Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-168/2023 29.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 20,91 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:20-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 20:03-dən 20:23-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 20,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində uzun müddət narkotik vasitələrdən mütəmadi istifadə etdiyini, lakin hal-hazırda arada bir istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində-qəbirstanlıq ətrafında gedərkən yolun kənarından yerdə şəffaf sellofan paket olduğunu, sellofan paketin içərisində yaşıl rəngli bitki olduğu göründüyünü, istifadəçisi olduğuna görə həmin paketdəki maddənin narkotik vasitə yəni, “nəşə” olduğunu güman etdiyini, ona görə də, həmin paketi götürüb içərisinə baxdıqda həmin maddənin həqiqətəndə “nəşə” olduğundan əmin olduğunu, sonra istifadə etmək üçün paketi götürüb cibinə qoyduğunu, xx.xx.2023-cü il tarixdə saat 19.20-də Ağdaş şəhəri, C.Cabbarlı küçəsində olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-yə gətirdiklərini, Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, üzərində narkotik vasitə olub-olmamasının soruşulduğunu, əgər varsa təqdim etməyi söylənildiyi, əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofan paketi, sol cibindən üzərinə “Mançester” sözü yazılmış 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı və 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etdiyini, onları masanın üzərinə qoyduğunu, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmadığını, aşkar olunmuş siqaret qutusunun açıldı, içərisində siqaret dənələri aşkar olunduğunu, siqaret qutusu və alışqanın iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, yenidən həmin paketin içərisində narkotik vasitə olan “nəşə” olduğunu söylədiyini, ilkin olaraq 1 ədəd şəffaf rəngli sellofan paketin açıldığını, baxış zamanı içərisində xüsusi iyə malik, yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunduğunu, paketin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu paketin təxmini çəkisinin 22 qram olmasının müəyyən edildiyini, 1 ədəd paket 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin o, və digər iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı söylənildiyi, həmçinin ona məxsus mobil telefon da, iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq götürüldüyünü, zərfin üzərinin iştirakçılar tərəfindən imzalandığını, möhürləndiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, mobil telefon işlətdiyini, mobil nömrəsinin isə ***- ***-**-** olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş RPŞ-nin PPX-nün manqa komandiri Şahid2 ilə birlikdə Ağdaş şəhəri, C.Cabbarlı küçəsində Aqili saxladıqlarını, özlərini təqdim edərək Aqilin üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu söylədiklərini, bundan sonra Aqili RPŞ-yə dəvət etdiklərini, Aqilin də onlarla birlikdə Ağdaş RPŞ-yə gəldiyini, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edildiyini, Aqilin şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərində RPŞ-nin inzibati binasında şəxsi axtarış aparıldığını, daha sonra Aqilin xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində qəbirstanlığın ətrafında gedərkən yolun kənarından yerdə şəffaf sellofan paket olduğunu, sellofan paketin içərisində yaşıl rəngli bitki olduğunu göründüyünü, istifadəçisi olduğuna görə həmin paketdəki kütlənin narkotik vasitə yəni, “nəşə” olduğunu güman etdiyini, ona görə də, həmin paketi götürüb içərisinə baxdıqda həmin maddənin həqiqətəndə “nəşə” olduğundan əmin olduğunu, daha sonra istifadə etmək üçün paketi götürüb cibinə qoyduğunu söylədi, əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofan paketi, sol cibindən üzərinə “Mançester” sözü yazılmış 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı və 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etdiyini, masanın üzərinə qoyduğunu, bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmadığını, aşkar olunmuş siqaret qutusunun açıldığını, içərisində siqaret dənələri olan siqaret qutusu və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Aqilin özünə qaytarıldığını, əvvəlcə 1 ədəd şəffaf rəngli sellofan paketin açıldığını, baxış zamanı içərisində xüsusi iyə malik, yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunduğunu, paketin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu paketin təxmini çəkisinin 22 qram olması müəyyən edildiyini, həmin paket 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürləndiyini, zərfin o, və digər iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağının söylənildiyini, həmçinin Aqilə məxsus mobil telefon da, iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq götürüldüyünü, zərfin üzərinin iştirakçılar tərəfindən imzalandığını, möhürləndiyini, ilkin sorğu zamanı Aqil üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində qəbirstanlıq ətrafında gedərkən yolun kənarından yerdə şəffaf sellofan paket olduğunu, sellofan paketin içərisində yaşıl rəngli bitki olduğu göründüyünü, istifadəçisi olduğuna görə həmin paketdəki kütlənin narkotik vasitə yəni, “nəşə” olduğunu güman etdiyini, ona görə də, həmin paketi götürüb içərisinə baxdıqda həmin maddənin həqiqətəndə “nəşə” olduğundan əmin olduğunu, daha sonra istifadə etmək üçün paketi götürüb cibinə qoyduğunu söylədiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Aqil üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofan paketi, sol cibindən üzərinə “Mançester” yazılmış 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı və 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmiş, həmin əşyalar masanın üzərinə qoyulmuş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir əşya aşkar olunmamış, siqaret qutusu açılmış, siqaret dənələri aşkar olunmuş, içərisində siqaret dənələri olan siqaret qutusu və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, sellofan bükümün içərisində narkotik vasitə “nəşə” olduğunu Təqsirləndirilən şəxs qurudulmuş bitki kütləsi olması müəyyən edilmiş, bükümün təxmini çəkisi müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş kütlənin olduğu bükümün təxmini çəkisinin 22 qram olması müəyyən edilmiş, 1 ədəd büküm 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN-in 111 №li möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənmiş, Aqil xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Ağdaş şəhəri, Məşəd küçəsində-qəbirstanlıq ətrafında gedərkən yolun kənarından yerdə şəffaf sellofan paket olduğunu, sellofan paketin içərisində yaşıl rəngli bitki olduğu göründüyünü, istifadəçisi olduğuna görə həmin paketdəki kütlənin narkotik vasitə yəni, “nəşə” olduğunu güman etdiyini, ona görə də, həmin paketi götürüb içərisinə baxdıqda həmin maddənin həqiqətəndə “nəşə” olduğundan əmin olduğunu, daha sonra istifadə etmək üçün paketi götürüb cibinə qoyduğunu söyləmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 10 avqust 2023-cü il tarixli 17/598 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik tərkibli vasitəyə oxşar bitki kütləsi olan 1 ədəd sellofan paket.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan paketdə, təmiz çəkisi – 20,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs X3 şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 591 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Ağdaş RMX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli arayış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının (aşkar edilməməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) (müəyyən olunmaması, törətdiyi əmələ görə peşiman olduğunu bildirməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. O, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əzab çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmədiyindən o, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi əlamətləri aşkar edilmədiyindən onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 1545 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 24 avqust 2023-cü il tarixli PHŞ-6-22/2-1299/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X6in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, 19955 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019 – xx.xx.2020-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada “Üzvi şəxsiyyət dəyişikliyi (travmatik mənşəli) dioqnozu ilə stasionar müalicədə olub. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə (1 il 6 ay şərti sınaq müddəti) cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, 385 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, 386 saylı arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla ailə tərkibi – anası xx.xx.1961-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:50də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 18:00-da tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 sentyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhərində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilməklə MSY-nə təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 09:30-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, məhkumluluğunun olmaması, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı, 14 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək tutulduğu cəmi üç gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 6 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmlalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 20,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı, 14 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək tutulduğu cəmi üç gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 6 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 20,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-168/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-168/2023
29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver