Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-174/2023 28.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1948-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, kiçik sahibkar, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvası təşkil etmiş və saxlamışdır. Belə ki, o, tamah məqsədi ilə ünvan 1ində yerləşən “Karvan” kafesini fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası kimi təşkil edib, saxlamış, xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Şahid3 25 (iyirmi beş) manat pul müqabilində Şahid1 ilə cinsi əlaqədə olub fahişləliklə məşğul olması üçün 5 manat ödəniş qarşılığında əxlaqsızlıq yuvası kimi təşkil edib saxladığı kafenin arxa tərəfində olan otağı Şahid3 fahişləliklə məşğul olmaq üçün vermiş, Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə Şahid3 və Şahid1 Fərhad oğlu onlar üçün ayrılmış otaqda cinsi əlaqədə olarkən saxlanılmışlar. Bundan başqa o, təkrarən, tamah məqsədi ilə ünvan 1ində yerləşən “Karvan” kafesini fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası kimi təşkil edib, saxlamış, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Şahid6 30 (otuz) manat pul müqabilində Şahid5 ilə cinsi əlaqədə olub fahişləliklə məşğul olması üçün 5 manat ödəniş qarşılığında əxlaqsızlıq yuvası kimi təşkil edib saxladığı kafenin arxa tərəfində olan otağı Şahid6 fahişləliklə məşğul olmaq üçün vermiş, Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid6 və Şahid5 onlar üçün ayrılmış otaqda cinsi əlaqədə olarkən saxlanılmışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində əvvəllər məhkum olunduğunu, məhkumluğunun əxlaqsızlıq yuvası saxlamağı ilə bağlı olduğunu, onun yaşadığı ünvan 1i ərazisində özünə məxsus “Karvan” kafesi olduğunu, həmin kafedə çay, kofe və digər içkilər verdiyini, gözündə olan problemlə bağlı, həmçinin səhhətindəki olan narahatlığa görə kafeyə nəzarət etməyi əmisi oğlu Şahid2 tapşırdığını, belə ki, Şahid2 o, olmayan vaxtlarda kafedə çay, pivə, kofe verdiyini, həmçinin gündəlik qazancın hesabını apardığını, buna baxmayaraq özünün də müəyyən vaxtlarda kafeyə gəldiyini, kafesində uzun müddətdir ki, Şahid7 xadimə kimi işlədiyini, Şahid7 yanında müəyyən vaxtlarda qardaşı qızı Şahid4 da işləmək üçün gəldiyini, həmçinin Ucar rayonu, Çini kənd sakini Şahid3 da kafesində xadimə kimi işləyib pul qazanmasını təklif etdiyini, Şahid3 da razılaşdığını və kafesində gəlib xadimə kimi işləməyə başladığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində “Karvan” kafesinə gələn zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş şəhər sakini Şahid1 Fərhad oğlunun kafenin girişindəki stolda əyləşib çay içdiyini gördüyünü, həmin vaxtı kafeyə daxil olan zaman Şahid1 əyləşib onunla çay içməsini istədiyini, səhhətində narahatlıq olduğundan əyləşib çay içməyəcəyini bildirdiyini və kafeyə daxil olduğunu, bir neçə dəqiqə sonra isə fərdi yaşayış evinə getdiyini, fərdi yaşayış evinin işlətdiyi kafenin yaxınlığında yerləşdiyini, evə gedib gəldiyini və yenidən kafedə əyləşdiyini, bir müddət sonra işlədiyi kafeyə Ağdaş RPŞ-nin əməkdaşlarının gəldiyini və özünü Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim edən şəxsin işlətdiyi kafedə əxlaqsız yuvası təşkil edilməsi barədə məlumat aldıqlarını bildirdiyini demişdir. Bildirir ki, o, əxlaqsızlıq yuvası saxlamamışdır. Həmin yeri kafe kimi işlətmişdir. İstintaqda yazılanlar həqiqəti əks etdirmir. Ona bəraət verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsi ilə təqsirli bilmiş, ona Azərbaycan Respublikası CM-in 244.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində əvvəllər məhkum olunduğunu, məhkumluğunun əxlaqsızlıq yuvası saxlamağı ilə bağlı olduğunu, onun yaşadığı ünvan 1i ərazisində özünə məxsus “Karvan” kafesi olduğunu, həmin kafedə çay, kofe və digər içkilər verdiyini, gözündə olan problemlə bağlı, həmçinin səhhətindəki olan narahatlığa görə kafeyə nəzarət etməyi əmisi oğlu Şahid2 tapşırdığını, belə ki, Şahid2 o, olmayan vaxtlarda kafedə çay, pivə, kofe verdiyini, həmçinin gündəlik qazancın hesabını apardığını, buna baxmayaraq özünün də müəyyən vaxtlarda kafeyə gəldiyini, kafesində uzun müddətdir ki, Şahid7 xadimə kimi işlədiyini, Şahid7 yanında müəyyən vaxtlarda qardaşı qızı Şahid4 da işləmək üçün gəldiyini, həmçinin Ucar rayonu, Çini kənd sakini Şahid3 da kafesində xadimə kimi işləyib pul qazanmasını təklif etdiyini, Şahid3 da razılaşdığını və kafesində gəlib xadimə kimi işləməyə başladığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində “Karvan” kafesinə gələn zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş şəhər sakini Şahid1 Fərhad oğlunun kafenin girişindəki stolda əyləşib çay içdiyini gördüyünü, həmin vaxtı kafeyə daxil olan zaman Şahid1 əyləşib onunla çay içməsini istədiyini, səhhətində narahatlıq olduğundan əyləşib çay içməyəcəyini bildirdiyini və kafeyə daxil olduğunu, bir neçə dəqiqə sonra isə fərdi yaşayış evinə getdiyini, fərdi yaşayış evinin işlətdiyi kafenin yaxınlığında yerləşdiyini, evə gedib gəldiyini və yenidən kafedə əyləşdiyini, bir müddət sonra işlədiyi kafeyə Ağdaş RPŞ-nin əməkdaşlarının gəldiyini və özünü Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim edən şəxsin işlətdiyi kafedə əxlaqsız yuvası təşkil edilməsi barədə məlumat aldıqlarını bildirdiyini, bundan sonra Şahid1 Şahid3 ilə “Karvan” kafesində cinsi əlaqədə olduğunu və bunun üçün 25 manat pul verdiyini bildirdiyini, həmçinin Şahid3 da Şahid1 ilə 25 manat pul qarşılığında cinsi əlaqədə olduğunu bildirdiyini və Şahid1 ilə cinsi əlaqədə olduğu yeri təqdim etdiyini, kafesində xadimə işləyən Şahid4 da Şahid2 ona saxlamaq üçün 25 manat pul verdiyini bildirdiyini və həmin pulları polis əməkdaşlarına təqdim etdiyini, əvvəllər “Karvan” kafesində əxlaqsızlıq yuvası təşkil etdiyini, lakin Şahid1 Şahid3 ilə cinsi əlaqədə olması barədə heç bir məlumatının olmadığını və buna görə ona heç kimin pul vermədiyini bildirdiyini, bundan başqa, xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Karvan” adlı kafesində olan zaman Şahid6 yenidən kafesinə gəldiyini, Şahid6 tanıdığını, onun işlətdiyi kafedə xadimə kimi işlədiyini, həmçinin pul qarşılığında başqa şəxslərlə cinsi əlaqədə olduğunu, buna görə də ona yer pulu kimi 5 manat pul verdiyini, bir müddət sonra gənc yaşlarında bir nəfər oğlanın kafeyə gəldiyini, həmin şəxsi əvvəllər tanımadığını, lakin daha sonra həmin şəxsin Göyçay rayonu, Məlikkənd kənd sakini Şahid5 olduğunu bildiyini, Şahid5 kafedə əyləşdiyini və içmək üçün pivə istədiyini, təxminən 10-15 dəqiqə sonra Şahid6 onun yanına gələrək 5 manat pul verdiyini və kafenin arxasındakı otaqda Şahid5 ilə cinsi əlaqədə olacağını bildirdiyini, razılaşmış və 5 manat pulu götürüb cibinə qoyduğunu, daha sonra Şahid6 və Şahid5 kafenin arxasındakı otağa getdiyini, bir müddət sonra isə Ağdaş RPŞ-nin əməkdaşlarının kafeyə gəldiyini və işlətdiyi kafedə əxlaqsız yuvası saxlamağını bildirdiyini, təhqiqatçının Şahid6 pul qarşılığında cinsi əlaqədə olub-olmadığını soruşduğunu, həmin vaxtı Şahid6 cinsi əlaqədə olmaq üçün Şahid5 30 manat pul aldığını, həmin pulun 5 manatını cinsi əlaqədə olmaq üçün yer pulu kimi verdiyini bildirdiyini, Şahid6 dediklərini Şahid5 da təsdiq etdiyini, daha sonra təhqiqatçının ondan üzərində olan pulları təqdim etməsini istədiyini, üzərində olan 1 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginaslarını təqdim etdiyini, həmin pul əsginasları üzərlərində olan nömrələrin təhqiqatçı tərəfindən qeydiyyata alındığını və qablaşdırıldığını, daha sonra təhqiqatçının Şahid7 hansı məqsədlə işlədiyini soruşduğunu, həmin vaxtı Şahid7 kafedə xadimə kimi işlədiyini bildirdiyini, bundan sonra təhqiqatçı Şahid6 Şahid5la cinsi əlaqədə olduğu yeri təqdim etməsini istədiyini, Şahid6 da kafenin arxasına gəldiyini və Şahid5la cinsi əlaqədə olduğu yeri təqdim etdiyini, həmçinin cinsi əlaqədə olduğu otaqda əlaqədə olduqdan sonra təmizlənmək məqsədilə istifadə etdiyini bildirdiyini, təhqiqatçı tərəfindən həmin 2 ədəd saleftkanın iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırıldığını, daha sonra təhqiqatçının ondan əvvəllər əxlaqsızlıq yuvası təşkil edibetmədiyini soruşduğunu, 2 il əvvəl əxlaqsızlıq yuvası təşkil etdiyini və buna görə də məhkum olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi, üzləşdirmə istintaq hərəkətinin protokolları, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində cinsi əlaqədə olmaq üçün ünvan 1ində yerləşən kafeyə gəldiyini, kafenin girişində əyləşmiş əvvəllər tanımadığı, lakin adlarını sonradan bildiyi ünvan 1 sakinləri Təqsirləndirilən şəxs və Şahid2 yaxınlaşdığını, hər ikisi ilə salamlaşdığını, “Karvan” kafesinin sahibinin kim olduğunu soruşduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs “Karvan” kafesinin sahibinin olduğunu bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs ilə söhbət etmək istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs da onunla kafenin qarşısına çıxıb söhbət etməyə başladığını, söhbət zamanı Ağdaş şəhər sakinlərindən “Karvan” kafesində işləyən qadınların pul qarşılığında cinsi əlaqədə olduğunu eşitdiyini və buna görə də cinsi əlaqədə olmaq istədiyini bildirdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs “Karvan” kafesində işləyən qadınların pul qarşılığında cinsi əlaqədə olduğunu və buna görə də ona yer pulu kimi 5-10 manat pul verdiklərini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid3 yanına çağırdığını, Təqsirləndirilən şəxs Şahid3 cinsi əlaqədə olmaq istədiyini bildirdiyini, Şahid3 da salamlaşdıqdan sonra heç bir problem olmadığını dediyin və onunla cinsi əlaqədə olmaq üçün 25 manat pul alacağını, həmin pulun 5 manatını Təqsirləndirilən şəxs yer pulu kimi verəcəyini bildirdiyini, fikirləşib qərar verəcəyini bildirdiyini, kafenin kənarına doğru getdiyini, bir müddət sonra kafenin içərisinə gəldiyini, kafenin içərisində Şahid2 və Şahid3 olduğunu, Şahid2 yaxınlaşıb ona 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq pul əsginası verdiyini və həmin pulları Təqsirləndirilən şəxs verməsini istədiyini, həmin vaxtı Şahid3 onun yanına gəldiyini, Şahid3 ilə kənara çəkildiyini və onunla cinsi əlaqədə olacağını dediyini və 25 manat pulu Təqsirləndirilən şəxs verməsi üçün Şahid2 verdiyini bildirdiyini, Şahid3 da heç bir problem olmadığını bildirdiyini və onun kafenin arxasındakı otağa keçməsini istədiyini, kafenin arxasındakı otağa keçdiyini və orada 1 dəfə ön tərəfdən Şahid3 ilə cinsi əlaqədə olduğunu, bundan sonra özündə olan salfetka ilə təmizləndiyini və kafedən çölə çıxdığını, kafenin qarşısında siqaret çəkdiyini, bir müddət sonra polis əməkdaşlarının yanına gəldiyini və “Karvan” kafesində əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə məlumatlarının olduqlarını bildirdiyini, polis əməkdaşlarına “Karvan” kafesində pul qarşılığında qadınla cinsi əlaqədə olduğunu bildirdiyini, bundan sonra polis əməkdaşları ilə birlikdə “Karvan” kafesinə daxil olduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs və Şahid2 kafedə olduqlarını, kafedə olan zaman polis əməkdaşlarının “Karvan” kafesində əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə onlarda məlumatın olduğunu bildirdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs yalan danışaraq “Karvan” kafesində əxlaqsızlıq yuvası təşkil etmədiyini bildirdiyini, daha sonra əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid4 onun Şahid2 verdiyi 2 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əsginasını polis əməkdaşlarına təqdim edərək ona həmin pulları saxlamaq üçün Şahid2 verdiyini və Təqsirləndirilən şəxs kafeyə gələn zaman sonuncuya verməli olduğunu bildirdiyini, həmçinin Şahid3 da onunla pul qarşılığında cinsi əlaqədə olduğunu bildirdiyini və polis əməkdaşlarına cinsi əlaqədə olduğu yeri təqdim etdiyini, baxış zamanı Şahid3 mütəmadi olaraq pul qarşılığında ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olduğunu və buna görə Təqsirləndirilən şəxs 5-10 manat yer pulu verdiyini bildirdiyini, Təqsirləndirilən şəxs baxış zamanı “Karvan” kafesində əxlaqsızlıq yuvası təşkil etmədiyini və onun Şahid3 ilə cinsi əlaqədə olmağı barədə heç bir məlumatının olmadığını bildirdiyini, həmçinin Şahid2 da baxış zamanı Şahid3 25 manat pul verdiyini və həmin pulları Təqsirləndirilən şəxs verməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində heç bir yerdə işləmədiyini, yaşı ilə bağlı pensiya aldığını, həmin pensiya ilə gündəlik ehtiyaclarını təmin etdiyini, ünvan 1ində yerləşən “Karvan” kafesinin əmisi oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, əmisi oğlu Təqsirləndirilən şəxs həmin kafedə çay, kofe və digər içkilər verdiyini, həmçinin kafedə işləyən qadınların pul qarşılığında cinsi əlaqədə olduqlarını və buna görə də Təqsirləndirilən şəxs da pul verdiklərini bildiyini, əmisi oğlu Təqsirləndirilən şəxs əxlaqsızlıq yuvası təşkil etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu, özünün də müəyyən vaxtlarda həmin kafeyə gəldiyini, belə ki, əmisi oğlu xəstə olan vaxtlarda kafeyə gəlib çay, kofe və pivə verdiyini, həmçinin gündəlik qazancın hesabını apardığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə “Karvan” kafesinin girişində stolda əyləşib söhbət etdiyini, həmin vaxtı əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş şəhər sakini Şahid1 kafeyə gəldiyini, Şahid1la salamlaşdığını və “Karvan” kafesinin sahibinin kim olduğunu soruşduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs “Karvan” kafesinin sahibinin olduğunu bildirdiyini, bundan sonra Şahid1 Təqsirləndirilən şəxs ilə söhbət etmək istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs da Şahid1 ilə kafenin qarşısına çıxıb söhbət etməyə başladığını, bir müddət sonra Təqsirləndirilən şəxs kafeyə tək gəldiyini və fərdi yaşayış evlərinə gedib dərman qəbul edib gələcəyini bildirdiyini, heç bir problem olmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs kafedən getdiyini, təxminən 5-10 dəqiqə sonra Şahid1 ona yaxınlaşıb 2 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq 25 manat pul əsginası verdiyini və həmin pulları Təqsirləndirilən şəxs verməsini istədiyini, həmin pulları götürdüyünü, bu zaman Şahid3 Şahid1 yanına gəlib söhbət etməyə başladığını, lakin onların nə barədə söhbət etdiklərindən xəbərinin olmadığını, daha sonra Şahid1la Şahid3 kafenin arxasına keçdiyini, kafedə xadimə işləyən Şahid4 yanına çağırdığını və ona 25 manat pulu verdiyini və həmin pulu Təqsirləndirilən şəxs gələn zaman ona verməsini istədiyini, bir müddət sonra Şahid1 polis əməkdaşları ilə birlikdə “Karvan” kafesinə gəldiyini, kafedə olan zaman polis əməkdaşlarının “Karvan” kafesində əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə onlarda məlumatın olduğunu bildirdiklərini, həmin vaxtı Təqsirləndirilən şəxs “Karvan” kafesində əxlaqsızlıq yuvası təşkil etmədiyini bildirdiyini, daha sonra Şahid4 onun saxlamaq üçün ona verdiyi 25 manat pulu polis əməkdaşlarına təqdim etdiyini və həmin pulları onun verdiyini bildirdiyini, həmçinin Şahid3 da Şahid1 ilə pul qarşılığında cinsi əlaqədə olduğunu bildirdiyini və polis əməkdaşlarına cinsi əlaqədə olduğu yeri təqdim etdiyini, baxış zamanı Şahid3 mütəmadi olaraq pul qarşılığında ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olduğunu və buna görə Təqsirləndirilən şəxs 5-10 manat yer pulu verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2018-ci il tarixdən ünvan 1ində yerləşən “Karvan” kafesində xadimə kimi işlədiyini, həmçinin həmin kafedə müəyyən şəxslərlə pul qarşılığında cinsi əlaqədə olduğunu, Karvan kafesinin sahibinin Təqsirləndirilən şəxs olduğunu, pul qarşılığında cinsi əlaqədə olduğu şəxslərdən aldığı pulun 5-10 manatını Təqsirləndirilən şəxs yer pulu kimi verdiyini, bir müddət sonra aralarında narazılıqlar olduğundan həmin kafedən işdən çıxdığını, 2022-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs onu yenidən kafedə xadimə kimi işləməyə çağırdığını, kafeyə gələrək xadimə kimi işləməyə başladığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində “Karvan” kafesində olan zaman Təqsirləndirilən şəxs onu yanına çağırdığını və əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid1 cinsi əlaqədə olmaq istədiyini bildirdiyini, Şahid1la salamlaşdıqdan sonra cinsi əlaqədə olmaq üçün 25 manat pul alacağını və həmin pulun 5 manatını Təqsirləndirilən şəxs yer pulu kimi verəcəyini bildirdiyini, Şahid1 da fikirləşib qərar verəcəyini bildirdiyini, bundan sonra Şahid1 kafenin kənarına çəkildiyini, kafeyə gəldiyini, Təqsirləndirilən şəxs isə fərdi yaşayış evlərinə getdiyini, bir müddət sonra Şahid1 kafeyə daxil oldiuğunu, həmin vaxtı özünün və Təqsirləndirilən şəxs əmisi oğlu Şahid2 kafedə olduğunu, Şahid1 Şahid2 yaxınlaşıb ona pul əsginasları verdiyini, həmin vaxtı Şahid1 pulları onunla cinsi əlaqədə olmaq üçün verdiyini bildiyini, Şahid1 yanına gəldiyini və onu kənara çəkdiyini, Şahid1 onunla cinsi əlaqədə olacağını dediyini və 25 manat pulu Təqsirləndirilən şəxs verməsi üçün Şahid2 verdiyini bildirdiyini, heç bir problem olmadığını bildirdiyini və Şahid1 kafenin arxasındakı otağa keçməsini istədiyini, Şahid1 da kafenin arxasındakı otağa keçdiyini və orada 1 dəfə ön tərəfdən Şahid1 ilə cinsi əlaqədə olduğunu, bundan sonra özündə olan salfetka ilə təmizləndiyini, Şahid1 isə kafedən çölə çıxdığını, bir müddət sonra Şahid1 polis əməkdaşları ilə birlikdə “Karvan” kafesinə daxil olduğunu gördüyünü, həmin vaxtı Təqsirləndirilən şəxs və Şahid2 kafedə olduğunu, kafedə olan zaman polis əməkdaşlarının “Karvan” kafesində əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə onlarda məlumatın olduğunu bildirdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs yalan danışaraq “Karvan” kafesində əxlaqsızlıq yuvası təşkil etmədiyini bildirdiyini, daha sonra onunla birlikdə kafedə xadimə işləyən Şahid4 2 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əsginasını polis əməkdaşlarına təqdim edərək ona həmin pulları Şahid2 verdiyini və Təqsirləndirilən şəxs kafeyə gələn zaman sonuncuya verməli olduğunu bildirdiyini, həmçinin Şahid1la pul qarşılığında cinsi əlaqədə olduğunu bildirdiyini və polis əməkdaşlarına cinsi əlaqədə olduğu yeri təqdim etdiyini, baxış zamanı polis əməkdaşlarına mütəmadi olaraq pul qarşılığında ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olduğunu və buna görə Təqsirləndirilən şəxs 5-10 manat yer pulu verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Yusif qızı ifadəsində əvvəllər evli olduğunu, hal-hazırda boşandığını, 2 övladının olduğunu, onlardan birinin evlənndiyini, digərinin isə özü ilə birlikdə yaşadığını, ünvan 1ində yerləşən Təqsirləndirilən şəxs məxsus “Karvan” kafesində xadimə və ofisiant işlədiyini, təxminən 1 ilə yaxındır ki, həmin kafedə işlədiyini, kafedə çay, pivə, kofe və digər içkilər verdiyini, xx.xx.2023-cü il tarixdə Şahid6 “Karvan” kafesində olduğunu, Şahid6 Ağdaş şəhər sakini kimi tanıdığını, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, onun “Karvan” kafesinə mütəmadi olaraq gəldiyini, Şahid6 da onun kimi kafedə xadimə işlədiyini, xx.xx.2023-cü il tarixdə axşam saatlarında əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Göyçay rayonu, Məlikkənd kənd sakini Şahid5 kafeyə gəldiyini, onun kafedə əyləşdiyini və bir bakal pivə sifariş verdiyini, Şahid5 bir bakal pivə verdiyini, bir neçə dəqiqə sonra Şahid5 Şahid6 yanına çağırdığını, bundan sonra mətbəxə keçdiyini və öz işi ilə məşğul olduğunu, bir neçə dəqiqə sonra Şahid6 kafenin sahibi Təqsirləndirilən şəxs yanına getdiyini gördüyünü, axşam saat 20 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının kafeyə gəldiyini gördüyünü, polis əməkdaşlarının “Karvan” kafesində əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə məlumatlarının olduqlarını bildirdiyini, həmin vaxt Şahid6, Təqsirləndirilən şəxs və Şahid5 da onun yanımda olduğunu, Şahid3 Şahid5la 30 manat pul qarşılığında cinsi əlaqədə olduğunu və həmin pulun 5 manatını yer pulu kimi Təqsirləndirilən şəxs verdiyini bildirdiyini, Təqsirləndirilən şəxs və Şahid5 da Şahid6 dediklərini təsdiq etdiyini, daha sonra Təqsirləndirilən şəxs 1 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginaslarını polis əməkdaşlarına təqdim etdiyini, Şahid6 həmçinin Şahid5la cinsi əlaqədə olduğu yeri təqdim etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində əvvəllər ailəli olduğunu, sonra boşandığını, 2 azyaşlı övladının olduğunu, heç bir yerdə işlədiyini, maddi vəziyyətində çətinliklər olduğunu, əvvəllər məhkum olunduğunu, məhkumluğunun narkotik vasitələrin satışı ilə bağlı olduğunu, ünvan 1 sakini Təqsirləndirilən şəxs tanıdığını, onun Əmirarx kəndində “Karvan” kafesi olduğunu, həmin kafedə bir müddətdir ki, xadimə kimi işlədiyini, həmçinin pul qarşılığında başqa şəxslərlə cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olmaq üçün Təqsirləndirilən şəxs 5 manat yer pulu verdiyini, xx.xx.2023-cü il tarixdə axşam saatlarında əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Göyçay rayonu, Məlikkənd kənd sakini Şahid5 kafeyə gəldiyini, onun kafedə əyləşdiyini və bir bakal pivə sifariş verdiyini, kafedə xadimə və ofisiant işləyən Şahid7 da ona bir bakal pivə verdiyini, bir neçə dəqiqə sonra Şahid5 onu yanına çağırdığını, Şahid5 yanına gəldiyini, Şahid5 ondan cinsi əlaqədə olub-olmamağını soruşduğunu, əlaqədə olduğunu bildirdiyini, Şahid5 hansı məbləğə cinsi əlaqədə olacağını soruşduğunu, 30 manat pul qarşılığında cinsi əlaqədə olacağını, həmin pulun 5 manatını isə kafenin sahibi Təqsirləndirilən şəxs yer pulu kimi verəcəyini bildirdiyini, Şahid5 da onunla razılaşdığını və ona 30 manat pul verdiyini, bundan sonra Şahid5 kafenin arxasındakı otaqda gözləməsini istədiyini, Şahid5 da kafenin arxasındakı otağa keçdiyini, Təqsirləndirilən şəxs yanına gedib cinsi əlaqədə olacağını bildirdiyini və 5 manat pulu verdiyini, daha sonra kafenin arxasındakı otağa keçdiyini və Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olduğunu, daha sonra onun və Şahid5 özünü salfetka ilə təmizlədiyini, Şahid5 daha sonra otaqdan çıxdığını, bir müddət sonra Ağdaş RPŞ-nin əməkdaşlarının “Karvan” kafesinə gəldiyini və əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə onlarda məlumatın olduğunu bildirdiyini, polis əməkdaşlarına hər şeyi etiraf etdiyini, Təqsirləndirilən şəxs və Şahid5 da onun dediklərini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində xx.xx.2023cü il tarixdə səhər saatlarında Tərtər şəhərinə meyvə almağa getdiyini, həmin günü axşam saatlarında Tərtər şəhərinə geri qayıdanda pivə içmək üçün ünvan 1i ərazisində yerləşən “Karvan” kafesinə gəldiyini, həmin kafeyə əvvəllər gəlmədiyini, kafedə əyləşdikdən sonra əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid7 yanına çağırdığını və bir bakal pivə istədiyini, Şahid7 da ona bir bakal pivə gətirdiyini, bir neçə dəqiqə sonra isə əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Şahid6 yanına çağırdığını və cinsi əlaqədə olubolmadığını soruşduğunu, Şahid6 da cinsi əlaqədə olduğunu bildirdiyini, Şahid6 hansı məbləğə cinsi əlaqədə olduğunu soruşduğunu, Şahid6 da 30 manat pul qarşılığında cinsi əlaqədə olduğunu, həmin pulun 5 manatını isə kafenin sahibi, əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs yer pulu kimi verəcəyini bildirdiyini, razılaşdığını və şalvarının cibindən 30 manat pul çıxarıb Şahid6 verdiyini, Şahid6 30 manat pulu ondan götürdüyün və kafenin arxasındakı otağa keçməyini istədiyini, kafenin arxasındakı otağa keçdiyini, təxminən 5 dəqiqə sonra Şahid6 onun yanına gəldiyini, otaqda Şahid6 ilə cinsi əlaqədə olduğunu, otaqda heç bir divan və ya kreslo olmadığını, cinsi əlaqədə olduqdan sonra özünün və Şahid6 özünü salfetka ilə təmizlədiyini, daha sonra otaqdan çıxıb kafenin qarşısına gəldiyini, bir müddət sonra Ağdaş RPŞ-nin əməkdaşları kafeyə gəldiyini və “Karvan” kafesində əxlaqsızlıq yuvasının təşkil edilməsi barədə onlarda məlumatın olduğunu bildirdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs, Şahid6 və Şahid7 da yanına gəldiyini, Şahid6 polis əməkdaşlarına onunla cinsi əlaqədə olduğunu və buna görə 30 manat pul verdiyini bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs 1 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginaslarını polis əməkdaşlarına təqdim etdiyini, bundan sonra Şahid6 da cinsi əlaqədə olduğu otağı və cinsi əlaqədə olduqdan sonra təmizlənmək üçün istifadə etdiyi salfetkaları polis əməkdaşlarına təqdim etdiyini, polis əməkdaşları tərəfindən pulların və saleftkaların götürüldüyünü, özünün və Təqsirləndirilən şəxs da Şahid6 dediklərini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2021-ci ilin qış aylarında ünvan 1ində yerləşən “Karvan” kafesində xadimə kimi işlədiyini, günə 10 manat pul aldığını, daha sonra həmin kafedən çıxdığını, Karvan kafesini ünvan 1 sakini Təqsirləndirilən şəxs işlətdiyini, həmin kafedə onun bibisinin də qabyuyan kimi işlədiyini, sonralar “Karvan” kafesində yenidən işləməyə gəldyini, kafedə onunla birlikdə Şahid3 da xadimə kimi işlədiyini, Şahid3 pul qarşılığında müəyyən şəxslərlə cinsi əlaqədə olduğunu və 5-10 manat Təqsirləndirilən şəxs yer pulu verdiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş şəhər sakini Şahid1 kafeyə gəldiyini gördüyünü, təxminən 15- 20 dəqiqə sonra Şahid2 yanına gələrək ona 2 ədəd 10 manat və 1 ədəd 5 manat pul verdiyini və həmin pulu Təqsirləndirilən şəxs kafeyə gələn zaman ona verməsini istədiyini, həmin pulu götürdüyünü, bir müddət sonra kafeyə polis əməkdaşlarının Şahid1la birlikdə gəldiyini gördüyünü, daha sonra polis əməkdaşlarının onda pul olub-olmadığını soruşduğunu, Şahid2 ona saxlamaq üçün 25 manat pul verdiyini, lakin hansı məqsədlə həmin pulu ona verməsini bilmədiyini qeyd etdiyini, 25 manat pulu polis əməkdaşlarına təqdim etdiyini, həmçinin kafedə işləyən Şahid3 da Şahid1 ilə 25 manat pul qarşılığında cinsi əlaqədə olduğunu bildirdiyini və Şahid1 ilə cinsi əlaqədə olduğu yeri təqdim etdiyini bildirmişdir. İşin materiallarında olan 10 iyun 2023-cü il tarixli baxışın keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkilərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs məxsus kafeyə baxış keçirmişlər. Həmin kafe “Karvan” adlanır, Bakı-Qazax yolunun solunda yerləşir. Kafeyə daxil olduqda ilk mətbəx kimi istifadə olunan yer, ondan sağda isə müştərilərə xidmət olunan zal yerləşir. Oradanda başqa bir otaq var ki, içərisində divan və yataq dəsti (raskladuşka) var. İştirakçılardan Şahid6 30 manat müqabilində Şahid5la kafedə cinsi əlaqədə olduğunu, bunun üçün Təqsirləndirilən şəxs 5 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindəki pul əsginaslarını təqdim etmiş. Onun üzərindən 01 ədəd 5 manatlıq (A********) və 2 ədəd 1 manatlıq (A56118339, F********) əsginaslar aşkar olunmuş, təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra Şahid6 cinsi əlaqədə olduğu otağı göstərmişdir. Həmin otaq kafenin arxa hissəsində yerləşir. İşin materiallarında olan Ağdaş rayon Güvəkən Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ərazisində işlətdiyi “Karvan” kafe və yerləşdiyi torpaq sahəsi Təqsirləndirilən şəxs məxsusdur. İşin materiallarında olan 29 iyun 2023-cü il tarixli “Maddi sübutların tanınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat tədbiri zamanı götürülmüş 2 ədəd 10 manat, 2 ədəd 5 manat pul maddi sübut hesab edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 244.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3 (üç) il azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 62 saylı arayışına əsasən cəzasını tam çəkib qurtarıb. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-107/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, c/1-2374 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə kimi 1 (bir) il müddətinə azadlığın mhdudlaşdırılması cəzasından 1 ay 26 gününü çəkmiş, onun çəkilməmiş 10 ay 4 gün cəzası qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 20 iyun 2023-cü il tarixli PHŞ/6-22/2- 924/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin publik hüquqi şəxsinin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32/2-2xx-xx/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ünvanında yaşamaqla ailə tərkibi qeyri – rəsmi olaraq yaşadığı xx.xx.1967-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 19:00-da tanış edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsində bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, predmeti qismində isə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur. Sözü gedən maddədə fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir. Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün Plenumun bu Qərarda qeyd etdiyi əlamətlər mövcud olduqda yaranır. Bununla belə, göstərilən hər üç kriminal əməldə ayrı-ayrılıqda (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin tərkibini yaradır.Bu cinayət əməllərindən hər hansı birinin təkrar törədilməsi Cinayət Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətə, yəni həmin Məcəllənin 16.1-ci maddəsi ilə müəyyən edilmiş təkrarlılığa səbəb olur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ində yerləşən “Karvan” kafesini fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış və kafenin daxilində yerləşən otaqları eyni məqsədlər üçün vermişdir. Pul müqabilində kafenin otaqlarını verdiyi şəxslər həmin yerdə cinsi əlaqədə olmuşlar. O, ünvan 1ində yerləşən “Karvan” kafesini müəyyən şəxslərdən pul alaraq fahişəliklə məşğul olan şəxslərlə cinsi əlaqədə olması üçün onlara müvəqqəti verməklə əxlaqsızlıq yuvası təşkil etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs hər iki cinayət əməlini tam olaraq başa çatdırdığından o, bu cinayət əməlini təkrar törətmiş hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə münasibət bildirərək hesab edir ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında təqsirini boynuna almaması, əvvəllər eyni maddə üzrə məhkum olunması, məhkumluğunun ödənilməməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməməsi, hazırda başqa cinayət əməli üzrə çəkilməmiş cəzasının olması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası CM-in 244.2.1-ci maddəsinin sanksiyasında üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244.2.1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir, onun barəsində cəza təyin edilərkən CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Çünki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 244.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi daha məqsədə müvafiqdir. Ağdaş Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 1(014)-107/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 4 (dörd) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 5 (beş) ay 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Həmin cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və işin materiallarında saxlanılan 2 ədəd 10 manatlıq, 2 ədəd beş manatlıq pul əsginasları dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 1(014)-107/2023 saylı hökmünə əsasən ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 4 (dörd) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 5 (beş) ay 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 3 (üç) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və işin materiallarında saxlanılan 2 ədəd 10 manatlıq, 2 ədəd beş manatlıq pul əsginasları dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-174/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-174/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver