtomobildə saxlayaraq daşıması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00-də Ağdaş şəhəri, Aşağı Zeynəddin küçəsində özünə məxsus avtomobildə saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bundan sonra ona üzərində və ona məxsus olan “Opel Astra” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. O da üzərində olan qara rəngli şalvarın sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan siqaret qutusunu təqdim etmişdir. Ondan həmin bitki kütləsinin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşduqda o da həmin bitki kütləsinin “nəşə” olduğunu, xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Aşağı Zeynəddin küçəsində, “Soyuq bulaq” adlanan ərazidə su arxının kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. Bundan sonra üstü yoxlanılmış və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və siqaret qutusu ilə birlikdə çəkisi 16 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılaraq, imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün üstündən aşkar edilmiş 1 (bir) ədəd “Honor” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olub-olmadığı soruşulmuş o da ona məxsus olan “Opel Astra” minik markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan ehtiyyat təkərin altından sellofan torbada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsi ilə avtomobildən aşkar edilmiş bitki kütləsinin eyni yerdən tapıb-tapmadığı soruşuldu o da hər iki bitki kütləsini qeyd etdiyi su arxının kənarından tapdığını bildirmişdir. Bundan sonra çəkisi bu qədər artıq olan bitki kütləsini hansı məqsədlə üzərində və avtomobilində saxladığı soruşulmuş, o da hamısını şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 460 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra avtomobilinə baxış keçirilmiş və avtomobilindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparılmışdır. Polis şöbəsində üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Sonra Təqsirləndirilən şəxs müdafiəçi təyin olunmuşdur. Bundan sonra şübhəli şəxsin üstü yoxlanılan və avtomobilinə baxış keçirilən zaman tərtib edilmiş protokol, üstünün yoxlanılması zamanı və avtomobilinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan disk, qablaşdırılaraq götürülmüş üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə, avtomobilindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə və qablaşdırılaraq götürülmüş mobil telefon təhqiqatçıya təqdim edilmişdir. Daha sonra avtomobilinin yük hissəsindən aşkar olunmuş 1 ədəd sellofan torbada içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin sellofan torbanın içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinə baxış keçirilmişdir. O, həmin bitki kütləsinin “nəşə” olduğunu və ona məxsus olmasını, xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Soyuqbulaq adlanan ərazidə arxın kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin sellofan torba yenidən kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üzərindən aşkar edilmiş və qablaşdırılmış 1 ədəd siqaret qutusunda içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin siqaret qutusunun içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin siqaret qutusundakı bitki kütlələrinin ona məxsus olmasını və 1 ədəd sellofan torbadakı bitki kütlələri ilə eyni yerdən, hamısını xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Soyuqbulaq adlanan ərazidə arxın kənarından tapdığını bildirmişdir. Bundan sonra həmin siqaret qutusu da yenidən kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİNin 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra digər zərf açılmış və içərisindən ona məxsus 1 ədəd “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra həmin mobil telefon da yenidən kağız zərfə qablaşdırıldı, üzəri Azərbaycan Respublikası DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı üzərində olan əyaları təqdim etməyini təklif etmişdir. O da əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd avtomobil açarını təqdim etmişdir. Daha sonra təhqiqatçı üzərində şəxsi axtarış aparmış, üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd açar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 da ibtidai istintaq dövründə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00-da Ağdaş şəhəri, Aşağı Zeynəddin küçəsində özünə məxsus avtomobildə saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində və özünə məxsus olan “Opel Astra” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan siqaret qutusunu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfimdən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Honor” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus olan “Opel Astra” minik markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan ehtiyyat təkərin altından sellofan torbada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 460 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən və avtomobilindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni özü xx.xx.2024-cü il tarixdə Ağdaş şəhərində su arxının kənarından tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində və avtomobilində saxladığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-17/896 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər olan kütlə” yazısı, adlar və imzalar olan 1 (bir) ədəd zərfin içərisindəki digər 1 ədəd zərfin içərisində olan 1 ədəd siqaret qutusunda, təmiz çəkisi - 10,26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər kütlə” yazısı, adlar və imzalar olan 1 (bir) ədəd zərfin içərisindəki digər 1 ədəd zərfin içərisində olan 1 ədəd sellofan torbada, təmiz çəkisi - 470 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 ədəd siqaret qutusunda və 1 ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 20 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nın X7 Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 259 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və ailə tərkibi X2 və X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 142 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:45də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 17:30-da Ağdaş RPŞ-nin MSY-dən həbsdən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 dekabr 2024-cü il tarixdən 05 dekabr 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 480,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 dekabr 2024-cü il tarixdən 05 dekabr 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 (dörd) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 480,16 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-16/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-16/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver