Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-19/2024 17.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərəşəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Aşağı Ağcayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, yəni xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ilk dəfə 2022-ci ilin noyabr ayının ortalarında Ağdaş rayonu Aşağı Ağcayazı kəndində yerləşən evdə, sonuncu dəfə isə 2023-cü ilin yanvar ayının əvvəllərində Ağdaş rayonu Aşağı Ağcayazı kəndində yerləşən evdə cinsi əlaqədə olmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2022-ci il yay aylarında ailəsi ilə birlikdə Qəbələ rayonuna qohumlarına baş çəkməyə gedərkən Qəbələ rayonunda yerləşən Heydər parkına getmiş və orada Aysu ilə tanış olaraq bir-birilərinə telefon nömrələrini vermişlər. Bundan sonra telefon vasitəsi ilə bir-biriləri ilə tez-tez əlaqə saxlamağa başlamışlar və aralarında sevgi münasibəti yaranmışdır. Aysu ilə aralarında sevgi münasibətinin olması barədə ailəsinə də məlumat vermişdir. 2022-ci ilin noyabr ayında telefonla danışan zaman Aysu Abullayevaya ailə qurmaq məqsədi ilə onunla qaçmağı təklif etmiş, Aysu onunla razılaşmış və 2022-ci ilin noyabr ayının ortalarında qaçmaq barədə razılığa gəlmişlər. Həmin tarixdə tanımadığı taksi vasitəsilə Qəbələ şəhərinə getmiş, orada Zərərçəkmiş şəxs ilə görüşmüş və birlikdə əvvəldən kirayə olaraq qaldığı Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrosunun yaxınlığında yerləşən dəqiq ünvanını xatırlamadığı evə getmişlər. Anası xəstə olduğuna və narahat olduğuna görə Aysunu qaçırmışdır. 2 gün sonra valideyinlərinə zəng edib Aysunla birlikdə qaçdıqlarını bildirmişdir. 4 gün orada qaldıqdan sonra Ağdaş rayonu Aşağı Ağcayazı kəndidə yerləşən evlərinə qayıtmışlar. Həmin tarixdə təbii yolla cinsi əlaqdə olmuşlar. Təxminən 2023-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs hamilə olduğunu öyrənmişdir. 06 sentyabr 2023-cü il tarixdə qayınanası Qanuni nümayəndə Aysunu evladını dünyaya gətirməsi üçün Qəbələ rayon Mərkəzi xəstəxanasına aparmışdır. 07 sentyabr 2023-cü il tarixdə Qəbələ rayon Mərkəzi xəstəxanasında qız övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Aysunu qohumları vasitəsi ilə tanımış, valideynləri iki dəfə Aysungilə elçi getmişlər və onun valideynlərinin razılığını aldıqdan sonra nişanlanaraq 3-4 ay nişanlı qalmışlar. O, Aysunla birlikdə ailə qurmaq üçün qaçmağa qərar vermiş, bu onun tək qərarı olmuşdur. Onların birlikdə qaçmalarından nə onun, nə də Aysunun valideynlərinin xəbərləri olmamışdır. O, Aysunla cinsi əlaqədə olarkən ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Hazırda əməlindən səmimi peşmandır, Aysu da onun yanındadır, onlar ailə kimi biryerdə yaşayırlar, bir azyaşlı övladları olduğu üçün ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadə verməkdən imtina etmiş, lakin sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs ilə Qəbələ şəhərində tanış olmuş, biri-birilərini sevdikləri üçün evlənmək qərarına gəlmişlər. O, özü Nurlanla evlənmək istəmiş, valideynləri onu məcbur etməmişlər. Onun Nurlanla qaçacağı barədə valideynlərinin məlumatı olmamışdır. Nurlan ondan doğum şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi istəməmişdir. O, Nurlana yaşının 15 olduğunu demişdir. Nurlan onu qaçırandan sonra toy edəcəkdi, ancaq onun yaşını biləndən sonra toy etməyə qorxmuşdur. Nurlanla qaçandan bir həftə sonra Nurlan onu özünün yaşadığı evə gətrimiş, Nurlanın valideynləri onu görüb təəcüblənmişlər. Sonra həmin evdə Nurlanla cinsi əlaqədə olmuşdur. Hazırda Nurlanla biryerdə mehriban bir ailə kimi yaşayır və onların bir azyaşlı uşaqları vardır. Onu Nurlanla evlənməyə heç kim məcbur etməmişdir. Nurlan onu zorla qaçırmamışdır, onunla öz razılığı ilə getmiş və öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Nurlandan heç bir şikayəti və tələbi yoxdur, ona köməklik edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə bildirdi ki, Təqsirləndirilən şəxs onların qonşularıgilə gəlib-gedərkən Aysu ilə tanış olmuşdur. 2022-ci ilin yay aylarında böyük qızı Aysunu parkda bir oğlanla görüb, ona bu barədə demişdir. Aysu ilə Nurlan mütəmadi telefonla danışmışlar, sonra isə Nurlanın valideynləri onlara elçi gəlmişlər, onlar qızının azyaşlı olduğunu bildirmişlər və Aysunu vermək istəməmişlər. Lakin Aysu əgər onu Nurlana verməsələr özünü öldürəcəyini dediyinə, elçilər də Nurlanın əsgərlikdən təzə gəldiyini, onun anasının xəstə olduğunu dediklərinə görə razılıq vermişlər. Onlar Aysuna 18 yaşı tamam olduqdan sorra toy etmək barədə razılığa gəlmişlər, lakin 2022-ci ilin noyabr ayının ortalarında Aysu onların xəbəri olmadan Nurlana qoşulub getmişdir. Aysunun hamilə olduğunu eşidəndən sonra onun azyaşlı olmasından qorxduqlarına görə mütəmadi olaraq həkim nəzarətində saxlamaq üçün onu evlərinə gətirmişlər. O, əri ilə birlikdə bir müddət Bakı şəhərində işlədiklərinə görə uşaqlar anasının nəzarətində olmuşlar, ona görə bir az boşluq olmuşdur. Əvvəllər Nurlanın ailəsini tanımamışdır. X14 ailə qurmağa məcbur etməmişdir. X13 biryerdə mehriban ailə həyatında yaşayırlıar, onların bir azyaşlı uşaqları vardır. Nurlanın ailəsi çox yaxşıdır, onlardan heç bir narazılığı yoxdur. Nurlandan heç bir şikayət və tələbləri yoxdur, ona köməklik edib yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızıdır. Təqsirləndirilən şəxs isə hal-hazırda kürəkənidir, lakin qızı Aysu ilə kürəkəni Nurlanın arasında rəsmi nikahları yoxdur. Aysu Təqsirləndirilən şəxs ilə 2022-ci ilin yay aylarında Qəbələ şəhərində tanış olmuş və telefon vasitəsi ilə bir-biriləri ilə əlaqə saxlamışlar. Onun öncədən onların münasibətindən xəbəri olmamışdır. O, həmin aylarda Daşkəsən rayonunda işlədiyi üçün Aysunun Nurlan ilə evlənmək məqsədilə qaçmağından xəbəri olmamışdır. 2022-ci ilin dekabr ayında evə qayıtdıqdan sonra arvadı Aytəkin ona qızının könüllü olaraq evlənmək məqsədilə Təqsirləndirilən şəxslə qaçmağı baradə məlumat vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ailəsi onlara gələrək Zərərçəkmiş şəxs könüllü olaraq Nurlanla onların evinə getdiyini bildirərək, onlardan bu münasibətə etirazlarının olub-olmadığını soruşmuşlar. Onlar Aysu ilə danışdıqdan sonra onun həqiqətən Təqsirləndirilən şəxs sevdiyini və evlənmək məqsədilə getdiyini öyrənmişlər. Buna görə də Aysu ilə Nurlanın münasibətinə hər hansı etirazlarının olmadığını bildirmişlər. Hazırda qohumluq münasibti saxlayırlar. 2023-cü ilin yanvar ayının əvvəllərində Aysu onlara zəng edərək hamilə olduğunu bildirmişdir. Bundan sonra Aysunu evlərinə gətirmiş və mütəmadi olaraq onun səhhəti ilə bağlı Qəbələ rayonu Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Sonuncu dəfə 06 sentyabr 2023-cü il tarixdə Aysunu övladını dünyaya gətirməsi üçün Qəbələ rayon Mərkəzi xəstəxanasına aparmışlar. 07 sentyabr 2023-cü il tarixdə Qəbələ rayon Mərkəzi xəstəxanasında qız nəvələri doğulmuşdur. Aysu könüllü olaraq Təqsirləndirilən şəxs ilə ailə qurmaq üçün qaçmışdır. Onu buna heç kim məcbur etməmişdir. Onun Nurlan və onun ailəsi ilə heç bir düşmənçiliyi yoxdur. Şahid2 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, qızı Aysu evlənmək məqsədi ilə Nurlanla qaçanda o, işi bağlı Qəbələdə olmamışdır. Qızı Aysuya elçi gələndə Aysu Nurlanı istədiyinə görə elçilərə “hə” cavabı vermişlər, lakin bildirmişlər ki, bu yaşda toy olmaz, qızın 18 yaşı olanda gəlsinlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Şamil qızı ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Ağdaş rayonu Aşağı Ağcayazı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Onların arasında halhazırda rəsmi nikahları yoxdur. 2022-ci ilin yay aylarında ailəvi olaraq Qəbələ rayonunda yaşayan qohumlarına qonaq getmişlər. Həmin vaxt Qəbələ rayonunda yerləşən Heydər parkına gəzintiyə çıxmışlar. Qəbələ rayonundan qayıtdıqdan bir müddət sonra Nurlan ona parkda gəzintidə olan zaman Aysu adlı qızla tanış olduğunu və danışdığını, hazırda aralarında sevgi münasibəti olduğunu bildirmişdir. Nurlanın Aysunu qaçırmağı ilə bağlı əvvəlcədən məlumatı olmamışdır. 2022-ci ilin noyabr ayının ortalarında Nurlan onlara zəng edərək Aysunu qaçırdığını və Bakı şəhərində olduqlarını bildirmişdir. Nurlan 4 gün sonra Aysu ilə birlikdə evə gəlmiş və onları Aysu ilə tanış etmişdir. Onlar Aysudan könüllü olaraq Nurlanla gəlib-gəmədiyini soruşmuşlar, Aysu da onlara Nurlanı sevdiyini və könüllü olaraq Nurlanla gəldiyini bildirmişdir. Bundan sonra Aysunun ailəsi ilə əlaqə saxlayıb onlara getmək istədiklərini bildirmişlər və Aysunun ailəsi bununla razılaşmışlar. Bundan sonra Aysunun ailəsinin yaşadığı ünvana getmişlər və Aysunun könüllü olaraq Nurlanla qaçdığını, onların hazırda mehriban yaşadıqlarını deyərək, bu müasibətə narazı olubolmadıqlarını soruşmuşlar. Onlar Aysu ilə söhbət etdikdən sonra heç bir narazılıqlarının olmadığını bildirmişlər. Hazırda mehriban qohumluq münasibəti saxlayırlar. 2023-cü ilin yanvar ayının əvvəllərində Aysunun hamilə olduğunu öyrənmişlər, həmin vaxtdan sonra Aysunun səhhəti ilə bağlı Aysunun valideyinləri onu mütəmadi olaraq Qəbələ rayonu Mərkəzi xəstaxanasına aparmışlar. Sonuncu dəfə 06 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu Mərkəzi xəstaxanasına müraciət etmişlər və 07 sentyabr 2023-cü il tarixdə qız nəvələri doğulmuşdur. Şahid3 Şamil qızı məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, onlar Aysun üçün elçi gedəndə onun 18 yaşının tamam olmasını gözləyəcəklərinə söz vermişlər, lakin uşaqlar bunu gözləməyərək qoşulub qaçmışlar. O, xəstə olduğuna görə Nurlan Aysunun yaşının tamam olmasını gözləməmişdir. X15 evlənmək məqsədi ilə qaçıb Bakıya gedəndə o, evdə olmamışdır, xəstəxanada olmuşdur. Bu hadisəni 3-4 gün sonra bilmişdir. Gəlini Aysuna elçi gələndə Aysu Nurlanı istədiyinə görə elçilərə “hə” cavabı vermişlər. Lakin bildirmişlər ki, bu yaşda toy olmaz, qızın 18 yaşı olanda toy edərlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş rayonu Aşağı Ağcayazı kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Onlar arasında hal-hazırda rəsmi nikahın yoxdur. 2022-ci ilin yay aylarında ailəvi olaraq Qəbələ rayonunda yaşayan qohumlara qonaq getmişlər. Orada olarkən Qəbələ rayonunda yerləşən Heydər parkına gəzintiyə çıxmışlar. Nurlanla Aysu orada tanış olmuş və biri-biri ilə əlaqə saxlamışlar. Onların aralarında sevgi münasibəti yaranmışdır. Buna görə onlar elçi getmişlər, lakin qızın yaşı az olduğuna görə valideynləri Aysunu Nurlana vermək istəməmişlər. Sonra qızın 18 yaşının tamam olmasını gözləməyə razı olduqlarına görə Aysunun “həsini” vermişlər. Lakin 2022ci ilin noyabr ayının ortalarında Nulan evə zəng edərək Aysunu qaçırdığını və Bakı şəhərində olduqlarını bildirib narahat olmamalarını söyləmişdir. Bir neçə gün sonra Aysu ilə birlikdə evə gəlmiş, sonra onları Aysu ilə tanış etmişdir. Onlar Aysudan könüllü olaraq Nurlanla gəlib-gəlmədiyini soruşduqda Aysu onlara Nurlanı sevdiyini və könüllü olaraq Nurlanla gəldiyini bildirmişdir. Onlar bundan sonra Aysunun ailəsi ilə əlaqə saxlayıb onlara getmək istədiklərini bildirmişlər və Aysunun ailəsi buna razılaşmışdır. Bundan sonra Aysunun ailəsinin yaşadığı ünvana getmiş, Aysunun könüllü olaraq Nurlanla qaçdığını, hazırda mehriban yaşadıqlarını, bu münasibətə narazı olub-olmadıqlarını soruşmuşlar. Valideynlər Aysu ilə danışdıqdan sonra heç bir narazılıqlarının olmadığını bildirmişlər. Hazırda mehriban qohumluq münasibəti saxlayırlar. Aysunun valideyinləri 2023-cü ilin yanvar ayının əvvəllərində Aysunun hamilə olduğunu biləndən sonra səhhəti ilə bağlı onu mütəmadi olaraq Qəbələ rayonu Mərkəzi xəstaxanasına aparmışlar. 07 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu Mərkəzi xəstaxanasında onların qız nəvələri doğulmuşdur. Şahid1 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Aysunu oğluna istəmək üçün elçi gedəndə onun yaşının az olduğunu bilməmişdir. Oğlu təkid etdiyinə və Aysu da oğlunu istədiyinə görə Aysunun “həsini” almaq məcburiyyətində qalmışlar. Lakin qızın valideynlərinə onun evlənmək yaşına çatmasını gözləyəcəklərinə söz vermişlər. X16 ilə birlikdə evlənmək məqsədilə qaçıb Bakı şəhərinə getmələrindən xəbəri olmamışdır. Hazırda Aysu onların evindədir, oğlu Nurlanla mehriban ailə münsibətləri vardır və onların bir azyaşlı övladları da vardır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Ağdaş rayonu Aşağı Ağcayazı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə baş vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə ilk və son dəfə həmin evin yataq otağında olan çarpayıda cinsi əlaqədə olmuşdur. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 26 oktyabr 2023-cü il tarixli 4/3-xx-xx/230220149 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan AZ İİİ 190727 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2008-ci il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ İV 933289 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. X2, anası Zərərçəkmiş şəxsdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 01 noyabr 2023-cü il tarixli 5-32- 12/2-434/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: atası Şahid1, anası X6 və qardaşı X7. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 01 noyabr 2023-cü il tarixli 5-32- 12/2-435/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Mərkəzi Xəstəxanası PHŞ-in 2023-cü il tarixli Mama-Ginekologiya şöbəsində olan doğuşlar protokolundan görünür ki, Zərərçəkmiş şəxs 07 sentyabr 2023-cü il tarixdə qız övladı doğulmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın real çəkilməli olub-olmaması məsələsinə gəldikdə, məhkəmə onun törətdiyi cinayətin xarakterini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, onun zərərçəkmiş şəxslə faktiki ailə münasibətlərində yaşamasını, dövlət ittihamçısının çıxışında təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın şərti olaraq tətbiq olunması ilə bağlı təklifini nəzərə alaraq, onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın şərti hesab edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd edilən Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə, qanunun yuxarıda qeyd edilən göstərişinə əsasən hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxsevin üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” və “Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək şübhəlli şəxs qismində tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“ 25 iyun 2003-cü il tarixi 4 nömrəli qərarının 25ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 14 (on dörd) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC”-nin Ağdaş filialındakı hesab nömrəsi AZ 15AHB********************, VÖEN-**********) hesabına 84 (səksən dörd) manat pul köçürülməlidir. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin, Təqsirləndirilən şəxsevin üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxsə göstərilmiş 14 (on dörd) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC”-nin Ağdaş filialındakı hesab nömrəsi AZ 15AHB********************, VÖEN-**********) hesabına 84 (səksən dörd) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-19/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-19/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver