Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-184/2023 22.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Suvarma idarəsində fəhlə işləyən, Ağdaş rayonu Pirəzə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gələrək, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə(kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayının əvvəllərində Ağdaş rayonu, Pirəzə kəndində yerləşən istifadəsində olan bağ sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş 04 (dörd) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 21 iyul 2023-cü il tarixdə saat 15 radələrində Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Pirəzə kəndində yerləşən qeyd olunan bağ sahəsinə həmin tarixdə saat 15:43-dən saat 16:10-dək keçirilmiş baxış zamanı torpağa əkdiyi 04 ədəd uzunluqları 166 sm-dən 313 sm-dək, yaş vəziyyətdə təmiz çəkiləri 3210,0 qram əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, yaşadığı Ağdaş rayonu, Pirəzə kəndində əkinçiliklə məşğul olur. Ağdaş rayonu Pirəzə kəndində bostan kimi faktiki istifadə etdiyi təxminən 1 hektar torpaq sahəsi vardır. 21 iyul 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evin həyətində olarkən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona zəng etmişlər və həmin bağ sahəsinin qarşısında onu gözlədiklərini bildirmişlər.O, polis əməkdaşlarının yanına çatdıqda polis əməkdaşları ona istifadəsində olan bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə onlarda məlumat olduğunu, ona görə də həmin bağ sahəsinə baxış keçirəcəklərini demişlər. Onlara etiraz etməmişdir. Bundan sonra istifadəsində olan bağ sahəsinə baxış keçirilmiş və ona məxsus bağ sahəsində cəmi 4 ədəd narkotik tərkibli bitkiyə bənzər bitki aşkar olunmuşdur. Polis əməkdaşları ilə birlikdə gələn aqronom həmin bitkilərə baxıb rəy bildirmişdir. Bundan sonra polis əməkdaşları bitkiləri kökündən çıxarıb boylarını ölçmüşlər. Həmin çətənə bitkilərinin ən kiçiyinin boyu 166 sm, ən uzunun boyu isə 313 sm olmuşdur. Bundan sonra həmin bitkilər 2 ədəd boş kisəyə qablaşdırılmış, üzərinə möhür vurulmuşdur. Daha sonra həmin sahəyə təkrar baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra protokol tərtib olunmuş, o və orada iştirak edənlər protokola imza etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, həyətində həmin bitkiləri əkməmiş və onlara qulluq etməmişdir. Lakin həmin bitkilərin hamısını həyətində görmüş və onları qoparıb məhv etməmişdir. Sırf həmin bitkiləri məhv etmədiyiüçün özünü təqsirli bilir və buna görə dəəməlindən səmimi peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. O, narkotik tərkibli maddələrdən, yəni marixuanadan istifadə etmiş, həmin çətənə kollarını yalnız özü istifadə etmək üçün bağında saxlamışdır. Həmin narkotik bitkiləri yetişdirib kiməsə satmaq və ya vermək fikri olmamışdır. Video görüntü onun iştirakı ilə aparılmış, orada dediklərini polis əməkdaşlarının dediyi kimi təkrar etmiş, lakin ona bu cür ifadə verməsi üçün zor tətbiq edən və ya başqa cür qanunsuz hərəkət edən olmamışdır. Qeyd edilənləri nəzərə alaraq ona güzəşt edilib yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 iyul 2023-cü il tarixdə Ağdaş rayonunun Pirəzə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində istifadəsində olan bağ sahəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olması barədə məxfi mənbədən məlumat daxil olmuşdur.Məlumatı yoxlamaq məqsədilə RPŞ-də əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra aqronomla birlikdə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs Ağdaş rayonunun Pirəzə kəndində istifadəsində olan bağ sahəsinə getmişlər.OradaTəqsirləndirilən şəxs zəng edərək onu həmin sahəyə dəvət etmişlər, Təqsirləndirilən şəxs həmin yerə gəldikdə Təqsirləndirilən şəxs onlara narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə məlumat daxil olduğunu deyib onun Pirəzə kəndində yerləşən bağ sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etiraz etməmiş və əkdiyi narkotik tərkibli bitkiləri göstərə biləcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlamışlar. Bağ sahəsinə baxış keçirilmiş, ümumilikdə 4 ədəd narkotik tərkibli bitkiyə bənzər bitki aşkar olunmuşdur. Onlarla birlikdə gedən aqronom həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra həmin çətənə bitkilərini kökündən çıxarmışlar. Daha sonra həmin bitkilərin boyları ölçülmüş, ən qısası 166 sm, ən uzunu isə 313 sm olmuşdur. Bundan sonra həmin bitkilər içərisi boş 2 ədəd kisəyə qablaşdırılmış, üzərinə möhür vurulmuşdur. Bundan başqa həmin sahəyə baxış keçirilmiş, heç bir şey aşkar olunmamışdır. Sonra baxış başa çatmış, bu barədə protokol tərtib olunmuş, o, və digər iştirakçılar həmin protokola imza etmişlər. Sonra Təqsirləndirilən şəxsonlarla birlikdə Polis şöbəsinə gəlmiş, daha sonra ona RPŞ-nin inzibati binasında müdafiəçi təyin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əynində olan boz rəngli şalvarın sol cibindən 2 ədəd siqaret qutusunu, həmin şalvarın sağ cibindən 1 ədəd alışqanı və şalvarının sağ arxa cibindən isə 1 ədəd beş manatlıq, 3 ədəd bir manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, bu barədə protokol tərtib olunmuş, protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq edərək Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 21 iyul 2023-cü il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, Ağdaş rayonu, Pirəzə kəndində yerləşən bağ sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında 21 iyul 2023-cü il tarixdə saat 15 radələrində Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə Ağdaş rayonu, Pirəzə kəndində yerləşən bağ sahəsinə baxış zamanı torpağa əkdiyi 04 (dörd) ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 02 ədəd içərisi boş olan kisəyə qablaşdırılaraq DİN-in “111” saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra şəxsi axtarış sonlandırılmışdır. İş materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 21 iyul 2023-cü il tarixli protokoldan və diksdən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparılan zaman Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yerləşən bağ sahəsində özünə məxsus çətənə kollarını bu ilin aprel ayında əkdiyini, narkotik tərkibli bitkinin toxumunu Ağdaş rayonu Pirəzə kənd ərazisində tapdığını söyləmiş, daha sonra şəxsi axtarış sonlandırılmışdır. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsində aşkarlanan 4 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxış keçirilərkən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğu, bitkilərin diblərinin təmizlənib yumşaldıldığı, aşkar olunan bitkilərin boyları ən hündürü 313 sm ən kiçiyi 166 sm olduğu məlum olmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 22 iyul 2023-cüil tarixli 17/556 nömrəli rəyindən görünür ki,uzunluqları 166 sm-dən 313 sm yaş vəziyyətdə ümumi çəkiləri-3210,0 qram olan 04(dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Arif Səmədovun 21 iyul 2023-cü il tarixli rəyinə əsasən çətənə (kanabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 1494 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 08 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 31 oktyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ayazadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 26 oktyabr 2023cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Xalqının Ümummilli X10 90 illik yubileyi münasibətilə amnistiya elan edlməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli qərarı tətbiq edilərək Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 31 iyul 2023-cü il tarixli 32-12/2-360/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd Ərazi Dairəsi üzrə Nümayəndəiyinin verdiyi 31 iyul 2023-cü il tarixli 32-12/2-349/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində anası X6 (xx.xx.1958), arvadı X3 (xx.xx.1982), oğlu X7 (tələbə) və qızı X5 (tələbə) vardır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək və Müvəqqəti saxlama yerindən azad etmək haqqıda” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həyətində olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etmədiyi, həyətində həmin bitkilər təsadüfən yetişdiyi barədə verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadənin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təkzib edildiyini nəzərə alaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın və barəsində çıxarılan ittiham hökmünün əsasına şahidlərin ifadələri ilə yanaşı məhs onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin qoyulmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, iki uşağının tələbə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan 04 ədəd çətənə(kannabis) bitkiləri ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 3209,6 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, hadisə yerinə baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk, həmçinin üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 60 (altmış) manat pul köçürülməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerinisaat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar – Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan 04 ədəd çətənə(kannabis) bitkiləri ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 3209,6 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə yerinə baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk, həmçinin üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsindən vəkil Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 60 (altmış) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-184/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-184/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver