Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-171/2023 30.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1966-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən, tarixdə və şəraidə əldə edib özündə saxladığı çətənə(kannabis) bitkisinin toxumlarını 2023-cü ilin may ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş 3 (üç) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə həmin tarixdə, saat 14:00-dan saat 14:17-dək keçirilmiş baxış zamanı həyətyanı sahədə torpağa əkdiyi 3 (üç) ədəd, xeyli miqdarda, uzunluqları 102 sm-dən 176 sm-dək, yaş vəziyyətdə təmiz çəkiləri 1055,0 qram əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində narkotik vasitədən istifadə etdiyini, təxminən 2023-cü ilin may ayının əvvəllərində özünə məxsus qoyun heyvanlarını otaran zaman adını bilmədiyi küçədə, yerdə 3 ədəd narkotik vasitənin toxumlarını tapdığını, həmin toxumları gətirib M.P.Vaqif küçəsində yerləşən evinin həyətyanı torpaq sahəsində əkdiyini, həmin 3 ədəd çətənə bitkilərinə inkişaf etməsi üçün kifayət qədər qulluq etdiyini, suladığını və diblərini boşaltdığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində olmayan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının yaşadığı ünvana gəldiklərini, oğlu Səyyaf Mehtiyevə evin həyətinə baxış keçirəcəklərini söylədiklərini, Səyyaf Mehtiyevin onlara razılıq verdiyini və onları həyətinə dəvət etdiyini, Polis əməkdaşlarının həyətyanı torpaq sahəsinə baxış keçirdiklərini, baxış zamanı həyətyanı torpaq sahəsindən 3 ədəd narkotik tərkibli bitki aşkar olunduğunu, həmin bitkilərə polis əməkdaşları ilə birlikdə gələn aqronomun baxış keçirib rəy bildirdikdən sonra polis əməkdaşlarının həmin çətənə bitkilərini kökündən çıxardıqlarını, daha sonra həmin 3 ədəd çətənə bitkilərini qablaşdırıb götürdüklərini, bunu eşitdikdən sonra Bakı şəhərindən birbaşa Ağdaş RPŞ-yə gəldiyini, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar olunmuş narkotik tərkibli bitkilərin ona məxsus olmasını söylədiyini, daha sonra RPŞ-nin inzibati binasında müdafiəçi təyin olunduğunu, şübhəli şəxs qismində tutulduğunu, sonra üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən əynində olan qara rəngli qısa qol köynəyin döş cibindən 1 ədəd qara rəngli, içərisində siqaret dənələri olan siqaret qutusu və 1 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyduğunu, qutuların açıldığını, daha sonra əynindəki mavi rəngli cins şalvarın sol cibindən iki ədəd bir manatlıq pul əskinasını, sağ cibindən isə 7 ədəd dəmir qəpikləri də çıxarıb masanın üzərinə qoyduğunu, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, bundan başqa üzərindən heç bir əşya aşkar olunmadığını, şəxsi axtarış zamanı həyətyanı torpaq sahəsindən aşkar olunmuş narkotik tərkibli bitkilərin ona məxsus olmasını söylədiyini, həmin bitkiləri özü istifadə etmək üçün may ayının əvvəllərində əkdiyini, həmin bitkilərin toxumlarını qoyun heyvanını otaran zaman Ağdaş şəhərində, tanımadığı küçədən tapdığını, şəxsi axtarış zamanı videoçəkiliş aparıldıqda həyacanlanaraq toxum yerinə şitil tapdığını söylədiyini, arvadı Şahid3 çətənə kollarını məhv etməyini dəfələrlə bildirsə də, tez-tez həmin çətənə kollarının budaqlarından yığıbqurudub istifadə etdiyi üçün onları məhv etmədiyini, onlara daima qulluq etdiyini, oğlu Mehtiyev Səyyafın çətənə kollarını məhv etməyini dəfələrlə bildirsə də, tez-tez həmin çətənə kollarının budaqlarından yığıb-qurudub istifadə etdiyi üçün onları məhv etmədiyini, özü tək 3 ədəd çətənə tərkibli bitkiyə, vaxtı-vaxtında qulluq etdiyini, suladığını və diblərini boşaltdığını, narkotik tərkibli bitkilər əkdiyi həmin fərdi yaşayış evinin həyətyanı sahəsinin onun mərhum anası X1 adına olduğunu, həmin evin ümumi olduğunu, yəni faktiki olaraq özünün və ailəsinin yaşadığını, anası öləndən sonra maddi imkanı olmadığı üçün evi adına keçirtmək mümkün olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ünvan 1 yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə RPŞdə əməliyyat qrupu təşkil edildiyini, bundan sonra aqronomla birlikdə baxış keçirilməsi üçün ünvan 1 ünvanına-Təqsirləndirilən şəxs yaşadığı evə getdiklərini, qapını döydüklərini, Qurbanın evdə olmadığını, Qurbanın oğlu Səyyaf Mehtiyevin onları qarşıladığını, atası Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə məlumat daxil olmasını Səyyaf Mehtiyevə söylədiklərini, bununla bağlı olaraq həmin torpaq sahəsinə baxış keçirəcəklərini söylədiklərini, S.Mehtiyev atasının hazırda evdə olmadığını, baxış keçirilməsinə heç bir etiraz etmədiyini, atasının əkdiyi narkotik tərkibli bitkiləri göstərə biləcəyini söylədiyini, bundan sonra S.Mehtiyevin göstərdiyi yolla hərəkətə başladıqlarını, həyətə daxil olduqda beton yol ilə davam etdiklərini, sağ tərəfdə mişar daşından tikilmiş bir mərtəbəli evin yerləşdiyini, evi keçdikdən sonra isə qarşısında bağ sahəsi olduğunu, bağ sahəsində ağacların arasında bir yerdə tək, bir yerdə isə iki ədəd yan-yana əkilmiş narkotik tərkibli bitkilərə bənzər bitkilər aşkar olunduğunu, bundan sonra aqronomun baxış zamanı həmin bitkilər çətənə bitkilərinin olmasını, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanmasını, diblərinin boşaldılmasını söylədiyini, həmçinin bitkilərin spesifik qoxusunun olması ilə çətənə bitkisinə oxşamasının müəyyən edildiyini, bitkilərin torpaqdan çıxarıldığını, sonra onların hündürlüklərinin ölçüldüyünü, hündürlüklərinin 102 sm-dən 176 sm-dək olduğunu, bundan sonra aşkar olunmuş çətənə bitkilərinin içərisi boş kisəyə qablaşdırıldığını, kisənin üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən üzərinin imzalandığını, sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqlarını, onu polis şöbəsinə dəvət etdiklərini, Qurbanın onlarla razılaşaraq polis şöbəsinə gələcəyini söylədiyini, bir neçə saat sonra Qurbanın Ağdaş RPŞ-yə gəldiyini, polis şöbəsində ona müdafiəçi təyin olunduğunu, şübhəli şəxs kimi tutulduqdan sonra üzərində şəxsi axtarış aparıldığını, üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar edilmədiyini, şifahi qaydada sorğu-sual aparıldığını, Qurbanın özünün 5-6 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, öz istifadəsi üçün həyətində narkotik tərkibli çətənə bitkiləri əkdiyini, Qurbana məxsus ünvan 1 yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarını may ayının əvvəllərində Ağdaş şəhəri ərazisində, tanımadığı küçədən qoyun heyvanlarını otaran zaman tapdığını, həmin vaxt həyatyanı sahəsinə gətirərək torpağa əkdiyini, inkişaf etməsi üçün suladığını, diblərini boşaltdığını, lazımi qulluq göstərdiyini söylədiyini, sonra videoçəkilişin sonlandırıldığını, protokol tərtib olunduğunu, protokola imza etdiklərini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində həyətyanı torpaq sahələrinin təxminən 0,20 ha olduğunu, həyətin sağ tərəfində bir mərtəbəli yaşayış evinin yerləşdiyini, evinin qarşı tərəfində isə bağ sahəsi olduğunu, həmin bağ sahəsində əkinçiliklə məşğul olduğunu, X2 onun əri olduğunu, onunla 1991-ci ildə evləndiyini, əri Qurban ilə arasında hər hansı düşmənçilik və ədavətinin olmadığını, əri X2 təxminən may ayının əvvəllərində yaşadıqları evin bağ sahəsinə 3 ədəd narkotik tərkibli bitkilər əkdiyini, Qurban Mehtiyevin özü narkotik tərkibli bitkilərdən istifadə etdiyi üçün həmin bitkiləri də öz istifadəsi üçün əkdiyini, Qurbanın daha sonra həyətlərinə əkdiyi narkotik tərkibli bitkilərə özü qulluq etdiyini, əkdiyi çətənə bitkilərinin evlərinin önündəki bağ sahəsində olduğunu, iki ədədi yan-yana digəri isə onlardan təxminən dörd metr aralıda olduğunu, dəfələrlə ona həmin bitkiləri məhv etməsini söylədiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı evin həyətində olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının yaşadığı ünvana gəldiklərini, onlarda yaşadığı evin həyətində əri X2 narkotik tərkibli bitkilər əkibbecərdiyi barədə məlumat olduğunu, ona görə də, həmin evin həyətinə baxış keçirəcəklərini, onlara razılıq bildirdiyini, onları həyətinə dəvət etdiyini, oğlu Səyyaf Mehtiyevin iştirakı ilə həyətyanı torpaq sahələrinə baxış keçirildiyini, 3 ədəd narkotik tərkibli bitkinin qablaşdırılıb götürüldüyünü, X2 narkotik tərkibli maddələrdən, yəni marixuanadan istifadə etdiyini, bu çətənə kollarını da özü üçün əkmişdir ki, götürüb qurudaraq özü istifadə etməsini, X2 3 ədəd çətənə kolu əkdiyini, həmin bitkilərə X2 özünün qulluq etdiyini, özünün həmin bitkilərə hər hansı qayadada qulluq etmədiyini, əri X2 həyətyanı torpaq sahələrində narkotik tərkibli bitkilər əkməsindən xəbəri olduğunu, lakin əri olduğu üçün bu barədə kiməsə xəbər vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində həyətyanı torpaq sahələrinin təxminən 0,20 ha olduğunu, həyətin sağ tərəfində bir mərtəbəli yaşayış evlərinin yerləşdiyini, evlərinin qarşı tərəfində isə bağ sahəsi yerləşdiyini, həmin bağ sahəsində əkinçiliklə məşğul olduğunu, Təqsirləndirilən şəxs onun atası olduğunu, atası Qurban ilə arasında hər hansı düşmənçilik və ədavət olmadığını, Təqsirləndirilən şəxs təxminən ay yarım bundan əvvəl yaşadıqları evin bağ sahəsinə 3 ədəd narkotik tərkibli bitkilər əkdiyini, Təqsirləndirilən şəxs özü narkotik tərkibli bitkilərdən istifadə etdiyi üçün həmin bitkiləri də öz istifadəsi üçün əkdiyini, Qurbanın daha sonra həyətlərinə əkdiyi narkotik tərkibli bitkilərə özü qulluq etdiyini, əkdiyi çətənə bitkilərinin evlərinin önündəki bağ sahəsində olduğunu, iki ədədi yan-yana digərinin isə onlardan təxminən dörd metr aralıda yerləşirdiyini, dəfələrlə atasına həmin bitkiləri məhv etməsini söylədiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı evin həyətində olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının həmin ünvana gəldiklərini, yaşadığı evin həyətində atası Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərməsi barədə onlarda məlumat olmasını, ona görə də evin həyətinə baxış keçirəcəklərini bildirdiklərini, onlara razılıq bildirdiyini və onları həyətinə dəvət etdiyini, polis əməkdaşlarına həyətyanı sahələrində atasının narkotik tərkibli bitkilər əkdiyini söylədiyini, polis əməkdaşları ilə birlikdə gələn aqronomun həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra polis əməkdaşları həmin çətənə bitkiləri kökündən çıxardıqlarını, sonra həmin çətənə kollarının hündürlüyünün ölçüldüyünü, ən hündürünün 176 sm, ən qısasının hündürlüyünün isə 102 sm olduğunu, sonra həmin çətənə kollarının torbaya qablaşdırıldığını, üzərinə möhür olan kağızlar vurulduğunu, bundan başqa evin həyətindən heç bir şey aşkar olunmadığını, baxışın başa çatdığını, protokol tərtib olunduğunu, o, və digər iştirakçıların həmin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrdən, yəni marixuanadan istifadə etdiyini, götürüb qurudaraq özü istifadə etməsi üçün əkdiyini, Təqsirləndirilən şəxs 3 ədəd çətənə kolu əkdiyini, özünün həmin bitkilərə hər hansı qayadada qulluq etmədiyini, atasının həyətyanı torpaq sahələrinə narkotik tərkibli bitkilər əkməsindən xəbəri olduğunu, lakin atası olduğu üçün bu barədə kiməsə xəbər vermədiyini bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs arvadı Şahid3 və oğlu Səyyaf Mehtiyevin razılığı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı torpağa əkdiyi 3 (üç) ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 1 ədəd içərisi boş olan kisəyə qablaşdırılaraq DİN-in “111” saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra şəxsi axtarış sonlandırılmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparılan zaman Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində çətənə kollarını may ayının əvvəllərində narkotok tərkibli bitkinin toxumunu Ağdaş şəhəri ərazisində adını bilmədiyi küçədən tapdığını, həmin vaxt da aparıb şəxsi istifadəsi üçün həyatyanı sahəsində əkdiyini bildirmiş, daha sonra şəxsi axtarış sonlandırılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 31 iyul 2023-cü il tarixli, 17/578 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs həyətyan sahəsindən aşkar olunmuş 3 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilər.” sözləri, adlar və imzalar olan sintetik kisənin içərisindəki, uzunluqları 102 sm, 131 sm və 176 sm, yaş vəziyyətdə ümumi çəkiləri – 1055,0 qram olan 3 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X11 31 iyul 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindın əzab çəkmir. Narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-1284/2023 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X14in poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-2359/2023 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2010-cu il tarixdə “Soltərəfli boğulmuş qasıq yırtığı” diaqnozu ilə əməliyyat olunmuş, xx.xx.2010-cu il tarixdə evə buraxılmışdır. xx.xx.2016-cı il tarixdə “Sağtərəfli boğulmuş qasıq yırtığı” diaqnozu ilə əməliyyat olunmuş, xx.xx.2016-cı il tarixdə evə buraxılmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 947 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşamaqla ailə tərkibi – 1974-cü il təvəllüdlü X5, 2000-ci il təvəllüdlü Şahid4 və 2005-ci il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:13də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir, o, həmin qərarla 14:00-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 3 ədəd çətənə bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 3 ədəd çətənə bitkiləri məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-171/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-171/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver