Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-181/2023 26.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ilə Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Zərərçəkmiş şəxs arasında xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Ağdaş rayonu, Şıxlı kəndində yerləşən kafenin həyətində şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs bir dəfə bıçaqla Zərərçəkmiş şəxs sol bud nahiyəsindən qəsdən vuraraq ona sol budun yuxarı 1/3-nin bayır səthinin yarası, deşici-kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək, Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıdığını, onların qeyri rəsmi münasibətdə olduqlarını, aralarında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, onun Ağdaş rayonu, Şıxlı kəndində yerləşən “Şıxlı” kafesində ofisiant işlədiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində Fuadın həmin kafeyə gəldiyini və masaların birinin arxasında əyləşdiyini, Fuadın daha sonra onu da, masaya dəvət etdiyini və yemək sifariş etdiyini, onların yemək yediklərini, həmin vaxt onun Fuadın kafedə onunla birlikdə ofisiant işləyən İlhaməyə baxmasını gördüyünü və Fuada buna görə bir neçə dəfə irad tutduğunu, Fuadın isə ona İlhaməyə baxmadığını söylədiyini, onun da, Fuada yalan danışmasını bildirdiyini, buna görə Fuad ilə arasında söz mübahisəsinin baş verdiyini, onların yemək yeyib qurtardıqdan sonra isə Fuadın kafenin arxasına getdiyini, onun da, kafenin mətbəxindən keçməklə kafenin arxasına, Fuadın yanına getdiyini və bir daha ona İlhaməyə baxmasına görə irad bildirdiyini, Fuadın isə ona bir daha heç kimə baxmadığını söylədiyini, onun da, Fuada inanmadığını söylədiyini və ondan niyə ona xəyanət etməsini soruşduğunu, Fuadın isə ona kobud cavab verdiyini, buna görə də, aralarında yenə də, mübahisə baş verdiyini, mübahisə zamanı onun Fuadın üstünə getdiyini, Fuadın isə onu itələdiyini, onun da, Fuadın onunla kobud davranmasına əsəbləşdiyini və kafenin mətbəxinə gedərək oradan bir ədəd mətbəx bıçağı götürüb Fuadın yanına gəlib bir dəfə qəsdən Fuadın sol ayaq nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, daha sonra oradan çıxıb getdiyini, aradan bir neçə dəqiqə keçdikdən sonra onun 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat verdiyini, həmçinin Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və davadalaşın xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Ağdaş rayonu, Şıxlı kəndində yerləşən “Şıxlı” kafesinin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı bir-birilərinə nalayiq ifadələr işlətmədiklərini, dava-dalaş zamanı onun bir dəfə qəsdən bıçaqla Zərərçəkmiş şəxs sol ayaq nahiyəsindən vurduğunu, dava-dalaş zamanı orada ondan və Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, səs-küyə də, heç kimin gəlmədiyini, onun heç bir xəsarətinin olmadığını, ona görə də, Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) izahatında Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıdığını, Güney ilə qeyri rəsmi münasibətdə olduğunu, aralarında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, Güneyin Ağdaş rayonu Şıxlı kəndində yerləşən “Şıxlı” kafesində ofisiant işlədiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində onun “Şıxlı” kafesinə getdiyini, həmin vaxt Güneyin də, orada olduğunu və onun da, masaların birinin arxasına əyləşdiyini, daha sonra Güneyi masaya dəvət etdiyini və yemək sifariş etdiyini, onlar yemək yeyən zaman Güneyin bir neçə dəfə ona ofisiant İlhaməyə baxdığına görə irad tutduğunu, onun da, Güneyə İlhaməyə baxmadığını söylədiyini, buna görə aralarında qısa söz mübahisəsi baş verdiyini, daha sonra onların yemək yeyib qurtardıqdan sonra isə onun kafenin arxasına avtomobilə əyləşmək üçün getdiyini, həmin vaxt Güneyin onun yanına gəldiyini və ona “sənə demişəm ki, heç kimə baxma” deyə söylədiyini, onun da, Güneyə heç kimə baxmadığını söylədiyini, lakin Güneyin onun sözlərinə məhəl qoymadığını və ona inanmadığını bildirdiyini, buna görə də, aralarında yenə də, mübahisə baş verdiyini, mübahisə zamanı Güneyin onun üstünə gəldiyini və ona əl-qol atdığını, onun da, Güneyi itələyib özündən kənarlaşdırdığını, həmin vaxt Güneyin kefinin mətbəxinə gedib bir ədəd bıçaq götürüb gəldiyini və “sən mənə niyə xəyanət edirsən” deyərək qəsdən əlindəki bıçaqla bir dəfə onun sol ayaq nahiyəsindən vurduğunu, daha sonra isə Güneyin kafeyə getdiyini, bundan sonra onun oradan çıxıb evinə getdiyini, həmçinin Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Ağdaş rayonu, Şıxlı kəndində yerləşən ”Şıxlı” kafesinin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı bir-birilərinə nalayiq ifadələr işlətmədiklərini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəsdən bir dəfə bıçaqla onun sol ayaq nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, davadalaş zamanı orada ondan və Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını, səs-küyə də, heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 421 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sol budun yuxarı 1/3-nin bayır səthinin yarası, deşici-kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-181/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-181/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver