Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-18/2023 23.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1975-ci ildə Ağdaş rayonu, Şəmsabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Şəmsabad kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Ağdaş rayonu Şəmsabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həmkəndlisi X1 Ağdaş rayonu Şəmsabad kəndində, küçədə şəxsi münasibətlər zəminində döyərək ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda zərərçəkmiş şəxs X2 ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, əvvəllər aralarında heç bir problem, narazılıq və dava-dalaş baş baş vermədiyini, həmişə normal münasibətlərinin olduğunu, xx.xx.2022-ci il tarixdə, təxminən saat 20:00 radələrində yaşadığı evdən çıxıb yaşadıqları kəndin mərkəzində olan çayxanaya tərəf getdiyini, həmin vaxt yolda Zərərçəkmiş şəxs ilə rastlaşdığını, həmin vaxt Loğman ilə salamlaşmaq üçün ona əl uzatdığını, həmin vaxt Loğmanın onunla görüşmədiyini, ona “sənə deməmişəm ki, mənə salam vermə” deyə söylədiyini, Loğmandan bunun səbəbini soruşduqda Loğmanın ona nalayiq ifadələr işlətməyə başladığını, Loğmana sakit olmasını söylədiyini və nə üçün onunla görüşmək istəmədiyini soruşduqda Loğmanın yenə də, onun ünvanına nalayiq ifadələr işlətdiyini, ona görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Loğmanın ona söylədiyi nalayiq ifadələrə çox əsəbləşdiyini və əli ilə Loğmanın üz və burun nahiyəsinə bir neçə dəfə vurduğunu, həmin vaxt Loğmanın yerə yıxıldığını, Loğmanı orada qoyub ondan uzaqlaşdığını bildirdi. İş üzrə zərərçəkmiş şəxs, hazırda Ağdaş Rayon Mərkəzi Xəstəxanasının vərəm şöbəsində stasionar qaydada müalicə olunan X2 ərizə ilə məhkəmə müraciət edərək iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirmiş və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X2 təhqiqat zamanı verdiyi izahatında Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, təxminən 5-6 ay olar ki, onların danışmadıqlarını, münasibətlərinin olmadığını, belə ki, əvvəllər Təqsirləndirilən şəxs onunla xoşagəlməz tərzdə zarafatlar etdiyini, həmin vaxt Pərvizə iradını bildirdiyini və onunla münasibətini kəsdiyini, onların indiyədək danışmadıqlarını, heç yolda rast gələndə də, salamlaşmadıqlarını, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində yaşadıqları kənddə olan çayxanadan çıxıb yaşadığı ev istiqamətində getdiyini, yolda Pərvizlə rastlaşdığını, həmin vaxt Pərvizin ona “sən niyə taksidə gedərkən Azərbaycan əsgərinin ünvanına nalayiq ifadələr işlətmisən, mənim oğlum əsgərdi” deyə söylədiyini, Pərvizə heç kimin yanında əsgərin ünvanına heç bir söz işlətmədiyini söylədiyini, lakin Pərvizin ona inanmadığım və ona nalayiq ifadələr işlətdiyini, ona görə də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Pərvizin yumruqla onun üzündən və burun nahiyəsindən vurduğunu, həmin vaxt dizi üstə yerə yıxıldığını, Pərvizin də, onu orada qoyub çıxıb getdiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 766 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sağ gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasına qansızma, sol gözaltı nahiyənin qançırı, burun yəhərinin sıyrığı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici izahatından başqa, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-18/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-18/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver