Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-187/2023 27.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X5 və Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 58,28 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşıyıb yaşadığı evdə saxlamış, 17 avqust 2023-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, F.Səfərov küçəsi 26 ünvanında yerləşən evinə və evin həyətyanı sahəsinə onun iştirakı ilə həmin tarixdə saat 16:40-dan saat 17:00-dək keçirilmiş baxış zamanı evin eyvanının kənarında olan siqaret qutusunun içərisindən 04 ədəd qızıl-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,29 qram, 1,02 qram, 1,16 qram, 1,94 qram, ümumi təmiz çəkisi – 5,41 qram qurudulmuş marixuana, evin həyətində yerləşən anbar kimi istifadə edilən otağın qarşısındakı su çəlləyinin üzərindəki qabın içərisindən 01 ədəd sellofanda 52,87 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, lakin son vaxtlar hərdən bir narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə edəndə rahatlaşır. 15 avqust 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Ağdaş şəhəri, F.Səfərov küçəsində yerləşən zibilliyin yanından keçən zaman həmin yerdə 01 ədəd çətənə kolunun olduğunu görmüş, marixuanadan istifadə edən olduğu üçün həmin bitkini tanımış və ətrafda heç kimin olmadığını gördükdən sonra həmin bitkini kökündən çıxararaq yarpaqlarını yığmış və bitkini də həmin yerdə zibilliyə tullamışdır. Daha sonra həmin koldan yığdığı yarpaqları yaşadığı evə gətirərək bir hissəsini quruması üçün yaşadığı evin həyətində yerləşən su çəlləyinin üzərinə qoymuş, yarpaqlardan qurularını isə 4 ədəd bükümlərə yığaraq özündə olan siqaret qutusunun içərisinə istifadə etmək üçün qoymuş, bundan sonra həmin siqaret qutusunu da yaşadığı evin eyvanının kənarına qoymuşdur. 17 avqust 2023-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı Ağdaş şəhəri, F.Səfərov küçəsində yerləşən evində olan zaman polis əməkdaşları onu çağırmış və o, polis əməkdaşlarına yaxınlaşmışdır. Polis əməkdaşları ona yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu və buna görə də yaşadığı evə baxış keçirməli olduqlarını bildirmiş, o, da polis əməkdaşlarına etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə və ya evin həyətində narkotik tərkibli vasitə olub-olmadığını soruşmuşlar. O, da polis əməkdaşlarına özü istifadə etdiyi üçün yaşadığı evin həyətində narkotik tərkibli bitki kütləsinin olduğunu söyləmişdir. Polis əməkdaşları baxış keçirən zaman onlara yaşadığı evin eyvanın kənarına qoyduğu 1 ədəd siqaret qutusunun içərisində narkotik tərkibli bitki kütləsinin olduğunu bildirmiş və təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman içərisindən 4 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açılan zaman hər birinin içərisində bitki kütləsi olması müəyyən edilmişdir. Həmin bitki kütlələri olan bükümlər elektron tərəzidə çəkilmiş və təxmini çəkiləri 1,4 qram, 2,4 qram, 1,3 qram və 1,5 qram olması müəyyən edilmişdir. 4 ədəd büküm 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, onun və baxışda iştirak edən şəxslər tərəfindən üzəri imzalanmış və zərfin ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra polis əməkdaşları ondan başqa harda narkotik vasitə olub olmamasını soruşmuşlar. O da həyətdə olan anbar kimi istifadə etdiyi otağın qarşısında, su çəlləyinin üzərində qurutmaq üçün saxladığı 01 ədəd qabda olan bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsi polis əməkdaşı tərəfindən 1 ədəd sellofana yığılaraq tərəzidə çəkilmiş və çəkisi 61 qram olmuşdur. Bundan sonra həmin 1 ədəd sellofanın üzəri möhürlənmiş, həmin sellofanın ekspertizaya təqdim olunacağı bildirilərək, onun və baxışda iştirak edən şəxslər tərəfindən üzəri imzalanmışdır. Bundan sonra saat 17:00-da yaşadığı həyətə polis əməkdaşları tərəfindən baxış yekunlaşmış, daha sonra polis əməkdaşları onu Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, uzun illərdir ki, narkotik vasitə olan marixuana istifadə edir. Kiçik yaşlarından fəhlə işləyir, işi ağırdır, narkotik istifadə edəndə qüvvəti olur, ağrıları kəsir, bədəni yumşalır. Polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik olan bükümləri özünün istifadə etməsi üçün hazırlamışdır. Həmin narkotik vasitəni zibilxananın yanında bitən bir ədəd çətənə kolunun yarpaqlarından yığıb qurutmuşdur. Heç vaxt heç kimə narkotik maddə verməmiş, satmamışdır. Bu hadisədən sonra, yəni polis əməkdaşları onu saxlayandan sonra narkotik istifadə etmir. Əməlindən peşmandır, ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş rayon X9 Patrul Xidməti bölməsinin polis nəfəri vəzifəsində işləyir. 17 avqust 2023-cü il tarixdə Ağdaş şəhəri, F.Səfərov küçəsi 26-da qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsində və üzərində gəzdirməsində, eləcə də yaşadığı ünvanda saxlaması barədə şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat üzrə Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edildi. 17 avqust 2023cü il tarixdə saat 16:40 radələrində əməliyyat qrupu yaradılmış və o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, təhqiqatçı və digər polis əməkdaşları ilə birlikdə baxış keçirilməsi üçün Ağdaş şəhəri, F.Səfərov küçəsi 26 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olmuş və onları qarşılamışdır. Bu zaman təhqiqatçı onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərarla tanış edərək yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkməkdə, yaşadığı evin həyətində və evində narkotik vasitələri saxlamasında şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs bundan sonra yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki kütləsi saxladığını və onu təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin eyvanın kənarına qoyduğu 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman içərisindən 4 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açılan zaman hər birinin içərisində bitki kütləsi olması müəyyən edilmişdir. Həmin bitki kütlələri olan bükümlər çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş və onların təxmini çəkilərinin 1,4 qram, 2,4 qram, 1,3 qram və 1,5 qram olması müəyyən edilmişdir. Daha sonra 4 ədəd büküm 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Bundan sonra zərfin ekspertizaya təqdim olunacağı bildirilərək, onun və baxışda iştirak edən digər şəxslər tərəfindən üzəri imzalanmışdır. Daha sonra Mikayıldan başqa harda narkotik vasitə olub-olmaması soruşulmuş, Mikayıl da həyətdə olan anbar kimi istifadə etdiyi otağın qarşısında, su çəlləyinin üzərində qurutmaq üçün saxladığı 1 ədəd qabda olan bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsi təhqiqatçı tərəfindən 1 ədəd sellofana yığılaraq tərəzidə çəkilmiş və çəkisinin 61 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin sellofanın da ekspertizaya təqdim olunacağı bildirilərək, onun və baxışda iştirak edən digər şəxslər tərəfindən üzəri imzalanmışdır. Bundan sonra saat 17:00-da Mikayılın yaşadığı həyətə baxış yekunlaşmışdır. Daha sonra Mikayılı Ağdaş rayon Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs ilk dəfədən özünü təqsirli bildiyini, aşkar olunmuş narkotik maddələri zibilliyin yanından tapdığıçətənə bitkisinin yarpaqlarından yığaraq qurutduğunu, xəstə olduğu üçün özünün istifadə etməsi üçün saxladığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:40 radələrində keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, Ağdaş şəhəri, F.Səfərov küçəsi ev 26-da yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi və saxlaması baradə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 16.40-da Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə Ağdaş şəhəri, F.Səfərov küçəsi ev 26-da yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı yaşadığı evin eyvanının kənarında 01 ədəd siqaret qutusu aşkar edilmiş, 01 ədəd siqaret qutusu açılan zaman içərisindən 04 ədəd büküm aşkar edilmiş, həmin bükümlər açılan zaman hər birinin içərisində bitki kütləsi olması müəyyən edilmiş, həmin bitki kütlələri olan bükümlərin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş və təxmini çəkiləri 1,4 qram, 2,4 qram, 1,3 qram və 1,5 qram olması müəyyən edilmiş, 04 ədəd büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, daha sonra Mikayıl həyətdə olan anbar kimi istifadə etdiyi otağın qarşısında, su çəlləyinin üzərində qurutmaq üçün saxladığı 01 ədəd qabda olan bitki kütləsini təqdim etmiş, həmin bitki kütləsi təhqiqatçı tərəfindən 01 ədəd sellofana yığılaraq tərəzidə çəkilmiş və çəkisi 61 qram olmuş, bundan sonra həmin 01 ədəd sellofanın üzərini möhürlənmişdir. Baxış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparıldıqdan sonra şəxsi axtarış sonlandırılmışdır. İş materiallarında olan “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı heç bir təklif və şikayət daxil olmamış, şifahi qaydada sorğu-sual aparılan zaman Təqsirləndirilən şəxs Ağdaş şəhəri, F.Səfərov küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edilmiş qurudulmuş marixuanı xx.xx.2023-cü il tarixdə yaşadığı küçədə yerləşən zibilliyin kənarında bitmiş 01 ədəd çətənə kolundan yığaraq özü istifadəsi üçün saxladığını bildirmiş, daha sonra şəxsi axtarış sonlandırılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18 avqust 2023-cü il tarixli 17/625 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən götürülən 4 ədəd bükümdə narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi...." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 04(dörd) ədəd qızıl-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,29qr., 1.02qr.. 1.16qr., 1,94qr., ümumi təmiz çəkisi - 5,41 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş 01 ədəd sellofanda olan narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi.." sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd sellofan bağlamanın içərisindəki təmiz çəkisi 52,87qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 04(dörd) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə və 01 (bir) ədəd sellofan bağlamada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 1528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 02 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin publik hüquqi şəxsin poliklinika şöbəsində narkoloji ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 21 avqust 2023-cü il tarixli 102 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəiyinin verdiyi 21 avqust 2023-cü il tarixli 931 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır. X2 (xx.xx.1986) və X1 (xx.xx.2013). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 may 2013-cü il tarixdə doğulmuş X1 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək və Müvəqqəti saxlama yerindən azad etmək haqqıda” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 58,03 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış və üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 60 (altmış) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 58,03 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baxış və üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 60 (altmış) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-187/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-187/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver