Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-18/2021 10.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1955-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Eymur kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 234.1 və 237.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, yaşadığı Ağdaş rayonu Eymur kəndində yerləşən evinin həyətyanı sahəsində xeyli miqdar hesab olunan 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını 2020-ci ilin may ayının ortalarında qanunsuz olaraq əkərək həmin tarixdən xx.xx.2020-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxxxxxx 2020ci il tarixdə saat 19:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının ortalarında qanunsuz olaraq əkərək həmin tarixdən xx.xx.2020-ci il tarixədək yetişdirdiyi kollardan müxtəlif vaxtlarda yığıb qurudaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd ayrı-ayrılıqda təmiz çəkisi 103,48 qram, 34,94 qram və 95,85 qram, ümumilikdə təmiz çəkisi 234,27 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq hazırlamış, həmin narkotik vasitəni yaşadığı Ağdaş rayonu Eymur kəndində yerləşən evində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində, əvvəllər məhkum olunmadığını, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, yaşlı adam olduğundan ağrıları olduğunu, ağrılarını sakitləşdirmək üçün marixuanadan istifadə etdiyini, 2020-ci ilin may ayının ortalarında yaşadığı evin həyətində olan istixanada 03 ədəd tərkibindən narkotik maddələr olan bitki kolları əkdiyini, həmin bitki kollarının toxumunu meşədə yabanı halda bitmiş kollardan yığdığını, əkdiyi kollara qulluq edib, diblərini yumşaltdığını, su verdiyini, daha sonra həmin bitki kollarının yarpaqlarından 2020-ci ilin sentyabr ayının sonlarında müxtəlif vaxtlarda bir qədər yığıb evində mətbəxin arxasında olan otaqda quruması üçün saxladığını, məqsədinin həmin yarpaqları qurudub özü istifadə etmək olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində yaşadığı evdə olan zaman onu küçədən səslədiklərini, küçəyə çıxan zaman onu polis əməkdaşlarının çağırdığını gördüyünü, polis əməkdaşlarının onu həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kolları əkib-becərdiyini dediyini, evinə və həyətyanı sahəsinə baxış keçirmək üçün məhkəmə qərarını göstərdiklərini, həmçinin də ərizə ilə müraciət edərək evinə və həyətyanı sahəsinə baxış keçirmək üçün etirazının olmadığını bildirdiyini, bundan sonra şübhəli şəxs qismində tutulduğunu, ona müdafiəçi təyin edildiyini, müdafiəçi və iki hal şahidinin iştirakı ilə onun həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı həyətyanı sahəsində istixanada onun 2020-ci ilin may ayının ortalarında əkib-becərdiyi 03 ədəd tərkibində narkotik maddələr olan bitki kolları aşkar edildiyini, həmin bitki kolların hündürlükləri ölçülən zaman 234 sm-dən 283 sm-ə qədər olduğunu, həmin bitki kollarının qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, daha sonra onun üzərinə şəxsi axtarış keçirildiyini, onun üzərində şəxsi axtarış keçirilən zaman üzərindən 02 ədəd üzərinə Arqo yazılmış siqaret qutuları və 01 ədəd alışqan aşkar edildiyini, daha sonra onun yaşadığı evə baxış keçirildiyini, evinin mətbəxin arxasında olan otaqdan 03 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyini, həmin qurudulmuş marixuananı istixanada əkdiyi kollardan yığdığını, onları qurutduğunu, pis olanları tullayacağını, yaxşılarını isə saxlayacağını, həmin narkotik vasitədən 1 il istifadə etmək məqsədinin olduğunu, həmin qurudulmuş marixuanaların qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən imzalandığını, heç vaxt narkotik vasitə satmadığını, toxumları meşədən yabanı halda bitmiş kollardan yığdığını, ailə üzvlərinin tərkibində narkotik maddələr olan bitki kolları əkib-becərməyindən və evində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana saxlamağından məlumatı olmadığını, onlara bu barədə heçnə demədiyini göstərmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində, Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə axşam saatlarında xidmətdə olan zaman Ağdaş rayonu Eymur kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib becərməsi, qəbul etməsi, üzərində və evində saxlaması barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar raportla şöbə rəhbərliyinə məruzə etdiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün Ağdaş rayon məhkəməsindən də qərar alındığını, daha sonra həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində polis əməkdaşları ilə birlikdə Ramisin yaşadığı ünvana getdiklərini, həmin vaxt onu küçədən səslədiklərini, Ramisin həmin vaxt qapıya çıxan zaman ona qanunsuz olaraq yaşadığı ünvanda narkotik bitki kolları əkməsi, eləcə də qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumat olduğunu və ona evində axtarış aparacaqlarını bildirdiklərini, həmçinin onu Ağdaş rayon məhkəməsinin qərarı ilə də tanış etdiklərini, bundan sonra Ramisin şübhəli şəxs qismində tutulduğunu və ona müdafiəçi təyin edildiyini, bundan sonra Ramisin yaşadığı evin həyətinə baxış keçirildiyini, baxış zamanı Ramisin evinin həyətində olan istixanadan 03 tərkibində narkotik maddələr olan bitki kolları aşkar edildiyini, aqronom Şahid1 03 ədəd bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, bitki kollarının hündürlükləri ölçülən zaman 234 sm-dən 283 sm-ə qədər olduğunu, daha sonra iki nəfər hal şahidinin, aqronomun, müdafiəçi və polis əməkdaşlarını iştirakı ilə onun yaşadığı evin həyətində onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ramisin üzərindən 02 ədəd üzərinə “Arqo” yazılmış siqaret qutuları və 01 ədəd alışqan aşkar edildiyini, bundan sonra Ramisin yaşadığı evə baxış keçirildiyini, baxış zamanı mətbəxin arxasında olan otaqdan 03 ədəd sellofan bükümdə yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, həmin bitki kollarının tərəzidə çəkilən zaman müvafiq olaraq çəkilərinin 115, 50 və 105 qram olduğunu, həmin bitki kütləsinin qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, şəxsi axtarış və axtarış keçirilməsi barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduğunu, iştirakçılar tərəfindən imzalandığını, Ramisin həmin qurudulmuş marixuananı 2020-ci ilin sentyabr ayının sonlarından əkmiş olduğu bitki kollarının yarpaqlarını yığıb özü istifadə etmək məqsədilə evində qurutduğunu bildirdiyini, Ramisin həmin bitkilərin toxumlarını meşədən yabanı halda bitmiş kollardan yığdığını bildirdiyini, Ramisin həmin bitki kollarını 2020-ci ilin may ayının ortalarında özü istifadə etmək məqsədi ilə əkib-becərdiyini bildirdiyini, Ramisin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid4 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 Çıraq oğlu ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, əvvəllər onunla aralarında heç bir sözsöhbət və narazılıq olmadığını, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində küçədə olan zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, bir nəfər şəxsin evinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etməyi üçün dəvət etdiklərini, könüllü olaraq razılaşdığını, bundan sonra digər həmkəndlisi Şahid5 da hal şahidi qismində iştirak etməsi üçün dəvət etdiklərini, daha sonra Ramis kişinin şübhəli şəxs qismində tutulduğunu, ona vəkil təyin edildiyini, həmçinin də Ramisə evinə baxış keçirilməsi barədə Ağdaş rayon məhkəməsinin qərarını göstərdiklərini, bundan sonra Ramisin yaşadığı evin həyətinə baxış keçirildiyini, baxış zamanı Ramisin evinin həyətində olan istixanadan 03 ədəd bitki kolları aşkar edildiyini, həmin bitki kollarının tərkibində narkotik maddələr olduğunu bildirdiklərini, həmçinin baxışda iştirak edən aqronomun da həmin bitki kollarına baxaraq onlara aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, bitki kolların hündürlükləri ölçülən zaman 234 sm-dən 283 sm-ə qədər olduğunu, daha sonra Ramisin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ramisin üzərindən 02 ədəd üzərinə Arqo yazılmış siqaret qutuları və 01 ədəd alışqan aşkar edildiyini, bundan sonra Ramisin yaşadığı evə baxış keçirildiyini, baxış zamanı mətbəxin arxasında olan otaqdan 03 ədəd sellofan bükümdə yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, həmin bitki kolları tərəzidə çəkilən zaman müvafiq olaraq 115, 50 və 105 qram olduğunu, həmin bitki kütləsinin qablaşdırıldı, üzərinə möhür vurulduğunu, bütün bunlar barədə protokol tərtib olunduğunu, ucadan oxunduğunu, iştirakçılar tərəfindən imzalandığını, Ramisi əvvəllər tanıdığını, onunla adi kəndçi kimi münasibətlərinin olduğunu, Ramisin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç nə eşitmədiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə verən X2 Şahid6 Çıraq oğlu ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 İkram oğlu ifadəsində 1985-ci il tarixdən Ağdaş rayon Toxum Nəzarəti Xidmətinin baş aqronomu işlədiyini, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Eymur kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq tərkinində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, həmin əraziyə baxış keçiriləcəyini həmin baxışda onun da aqronom kimi iştirak etməyini təklif etdiklərini, buna etiraz etmədiyini, həmin gün saat 19:30 radələrində polis əməkdaşları ilə birlikdə Ramisin yaşadığı ünvana getdiklərini, həmin vaxt onu küçədən səslədiklərini, Ramis həmin vaxt qapıya çıxanda polis əməkdaşlarının ona qanunsuz olaraq yaşadığı ünvanda narkotik bitki kolları əkməsi, eləcə də qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumat olduğunu və ona evində axtarış aparacaqlarını bildirdiklərini, həmçinin onu Ağdaş rayon məhkəməsinin qərarı ilə də tanış etdiklərini, bundan sonra Ramisin şübhəli şəxs qismində tutulduğunu və ona müdafiəçi təyin edildiyini, bundan sonra Ramisin yaşadığı evin həyətinə baxış keçirildiyini, baxış zamanı Ramisin evinin həyətində olan istixanadan 03 ədəd tərkibində narkotik maddələr olan bitki kollarını qanunsuz olaraq aqrotexniki qaydada qulluq etməklə yetişdirməsi müəyyən olunduğunu, həmçinin həmin kollara baxaraq onlara aqrotexniki qaydada qulluq olunmasını təsdiq etdiyini və bu barədə arayış yazdığını, daha sonra həmin kolların hündürlüklərinin 234-283 sm arasında olması müəyyən olunduğunu, baxış keçirilməsinə dair protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, iştirakçılar tərəfindən protokola imza etdiklərini, Camal Rəhimovu əvvəlllər tanımadığını, onunla da heç bir münasibətinin olmadığını göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/563 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 03 ədəd bitkilər...” sözləri yazılmış sintetik kisənin içərisindəki, 03 ədəd, hündürlükləri 234 sm-dən 283 sm-dək, ümumi təmiz çəkisi 22 kq 290 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 03 ədəd sellofan kisədə olan ...narkotik...” sözləri yazılmış sellofan torbanın içərisindəki 03(üç) ədəd sellofan torbalarda, ayrı ayrılıqda təmiz çəkiləri – 103,48qr., 34,94qr., 95,85qr., ümumi təmiz çəkisi – 234,27 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 03(üç) ədəd çətənə kannabis bitkiləri ilə 03(üç) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronom mütəxəssis Şahid1 xx.xx.2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 962 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1145 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Eymur kəndində yaşayan Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 10:20-də Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 128 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Eymur kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1 həyat yoldaşıdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ağdaş rayonu, Eymur kəndində yerləşən evinin həyətyanı sahəsində xeyli miqdar hesab olunan 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kollarını 2020-ci ilin may ayının ortalarında qanunsuz olaraq əkərək həmin tarixdən xx.xx.2020-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş və 2020-ci ilin may ayının ortalarında qanunsuz olaraq əkərək həmin tarixdən xx.xx.2020-ci il tarixədək yetişdirdiyi kollardan müxtəlif vaxtlarda yığıb qurudaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd selofan torbada ayrı-ayrılıqda təmiz çəkisi 103,48 qram, 34,94 qram və 95,85 qram, ümumilikdə təmiz çəkisi 234,27 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq hazırlamış, həmin narkotik vasitəni yaşadığı Ağdaş rayonu, Eymur kəndində yerləşən evində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, həmin əməlləri törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbər xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Müalicə müəssisəsində olduğu müddətcə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 03 ədəd 22 kq 289,85 qram narkotik vasitə olan çətənə (kannabis) bitkiləri və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 234.12 qram qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 36 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 36 saat hüquqi xidmətə görə 216 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məmmədov Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 03 ədəd 22 kq 289,85 qram narkotik vasitə olan çətənə (kannabis) bitkiləri və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 234.12 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 36 saat hüquqi xidmətə görə 216 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-18/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-18/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver