Məhkəmə qərarları › İş №1(014)-189/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-189/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-189/2023 21.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Ağdam rayonu, Bağbanlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Hüseyin Cavid küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində idarə etdiyi “Mercedes Benz 1222 L” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu ərazisindən keçən 262-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunu etməyərək, Bakı şəhər istiqamətində soldan ikinci əsas hərəkət zolağı ilə 65 km/saat sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb yolun sağ ehtiyyat hərəkət hissəsinə daxil olub qabaq hissəsi ilə, ehtiyyat hərəkət hissənin sağı ilə Bakı şəhər istiqamətində hərəkətdə olan sürücü Şahid 40 km/saat sürətlə idarə etdiyi “VAZ 2106” minik markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə soldan ağ düz xətdən sağa doğru 2,5 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ 2106” minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs Vİİ döş fəqərəsinin kompression sınığı, döş qəfəsinin əziniyi ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşadığını, bir azyaşlı övladının olduğunu, Bakı şəhərində yerləşən "xxxx" MMC-də sürücü işlədiyini, BC kateqoriyalı sürücülük vəsiqəsi olduğunu, hadisə zamanı idarə etdiyi “Mercedes Benz 1222 L” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin işlədiyi MMC-yə məxsus olduğunu, yol vərəqəsi ilə idarə etdiyini, 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhərindən Mingəçevir şəhərinə ərzaq yükü gətirdiyini, yükü təhvil verib Bakı şəhərinə qayıtdığını, avtomobilində yük olmadığını, saat 08:30 radələrində idarə etdiyi “Mercedes Benz 1222 L” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun Ağdaş rayonu, Ləki kəndi ərazisi ilə yolun soldan ikinci əsas hərəkət zolağı ilə 65 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olduğunu, həmin vaxtı onu yuxu tutduğunu, avtomobili idarəetmədən çıxıb yolun sağ ehtiyat hərəkət hissəsinə istiqamətlənib gedib qabaq sağ hissəsi ilə ehtiyat hissə ilə hərəkətdə olan “VAZ 2106” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşduğunu, avtomobilin biraz qarşıda yolun sağında dayandığını, toqquşduğu avtomobilin isə yolun soluna istiqamətlənib solda dayandığını, özünün həmin avtomobillə toqquşmağa az qalmış oyandığını, gec olduğunu, ona görə də hadisənin qarşısını ala bilmədiyini, hadisə zamanı özünün xəsarət almadığını, toqquşduğu avtomobilin tanımadığı sürücüsünün və bir qadın sərnişinin xəsarət aldığını, xəsarət alan qadının hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə Ağdaş rayon mərkəzi xəstəxanasına aparıldığını, hadisə yerinə yol polislərinin və müstəntiqin gəldiyini, onun digər sürücünün və digər şəxslərin iştirakları ilə müstəntiq tərəfindən hadisə yerinə baxış keçirildiyini, sxem və protokol tərtib edildiyini, sxemə və protokola imza etdiyini, toqquşduğu avtomobilin sürücüsünün Ağdaş rayon xəstəxanasına müraciət etdiyinin sonra məlum olduğunu, hadisə zamanı avtomobildə sərnişin və yük yox olmadığını, spirtli içki qəbul etmədiyini, hadisə zamanı ayıq vəziyyətdə olduğunu, toqquşduğu avtomobilin sürücüsünü əvvəllər tanımadığını, düşmənçiliyi və ədavəti olmadığını bildirmişdir. Həmçinin törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin həm ibtidai istintaq zaman həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə yolnəqliyyat hadisləri ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Bakı şəhəri Abşeron rayonu, Masazır qəsəbəsi Zəngilan şəhərciyində yaşadığını, Şahid əri olduğunu, xx.xx.2023cü il tarixdə saat 08:30 radələrində Tahirin idarə etdiyi “VAZ 2106” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonundan Bakı şəhərinə getdiklərini, avtomobildə qabaqda sağda əyləşdiyini, Ağdaş rayonu ərazisində yolun sağ zolağı ilə hərəkətdə olduqlarını, həmin yerdə üç zolaq olduğunu, onların sağdan birinci zolaqla hərəkətdə olduqlarını, bu zaman arxadan taqqıltı səsi gəldiyini, bir avtomobilin onların avtomobilinin arxası ilə toqquşduğunu hiss etdiklərini, sonradan onların avtomobili ilə “Mercedes Benz 1222 L” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu, sürücünün isə Təqsirləndirilən şəxs olduğunu, toqquşma nəticəsində xəsarət aldığını, təcili tibbi yardım maşının onu Ağdaş rayon mərkəzi xəstəxanasına apardığını, hadisə nəticəsində Tahirin də xəsarət aldığını, yük avtomobilinin sürücüsünün xəsarət almadığını, sürücü Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi Zəngilan şəhərciyi, ev 12, mənzil 5-də ailə üzvləri ilə birlikdə yaşadığını, sürücülük hüququ olmadığını, “VAZ 2106” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində idarə etdiyi avtomobillə arvadı Zərərçəkmiş şəxs Əlləddin qızı ilə birlikdə Yevlax rayonundan Bakı şəhərinə getdiklərini, Ağdaş rayonu, Ləki kəndi ərazisi ilə yolun sağ kənarı ilə, Bakı şəhəri istiqamətində hərəkətdə olduğunu, bu zaman arxadan gələn “Mercedes Benz 1222 L” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəlib onun avtomobili ilə toqquşduğunu, hadisədən sonra təcili tibbi yardım maşının gəlib arvadı Bənövşəni Ağdaş rayon xəstəxanasına apardığını, hadisədən sonra hadisə yerinə polislərin gəldiyini, onun işıtirakı ilə hadisə yerinə baxış keçirildiyini, özünün də xəsarət aldığından Ağdaş rayon mərkəzi xəstəxanasına gedib həkim müayinəsindən keçdiyini, qarşı avtomobilin sürücüsünü əvvəllər tanımadığını, avtomobili 40 km/saat sürətlə idarə etdiyini, spirtli içki qəbul etmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 08 sentyabr 2023-cü il tarixli, 367 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2809 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 1222 L” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 597 nömrəli rəyindən görünür ki, Şahid bədənində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 598 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-Vİİ döş fəqərəsinin kompression sınığı, döş qəfəsinin əziniyi küt alətin təsirindən əmələ gəlmişdir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər törəndiyi anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Ağır zərər vuran xəsarətlərə aid edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Bağbanlar kəndində qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1 -ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.639.1.11 -ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11 -ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 1222 L” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış BDYPİ-nin YPXA-nın 722 saylı stasionar postun duracağında saxlanılan “VAZ 2106” minik markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-in 39.1.11, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 1222 L” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış BDYPİ-nin YPXA-nın 722 saylı stasionar postun duracağında saxlanılan “VAZ 2106” minik markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar