Məhkəmə qərarları › İş №1(014)-17/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-17/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-17/2025 27.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X15 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, evli, himayəsində iki azyaşlı övladı olan, Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağdaş Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda, təmiz çəkisi 450,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, 09 dekabr 2024cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq həmin tarixdə saat 19:40-dan 19:57-dək üstü yoxlanılan zaman özü ilə birlikdə gəzdirdiyi 01 ədəd göy rəngli sellofan paketin içərisində olan qara rəngli sellofan paketdə təmiz çəkisi 450,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Təxminən 2024-cü ilin sentyabr ayının axırları Ağdaş rayonu, Cardam və Kotanarx kəndlərinin arasında olan boş sahədə yerdə göy rəngli sellofan paket görmüş, içərisində narkotik vasitə olan marixuana olmasını müəyyən etmiş və istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin günü götürdüyü sellofan paketi gizlətmək qərarına gəlmiş və Ağdaş rayonu, Gürcuva yolunun başında “Mürsəl su arxı” adlanan yerə gəlmişdir. Həmin sellofan paketi həmin su arxının yanında olan ağacın altında gizlətmişdir. 09 dekabr 2024-cü il tarixdə günorta saatlarında həmin sellofan paketi gizlətdiyi yerə gələrək onu götürmüş və saat 19 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində “Qəbələ 4 yolu” adlanan ərazidə piyada yaşadığı evə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirərək üzərində narkotik vasitənin olub-olmadığını soruşmuş və varsa təqdim etməsini təklif etmişlər. O da əlində olan sellofan paketin içərisində olan narkotik vasitəyə bənzər bitki kütləsini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış və hər hansı əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan paket açılmış və içərisində marixuana olması müəyyən edilmişdir. Sellofan paket narkotik vasitəyə bənzər bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və üzəri möhürlənmişdir. Daha sonra onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində ona müdafiəçi təyin edilmişdir. Bundan sonra onun üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, həmin vaxt qeydə alınmış videogörüntü olan diski, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni və ona məxsus mobil telefonu təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı üzərində şəxsi axtarış aparmış və üzərində heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs daha sonra törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 09 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri üzərində saxlaması və daşıması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmişdir. Məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş və 09 dekabr 2024-cü il tarixdə saat 19:40-da Təqsirləndirilən şəxs tərəflərindən Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli olduğu bildirilmiş, evində və üzərində narkotik vasitənin olub-olmadığı soruşulmuş, varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və özü ilə birlikdə gəzdirdiyi 01 ədəd göy rəngli sellofan paketin içərisində olan qara rəngli sellofan paketdə narkotik vasitəyə bənzər bitki kütləsini onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu və sentyabr ayının axırlarında Ağdaş rayonunun Cardam və Kotanarx kəndlərinin arasında boş sahədə yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş, kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş, üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, həmçinin ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra şübhəli şəxsin üstünün yoxlanılması protokolu, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan diski, yaşadığı evin yataq otağından aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə və mobil telefonu qablaşdırılmış şəkildə təhqiqatçıya təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 09 dekabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdə saat 19:40-da Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılmış və ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər olub-olmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Daha sonra saxlanılan zaman üzərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Əhmdəzadənin saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bir ədəd göy rəngli sellofan paketin içərisində olan qara rəngli sellofan paketdə, yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və zərfə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsinin narkotik vasitə olan marixuananı sentyabr ayının axırlarında Ağdaş rayonu, Cardam və Kotanarx kəndlərinin arasında boş sahədə yerdən tapdığını və özü istifadə etmək üçün Ağdaş rayonu, Gürcuva yolunun başı adlanan “Mürsəl arxının” qırağında ağacın kənarında gizlətdiyini və 09 dekabr 2024-cü il tarixdə həmin narkotik vasitəni ordan götürüb yaşadığı evə getdiyini bildirmişdir. 09 dekabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdə saat 19:40-dan saat 19:57-dək olan müddət ərzində Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində özü ilə birlikdə gəzdirdiyi bir ədəd göy rəngli sellofan paketin içərisində olan qara rəngli sellofan paketin içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə marixuanaya bəznər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin sellofan paketin içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bitki kütləsinin “nəşə” olduğunu və sentyabr ayının axırlarında Ağdaş rayonunun Cardam və Kotanarx kəndlərinin arasında olan boş sahədə yerdən tapdığını bildirmiş, həmin sellofan paket yenidən kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. 09 dekabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 10 dekabr 2024-cü il tarixli, 17/908 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi.” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 29 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 23 dekabr 2024-cü il tarixli, 18-1-22/2-1787/2024 saylı məktubdan görünür ki, ünvan 3 ünvanda yaşayan, xx xxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli, 281 saylı arayışdan görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – 30 avqust 1952-ci il təvəllüdlü X8, 1993-cü il təvəllüdlü X5 və 2019-cu il təvəllüdlü X6 ibarətdir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli, AZ- İV № 619778 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 sentyabr 2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X3 atası Təqsirləndirilən şəxs, anası X2r. 07 avqust 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş AA6254881 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 31 iyul 2019-cu il tarixdə Ağdaş şəhərində doğulmuşdur. “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdə saat 21:05-də şübhəli şəxs qismində tutulmuşdur Ağdaş Rayon Məhkəməsinin 4(014)-59/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 20 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 450,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 449,80 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, 09 dekabr 2024-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diski, maddi sübutu, yuxarıda qeyd edilən ekspert rəylərini, 20 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin və şahid ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ağdaş Rayon Məhkəməsinin 1(014)-103/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin tələbnamə ilə Təqsirləndirilən şəxs digər məhkumluğu barədə məlumat olması müəyyən edilmir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, təqsirləndirilən şəxs sonuncu dəfə müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə müvafiq olaraq onun hazırki iş üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətin residivini yaradan hallar kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib himayəsində iki azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsinə görə təqsirli bilinib azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində yenidən, qəsdən narktoik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət törətməsini, onun barəsində əvvəl tətbiq edilən cinayət hüquqi təsir tədbirinin gözlənilən səmərəni verməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 27 fevral 2025-ci il tarixli, c/1-209 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-103/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın 02 il 18 gününü çəkmiş, 09 dekabr 2024-cü il tarixə 11 (on bir) ay 08 (səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 1(014)-103/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 08 (səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 05 (beş) ay 19 (on doqquz) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin cəza Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməlidir. Məhkəmə, Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli, cəza çəkmə müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 29 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narktoik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyini, hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacının olmamasını və ərazi narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X21 göndərilməlidir. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 9 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 54 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 450 qram çəkidə narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 449,80 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, əşyalara baxış keçirilərkən və götürülərkən, evə baxış keçirilərkən videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 1(014)-103/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 08 (səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 05 (beş) ay 19 (on doqquz) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi dövrdə Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 54 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 449,80 qram qurudulmuş marixuana məhv edilsin, 03 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar