Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-166/2023 26.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1997-ci ildə Ağdaş Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə saxlanc yerinə qanunsuz daxil olub özgənin əməlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, X6 və Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və rol bölgüsünə uyğun olaraq xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Şahid2 və P.Absəddinli ilə birgə Ağdaş rayonu, Qarağan-Sədi kənd ərazisində yerləşən X2 məxsus fərdi yaşayış evinin qarşısına gəlmiş, həmin yerdə ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı gələn olarsa xəbər vermək məqsədilə pusquda dayanmış, Şahid2 və P.Absəddinli isə evin həyətində yerləşən tövləyə qanunsuz daxil olaraq 1 (bir) baş, iki yaşlı diri çəkisi 270 kq olan öküzü küçəyə çıxarmış və qabaqcadan əlbir olmuş bir qrup şəxs halında saxlanc yerində 1 (bir) öküzü oğurlayaraq zərərçəkmiş şəxs Pərviz Vəliyəddinova 1350 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində avtomobil təmiri sexində usta köməkçisi kimi işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, əvvəllər oğurluq cinayətinə görə məhkum olunduğunu və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, əvvəllər tanıdığı, Ağdaş rayonu, Yuxarı Qəsil kənd sakini X3 2021-ci ilin dekabr ayında ondan 200 manat borc pul aldığını, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhər ərazisində yerləşən çayxanada Pərvin Absəddinli ilə görüşdüyünü, söhbət zamanı Pərvin Absəddinlinin səhər saatlarında fərdi yaşayış evlərinə gəlməyini istədiyini və həmin vaxtı onun 200 manat pul borcunu geri qaytaracağını bildirdiyini, özünün də razılaşdığını, xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində X9 rayonu, Yuxarı Qəsil kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəldiyini, yol qapısını döydüyünü, bir neçə dəqiqə sonra Pərvin Absəddinlinin qapını açdığını, Pərvin Absəddinli ilə görüşdüyünü, söhbət zamanı Pərvin Absəddinlinin ona satılıq heyvanının olduğunu bildirdiyini və həmin heyvanı satıb 200 manat pul borcunu vercəyini bildirdiyini, özünün də gözlədiyini, bir müddət sonra yanlarına Ağdaş rayonu, Qulbəndə kənd sakini Şahid2 gəldiyini, Şahid2 Pərvin Absəddinli vasitəsi ilə tanıdığını, Şahid2la heç bir ədavət və düşmənçiliyinin olmadığını, bir neçə dəqiqə sonra əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid1 qoşqulu avtomobil ilə yanlarına gəldiyini, Şahid1la görüşdükdən sonra onun qoşqulu avtomobili ilə Ağdaş-Göyçay avtomobil yolunun üzü Göyçay şəhəri istiqamətində getdiklərini və Ağdaş şəhər yazısı olan yerin yaxınlığına gəldiklərini, həmin vaxtı Şahid1 və Pərvin Absəddinlinin avtomobildən aşağı düşdüyünü və yolun kənarında iplə bağlı olan bir baş iribuynuzlu dananın yanına getdiklərini, özünün və Şahid2 isə avtomobilin arxa oturacağında əyləşdiklərini, həmin vaxtı Şahid1 və Pərvin Absəddinlinin bir baş iribuynuzlu dananı avtomobilin qoşqu yerinə çıxardıqlarını gördüyünü, bundan sonra Pərvin Absəddinli onun və Şahid2 avtomobildən aşağı düşməyini istədiyini, özünün və Şahid2 da avtomobildən aşağı düşdüyünü, bundan sonra Şahid1 avtomobilə əyləşdiyini və yanlarından getdiyini, daha sonra Pərvin Absəddinlinin taksi çağırdığını, bir müddət sonra taksi gəldiyini və taksiyə əyləşib Ağdaş şəhəri istiqamətində gəlməyə başladıqlarını, taksi sürücüsünün adının Malik olduğunu bildiyini, Pərvin Absəddinlinin avtomobilin ön sərnişin oturacağında, özü və Şahid2 isə arxa oturacaqda əyləşdiyini, yolda gedən zaman Pərvin Absəddinlinin pul saydığını gördüyünü, həmin vaxtı Pərvin Absəddinlinin 150 manat pulu ona verdiyini, qalan 50 manat pulu isə sonradan verəcəyini bildirdiyini, özünün də razılaşdığını və 150 manat pulu götürdüyünü, bundan sonra taksinin onu Ağdaş şəhərində yerləşən fərdi yaşayış evinin qarşısına gətirdiyini və sağollaşaraq evinə gəldiyini, həmin öküzü oğurlamadığını və bu barədə heç bir məlumatı olmadığını, Şahid2 və Pərvin Absəddinli ilə əlbir olub heç bir iribuynuzlu heyvan oğurlamadığını bildirmişdir. Məhkəmədən barəsində bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, üzləşdirmə protokolları, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X4 ifadəsində ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Qarağan-Sədi kəndində yaşadığını, heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, özünə məxsus şəxsi təsərrüfatı olduğunu, həmin təsərrüfatda iribuynuzlu mal saxladığını, örüşü olmadığı üçün malları tövlədə bağlı şəraitdə saxladığını, xx.xx.2022-ci il tarixdə axşamüstü saat 18 radələrində heyvanlara yem verdiyini, həmin gün saat təxminən 22 radələrində isə atasının tövləyə girib mallara baxıb çıxdığını, həyətinin yanlarının çəpər olduğunu, tövlə olan istiqamətdə yerləşən qapının taxta qapı olduğunu, tövləsinin özünün qapısının taxtadan olduğunu və tövlənin qapısının iplə arxadan bağlandığını, qapıda qıfıl olmadığını, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində tövləyə girdiyini və tövlədə olan təxminən 270-280 kq diri çəkisi olan öküzün olmadığını gördüyünü, öküzünün oğurlandığını bildiyini, bundan sonra öküzü axtarmağa başladığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində kəndlərinin başında yerləşən “Elxan” kafesində oturan zaman “VAZ 2106” markalı avtomobilin qoşqusunda onun öküzünün aparıldığını gördüyünü, onun tez həmin avtomobili saxlatdığını və yanılmadığını, həmin öküzün doğrudan da ona məxsus olduğunu, həmçinin həmin avtomobilin sahibi Ehtinad adlı şəxs olduğunu bildiyini. daha sonra RPŞ-yə gələrək ərizə yazdığını, ona məxsus oğurlanmış öküzün təxminən 1300 manat dəyəri olduğunu və həmin öküzün ona geri qaytarıldığını bildirmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, ona cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ailəsini dolandırmaq üçün xırda və iribuynuzlu mal alveri ilə məşğul olduğunu, təxminən 3-4 gün bundan əvvəl Qəsil kənd sakini əvvəlcədən tanıdığı Pərvin adlı şəxsin ona, zəng edərək türməyə kömək yığdıqlarını və nə kömək edə biləcəyini soruşduğunu, onun da Pərvindən “sənə kömək edə bilmərəm” deyə soruşduğunu, xx.xx.2022-ci il tarixdə səhər saat 10:30 radələrində Pərvinin ona zəng etdiyini və ona malı olduğunu, həmin malı kəsimxanaya aparmaq lazım olduğunu bildirdiyini, onun da apara biləcəyini dediyini, Pərvinin ona malı Ərəb kəndində olduğunu bildirdiyini, onun da Pərvini götürmək üçün sonuncunun yaşadığı Qəsil kəndinə getdiyini, həmin vaxt orda Pərvin, Cahangir və Ümid adlı şəxslərində olduğunu, onların birlikdə Ağdaş-Göyçay yolunun Şirvan kanalı kəsişən hissəsinə getdiklərini və orada Ağdaş yazılan yerdə dəmirə bir baş öküz bağlandığını gördüyünü, yanında isə üzdən tanıdığı Cahangir adlı şəxs və tanımadığı bir nəfər də şəxsin də dayandığını, Pərvinin ona guya kimisə pula yüklədiklərini, həmin malın pulun əvəzi onlara verildiyini, onun da sonunculardan malı neçəyə kəsimə verəcəklərini soruşduğunu, Pərvinin isə 770 manata kəsimə verəcəklərini bildirdiyini, onun da Pərvinə həmin qiymətə ona verməsini dediyini, daha sonra Pərvingilə 770 manat pul verdiyini və həmin malı sonuncudan aldığını, sonra həmin öküzü evə apardığını, tövləyə bağladığını, daha sonra malı satmaq üçün aparan zaman, Qulbəndə kəndindən keçən zaman telefonuna zəng gəldiyini və telefonu açanda bir nəfər şəxsin ona malı oğurlandığını, həmin malın onun malına oxşadığını və həmin mala baxmaq istədiyini bildirdiyini, onun da avtomobili saxladığını, həmin şəxsin sonradan adını bildiyi Pərviz adlı şəxsin onun yanına gəldiyini və onun maşınının qoşqusundakı mala baxaraq həmin malın özünə məxsus olduğunu ona bildirdiyini, onun da sonuncuya məxsus öküzü sahibinə geri qaytardığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində ailə üzvləri ilə Ağdaş rayonu, Orta Qəsil kəndində yaşadığını və fərdi əməklə məşğul olduğunu, heç kimlə düşmənçiliyi və ədavəti olmadığını, heç bir yerdə işləməyindən dolanışığının çətin olduğunu, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 349.2.2 və 349.2.4-cü maddələri ilə təqsirləndirilərək 6 ay şərti sınaq müddəti təyin etməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu və cəzasını bitirdikdən sonra azadlığa buraxıldığını, Ağdaş rayonu, Yuxarı Qəsil kənd sakini Pərvin və Ağdaş şəhər sakini Ümid adlı şəxslərin onun tanışları olduğunu, xx.xx.2022-ci il tarixdə axşam radələrində Pərvin o, və Ümidin birlikdə olduqlarını, həmin vaxt Pərvinin onlara “bir yer bilirəm, oradan mal oğurlamaq mümkündür, gedək oradan mal oğurlayaq” ifadəsini işlətdiyini, belədə olduğunu, xx.xx.2022-ci il tarixdə təxminən 01 radələrində o, Pərvin və Ümidin piyada Qəsil kəndindən Qarağan-Sədi kəndinə getdiklərini, həmin vaxt onun orda çöldə gözlədiyini, Ümid və Pərvinin isə həyətin içərisində olan tövləyə girib, tövlədən bir baş iribuynuzlu öküz çıxardıqlarını, daha sonra həmin öküzü piyada Şirvan kanalının beli ilə Göyçay-Ağdaş sərhədinə apardıqlarını, təxminən səhər saat 07 radələrində onların or aya çatdıqlarını, daha sonra geriyə Pərvingilə qayıtdıqlarını, sonra Pərvinin Ehtinad adlı tanışına zəng etdiyini, Ehtinadın da özünə məxsus olan VAZ 2106 markalı avtomobili ilə onların yanlarına gəldiyini, Ehtinadın həmin malı Göyçay rayonuna aparacağını düşünüdüyünü, lakin həmin vaxt Ehtinadın həmin öküzü istədiyi üçün öküzü Ehtinada 750 manata satdıqlarını, Ehtinadın verdiyi pulun da Pərvində qaldığını, belə ki, Pərvinin həmin pulu türmədə yaxşı qardaşlara yardım üçün göndərməli olduğunu bildirdiyini, onlar oğurluq edən zaman onları heç kim görmədiyini, bir neçə gün sonra Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının onların oğurluq etməklərini müəyyən edərək barələrində tədbir gördüklərini, həmin vaxt ilkin olaraq Ağdaş rayon Məhkəməsi tərəfindən onun, barəsində həbs qətimkan tədbiri seçildiyini, bir neçə gün sonra vəkilinin vəsatəti ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edildiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 04 aprel 2022-cü il tarixli 9/1829 nömrəli ekspertizasının rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, mal-heyvan satışı bazarlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş 2 yaşlı diri çəkisi 270 kq olan öküzün orta bazar qiyməti nəzəri qaydada təxminən 1350 manat müəyyən edilir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılıb. xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-55/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, 614 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və ailə tərkibi - 1974-cü il təvəllüdlü X11, 1977-ci il təvəllüdlü X7, 2002-ci il təvəllüdlü X5 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:20də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. O, həmin qərarla həmin tarixdə saat 18:00 radələrində tanış olmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirlənsirilən Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. Təqsirləndirilən şəxs həmin qərarla həmin tarixdə saat 10:30 radələrində tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, dəymiş zərərin tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna almaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Ekspertiza xərcinin Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-215/2023 saylı, 29 avqust 2023-cü il tarixli hökmü ilə Şahid2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və başqa məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcinin Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-215/2023 saylı, 29 avqust 2023-cü il tarixli hökmü ilə Şahid2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-166/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-166/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver