Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-170/2023 23.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxx 1999-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında tanışı, Şahid3 satış məqsədi olmadan, 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,41 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 21:14-dən 21:34-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,41 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bərbər işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, narkotik vasitələrdən istifadə etdiyini, əsasən narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində piyada hərəkət edən zaman əvvəllər tanıdığı Ağdaş şəhər sakini Şahid3 fərdi yaşayış evlərinin qarşısında olduğunu gördüyünü, Şahid3 ilə salamlaşdıqdan sonra ondan narkotik vasitə qurudulmuş marixuana istədiyini, Şahid3 da narkotik vasitə qurudulmuş marixuanasının olduğunu və 20 manata sata biləcəyini bildirdiyini, Şahid3 ilə razılaşdığını, bundan sonra Şahid3 üzərində saxladığı 1 ədəd kibrit qutusunu çıxarıb ona verdiyini, Şahid3 20 manat pul verdiyini və sağollaşaraq getdiyini, Şahid3 ona 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana verən zaman onların yanında başqa heç kimin olmadığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:40 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində piyada hərəkət edən zaman mülki geyimdə olan 2 nəfər şəxsin ona yaxınlaşdığını, həmin şəxslərin özlərini təqdim edib Ağdaş RPŞ-nin əməkdaşları olduqlarını bildirdiklərini, daha sonra narkotik vasitələri üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirirərək onu Ağdaş RPŞyə dəvət etdiklərini, razılaşdığını və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini, xidməti otaqda polis geyimində olan bir nəfərin özünü Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı Xəyyam Mehtiyev kimi təqdim etdiyini, təhqiqatçı Xəyyam Mehtiyevin qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu dediyini və daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdiyini, müdafiəçi qismində Müdafiəçi1 hüquqlarının müdafiəçisi kimi dəvət olunduğunu, təhqiqatçının şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş verdiyini, daha sonra təhqiqatçı Xəyyam Mehtiyevin onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirdiyini, təhqiqatçının üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdiyini, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu, 1 ədəd siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A13” markalı mobil telefonu çıxarıb təqdim etdiyini, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarışın davam etdirildiyini və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kağız parçası və 1 ədəd alışqanın aşkar olunaraq götürüldüyünü, təhqiqatçının kağız parçasını nə üçün saxladığını soruşduqda narkotik vasitəni istifadə etmək üçün saxladığını bildirdiyini, daha sonra təhqiqatçının kibrit qutusunda olan maddənin nə olduğunu, nə üçün üzərində saxladığını və kimdən aldığını soruşduğunu, həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Elgün adlı şəxsdən 20 manata satın aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirdiyini, daha sonra təqdim etdiyi kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildiyini və həmin qurudulmuş marixuananın çəkisinin 7,6 qram olduğunun müəyyən olunduğunu, təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana və kağız parçasının təhqiqatçı tərəfindən zərfə qoyularaq RPŞ-nin 111 saylı möhürü ilə möhürləndiyini, üzərinə imzalar edildiyini, bundan başqa təqdim etdiyi “Samsung A13” markalı mobil telefonun da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırıldiğını və üzərinə RPŞ-nin 111 saylı möhürünün vurulduğunu, digər əşyaların iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən ona geri qaytarıldığını, üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edildiyini və iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Ağdaş şəhəri, 20 Yanvar küçəsi 35 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs saxlanılaraq Ağdaş RPŞ-yə gətirilməsi ilə bağlı Ağdaş RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edildiyini, həmin qərar əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində onun və Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Ağdaş şəhər H.Əliyev prospektində piyada hərəkət edən zaman saxlanıldığını, həmin vaxtı orada Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsində və üzərində saxlamasında şübhəli olmasının bildirildiyini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs razılaşdığını və onunla birlikdə Ağdaş RPŞ-yə dəvət olunduğunu, Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi1 təyin edildiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirildiyini, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu, 1 ədəd siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A13” markalı mobil telefonu çıxarıb təqdim etdiyini, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirildiyini və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kağız parçası və 1 ədəd alışqanın aşkar olunaraq götürüldüyünü, təhqiqatçı Təqsirləndirilən şəxs kağız parçasını nə üçün saxladığını soruşduqda narkotik vasitəni qəbul edən zaman istifadə etdiyini və bunun üçün üzərində saxladığını bildirdiyini, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs kibrit qutusunda olan maddənin nə olduğunu, nə üçün üzərində saxladığını və kimdən aldığını soruşduğunu, Təqsirləndirilən şəxs da həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrindən sonra Elgün adlı şəxsdən 20 manata satın aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildiyini və həmin qurudulmuş marixuananın çəkisinin 7,6 qram olduğunun müəyyən olunduğunu, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana və kağız parçasının təhqiqatçı tərəfindən zərfə qoyularaq RPŞ-nin 111 saylı möhürü ilə möhürləndiyini, üzərinə imzalar edildiyini, bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung A13” markalı mobil telefonun da iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırıldığını və üzərinə RPŞ-nin 111 saylı möhürünün vurulduğunu, digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs geri qaytarılmışdığını, Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edildiyini və iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində dülgər işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, narkotik vasitələrdən istifadə etdiyini, əsasən qurudulmuş marixuana istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Məşəd qəbirstanlığının yanındakı artezian quyusuna su doldurmaq üçün gəldiyini, su qablarını dolduran zaman əyləşmək üçün Məşəd qəbirstanlığının girişinə gəldiyini, həmin vaxtı giriş qapının yanında 4 ədəd kibrit qutusunun olduğunu gördüyünü, həmin kibrit qutularının onun marağına səbəb olduğunu, kibrit qutularına baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu gördüyünü, həmin 4 ədəd kibrit qutusunu yerdən götürdüyünü və əynində olan şalvarının sağ yan cibinə qoyduğunu, daha sonra fərdi yaşayış evinə gəldiyini, 4 ədəd kibrit qutusunu üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində fərdi yaşayış evinin qarşısında 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində fərdi yaşayış evinin qarşısında olan zaman əvvəllər tanıdığı Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs gördüyünü, Təqsirləndirilən şəxs ilə görüşdükdən sonra Təqsirləndirilən şəxs ondan çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana istədiyini, onun da maddi vəziyyətində problemlər olduğundan, həmçinin gələcəkdə narkotik vasitə ala bilmək üçün narkotik vasitə qurudulmuş marixuanasının olduğunu və 20 manata sata biləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs da onunla razılaşdığını, bundan sonra üzərində saxladığı 1 ədəd kibrit qutusunu çıxarıb Təqsirləndirilən şəxs verdiyini, Təqsirləndirilən şəxs da ona 20 manat pul verdiyini və sağollaşaraq getdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu, 1 ədəd siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A13” markalı mobil telefonu çıxarıb təqdim etmiş. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kağız parçası və 1 ədəd alışqan aşkar olunaraq götürülmüş. Təqsirləndirilən şəxs kağız parçasını nə üçün saxladığını soruşduqda narkotik vasitəni istifadə etmək üçün saxladığını bildirmiş. Daha sonra Təqsirləndirilən şəxs kibrit qutusunda olan maddənin nə olduğunu, nə üçün üzərində saxladığı və kimdən aldığı soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu,xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Elgün adlı şəxsdən 20 manata satın aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və həmin qurudulmuş marixuananın çəkisinin 7,6 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana və kağız parçası zərfə qoyularaq RPŞ-nin 111 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung A13” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə RPŞ-nin 111 saylı möhürü vurulmuşdur. Digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/603 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 5,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1479 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X9 22 avqust 2023-cü il tarixli PHŞ-6-22/2-1276/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X9in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 avqust 2023-cü il tarixli, 932 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla ailə tərkibi - xx.xx.1968-ci il təvəllüdlü X3, xx.xx.1978-ci il təvəllüdlü X2 və xx.xx.1998-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:30-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 5,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 5,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-170/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-170/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver