Məhkəmə qərarları › İş №1(014)-175/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-175/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-175/2023 26.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş şəhəri, Zeynəddin küçəsi 29 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.2-ci maddələri xx.xx.2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olmaqla ünvan 6 nömrəsiz evdə, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamış və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayaraq daşımış və satmışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Ağdaş şəhəri ərazisində yerləşən Ağdaş Rayon İcra Hakimiyyəti Başçısı yanında Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin balansında olan Ağdaş şəhər Heydər Əliyev parkının ərazisində parka məxsus, sarı-yaşıl rəngli “X22 1887” attraksion qatarının 700 (yeddi yüz) manat dəyərində markalanma göstəriciləri olmayan 1 ədəd aparıcı generatorunu söküb çıxararaq və 420 (dörd yüz iyirmi) manat dəyərində 60 metr uzunluğunda izolyasiyalı 4x5 mm diametrli, mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini kəlbətin ilə kəsərək gizli yolla oğurlayaraq talamaqla, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısı yanında Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ümumilikdə 1120 (min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağdaş şəhəri ərazisində X2 məqsədi ilə qanunsuz olaraq 9 (doqquz) manat müqabilində ümumi təmiz çəkisi 0,25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağdaş şəhəri, H.Əliyev prospektində Şahid6 10 (on) manat müqabilində satmış, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 Ağdaş rayonu H.Əliyev parkında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 02:08-dən 02:18-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol ön cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Ağdaş şəhəri ərazisində yerləşən Ağdaş Rayon İcra Hakimiyyəti Başçısı yanında Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin balansında olan Ağdaş şəhər Heydər Əliyev parkının ərazisində parka məxsus, sarı-yaşıl rəngli “X22 1887” attraksion qatarının 700 (yeddi yüz) manat dəyərində markalanma göstəriciləri olmayan 1 ədəd aparıcı generatorunu söküb çıxararaq və 420 (dörd yüz iyirmi) manat dəyərində 60 metr uzunluğunda izolyasiyalı 4x5 mm diametrli, mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini kəlbətin ilə kəsərək gizli yolla oğurlayaraq talamaqla, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısı yanında Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ümumilikdə 1120 (min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş rayon H.Əliyev parkının direktoru X4 əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Ağdaş rayon H.Əliyev parkının direktoru X3 10 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinə Ağdaş rayon Heydər Əliyev parkından oğurluq olması ilə əlaqədar yazdığı ərizə ilə tanış olduğunu, 09 sentyabr 2022-ci il tarixdə saat təxminən 22 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə Ağdaş rayon Heydər Əliyev adına parkda gəzdikləri zaman parkda çox az adam olduğunu, onun 10 sentyabr 2022-ci il tarixdə ad günü olacağını, lakin ad gününü keçirmək üçün pulu olmadığını, ona görə də dostu Təqsirləndirilən şəxs1 Ağdaş rayon Heydər Əliyev parkından oğurluq edərək pul qazanmağı təklif etdiyini, Təqsirləndirilən şəxs1 da onunla razılaşdığını, daha sonra onların parkda qatar attraksionunun yanından keçərkən qatarın içərisində, yəni altında bir ədəd generator olmasını gördüklərini, həmin generatorun içərisində mis olmasını fikirləşdikərini və onu gecə parkda heç kim olmayan vaxt gəlib oğurlamaq qərarına gəldikərini, ona görə də Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə getdikərini, Təqsirləndirilən şəxs1 yaşadığı evə gedib evdən bir ədəd kəlbətin götürüb şəhərə qayıtdığını, 10 sentyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində parka qayıtdığını, həmin vaxt qatarın altında olan bir ədəd generatoru söküb çıxardığını və yaxınlıqda tapdıqları kisəyə qoyduqlarını, daha sonra isə Təqsirləndirilən şəxs1 qatarın relsinin kənarında olan kabeli kəlbətin ilə kəsdiyini, həmin kabelin bir ucunun qatara, digər ucunun isə şəbəkəyə birləşik olduğunu, daha sonra onların kabeli və generatoru oğurlayıb parkdan çıxıb getdiklərini, daha sonra Təqsirləndirilən şəxs1 ilə birgə oğurladıqları generatoru və kabeli aparıb Ağdaş şəhəri, Padar küçəsində nar ağacının dibində gizlətdiklərini, həmin kabeli və generatoru ağacın dibində gizlətməkdə məqsədlərinin sonra gəlib aparıb sataraq onun ad gününü keçirtmək olduğunu, daha sonra polis əməkdaşlarının onları saxladığını və Ağdaş şəhərində yerləşən Heydər Əliyev parkından Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin oğurladıqları generatoru və kabeli polis əməkdaşlarına təqdim etdiklərini, Təqsirləndirilən şəxs1 ilə birgə 10 sentyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində Ağdaş rayon Heydər Əliyev parkından 1 ədəd generator və 60 metr uzunluğunda olan kabel oğurladıqlarını, Təqsirləndirilən şəxs1 ilə parkdan oğurluq edən zaman onları heç kimin görmədiyini, oğurluq etməmişdən əvvəl və sonra ətrafa baxdıqlarını, ətrafda heç kimin olmadığını gördükdən sonra oğurluq etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində narkotik vasitələrin istifadəçisi olmadığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, Şahid6 dostu Elgiz vasitəsi ilə tanıdığını, dostu Elgiz və Şahid6 ilə parkda oturub söhbət edərkən Əlinin ona narkotik vasitə lazım olduğunu bildirdiyini, onun da narkotik vasitə istifadə etmədiyini və satmadığını bildirdiyini, bundan sonra su almaq üçün mağazaya getdiyini, yolda qohumu Həsənlə qarşılaşdığını, söhbət etdiklərini, Həsənin əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bildiyini, söhbət əsasında Həsəndən üzərində narkotik vasitə olub-olmamasını soruşduğunu, Həsənin də özünün istifadəsi üçün üzərində narkotik vasitə olduğunu dediyini, pula ehtiyacı olduğundan yarısını ona verə biləcəyini bildirdiyini, bundan sonra Həsənə doqquz manat verərək Əliyə verməsi üçün Həsəndən narkotik vasitə aldığını, daha sonra zəng gəldiyi üçün evə getməli olduğunu, evə gedərkən narkotik vasitənin üzərində olduğunu, daha sonra geri qayıdaraq parkda özü, Əli və dostu gəzərkən Samit və Pünhan adlı polis əməkdaşlarının onlara yaxınlaşdığını, onlara Əlinin üzərində narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirdiklərini, Əlinin əvvəl inkar etdiyini, Samit adlı polis əməkdaşının Əliyə şillə vurduğunu, Əlinin isə üzərində narkotik vasitə olduğunu və həmin narkotik vasitənin ondan, yəni Talehdən aldığını bildirdiyini, bundan sonra onları polis şöbəsinə dəvət etdiklərini, onların da etiraz etmədiklərini, onlarla polis şöbəsinə gəldiklərini, polis şöbəsində videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçiriləcəyinin bildirildiyini, üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman Şahid6 narkotik vasitəni pul müqabilində satmasını etiraf etməsini, etiraf edəcəyi təqdirdə onu buraxacaqlarını bildirdiklərini, azyaşlı olduğu və qorxduğu üçün polis əməkdaşlarının sözlərinə inandığını, videoçəkilişdən sonra buraxılacağını düşündüyünü, üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirildiyini, lakin üzərindən narkotik vasitə aşkar edilmədiyini, polis əməkdaşlarının tapşırıqlarına əsasən Şahid6 narkotik vasitəni 10 manat pul qarşılığında verdiyini bildirdiyini, bundan sonra videoçəkilişin başa çatdığını bildirmişdir. Həmçinin ifadəsinə davam edərək özünü oğurluqda təqsirli bildiyini, pula ehtiyacı olduğundan Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etdiklərini, əməlindən peşman olduğunu, dəymiş zərərin ödənildiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirirək ona etmiş olduğu oğurluğa görə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, xx.xx.2023-cü il tarixdə saat 02:58 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını, üzərində narkotik vasitə saxlamağında, satmağında və istifadə etməkdə şübhəli olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, onlarla polis şöbəsinə gəldiyini və polis şöbəsinə gələndən sonra orada ona vəkil təqdim edib onu şübhəli şəxs kimi tutduqlarını, şübhəli şəxs kimi tutularkən ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra onun üzərində Ağdaş RPŞ-nin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı ona hüquq və vəzifələrinin bir daha izah olunduğunu, bundan sonra şəxsi axtarış zamanı onun üzərində olan şalvarın sol cibindən 1 ədəd mobil telefon aşkar olunduğunu, şəxsi axtarış zamanı xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Həsən adlı şəxsdən 9 (doqquz) manata narkotik vasitə satın aldığını bildirdiyini, daha sonra həmin tarixdə narkotik vasitəni 10 (on) manat pula əvvəllər tanıdığı Ağdaş şəhər sakini Şahid6 satdığını və 1 manat mənfəət götürdüyünü bildirdiyini, həmin 1 manat pula 3 dənə siqaret aldığını, bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçalarının vurulduğunu və iştirakçılarla birlikdə kağız zərfin üzərinə imza etdiklərini, daha sonra üzərindən aşkar olunmuş digər əşyaların ona qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, onun polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq və ya zor tətbiq edilmədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Həsən adlı şəxsdən 9 manata aldığı narkotik vasitəni 10 manat pula Şahid6 satdığını və onun oradan 1 manat mənfəət götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, Həsən Həsənovdan aldığı narkotik vasitə qurudulmuş marixuananı Şahid6 satacağını bilmədiyini, bu barədə Şahid6 hər hansı bir söz demədiyini, həmin narkotik vasitəni öz istifadəsi üçün istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş rayon H.Əliyev parkının direktoru X4 əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Ağdaş rayon H.Əliyev parkının direktoru X3 10 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinə Ağdaş şəhər Heydər Əliyev parkından oğurluq olması ilə əlaqədar yazdığı ərizə ilə tanış olduğunu, xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə Ağdaş rayon Heydər Əliyev parkında gəzdikləri zaman parkda çox az sayda adam olduğunu, dostu Təqsirləndirilən şəxs2 10 sentyabr 2022-ci il tarixdə ad günü olacağını, lakin ad gününü keçirmək üçün pulu olmadığına görə də dostu Təqsirləndirilən şəxs2 ad gününü keçirmək üçün lazım olan pulu əldə etmək üçün ona parkdan oğurluq etmək təklifini etdiyini və onun da Təqsirləndirilən şəxs2 ilə razılaşdığını, daha sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Heydər Əliyev parkında qatar attraksionunun yanından keçərkən qatarın altında generator olmasını gördüklərini, onların həmin generatorun içərisində mis olmasını fikirləşdiklərini və onu oğurlamaq qərarına gəldiklərini, ona görə də Təqsirləndirilən şəxs2 ilə yaşadığı evə kəlbətin götürmək üçün getdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs2 onu yolda gözlədiyini, onun da yaşadığı evdən bir ədəd kəlbətin götürdüyünü, evdən kəlbətini götürüb Təqsirləndirilən şəxs2 ilə birlikdə şəhərə qayıtdıqlarını, parkda olan insanların çıxıb getməsini və parka gecə gedib heç kimin olmadığı zaman oğurluq etmək qərarına gəldiklərini, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə parka qayıtdıqlarını, ətrafa baxdıqlarını və ətrafda heç kimin olmadığını gördükdən sonra Təqsirləndirilən şəxs2 qatarın altında olan generatoru söküb çıxardığını və yaxınlıqda tapdıqları kisəyə qoyduqlarını, daha sonra onun qatarın relsinin kənarında olan kabeli kəlbətin ilə kəsdiyini, kəsdiyi həmin kabelin bir ucunun qatara, digər ucunun isə şəbəkəyə birləşik olduğunu, kabeli kəsdikdən və generatoru söküb çıxardıqdan sonra generatoru və kabeli Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlayıb ətrafda heç kimin olmadığını görüb parkdan birlikdə piyada çıxıb getdiklərini, Təqsirləndirilən şəxs2 və onun oğurladıqları həmin generatoru və kabeli aparıb Ağdaş şəhəri, Padar küçəsində nar ağacının altında gizlətdiklərini, sonra götürüb satıb Təqsirləndirilən şəxs2 ad gününü keçirəcəklərini, daha sonra polis əməkdaşlarının onları saxladıqlarını və onların Ağdaş şəhərində yerləşən Heydər Əliyev parkından Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin oğurladıqları generatoru və kabeli polis əməkdaşlarına təqdim etdiklərini, onun və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Ağdaş rayon Heydər Əliyev parkından 1 ədəd generator, 60 metr uzunluğunda olan kabel oğurladıqlarını, onun və Təqsirləndirilən şəxs2 oğurluq edən zaman onları heç kimin görmədiyini, oğurluq etməmişdən əvvəl və oğurluq etdikdən sonra ətrafa baxdıqlarını və ətrafda heç kimin olmadığını, ətrafda heç kimin olmadığını gördükdən sonra oğurluq etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər Heydər Əliyev parkının sabiq direktoru X3 Ağdaş RPŞ-nə yazdığı ərizəsi ilə tanış olduğunu, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində mühəndis vəzifəsində işlədiyini, Ağdaş şəhər Heydər Əliyev parkı əvvəllər Ağdaş Rayon İcra Hakimiyyətinin balansında olmadığını, xx.xx.2023-cü il tarixdə rəsmi qaydada Ağdaş şəhər Heydər Əliyev parkının işlədiyi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin balansına verildiyini və bununla bağlı akt tərtib olunduğunu, hazırda həmin parkin icra nümayəndəliyinin balansında olduğunu, belə ki, akt əsasında Ağdaş şəhər Heydər Əliyev parkının sabiq sədri Rövşən Hüseynovun öhdəliyində olan mal-materiallara yerində baxış keçirilərək Ağdaş RİHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə təhvil verildiyini, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində əvvəllər tanımadığı və hər hansı bir ədavəti və ya düşmənçiliyi olmayan Ağdaş rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağdaş şəhər Heydər Əliyev parkından parkın balansında olan sarı-yaşıl rəngli “X22 1887” attraksion qatarının 1 ədəd markalanma göstəriciləri olmayan aparıcı generatorunu və 60 metr uzunluğunda izolyasiyalı 4x5 mm diametrli, mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini oğurladıqlarını və oğurluq nəticəsində parka ümumilikdə 1120 (min yüz iyirmi) manat maddi ziyan dəydiyini, Ağdaş şəhər Heydər Əliyev parkının mühafizəçisi işləyən Şahid5 xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində parkda növbədə olan zaman parkın ərazisini gəzərkən qatar attraksionunun yaxınlığında 2 nəfər şəxsin əllərində nəsə aparmalarını gördüyünü və onlardan şübhələndiyi üçün onları səslədiyini, lakin həmin şəxslərin qaçıb getmələrini, attraksionun yanına yaxınlaşıb baxan zaman sarı-yaşıl rəngli “X22 1887” attraksion qatarının aparıcı generatorunun və attraksionun kabellərinin də, kəsilməsini və təxminən 60 metr kabelin yerində olmadığını və oğurlandığını gördüyünü bildiyini, daha sonra parkın sabiq direktoru X18 RPŞ-nə oğurluq hadisəsi barədə məlumat verdiyini, sarı-yaşıl rəngli “X22 1887” attraksion qatarının 1 ədəd markalanma göstəriciləri olmayan aparıcı generatorun qiymətinin 700 (yeddi yüz) manat, 60 metr uzunluğunda izolyasiyalı 4x5 mm diametrli, mis əsaslı ərintidən hazırlanmış elektrik naqilinin qiymətinin isə 420 (dörd yüz iyirmi) manat olduğunu bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 2022-ci ilin sentyabr ayında Ağdaşda parkda mühafizəçi işlədiyini, Sübhan adlı digər mühafizəçinin növbəsində oğurluq hadisəsi baş verdiyini və bu barədə də ondan eşitdiyini, hadisəni özünün şəxsən görmədiyini, mütəmadi olaraq attraksionlara baxış keçirdiklərini və buna görə də attraksionun hadisəyə qədər işlək vəziyyətdə olduğunu bildiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid6 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Ağdaş RPŞ-nin PPXBnin polis nəfəri Şahid1 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev adına mərkəzi parkda hərəkətdə olan zaman Şahid6 təkbaşına piyada hərəkətdə olmasını gördüklərini, onların həmin vaxt Şahid6 yaxınlaşaraq özlərini təqdim edib Şahid6 üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra onların Şahid6 RPŞ-nə dəvət etdiklərini, Şahid6 da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞnin təhqiqatçısı Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və Şahid6 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib Şahid6 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, bundan sonra Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda Şahid6 dövlət hesabına müdafiəçi təyin edildiyini, Şahid6 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, videoçəkiliş vasitəsi ilə Şahid6 üzərində şəxsi axtarışa başlanıldığını, şəxsi axtarış zamanı Şahid6 əynində olan şalvarın sol qabaq cibindən 1 ədəd gümüş rəngli kağız büküm, şalvarının sağ arxa cibindən siqaret qutusu və qutunun içərisindən siqaret dənələrinin aşkar olunduğunu, gümüşü rəngli kağız bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 0,5 qram olduğunu, Şahid6 kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Taleh adlı şəxsdən 10 (on) manata satın aldığını bildirdiyini, 1 ədəd gümüşü rəngli kağız bükümün kağız zərfə qablaşdırıldığını və üzərinə DİN-in 111 nömrəli möhürü olan kağız parçaları vurulduğunu, iştirakçılar tərəfindən zərfin üzərinin imzalanıldığını, protokol tərtib olunduğunu və tərtib olunmuş protokolun iştirakçılar tərəfindən təsdiq edildiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Zeynəddin küçəsi 29 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, satması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 02:58 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs2 təkbaşına piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələri saxlaması, satması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra onların Təqsirləndirilən şəxs2 RPŞ-nə dəvət etdiklərini, Təqsirləndirilən şəxs2 da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və Təqsirləndirilən şəxs2 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, bundan sonra Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs2 dövlət hesabına müdafiəçi təyin edildiyini, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, həmçinin Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olduğuna görə doğma atası Tehran İsmayılovun da şəxsi axtarışda iştirak etdiyini, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Həsən adlı şəxsdən 9 (doqquz) manata narkotik vasitə satın aldığını və həmin narkotik vasitəni 10 (on) manata Şahid6 satdığını bildirdiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 şalvarının sol cibindən 1 ədəd mobil telefon aşkar olunduğunu və iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evinə də baxış keçirildiyini, lakin baxış zamanı evdə dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmadığını, baxışın videokamera vasitəsi ilə qeydə alındığını və protokol tərtib olunduğunu, tərtib olunmuş protokolun iştirakçılar tərəfindən imzalandığını, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, Hərbi qəsəbə ünvanında qeydiyyatda olan və yaşayan X7 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, satması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında xx.xx.2023cü il tarixdə saat 03:58 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman Həsən Həsənovun təkbaşına piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt Həsən Həsənova yaxınlaşaraq özlərini təqdim edib Həsən Həsənova üzərində narkotik vasitələri saxlaması, satması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiyini, bundan sonra onların Həsən Həsənovu RPŞ-nə dəvət etdiklərini, Həsən Həsənovun da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-nin təhqiqatçısı Həsən Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və Həsən Həsənovu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib Həsən Həsənovun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, bundan sonra Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda Həsən Həsənova dövlət hesabına müdafiəçi təyin edildiyini, Həsən Həsənovun üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, şəxsi axtarış zamanı Həsən Həsənovun əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ cibindən 1 ədəd alışqan və 2 ədəd 1 manatlıq pul əskinasları aşkar olunduğunu, Həsən Həsənovun şəxsi axtarış zamanı xx.xx.2023-cü il tarixdə Taleh adlı şəxsə 9 manat pula narkotik vasitə satdığını bildirdiyini, həmin pulun 7 manatına siqaret aldığını bildirdiyini, 2 ədəd 1 manatlıq pul əskinasının isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb götürüldüyünü, üzərinə DİN-in 111 nömrəli möhürü olan kağız parçalarının vurulduğunu, şəxsi axtarış ilə bağlı protokol tərtib olunduğunu və iştirakçılar ilə birlikdə protokolu imzaları ilə təsdiq etdiklərini, Şahid6 narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs2 və X7 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, Təqsirləndirilən şəxs2, Şahid6 və X11 tutulan zaman onun və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahidlər Ağdaş RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid1, Şahid4 və Şahid2 da iş üzrə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində Maştağada müalicə aldığını, ibtidai istintaqda verdiyi izahatı dəqiq xatırlamadığını, Ağdaş rayon sakini Təqsirləndirilən şəxs2 şəhər uşağı kimi tanıdığını, onunla və onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, tarixi dəqiq xatırlamadığı vaxtda axşam saatlarında Ağdaş şəhərində yerləşən Heydər Əliyev adına parkın yaxınlığında Təqsirləndirilən şəxs2 və tanışları ilə oturub söhbət edərkən Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə satırsa ala biləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs2 ona narkotik vasitə sata biləcəyini bildirdiyini və onunla birlikdə Ağdaş rayon mərkəzi bazarının yaxınlığına gəldiyini, yolda gəldiyi zaman Təqsirləndirilən şəxs2 narkotik vasitənin bir çetini (bükümünü) 10 manata sata biləcəyini bildirdiyini, özünün də razılaşdığını və üzərində olan 10 (on) manat pulu Təqsirləndirilən şəxs2 verdiyini, həmin vaxt tək olduqlarını, bundan sonra Təqsirləndirilən şəxs2 çıxıb getdiyini, Təqsirləndirilən şəxs2 bir müddət sonra təkbaşına gəldiyini və ona bir büküm narkotik vasitə qurudulmuş marixuana verdiyini, özünün də Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuananı alıb oradan uzaqlaşdığını, Təqsirləndirilən şəxs2 narkotik vasitəni haradan və kimdən almasını bilmədiyini, tarixi dəqiq xatırlamadığı vaxtda gecə saatlarında Ağdaş şəhəri, Azadlıq küçəsində hərəkətdə təkbaşına hərəkətdə olduğu zaman Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirdiklərini, bundan sonra polis əməkdaşlarının onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə razılaşıb rayon polis şöbəsinə gəldiyini və polis şöbəsinə gələndən sonra orada dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etdiyini, həmin vaxt ona vəkillərin siyahısını təqdim etdiklərini və özünün də vəkil seçdiyini, daha sonra vəkili təqdim edib onu şübhəli şəxs kimi tutduqlarını, şübhəli şəxs kimi tutularkən ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra onun üzərində Ağdaş rayon Polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı ona hüquq və vəzifələrinin bir daha izah olunduğunu, bundan sonra şəxsi axtarış zamanı üzərində olan şalvarının sol ön cibindən 1 ədəd gümüş rəngli kağız büküm aşkar olunduğunu, daha sonra şalvarının sağ arxa cibindən 1 ədəd siqaret qutusu aşkar olunduğunu, bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd gümüş rəngli kağız büküm açıldıqda içərisindən yaşıl rəngli, xüsusi iyə malik olan narkotik narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, həmin qurudulmuş marixuananın elektron tərəzidə çəkildiyini və çəkisinin 0,5 qram olduğunun müəyyən olunduğunu, həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini, bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd gümüş rəngli kağız bükümün kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçalarının vurulduğunu və iştirakçılarla birlikdə kağız zərfin üzərinə imza etdiklərini, daha sonra üzərindən aşkar olunmuş siqaret qutusunun özünə qaytarıldığını, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmadığını, Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuananı kimdən alması barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs2 ona bu barədə hər hansı bir söz demədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, hadisə yeri Ağdaş rayon H.Əliyev adına parkda yerləşən “Qatar” attraksionunun qatarı və onun dayanacağıdır. Baxış zamanı Ağdaş rayon H.Əliyev adına parkın direktoru Rövşən Hüseynov xx.xx.2022-ci il tarixdə gecə saatlarında qatar attraksionunun qatarının altında olan aparıcı generatorun və qatar relsinin kənarı ilə qatar gələn yerüstü kabelin oğurlanmasını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmiş və götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid6 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Şahid6 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid6 üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Şahid6 əynində olan şalvarın sol qabaq cibindən 1 ədəd gümüş rəngli kağız büküm, şalvarının sağ arxa cibindən siqaret qutusu və qutunun içərisindən siqaret dənələri aşkar olunmuşdur. Gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuşdur. Şahid6 kağız bükümdə olan narkotik vasitəyə bənzər bitki kütləsini xx.xx.2023-cü il tarixdə Taleh adlı şəxsdən 10 (on) manata satın aldığını bildirmişdir. 1 ədəd gümüşü rəngli kağız büküm kağız zərfə qablaşdırılmış və üzərinə DİN-in 111 nömrəli möhürü olan kağız parçaları vurulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Həsən adlı şəxsdən 9 manata narkotik vasitə satın aldığını və həmin narkotik vasitəni 10 manat pula Şahid6 satdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindəki şlavarın sol cibindən 1 ədəd mobil telefon aşkar olunmuşdur. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən mobil telefon kağız zərfə qablaşdırılıb götürülmüşdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı X1 rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Həsən Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Həsən Həsənovun üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Həsən Həsənovun üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Həsən Həsənovun əynində olan şalvarın sağ cibindən 1 ədəd alışqan və 2 ədəd 1 manatlıq pul əskinasları aşkar olunmuşdur. Həsən Həsənov şəxsi axtarış zamanı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Taleh adlı şəxsə 9 manat pula narkotik vasitə satmışdır. Həmin pulun 7 manatına siqaret aldığını bildirmişdir. 2 ədəd 1 manatlıq pul əskinası isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb götürülmüş üzərinə DİN-in 111 nömrəli möhürü olan kağız parçaları vurulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli 9/6806 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş aparıcı generatorun və nümunə elektrik kabelinin istifadədə oması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 640,00 manat müəyyən olunur. O cümlədən: - 1 ədəd markalanma göstəriciləri olmayan aparıcı generator – 400,00 manat, - Təqdim edilmiş nümunə əsasında hər biri və ümumilikdə izolyasiyalı 4x5 mm diametr mis əsaslı ərintidən hazırlanmış elektrik naqilinin 60 metri – 240,00 (60 metr x 4 manat) manat. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 27 mart 2023-cü il tarixli, 17/276 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid6 üzərindən aşkar olunan 1 ədəd gümüş rəngli kağız büküm...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-сü il tarixli, № 1128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum edilməmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X24 18 aprel 2023-cü il PHŞ-6-22/2-539/2023 saylı arayışından görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Ağdaş rayon mərkəzi xəstəxanası” X24 poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 iyul 2023-cü il tarixli, 979 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, Zeynəddin küçəsi ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: xx.xx.1971-ci il təvəllüdlü X8, xx.xx.1976-cı il təvəllüdlü Qanuni nümayəndə1, xx.xx.1997ci il təvəllüdlü X6. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 03:20də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs bilindiyindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, o, həmin qərarla 14:30-da tanış olmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs bilindiyindən onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, o, həmin qərarla 10:40-da tanış olmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 iyul 2023-cü il tarixli, 105 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X24 18 aprel 2023-cü il PHŞ-6-22/2-540/2023 saylı arayışından görünür ki, ünvan 6 ünvanda qeydiyyatda olan, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Ağdaş rayon mərkəzi xəstəxanası” X24 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 aprel 2023-cü il tarixli, 51 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 aprel 2023-cü il tarixli, 579 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: xx.xx.1948-ci il təvəllüdlü X9, 1979-cu il təvəllüdlü Qanuni nümayəndə2, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.2007ci il təvəllüdlü X13, xx.xx.2021-ci il təvəllüdlü X14. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin balansında olan Ağdaş şəhər Heydər Əliyev parkından oğurlanmış sarıyaşıl rəngli “X22 1887” attraksion qatarınınmarkalanma göstəriciləri olmayan 1 ədəd aparıcı generatoru və 60 metr uzunluğunda izolyasiyalı 4x5 mm diametrli, mis əsaslı ərintidən hazırlanmış elektrik naqili təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü narkotik vasitənin satışında təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, üzləşdirmə protokoluna, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə ibtidai istintaq zamanı dindirilmiş şahidlərin hər biri təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, Şahid6 məhkəmədə də birbaşa Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, ondan, yəni Təqsirləndirilən şəxs2 narkotik vasitə almış və müqabilində Təqsirləndirilən şəxs2 10 manat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 hər iki əməl üzrə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını məhkəmə onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs2 27 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, cinayət törədərkən yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, markalanma göstəriciləri olmayan 1 ədəd aparıcı generator, 60 metr uzunluğunda izolyasiyalı 4x5 mm diametrli, mis əsaslı ərintidən hazırlanmış elektrik naqili zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ağdaş Rayon Məhkəməsinin 1(014)-141/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan, 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməsi və X5 aşkar edilərək götürülmüş 2 (iki) ədəd 1 (bir) manatlıq pul əsginasının dövlət nəfinə müsadirə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.2-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 27 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsii ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, markalanma göstəriciləri olmayan 1 ədəd aparıcı generator, 60 metr uzunluğunda izolyasiyalı 4x5 mm diametrli, mis əsaslı ərintidən hazırlanmış elektrik naqili zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Ağdaş Rayon Məhkəməsinin 1(014)-141/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan, 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməsi və X5 aşkar edilərək götürülmüş 2 (iki) ədəd 1 (bir) manatlıq pul əsginasının dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar