Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-19/2021 06.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxx 1996-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, Vaqif küçəsi 1/23-də qeydiyyatda olan və yaşayan, barəsində məhkəmənin xx xxxx 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talama məqsədilə qayınatası Zərərçəkmiş şəxs və onun ailəsi ilə birlikdə yaşadığı Ağdaş şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evindən 2020-ci ilin avqust ayının ortalarında müxtəlif vaxtlarda evdə heç kəsin olmamasından istifadə edərək oradan 01 ədəd 20 manat dəyərində peyk antennasının aparatını, 01 ədəd 20 manat dəyərində DVD-ni, 01 ədəd 15 manat dəyərində sadə Nokia markalı telefonu, 01 ədəd 10 manat dəyərində su krantını, hər biri 40 manat dəyərində olan cəmi 80 manat dəyərində 02 ədəd ət çəkən maşını, 01 ədəd 40 manat dəyərində velosipedi, 01 ədəd 30 manat dəyərində su motorunu, 01 ədəd 30 manat dəyərində taxtakəsəni (lobzik), 01 ədəd 40 manat dəyərində istilik radiatorunu (ceyrangöz qaz peçi), 01 ədəd 20 manat dəyərində arabanı, hər biri 8 manat olmaqla cəmi 40 manat dəyərində 05 ədəd bir litrlik bankalarda gilas mürəbbələrini, 01 ədəd 15 manat dəyərində səsgücləndiricini və 01 ədəd 5 manat dəyərində masaüstü süfrəni, ümumilikdə 365 manat məbləğində əmlakını və 1500 manat nağd pulunu, ümumilikdə 1865 manat məbləğində əmlakını vahid niyyətlə oğurlamışdır. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində Zərərçəkmiş şəxs onun qayınatası olduğunu, əvvəllər aralarında söz-söhbət və narazılıq olmadığını, həyat yoldaşı Ayşən ilə 2016-cı il tarixdə ailə qurduqlarını, bu evlilikdən 2 övladlarının olduğunu, bir müddət əvvəl Ayşənin onların evindən çıxıb atası evinə getdiyini, bundan sonra Ayşənlə barışmağa çalışdığını, 2020-ci ilin avqust ayının ortalarında Ayşənlə barışdıqlarını, Ayşənin onların evində yaşamağı, atası və anasının hazırda Bakı şəhərində olduqlarını dediyini, razılaşaraq onların evinə getdiyini, sonradan qayınatası Azərin barışdıqlarını, onların evində yaşadığını bildiyini, lakin etiraz etmədiyini, daha sonra pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəldiyini, dəqiq günlərinın yadında qalmadığını, 2020-ci ilin avqust ayının ortalarında Azərin evinin içərisindən 01 ədəd DVD, 01 ədəd masaüstü süfrə və 01 ədəd su krantı oğurladığını, həmin əşyalardan süfrəni və DVD-ni Ağdaş şəhərində bazarda tanımadığı bir kişiyə 9 manata satdığını, həmin əşyaları satan zaman onların özünün olduğunu bildirdiyini, daha sonra həmin evdən həyətdən 01 ədəd uşağına məxsus velosiped, 01 qızdırıcı peçi (radiator peçi), 02 ədəd işləməyən vəziyyətdə ət çəkən maşını, 05 ədəd 1 kiloqramlıq bankada mürəbbələri, ancaq həmin mürəbbələrin nə olmasını bilmədiyini, 01 ədəd arabanı, 01 ədəd səsgücləndiricini, 01 ədəd işləməyən vəziyyətdə taxta kəsəni (lobzik) oğurladığını, bunların hamısını təxminən 3-4 gün ərzində oğurladığını, velosipedi 25 manata, taxta kəsəni 5 manata, 02 ədəd ət çəkəni birlikdə 6 manata İxtiyar adlı şəxsin arvadına satdığını, qaz sobasını 17 manata Ağdaş şəhərində bazarda tanımadığı şəxsə satdığını, səsgücləndiricini 10 manata Ağdaş şəhərində bazarda tanımadığı bir kişiyə 10 manata satdığını, araba və mürəbbələri hara etdiyini xatırlamadığını, hansı əşyaları dəqiq nə vaxt oğurlamasını bilmədiyini, həmçinin Azərin evindən 1500 manat nağd pul oğurladığını, həmçinin Azərin evindən sadə Nokia markalı mobil telefon, peyk antennası və su motoru oğurladığını, əşyaları satdığı şəxslərə həmin əşyaların özünün olduğunu, oğurluq olmadığını dediyini göstərdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində ifadəsində 2016-cı il tarixdə qızı Ayşənlə kürəkəni Təqsirləndirilən şəxs ailə qurduqlarını, birgə nikahlarından 2 övladlarının olduğunu, Ayşənlə Rəmzi və ailəsi arasında söz-söhbət və narazılıq olduğu üçün Ayşənin onun evinə gəldiyini, lakin Rəmzinin onunla barışmaq istədiyini, xx xxxxxx 2020-ci il tarixdə həyat yoldaşı Afətlə birlikdə Bakı şəhərinə getdiklərini, Ayşənin evdə qaldığını, sonradan Rəmzi ilə Ayşənin barışdğını, Rəmzinin onların evində qaldığını bildiyini, daha heçnə demədiyini, daha sonra Bakı şəhərində olan zaman qızı X2 rayonunda yaşayan digər qızının evinə qonaq getdiklərini, Rəmzinin Ayşəni orada qoyub evə nəzarət etmək məqsədilə onların evinə gəldiyini, bir neçə gün ərzində Rəmzinin evdən oğurluq etdiyini, Ayşənin 3 gün Göyçay rayonunda qaldıqdan sonra evə qayıdan zaman evdə bəzi əşyaların olmadığını görüb və ona zəng edərək bu barədə məlumat verdiyini, dərhal Ağdaş şəhərinə evlərinə gəldiklərini, evə baxan zaman evdə yataq otağında olan xalçanın arasındakı 1500 manat nağd pulunun yerində olmadığını, həmçinin evdən otaqdan 01 ədəd 40 manat dəyərində peyk antennasının aparatı, 01 ədəd 70 manat dəyərində DVD, 01 ədəd 20 manat dəyərində Nokia markalı sadə telefon, 01 ədəd 15 manat dəyərində su krantı, həmçinin evin həyətindən hər biri 70 manat dəyərində olan cəmi 140 manat dəyərində 02 ədəd ət çəkən maşın, 01 ədəd 75 manat dəyərində velosiped, 01 ədəd 80 manat dəyərində su motoru, 01 ədəd 80 manat dəyərində taxtakəsən (lobzik), 01 ədəd 50 manat dəyərində istilik radiatoru (ceyrangöz qaz peçi), 01 ədəd 40 manat dəyərində araba, 05 ədəd 1 litrlik bankalarda gilas mürəbbələri, 01 ədəd 30 manat dəyərində səsgücləndirici, 01 ədəd 30 manat dəyərində masaüstü süfrə oğurlandığını, bu oğurluğa görə kürəkəni Rəmzidən şübhələndiklərini, bu barədə Rəmzinin ailəsinə dediklərini, Rəmzinin oğurluq etdiyini etiraf etdiyini, həmçinin dəymiş ziyanı ödəyəcəyini dediyini, lakin ödəmədikləri üçün şikayət etdiyini, hazırda vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərdi. İş üzrə şəhid Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində həyat yoldaşı İxtiyarla birlikdə köhnə əşyaların alqı-satqısı ilə məşğul olduqlarını, ailələrini bu cür dolandırdıqlarını, təxminən 2020-ci ilin avqust ayının ortalarında sonradan tanıdığı Rəmzi adlı şəxsin onun yanına gələrək 01 ədəd taxta kəsən (lobzik) və 02 ədəd ət çəkən maşın gətirdiyini, həmin ət çəkən maşınların elektriklə işlədiyini, ondan əşyaların oğurluq olubolmamasını soruşduğunu, Rəmzinin həmin əşyaların özünün olduğunu, köhnə olduğu üçün satdığını dediyini, taxta kəsəni Rəmzidən 5 manata, ət çəkənləri isə birlikdə 6 manata aldığını, daha sonra təxminən 2020-ci ilin sentyabr ayının sonlarında Rəmzinin ona 01 ədəd uşaq üçün velosiped gətirdiyini, pula ehtiyacının olduğunu, buna görə satdığını bildirdiyini, velosipedi 25 manata danışıb almaq istədiyini, lakin səhvən Rəmziyə 40 manat verdiyini, sonradan Rəmzini axtardığını, lakin Rəmzini tapa bilmədiyini, daha sonra 2020-ci ilin oktyabr ayının sonlarında polis əməkdaşlarının onlara gəldiklərini, Rəmzinin ona oğurluq əşya satdığını bildirdiklərini, həmin əşyalardan taxtakəsəni Qəbələ rayonu Nic bazarında tanımadığı şəxsə satdığını, ət çəkənləri ehtiyyat hissə edərək tanımadığı şəxslərə satdığını, velosipedi geri qaytardığını göstərdi. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/4866 №-li rəyindən görünür ki. tədqiqata təqdim edilmiş mallar, 01 ədəd çəhrayı rəngli uşaq velosipedi 40 manat, tədqiqata təqdim edilməmiş mallar nəzəri qaydada, 01 ədəd peyk antennasının aparatı 20 manat, 01 ədəd DVD aparatı 20 manat, 01 ədəd sadə Nokia markalı telefon 15 manat, 01 ədəd su krantı 10 manat, 02 dəst ət çəkən maşın 80 manat, 01 ədəd soba (ceyrani) 40 manat, 01 ədəd əl arabası 20 manat, 01 ədəd su mühərriki 30 manat, 01 ədəd taxtakəsən (lobzik) 30 manat, 05 ədəd 1 litrlik bankada gilas mürəbbəsi 40 manat, 01 ədəd səsgücləndirici 15 manat, 01 ədəd masaüstü süfrə 5 manat, ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri 40 manat, təqdim edilməyən malların orta bazar qiyməti ilə ümumi dəyəri 325 manat müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 il sınaq müddəti müəyyən edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmənin xx xxxx 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş, xx xxxx 2021-ci il tarixdə tutulmuşdur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, vurduğu ziyanı tam olaraq ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək və xx xxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 15 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi bir ay, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsin əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan bir ədəd velosipedin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması, vurulmuş 1865 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək və xx xxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı on beş gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi bir ay, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, on bir ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan bir ədəd velosipedin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması, vurulmuş 1865 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Düzdür: Hakim: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-19/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-19/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver