Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-167/2023 26.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 oğlnun iştirakları ilə xx.xx.1984-cü ildə Ağdaş rayonu, Kotavan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Kotavan kəndi ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri xx.xx.1985-ci ildə Ağdaş rayonu, Kotavan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Kotavan kəndi ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs8 məxsus olan 1 rəst 600 manat və 1 rəst 150 manat olmaqla, ümumilikdə 2 rəst atını Ağdaş rayonu, Kotavan kəndi ərazisindən küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 750 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus 500 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisində yerləşən çöl otlaq sahəsindən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs6 məxsus 1000 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisində Zərərçəkmiş şəxs6 yaşadığı evin yerləşdiyi küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs6 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs7 məxsus 1000 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisində Zərərçəkmiş şəxs7 yaşadığı evin yerləşdiyi küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs7 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus 1500 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisindən küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 1500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus 1000 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisindən küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 700 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisində küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 700 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus 600 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisində evinin yerləşdiyi küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 600 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs8 məxsus olan 1 rəst 600 manat və 1 rəst 150 manat olmaqla, ümumilikdə 2 rəst atını Ağdaş rayonu, Kotavan kəndi ərazisindən küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 750 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus 500 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisində yerləşən çöl otlaq sahəsindən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs6 məxsus 1000 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisində Zərərçəkmiş şəxs6 yaşadığı evin yerləşdiyi küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs6 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs7 məxsus 1000 manat dəyərində 1 rəst atı Ağdaş rayonu, Kotavan kəndi ərazisində Zərərçəkmiş şəxs7 yaşadığı evin yerləşdiyi küçədən gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs7 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Kotavan kənd sakinləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Kotavan kənd sakinləri Zərərçəkmiş şəxs1, Elbrus Əhmədov, Şəhla Mamedov və Zərərçəkmiş şəxs2 Ağdaş RPŞ-yə etdikləri şikayət ərziləri ilə tanış olduğunu, təxminən 15-20 gün əvvəl hazırda dəqiq olaraq xatırlamadığı tarixdə qonşusu və həmkəndlisi olan Cəbrayılın ona zəng edərək satmaq üçün at gətirdiyini və həmin atı onun yaşadığı evin həyətində yerləşən tövlədə bağlayacağını bildirdiyini, onun Bərdə rayonunda yaşayan bibisi oğlu Şahid təxminən 2 il idi ki, at alveri ilə məşğul olduğunu, həmçinin Hacının onun vasitəsi ilə onun yaşadığı Ağdaş rayonu, Kotavan kəndinə gələrək buradan da at aldığını, Cəbrayılın isə kənd ərazisində heyvandarlıqla məşğul olduğundan və kənd sakinlərinin meşədə itmiş heyvanlarını, əsasən də atlarını meşədən onun gətirdiyini, buna görə də yaşadıqları kənddə at satmaq istəyən şəxslərin əvvəlcə bu barədə Cəbrayıla məlumat verdiklərini, Cəbrayılın da həmin atları meşədən gətirərək onun yaşadığı evin həyətindəki tövləyə bağladığını, bibisi oğlu Hacının isə gələrək atın pulunu verdiyini və özünə məxsus Qazel markalı avtomobil ilə apardığını, oradan isə Qazaxıstan Respublikasına satdığını, buna görə də Cəbrayılın hər dəfə satılıq at olanda onun yaşadığı evin həyətinə gətirdiyini, həmin gün də Cəbrayılın 2 rəst at gətirərək onun yaşadığı evin həyətinə bağladığını, daha sonra isə Hacıya zəng etdiyini, həmçinin ona də satlıq at olduğu üçün onun həyətində bağladığını bildirdiyini, bunun səhəri günü Hacının onun yaşadığı evin həyətinə gəldiyini, burada özü və Cəbrayılın atları Hacıya məxsus Qazelə mindirdiklərini, bunun əvəzində Hacının Cəbrayıla 400 manat pul verdiyini, həmçinin Hacının onlara kömək etdiyi üçün ona 10 manat pul verdiyini, bundan 1 gün sonra Cəbrayılın yenidən onun yaşadığı evin həyətinə 2 rəst at gətirib bağladığını, həmçinin ona da atların satılıq olduğunu və Hacıya satmaq üçün gətirməsini bildirdiyini, səhəri gün Hacının yenə də özünə məxsus Qazel markalı avtomobil ilə onun yaşadığı evin həyətinə gəldiyini, yenə də əvvəlki kimi o, və Cəbrayılın atları Hacıya məxsus Qazelə mindirdiklərini, bu dəfə Hacının ona atların müqabilində 400 manat pul verdiyini, onun da həmin pulu Cəbrayıla verdiyini, bundan bir neçə gün sonra Cəbrayılın ona əvvəl satdığı atların həmkəndliləri olan Əbülfəz, Təbriz, Mobil və Elburusa məxsus olduğunu, həmin atları meşədən oğurlayaraq gətirib satdığını, həmçinin satmaq üçün yenidən 3 rəst at gətirmək istədiyini, həmçinin ona da atları birlikdə oğurlayıb satmağı təklif etdiyini, onun da Cəbrayıl ilə razılaşdığını, həmin gün gecə saatlarında onun Cəbrayıl ilə birlikdə atları oğurlamaq üçün getdiyini, lakin yolda dayanaraq ətrafa baxaraq müşahidə apardığını, onları kənardan heç kimin görmədiyinə əmin olduğunu, bundan sonra birlikdə atları gətirərək onun yaşadığı evin həyətindəki tövləyə saldıqlarını, səhəri gün isə onun Hacıya zəng edərək satmaq üçün daha 3 rəst atın olmasını bildirdiyini, buna görə də həmin gün axşam saatlarında Hacının onun yaşadığı Ağdaş rayonu, Kotavan kəndində yerləşən evin həyətinə gəldiyini, özü və Cəbrayılın atları Hacının idarə etdiyi Qazelə mindirdiklərini, Hacının isə onlara pulunun az olmasını bildirərək 200 manat pul verdiyini, qalan pulu isə sonra verəcəyini, onların da həmin pulu öz aralarında bərabər böldüklərini, bundan iki gün sonra Cəbrayılın ona yenidən at oğurlayaraq satmağı təklif etdiyini, onun da Cəbrayıl ilə razılaşdığını, elə həmin gün gecə saatlarında onun yenə də əvvəl olduğu kimi, Cəbrayıl ilə birlikdə atları oğurlamaq üçün getdiklərini, lakin onun yenə də yolda dayandığını və ətrafa baxaraq müşahidə apardığını və onları kənardan heç kimin görmədiyinə əmin olduğunu, bundan sonra onların birlikdə atları gətirərək onun yaşadığı evin həyətindəki tövləyə saldıqlarını, səhəri gün isə onun Hacıya zəng edərək satmaq üçün daha 2 rəst atın olmasını bildirdiyini, bundan sonra Hacının yenidən onun yaşadığı ünvana gəldiyini, Cəbrayıl və özünün atları Hacıya məxsus Qazelə mindirdiklərini, Hacının həmin vaxt pulunun az olmasını bildirirək atların müqabilində ilkin olaraq ona 100 manat, həmçinin əvvəlki borcunun isə hamısını yəni 400 manat, ümumilikdə isə 500 manat pul verdiyini, qalan 400 manatı sonra verəcəyini bildirdiyini, özü və Cəbrayılın həmin pulu öz aralarında bərabər böldüklərini, həmin puldan 250 manat ona, 250 manat isə Cəbrayıla qaldığını, həmkəndlisi və qonşusu Cəbrayıl ilə birlikdə yaşadığı Ağdaş rayonu, Kotavan kəndindən 5 rəst at oğurladıqlarını, Cəbrayılın ona 4 rəst atı oğurlayaraq satdığını söylədiyini və yenidən at oğurlayaraq satmaq istədiyini söylədiyini, həmçinin ona oğurladığı atları onun yaşadığı evin həyətinə gətirməyi və buradan da satmağı xahiş etdiyini, sonra əldə etdikləri pulu öz aralarında bərabər şəkildə böləcəklərini bildirdiyini, buna görə də Cəbrayıl ilə razılaşdığını, oğurladıqları atların hər birini onun bibisi oğlu Hacıya satdıqlarını, əvvəl satdıqları atların hərəsini 200 manat olmaqla ümumilikdə 400 manat, sonuncu 2 rəst atın hər birini isə 250 manat olmaqla ümumilikdə 500 manata satmaqları barədə razılaşdıqlarını, lakin Hacının əvvəl satdıqları atların pulunu tam həcmdə versə də, sonuncu dəfə satdığı atların pulundan 100 manat verərək qalan pulu sonra verəcəyini bildirdiyini, Hacıya satdıqları atların oğurluq olması barədə ona heç bir məlumat vermədiklərini, həmin atların həmkəndlilərinə məxsus olmasını və əldə etdikləri pulları atların sahiblərinə verəcəklərini söylədiklərini, lakin atları sataraq əldə etdikləri pulu öz aralarında bərabər böldüklərini, əvvəlki 4 rəst atı Cəbrayılın tək oğurladığını, bu barədə ona sonradan dediyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində yaşadığı Ağdaş rayonu, Kotavan kəndində heyvandarlıqla məşğul olduğunu, həmçinin yaşadığı kənddə itmiş heyvanları meşədən tapmaqda həmkəndlilərinə kömək etdiyini və bununla da ailəsini dolandırdığını, buna görə də Ağdaş rayonu, Kotavan kənd sakinlərinə məxsus heyvanları, xüsusilə də atların kimə məxsus olmasını bildiyini, bundan başqa tez-tez otlaq sahəsinə və meşəyə gedibgəldiyindən heyvanların, əsasən də atların meşənin hansı hissəsində otlamasını bildiyini, tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs2 qohumu Hacı adlı şəxsin at alveri ilə məşğul olmasını bildiyini, Hacının əvvəllər bir neçə dəfə yaşadığı kəndə gələrək həmkəndlilərinin atlarını aldığını, bu zamanlarda da bütün atları meşədən özünün gətirdiyini və qazelə mindirdiyini, həmin vaxtdan etibarən də Hacı ilə dostluq münasibətlərinin yarandığını, həmçinin Hacının ona mobil nömrəsini verərək satılıq at olan zaman ona zəng etməyini bildirdiyini, özünün də satılıq at olan zaman ona zəng etdiyini, daha sonra atları aparıb Asimin tövləsinə bağladığını, Hacının da gələrək atları oradan özünə məxsus qazelə mindirərək apardığını, maddi imkanı pis olduğundan meşədə otlayan atlardan oğurlayaraq satmağı qərara aldığını, buna görə də ilk dəfə xx.xx.2023-cü il tarixdə gecə saatlarında tək atların otladığı yerə getdiyini, atların kəndin yaxınlığında meşəlik sahədə otladıqlarını və gecə saatlarında kəndə doğru gəldiklərini, atların otlaq yerinə gedən zaman kəndin ayağında, yəni meşə tərəfində, lakin kəndin içərisində küçədə 2 rəst atın olmasını gördüyünü, bundan sonra elə həmin atları oğurlamaq qərarına gəldiyini, atlara yaxınlaşan zaman onlardan birini qaçqın kimi tanıdığı Əbülfəzə, digərinin isə həmkəndilisi Təbrizə məxsus olmasını gördüyünü, sonra atları kəndin içərisi ilə Asimin yaşadığı evə doğru apardığını, həmçinin küçələrə baxaraq küçədə heç kimin olmadığından əmin olduğunu, atları Asimin yaşadığı evin həyətində yerləşən tövləyə salaraq Asimə Hacıya satmaq üçün həmkəndlilərinin atlarını gətirməsini söylədiyini, əvvəllər də həmkəndlilərinin tapşırığı ilə onların atlarını Hacıya satmaq üçün sahədən tutaraq Asimin tövləsinə gətirdiyi üçün Asimin ondan şübhələnmədiyini, həmçinin Hacıya zəng edərək satmaq üçün 2 rəst atın olmasını bildirdiyini, Hacının da ona atlara sabah gəlib baxacağını bildirdiyini, bundan sonra yaşadığı evə getdiyini, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Hacının özünə məxsus Qazel ilə onun yaşadığı kəndə, Asimgilə gəldiyini, onun da Asimgilə gedərək Asimlə birlikdə atları Hacının qazelinə mindirdiklərini, həmin vaxt nə Hacı, nə də Asimin atların oğurluq olmasını bilmədiklərini, atların əvəzində atların sahiblərinə verməsi üçün Hacının ona 400 manat pul verdiyini, həmçinin Asimin onlara kömək etdiyi üçün Asimə 10 manat pul verdiyini, bundan sonra isə çıxıb getdiyini, elə həmin gün gecə yenidən at oğurlamaq qərarına gəldiyini, buna görə də yenə gecə saatlarında küçə ilə kəndin içərisində getdiyini, bir qədər getdikdən sonra küçədə at olmasını gördüyünü, həmin atın küçə ilə üzü kəndə doğru gəldiyini, ata yaxından baxdıqda həmin atın Mobilə məxsus olmasını gördüyünü, sonra atın arxasıyca yerdən götürdüyü çubuqla vuraraq apardığını, həmkəndlisi Elburusun atının da küçədə evinin giriş qapısının qarşısında olmasını gördüyünü və Elburusun atını da Mobilin atı ilə birlikdə Asimin yaşadığı evin yerləşdiyi küçəyə gətirdiyini, daha sonra atları Asimə məxsus tövləyə saldığını, həmin vaxt yenə də Asimə Hacıya satmaq üçün həmkəndlilərinin atlarını gətirməsini söylədiyini, Asimin də Hacıya zəng edəcəyini bildirdiyini, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Hacının özünə məxsus Qazel ilə Asimgilə gəldiyini, onun da Asimgilə getdiyini, Asimlə birlikdə atları Hacının qazelinə mindirdiklərini, həmin vaxt yenə də nə Hacı, nə də Asimin atların oğurluq olmasını bilmədiklərini, Hacının bu dəfə atların müqabilində 400 manat pulu Asimə verdiyini, Asimin isə pulu ona verdiyini, bundan sonra Hacının çıxıb getdiyini, həmin gün axşam saatlarında Asim ilə söhbət edən zaman Asimə əvvəl satdığı atların qaçqın Əbülfəz, həmkəndiləri Təbriz, Mobil və Elburusa məxsus olmasını və həmin atları oğurlayaraq satdığını, əldə etdiyi pulu da özündə saxladığını bildirdiyini, həmin vaxt Asimin əvvəlcə ona inanmadığını, lakin sonradan onun ciddi olduğunu gördüyünü, daha sonra Asimə də daha bir neçə atı gətirib birlikdə satmağı təklif etdiyini, Asimin bir qədər fikirləşdiyini və pula ehtiyacının olmasını bildirərək onunla razılaşdığını, həmin gün gecə saatlarında Asim ilə birlikdə at oğurlamaq üçün kəndin yaxınlığında yerləşən otlaq sahəsinə getdiyini, Asimin kəndin çıxışında gözlədiyini və ətrafda kimsə olsa ona xəbər edəcəyini bildirdiyini, onun da otlaq sahəsindəki ata yaxınlaşdığını, həmin vaxt atın Sədullaya məxsus olmasını gördüyünü və atı kəndə doğru gətirdiyini, daha sonra küçədə Şəhla arvada məxsus 2 rəst atın olmasını gördüyünü, Asim ilə birlikdə həmin atları Asimin tövləsinə gətirib saldıqlarını, Asimin isə Hacıya zəng edərək satmaq üçün at olmasını söyləyəcəyini bildirdiyini, bundan sonra yaşadığı evə getdiyini, həmin günün səhərisi, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Asimin ona zəng edərək Hacının gəlməsini söylədiyini, bundan sonra Asimgilə getdiyini, Asim ilə birlikdə atları Hacıya məxsus Qazelə mindirdiklərini, Hacının həmin vaxt üstündə pulun az olmasını bildirərək 200 manat pul verdiyini və atlar üçün daha 400 manat verəcəyini söylədiyini, onların da Hacı ilə razılaşdıqlarını, Hacının isə çıxıb getdiyini, bundan təxminən 2 gün sonra, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Asim ilə söhbət edən zaman yenidən at oğurlayaraq satmağı qərara aldıqlarını, buna görə də həmin gün gecə saatlarında yenidən kəndin içərisi ilə otlaq sahəsinə doğru getməyə başladıqlarını, bu zaman həmkəndlisi Güloğlanın evinin qarşısında 2 rəst atın olmasını gördüyünü, Asimə həmin atları oğurlamağı təklif etdiyini, Asimin də onunla razılaşdığını, bundan sonra Asimin küçənin başında duraraq yenə də ətrafı müşahidə etdiyini və kimsə gələrsə ona xəbər edəcəyini bildirdiyini, onun isə gedərək atları küçədən çıxardığını, bundan sonra Asimlə ikisinin birlikdə atları Asimin tövləsinə apardıqlarını, Asimin artıq gec olduğunu səhər Hacıya zəng edəcəyini bildirdiyini, onun isə yaşadığı evə getdiyini, səhəri gün Hacının Asimgilə gəldiyi üçün onun da getdiyini, Asimlə birlikdə atları Hacıya məxsus Qazelə mindirdiklərini, Hacının həmin vaxt onlara əvvəlki atlardan qalıq qalan 400 manatı və həmin gün satdıqları atlar üçün isə 100 manat verdiyini və daha 400 manat vercəyini söylədiyini, yenə də Hacı ilə razılaşdıqlarını, Hacının onlara verdiyi pulu Asim ilə öz aralarında bərabər böldüklərini, Hacıya satdıqları atları oğurluq yolu ilə əldə etmələri barədə ona heç bir məlumat vermədiklərini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində Bərdə rayonu, Şirvanlı kəndi ərazisində yerləşən fermada məskunlaşaraq orada da yaşadığını, yaşadığı fermanın yerləşdiyi ərazinin Ağdaş rayonu, Kotavan kəndi ilə həmsərhəd olduğunu, Kür çayından o biri tərfədə yaşadığını, Kotavan kəndinin isə çayın o biri tərəfində olduğunu, heyvandarlıqla məşğul olduğunu, həmçinin şəxsi təsərrüfatında 1 rəst atı olduğunu, ona məxsus atı otlaması üçün sərbəst şəkildə otlaq sahəsinə getdiyini, bəzi günlərin yaşadığı fermanın həyətinə gəldiyini, çox vaxt isə Ağdaş rayonu, Kotavan kənd sakini Zərərçəkmiş şəxs5 məxsus atla birlikdə onun yaşadığı evin qarşısına getdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Təbrizin ona zəng edərək dünən yəni, xx.xx.2023-cü il tarixdə atların ikisinin də onun yaşadığı evin qarşısında olduğunu, lakin hazırda atları tapa bilmədiyini söylədiyini, özünün də ola bilsin atların otlaması üçün meşəyə getdiyini və nəzarətsiz qaldığı üçün itdiyini fikirləşdiyini, buna görə də meşəni axtarmağa başladığını, lakin tapa bilmədiyini, bundan sonra Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus atın naməlum istiqamətə gedərək itməsi barədə ərizə verdiyini, lakin bundan iki gün sonra Ağdaş rayon, Kotavan kənd sakinlərinin də atlarının naməlum istiqamətə gedərək itməsini, daha sonra həmin şəxslərin onlara məxsus atların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ilə bağlı Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmələrini eşitdiyini, buna görə də Ağdaş RPŞ-yə gələrək ona məxsus 1 rəst atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə ərizə yazdığını, ona məxsus 1 rəst at xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs5 yaşadığı evin qarşısından keçən küçədən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, ona məxsus at 7 yaşında, dişi, diri çəkisi təxminən 250-300 kq, kök, sağlam vəziyyətdə, sarımızımtıl rəngli (kürən) yerli cins at olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Zərərçəkmiş şəxs5 ona atları tapa bilmədiyini bildirdiyi üçün əvvəlcə atının naməlum istiqamətə gedərək itməsini düşündüyünü, lakin daha sonra Ağdaş rayonu, Kotavan kəndinin bir neçə sakininə məxsus atların da yoxa çıxması ilə əlaqədar həmin şəxslərin polisə müraciət etmələrini bildiyini, bundan sonra ona məxsus 1 rəst atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, buna görə də xx.xx.2023cü il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, ona məxsus 1 rəst atın qiyməti təxminən 1500 (min) manat olduğunu, buna görə də baş vermiş oğurluq nəticəsində ona 1500 manat dəyərində maddi ziyan dəydiyini, həmin atın onun şəxsi təsərrüfatında olduğundan həmin atın da faktiki sahibi özünün olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində yaşadığı Ağdaş rayonu, Kotavan kəndində heyavdarlıqla məşğul olduğunu, həmçinin şəxsi təsərrüfatında 1 rəst atının olduğunu, həmin atı otlaması üçün hər gün səhər saatlarında yaşadığı kəndin ərazisinə buraxdığını və axşam saatlarından otlaqdan qayıdaraq yaşadığı evin qarşısında küçədə dayandığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində özünə məxsus atın evinin qarşısında küçədə olmasını gördüyünü, xx.xx.2023-cü il tarixdə səhər təxminən 06 radələrində qoyunları tövlədən çıxardan zaman atının küçədə olmadığını gördüyünü, lakin hər gün qoyunları çıxardan zaman atın küçədə olduğunu, buna görə də atının olmamasından şübhələndiyini, bundan sonra yaşadığı kəndin ərazisində yerləşən otlaq sahələrini və meşəlik sahəni axtardığını, lakin atını tapa bilmədiyini, yaşadığı kəndin ətrafı meşəlik sahə olduğundan atını meşədə vəhşi heyvanların parçaladığını fikirləşdiyini, bir müddət sonra artıq yaşadığı kəndin bir neçə sakinin də atlarının olmadığını eşitdiyini, buna görə də xx.xx.2023-cü il tarixdə həmkəndliləri ilə birlikdə Ağdaş RPŞ-yə gələrək ona məxsus atın naməlum istiqamətə gedərək itməsi barədə ərizə ilə müraciət etdiyini, kəndə qayıtdıqdan sonra daha bir neçə həmkəndlisinin də atlarının olmamasını eşitdiyini, bu barədə həmkəndliləri ilə söhbət edən zaman bir ay ərzində təxminən 8-9 rəst atın naməlum istiqamətə gedərək itə bilməyəcəyini fikirləşdiyini, buna görə də xx.xx.2023-cü il tarixdə yenidən Ağdaş RPŞ-yə gələrək özünə məxsus 1 rəst atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə ərizə yazdığını, ona məxsus atın 8 yaşında, dişi, diri çəkisi təxminən 400 kq, kök, sağlam vəziyyətdə, qırmızımtıl rəngli (kürən) yerli cins at olduğunu, baş vermiş oğurluq nəticəsində ona 1000 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində yaşadığı Ağdaş rayonu, Kotavan kəndində heyavdarlıq və əkinçilik ilə məşğul olduğunu, həmçinin onun şəxsi təsərrüfatında 1 rəst atı olduğunu, həmin atı hər gün otlaması üçün kəndin otlaq sahəsinə buraxdığını və gün ərzində atın orada nəzarətsiz şəkildə otladığını, yalnız axşam saatlarında atı yaşadığı evin qarşısına gətirdiyini, atın da orada, yəni küçədə gecələdiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində ona məxsus atın otlaq sahəsində otlamasını gördüyünü, lakin bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə atının otlaq sahəsində olmadığını gördüyünü, bundan sonra əvvəlcə atının naməlum istiqamətə gedərək itməsini düşündüyünü, buna görə də bir neçə müddət atını axtardığını və xx.xx.2023-cü il tarixdə Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini, lakin atını heç bir yerdə tapa bilmədiyini, buna görə də ona məxsus atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, buna görə də yenidən xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus 1 rəst atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirdiyini, ona məxsus 1 rəst at xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə yaşadığı evin yaxınlığında küçədən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, ona məxsus atın 10 yaşında, dişi, diri çəkisi təxminən 220 kq, arıq, sağlam vəziyyətdə, sarı rəngli (kürən) yerli cins at olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində atının otlaq sahəsində olmadığını gördüyünü, bundan sonra bir neçə gün ərzində atı axtardığını, lakin tapa bilmədiyini, ona məxsus 1 rəst atın qiymətinin təxminən 600 manat olduğunu, buna görə də baş vermiş oğurluq nəticəsində ona 600 manat dəyərində maddi ziyan dəydiyini, həmin atın onun şəxsi təsərrüfatında olduğundan həmin atın da faktiki sahibi özü olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində yaşadığı kənddə heyvandarlıq və əkinçiliklə məşğul olduğunu, onun şəxsi təsərrüfatında 02 rəst atı olduğunu, həmin atları yaşadığı Ağdaş rayonu Kotavan kəndi ərazisində yerləşən otlaq sahəsinə və meşəlik sahəyə otlaması üçün buraxdığını, hərdən atları axşam saatlarında yaşadığı evin həyətinə gətirdiyini, hərdən isə atların eləcə otlaq sahəsində qaldığını, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən 17:30 radələrində atlarının ikisini də kəndin ərazisində otlaq sahəsində gördüyünü, lakin həmin gün axşam atları yaşadığı evin həyətinə gətirmədiyini və ona məxsus 2 rəst atın otlaq sahəsində qaldığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində otlaq sahəsinə atlara baş çəkmək üçün getdiyini, bu zaman ona məxsus 2 rəst atdan 1 rəst atın otlaq sahəsində olmadığını gördüyünü, bundan sonra atını axtarmağa başladığını, lakin tapa bilmədiyni, bundan sonra kənd sakinlərindən atını görüb-görmədiklərini soruşduqda ondan başqa bir neçə həmkəndlisinin də atı naməlum səbəblərdən tapılmadığını, buna görə də özlərinə məxsus atların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, bundan sonra Ağdaş rayon polis şöbəsinə gələrərk ona məxsus 1 rəst atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə ərizə yazdığını, ona məxsus atın 8 yaşında, dişi, diri çəkisi təxminən 300 kq, boğaz vəziyyətdə, kök, sağlam vəziyyətdə, sarımızımtıl rəngli (kürən) yerli cins at olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində atına baş çəkmək üçün otlaq sahəsinə getdikdən sonra aşkar etdiyini, baş vermiş oğurluq nəticəsində ona 700 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində yaşadığı Ağdaş rayonu, Kotavan kəndində heyvandarlıq və əkinçilik ilə məşğul olduğunu, həmçinin onun şəxsi təsərrüfatında 1 rəst atı da olduğunu, həmin atı həyətində saxladığını, gündüzlər isə otlaması üçün yaşadığı Ağdaş rayonu, Kotavan kəndi ərazisində yerləşən otlaq sahəsinə buraxdığını, həmin atın da otlaq sahəsində otlaqdıqdan sonra axşamlar yaşadığı evin qarşısına gəldiyini və çox zaman da küçədə gecələdiyini, sonuncu dəfə atını xx.xx.2023cü il tarixdə təxminən saat 18 radələrində meşədən gəldiyini və atı açaraq otlaması üçün küçəyə buraxdığını, xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində meşəyə getmək üçün atını axtardığını, lakin atını yaxınlıqda tapa bilmədiyini, buna görə də atın otlaması üçün kəndin otlaq sahəsinə getdiyini, buna görə də otlaq sahəsinə getdiyini, lakin atını orada tapa bilmədiyini, bundan sonra bir neçə gün ərzində atını axtarsa da tapa bilmədiyini, buna görə də xx.xx.2023-cü il tarixdə ona məxsus 1 rəst atın naməlum istiqamətə gedərək itməsi barədə ərizə ilə Ağdaş rayon polis şöbəsinə müraciət etdiyini, lakin atını heç bir yerdə tapa bilmədiyini, buna görə də ona məxsus atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, buna görə də yenidən xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus 1 rəst atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirdiyini, ona məxsus atın 6 yaşında, erkək, diri çəkisi təxminən 270 kq, kök, sağlam vəziyyətdə, qırmızımtıl rəngli (kürən) yerli cins olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində meşəyə getmək istəyən zaman atını tapa bilmədiyini, bundan sonra bir neçə gün ərzində atı axtardığını, lakin yenə də tapa bilmədiyini, baş vermiş oğurluq nəticəsində ona 500 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 ifadəsində yaşadığı kənddə heyvandarlıq və əkinçiliklə məşğul olduğunu, şəxsi təsərrüfatında 03 rəst atı olduğunu, həmin atları yaşadığı Ağdaş rayonu, Kotavan kəndi ərazisində yerləşən otlaq sahəsinə və meşəlik sahəyə otlaması üçün buraxdığını, hərdən atları axşam saatlarında yaşadığı evin həyətinə gətirdiyini, hərdən isə atların eləcə otlaq sahəsində qaldığını, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrdində atları yaşadığı Ağdaş rayonu, Kotavan kəndi ərazisində yerləşən və “kür yeri” deyilən yerdə gördüyünü, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrindən atların otlaq sahəsində olmadığını gördüyünü, bundan sonra yaşadığı kəndin ərazisində olan otlaq sahəsini axtarmağa başladığını, həmçinin həmkəndlisi Mobilə məxsus 1 rəst atın da tapılmadığını, bundan sonra isə başqa bir neçə həmkəndlisinin də atlarının tapılmadığını eşitdiyini, buna görə də ona məxsus atların oğurlanması barədə Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini, ona məxsus atlardan birinin 6 yaşında, dişi, diri çəkisi təxminən 300 kq, arıq, sağlam vəziyyətdə, qırmızımtıl rəngli, digəri isə 5 aylıq, erkək, diri çəkisi 80 kq, sağlam vəziyyətdə yerli cins at olduğunu, baş vermiş oğurluq nəticəsində ona 750 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində yaşadığı Ağdaş rayonu, Kotavan kəndində heyavdarlıqla məşğul olduğunu, həmçinin şəxsi təsərrüfatında 2 rəst atı olduğunu, həmin atların birini otlaması üçün yaşadığı kəndin ərazisinə buraxdığını, digərini isə yaşadığı evin həyətində saxladığını, həmin atı otlaması üçün hər gün səhər saat təxminən 08 radələrində yaşadığı kəndin ərazisində yerləşən meşəlik sahəyə buraxdığını, axşam təxminən saat 19-20 radələrində meşədən yaşadığı kəndin ərazisinə qayıtdığını, xx.xx.2023-cü il tarixdə də hər gün olduğu kimi atı otlaması üçün meşəyə buraxdığını və gecə saat təxminən 23:50 radələrində ot bağlatdırmaq üçün sahəyə gedən zaman özünə məxsus 1 rəst və qardaşı oğlu Mehdiyə məxsus 1 rəst atın yaşadığı evin qarşısında küçədə olmasını gördüyünü, xx.xx.2023-cü il tarixdə təxminən 03 radələridə atların orada olmadığını gördüyünü, bundan sonra atların otlamaq üçün getməsini fikirləşdiyini, həmin gün təxminən saat 15 radələrində qardaşı oğlu Mehdiyə zəng edərək atları tapa bilmədiyini söylədiyini, həmçinin atların tapılmamasından şübhələndiyini, həmin ay ərazində bir neçə həmkəndlisinin atlarının da yoxa çıxdığını, bundan sonra atları axtarmağa başladıqlarını, əvvəlcə atların əvvəllər otladığı kəndin ərazisinə və daha sonra kəndin yaxınlığında yerləşən meşəlik sahəyə baxdıqlarını, lakin atların heç birini tapa bilmədiklərini, həmçinin digər həmkəndliləri ilə də söhbət apardığını, onların da hər birinin atları tapa bilmədiklərini bildirdiklərini, bundan sonra əvvəlcə atının naməlum istiqamətə gedərək itməsini zənn etdiyini və bu barədə xx.xx.2023-cü il tarixdə Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini, lakin daha sonra bir ay ərzində eyni kənddən və eyni formada atların naməlum istiqamətə gedərək itə bilməyəcəyini fikirləşdiyini, ona məxsus atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşdüyünü, buna görə də yenidən xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus 1 rəst atın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirdiyini, ona məxsus atın 7 yaşında, dişi, diri çəkisi təxminən 450 kq, kök, sağlam vəziyyətdə, şabalıdı rəngli (kürən) yerli cins at olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 03 radələrində ot bağlamaq üçün gedən zaman atların olmadığını gördüyünü, bundan sonra gün ərzində atları axtardığını, lakin tapa bilmədiyini, bundan sonra həmin gün təxminən saat 15 radələrində bu barədə qardaşı oğlu Mehdiyə zəng edərək məlumat verdiyini, ona məxsus 1 rəst atın qiymətinin təxminən 1000 (min) manat olduğunu, buna görə də baş vermiş oğurluq nəticəsində ona 1000 manat dəyərində maddi ziyan dəydiyini, həmin atın onun şəxsi təsərrüfatında olduğundan həmin atın da faktiki sahibi özü olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində yaşadığı Ağdaş rayonu, Kotavan kəndində heyavdarlıqla məşğul olduğunu, həmçinin şəxsi təsərrüfatında 1 rəst atı olduğunu, həmin atı otlaması üçün hər gün səhər saat təxminən 08 radələrində yaşadığı kəndin ərazisində yerləşən meşəlik sahəyə buraxdığını və axşam təxminən saat 19-20 radələrində meşədən yaşadığı kəndin ərazisinə qayıtdığını, xx.xx.2023-cü il tarixdə də hər gün olduğu kimi atı otlaması üçün meşəyə buraxdığını və gecə saat təxminən 23:50 radələrində atın yaşadığı evin qarşısında küçədə olduğunu, bunu ona sonradan əmisi Zərərçəkmiş şəxs6 söylədiyini, xx.xx.2023-cü il tarixdə təxminən 15 radələrində Güloğlanın ona zəng edərək atları tapa bilmdəiyini söylədiyini, özünün də bundan şübhələndiyini, belə ki, həmin ay ərazində bir neçə həmkəndlisinin atlarının da yoxa çıxdığını, bundan sonra atları axtarmağa başladıqlarını, əvvəlcə atların əvvəllər otladığı kəndin ərazisinə və daha sonra kəndin yaxınlığında yerləşən meşəlik sahəyə baxdıqlarını, lakin atların heç birini tapa bilmədiklərini, həmçinin digər həmkəndliləri ilə də söhbət apardığını, onların da hər birinin atları tapa bilmədiklərini bildirdiklərini, bundan sonra əvvəlcə atının naməlum istiqamətə gedərək itməsini zənn etdiyini və bu barədə xx.xx.2023-cü il tarixdə Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyini, lakin daha sonra bir ay ərzində eyni kənddən və eyni formada atların naməlum istiqamətə gedərək itə bilməyəcəyini fikirləşərək özünə məxsus atın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşdüyünü, buna görə də yenidən xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞyə ərizə ilə müraciət edərək özünə məxsus 1 rəst atın xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirdiyini, ona məxsus 1 rəst at xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə yaşadığı evin yaxınlığında küçədən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, ona məxsus atın 8 yaşında, dişi, diri çəkisi təxminən 250-300 kq, kök, sağlam vəziyyətdə, sarımtıl rəngli (kürən) yerli cins at olduğunu, baş vermiş oğurluq nəticəsində ona 1000 manat dəyərində maddi ziyan dəydiyini, həmin atın onun şəxsi təsərrüfatında olduğundan həmin atın da faktiki sahibi özü olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıdığını, Asimin onun doğma dayısı oğlu, Cəbrayılın isə Asimin qonşusu və həmkəndlisi olduğunu, təxminən 10 ildən çoxdur ki, heyvan alqı-satqısı ilə məşğul olduğunu, son iki ildə isə at alveri ilə məşğul olduğunu, alver zamanı təsadüfən tanış olduğu şəxslərdən Qazaxıstan Respublikasında at ətinə təlabat olduğunu öyrəndiyini, bundan sonra Qazaxıstan Respublikasına at satmaq qərarına gəldiyini, buna görə də heyvan alqı-satqısını ən çox etdiyi, həmçinin anasının olduğu Ağdaş rayonu, Kotavan kəndinə gəldiyini, burada dayısı oğlu Asimə məlumat verdiyini və əgər at satmaq istəyən olsa onunla əlaqə saxlamasını bildirdiyini, həmin vaxt Asimin ona qonşusu olan Cəbrayılın kənd ərazisində olan atları və onların sahiblərini tanıdığını, əgər satılıq at olarsa ona məlumat verəcəyini bildirdiyini, bundan sonra Ağdaş rayonu, Kotavan kənd sakinlərindən dəfələrlə at aldığını, bu zaman da Cəbrayıl ilə rastlaşdığını və münasibətlərinin yarandığını, buna görə də öz mobil nömrəsini Cəbrayıla əgər satılıq at olsa ona məlumat verməsi üçün verdiyini, təxminən 15 gün əvvəl Cəbrayılın ona zəng edərək satmaq üçün 2 rəst atın olmasını bildirdiyini, daha sonra Cəbrayıla zəng edərək atların harada olmasını soruşduğunu, Cəbrayılın da ona atları Asimin həyətinə bağladıqlarını bildirdiyini, buna görə özünə məxsus Qazel markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Asimin yaşadığı Ağdaş rayonu, Kotavan kəndinə gəldiyini, həmin vaxt Cəbrayılın da orada olduğunu, Cəbrayıl və Asimin atları ona məxsus yük avtomobilinə mindirdiklərini, buna görə də 400 manat pulu sayaraq Cəbrayıla verdiyini, bundan bir gün sonra Cəbrayılın yenidən ona zəng edərək satlıq 2 rəst at olduğunu bildirdiyini, onun da Cəbrayıldan atların harada olmasını soruşduğunu, bu zaman Cəbrayılın ona atların yenə də Asimin həyətində olduğunu bildirdiyini, bundan sonra yenə də özünə məxsus yük avtomobili ilə Ağdaş rayonu, Kotavan kəndinə, Asimin yaşadığı ünvana gəldiyini, burada yenə də keçən dəfə olduğu kimi Cəbrayıl və Asimın atları ona məxsus avtomobilə mindirdiklərini, buna görə də 400 manat pulu Cəbrayıla verməsi üçün Asimə verdiyini, bundan sonra çıxıb getdiyini, aradan bir neçə gün keçdikdən sonra gecə təxminən saat 02 radələrində Cəbrayılın ona zəng edərək satlıq 3 rəst at olmasını bildirdiyini, bundan sonra təxminən saat 20 radələrində Ağdaş rayonu, Kotavan kəndinə gəldiyini, bundan sonra Asim və Cəbrayılın atları ona məxsus qazelə mindirdiklərini, bunun əvəzində onlara 600 manat pul verəcəyini, lakin həmin vaxt üstündə pul az olduğu üçün 200 manat, 400 manat isə sonra verəcəyini bildirdiyini və 200 manat pulu Asimə verdiyini, bundan sonra da çıxıb getdiyini, aradan təxminən 3-4 gün keçdikdən sonra dayısı oğlu Asimin ona zəng edərək satılıq 2 rəst at olmasını bildirdiyini, buna görə də həmin gün özünə məxsus Qazel markalı avtomobil ilə Ağdaş rayonu, Kotavan kəndinə gəldiyini, Asim və Cəbrayılın atları ona məxsus avtomobilə mindiriklərini, lakin həmin vaxt üzərində az pul olduğu üçün atların pulundan 100 manatını, əvvəlki atların pulundan isə 400 manatı Asimə verdiyini və qalan 400 manat pulu isə sonra verəcəyini bildirdiyini, Asim və Cəbrayılın da onunla razılaşdıqlarını, Asim və Cəbrayılın ona satdıqları atların oğurluq olmasını bilmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 16 avqust 2023-cü il tarixli, ƏQ-57/2023 nömrəli məktubdan görünür ki, 1 rəst 7 yaşında, dişi diri çəkisi təxminən 250-300 kq, kök, sağlam vəziyyətdə sarımızımtıl rəngli (kürən) yerli cins at, 1000 (min) manat dəyərində; 1 rəst 10 yaşında, dişi diri çəkisi təxminən 220 kq, arıq, sağlam vəziyyətdə sarı rəngli (kürən) yerli cins at, 450 (dörd yüz əlli) manat dəyərində; 1 rəst 7 yaşında, dişi diri çəkisi təxminən 450 kq, kök, sağlam vəziyyətdə şabalıdı rəngli (kürən) yerli cins at, 800 (səkkiz yüz) manat dəyərində; 1 rəst 8 yaşında, dişi diri çəkisi təxminən 250-300 kq, kök, sağlam vəziyyətdə sarımıtıl rəngli (kürən) yerli cins at, 850 (səkkiz yüz əlli) manat dəyərində; 1 rəst 8 yaşında, dişi diri çəkisi təxminən 300 kq, kök, boğaz və sağlam vəziyyətdə sarımızımtıl rəngli (kürən) yerli cins at, 570 (beş yüz yetmiş) manat dəyərində; 1 rəst 6 yaşında, erkək diri çəkisi təxminən 270 kq, kök, sağlam vəziyyətdə qırmızımtıl rəngli (kürən) yerli cins at, 400 (dörd yüz) manat dəyərində; 1 rəst 6 yaşında, dişi diri çəkisi təxminən 300 kq, kök, arıq sağlam vəziyyətdə qırmızımtıl rəngli at, 500 (beş yüz) manat dəyərində; 1 rəst 5 aylıq, erkək diri çəkisi təxminən 80 kq, kök, arıq sağlam vəziyyətdə yerli cins at, 200 (iki yüz) manat dəyərində; 1 rəst 8 yaşında, dişi diri çəkisi təxminən 400 kq, kök, sağlam vəziyyətdə qırmızımtıl rəngli (kürən) yerli cins at, 800 (səkkiz yüz) manat dəyərində qiymətləndirilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X24 26 iyul 2023-cü il PHŞ-6-22/2-1125/2023 saylı arayışından görünür ki, Ağdaş rayonu, Kotavan kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Ağdaş rayon mərkəzi xəstəxanası” X24 poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 iyul 2023-cü il tarixli, 5-32-12/2-273/2023 saylı arayışdan görünür ki, xx xxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Ağdaş rayonu, Kotavan kəndində qeydiyyatda olmaqla yaşayır və ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: atası – xx.xx.1960-cı il təvəllüdlü X1, anası – xx.xx.1965-ci il təvəllüdlü X4, arvadı – xx.xx.1985-ci il təvəllüdlü X6, oğlu – xx.xx.2009-cu il təvəllüdlü X9, qızı – xx.xx.2010-cu il təvəllüdlü X10, qızı – xx.xx.2016-cı il təvəllüdlü X14. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, o, həmin qərarla saat 17:30-da tanış olmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 iyl 2023-cü il tarixli, 5-32-12/2-272/2023 saylı arayışdan görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Kotavan kəndində qeydiyyatda olmaqla yaşayır və ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: arvadı – xx.xx.1988-ci il təvəllüdlü X5, oğlu – xx.xx.2008-ci il təvəllüdlü X11, qızı – xx.xx.2011-ci il təvəllüdlü X7, qızı – xx.xx.2014-cü il təvəllüdlü X3. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, o, həmin qərarla saat 20:00-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini və onlarla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini və onlarla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-167/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-167/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver