Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-165/2023 07.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Səməd Vurğun adına tam orta məktəbin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.2006-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, H.Əliyev prospekti 165/18 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.2004-cü ildə Rusiya Federasiyası, İrkutsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, M.Əfəndizadə küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 2022-ci ilin iyul ayının əvvəllərində təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfində olan dəmir hasardan tullanaraq məktəbin həyətyanı sahəsinə daxil olmuş, birinci mərtəbədəki plastik pəncərəni əli ilə itələyib açdıqdan sonra qanunsuz olaraq sinif otağına daxil olmaqla birinci mərtəbədəki pilləkənin altında olan dəmir qutudan açarları götürdükdən sonra məktəbin ikinci mərtəbəsindəki müəllimlər otağının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 açarla otağın qapısını açdıqdan sonra onunla birlikdə müəllimlər otağındakı yardımçı otağa daxil olmuş, həmin otaqdakı dolabda olan ümumilikdə 5 ədəd, 500 manat dəyərində işlək vəziyyətdə “Nexus” markalı notbuk gizli yolla talayıb oğurlamış, bundan sonra eyni niyyətlə 2022-ci ilin iyul ayının ortalarında təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 və X7 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasardan tullanaraq məktəbin həyətyanı sahəsinə daxil olmuş, birinci mərtəbədəki plastik pəncərəni əli ilə itələyib açdıqdan sonra qanunsuz olaraq sinif otağına daxil olmaqla birinci mərtbədəki pilləkənin altında olan dəmir qutudan açarları götürdükdən sonra məktəbin ikinci mərtəbəsindəki müəllimlər otağının qarşısına gəlmiş, açarla otağın qapısını açdıqdan sonra müəllimlər otağındakı yardımçı otağa daxil olmuş, həmin otaqdakı dolabda olan 2 ədəd, 260 manat dəyərində işlək vəziyyətdə “HP” markalı notbuk və 3 ədəd, 300 manat dəyərində işlək vəziyyətdə “Nexus” notbuku gizli yolla talayıb oğurlamış, bundan sonra eyni niyyətlə 2022-ci ilin iyul ayının sonlarında təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 və X7 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasardan tullanaraq məktəbin həyətyanı sahəsinə daxil olmuş, birinci mərtəbədəki plastik pəncərəni əli ilə itələyib açdıqdan sonra qanunsuz olaraq sinif otağına daxil olmuş, A.Məmmədov birinci mərtbədəki pilləkənin altında olan dəmir qutudan açarları götürdükdən sonra məktəbin ikinci mərtəbəsindəki müəllimlər otağının qarşısına gəlmiş, A.Məmmədov açarla otağın qapısını açdıqdan sonra müəllimlər otağındakı yardımçı otağa daxil olmuş, həmin otaqdakı dolabda olan 5 ədəd, 500 manat dəyərində işlək vəziyyətdə “Nexus” markalı notbuku və 1 ədəd, 200 manat dəyərində işlək vəziyyətdə “Acer” markalı proyektoru qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayıb oğurlamaqla vahid niyyətlə Səməd Vurğun adına 1 saylı tam orta məktəbə ümumilikdə 1760 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 2022-ci ilin iyul ayının əvvəllərində təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını vahid niyyətlə gizli olaraq talamaq məqsədi ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfində olan dəmir hasardan tullanaraq məktəbin həyətyanı sahəsinə daxil olmuş, Təqsirləndirilən şəxs2 birinci mərtəbədəki plastik pəncərəni əli ilə itələyib açdıqdan sonra qanunsuz olaraq sinif otağına daxil olamaqla birinci mərtəbədəki pilləkənin altında olan dəmir qutudan Təqsirləndirilən şəxs2 açarları götürdükdən sonra məktəbin ikinci mərtəbəsindəki müəllimlər otağının qarşısına gəlmiş, o açarla otağın qapısını açdıqdan sonra onunla birlikdə müəllimlər otağındakı yardımçı otağa daxil olmuş, həmin otaqdakı dolabda olan ümumilikdə 5 ədəd, 500 manat dəyərində işlək vəziyyətdə “Nexus” markalı notbuku gizli yolla talayıb oğurlamış, bundan sonra eyni niyyətlə 2022-ci ilin iyul ayının ortalarında təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs2 və X7 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasardan tullanaraq məktəbin həyətyanı sahəsinə daxil olmuş, Təqsirləndirilən şəxs2 birinci mərtəbədəki plastik pəncərəni əli ilə itələyib açdıqdan sonra qanunsuz olaraq sinif otağına daxil olmaqla birinci mərtbədəki pilləkənin altında olan dəmir qutudan Təqsirləndirilən şəxs2 açarları götürdükdən sonra məktəbin ikinci mərtəbəsindəki müəllimlər otağının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 açarla otağın qapısını açdıqdan sonra müəllimlər otağındakı yardımçı otağa daxil olmuş, həmin otaqdakı dolabda olan 2 ədəd, 260 manat dəyərində işlək vəziyyətdə “HP” markalı notbuk və 3 ədəd, 300 manat dəyərində işlək vəziyyətdə “Nexus” notbuku gizli yolla talayıb oğurlamış, bundan sonra eyni niyyətlə 2022-ci ilin iyul ayının sonlarında təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs2 və X7 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasardan tullanaraq məktəbin həyətyanı sahəsinə daxil olmuş, Təqsirləndirilən şəxs2 birinci mərtəbədəki plastik pəncərəni əli ilə itələyib açıdqdan sonra qanunsuz olaraq sinif otağına daxil olmuş, A.Məmmədov birinci mərtbədəki pilləkənin altında olan dəmir qutudan açarları götürdükdən sonra məktəbin ikinci mərtəbəsindəki müəllimlər otağının qarşısına gəlmiş, A.Məmmədov açarla otağın qapısını açdıqdan sonra müəllimlər otağındakı yardımçı otağa daxil olmuş, həmin otaqdakı dolabda olan 5 ədəd, 500 manat dəyərində işlək vəziyyətdə “Nexus” markalı notbuku və 1 ədəd, 200 manat dəyərində işlək vəziyyətdə “Acer” markalı proyektoru qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayıb oğurlamaqla vahid niyyətlə Səməd Vurğun adına 1 saylı tam orta məktəbə ümumilikdə 1760 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində anası X5 ilə birlikdə ünvan 2 ünvanında yaşadığını, hazırda Ağdaş rayonu Şıxlı kəndində orta məktəbin 10-cu sinfini bitirib 11-ci sinfinə keçdiyini, Təqsirləndirilən şəxs1 və Akif Məmmədovun tanışları olduğunu və aralarında heç bir ədavət və düşmənçiliyin olmadığını, 2022-ci il iyul ayının əvvəllərində təxminən saat 23 radələrində Natiqlə Ağdaş şəhərində görüşüb söhbət edən zaman aralarında axşam S.Vurğun adına 1 nömrəli orta məktəbin idman zalında tenis oynayacaqlarına dair razılaşdıqlarını, bu məqsədlə Natiqlə birlikdə təxminən saat 01 radələrində məktəbin arxa tərəfindəki hasardan atlayaraq həyətə daxil olduqlarını, məktəbin binasının yanına gəldiklərini və birinci mərtəbənin ibtidai siniflərin oxuduqları sinif otaqlarından birinin açıq olan pəncərəsini itələyib açdıqlarını və içəri daxil olduqlarını, sinif otağına daxil olduqdan sonra koridora çıxdıqlarını və koridorla gedərək pilləkənlərin altında dəmir qutu formalı yerdən açarları tapdıqlarını, onların oynamaq uçun tennis raketkalarını götürmək istədiklərini və həmin raketkaların birinci mərtəbədə Hicran müəllimənin otağında olduğunu fikirləşdiklərini və tapdıqları açarla Hicran müəllimin otağını açıb içəri daxil olduqlarını, lakin otaqda raketkaları tapmadıqlarını, Hicran müəllimənin otağında şkafın içərisindəki açarları götürdüklərini və raketkaların ikinci mərtəbədə Arzu müəllimin otağında olduğunu düşünüb müəllimlərin iclas otağının yanına gəldiklərini və otağı açarla açıb içəriyə daxil olduqdan sonra içəridəki Arzu müəllimin otağını da açarla açdıqlarını və otağa daxil olduqlarını, otaqda şkaflarda raketkaları axtaran zaman şkafda notbukları gördüklərini və onun həmin məktəbdən 9-cu sinifdən çıxdığından acıq almaq məqsədilə notbukları oğurlamağa qərar verdiyini və həmin təkliflə Natiqin də razılaşdığını, onların şkafdan 5 ədəd notbuk oğurladıqlarını və otaqdan çıxan zaman açarla qapıları bağladıqlarını, həmçinin Hicran müəllimin otağından götürdükləri açaları da və pilləkənin altından dəmir qutu formalı qabdan götürdükləri açarları da yerinə qoyduqlarını, məktəbə daxil olduqları pəncərədən çıxdıqlarını, 3 ədəd notbuku yaşadığı evin yaxınlığında əlillərin binasının ətrafındakı otluq ərazidə gizlətdiyini, 2 ədəd notbuku isə Natiqin özü ilə evinə apardığını, təxminən 1 həftə sonra Natiq və Akiflə görüşən zaman Akifə oğurluq etmələri barədə danışdıqlarını və yenidən oğurluq etmək barədə söhbət etdiklərini, Akifin də onlarla razılaşdıqlarını və birlikdə oğurluq etmək məqsədilə təxminən saat 01 radələrində məktəbin yanına gəldiklərini və üçünün birlikdə əvvəlki formada məktəbə pəncərədən daxil olduqlarını və yenidən eyni formada pilləkənin altındakı yerdən açarları götürüb Hicran müəllimin otağını açmaqla həmin otaqdan açarı götürüb üçünün birlikdə ikinci mərtəbəyə qalxdıqlarını və açarla otaqların qapısını açıb Arzu müəllimin otağındakı şkafdan 5 ədəd komputer oğurladıqlarını və özləri ilə gətirdikləri torbalara qoyduqlarını, yenidən otaqları açarlarla bağladıqlarını və açarları da götürdükləri yerlərə qoyduqlarını 5 ədəd oğurladıqları notbukdan 2 ədəd notbuku H.Əliyev parkından S.Səlimoğlu küçəsi istiqamətində gedən yolun kənarında kolların arxasında gizlətdiklərini, digər 3 ədəd notbuku isə Akifin özü ilə apardığını, sonuncu dəfə isə təxminən 2022-ci ilin iyul ayının sonlarında yenidən Akif və Natiqlə birlikdə yenidən oğurluq etmək məqsədilə məktəbin yanına gəldiklərini və yenidən eyni formada məktəbə pəncərədən daxil olaraq açarları götürüb ikinci mərtəbəyə qalxdıqlarını və ilkin olaraq Arzu müəllimin otağını açarla açıb otaqdan 1 ədəd proyektor götürdüklərini və qapımnı bağlayıb çıxdıqlarını. ardınca həmin mərtəbədə yerləşən kitabxanadan da notbuk oğurlamaq qərarına gəldiklərini və kitabxananın qapısını açarla açıb içəri daxil olduqlarını və oradan 3 ədəd notbuk oğurladıqlarını, məktəbin pəncərəsindən çıxan zaman götürdükləri 1 ədəd proyektoru məktəbin binasının yanında divarın yanına atdıqlarını, 3 ədəd notbuku da H.Əliyev parkından S.Səlimoğlu küçəsi istiqamətində gedən yolun kənarında kolların arxasında gizlətdiklərini, özünün birinci oğurluq zamanı Natiqlə birlikdə 5 ədəd notbuk, ikinci oğurluq zamanı Natiq və Akiflə birlikdə 5 ədəd notbuk, üçüncü oğurluq zamanı isə Natiq və Akiflə birlikdə 1 ədəd proyektor və 3 ədəd notbuk oğurladıqlarını, ümumilikdə 1 nömrəli məktəbdən 13 ədəd notbuk və 1 ədəd proyektor oğurladıqlarını, lakin proyektoru həmin məktəbin həyətində atıb getdiklərini, özüləri ilə aparmadıqlarını, oğurladıqları notbuklardan Ağdaş şəhərində yaşayan İlqara Akiflə birlikdə 1 ədəd notbuku 30 manata, 1 ədədini də özü tək Akifə 30 manata, Natiq ilə birlikdə 1 ədəd notbuku Mingəçevir şəhərində 30 manata, Natiq ilə birlikdə 2 ədədini Göyçay şəhərində müxtəlif yerlərə 30 və 45 manata, 1 ədədini isə Qəbələ şəhərində 35 manata satdığını, əldə etdikləri pulları isə aralarında bölüşdüklərini, qalan 7 ədəd notbukdan 2 ədədini isə dostu Şahid6 saxlaması üçün verdiyini, 5 ədəd notbuku isə saxladıqlarını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində əvvəllər məhkum olunmadığını, 14 iyun 2022-ci il tarixdə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbi bitirdiyini və həmin ilin iyun ayının sonlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol məşqçilik ixtisasına qəbul olunduğunu, hal-hazırda 2-ci kurs tələbəsi olduğunu, boş vaxtlarında Bakı şəhərində restoranlarda ofisiantlıq etdiyini, qazandığı pulla özünün şəxsi ehtiyaclarını təmin etdiyini, Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbin sabiq direktoru X1 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəngi və həmin məktəbin direktor müavini Şahid1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, 2022-ci il iyul ayının əvvəllərində saat 23:00 radələrində Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 ilə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbin qarşısında görüşüb söhbət edən zaman Təqsirləndirilən şəxs2 Səməd Vurğun adına 1 saylı tam orta məktəbin idman zalında tennis oynamağı təklif etdiyini, razılaşdığını və Təqsirləndirilən şəxs2la birlikdə Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindən dəmir hasarından tullanıb məktəbin həyətinə daxil olduğunu, həmin vaxtı orada başqa heç kimin olmadığını, bundan sonra Təqsirləndirilən şəxs2in ibtidai siniflərin oxuduqları sinif otağının pəncərəsinin qarşısına gəldiyini və orada açıq vəziyyətdə olan plastik pəncərəni itələyib aralaşdığını və içəri daxil olduğunu, bundan sonra pəncərədən həmin otağa daxil olduğunu, daha sonra birinci mərtəbədə olan dəhlizə çıxdığını, tennis oynamaq üçün onlara roketka lazım olduğunu və həmin roketkaların məktəbin müəllimi Hicran müəllimənin otağında olduğunu, Təqsirləndirilən şəxs2la otaqların açarlarını axtarmağa başladığını, həmin vaxtı Təqsirləndirilən şəxs2 birinci mərtəbədə olan pilləkənin altındakı dəmir qutudan açarları tapdığını, Təqsirləndirilən şəxs2in həmin açarları götürdüyünü və 1-ci mərtəbədə Hicran müəllimənin otağının qarşısına gəldiyini, Təqsirləndirilən şəxs2 açarla Hicran müəllimənin otağını açdığını və içəri daxil olduğunu, lakin tennis roketkalarını tapa bilmədiyini, bundan sonra həmin otaqdan çıxdığını və qapını bağladığını, həmin otaqdan heçnə götürmədiyini, daha sonra tennis roketkalarının 2-ci mərtəbədəki müəllimlər otağında olduğunu güman etdiyini, Təqsirləndirilən şəxs2la birlikdə 2-ci mərtəbəyə çıxdığını və açarla müəllimlər otağının qapısını açaraq Təqsirləndirilən şəxs2la birlikdə içəri daxil olduğunu, həmin vaxtı müəllimlər otağının içərisindəki yardımçı otağa daxil olduğunu və orada olan kitab rəfində notbukların olduğunu gördüyünü, orada 15 ədəd notbuk olduğunu, həmin notbukların hamısını oğurlamaq qərarına gəldiyini, lakin sayları çox olduğuna görə onları ayrı-ayrı günlərdə oğurlamağı qərarlaşdırdığını, bundan sonra Təqsirləndirilən şəxs2 5 ədəd notbuk götürdüyünü və otaqdan çıxdığını, açarla otağı bağladığını və açarları dəmir qutuya qoyduğunu, daha sonra məktəbə daxil olduqları pəncərədən həyətə düşdüyünü və dəmir hasardan tullanıb çölə çıxdığını, məktəbin yanında olan zaman 2 ədəd notbuku özü ilə götürdüyünü, qalan 3 ədəd notbuku Təqsirləndirilən şəxs2 götürdüyünü, fərdi yaşayış evinə gəlib həmin notbukları yataq otağındakı stolun üzərinə qoyduğunu, evdə anası ilə birlikdə qaldığını və onun notbuk oğurlamağı barədə heç bir xəbəri olmadığını, Təqsirləndirilən şəxs2la eyni məktəbdə oxuduğunu və onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, bir həftə sonra axşam saat 23:00 radələrində Ağdaş şəhər Heydər Əliyev parkının qarşısında Təqsirləndirilən şəxs2la görüşdüyünü, həmin vaxtı orada Akif Məmmədovun da olduğunu, X14 Yusifov vasitəsi ilə tanıdığını və onunla ədavət və düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs2 birinci oğurluğu barədə Akif Məmmədova məlumat verdiyini və Akif Məmmədovun da onlarla birlikdə oğurluğa gedəcəyini bildirdiyini, Akif Məmmədovun notbukları yığmaq üçün özü ilə məktəb çantası gətirdiyini, yenidən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasarından tullanıb məktəbin həyətinə daxil olduğunu, həmin vaxtı orada başqa heç kimin olmadığını, bundan sonra Təqsirləndirilən şəxs2 ibtidai siniflərin oxuduqları sinif otağının pəncərəsinin qarşısına gəldiyini və orada açıq vəziyyətdə olan plastik pəncərəni itələyib araladığını və içəri daxil olduğunu, bundan sonra özü və Akif Məmmədovun da pəncərədən həmin otağa daxil olduqlarını, daha sonra Təqsirləndirilən şəxs2 pilləkənin altındakı dəmir qutuda olan açarları götürdüyünü və ikinci mərtəbədə olan müəllimlər otağının qarşısına gəldiyini, Təqsirləndirilən şəxs2 müəllimlər otağının qapısını açdığını və içəri daxil olduğunu, həmin vaxtı müəllimlər otağının içərisindəki yardımçı otağa daxil olduğunu və orada olan kitab rəfindəki 5 ədəd notbuku Akif Məmmədovun özü ilə birgə gətirdiyi məktəb çantasının içərisinə yığdığını və otaqdan çölə çıxdığını, Təqsirləndirilən şəxs2 qapını bağladığını və açarları dəmir qutunun içərisinə qoyduğunu, yenə də məktəbə daxil olduqları pəncərədən həyətə düşdüyünü və dəmir hasardan tullanıb çölə çıxdığını, həmin vaxtı Akif Məmmədovun 3 ədəd notbuku özü ilə götürəcəyini bildirdiyini, qalan 2 ədəd notbuku isə Təqsirləndirilən şəxs2la razılaşdıqdan sonra Ağdaş şəhər H.Əliyev parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahədə gizlədəcəklərini bildirdiyini, həmin yeri tanıdığını, belə ki, mütəmadi olaraq həmin əraziyə çimmək üçün getdiyini, sağollaşdığını və fərdi yaşayış evinə gəldiyini, gecə saatlarında Təqsirləndirilən şəxs2 ona mesaj yazaraq 2 ədəd notbuku həmin kolluqda gizlətdiklərini, qalan 3 ədəd notbuku isə Akif Məmmədovun götürdüyünü bildirdiyini, 2022-ci ilin iyul ayının sonlarında Akif Məmmədov və Təqsirləndirilən şəxs2la birlikdə yenidən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasarından tullanıb məktəbin həyətinə daxil olduqlarını, həmin vaxtı orada başqa heç kimin olmadığını, bundan sonra Təqsirləndirilən şəxs2 ibtidai siniflərin oxuduqları sinif otağının pəncərəsinin qarşısına gəldiyini və orada açıq vəziyyətdə olan plastik pəncərəni itələyib araladağını və içəri daxil olduğunu, bundan sonra özünün və Akif Məmmədovun da pəncərədən həmin otağa daxil olduğunu, daha sonra Akif Məmmədovun pilləkənin altındakı dəmir qutuda olan açarları götürdüyünü və ikinci mərtəbədə olan müəllimlər otağının qarşısına gəldiyini, Akif Məmmədovun müəllimlər otağının qapısını açdığını və içəri daxil olduqlarını, həmin vaxtı müəllimlər otağının içərisindəki yardımçı otağa daxil olduqlarını və orada olan kitab rəfindəki 5 ədəd notbuku Təqsirləndirilən şəxs2 götürdüyünü, Akif Məmmədovun isə həmin kitab rəfində olan 1 ədəd proyektoru götürdüyünü, daha sonra otağın qapısını bağladığını və açarları pilləkənin altındakı dəmir qutunun içərisinə qoyduğunu, daha sonra yenə də məktəbə daxil olduqları pəncərədən həyətə düşdüyünü, proyektor ağır olduğu üçün Akif Məmmədovun onu məktəbin həyətindəki kolluğun içərisinə tulladığını, dəmir hasardan tullanıb çölə çıxdığını, Akif Məmmədov və Təqsirləndirilən şəxs2 həmin 5 ədəd notbuku yenə də Ağdaş şəhər H.Əliyev parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahədə gizlədəcəklərini bildirdiyini və sağollaşaraq getdiyini, fərdi yaşayış evinə gəldiyini, gecə saatlarında Təqsirləndirilən şəxs2 ona mesaj yazaraq 5 ədəd notbuku kolluq sahədə gizlətdiklərini bildirdiyini, ertəsi gün Təqsirləndirilən şəxs2 ilə görüşdüyünü və etdiyi əməldən peşman olduğunu deyərək onda olan 2 ədəd oğurluq notbuku geri qaytaracağını bildirdiyini, Təqsirləndirilən şəxs2 da onunla razılaşdığını və onunla birlikdə fərdi yaşayış evinin qarşısına gəldiyini, evdə olan 2 ədəd oğurluq notbuku RövşənYusifova verdiyini, həmin vaxtı onların yanında başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs2 notbukları ondan aldıqdan sonra yanından uzaqlaşıb getdiyini, 2022-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs2 oğurladığı 2 ədəd notbuku Göyçay şəhərində tanıdığı şəxslərə satacağını və onunla birlikdə Göyçay şəhərinə getməsini istədiyini, razılaşdığını və Təqsirləndirilən şəxs2la birlikdə taksi ilə Göyçay şəhərinə gəldiyini, Göyçay şəhərində ac olduğu üçün dönər yediyini, Təqsirləndirilən şəxs2 isə notbukları satmağa getdiyini və təxminən 30 dəqiqədən sonra yanına gələrək notbukları 30 manata və 45 manat satdığını bildirdiyini, Təqsirləndirilən şəxs2 həmin puldan ona vermədiyini, daha sonra Ağdaş şəhərinə geri qayıtdığıını, Təqsirləndirilən şəxs2 digər notbukları hara və kimə satması barədə heç bir məlumatı olmadığını, 2 ədəd “HP” markalı notbuku məktəbə 2-ci dəfə daxil olan zaman oğurladığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində X1 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə müraciəti və Şahid1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, uzun müddətdir ki, Səməd Vurğun adına 1 saylı tam orta məktəbdə müxtəlif vəzifələrdə işlədiyini, hal-hazırda məktəbin təsərrüfat işləri üzrə direktor müavini işlədiyini, məktəbə 2012-ci il tarixdə dövlət tərəfindən müxtəlif növ məktəb ləvazimatları və komputer texnikası verildiyini, həmin avadanlıqların içərisində notbuk və proyektor da olduğunu, həmin avadanlıqları müəllimlər otağında olan yardımçı otaqdakı kitab rəfində saxladığını, özünün və məktəbin digər üzvlərinin mütəmadi olaraq həmin notbuk və proyektorları yoxladığını, həmin notbuk və proyektorların işlək vəziyyətdə olduğunu, xx.xx.2022-ci il tarixdə məktəbdə olan zaman məktəb rəhbərliyinin müəllimlər otağında olan yardımçı otaqdan 15 ədəd notbukun və 1 ədəd proyektorun oğurlanmasını bildirdiyini, bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə və Ağdaş RPŞ-yə ərizə ilə müraciət edildiyini, daha sonra məktəbdəki notbukları və proyektoru oğurlayan şəxslərin Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs2 olduğunu bildiyini, həmin şəxsləri tanıdığını bildirdiyini, Təqsirləndirilən şəxs2, Akif Məmmədov və Təqsirləndirilən şəxs1 Səməd Vurğun adına 1 saylı tam orta məktəbdə təhsil aldıqlarını, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, onlara cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2010-cu il tarixdən Ağdaş şəhərində yerləşən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini işlədiyini, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Səməd Vurğun adına 1 saylı tam orta məktəbi bitirən 11-ci sinif şagirdlərinə attestas vermək üçün gəldiyini, məktəbə daxil olduqdan sonra 2-ci mərtəbədə olan müəllimlər otağına daxil olduğunu, müəllimlər otağının içərisində notbukların və digər avadanlıqların saxlanması üçün nəzərdə tutulmuş yardımçı otaq olduğunu, həmin otağa daxil olan zaman həmin otaqdakı kitab rəfində olan 15 ədəd notbukun və 1 ədəd proyektorun yerində olmadığını gördüyünü, əvvəlcə həmin notbuk və proyektoru məktəbin direktoru götürüb yerlərini dəyişdiyini güman etdiyini, buna görə də məktəbin sabiq direktoru Natella Çələbiyevaya zəng edərək notbukları kitab rəfindən götürüb-götürmədiyini soruşduğunu, Natella Çələbiyevanın da notbukları götürmədiyini və başqa heç bir yerə qoymadığını bildirdiyini, həmin vaxtı Natella Çələbiyevanın Bakı şəhərində olduğunu, daha sonra fərdi yaşayış evinə gəldiyini, xx.xx.2022-ci il tarixdə Natella Çələbiyevanın Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək Səməd Vurğun adına 1 saylı tam orta məktəbdən oğurluq olması barədə məlumat verdiyini, həmin tarixdə Ağdaş RPŞ-yə gələrək baş vermiş oğurluq hadisəsi barədə ərizə ilə müraciət etdiyini, daha sonra Səməd Vurğun adına 1 saylı tam orta məktəbdən oğurluq edən şəxslərin Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X7 olduğunu bildirdiyini, hər üç şəxsi tanıdığını və onlarla arasında heç bir ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2004-cü il tarixdən Səməd Vurğun adına 1 saylı tam orta məktəbdə gözətçi işlədiyini, X1 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə müraciəti və Şahid1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, onun yaşadığı fərdi yaşayış evinin Səməd Vurğun adına 1 saylı tam orta məktəbin yaxınlığında yerləşdiyini, hər gün səhər saatlarında məktəbə gəlib nəzarət etdiyini, axşam saat 23 radələrində isə fərdi yaşayış evinə geri qayıtdığını, xx.xx.2022-ci il tarixdə səhər saatlarında məktəbə gəldiyini, həmin vaxtı məktəb rəhbərliyinin məktəbin müəllimlər otağının içərisində olan yardımçı otaqdan 15 ədəd notbukun və 1 ədəd proyektorun oğurlanmasını bildirdiyini, 1 gün əvvəl işdə olan zaman məktəbə hər hansı şəxs və ya şəxslərin oğurluq məqsədi ilə daxil olmasını görmədiyini, daha sonra oğurluq hadisəsinin Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X7 tərəfindən olmasını bildiyini, özünün həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində X1 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə ünvanlamış olduğu müraciəti və Şahid1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, özünün ünvan 5puter təmiri mağazası olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, 2022-ci il iyul ayının sonlarında mağazasında olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 onun mağazasına gəldiyini və notbuk satmaq istədiyini bildirdiyini, həmin notbuku neçəyə satacağını soruşğunu, Təqsirləndirilən şəxs2 həmin notbuku 100 manata satacağını bildirdiyini, həmin notbuka baxdığını, həmin notbukun işlək vəziyyətdə olmadığını, həmin notbuka 35 manat pul verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs2 da onunla razılaşdığını, Təqsirləndirilən şəxs2 35 manat pul verdiyini, bundan sonra Təqsirləndirilən şəxs2 sağollaşaraq mağazasından getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində X1 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə ünvanlamış olduğu müraciəti və Şahid1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, özünün ünvan 6 ünvanında komputer aksessuarları mağazası olduğunu, həmin mağazada həm mobil telefon, həm də notbuk və komputer satdığını, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, 2022-ci il iyul ayının sonlarında saat təxminən 18 radələrində əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 mağazasına gəldiyini, onun yanında başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs2 onunla salamlaşdıqdan sonra ona satılıq notbukunun olduğunu bildirdiyini, notbukun yanında adaptr da olduğunu, Təqsirləndirilən şəxs2 notbuku götürdüyünü və baxdığını, notbukun işləmədiyini, Təqsirləndirilən şəxs2 notbuku hansı qiymətə satdığını soruşduğunu, Təqsirləndirilən şəxs2 da həmin notbuku 100 manata satacağını bildirdiyini, lakin notbukun işləmədiyini dediyini və 30 manat pul verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs2 da onunla razılaşdığını, bundan sonra Təqsirləndirilən şəxs2 30 manat pul verdiyini, Təqsirləndirilən şəxs2 da 30 manat pulu aldığını və sağollaşaraq mağazasından getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində hal-hazırda Ağdaş şəhərində yerləşən “1 X18”-də satıcı işlədiyini, Vətən Müharibəsi iştirakçısı olduğunu, müharibədə iştirak etdiyinə görə medallarla təltif olunduğunu və veteran olduğunu, X1 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə ünvanlamış olduğu müraciəti və Şahid1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, 2022-ci il iyul ayının sonlarında Ağdaş şəhərində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2la görüşdüyünü, özünün Təqsirləndirilən şəxs2la heç bir ədavət və düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs2 söhbət zamanı özünə məxsus 2 ədəd “Nexus” markalı notbukun koda düşməsini dediyini və həmin notbukları koddan çıxarmaq üçün usta axtardığını bildirdiyini, İlkin Osmanov adlı dostunun olduğunu, komputer təmiri ilə məşğul olduğunu və notbukları koddan çıxaracağını bildirdiyini, Təqsirləndirilən şəxs2 da onunla razılaşdığını və fərdi yaşayış evinə getdiyini, bir müddət sonra Təqsirləndirilən şəxs2 əlində 2 ədəd notbuk ilə fərdi yaşayış evinin yaxınlığına gəldiyini və 2 ədəd notbuku ona verdiyini, həmin notbukları Təqsirləndirilən şəxs2 götürüb fərdi yaşayış evinə gəldiyini və dostu İlkin Osmanova zəng edərək dostuna məxsus 2 ədəd notbukun koda düşdüyünü və həmin notbukları koddan çıxarmaqda kömək etməsini xahiş etdiyini, İlkin Osmanovun da onunla razılaşdığını və notbukları ertəsi gün yanına gətirməyini istədiyini, ertəsi gün 2 ədəd notbuku götürüb İlkin Osmanovun fərdi yaşayış evinə gəldiyini və 2 ədəd notbuku ona verdiyini və fərdi yaşayış evinə gəldiyini, daha sonra Ağdaş RPŞ-nin əməkdaşlarının həmin notbukların oğurluq olmasını ona bildirdiyini, Təqsirləndirilən şəxs2 ona verdiyi notbukların özünə məxsus olduğunu dediyini, ona notbukların oğurluq olmasını bildirmədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində Ağdaş şəhər, S.Səlimov küçəsi ev 63-də nənəsi Durna Məmmədova ilə birlikdə yaşadığını, hazırda Ağdaş şəhərində yerləşən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin 10-cu sinifini bitirib 11-ci sinifinə keçdiyini, Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbin sabiq direktoru X1 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəngi və həmin məktəbin direktor müavini Şahid1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizə ilə tanış olduğunu, 2022ci il iyul ayının ortalarında Ağdaş şəhərində olan zaman onunla eyni məktəbdə oxuyan Təqsirləndirilən şəxs2 ilə görüşdüyünü, söhbət zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə 2022-ci il iyul ayının əvvəlində Səməd Vurğun adına 1 saylı tam orta məktəbdən 5 ədəd notbuk oğurladıqlarını, lakin notbukların sayı çox olduğuna üçün hamısını oğurluya bilmədiklərini və qalan notbukları oğurlamaq üçün yenidən məktəbə daxil olacaqlarını bildirdiyini, Təqsirləndirilən şəxs2 onun da oğurluqda iştirak etməyini istədiyini, razılaşdığını, bir neçə gün sonra axşam saat 23:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Ağdaş şəhər Heydər Əliyev parkının qarşısına gəldiyini, həmin vaxtı orada Təqsirləndirilən şəxs1 da olduğunu, Təqsirləndirilən şəxs1 da tanıdığını, Təqsirləndirilən şəxs1 Səməd Vurğun adına 1 saylı orta məktəbdə oxuduğunu, özünün Təqsirləndirilən şəxs1 ilə heç bir ədavət və düşmənçiliyinin olmadığıını, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun da oğurluğa gedəcəyini bildirdiyini, notbukları yığmaq üçün özü ilə məktəb çantası gətirdiyini, yenidən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasarından tullanıb məktəbin həyətinə daxil olduğunu, həmin vaxtı orada başqa heç kimin olmadığını, bundan sonra Təqsirləndirilən şəxs2 ibtidai siniflərin oxuduqları sinif otağının pəncərəsinin qarşısına gəldiyini və orada açıq vəziyyətdə olan plastik pəncərəni itələyib araladığıını və içəri daxil olduğunu, bundan sonra özünün və Təqsirləndirilən şəxs1 da pəncərədən həmin otağa daxil olduğunu, daha sonra Təqsirləndirilən şəxs2 pilləkənin altındakı dəmir qutuda olan açarları götürdüyünü və ikinci mərtəbədə olan müəllimlər otağının qarşısına gəldiyini, Təqsirləndirilən şəxs2 müəllimlər otağının qapısını açdığını və içəri daxil olduğunu, həmin vaxtı müəllimlər otağının içərisindəki yardımçı otağa daxil olduğunu və orada olan kitab rəfindəki 5 ədəd notbuku özü ilə birgə gətirdiyi məktəb çantasının içərisinə yığdığını və otaqdan çölə çıxdığıını, Təqsirləndirilən şəxs2 qapını bağladığını və açarları dəmir qutunun içərisinə qoyduğunu, yenə də məktəbə daxil olduqları pəncərədən həyətə düşdüyünü və dəmir hasardan tullanıb çölə çıxdığını, həmin vaxtı 3 ədəd notbuku özü ilə götürəcəyini bildirdiyini, qalan 2 ədəd notbuku isə Təqsirləndirilən şəxs2la razılaşdıqdan sonra Ağdaş şəhər H.Əliyev parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahədə gizlədəcəyini razılaşdığını, daha sonra Təqsirləndirilən şəxs1 sağollaşaraq onların yanından getdiyini, Təqsirləndirilən şəxs2la birlikdə H.Əliyev parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahə olan yerə gəldiyini və oğurladığı 2 ədəd notbuku həmin kolluq sahədə gizlətdiyini, oğurladığı 3 ədəd notbuku özü ilə götürdüyünü və fərdi yaşayış evinə gəldiyini, Təqsirləndirilən şəxs2 isə öz fərdi yaşayış evinə getdiyini, 2022-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə yenidən Səməd Vurğun adına 1 saylı tam orta məktəbin arxa tərəfindəki dəmir hasarından tullanıb məktəbin həyətinə daxil olduğunu, həmin vaxtı orada başqa heç kimin olmadığını, bundan sonra Təqsirləndirilən şəxs2 ibtidai siniflərin oxuduqları sinif otağının pəncərəsinin qarşısına gəldiyini və orada açıq vəziyyətdə olan plastik pəncərəni itələyib araladığını və içəri daxil olduğunu, bundan sonra özünün və Təqsirləndirilən şəxs1 da pəncərədən həmin otağa daxil olduğunu, daha sonra özünün pilləkənin altındakı dəmir qutuda olan açarları götürdüyünü və ikinci mərtəbədə olan müəllimlər otağının qarşısına gəldiyini, müəllimlər otağının qapısını açdığını və içəri daxil olduğunu, həmin vaxtı müəllimlər otağının içərisindəki yardımçı otağa daxil olduğunu və orada olan kitab rəfindəki 5 ədəd notbuku Təqsirləndirilən şəxs2 götürdüyünü, özünün isə həmin kitab rəfində olan 1 ədəd proyektoru götürdüyünü, daha sonra Təqsirləndirilən şəxs1 otağın qapısını bağladığını və açarları pilləkənin altındakı dəmir qutunun içərisinə qoyduğunu, daha sonra yenə də məktəbə daxil olduqları pəncərədən həyətə düşdüyünü, proyektor ağır olduğu üçün onu məktəbin həyətindəki kolluğun içərisinə tulladığını, dəmir hasardan tullanıb çölə çıxdığını, özünün və Təqsirləndirilən şəxs2 həmin 5 ədəd notbuku yenə də Ağdaş şəhər H.Əliyev parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahədə gizlətmək barədə razılaşdığını və Təqsirləndirilən şəxs1 ilə sağollaşıb getdiyini, Təqsirləndirilən şəxs2la birlikdə Ağdaş şəhər H.Əliyev parkının yaxınlığındakı S.Səlimoğlu küçəsində olan kolluq sahəyə gələrək 5 ədəd notbuku da həmin kolluq sahədə gizlətdiyini və fərdi yaşayış evinə gəldiyini, ertəsi gün Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş şəhərində yerləşən İlqar adlı şəxsə məxsus kompyuter mağazasına gəldiyini və 1 ədəd notbuku həmin şəxsə 30 manata satdığını, 30 manat pulu öz şəxsi ehtiyacları üçün xərclədiklərini, özündə olan notbukların markasının “HP” olduğunu bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş şəhərində komputer təmiri ilə məşğul olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, 2022-ci il iyul ayının sonlarında Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən iş yerində olan zaman əvvəllər tanımadığı, lakin adlarını sonradan bildiyi Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun yanına gəldiyini və 1 ədəd notbuk satmaq istədiklərini bildirdiyini, əvvəlcə razılaşmadığını, lakin israr etdiklərindən həmin notbuku alacağını bildirdiyini, notbuka baxan zaman onun işləmədiyini gördüyünü və həmin notbuka görə 30 manat pul verəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onunla razılaşdığını, 30 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini, pulu verdikdən sonra Təqsirləndirilən şəxs2 və Akif Məmmədovdan həmin notbukun oğurluq olub-olmamasını soruşduğunu, Təqsirləndirilən şəxs2 və Akif Məmmədov həmin notbukun özlərinə məxsus olduğunu bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs2 və Akif Məmmədovun sağollaşaraq onun yanından getdiklərini, sonradan həmin notbukun oğurluq olduğunu bildiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində X1 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə ünvanlamış olduğu müraciəti və Şahid1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Ağdaş şəhərində komputer təmiri ilə məşğul olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, 2022-ci il iyul ayının sonlarında dostu Ağdaş şəhər sakini Şahid6 ona mobil telefon ilə zəng edərək dostunun 2 ədəd notbukunun koda düşdüyünü və onları koddan çıxarmaq üçün kömək lazım olduğunu bildirdiyini, Şahid6 ilə uzun müddət dost olduğundan həmin notbukları təmir edəcəyini bildirdiyini, ertəsi gün Şahid6 fərdi yaşayış evinə gəldiyini və həmin 2 ədəd notbuku ona verdiyini, notbukların “Nexus” markalı olduğunu, Şahid6 notbukları ona verən zaman yanlarında başqa heç kimin olmadığını, fərdi yaşayış evində notbuklardan birini koddan çıxardığını, lakin digərini koddan çıxarmağa vaxtı olmadığını, daha sonra notbukların Səməd Vurğun adına 1 saylı tam orta məktəbdən oğurlandığını öyrəndiyini, həmin notbukların oğurluq olduğunu bildiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2764 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların uzun müddət istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 9 ədəd “Nexus” markalı, “Sensus İ950” model notbuk - işlək vəziyyətdə olduğu halda -900,00 (9X100) manat, işlək vəziyyətdə olmadığı halda -270,00 (9X30) manat, 4 ədəd “Nexus” markalı, “Sensus ATF 20S” model notbuk - 400,00 (4X100) manat, işlək vəziyyətdə olmadığı halda - 120,00 (4X30 man) manat, 2 ədəd “HP” markalı, “250G3” modelli notbuk - 260,00 (2X130) manat, işlək vəziyyətdə olmadığı halda 80,00 (2X40 man) manat, 1 ədəd işlək vəziyyətdə olan “ACER” markalı “P1100C” model proyektor - 200,00 manat. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizədən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə istintaq zamanı ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X16 18 aprel 2023-cü il PHŞ-6-22/2-542/2023 saylı arayışından görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 165/18 ünvanında yaşayan, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Ağdaş rayon mərkəzi xəstəxanası” X16 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 161 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 160 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, H.Əliyev prospekti 165/18 ünvanında yaşamaqla ailə tərkibi anası X4 və bacısı X6 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş RPŞ-nin İBnin müstəntiqi, polis baş leytenantı Bədrəddin Yasərlinin 17 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 iyul 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs2 Mingəçevir şəhəri ərazisində yeri müəyyən olunmaqla Ağdaş RPŞ-yə gətirilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X16 18 aprel 2023-cü il PHŞ-6-22/2-541/2023 saylı arayışından görünür ki, ünvan 9 ünvanında yaşayan, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Ağdaş rayon mərkəzi xəstəxanası” X16 poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 aprel 2023-cü il tarixli, 52 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 aprel 2023-cü il tarixli, 580 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanında yaşamaqla ailə X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş RPŞ-nin İBnin müstəntiqi, polis baş leytenantı Bədrəddin Yasərlinin 17 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 iyul 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:40-da Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayonu ərazisində yeri müəyyən olunmaqla Ağdaş RPŞ-yə gətirilərək MSY-nə təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 62-ci maddəsinə əsasən Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş hüquqi şəxsə könüllü olaraq dəymiş zərəri tamamilə ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, cinayət törədərkən yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, yetkinlik yaşına çatmayan şəxs olmasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin Türkiyə Respublikasında universitetə qəbul olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək təqsirləndirildiyi maddələrin sanksiyasında müəyyən edilməmiş cərimə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür və eyni zamanda, onun təhsilini davam etdirməsi islah olunması üçün daha ağlabatandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə axtarışda olduğu üçün tutulduğunu Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırılması kimi nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və qəti cərimə növündə cəza təyin olunmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş hüquqi şəxsə könüllü olaraq dəymiş zərəri tamamilə ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, hazırda Bakı şəhərində idman üzrə ali təhsil almasını və voleybol üzrə beynəlxalq yarışlarda iştirak etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin voleybol üzrə beynəlxalq yarışlarda iştirak etməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək təqsirləndirildiyi maddələrin sanksiyasında müəyyən edilməmiş cərimə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Başqa cəzanın təyin edilməsi isə onun təhsilinə və idman fəaliyyətinə mənfi təsir etməklə, islah olunması baxımından ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və qəti cərimə növündə cəza təyin olunmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar 15 ədəd notbuk və 1 ədəd proyektorun zərərçəkmiş hüquqi şəxs Səməd Vurğun adına tam orta məktəbin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi azadlığının faktiki məhdudlaşdırıldığı nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə növündə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi azadlığının faktiki məhdudlaşdırıldığı nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə növündə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mehkeme Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar 15 ədəd notbuk və 1 ədəd proyektorun zərərçəkmiş hüquqi şəxs Səməd Vurğun adına tam orta məktəbin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-165/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-165/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver