Məhkəmə qərarları › İş №1(014)-17/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-17/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-17/2021 09.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Qanuni nümayəndə Şahid8 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxx 2004-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu Eymur kənd orta məktəbinin 11-ci sinif şagirdi, məhkum olunmamış, Ağdaş rayonu, Eymur kəndində qeydiyyatda olan və yaşayan, barəsində 14 sentyabr 2020-ci il tarixdə yetkinliyk yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Eymur kəndində yerləşən evinin həyətyanı sahəsində 2020-ci ilin may ayının əvvəllərində 02 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki toxumlarını qanunsuz olaraq əkərək yetişdirmiş, həmin tarixdən avqust ayının axırlarınadək yetişdirdiyi kollardan müxtəlif vaxtlarda yığıb qurudaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan torbanın içərisində, təmiz çəkisi 128,41 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,16 qram olan qurudulmuş marixuanaları satış məqsədi olmadan qanunsuz olaraq hazırlamış, həmin narkotik vasitəni yaşadığı Ağdaş rayonu, Eymur kəndində yerləşən evində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 19:15 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş rayonu, Eymur kəndində yerləşən evinə baxış keçirilən zaman həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və qanuni nümayəndəsi olan anası Şahid8 iştirakı ilə verdiyi ifadəsində 2020-ci ilin may ayının əvvəllərində Ağdaş rayonu, Eymur kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində 2 ədəd torpağa narkotik tərkibli bitki əkdiyini, bir neçə dəfə həmin əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17:30 radələrində yaşadığı evdə olarkən yoldan babası Şahid3 kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının babası Şahid3 yaxınlaşaraq onlarda yaşadıqları evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkildiyi və yaşadıqları evdə narkotik vasitələr saxlanılması barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara özünün yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini, yaşadığı evdə narkotik vasitələr saxladığını və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidlərinin, vəkilin, anasının, polis əməkdaşlarının və aqronomun iştirakları ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində istixanada aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 2.55 m və 2.60 m əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra üzərinə iki nəfər hal şahidlərinin, vəkilin, anasının, polis əməkdaşlarının və aqronomun iştirakları ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərində olan qəhvəyi rəngli şalvarın sol axra cibindən bir ədəd üzərinə “KENT” yazısı olan qara rəngli alışqan aşkar edildiyini, bundan sonra yaşadığı evə iki nəfər hal şahidlərinin, vəkilin, anasının, polis əməkdaşlarının və aqronomun iştirakları ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evdən babası Şahid3 yataq otağından şkafın üzərindən ona məxsus 01 ədəd yaşıl rəngli narkotik tərkibli kütlə-marixuana və 01 ədəd patron aşkar edildiyini, daha sonra həmin otaqdan həmkəndlisi Şahid7 məxsus 01 ədəd ov tüfəngi və otaqdakı xalçaların arasından ona məxsus 01 ədəd içərisində yaşıl rəngli narkotik tərkibli kütlə-marixuana olan sellofan torba aşkar edildiyini, əkdiyi narkotik tərkibli kolların toxumlarını yaşadığı kəndin ərazisində yerləşən su kanalının kənarından tapdığını, heç kimə narkotik vasitə satmadığını, yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri yaşadığı evin həyətyanı sahəsinə əkdiyi narkotik tərkibli kolların yarpaqlarından şəxsi istifadə etmək məqsədilə götürüb qurutduğunu, yaşadığı evdən aşkar olunmuş 01 ədəd ov silahının həmkəndlisi Şahid7 məxsus olduğunu və həmin silahı ondan həyətlərində əkdiyi bitkiləri yemək üçün gələn Saxsağan adlı quşları atmaq üçün aldığını, 01 ədəd patronu isə Bakı şəhərindən xatırlamadığı yerdən tapdığını, həmin patronun içi boş olduğunu və onu suvenir kimi saxladığını, yaşadığı evin həyətində narkotik tərkibli bitki kollarını əkməyi barədə ailə üzvlərinin xəbəri olmadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon, Eymur kənd sakini, xx.xx.1933-cü il təvəllüdlü Şahid3 yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi və saxlaması barədə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə tərəfindən raportla məruzə olunduğunu, həmin gün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşdirilmələr aparıldığını və Ağdaş rayon məhkəməsindən baxış keçirilməsi haqqında qərar alındığını, bundan sonra həmin gün saat 17:-- radələrində Şahid3 həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş RPŞ-nin əməkdaşları və aqronom Arif Səmədovla birlikdə onun yaşadığı ünvana getdiklərini, Nəsrullanın evinin həyətinə baxış keçirmək üçün iki nəfər hal şahidi də dəvət olunduğunu, həyət qapısından Nəsrullanı çağırdıqlarını, Nəsrullanın qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Nəsrullanın da buna etiraz etmədiyini və həmçinin də ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Nəsrullanın yaşadığı evin həyətinə onun, iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqranom Arif Səmədovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Nəsrullanın yaşadığı evin həyətyanı sahəsində istixanada əkilmiş, aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 2.55 m və 2.60 m olan, narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, bu zaman Şahid3 nəvəsi Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkiləri babasının əkmədiyini, özünün əkdiyini bildirdiyini, həmçinin aqronom Arif Səmədovun da həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların kisəyə qablaşdırıldığını, baxış zamanı Camalın yaşadığı evinin həyətindən və həyətyanı sahəsindən başqa heç nə aşkar edilmədiyini və götürülmədiyini, bundan sonra Camalın üzərinə iki nəfər hal şahidinin, vəkilin, Camalın qanuni nümayəndəsi, yəni anası Şahid8, aqronomun və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Camalın əynində olan qəhvəyi rəngli şalvarın sol axra cibindən bir ədəd üzərində “KENT” yazısı olan qara rəngli alışqan aşkar edildiyini, başqa onun üzərindən heç nə aşkar edilmədiyini və götürülmədiyini, bundan sonra Camalın yaşadığı evə iki nəfər hal şahidinin, vəkilin, Camalın qanuni nümayəndəsi, yəni anası Şahid8, aqronomun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Camalın yaşadığı evdən Şahid3 yataq otağından şkafın üzərindən Camala məxsus 01 ədəd yaşıl rəngli narkotik tərkibli kütlə-marixuana və 01 ədəd patron aşkar edildiyini, daha sonra həmin otaqdan Şahid7 məxsus olduğunu bildirdikləri 01 ədəd ov tüfəngi və otaqdakı xalçaların arasından 01 ədəd içərisində yaşıl rəngli narkotik tərkibli kütlə-marixuana olan sellofan torba aşkar edildiyini, bundan sonra həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1,19 qram olduğunu, daha sonra 01 ədəd sellofan torba elektron tərəzidə çəkildiyini və çəkisinin 130 qram olduğunu, baxış zamanı Camalın yaşadığı evinin həyətindən və evindən başqa heç nə aşkar edilmədiyini və götürülmədiyini, daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirdiklərini, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki kollarının toxumlarını özünün deməsinə görə yaşadığı kənd ərazisindən su kanalının kənarından tapdığını, ilkin sorğu zamanı Camalın evindən aşkar olunmuş narkotik vasitələri yaşadığı evin həyətyanı sahəsinə əkdiyi narkotik tərkibli kolların yarpaqlarından 10-15 gün əvvəl şəxsi istifadə etmək məqsədilə götürüb qurutduğunu bildirdiyini göstərdi. İş üzrə şahidlər Şahid4 və X1 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17:30 radələrində Ağdaş rayonu, Eymur kəndində küçədə dəyandığını, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək qonşuluqda yaşayan Ağdaş rayonu, Eymur kənd sakini Şahid3 yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, həmin vaxt qonşuluqda yaşayan Şahid6 da hal şahidi dəvət kimi edildiyini, daha sonra Şahid3 yaşadığı evin həyətinə onun, digər hal şahidinin, polis əməkdaşlarının və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Şahid3 Ağdaş rayonu, Eymur kəndində yerləşən evinin həyətində olan istixanada Şahid3 nəvəsi xx.xx.2020-ci il təvəllüdlü Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq etdiyi 02 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki aşkar olunduğunu, daha sonra Şahid3 üzərinə qanuni nümayəndəsi olan anası Şahid8, onun, digər hal şahidinin, müdafiəçinin, polis əməkdaşlarının və aqronomun iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli şalvarın sol axra cibindən 01 ədəd qara rəngli üzərinə KENT yazısı olan alışqan aşkar edildiyini, Şahid3 üzərindən başqa heç nə aşkar olunmadığını, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirildiyini, baxış zamanı Şahid3 yataq otağında olan paltar dolabının üzərindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd açıq vəziyyətdə olan narkotik vasitəyə bənzər bitki kütləsi və 01 ədəd patron aşkar edildiyini, daha sonra həmin otaqdan xalçaların arasından Təqsirləndirilən şəxs məxsus 01 ədəd içərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan sellofan torba aşkar edildiyini, həmçinin həmin otaqdan 01 ədəd ov tüfəngi aşkar edildiyini, Camalın evindən aşkar olunmuş narkotik vasitələri yaşadığı evin həyətyanı sahəsinə əkdiyi narkotik tərkibli kolların yarpaqlarından 10-15 gün əvvəl şəxsi istifadə etmək məqsədilə götürüb qurutduğunu bildirdiyini göstərdi. İş üzrə Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində iki övladı olduğunu, böyük övladının Bakı şəhərində atası ilə birgə işlədiyini, balaca oğlu Təqsirləndirilən şəxs isə onunla birgə yaşadığını, özü xəstəyə olduğunu, evdə işləyə bilmədiyini, evdə olan işləri Camalın gördüyünü, oğlu və ərinin Bakı şəhərində işləyib ailəni dolandırdığını, xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 17:30 radələrində yaşadığı evdə olmadığını, sonra evə gələndə polis əməkdaşlarının onlarda olduğunu gördüyünü, sonra maraqlananda onun evində narkotik kolları əkilməsi barədə məlumat olduğunu dediklərini, onun heç nədən xəbəri olmadığını, xəstəliyiilə əlaqədar evdə işləmədiyini, bundan sonra oğlu Camalın həyətyanı sahədə narkotik tərkibli bitkilər əkdiyini, yaşadıqları evdə narkotik vasitələr saxladığını və əməlindən peşman olduğumu söylədiyini, polis əməkdaşlarının Camala dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edildiyini, Camalın da ərizə ilə müraciət edərək dövlət tərərfindən müdafiəçi təyin olunmasını təmin edilməsini xahiş etdiyini, daha sonra yaşadıqları evin həyətyanı sahəsinə iki nəfər hal şahidlərinin, vəkilin, onun, polis əməkdaşlarının və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadıqları evin həyətyanı sahəsində istixanada aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 2.55 m və 2.60 m əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra Camalın üzərinə iki nəfər hal şahidinin, vəkilin, onun, polis əməkdaşlarının və aqronomun iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Camalın üzərində olan qəhvəyi rəngli şalvarın sol axra cibindən bir ədəd üzərinə KENT yazısı olan qara rəngli alışqan aşkar edildiyini, bundan sonra yaşadıqları evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evdən Şahid3 yataq otağından şkafın üzərindən Camala məxsus 01 ədəd yaşıl rəngli narkotik tərkibli kütlə-marixuana və 01 ədəd patron aşkar edildiyini, daha sonra həmin otaqdan həmkəndlisi Şahid7 məxsus 01 ədəd ov tüfənqi və otağdakı xalçaların arasından 01 ədəd içərisində yaşıl rəngli narkotik tərkibli kütlə-marixuana olan sellofan torba aşkar edildiyini, oğlunun həmin narkotik kollarını nə vaxt əkməkdən xəbəri olmadığını, saxlamaqda nə məqsədi olduğunu bilmədiyini, birinci dəfə idi ki, oğlu Camalın bu hərəkəti etməsini gördüyünü, Camalın narkotik vasitə satan olmadığını, həmçinin də istifadə etmədiyini, yaşadığı evindən aşkar edilmiş ov tüfənginin qonşusu Şahid7 olduğunu, həmin tüfəngi Camala müvəqətti saxlamağa verdiyini, 01 ədəd patrondan və narkotik vasitələrdən xəbəri olmadığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/540 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş narkotik bitki” sözləri yazılmış 02 ədəd sintetik kisənin içərisindəki hündürlükləri 255 sm və 260 sm, ümumi təmiz çəkisi 9 kq 150 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kannabis bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş sellofan torbada olan narkotik.” sözləri yazılmış sellofan torbanın təmiz çəkisi 128,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş narkotik.” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata tədqim olunmuş 02 ədəd çətənə kannabis bitkiləri ilə 01 ədəd zərfdə və 01 ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronom mütəxəsis Arif Səmədovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 994 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 3/1299 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, TO3-Ğ modelli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın hissələrindən, lüləsi 1954-cü ildə, lüləaltı yatağı 1948-ci ildə istehsal olunmuş, lakin qəlibinin üzərində istehsal ilinə dair hər hansı işarə olmadığından müəyyən etmək mümkün deyil. Silahın üzərində seriya nömrəsinin həkk olunduğu sahələr mexaniki təsir yolu ilə sürtülərək pozulmuş, lakin fraqmentləri qalsa da ilkin mətnini müəyyən etmək mümkün deyil. Tədqiqata dəqdim edilmiş 01 ədəd predment 1976-cı ildə zavod üsulu ilə istehsal edilmi, pistonu mərkəzindən alışan 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM” “AKS” “AKMS”) markalı avtomat silahlarda “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronun fiziki qüvvə ilə ayrılmış hissələridir, gülləsidir-gilizidir, tədqim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, təyinatı üzrə istfadəyə yararsızdır. xx.xx.2020-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda olmaması göstərilmişdir. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və təhsil yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun həyat və tərbiyə şəraitini və psixi inkişaf səviyyəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış və təhsil yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş yetkinlik yaşına çatmamışı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 99 manat 97 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 129,47 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Cinayət işinin ibtidai istintaqını aparan müstəndiqin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan iki ədəd bitki kollarını əkibbecərməsinə, yaşadığı evdən tapılmış bir ədəd tüfəng və bir ədəd gilizə hüquqi qiymət verildiyi üçün məhkəmə bunu müzakirə etməmək qənaətinə gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış və təhsil yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99 manat 97 qəpik (doxsan doqquz manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 129,47 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar