Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-160/2024 09.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X11 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ağdaş rayonu, Abad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı övladı olan, Ağdaş rayonu, Abad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayonu, Abad kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə və dava-dalaş zamanı arvadı Zərərçəkmiş şəxs sifətinin sağ nahiyəsindən sillə ilə bir neçə dəfə qəsdən vurmuş, daha sonra sol qolunu qəsdən buraraq Zərərçəkmiş şəxs üzün sağ almacıq nahiyəsinin qançırı, sol dirsək oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 06 noyabr 2024-cü il tarixə uyğun gələn və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır və 2016-cı ildə evlənmişlər. Birgə nikahlarından bir qız övladı var. Əvvəllər arvadı Zərərçəkmiş şəxs ilə arasında hər hansı mübahisə və dava-dalaş olmamış, münasibətləri yaxşı olmuşdur. Son zamanlarda iş tapa bilmədiyi və pul qazana bilmədiyi üçün arvadı Xəyalə ilə aralarında narazılıqlar yaranmışdır. 06 noyabr 2024-cü il tarixdə axşam saat 21:00 radələrində evə gəldikdən sonra arvadı Xəyalə ona evin soyuq olduğunu, yandırmaq üçün odun satın alıb gətirməsini demiş, o da yemək yedikdən sonra gedib alıb gətirəcəyini bildirmişdir. Yemək yemək üçün digər otağa keçib yemək yeyən zaman spirtli içki (araq) qəbul etmişdir. Arvadı Xəyalə onun yanına gələrək “sən bizim ailəyə baxmırsan ancaq spirtli içki qəbul edirsən, nə zamanadək mənim anam, atam bizim ailəyə baxacaq və maddi yardım edəcək” demişdir. Ona sakit olmasını, hər dəfə bu sözləri təkrarlamamasını bildirmişdir. Xəyalənin bu sözlərinə görə aralarında mübahisə baş vermiş və Xəyalə ona nalayiq sözlər demişdir. O, həmin sözlərdən əsəbləşərək Xəyalənin üzünün sağ nahiyəsindən sillə ilə bir neçə dəfə qəsdən vuraraq və sol qolunu tutub qəsdən buraraq xəsarət yetirmişdir. Arvadı Xəyalə onun yanından uzaqlaşmış və atası Şahid zəng edərək döyülməsini bildirmiş, daha sonra isə evdən çıxaraq atası Şahid evinə getmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olmasını, arvadı Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirib, barəsində olan materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs əri Yasin ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmasını bildirib, izahatında göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir və 2016-ci ildə evlənmişlər. Birgə nikahlarından bir qız övladı var. Əri Yasin tez-tez spirtli içki içir və heç bir yerdə işləmir, evə ərzaq almır, ailəsinə qayğı göstərmir, ailəsinin maddi ehtiyaclarını ödəmir. Buna görə də, əri Yasinlə aralarında narazılıqlar yaranmışdır. 06 noyabr 2024-cü il tarixdə axşam saat 21 radələrində evdə olan zaman əri Yasinə evin soyuq olduğunu, odun alıb gətirməsini demiş, lakin Yasin onun sözünə məhəl qoymayaraq digər otağa keçib yemək yeməyə başlamış və spirtli içki (araq) qəbul etmişdir. O, Yasinin yanına gedərək “sən bizim ailəyə baxmırsan ancaq spirtli içki qəbul edirsən, nə zamanadək mənim anam, atam bizim ailəyə baxacaq və maddi yardım edəcək” demiş, bu zaman Yasin əsəbləşərək onun ünvanına nalayiq sözlər dediyindən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əri Yasin qəsdən onun üzünün sağ tərəfindən sillə ilə bir neçə dəfə vuraraq və sol qolunu tutub qəsdən buraraq ona xəsarət yetirmişdir. O, əri Yasinin yanından uzaqlaşıb atası Şahid zəng edərək Yasinin onu döyməsini bildirmiş, daha sonra isə evdən çıxaraq atası Şahid yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Qızı Xəyalə son zamanlarda əri Təqsirləndirilən şəxs tez-tez spirtli içki içdiyini və heç bir yerdə işləmədiyini, evə ərzaq almadığını, ailəsinə qayğı göstərmədiyini, ailəsinin maddi ehtiyaclarını ödəmədiyini ona bildirmişdir. Buna görə də, qızı Xəyalə ilə Yasin arasında narazılıqlar yaranmışdır. 06 noyabr 2024-cü il tarixdə axşam saat 21:00 radələrində evdə olan zaman qızı Xəyalə ona mobil telefonla zəng edərək əri Təqsirləndirilən şəxs ilə yaşadıqları evdə mübahisə etdiklərini və əri Təqsirləndirilən şəxs onu sifətindən qəsdən vuraraq döyməsini, qolunu buraraq ona xəsasrət yetirməsini bildrimiş bundan sonra qızı Xəyalə onun yaşadığı evə gəlmişdir. Xəyalə gəldikdən sonra onun sifətinin sağ tərəfində və sol qolunda xəsarətlər olmasını görmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 593 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – üzün sağ almacıq nahiyəsinin qançırı, sol dirsək oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəmə tibbi-ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 602 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət aşkar olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli, 18-1-22/2-1583/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Abad kəndində yaşayan Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 avqust 2017-ci il tarixli, AZ-İİ № 210316 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 rayon Qeydiyyat şöbəsində 29 avqust2017-ci il tarixdə 248 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Mütəllimov, arvada Mütəllimova soyadı verilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, 5-32-12/2-461/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Abad kəndində yaşayan xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı xx xxx 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və övladı 12 iyul 2017-ci il təvəllüdlü X2 ibarətdir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 997209 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 iyul 2017-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq edilən sübutların yekununa əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayonu, Abad kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifətinin sağ nahiyəsindən qəsdən bir neçə sillə vuraraq, daha sonra sol qolunu qəsdən buraraq Zərərçəkmiş şəxs üzün sağ almacıq nahiyəsinin qançırı və sol dirsək oynağının əzilməsi nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı üçün ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Ağdaş rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Ağdaş rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(014)-160/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-160/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver