Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-18/2025 20.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, hazırda heç yerdə işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Y.Nəbiyev küç-7/20 qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 yanvar 2025-ci il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri Y.Nəbiyev küçəsi ev-7/20 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə qardaşı Ağdaş şəhəri Y.Nəbiyev küçəsi ev-7/20 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arasında Ağdaş şəhəri Y.Nəbiyev küçəsi ev-7/20 ünvanında yerləşən evdə, şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs döyərək qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Onunla əvvəllər aralarında bir neçə dəfə mübahisə və münaqişə baş vermişdir. Zərərçəkmiş şəxs 1998-ci ildə ailə həyatı qurmuş, lakin həyat yoldaşı ilə yola getmədiklərinə görə 2004-cü ildə boşanıb, iki övladı ilə birlikdə onların yaşadıqları evə gəlmiş və bir evdə yaşamışlar. Son zamanlar bacısı Zərərçəkmiş şəxs ondan pul istəyərək mülk davası etmişdir. O, da bacısının payına düşən mülkün verilməsinə razı olaraq yaşadığı evdən çıxıb getməsini istəmiş, lakin bacısı onunla razılaşmayaraq onlarla birlikdə yaşayacağını bildirmişdir. Sonuncu dəfə 16 yanvar 2025-ci il tarixdə yaşadıqları evdə bacısı Zərərçəkmiş şəxs telefon vasitəsi ilə ailəli olan qızına səs ataraq oğlu Taleh Bəkirovun sənəd düzəltdirdiyini və oğlunun başına iş gələcəyi təqdirdə onun və atasının “həyatını zindan edəcəyini” bildirməsini eşitmiş, lakin bacısının dediyinə heç bir müdaxilə etməmişdir. Bir neçə dəqiqə sonra saat 17:00 radələrində həyətdə olan atası Şahid evə girmiş və bacısı Zərərçəkmiş şəxs atası ilə münaqişə etməyə başlamışdır. Münaqişə zamanı bacısı Zərərçəkmiş şəxs oğlu Taleh Bəkirovun yaşadığı evdən çıxıb başqa yerdə qalmaq istədiyini bildirmişdir. Taleh Bəkirovun başqa yerdə qalacağı zaman başına bir iş gəlsə atasının və onun “həyatınızı cəhənnəmə çevirəcəm” ifadəsini təkrarladığını eşitmiş, buna dözməyərək yataq olağından çıxıb qonaq otağındakı bacısına yaxınlaşmış və əsəbləşdiyi üçün bacısı Zərərçəkmiş şəxs vuracağını bildirmişdir. Otaqda olan atası Şahid onların aralarına girmiş və onu sakitləşdirmək istəmiş, həmin vaxt bacısı ona “duxun çatırsa vur” ifadəsini işlətmiş, özü də bu sözə dözməyib atasını sol əli ilə kənara çəkib bacısı Zərərçəkmiş şəxs üzündən bir dəfə yumruqla vurmuş, bundan sonra atası Şahid təkrar aralarına girərək onu sakitləşdirmiş, bacısı Zərərçəkmiş şəxs isə onu vurduğuna görə Azərbaycan Respulikası DİN-nin 102 xidmətinə zəng edərək ondan şikayət etdiyini bildirmişdir. Hazırda əməlindən peşmandır, bacısı ilə barışmış barəsində başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onunla hərdən aralarında mübahisə və münaqişə baş verir. 6 il ailəli olub boşanmış, boşandıqdan sonra iki övladı ilə birlikdə ata evində qalmış, 2022-ci ildə qızı ailə həyatı quraraq Qəbələ rayonuna köçmüş, bundan sonra qardaşı Təqsirləndirilən şəxs onunla dolana bilmədiyinə görə onu və oğlu Taleh Bəkirovu yaşadıqları evdən çıxartmaq istəmiş və mərhum anasından qalan əşyaları ona verməkdən imtina etmişdir. Son vaxtlar oğlu Taleh Bəkirovun yaşadıqları evdə sıxıldığını hiss etmiş, oğlu Taleh Bəkirovun yaşadıqları evdən çıxıb başqa yerdə qalacağını düşündüyündən başına bir iş gələcəyindən ehtiyat etmişdir. 16 yanvar 2025-ci il tarixdə saat 17:00 radələrində atası Şahid qonaq otağına gəlmiş, atasına müraciət edərək oğlu Taleh Bəkirov qardaşı Təqsirləndirilən şəxs etdiyi münaqişələrə görə yaşadıqları evdən çıxamaq istədiyini bildirmiş və əsəbi olduğu üçün oğlu Taleh Bəkirovun başına hər hansısa bir iş gələcəyi təqdirdə “həyatlarını cəhənnəmə döndərəcəyini” demiş, bundan sonra yataq otağında olan qardaşı onun üzərinə gəlmiş və vurmaq istəmişdir. Lakin atası Təqsirləndirilən şəxs qarşısına keçmiş, bundan sonra Təqsirləndirilən şəxs yenidən onu vurmaq istəyən zaman ona “duxun çatırsa vur” ifadəsini işlətmiş və Təqsirləndirilən şəxs əli ilə atası Şahid kənara çəkib sağ əli ilə çənə nahiyəsindən bir dəfə vurmuş, qardaşı onu vurduqdan sonra atası Şahid onların arasına girmiş və Təqsirləndirilən şəxs ondan uzaqlaşdırmışdır. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs onu döydüyünə görə əsəbləşərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə şikayət etmişdir. Hazırda qardaşı ilə barışımış, ondan heç bir şikayət, tələbi yoxdur. Daha sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun övladlarıdır. Qızı Zərərçəkmiş şəxs boşandıqdan sonra 2004-cü ildən iki övladları ilə birlikdə onların yaşadığı evə gəlmişlər. Oğlu Təqsirləndirilən şəxs subaydır və bu günə kimi onlara görə ailə həyatı qura bilməmiş, evdə əvvəllər bir neçə dəfə münaqişə və mübahisə olmuşdur. Qızı Zərərçəkmiş şəxs boşandıqdan sonra yaşamaq üçün Ağdaş şəhəri Xətai küçəsində evi olsa da, onlarla birlikdə yaşayaraq mülk davası etmişdir. 16 yanvar 2025-ci tarixdə saat 17:00 radələrində yaşadığı evin həyətindən evə qalxdıqda qızı Zərərçəkmiş şəxs onu qonaq otağında saxladaraq oğlu Taleh Bəkirovun onun əlindən bezdiyi üçün yaşadığı evdən çıxmaq istədiyini, oğlu Taleh Bəkirov yaşadığı evdən çıxıb başqa yerdə başına iş gələcəyi təqdirdə onların “həyatını cəhənnəmə döndərəcəyini” bildirmişdir. O, qızı Zərərçəkmiş şəxs onun oğlunu yaşadığı evdən çıxarmaq üçün heç bir söz deyilmədiyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs onunla münaqişə etməyə başlamış, münaqişə zamanı oğlu Təqsirləndirilən şəxs yataq otağından çıxaraq Zərərçəkmiş şəxs yanına gələrək onu vuracağını bildirmiş, o, övladlarını sakitləşdirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs qardaşı Murada “duxun çatırsa vur” ifadəsini işlətmiş, bundan sonra Təqsirləndirilən şəxs sol əli onu kənara çəkib sağ əli ilə qəsdən bacısı Zərərçəkmiş şəxs üzündən bir dəfə vurmuş, Təqsirləndirilən şəxs sakitləşdirmək üçün təkrar onların arasına girmiş və oğlunu sakitləşdirmişdir. Daha sonra qızı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə şikayət etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsini xahiş etmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən 16 yanvar 2025-ci il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs arasında mübahisə və dava-dalaş baş verib. Mübahisə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında bacısı Zərərçəkmiş şəxs bir dəfə qəsdən yumruqla vuraraq Zərərçəkmiş şəxs qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2025-ci il tarixli, 20 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alt dodağın şişkinliyi – alt dodağın diş səthinin yarası – alt çənə nahiyəsinin yarası – küt alət təsirindən törənmişdir, törənmə müddətləri 16 yanvar 2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının 25 yanvar 2025-ci il tarixli, 18-1-22/2-100/2025 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Şahid ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə dair xahişini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün 60 (altmış) manat pul Ağdaş rayon Vəkil Bürosunun ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ******************** saylı) hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün 60 (altmış) manat pul Ağdaş rayon Vəkil Bürosunun ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ******************** saylı) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-18/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-18/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver