Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-19/2025 13.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçilər X15 Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, "xxxx" QSC-də mühəndis işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi ev 32-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, M.Şərifov küçəsi 24/25, bina 5, mənzil 58-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, bir qrup şəxs halında şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 07 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində qohumu X3 Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Səma” şadlıq sarayında keçirilən toy mərasimində olarkən 2-ci mərtəbədə toy zalının qarşısında yerləşən dəhlizdə Zərərçəkmiş şəxs ilə digər şəxsin söhbət etdiyini görüb heç bir əsaslı səbəb olmadan onlara yaxınlaşaraq orta dərəcəli sərxoşluq vəziyyətində ictimai yer hesab edilən şadlıq sarayının dəhlizində ətrafda olan şəxslərə məhəl qoymayıb ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncuya baş nahiyəsi ilə vurararaq xəsarət yetirdikdən sonra istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiklərini nümayiş etdirərək və nalayiq ifadələr işlədərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs yerə yıxıb döyərək sonuncuya boynun aşağı 1/3-nin sağ nahiyəsinin sıyrığı, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol saidin yuxarı 1/3-nin iç səthinin qançırları, sağ bayır topuq nahiyəsinin əzilməsi kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirib bir qrup şəxs halında şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında tədqiq edilən hallar Proses iştirakçılarının ifadələri Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmir. 07 sentyabr 2024-cü il tarixdə atasının xalası qızının oğlu Sabirin toy mərasimi üçün atası Qadir, anası Firdanə və qardaşının dörd yaşında qızı ilə birlikdə Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayına getmişdir. Toy mərasimində Əbdürəhman, Məmmədəli, Nimət, Heydər, Muxtar və Adil adlı şəxslərlə bir masada əyləşmişdir. Toyda spirtli içki olan araq içmişdir. Dəqiq xatırlamadığı saatda, lakin toyun sonlarına yaxın toy zalında yerləşən dəhlizə çıxmış, dəhlizə çıxanda sonradan adının Nihad olduğunu bildiyi şəxsin, həmçinin onunla birlikdə dostlarının xatırlamadığı şəxslərlə mübahisə etdiyini görmüşdür. Onları aralaşdırmaq məqsədilə onların yanına getmiş və mübahisəni sonlandırmalarını istəmişdir. Lakin həmin vaxt sonradan adını bildiyi Nihad adlı şəxs onu nalayiq söyüşlərlə təhqir etmiş, özü isə buna görə ona baş nahiyəsi ilə zərbə vurmuşdur. Bundan sonra Nihadın dostlarından hesab etdiyi kimsə onu arxadan vurmuş, daha sonra orada olan şəxslər onları aralamışlar. Daha sonra atası gəlmiş və ona evə getməli olduqlarını bildirmişdir. Bundan sonra qabaqda o, atası isə arxada sarayın pilləkənləri ilə düşüb küçəyə çıxmışlar, oradan sağa burulub sarayın avtomobil dayanacağına girmişlər. Həmin vaxt arxadan səs eşitmiş və başını döndərəndə sonradan adını bildiyi İlkin adlı şəxsin atasını yumruqla arxadan sifətindən vurduğunu görmüşdür. Özü də dönən kimi İlkin onu da vurmuş, həmin vaxt atası yerə çökmüş, atasını və onu vurduğuna görə İlkinin üzərinə getmək istəmiş, atası isə onu saxlamaq istəmiş, lakin büdrədiyindən saxlaya bilməmişdir. Bu vaxt İlkin atasını yerdə bir daha təpiklə vurmuş, bundan sonra İlkinlə 5-6 addım geriyə sarayın qarşısına gəlib orada tutaşmışlar. Orada İlkin onun sifətindən vurmuş və zərbə onun sol gözündən dəymiş, gözündən qan fışqırmış və gözü şişmişdir. Sol gözü əməliyyat olunmuş və tikilmişdir. Həmin vaxt atası arxadan gəlib çatmış və onları aralamağa çalışmış, İlkin isə ondan əl çəkməmişdir. Həmçinin İlkin anasına, bacısına qarşı və digər nalayiq söyüşlər söymüş və onu öldürməklə hədələmişdir. Atası onları aralayandan sonra İlkinlə bir neçə addım saraya tərəf getmişlər. Atası ona “söyüş söymə”, “Nadirin atasıyam qoy aparım” demişdir. Atası onları aralayanda Məmmədəliyə onu aparmasını demişdir. Daha sonra xatırladığı qədər dostu Heydər onu taksiylə nənəsi Tənziləyə məxsus evə aparmış, atası Qadirin isə hara getdiyini bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, həmin şəxs Nihad adlı şəxs olmuş, onun İlkin adlı şəxsin dostu olub-olmadığını bilmir. Sadəcə onun mübahisə etdiyini görmüş, toy da onun qohumunun toyu olduğu üçün mübahisəni sonlandırmasını istəmiş, gördüyü qədər həmin şəxs sarayın içərisində də toyda iştirak edən şəxslərlə mübahisə etmişdir. Onun kimlərlə mübahisə etdiyini xatırlamır. Amma mübahisə etdiyini gördüyü üçün yadında qalmışdır ona görə onu dəhlizdə mübahisə zamanı görəndə mübahisəni qurtarmasını söyləmişdir. Lakin həmin şəxs ona nalayiq söyüş söydüyü üçün onu vurmuşdur. Nihadla aralarında olan mübahisə sarayın içəri qapısından çöldə dəhlizdə baş vermiş, həmin dava 1-2 dəqiqə çəkmiş, daha sonra atası onu götürüb evə aparan zaman İlkin gəlib atasını və onu vurmuşdur. Həmin dava da təxminən 1-2 dəqiqə, bəlkə də az çəkmişdir. Üzərində hər hansı kəsici və ya deşici alət olmamışdır. Bədəni üzərində olan xəsarətlər İlkin adlı şəxsin onu yumruqla vurması nəticəsində yaranmış, İlkin onu bir dəfə sarayın avtomobil dayanacağının içərisində, bir neçə dəfə də sonra sarayın çöl sol yan divarının qarşısında yumruqla vurmuş, gözü həmin vaxt qanamışdır. Onun sol gözü əməliyyat olunmuş və tikilmiş, gözü Zərifə Əliyeva adına göz klinikasında əməliyyat olunmuşdur. X38 tərəfindən avtomobil dayanacağının içərisində arxadan bir dəfə yumruqla bir dəfə də təpuklə vurulmuş, yəqin ki, həmin xəsarətlər həmin vaxt yaranmışdır. Nihadı ona qarşı söyüş söydüyünə görə vurmuş, Nihadı kiminsə yerdə döyməsi barədə belə bir hal görməmişdir. İlkin onlarla dava edən zaman onda açıq-aydın sərxoşluq əlamətləri hiss olunmuşdur. “Səma” şadlıq sarayının 2-ci mərtəbəsindəki dəhlizdə baş vermiş dava-dalaş orda Nemət, Muxtar, Nemətin atası Elçinin olduğunu görmüş, lakin onların dava-dalaşda iştirak etmədiyini bilmir. Çünki Nihadı vurduqdan sonra onu arxadan vurmuşlar və qarışıqlıq düşmüşdür. Bu səbəbdən dava-dalaşda dəqiq kimlərin iştirak etdiyini görməmişdir. Hazırkı cinayətlə əlaqəsinin olmadığını bildirərək ona cinayət işi üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, X19 uşaqlıq dostudur. İlkin İskəndərli ilə birlikdə 2013-2017-ci AZTU-da oxumuşlar. İlkin İskəndərli Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun hər hansı bir şəxslə düşmənçiliyi və ya ədavəti olmamışdır. Onlar birgə tanışları Sabir İsmayılovun toy mərasiminə dəvət almışlar. Toy məclisində iştirak etmək üçün 2 gün əvvəl, yəni 06 sentyabr 2024-cü il tarixdə dostları Şahid2, Şahid3, İlkin İskəndərli və Şahid1la birlikdə sonuncunun idarə etdiyi “BMW” markalı minik avtomobili ilə istirahət məqsədilə İsmayıllı rayonuna getmişlər. 07 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində yuxarıda adlarını qeyd etdiyi dostlarıyla birlikdə Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən “Səma” şadlıq sarayına gəlmişlər. Onlar beşidə eyni masa arxasında əyləşmişlər. Onlardan başqa həmin masada 9 nəfər tanımadıqları şəxslərdə əyləşmişdir. Şahid1 istisna olmaqla spirtli içki qəbul etməyə başlamışlar. Spirtli içki qəbul etməmişdən əvvəl onlar razılaşmışlar ki, az miqdarda spirtli içki qəbul etsinlər. Buna görə də, hərəsi təxminən 4-5 araq stəkanı miqdarında spirtli içki qəbul etmişlər. Daha sonra onlar siqaret çəkmək məqsədilə şadlıq sarayının qarşısına çıxıb çöldə siqaret çəkmişlər. Təxminən 10 dəqiqə sonra yenidən şadlıq sarayına daxil olub öz yerlərində əyləşmişlər. Sabir İsmayılov onlara yaxınlaşaraq onların çöldə olduqları müddət ərzində tamada tərəfindən səhnəyə dəvət olunmuşlar. Onlar beşi də səhnəyə çıxıb rəqs etdikdən sonra yenidən masa arxasında əyləşmişlər. Bundan bir müddət sonra İlkin onlara tamadaya 15 manat pul verdiyini, səhnəyə çıxıb rəqs etməklərini təklif etmişdir. Onlar yenidən səhnəyə çıxıb rəqs edib yenidən masa arxasında əyləşmişlər. Həmin vaxt İlkin ona bildirmişdir ki, onun musiqi sifarişi kəsidliyi üçün bir nəfər şəxslə mübahisələri düşüb. İlkindən kiminlə mübahisəsinin düşdüyünü soruşmuş və o, əli ilə işarə edərək əynində göy köynək olan hündürboylu şəxsi göstərib onunla mübahisəsinin düşdüyünü bildirmişdir. Məsələni aydınlaşdırmaq məqsədilə həmin şəxsə yaxınlaşıb onunla birlikdə şadlıq sarayının ikinci mərtəbəsinə çıxıb foyedə onunla söhbət etməyə başlamış və ona mehriban olmağını, qanqaraçılıq salmamasını xahiş etmişdir. Söhbət əsnasında həmin şəxs ona adının Nemət olduğunu da demişdir. Həmin vaxt əvvəllər tanımadığı, sonradan adının Nadir olduğunu öyrəndiyi şəxs kənardan yaxınlaşıb ona kəllə ilə üz nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən bir qədər arxaya çəkilib özünü müdafiyə etmək məqsədilə Nadiri itələmişdir. Həmin vaxt tanımadığı şəxslər onu itələdikdən sonra o arxası üstə yerə yıxılmış və baş nahiyəsi bərk materialdan hazırlanmış suvenirə dəymişdir. Bundan sonra tanımadığı şəxslər ona yumruq və təpik zərbləri endirməyə başlamışlar. Hadisə zamanı boğazının sol nahiyəsində sıyrıq, sol qolunda əzik, sol əlinin barmaqlarından, sağ ayağının topuq hissəsindən əzik xəsarətləri almışdır. Nadirin isə hansı istiqamətdə getdiyini görməmişdir. Şahid2 ona ayağa qalxmağa köməklik göstərmişdir. Bu zaman bəyin atası Fəxrəddin dayı məsələyə müdaxilə edib qarşı tərəfə öz iradlarını bildirmiş və onların qonaq olduğuqlarını onların nəzərinə çatdırmışdır. Bundan sonra zala daxil olmaq istəyərkən Şahid1 onu çağıraraq İlkinin vurulduğunu bildirmişdir. Dərhal onunla birlikdə şadlıq sarayının birinci mərtəbəsinə düşüb şadlıq sarayının giriş qapısının qarşısı və foyenin qana bulaşdığını, İlkinin qapının qarşısında oturduğunu, onun əynində olan ağ rəngli köynəyin isə qana bulaşdığını görmüşdür. Şahid3 əynində olan ağ rəngli köynəyi çıxardıb İlkinin ayaq nahiyəsində olan yaranı bağlamışdır. İlkin kəskin qan itirdiyindən o, halsız vəziyyətdə beli üstə yerə uzanmış və qolunda olan ağrılardan şikayətlənir və ürəyinin sıxıldığını bilirdirirmiş, Şahid1 103 xidmətinə zəng edib hadisə yerinə təcili tibbi yardım briqadası çağırmışdır. Təxminən 5 dəqiqə sonra təcili tibbi yardım briqadası hadisə yerinə gələrək İlkini xəstəxanaya təxliyə etmişdir. Daha sonra onun xəstxanada ölməsi barədə eşitmişlər. Hadisə ilə bağlı bildikləri bunlardan ibarətdir. Həmçinin o ifadəsində bildirmişdir ki, hadisə zamanı şadlıq sarayının ikinci mərtbəsində olmuşdur və hadisənin necə baş verdiyini görməmişdir. Şadlıq sarayının qarşısına çıxıb İlkin İskəndərlini yaralı vəziyyətdə görmüşdür. Onun konkret olaraq hansı alətlə və kim tərəfindən vurulduğunu görməmişdir. X29 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hadisə zamanı Nadir adlı şəxs ona kəllə ilə zərbə vurduqdan sonra həmin şəxsin adının Nadir olduğunu öyrənmişdir. Qadir Məmmədovun isə kim olduğunu bilmir. Nadir adlı şəxs ona kəllə ilə zərbə vurduqdan sonra ətrafda olan insanlar onları aralaşdırarkən boğazının sol nahiyəsindən kiçik sıyrıq xəsarətləri almışdır. Həmçinin əynində olan ağ rəngli köynək cırılmışdır. Nadirin ona yetirdiyi kəllə zərbəsi nəticəsində isə bədənində hər hansı bir xəsarət izi qalmamışdır. Hadisə zamanı əynində ağ rəngli qısaqol köynək, qara rəngli şalvar, qara rəngli dəri ayaqqabı olmuşdur. İlkin İskəndərli yaralandıqdan sonra ona yardım göstərmək istəyərkən üzərində olan paltarlar qana bulaşmışdır. Hadisə zamanı əynində olmuş ağ rəngli köynəyi, qara rəngli şalvarı və qara rəngli dəri ayaqqabını könüllü olaraq araşdırmaya təqdim etmişdir. Hadisə zamanı tanımadığı 3-4 nəfər şəxs onu yerə yıxaraq yumruq və təpik zərbələri vurmuşdur. Lakin həmin şəxslərin xarici görünüşünü xatırlamır. Həmin şəxsləri tanımır. Sabir İsmayılovun toy mərasiminin kamera vasitəsilə aparılmış videoçəkilişə baxaraq bildirmişdir ki, 1-ci videonun 30-cu dəqiqəsinin 42-ci saniyəsində görünüşdə olan ağ köynəkli şəxs həmin dava-dalaş zamanı orda olmuşdur. Lakin həmin şəxsin ona zərbə vurub-vurmadığını bilmir. Qeyd etdiyi şəxs Nemətlə söhbət etdiyi zaman ona yaxınlaşaraq kobud şəkildə Nemətin atası olduğunu demişdir. O isə ona sakit tərzdə söhbət etdiklərini demişdir. Bundan sonra isə Nadir ona yaxınlaşmışdır. Əvvəlki ifadələrinə əlavə olaraq bildirir ki, Ağdaş rayon polis şöbəsində olarkən Sabir İsmayılov ona videogörüntüdə Təqsirləndirilən şəxs atası Qadir Məmmədova bıçaq verdiyini gördüyünü bildirmişdir. İlkinin Nadiri yumruqla vurub-vurmaması barədə heçnə deyə bilmir. İlkinin Nadiri vurmasını görməmişdir. Təqsirləndirilən şəxs bağışlamadığını, ona qanunla müəyyən edilmiş ciddi cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, zərərçəkmiş ölmüş şəxs X10 təxminən 10 ildir tanıyır, İlkin İskəndərli Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun hər hansı bir şəxslə düşmənçiliyi və ya ədavəti olmamışdır. Birgə tanışları Sabir İsmayılovun 07 sentybar 2024-cü il tarixdə keçiriləcək toy mərasiminə dəvət almışlar. Toy məclisində iştirak etmək üçün 2 gün əvvəl, yəni 06 sentyabr 2024-cü il tarixdə dostları Şahid2, Şahid3, İlkin İskəndərli və Zərərçəkmiş şəxslə birlikdə onun idarə etdiyi “BMW” markalı minik avtomobili ilə istirahət məqsədilə İsmayıllı rayonuna getmişlər. Bir gün İsmayıllı rayonunda qaldıqdan sonra onlar 07 sentyabr 2024cü il tarixdə saat 19 radələrində yuxarıda adlarını qeyd etdiyi dostlarıyla birlikdə Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən “Səma” şadlıq sarayına gəlmişlər. Onlar beşi də eyni masa arxasında əyləşmişlər. Onlardan başqa həmin masada 9 nəfər tanımadıqları şəxslərdə əyləşmişdir. Avtomobil idarə etdiyi üçün spirtli içki qəbul etməmişdir. Dostları isə spirtli içki olan araq qəbul etmişlər. Bir müddət əyləşdikdən sonra şadlıq sarayından çıxıb avtomobilində əyləşib dostlarının gəlməsini gözləmişdir. Avtomobildə olan zaman İlkin, Nihad və Orxan ona yaxınlaşıb onu şadlıq sarayına qayıtmağını, səhnəyə çağırılaraq onlara söz veriləcəyini bildirmişlər. Onlara 10-15 dəqiqəyə gələcəyini bildirmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra saat 21 radələrində şadlıq sarayına daxil olub masanın arxasında əyləşmişdir. Bir neçə dəfə yolları uzun olduğu üçün dostlarına bir qədər tez çıxmaqlarını təklif etmiş, lakin İlkinlə Nihad toy mərasiminin axırına qədər oturmaq istədikərini bildirmişlər. Daha sonra onlar foyeyə çıxıb orada gedib- getməməklərini müzakirə etmişlər. Həmin vaxt İlkin onun qolundan tutmuş və əlində olan ona məxsus mobil telefon yerə düşmüşdür. Bundan sonra hamısı şadlıq sarayının qarşısına çıxıb orada müzakirə etməyə başlamışlar, İlkin sərxoş vəziyyətdə olduğundan o onları başa düşmək istəmirdi. Onlara Bakı şəhərinə 3 saatdan artıq məsafə olduğunu artıq gec olduğunu bildirmişdir. Onlar onun sözlərinə məhəl qoymadıqları üçün yenidən şadlıq sarayına daxil olub masa arxasında əyləşmişlər. Həmin vaxt saat təxminən 22:30 radələri olmuşdur. Onlar səhnəyə çıxıb rəqs etdikdən sonra anidən İlkinin zalın daxilində giriş qapısına yaxın ərazidə göy rəngli köynəkdə olan tanımadığı hündürboylu bir nəfərlə söhbət etdiyini görüb onlara yaxınlaşmışdır. Həmin şəxs İlkinə “ev yiyəsi" olduğunu bildirdikdə, İlkin cavab olaraq həmin şəxs onunda “ev yiyəsi” olduğunu və Sabirlə çox yaxın münasibətlərinin olduğunu bildirmişdir. Həmin vaxt tanımadıqları bir şəxs onlara yaxınlaşıb əlini İlkinlə onun kürəyinə qoyub nəsə olub- olmadığını soruşmuşdur. Həmin vaxt İlkinlə göy köynəkli şəxs ona heç bir problemin olmadığını bildirmişlər. Bundan sonra onların arasında hər hansı bir problemin olmadığını görüb kənara çəkilmişdir. Lakin İlkinlə həmin şəxsin daha sonra hara getdiklərinə fikir verməmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra Nihadin daha sonra isə Orxanın zaldan çıxdığını görüb nəsə problemin olduğunu hiss etmişdir. X36 yaxınlaşıb onları sakitləşdirməsini xahiş etmişdir. Sabirlə foyeyə çıxıb orada dava-dalaş olduğunu, Nihadin yerə yıxıldığını və çoxlu sayda inşaların müdaxilə etdiyini görmüşdür. Bu zaman Sabir İsmayılovun atası Fəxrəddin dayı da oraya gələrək ümumi səslənib hamıdan sakit olmalarını, ona hörmət qoyulmasını tələb etmişdir. Bundan sonra orada olan şəxslər sakitləşmişdir. Bu zaman İlkin İskəndərli şadlıq sarayının əsas giriş qapısından qarşısından onu çağırmışdır. Dərhal ona yaxınlaşıb onun yaralandığını görmüşdür. Onun yanına çatanda o beli üstə yerə uzanmışdır. Onun başını tutub yerə dəyməsinə imkan verməmişdir. İlkindən onu kimin bıçaqladığını soruşsa da o, ona heç bir söz deyə bilməmişdir. İlkin yalnız qolunda olan ağrılardan şikayətlənirmiş. Həmin vaxt dostlarından heç biri orada olmadığından şadlıq sarayına daxil olub Nihada İlkinin vurulduğunu bildirmişdir. Bundan təxminən 5 dəqiqə sonra təcili tibbi yardım briqadası həmin ünvana gələrək İlkini xəstəxanaya təxliyə etmişdir. Hadisə ilə bağlı bildikləri bunlardan ibarətdir. Həmçinin o ifadəsində bildirmişdir ki, hadisə zamanı şadlıq sarayının ikinici mərtbəsində olmuşdur və hadisənin necə baş verdiyini görməmişdir. Onun konkret olaraq hansı alətlə və kim tərəfindən vurulduğunu görməmişdir. X29 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxsləri tanımır. Hadisə zamanı heç bir şəxslə dalaşmamışdır. Bədənində hər hansı bir xəsarət izləri yoxdur. Həmçinin hansısa bir şəxsə xəsarət yetirməmişdir. Hadisə zamanı əynində ağ rəngli qısaqol köynək, qara rəngli cins şalvar olmuşdur. İlkin İskəndərli yaralandıqdan sonra ona yardım göstərmək istəyərkən üzərində olan paltarlar qana bulaşmışdır. Hadisə zamanı əynində olmuş ağ rəngli köynəyi, qara rəngli cins şalvarı könüllü olaraq araşdırmaya təqdim edir. Hadisədən sonra dostu X31 RMX-ya aparıb şadlıq sarayına geri qayıtmışdır. Şadlıq sarayına geri qayıdan zaman hadisə yerində, yəni şadlıq sarayının qarşısında və avtomobil dayanacağında bir neçə nəfər polis əməkdaşının olmasını və orada araşdırma apardıqlarını görmüşdür. Avtomobilini şadlıq sarayının dayanacağında saxlamışdır. Şadlıq sarayının dayanacağa açılan kiçik ölçülü dəmir qapısından dayanacağa keçib avtomobilinə tərəf gedərkən qapıdan təxminən 2-3 metr məsafədə yerdə 2 damcı qan ləkəsi olduğunu görmüşdür. Bundan sonra şadlıq sarayının divarlarına baxdıqda şadlıq sarayının yan divarında olan kondisionerin mühərrikinin yanında videokamera quraşdırıldığını və kameranın içərisində qırmızı işıq yandığını, videokameranın avtomobil dayanacağının dəmir darvazası istiqamətinə olduğunu görmüşdür. Buna görə də hesab edir ki, həmin videokamera işlək vəziyyətdədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X19 qardaşı Orxanın tələbə yoldaşı olmuşdur. X29 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, 07 sentyabr 2024-cü il tarixdə qardaşının dostu Sabirin toy mərasimi üçün qardaşı Orxan, Nihad, Cavidan və İlkin ilə birlikdə Ağdaş rayonunda yerləşən “Səma” şadlıq sarayına getmişlər və eyni masada əyləşmişlər. Toy mərasiminin gedişində İlkin musiqi sifariş etmişdir. Həmin vaxt oynamağa getməmişdir. İlkinin sifarişinə görə musiqiçilər digər, tanımadığı şəxsin musiqi sifarişini yarımçıq saxladılar və bu səbəbdən həmin şəxslə İlkin arasında yüngül mübahisə olmuşdur. Bu barədə isə ona İlkin oynayıb masaya qayıtdıqdan sonra özü demişdir. Təxminən saat 23 radələrində onlar toydan çıxmaq üçün masadan durub toy zalının giriş qapısının qarşısındakı dəhlizə çıxmışlar. Orada onlar İlkinin mübahisə etdiyi şəxslə rastlaşmışlar. Nihad həmin şəxsə yaxınlaşaraq qonaq gəldiklərini, mübahisələri yaddan çıxartmaqlarını, xoş ayrılmaqlarını demişdir. Həmin şəxs də onlarla mülayi danışmışdır. Bu vaxt sonradan adının Nadir olduğunu bildiyi şəxs Nihada yaxınlaşaraq Nihadla kobud formada danışmağa başlamışdır. X47 dəqiq nə dediyini eşidə bilməmişdir. Qardaşı Orxan həmin vaxt Nadirlə Nihada yaxınlaşaraq Nadiri sakitləşdirməyə çalışmışdır. Bu vaxt qəfildən Nadir Nihada başı ilə zərbə vurmuşdur. Həmin vaxt İlkin də Nadirə yaxınlaşaraq Nadirə yumruq zərbəsi vurmuşdur. Bundan sonra çaxnaşma düşmüş və çox sayda şəxslər onların üzərinə hücum edərək onları döyməyə başlamışlar. Həmin an o dostlarını aralaşdırmaq istəyərkən arxadan kimsə onu tutub üzü yuxarı vəziyyətdə yerə yıxmışdır. Yıxılan vaxt isə onun başı yerə dəymişdir və baş nahiyəsindən xəsarət almışdır. Həmin vaxt bir nəfər şəxs onu tutaraq təxminən 1 metrə yaxın məsafəyə sürümüş və üstünə yıxılaraq əli ilə boynundan tutub sıxmağa başlamışdır. Bir neçə saniyə sonra isə tanımadığı şəxslər onu həmin şəxsin əlindən alaraq şadlıq sarayının girişindəki dəhlizə aparmışlar. Orada onu aralamaq məqsədilə tutub saxlamışlar. Qısa müddət sonra İlkinin dəhlizə daxil olduğunu, İlkindən qan axdığını görmüşdür. İlkin sonra şadlıq sarayının qarşısına çıxaraq pilləkənlərdə oturmuşdur. Dərhal onun yanına gedib qolunun sındığını görmüşdür və İlkinin köynəyini çıxararaq İlkinin qolunu sarımış, lakin köynəyi düyünləməmiş, sadəcə burub saxlamışdır. Daha sonra İlkinin ayağından da qan axdığını görmüş və öz əynindəki köynəyi çıxararaq cəld İlkinin ayağını sarımışdır. Daha sonra qardaşı, Cavidan və Nihad da onların yanına gəlmişlər. Əvvəlcə İlkini taksi avtomobilinə əyləşdirib xəstəxanaya aparmaq istəmişlər. Lakin həmin vaxt təcili tibbi yardım avtomobilinin gəldiyini eşitdiklərinə görə İlkini taksi avtomobilindən düşürüb təcili tibbi yardım avtomobilinə əyləşdirmişlər. Həmçinin o ifadəsində bildirmişdir ki, şadlıq sarayının dəhlizində onu yerə yıxan, həmçinin boynunu əli ilə sıxan şəxsin nə sifətini, nə də paltarlarını görməmişdir. Həmin şəxsi görsə belə tanıya bilməyəcəkdir. İlkinin köynəyini qoluna bağlamış, lakin köynəyi düyünləməmişdir. İlkini təcili tibbi yardım avtomobilinə əyləşdirərkən köynəyin qolunda olub- olmamasına fikir verməmişdir. Ola bilər ki, köynək taksi avtomobilində və ya başqa yerdə düşmüşdür, İlkin İskəndərlinin toy mərasimində mübahisə etdiyi şəxsin orta köklükdə olduğunu xatırlayır, həmin şəxsin digər əlamətlərini xatırlamır. Amma həmin şəxsin fotoşəklini görsə ola bilər ki, tanıyacaqdır. Hadisə vaxtı əynində olan ağ rəngli köynəyi İlkinin ayağına bağlamışdır. Hadisə vaxtı əynində olan paltarlar hazırda əynində olan ağ rəngli mayka və qara rəngli şalvardır. Əynində olan paltarları könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, X29 onun bibisi oğlu, Təqsirləndirilən şəxs isə bibisi nəvəsidir, X10 isə əvvəllər tanımamışdır və onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 07 sentyabr 2024-cü il tarixdə bibisi oğlunun toy mərasimi üçün Ağdaş rayonunda yerləşən “Səma” şadlıq sarayına gəlmişdir. Toy məclisində Qadir Məmmədov, qardaşı Şahid9 və digər şəxslərlə eyni masada əyləşmişlər. Toy məclisində spirtli içki qəbul etmişdir və sərxoş olmuşdur. Toy mərasimində olarkən təxminən saat 23 radələrində masada əyləşən zaman qardaşı Nurəddinin musiqiçilərə “niyə musiqini saxladız?” sözlərini dediyini eşitmişdir. Həmin vaxt X22 “mən saxlatmışam musiqini, yaxşı eləmişəm” sözlərini demişdir. Həmin vaxt bacısı oğlu Nemət “kimdi mənim dayımın üstünə qışqıran?” sözlərini demiş və o, bundan sonra Nurəddinlə Nemətin yanına gedərək onları oturduğu masaya gətirmişdir və yanında əyləşdirmişdir. Qısa müddət sonra Nurəddin və Nemətin masada olmadığını görmüşdür. Lakin onların nə zaman masadan əyləşdiklərinə fikir verməmişdir. Həmin vaxt toyda olan qonaqların kütləvi şəkildə toy zalından çıxdıqlarını görmüşdür. Özü də masadan qalxıb toy zalının qarşısındakı dəhlizə çıxmışdır. Dəhlizə çıxanda artıq oradakı dava-dalaş sonlanmışdır. Bu səbəbdən də kimin- kiminlə dalaşdığını bilməmişdir.O, dəhlizə çıxanda Şahid13 davanı sakitləşdirmişdi və hamı dayanmışdı. Daha sonra onlar hamı ilə birlikdə şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən dəhlizə getmişlər. Dəhlizdə olan zaman anası onun yanına gələrək Nurəddin və Neməti tapmağını demişdir. Daha sonra anasıyla birlikdə şadlıq sarayının qarşısına çıxmış və Nurəddinin şadlıq sarayının qarşısında olan avtomobilə söykənib dayandığını görmüş və Nurəddinin yanına getmişlər. Həmin vaxt şadlıq sarayının həyətində, sol yan divarın yanında bir neçə şəxsin dalaşdıqlarını görmüş və onlara yaxınlaşmışdır. Onlara yaxınlaşanda X28 Məmmədova nalayiq söyüşlər söydüyünü eşitmişdir. İlkin İskəndərli nalayiq söyüşlər söydükdən sonra Qadir Məmmədov əsəbləşərək onun üstünə getmişdir, İlkin İskəndərli şadlıq sarayının avtomobil dayanacağının dəmir qapısına tərəf qaçmış və Qadir də onun arxasınca qaçıb dəmir qapının yanında İlkinə çatmışdır. Qadir İlkinə çatan vaxt İlkin Qadirə burun nahiyəsindən yumruq zərbəsi vurmuş və Qadir dizlərinin üstünə çökmüşdür. Həmin vaxt da İlkin yenə də nalayiq söyüşlər söyməyə davam etmişdir. Qadir 1-2 saniyə içində ayağa qalxıb İlkinə yumruq zərbəsi vurmuşdur. Yumruq zərbəsindən sonra İlkin yerə yıxılmışdır, İlkin yerə yıxıldıqdan sonra Qadir İlkinə təpik və bir neçə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Nurəddin və digər şəxslər ora gəlmişlər. Nurəddin Qadiri kənara çəkmişdir, İlkini isə tanımadığı şəxs yerdən qaldırmışdır. Həmin vaxt İlkinin paltarlarında qan ləkələrinin olduğunu görmüşdür. İlkin daha sonra yeriyərək şadlıq sarayına girmiş, sonra çölə çıxaraq pilləkəndə oturmuşdur. Qısa müddət sonra isə pilləkənə uzanmışdır. Bundan sonra təcili tibbi yardım avtomobili gələrək İlkini xəstəxanaya aparmışdır. Özü isə Nurəddin, Nemət və anasını götürüb evə getmişdir. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı sərxoş olmuşdur. Qadirin əlində hər hansı kəsici alət görməmişdir. X43 yumruq zərbələri vurduğunu görmüşdür. Qadir İlkinə yumruq zərbələri vuranda İlkin nalayiq söyüşlər söyürmüş. Bir daha qeyd edir ki, həmin vaxt sərxoş olmuşdur. Bu səbəbdən Qadir İlkinə yumruq zərbələri vurarkən İlkindən ətrafa qan sıçrayıbsıçramadığına fikir verməmişdir, İlkin ayağa qalxandan sonra onun paltarlarında qan izləri olduğunu görmüşdür. Qadir İlkinə zərbələr vuran anda ətrafda kimlərin olmasına fikir verməmişdir. Sonradan ora Nurəddin gəlmiş, bir nəfər tanımadığı şəxs də İlkini ayağa qaldırmışdır. Şahid4 tanımır və onunla heç bir qohumluq əlaqəsi yoxdur. Şahid9 ona Hafis Əliyevlə danışmağı barədə demişdir. Şahid9 Hafis Əliyevə Qadirin bibisi oğlu olduğunu demiş, X32 Taleh barədə soruşanda Nurəddin ona Taleh adlı qohumlarının olmadığını demişdir. Qadirin birinci zərbəni İlkinin qarın nahiyəsinə vurduğunu görmüşdür. Qadirin 1ci zərbəsindən sonra İlkin yerə yıxılmışdır. İlkin yerə yıxıldıqdan sonra Qadir İlkinə bir neçə zərbə vurmuşdur. Lakin Qadirin həmin zərbələri İlkinin hansı nahiyələrinə vurduğunu görməmişdir. Bir daha qeyd edir ki, yalnız Qadirin birinci zərbəni İlkinə qarın nahiyəsindən vurduğunu görmüşdür. Qadirin digər zərbələri İlkinin hansı nahiyələrinə vurduğunu görməmişdir. Çünki İlkin 1-ci zərbədən sonra yerə yıxılmış, həmçinin özü sərxoş olmuşdur. Bu səbəbdən İlkin yerə yıxıldıqdan sonra Qadirin İlkinə neçə zərbə vurduğunu dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs onların yanında olmamışdır, İlkinin arxasınca getdiyinə görə Qadirin hara getdiyini bilməmişdir. Bir daha qeyd edir ki, dəhlizə çıxanda artıq ordakı dava- dalaş sonlanmışdı. Bu səbəbdən də kimin-kiminlə dalaşdığını bilməmişdir. Dəhlizə çıxanda Şahid13 davanı sakitləşdirmişdi və hamı dayanmışdı. Qadirin İlkinə 1-ci zərbəni vurmasından sonuncu zərbəsini vurmasına qədər qısa müddət, təxminən 7-8 saniyə vaxt keçmişdir. Qadir birinci zərbəni vuran kimi İlkin yıxılmışdır. İlkin yerə yıxılmasından sonra 4-5 saniyə ərzində Qadir İlkinə ardıcıl bir neçə dəfə vurmuşdur. Məhkəmə iclasında Şahid11 ifadəsində bildirmişdir ki, X29 onun anasının bibisi oğludur. Hadisə ilə bağlı bildirmək istəyir ki, 07 sentyabr 2024-cü il tarixdə valideynləriylə birlikdə anasının bibisi qızının oğlu Sabirin toy mərasimi üçün Ağdaş rayonunda yerləşən “Səma” şadlıq sarayına getmişdir. Toy mərasimində Nadir, Əbdürəhman, Heydər, Muxtar, Məmmədəli ilə bir masada əyləşmişdir. Toy mərasimində olarkən təxminən saat 22:30 radələrində Sabirin Bakı şəhərində gəlmiş dostları ard-arda musiqilər sifariş verərək oynamağa başlamışlar. Onlar bir neçə mahnıya oynadıqdan sonra dayısı Nurəddin onlara yaxınlaşaraq özünün də oynamaq istədiyini, sifarişlərini saxlamalarını demişdir. Həmin vaxt zərərçəkmiş, sonradan adının İlkin olduğunu bildiyi şəxs dayısına “pulu ilə deyil?" sözlərini demişdir. Özü də İlkinə uzaqdan “bu nə xoddu danışırsan?” sözlərini demişdir. Bundan sonra ara yumşalmış və bəyin dostları kənara çəkilmişlər. Bir neçə dəqiqə sonra toy zalının qarşısında olan dəhlizə çıxmışdır və dayısının yanına getmişdir. Dayısından nə olduğunu soruşanda ona “heçnə gəldi üzr istədi” sözlərini demişdir. Həmin vaxt bəyin dostlarından bir nəfər şəxs ona yaxınlaşaraq onunla söhbət etməyə başlamışdır. Lakin özü sərxoş olduğuna görə həmin şəxsin ona dəqiq nə dediyini xatırlamır. Lakin aralarında hər hansı mübahisə olmamışdır. Ani anda dəhlizin qarşısındakı pilləkənlərdə olduğunu görmüşdür. Bildirir ki, sərxoş olduğuna görə hadisələri hissə-hissə xatırlayır. Onu daha sonra xatırlamadığı şəxs toy zalına aparmışdır. Toy zalında xatırlamadığı bir nəfər şəxsdən atasının harda olduğunu soruşmuşdur. Həmin şəxs isə ona atasının çöldə olduğunu demişdir. O aşağı düşəndə isə xatırlamadığı şəxs onu şadlıq sarayının yanında olan kafeyə aparmışdır. Qısa müddət kafedə olduqdan sonra yenidən şadlıq sarayına qayıtmışdır. Şadlıq sarayının qarşısında İlkin İskəndərovun girişdəki pilləkənlərdə uzandığını, ondan qan axdığını görmüşdür. Həmçinin o ifadəsində bildirmişdir ki, İlkin İskəndərliyə kim tərəfindən bıçaqla xəsarət yetirildiyini görməmişdir. Şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən dəhlizdə baş vermiş dava-dalaşla bağlı bəzi halları xatırlamışdır. Belə ki, o, toy zalının qarşısında olan dəhlizə çıxıb dayısının yanına gedib divanda oturduqdan qısa müddət sonra bir nəfər ağ köynək geyinmiş şəxs ona yaxınlaşıb onun yaxasından tutaraq “gəl çölə çıxaq sənlə söhbət edəcəm” sözlərini demişdir. Həmin vaxt onun atası da yanında olmuşdur. Atası həmin ağ köynək geyinmiş şəxsə “mən atasıyam, sən nə söhbət edəssən” sözlərini demişdir. Bundan sonra ağ köynək geyinmiş şəxslə birlikdə şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən fəvvarənin qarşısına gəlmişlər. O, fəvvarə ilə üzbəüz, ağ köynək geyinmiş şəxs isə onla üzbəüz dayanmışlar. Həmin ağ köynək geyinmiş şəxs ona kobud şəkildə qonaq olduqlarını demişdir. O isə həmin şəxsə əli ilə jestlər edərək “qonaqsan lap yaxşı, başımızın üstündə yerin var, amma bu da bizim əzizimizin toyudu” sözlərini demişdir. Bu vaxt ağ köynək geyinmiş şəxs onun əlinin üstündən vuraraq “əlini aşağı sal” sözlərini demişdir. Bundan sonra atası onun qolundan tutub getmələrini, baş qoşmamağını demiş və toy zalına tərəf çevrilərək getməyə başlamışdır. Lakin həmin anda üzlərini görmədiyi şəxslər onu arxadan çəkmiş və o, şadlıq sarayının 2-ci mərtəbəsinə qalxan pilləkənlərə yıxılmışdır. O, pilləkənin kənarında olan məhəccərin sütun hissəsindən tutub ayağa qalxmağa çalışanda bir nəfər qara köynək geyinmiş şəxsin onu arxadan tutub çəkərək yıxmağa çalışdığını, bir nəfər göy köynək geyinmiş, sarı saçlı şəxsin isə onu vurmaq üçün üstünə gəldiyini görmüşdür. Bir nəfər üzünü görmədiyi şəxs isə onun ayağından tutub çəkmiş və onu yıxmağa çalışırmışlar. O, həmin vaxt sərxoş olduğuna görə hadisələri tam dəqiqliklə deyil, hissə-hissə xatırlayır. O, bu səbəbdən həmin şəxslərin ondan necə aralaşdığını, kiminsə onu vurub-vurmadığını, özünün kimisə vurub-vurmadığını xatırlamır. Onu tutan şəxslər ondan aralaşandan sonra o, pilləkənlərlə yuxarı qalxmış və bir nəfər xatırlamadığı şəxs onu çəkib toy zalının girişindəki dəhlizə aparmışdır. O, orda siqaret çəkmiş və bir müddət sonra sakitləşib şadlıq sarayının qarşısına çıxmışdır. O, çölə çıxanda artıq şadlıq sarayının 1-ci mərtəbəsindəki dəhlizdə qan olmuşdur. O, qapıdan çölə çıxanda İlkin İskəndərlinin şadlıq sarayının girişində olan pilləkənlərdə uzandığını, başının üstündə çox sayda şəxslər olduğunu görmüşdür. Həmin vaxt dayısı Nurəddin və tanımadığı bir nəfər şəxs onu şadlıq sarayının yanında olan kafeyə aparmışdır. O, qısa müddət kafedə olduqdan sonra oradan evə getmişdir. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fəvvarənin qarşısında onunla söhbət edən şəxsi vurduğunu görməmişdir. O, hadisə vaxtı sərxoş olmuş və hadisəni hissə-hissə xatırlayır. Onun xatırladığı odur ki, Nihad onun əlindən vurduqdan sonra atası onun qolundan tutub getmələrini, baş qoşmamağını demiş və toy zalına tərəf çevrilərək getməyə başlamışdır. Lakin həmin anda üzlərini görmədiyi şəxslər onu arxadan çəkmiş və o, şadlıq sarayının 2ci mərtəbəsinə qalxan pilləkənlərə yıxılmışdır. O, hadisə zamanı xəsarət almamışdır. Yalnız yerə yıxılanda sol əlini özünə dayaq etdiyinə görə sol əlinin biləyi ağrımışdır. Onun şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən dəhlizdə baş vermiş dava-dalaşda başqa hansı şəxslərin iştirak etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid13 bildirmişdir ki, ifadəsində X29 onun qohumudur. Belə ki, Qadir Məmmədov arvadının xalası oğludur, X10 isə əvvəllər tanımamışdır. X7 dostu olmuşdur. 07 sentyabr 2024-cü il tarixdə Ağdaş şəhərində yerləşən “Səma” şadlı sarayında oğlu Sabirin toy mərasimi keçirilmişdir. Toy mərasiminin gedişində, təxminən saat 22:40 radələrində tort kəsildi və bundan sonra bəy və gəlin əyləşən masanın yaxınlığında əyləşmiş gəlinin qohumlarının əyləşdiyi masaya gedərək onların yanında əyləşmişdir. Təxminən 10 dəqiqə sonra xatırlamadığı şəxs yüksək səslə çöldə dava-dalaş olduğunu demişdir. O da buna görə dərhal toy zalının qarşısındakı dəhlizə getmişdir. O, dəhlizə çıxanda orada təxminən 30 nəfər şəxsin olduğunu görmüşdür. Həmin vaxt orada çox şəxs və qarışıqlıq olduğuna görə kimin-kiminlə dalaşdığını, mübahisənin kimlər arasında olduğunu dəqiq anlaya bilməmişdir. Dava-dalaşı sonlandırmaq üçün yüksək səslə qışqıraraq mübahisəni sonlandırmalarını demiş, orada olan şəxslər də onun səsini eşidib mübahisəni sonlandırmışlar və hərkəs dayanmışdır. Daha sonra həmin yerdə baş verənləri dəqiq xatırlamır. Bir şeyi xatırlayır ki, o qışqırdıqdan sonra orada olan şəxslər aralaşıb getmişlər. Bir neçə dəqiqə sonra isə ona şadlıq sarayının qarşısında İlkin İskəndərlinin bıçaqlandığını demişlər. Özü də buna görə dərhal şadlıq sarayının qarşısına düşmüşdür və İlkin İskəndərlinin şadlıq sarayına giriş qapısının qarşısındakı pilləkəndə uzandığını, bədəninin müxtəlif nahiyələrində bıçaq yaraları olduğunu və paltarlarında və yerdə qan izlərinin olduğunu görmüşdür. Orada toplaşmış şəxslərə İlkin İskəndərlini xəstəxanaya aparmaqlarını demişdir. Bundan sonra orada toplaşmış şəxslər İlkini avtomobilə əyləşdirmişlər, lakin həmin vaxt təcili tibbi yardım avtomobili gəldiyinə görə İlkini avtomobildən düşürərək təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Həmçinin o izahatında bildirmişdir ki, o, dəhlizə çıxanda orada təxminən 30 nəfər şəxs olmuşdur və qarışıqlıq olduğuna görə mübahisənin kimlər arasında olduğunu dəqiq anlaya bilməmişdir. Lakin sonradan mübahisənin başlanmasına Təqsirləndirilən şəxs səbəb olduğunu, Nadirin orada olan şəxslərdən birinə baş nahiyəsi ilə zərbə endirdiyini, bundan sonra mübahisənin başladığını eşitmişdir. Həmin vaxt orada oğlu Orxanın və qardaşı oğlu Elçinin olduğunu görmüşdür. Orada qarışıqlıq olduğuna görə başqa kimin orada olmasını xatırlaya bilmir. Məhkəmə iclasında Şahid6 ifadəsində bildirmişdir ki, 07 sentyabr 2024-cü il tarixdə qonşusu Sabirin toy mərasimi üçün Ağdaş rayonunda yerləşən “Səma” şadlıq sarayına gəlmişdir. Toy mərasimində Sabirin qohumları Qadir və oğlu Nadirlə bir stolda əyləşmişlər. Toy mərasimində olarkən bəyin dostları olduğunu bildiyi bir neçə şəxs ard-arda musiqi sifariş verərək oynamağa başlamışlar. Həmin vaxt həmin şəxslərin musiqiçilərlə mübahisə etdiklərinin şahidi olmuşdur. Lakin sonradan mübahisə davam etməmişdir və həmin şəxslər yenidən oynamağa başlamışlar. Bir müddət sonra həmin şəxslərlə bəyin qohumları arasında mübahisə başlamışdır və Qadirlə Nadir onların yanına getmişlər. Toy zalından çıxan kimi şadlıq sarayının pilləkənlərində bəyin qohumları ilə dostları arasında dava-dalaş başlamışdır. Lakin o və orda toplaşmış digər şəxslər dava-dalaşı sonlandırmışlar. Lakin bəyin dostları, həmçinin Nadir, Qadir və digər qohumlar şadlıq sarayının qarşısına çıxmışlar. O şadlıq sarayının qarşısına onlardan bir qədər gec çıxmışdır. Çölə çıxanda Nadirin göz nahiyəsinin şişdiyini, həmin nahiyədən qan axdığını, bir neçə şəxsin Nadiri tutub sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Özü də Nadiri arxasından tutub yolun kənarına tərəf çəkmişdir və arxadan onu qucaqlayaraq dava etməsinə mane olmağa çalışmışdır. Həmin ərəfədə arxaya çevrilib baxanda şadlıq sarayının arxa həyətinə yəni, avtomobil dayanacağına açılan dəmir qapının qarşısında sonradan adının İlkin olduğunu bildiyi şəxsin yerdə uzandığını, orda olan şəxslərin Qadiri tutub aralaşdırdıqlarını görmüşdür. Daha sonra Nadiri taksi avtomobilinə əyləşdirib yaşadığı küçəyə aparmışdır. Daha sonra Nadir küçədə taksidən düşmüşdür. Nadir orda dəfələrlə şadlıq sarayına qayıtmaq istədiyini, İlkinin onu vurduğunu demişdir. Özü isə sakitləşdirməyə çalışmışdır. Sonradan yanlarına Nadirin qohumları gəlmişlər və Nadiri getməyinə mane olmağa çalışmışlar. Həmin vaxt küçəyə polis əməkdaşları gəlmişlər və onları xidməti avtomobilə əyləşdirmişlər. Şadlıq sarayında bıçaqlanma hadisəsi olduğunu da polis əməkdaşlarından öyrənmişdir. Həmçinin o ifadəsində bildirmişdir ki, İlkini kimin bıçaqla vurduğunu, ümumiyyətlə İlkinin bıçaqlanma anını görməmişdir, İlkinin bıçaqlandığını sonradan öyrənmişdir. Hadisə zamanı Qadir Məmmədovun əlində bıçaq və ya digər kəsici-deşici alət görməmişdir. İlkin əvvəlcə Nadirlə mübahisə etmiş və Nadiri yumruqla vurmuşdur. Nadiri aralaşdırdığı zaman isə İlkinin kiminlə mübahisə etdiyini görməmişdir. Lakin bəyin qohumları Qadiri aralaşdırırmışlar. Məhkəmə iclasında Şahid8 ifadəsində bildirmişdir ki, özünə məxsus Ağdaş şəhəri H.Əliyev prospekti 103 ünvanında yerləşən “Səma” adlı şadlıq sarayı vardır. Həmin şadlıq sarayını özü işlədir. Hadisə baş verən günü şadlıq sarayının ümumilikdə 32 ədəd müşahidə kamerası olmuşdur. Həmin 32 ədəd müşahidəkamerasının 26 ədədi yararsız vəziyyətdə olmuşdur. Belə ki, hadisə günündən təxminən 4-5 ay əvvəl 26 ədəd kamera, sistemdə yaranmış nasazlıq səbəbindən yararsız vəziyyətədə düşmüşdür. Hadisə günü isə 6 ədəd kamera işlək vəziyyətdə olmuşdur. Lakin hadisə baş verdən yeri əhatə edən kamera 2 ədəd olmuşdur. Yerdə qalan 4 ədəd müşahidə kamerası hadisənin baş verdiyi əraziyə aidiyyatı olmayan yerləri, yəni şadlıq sarayının arxa hissəsini, şadlıq sarayının soyuducusunu müşahidə edirdi. X20 və onun oğlu Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır. Yəni çox yaxından tanımır. Sadəcə olaraq Qadirin anası X37 X18 direktoru vəzifəsində işləyib. Qadiri də Tənzilə müəllimənin oğlu kimi tanımışdır. Qətlə yetirilən şəxs X11 isə tanımamışdır. 07 sentyabr 2024-cü il tarixdə 18:00-da şadlıq sarayında toy mərasimi başlamışdır. O özü də toy mərasimləri olduqda əsasən şadlıq sarayında və ya şadlıq sarayının yanında yerləşən “Səma" çay evində olur. Həmin günü də artıq hava qaraldıqdan sonra təxminən saat 21 radələrində qeyd etdiyi həmin çay evində olarkən şadlıq sarayının içərisindən səs-küy gəlməsini eşitmişdir. Buna görə də, şadlıq sarayının içərisinə daxil olmuşdur. Şadlıq sarayının içərisinə daxil olduqda şadlıq sarayının pilləkənlərindən yuxarıda yerləşən şəlalənin qarşısında xeyli camaatın olmasını və biribirilərinə qarşı nalayiq ifadələr söyləməklərini eşitmişdir. Buna görə pilləkənlərlə yuxarı qalxmışdır. Pilləkənlərlə yuxarı qalxdıqda isə X26 Məmmədlini israrla pilləkənlərdən aşağı endirirmiş. Sonra camaatın sakitləşməsini görüb pilləkənlərdən aşağı düşmüşdür. Lakin həmin vaxt orada olan camaatın kimlər olmasını, onların nə üçün mübahisə etdiklərini bilməmişdir. Sonra pilləkənlərlə aşağı düşdükdə bir nəfər şəxsin, sonradan adının İlkin İskəndərli olduğunu bildiyi şəxs bədənindən qan axa-axa şadlıq sarayının içərisinə daxil olmuş və orada olan şəxslər də onun bədənindən qan axdığını görərək onu çölə çağırmışlar. Ona görə o özü də tez şəkildə çölə çıxmışdır. Çölə çıxdıqda həmin şəxsin bıçaqlanmasını öyrənmişdir və buna görə təcili olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “103” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək olduğu yerə təcili olaraq təcili tibbi yardım avtomobilinin göndərilməsini bildirmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra da həmin yerə təcili tibbi yardım avtomobili gəlmişdir. Lakin şadlıq sarayının qarşısında avtomobillər olduğu üçün tibbi yardım avtomobili şadlıq sarayının qarşısına daxil ola bilməmişdir. Ona görə də orada olan şəxslərdən 4 nəfər şəxs İlkin İskəndərlini təcili tibbi yardım avtomobilinə aparmışlar. Təcili tibbi yardım avtomobili də X31 RMX-ya apararaq təxliyyə etmişdir. Bundan sonra da həmin yerə polis əməkdaşları və rayon prokurorluğunun əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirməyə başlamışlar. Ona da şadlıq sarayının müşahidə kameralarının videogörüntülərinə baxış keçirməli olduqlarını bildirmişlər. O da həmin vaxt onlara hadisə baş verən günün videogörüntülərini istintaqa təqdim etmişdir. Həmin vaxt 2 ədəd müşahidə kamerası, yəni şadlıq sarayının qarşısını və şadlıq sarayının foye hissəsini müşahidə edən kameraların videogörüntülərini onlara təqdim etmişdir. “Səma” şadlıq sarayında quraşdırılmış müşahidə kameraları tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış video görüntülərin vaxtı ilə real vaxt rejimi arasında 17 saat 20 dəqiqə fərq olmuşdur. Belə ki, istintaqa təqdim etdiyi videogörüntü real vaxt rejimi ilə xx.xx.2024-cü il tarixdə saat 23:00:00-dan başlayır. Məhkəmə iclasında Şahid10 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Səma şadlıq sarayında atasının xalası qızı Həmilənin oğlu Sabirin toy mərasimi olmuşdur. Özü də ailəsiylə birlikdə həmin toyda iştirak etmişdir. Toyun sonlarına doğru övladını gətirmək üçün evə getmişdir. Evdən qayıdanda sarayın giriş pilləkənlərindən yuxarıda bir qrup toy iştirakçılarının yığışdığını görmüşdür. Başa düşmüşdür ki, burada nə isə mübahisə dava dalaş olub. Övladını toy zalının içərisinə keçirmişdir və yoldaşına verib özü geri qayıtmışdır. Həmin vaxt dava-dalaş qurtarmışdır. Orada olanların bəziləri sarayın toy zalına bəziləri isə çölə çıxmışdır. Həmin vaxt atasının xalası oğlu Qadir oğlu Nadiri qarşısına salıb evə aparırmış. Həmin vaxt tanımadığı, ağ rəngli qısaqol köynək geyinmiş şəxsin söyüş söydüyünü görüb onu qucaqlayaraq şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən dəhlizə aparmışdır və onu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt yanlarına Şahid13 gəlmişdir və həmin ağ köynək geyinmiş şəxsi sakitləşdirməyə başlamışdır. Özü isə şadlıq sarayının qarşısına çıxmışdır. O çölə çıxanda Qadir və Nadirin avtomobil dayanacağına girdiklərini görmüş və dayanacağa tərəf getmişdir. Həmin vaxt sonradan adının İlkin olduğunu bildiyi şəxsin yanındakı şəxslərin onu saxlamağa çalışmasına baxmayaraq dartınıb əllərindən çıxaraq avtomobil dayanacağı tərəfə getmək istədiyini görüb ona yaxınlaşmışdır və onu sakitləşdirməyə çalışmışdır. Lakin İlkin əsəbi halda, söyüş söyə-söyə dayanacağa tərəf getmişdir və onlar onu saxlaya bilməmişlər. İlkin qaçaraq dayanacağa getmiş və özü də İlkinin arxasınca dayanacağa girmişdir. İlkin dayanacağa girən vaxt Qadirlə Nadir dayanacağın qapısından 5-6 metr məsafədə olmuşlar. İlkin qaçaraq Qadirlə Nadirə çatan kimi Qadiri arxadan yumruqla sifətindən vurmuşdur. Daha sonra Nadir arxaya dönmüşdür. İlkin bir dəfə də Nadiri sifətindən vurmuşdur. Bu zaman Nadir İlkinlə tutaşmaq istəmişdir. Qadir isə onu saxlamaq istəmişdir. Lakin Qadir birinci zərbədən onsuz da səndələmişdi. Həmin vaxt İlkin Qadirə bir dəfə də təpiklə sağ ayağından vurmuşdur. Buna görə də lap səndələyərək yıxılmış və Nadiri saxlaya bilməmişdir. Həmin hadisə bir anın içərisində baş vermişdir. Həmin vaxt İlkini qucaqlayaraq sarayın qarşısına doğru aparmaq istəmişdir. Yəni, onu aralamaq istəmişdir. Lakin İlkin dalaşmaq üçün çırpınırmış. O İlkini sarayın qarşısına doğru aparmışdır. Nadirdə onların arxasıyca gəlmiş və sarayın qarşısında İlkinlə Nadir yenidən tutaşmışlar. Həmin vaxt İlkin yumruqla Nadirin sifətindən vurmuş və Nadirin gözünün altı partlamış və şişmişdir, eyni zamanda qan fışqırmışdır. Həmin vaxt Qadir də onlara çatmışdır. Qeyd edir ki, Qadir sarayın dayancağında İlkin onu vurduqdan sonra səndələyib yıxıldığı üçün 3-4 saniyə gec gəlib çatmışdır. Qadirin də köməkliyi ilə İlkini aralamışlar və həmin vaxt İlkin ana, bacı və digər söyüşlər söymüşdür. Qadir isə ona “söyüş söymə Nadirin atasıyam qoy aparım”. Deyə bildirmişdir. İlkin isə Nadiri onu öldürəcəyi ilə hədələyirmiş. X48 araladıqdan sonra İlkin söyüş söyə-söyə Nadiri hədələyərək sarayın dayanacağı tərəfə getmişdir. Qadir də ona “söyüş söymə" deyə deyə onun arxası ilə getmişdir. Həmin vaxt Qadir ona “Nadiri apar” deyə bildirmişdir. O özü isə orda olan kiməsə Nadiri aparmasını bildirmişdir. Özü isə Qadirin arxası ilə getmişdir. Qadirlə İlkinə çatanda İlkin Qadirə sifətindən yumruq vurmuşdur. Qadir də ona yumruq atmışdır. Sonra ani olaraq onların tutaşdığını görmüşdür. Qadiri arxasından tutaraq onu geri çəkmişdir. Həmin vaxt İlkin yerdə uzanıqlı vəziyyətdə olmuş və paltarlarında qan olmuşdur. Həmin vaxt başa düşmüşdür ki, Qadir İlkini nə isə kəsici alətlə vurub. Daha sonra Qadir getmişdir. Həmin vaxt İlkin sarayın içərisinə doğru gəlmişdir. Onun ayaq hissəsindən qan axırmış. Bundan əlavə olaraq o ona verilən suallara cavab olaraq bildirmişdir ki, Qadirin və X33 və ya digər şəxslərlə dalaşdığını görməmişdir. Yuxarıda göstərdiyi kimi Qadir və Nadir sarayın dayanacağına gedən zaman İlkin İskəndərli onların arxasıyca gəlmiş orada Qadiri yumruqla, daha sonra Nadiri yumruqla və daha sonra Qadiri təpiklə vurmuşdur. Həmin vaxt Qadir yıxıldığından Nadiri saxlaya bilməmişdir. İlkini sarayın qarşısına doğru itələmişdir. Nadir də onların arxasıyca gəlmişdir. X53 gözündən vuraraq xəsarət yetirmişdir. X35rşı nalayiq söyüşlər söyürmüş və onu öldürəcəyi ilə hədələyirmiş. Həmin vaxt Qadir İlkinə söyüş söymə deyə bildirmiş və onlar bir neçə addım sarayın divarına doğru getmişlər. O özü də onların arxası ilə getmişdir. X55 yumruq atmışdır. Yumruq onun sifətindən dəymişdir. Qadir də İlkinə yumruq atmış və onlar tutaşmışlar. Həmin vaxt Qadiri arxasından tutaraq geriyə doğru çəkmişdir. Daha sonra İlkindən qan axdığını gördükdə Qadirin onu kəsici alətlə vurduğunu başa düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs sarayın piyada yolu istiqamətində olmuşdur. Qadir getdikdən sonra tanışı Heydərlə birlikdə Nadiri taksiyə qoyub yola salmışlar. İlkin Nadiri şadlıq sarayının avtomobil dayanacağının dəmir qapısının qarşısında yumruqla vurmuş və Nadirin sol gözü şişərək həmin yerdən qan fışqırmağa başlamışdır. Bildirir ki, Qadirin əlində bıçaq görməmişdir. Qadirin İlkinə bir yumruq vurduğunu görmüşdür. Qadirin yumruğu İlkinin hansı nahiyəsindən vurduğunu da görməmişdir. Həmin yumruqdan sonra İlkin yerə yıxılmışdır. Qadiri aralamaq üçün yanına gedib Qadiri kənara çəkəndə İlkin yerdə uzanmışdır və İlkin paltarlarında qan olmuşdur. Qadirin İlkinə bıçaqla zərbə vurduğunu həmin an bilmişdir. Qadir Məmmədovun boynundan asılan əl çantasından kəsici aləti çıxarması anını görməmişdir. Ümumiyyətlə Qadirin əlində kəsici alət görməmişdir. X41 İskəndərliyə yumruq zərbəsi yəni, bıçaq zərbəsi vurarkən Təqsirləndirilən şəxs həmin vaxt aralaşdırılaraq əks tərəfə aparılmışdır. X49, həm Təqsirləndirilən şəxs, həm də İlkin İskəndərlidə sərxoşluq əlamətləri hiss olunmuşdur. Məhkəmə iclasında Şahid7 ifadəsində bildirmişdir ki, X16 onun anası Könülün xalası oğludur. 07 sentyabr 2024-cü il tarixdə anasının xalası qızının oğlu Sabirin toy mərasimi üçün Ağdaş rayonunda yerləşən “Səma” şadlıq sarayına getmişdir. O ilkin olaraq Nadir, Rəhman, Nimət, Heydər və Adil adlı şəxslərlə bir masada əyləşmişdir. Təxminən saat 19 radələrində sinif yoldaşının toy mərasiminə getmişdir və təxminən saat 21:40 radələrində yenidən “Səma” şadlıq sarayına qayıtmışdır. O qayıdanda qonaqların bir hissəsi toy məclisindən getmişdilər. O bu səbəbdən digər masada əyləşmişdir. Toyda təxminən 10-15 dəqiqə oturduqdan sonra siqaret çəkmək üçün şadlıq sarayının qarşısına çıxmış və Nadirlə rastlaşmışdır. Orada Nadir ondan sərxoş olub-olmadığını soruşmuşdur. O da Nadirə spirtli içki içmədiyini demişdir. Bundan sonra Nadir ona atasına məxsus “Hyundai Elantra” markalı avtomobilin açarlarını verərək özünün və atasının sərxoş olduqlarını, nənəsini evə aparmağını demişdir. Özü də razılaşaraq Nadirdən avtomobilin açarını götürmüşdür. Toy mərasimində olarkən təxminən saat 22:30 radələrində Sabirin Bakı şəhərindən gəlmiş dostları ard-arda musiqilər sifariş verərək oynamağa başlamışlar. Onlar bir neçə mahnıya oynadıqdan sonra qohumları Nurəddin onlara yaxınlaşaraq özünün də oynamaq istədiyini, sifarişlərini saxlamalarını demişdir. Həmin vaxt zərərçəkmiş, sonradan adının İlkin olduğunu bildiyi şəxs Nurəddinə “pulu ilə deyil?” sözlərini demişdir. Nurəddin isə İlkinə “sən 10 manat vermirsən? Mən də pul verirəm, həvəsim var, qoyun bir mahnıya da mən oynayım” sözlərini demişdir. X42 arasında xırda söz-söhbət yaranmışdır. Həmin vaxt Nurəddinin bacısı oğlu Nimət İlkinə yaxınlaşaraq “mənim dayımdır, tayın-tuşun deyil, onunla elə danışma” sözlərini demişdir. Bundan sonra ara yumşalmış və bəyin dostları kənara çəkilmişlər. Bir neçə dəqiqə sonra o, Nimət, Nurəddin və bir neçə şəxs toy zalının qarşısında olan dəhlizə çıxmışlar. Orada qohumları Nurəddinin yanına gələrək sakit olmağını demişlər. Nurəddin isə onlara “mən ona nə dedim ki? Dedim icazə ver mən də bir mahnıya oynayım” sözlərini demişdir. Onlar bir qədər dəhlizdə dayandıqdan sonra İlkinin dostu olan, ağ rəngli qısaqol köynək geyinmiş şəxs Nimətə yaxınlaşaraq İlkinin dostu olduğunu, qonaq olduqlarını demişdir. Lakin həmin şəxs Nimətlə sərt danışırmış. Həmin vaxt yanlarına Nadir gəlmişdir və İlkinin dostuna nə üçün mübahisəni uzatdıqlarını demişdir. Həmin şəxs Nadirə kobud cavab vermiş və Nadir həmin şəxsi itələmişdir. Bundan sonra qəfildən dəhlizdə, həmçinin pilləkənlərdə davadalaş başlamışdır. Daha sonra oraya Sabirin atası Fəxrəddin, həmçinin digər yaşda böyük şəxslər gəlmişlər və dalaşanları sakitləşdirməyə başlamışlar. O özü də mübahisə edənləri sakitləşdirməyə çalışırmış. Biraz sonra şadlıq sarayının giriş dəhlizində İlkinin dostlarından birinin səs-küy saldığını, söyüşlər söydüyünü, bir neçə şəxsin isə onu sakitləşdirməyə çalışdığını görmüşdür və həmin şəxsi sakitləşdirmək üçün onun yanına getmişdir. Giriş dəhlizinə çatandan bir neçə saniyə sonra şadlıq sarayının qarşısında səs-küy olduğunu, bir neçə şəxsin şadlıq sarayının avtomobil dayanacağına açılan qapıya tərəf qaçdığını görmüşdür. Özü də dərhal qaçaraq çölə çıxmışdır. Girişdəki pilləkənlərdən düşəndə İlkinin girişdən sağ tərəfdə dayanmış avtomobilin qarşısı ilə pilləkənlərə tərəf getdiyini görmüşdür. Lakin həmin vaxt həyəcanlı olduğu üçün İlkinin üst-başına dəqiq fikir verə bilməmişdir. Çünki həmin ərazidə qarışıqlıq və çox səs-küy olmuşdur. Həmin vaxt Nurəddinin “Qadirlə Nadiri heç olmasa maşına otuzdurun dava sakitləşsin” sözlərini dediyini eşitmişdir. Həmçinin tanımadığı şəxslərin təcili tibbi yardım çağırılmasını dediklərini eşitmişdir. Həmin vaxt çox çaşqın olmuş və hadisələrin necə cərəyan etdiyini tam dərk edə bilməmişdir. Həmin vaxt Qadirin şadlıq sarayının avtomobil dayanacağından onu çağırdığını eşitmişdir. Qadir avtomobil dayanacağında tək olmuşdur. O Qadirin yanına çatanda Qadir ona avtomobilin açarını ona verməyini demişdir. Lakin ona sərxoş olduğunu, avtomobili özünün sürməyini demişdir. Qadir də razılaşmışdır. Həmin vaxt Qadir qara rəngli şalvar və köynək geyinmişdir. Onlar avtomobilə əyləşmişlər və Qadir ona “sən məni evə apar, qayıt mamamgili gətir, narahat olma” sözlərini demişdir. Qadir çox həyəcanlı olmuş və ona tez-tez evin yolunu göstərirmiş. O isə Qadirə evin yolunu bildiyini deyirmiş. Qadiri yaşadığı evin qarşısına düşürtmüşdür. Qadir evin qarşısında avtomobildən düşmüş və ona “get, məni görməmisən” sözlərini demişdir. Bundan sonra geri qayıdaraq Qadirin anasını çağırmaq üçün şadlıq sarayına girmişdir. Həmin vaxt şadlıq sarayının qarşısında, pilləkənlərində, giriş dəhlizində çoxlu qan olduğunu görmüşdür. Qadirin anasını evə aparanda evin qarşısında Nadir, Heydər, Çingiz adlı qohumlarının, Pərvizin, Pərvizin qardaşı Əbdürəhmanın evin qarşısında olduğunu, onların Nadiri sakitləşdirməyə çalışdığını görmüşdür. Nadir ona dəfələrlə avtomobilin açarını ona verməyini, şadlıq sarayına qayıdacağını demişdir. Lakin avtomobilin açarını ona verməmişdir və açarı Əbdürəhmana təhvil vermişdir. Əbdürəhman isə onu avtomobildən düşürtmüşdür və avtomobili evin həyətyanı sahəsinə sürmüşdür. Bundan sonra orda olan Pərvindən onu şadlıq sarayının qarşısına aparmağını, avtomobilinin və ailə üzvlərinin orda olduğunu demişdir. Pərviz isə 5 dəqiqə orda gözlədikdən sonra onu şadlıq sarayının qarşısına aparmışdır. Şadlıq sarayının qarşısında İlkinin öldüyünü bilmişdir. Həmçinin o, verilən suallara cavab olaraq bildirmişdir ki, İlkin İskəndərliyə kim tərəfindən bıçaqla xəsarət yetirildiyini görməmişdir. Qadir Məmmədovun əlində bıçaq və ya hər hansı kəsicideşici alət olmamışdır. Qadirin əynində qara rəngli köynək olduğunu xatırlayır. Həmin vaxt qaranlıq olduğuna görə Qadirin paltarları üzərində qan ləkələri olub-olmadığını görməmişdir. O, Qadirin bıçaqlanma hadisəsi törətdiyini bilməmişdir. O, Qadirin hadisə yerində qalıb yenidən mübahisə etməsindən Qadiri evə aparmağın daha yaxşı olacağını düşünmüş və bu səbəbdən Qadiri evinə aparmışdır. Qadir Məmmədov ona hər hansı hadisə törətməsi barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində bildirmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPXA-nın 6-cı tağımının YPX baş inspektoru vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. 07 sentyabr 2024-cü il tarixdə bibisi qızının oğlunun toy mərasimi üçün Ağdaş rayonunda yerləşən “Səma” şadlıq sarayına gəlmişdir. Toy mərasimində olarkən bəyin dostları olduğunu bildiyi bir neçə şəxs ard-arda musiqi sifariş verərək oynamağa başlamışlar. Bundan sonra o, musiqiçilərin yanına gedərək digər şəxslərin də oynamaq istədiyini, qohumlarının oynaması üçün xarici musiqiləri sonlandırıb Azərbaycan musiqisi ifa etmələrini demişdir. Musiqiçilər onun sifariş etdiyi musiqini ifa etməyə başlayanda zərəçəkmiş şəxs musiqiçilərin yanına gələrək onun sifariş verdiyi musiqini kəsdirmiş və yenidən xarici musiqi sifariş verərək oynamağa başlamışdır. O, İlkin İskəndərlinin qonaq olduğunu görüb heçnə deməmiş və musiqiçilərin yanında gözləməyə başlamışdır. Zərərçəkmiş şəxs ard-arda 3 mahnı sifariş etmişdir. Zərərçəkmiş şəxs sifariş etdiyi musiqilərə özü oynamamış və sifariş verdikdən sonra kənarda dayanmışdır. Üçüncü musiqidən sonra o, İlkinə yəni, zərərçəkmiş şəxsə onların da oynamaq istədiklərini demişdir. Bundan sonra İlkin İskəndərli ona “pulu ilə deyil?” sözünü demişdir. O isə İlkinə qohumların oynamaq istədiyini demişdir. Daha sonra İlkin ona qonaq olduqlarını demiş, o isə İlkinə səbirli olmağını, bir qədər sonra gəlib yenidən oynamağını demişdir. Bundan sonra İlkinin yanında olan şəxslər İlkini sakitləşdirərək çölə çıxartmışlar. O isə qohumları ilə oynamış və həmin hadisədən təxminən 15 dəqiqə sonra toy zalının qarşısında olan foyeyə çıxmışdır. Həmin vaxt bacısı oğlu Nemət də yanına gələrək divanda əyləşmişdir. Bu vaxt ağ köynək geyinmiş ortaboylu şəxs Nemətə yaxınlaşaraq Nemətin yaxasından tutmuş və Nemətə kənara gəlməyini demişdir. Nemətin atası Elçin həmin ağ köynək geyinmiş şəxsə “mən onun atasıyam, sən nə söhbət etmək istəyirsən” sözlərini demişdir. Bundan sonra o da divandan durub onların arxasınca getməyə başlamışdır. O, şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən, fəvvarə olan dəhlizə çatanda artıq dava-dalaşın başladığını, Nemətin pilləkənlərdə olduğunu, göy köynək geyinmiş bir nəfər şəxsin Nemətin yaxasından tutduğunu, qara rəngli köynək geyinmiş şəxsin Neməti arxadan dartdığını, ağ rəngli köynək geyinmiş bir nəfər şəxsin isə Nemətin ayağından tutub çəkdiyini, həmçinin tanımadığı şəxslərin bibisinin nəvəsi Nadiri itələdiklərini görmüşdür. O, onları aralaşdırmaq məqsədilə aralarına girmişdir. Orada söz- söhbətə çoxlu şəxslər toplaşmışdır. Onu da iki nəfər tanımadığı şəxs dalaşdığını zənn edərək qollarından tutub çölə çıxartmışlar. O, çölə çıxdıqdan sonra həmin şəxslərə dalaşmadığını, onu buraxmalarını demişdir. Çölə çıxdıqdan qısa müddət sonra bibisi oğlu Qadirin oğlu Nadiri tutaraq şadlıq sarayının binasının yan tərəfində olan kiçik ölçülü dəmir qapıdan şadlıq sarayının arxa həyətinə apardığını görmüşdür. Həmin vaxt zərərçəkmiş şəxsi çöldə bir neçə nəfər saxlamışlar. Zərərçəkmiş şəxsin yanında olan şəxslər onu sakitləşdirməyə çalışsalar da, zərərçəkmiş şəxs söyüşlər söymüş və yanındakı şəxslər onu sakitləşdirə bilməmişlər. Zərərçəkmiş şəxs yanındakı şəxslər ilə birlikdə qaça-qaça Nadir və Qadirin arxasınca getmişlər. O, həmin vaxt yanında olan şəxslərə onu buraxmalarını, zərərçəkmiş şəxslə Qadir və Nadirin qarşılaşacaqlarını, mübahisə yaranacağını demişdir. Lakin onu buraxmamışlar. Həmin vaxt onun anası və qardaşı Ağabala da yanına gəlmişlər. Zərərçəkmiş şəxs dəmir qapıdan keçib avtomobil dayanacağına girmişdir. Qısa vaxt sonra zərərçəkən və Nadir qapıdan çıxmışlar. Zərərçəkmiş şəxsi həmin vaxt tutub saxlamağa çalışmışlar. Zərərçəkmiş şəxs bu vaxt Nadirə göz nahiyəsindən yumruqla zərbə vurmuşdur. Bundan sonra Nadir və zərərçəkmiş əlbəyaxa çəkişə-çəkişə şadlıq sarayının yan divarı ilə avtomobil yoluna tərəf gəlmişlər. O da həmin vaxt yanında olan şəxslərlə birlikdə həmin yerə getmişdir. Həmin vaxt orada qara rəngli avtomobil olmuş və ora çatanda Nadiri xatırlamadığı şəxsin avtomobilin divar tərəfə olan hissəsində tutub saxladığını, Nadirin getmək istəmədiyini görmüşdür. O, Nadirə qışqıraraq getməyini demiş və Qadirlə zərərçəkənin avtomobil dayanacağının dəmir qapısının yanında olduğunu görüb həmin tərəfə getmişdir. O, dəmir qapının yanına çatanda zərərçəkmiş şəxsin yerdə uzandığını və qışqırdığını görmüşdür. O, Qadiri tutaraq zərərçəkmiş şəxsdən kənara çəkmişdir. Qadir isə bilmədiyi istiqamətə çıxıb getmişdir. O, daha sonra Nadirin avtomobilə oturmaq istəmədiyini görüb Nadirin yanına getmiş və Nadiri məcbur taksi avtomobilinə otuzdurmuşdur. Həmin vaxt da Nadirin üzündən qan axmış və qanı onun şalvarına da bulaşmışdır. O, Nadiri avtomobilə əyləşdirdikdən sonra ətrafa baxmış və Qadiri görməmişdir. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı zərərçəkmiş şəxsin əynində ağ rəngli qısaqol köynək, Nadirin əynində aşağı hissəsi ağ rəngli, yuxarı hissəsi qırmızı və göy zolaqlı köynək, Qadirin əynində isə qara şalvar və qara köynək olmuşdur. Toy mərasimində Qadir onunla eyni stolda əyləşmişdir. O, nə toy mərasimində, nə də kənarlaşdıran zaman Qadir Məmmədovun əlində bıçaq görməmişdir. O, X45 İskəndərlidən aralaşdırmağa gələn zaman onların yanında başqa şəxs olmamışdır. O, İlkin İskəndərliyə kim tərəfindən bıçaqla xəsarət yetirilməsini görməmişdir. “Səma" şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən dəhlizdə baş vermiş dava-dalaş zamanı tanımadığı, sonradan İlkin İskəndərlinin dostları olduğunu bildiyi şəxslərin Təqsirləndirilən şəxs, bacısı oğlu Şahid11 ilə dalaşdıqlarını görmüşdür. O, Neməti aralaşdırmağa çalışmışdır. O, Nemət və Nadirlə dalaşan şəxslərin kim olduqlarını bilmir. Yalnız Nemətlə dalaşan şəxslərin sonradan iki qardaş olduqlarını bilmişdir. Həmin vaxt orda onların qohumlarından başqa şəxsin olub-olmadığını görməmişdir. O, Əbdürəhman Yusibovun dava- dalaş zamanı orda olub-olmadığını isə görməmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs taksiyə əyləşmək istəmədiyini görüb Nadiri taksiyə əyləşdirmişdir. Həmin vaxt da Nadirin göz nahiyəsindən qan axmışdır. X50 İskəndərliyə bıçaq zərbələri vurarkən Təqsirləndirilən şəxs xatırlamadığı şəxslər kənara çəkmişdilər. O da Qadiri aralaşdırdıqdan sonra kənarda Nadirin taksiyə əyləşmək istəmədiyini görüb Nadirə yaxınlaşmış və Nadiri məcburi taksi avtomobilinə əyləşdirmişdir. İşin materiallarına əlavə edilmiş sənədlər İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ********* saylı cinayət işinin materialları ayrılıb və icraata qəbul edilmişdir. (1-ci cild, 1-2-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, X6 qəsdən öldürülməsi faktına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir. (1-ci cild, 4-5-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 sentyabr 2024-cü il tarixli, 351 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə sərxoş olmuşdur. (1-ci cild, 77-cı səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 sentyabr 2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin məcəllənin 120.1 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. (1-ci cild, 117-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulması qərara alınmışdır. (1-ci cild, 121-122-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 09 sentyabr 2024-cü il tarixdə, saat 16:20-də ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuşdur. (1-ci cild, 100-101-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (1-ci cild, 183- 184-cü səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini bildirməsi barədə vəsatəti tam rədd edilməsi qərara alınmışdır. (1ci cild, 198-199-cu səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (1-ci cild, 207-209-cu səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Penitensiar Xidmət Şəki Penitensiar Müəssisəsi tərəfindən daxil olan 12 sentyabr 2024-cü il tarixli, № 3-16-17-37/2-4531/2024 saylı məlumata əsasən xx.xx.2024cü il tarixdə saat təxminən 11:00 radələrində Ağdaş RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən X8 etapla gətirilmiş, xx.xx.1995-ci il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Təqsirləndirilən şəxs müəssisənin tibb sanitariya hissəsində tibbi müayinədən keçirilən zaman sol gözün üst və alt nahiyəsində qançır izləri aşkar edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs bu barədə xəsarətlər barədə soruşduqda o, verdiyi izahatda cinayət hadisəsi zamanı yarandığını bildirmişdir. (1ci cild, 229-cu səhifə) İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (1-ci cild, 231-235-ci səhifə) İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, 24/1498 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə, Ağdaş rayonu, H.Əliyev prospekti ünvanında yerləşən “Səma” şadlıq sarayında keçirilən toy mərasimində vətəndaş X6 qəsdən öldürülməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı aşkar edilmiş 1 ədəd xəncərəbənzər alətin kriminalistik müayinəsi zamanı səthində əl izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş vət. X29 və Təqsirləndirilən şəxs adına çıxarılmış əl-barmaq və ovuc əksləri(daktiloskopik xəritələr) müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd xəncərəbənzər alətin üzərində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri olmadığına görə DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin o, cümlədən X29 və Təqsirləndirilən şəxs əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. (1-ci cild, 237-238-ci səhifə) İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli, 24/1499 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd xəncərin tiyəsi üzərində olan qanabənzər ləkələrdə insan qanına xas hemoqlobin zülalı aşkar edildi. 1 (bir) ədəd xəncərin dəstəyi üzərində olan bioloji mənşəli materiallar, X21 məxsusdur. 1 (bir) ədəd xəncərin tiyəsi üzərində olan qan ləkələri, X12 məxsusdur. Təqsirləndirilən şəxs məxsus bioloji nümunələrdən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar idarəsindəki DNT məlumat bankına əlavə edildi və müqayisəli DNT təqdiqatı nəticəsində eynilik aşkar edilmədi. (1-ci cild, 240-244cü səhifə) İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 12 sentyabr 2024-cü il tarixli 427 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-boynun aşağı 1/3-nin sağ nahiyəsinin sıyrığı, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol saidin yuxarı 1/3-nin iç səthinin qançırları, sağ bayır topuq nahiyəsinin əzilməsi, küt alət (əşya) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. (1-ci cild, 245-246-cı səhifə) İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinaət işi üzrə xx.xx.1996-cı ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs qismində tanınmışdır. (2-ci cild, 23-24 səhifə) İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23 X51 08 sentyabr 2024cü il tarixli, 412 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-başın təpə nahiyəsinin yarası, sol gözətrafı nahiyəsinin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, sol qaşın bayır ucu nahiyəsinin sıyrığı, küt alət (əşya) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərlər. (2-ci cild, 44-46 səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 227 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X13, X30, X5. (2-ci cild, 59-cu səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 131 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş şəhər İƏD üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi olaraq ərizə daxil olmamışdır. (2-ci cild, 60-cı səhifə) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X51 26 oktyabr 2024-cü il tarixli 18-1-22/2-1493/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X51 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. (2-ci cild, 82-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X54 tərəfindən verilmiş 26 oktyabr 2024-cü il tarixli, 13164 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 7-də qeydiyyatda olan Təqsirləndirilən şəxs və xx.xx.1970-ci il təvəllüdlü, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 31, mənzil 17-də qeydiyyatda olan X30 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (2-ci cild, 95-cı səhifə) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli, 81 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən "xxxx" MMC-nin ünvan 6 ünvanında qeydiyyatsız yaşayır. (2-ci cild, 97-ci səhifə) İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli, 82 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən "xxxx" MMC-nin ünvan 6 ünvanında yaşayır. Çox sakit, başıaşağı, yaşlı insanlara kömək edən, bütün məhlə tədbirlərində fəal iştirak edən sakinlərdən biridir. (2-ci cild, 98-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər X2 tərəfindən verilmiş 31 oktyabr 2024cü il tarixli, 611 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanında yaşayan, 1995-ci il təvəllüdlü Məmmədli X17 X1 psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. (2-ci cild, 99-cu səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23” X56 tərəfindən verilmiş 633/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, X6 ABO sistemi üzrə qan qrupu- Oalfabeta /İ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- Abeta (H)/İİ/. X16 ABO sistemi üzrə qan qrupu- Abeta (H)/İİ/. Ekspertizaya təqdim olunan 1 ədə bıçaq, 6 ədəd çubuqlu pambıq tampon, Şahid3 məxsus şalvar, kofta, alt mayka, Şahid2 məxsus şalvar, kofta, Şahid1 məxsus şalvar, kofta, Şahid9 məxsus şalvar, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus şalvar, İlkin İskəndərliyə məxsus şalvar, alt mayka, trusik, 1 cüt ayaqqabı, sağ və sol əl barmaq dırnaq kəsikləri üzərində insan qanı aşkarb olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki ləkələrdən başqa bütün ləkələrdə yalnız “H” antigeni, çubuqlu pambıq tamponlar üzərində həmçinin alfa, beta, aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən X12 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki ləkələrdə isə “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu bir şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus 1 cüt ayaqqabı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. (2-ci cild, 106-118-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay uzadılmışdır. (2-ci cild, 224-225-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1 və 221.2.1-ci maddələrindən həmin məcəllənin 120.2.2, 221.2.1, 228.4-cü maddələrinə tövsif edilmişdir. (2-ci cild, 237-238-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 120.1 və 221.2.1 maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 3(üç) aydan, 7(yeddi) ayadək, yəni 8 yanvar 2025-ci il tarixdən 8 aprel 2025-ci il tarixədək Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən uzadılmışdır. (2-ci cild, 248-250-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay uzadılmışdır. (3-cü cild, 18-20-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X23” X56 tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 08/Ə saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində-başın təpə nahiyəsinin yarası, sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, sol qaşın bayır ucu nahiyəsinin sıyrığı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin yarası və sol qaşın bayır ucu nahiyəsinin sıyrığı, qanaxmaya səbəb ola bilər. (3-cü cild, 61-63-cü səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Ağdaş RPŞ-nin istintaq bölməsinə göndərilmişdir. (3-cü cild, 13-132-cü səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın davam etdirilməsi qərar alınmışdır. (3-cü cild, 134-cü səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilərək həmin maddə ilə yenidən ona ittiham elan edilmişdir. (3-cü cild, 149-150-ci səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 26 yanvar 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair onun müdaiəçisi X25 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. (3-cü cild, 175-179-cu səhifə) İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1ci maddəsi ilə ilə ittiham olunması və təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər hesab edilməsi və ona elan edilmiş xx.xx.2025-ci il tarixli ittiham qüvvəsində saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, cinayət işinin materiallarından istintaqa məlum olmayan digər şəxslərin barələrində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq icraata qəbul edilməsi, ayrılan cinayət işinə sənədlərin surətinin əlavə edilməsi və ayrılan cinayət işinin ********* statistik nömrə ilə qeydə alınması və X6 əməlinə həmin cinayət işininn istintaqı zamanı qiymət verilməsi, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 120.2.1-ci və 228.4-cü maddələri cinayət təqibinin başlanmasının rədd edinməsinin nəzərə alınması, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd ağ rəngli köynək, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd tünd göy rəngli şalvar və bir cüt qara rəngli ayaqqabının ********* nömrəli cinayət işi üzrə sübut kimi tanınması və Ağdaş rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmasının nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid10, Şahid9, Şahid8, Şahid11, Şahid13, Şahid12, Şahid5, Şahid6, Şahid7, Şahid4, Şahid1, Şahid2 və Şahid3 ifadələri, “Səma” şadlıq sarayında quraşdırılmış müşahidə kameralarının videogörüntülərinin əks olunduğu diskə baxış protokolu, Sabir İsmayılova məxsus toy mərasimində aparılmış videoçəkilişin görüntülərini əks etdirən diskə baxış protokolu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 427 saylı rəyi, kompleks-məhkəmə trasoloji və məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2024-cü il tarixli 3/1455, 3/1463 saylı rəyi və onu səciyyələndirən digər sənədlərin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. (3-cü cild, 183-211-ci səhifə) Məhkəmənin 03 mart 2025-ci il tarixli, 1(014)-19/2025 saylı sorğusuna cavab olaraq verilmiş, işin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 07 mart 2025-ci il tarixli, 3- 13/250220016/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən ayrılmış ********* saylı cinayət işi üzrə əməli törətmiş qrupun digər üzvlərini hazıradək müəyyən etmək mümkün olmamışdır, ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tətbiq edilən hüquq normaları Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökümdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-in 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Korbely Macarıstana qarşı” iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən bu ittiham üzrə əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-in 221.2.1-ci maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsi ilə ittiham olunur ona görə ki, o, 07 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində qohumu X3 Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Səma” şadlıq sarayında keçirilən toy mərasimində olarkən 2-ci mərtəbədə toy zalının qarşısında yerləşən dəhlizdə Zərərçəkmiş şəxs ilə digər şəxsin söhbət etdiyini görüb heç bir əsaslı səbəb olmadan onlara yaxınlaşaraq orta dərəcəli sərxoşluq vəziyyətində ictimai yer hesab edilən şadlıq sarayının dəhlizində ətrafda olan şəxslərə məhəl qoymayıb ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncuya baş nahiyəsi ilə vurararaq xəsarət yetirdikdən sonra istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiklərini nümayiş etdirərək və nalayiq ifadələr işlədərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs yerə yıxıb döyərək sonuncuya boynun aşağı 1/3-nin sağ nahiyəsinin sıyrığı, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol saidin yuxarı 1/3-nin iç səthinin qançırları, sağ bayır topuq nahiyəsinin əzilməsi kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirib bir qrup şəxs halında şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 221.2.1-ci maddəsi ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunanlardan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız zərərçəkmiş şəxsin bədənində başqa xəsarətlərin olmasına və zərərçəkmiş şəxsin özünün ona yerdə olarkən üzlərini görmədiyi başqa şəxslərin ona xəsarət yetirməsini bildirməsi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaxınlaşaraq ictimai yer hesab edilən şadlıq sarayının dəhlizində ətrafda olan şəxslərə məhəl qoymayıb ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib sonuncuya baş nahiyəsi ilə vurması təsdiqini tapsa da (həmin zərbə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almamışdır), ittihamın istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında birləşməsi məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Bununla bağlı Məhkəmə ittihamı və işin hallarını təhlil edərək qeyd edir ki, ittiham verilərkən istintaq orqanı aşağıdakıları müəyyənləşdirməmişdir və məhkəmə iclasında da müəyyənləşdirilməsi mümkün olmamışdır. ittihamda qeyd olunan Təqsirləndirilən şəxs bir qrup şəxs halında birləşdiyi istintaqa məlum olmayan digər şəxslər kimlərdir? Həmin şəxslərin dairəsinin müəyyən edilməsi hadisənin hansı zəmində baş verməsini müəyyənləşdirmək üçün önəmlidir. Çünki ittihama görə həmin “məlum olmayan şəxslər” Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında birləşmişdir. Halbuki, Təqsirləndirilən şəxs özünün və hadisə şahidlərinin ifadəsinə əsasən dərhal başqa şəxs tərəfindən zərbə alaraq yerə yıxılmış, Təqsirləndirilən şəxs özünə də yerdə xəsarət yetirdikləri üçün Zərərçəkmiş şəxs kimlərinsə xəsarət yetirib-yetirməməsini görməmişdir. Həmçinin, istintaq zamanı şəxsin bədənində olan xəsarətləri onun yıxılarkən alıbalmaması, hadisədən daha əvvəl onun bədənində həmin xəsarətlərin olub-olmaması, özünün yetirib-yetirməməsi və s. bu kimi hallar da araşdırılmamışdır. Ağdaş rayon Polis şöbəsinin 07 mart 2025-ci il tarixli, 3-13/250220016/2025 saylı məktubundan da görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən ayrılmış ********* saylı cinayət işi üzrə əməli törətmiş qrupun digər üzvlərini hazıradək müəyyən etmək mümkün olmamışdır, ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qrupun digər üzvlərinin gələcəkdə müəyyən edilib-edilməyəcəyi və ya gələcəkdə müəyyən edilərsə, həmin şəxslərin əməllərinin motivinin hansı məzmunda olacağı sual altında olduğu halda iş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında birləşməkdə ittiham edərək bu məzmunda ittihamedici hökmün çıxarılması cinayət hüququnun prinsiplərinə zidd olar. Bundan başqa, cinayət tərkibi dörd elementdən ibarətdir: cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Hazırkı ittiham üzrə cinayətin subyektinin kimliyi mücərrəd və təxəyyüldən ibarətdir. Subyektlərinin olub-olmaması sual altında olan cinayəti əməli üzrə şəxsin bir qrup halında birləşərək cinayət törətməsini ittiham etmək əsaslı hesab edilə bilməz. Çünki qrupun digər üzvü yoxdursa, burada Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin elementləri də tam olaraq yoxdur. istintaqa məlum olmayan digər şəxslər ümumiyyətlə cinayətin subyekti ola biləcək şəxslərdirmi (14 yaşına çatıb-çatmaması, fəaliyyət qabiliyyətinin olubolmaması və s.)? Əgər cinayətin subyekti ola bilən şəxs, yaşı cinayət məsuliyyətinə cəlb etmək üçün müəyyən edilən yaş həddinə çatmayan şəxslərlə birlikdə, yaxud da anlaqsız olan şəxslərlə birlikdə cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edirsə, burada cinayətdə iştirakçılığa xarakterik olan obyektiv əlamət mövcud olmayacaqdır. Çünki cinayəti törədərkən şəxs 14 yaşı tamam olmayan yeniyetmənin köməyindən istifadə etməyə nail olursa, belə halda iştirakçılığa görə məsuliyyət yaranmır. Həmin şəxs həm törədilən cinayətin icraçısı kimi, həm də yetkinlik yaşına çatmayanı cinayət fəaliyyətinə cəlb etmək üstündə (CM-in 170-ci maddəsi) – cinayətlərin cəminə görə məsuliyyətə alınır. Beləliklə, cinayət etməkdə ən azı iki nəfər anlaqlı və cinayətin subyekti olmaq üçün müəyyən edilən yaş həddinə çatmış şəxsin fəaliyyəti iştirakçılıq yarada bilər. Bu baxımdan təqsirləndirilən şəxsin digər şəxslərlə bir qrup şəxs halında birləşməsi ilə bağlı ittiham verilərkən əvvəlcə istintaqa məlum olmayan digər şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların cinayətin subyekti ola biləcək şəxslər olub-olmaması xüsusi əhəmiyyət kəsb edir. istintaqa məlum olmayan digər şəxslər zərərçəkmiş şəxsə xəsarət yetirmişlərmi? Çünki həmin o məlum olmayan şəxslərin zərərçəkmiş şəxsə xəsarət yetiribyetirməməsinin müəyyənləşdirilməməsi sonrakı sualları yaradır və istintaqın üzərində təqsirin formasını, qəsd olunan ictimai münasibətin məzmununu dəqiqləşdirmək vəzifəsi qoyur. Əks halda həmin şəxslərin də zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə xəsarət yetirib-yetirməməsini ancaq ehtimal etmək, fərziyələr irəli sürmək mümkündür ki, belə ittihamın verilməsi isə yolverilməzdir. istintaqa məlum olmayan digər şəxslər zərərçəkmiş şəxsə xəsarət yetirmişlərsə, bu xəsarətlər qəsdlə yoxsa ehtiyatsızlıqdan törədilmişdir? Bu halın müəyyənləşdirilməsi üçün əvvəlcə həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilməli və ifadələri alınmalı idi. Çünki xuliqanlıq mahiyyət etibarilə qəsdən törədilən cinayətdir və bu əməlin ehtiyatsızlıqdan törədilməsi istisna edilir. istintaqa məlum olmayan digər şəxslər zərərçəkmiş şəxsə xəsarət yetirmişdirlərsə, hansı niyyətlə (Təqsirləndirilən şəxs ittiham olunduğu xuliqanlıq əməlinin davamı, yoxsa zərərçəkmiş şəxslə əvvəllər aralarında olmuş şəxsi ədavət, quldurluq və s.) xəsarət yetirmişlər? İstintaqa məlum olmayan digər şəxslərin şəxsiyyəti müəyyənləşdirilməzsə, zərərçəkmiş şəxslə onların münasibətinin olub-olmaması, aralarında ədavətin olubolmaması, hadisə törədilmişdirsə, hadisənin ədavət zəminində və ya talama məqsədi ilə törədilib-törədilməməsi kimi məsələlər araşdırılmalı idi. İstintaq bütün bu halları araşdırdıqdan sonra mötəbər sübutlarla təsdiq etməli idi ki, həmin şəxslər həqiqətən də məhz Təqsirləndirilən şəxs ilə ittihamda qeyd olunduğu kimi bir qrup şəxs halında birləşərək eyni əməli törətmişlər. istintaqa məlum olmayan digər şəxslər zərərçəkmiş şəxsə xəsarət yetirmişlərsə, bu xəsarətlər vahid niyyətlə törədilmişdirmi? Ümumiyyətlə ittiham və işin halları üzrə Təqsirləndirilən şəxs və şəxsiyyəti müəyyən olmayan şəxslərin vahid niyyətlə cinayət törədib-törətməməsi də aydınlaşdırılmalı idi. Bunun üçün təbii ki, əvvəlcə həmin şəxslərin şəxsiyyəti müəyyən edilməli və bu hallar istintaq hərəkətləri (üzləşdirmə və s.) ilə sübuta yetirilməli idi. Bundan başqa, cinayətdə birgə iştirakçılıq hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olmasını və bir-birini tamamlamasını; kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını; habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. Qeyd olunanlardan görünür ki, ittiham aktında Təqsirləndirilən şəxs baş nahiyəsi ilə zərərçəkmiş şəxsə xəsarət yetirmək üçün zərbə endirməsinə dair təsdiqedici sübutlar olsa da, onun hadisə vaxtı bir qrup şəxslə birləşməsi yalnız istintaqın “böyük ehtimalı”dır. Ehtimallarla və ağlabatanlıq prinsipi ilə isə şəxsin ittiham olunması yolverilməz və qanunsuzdur. Bundan başqa, Təqsirləndirilən şəxs hadisə zamanı bir qrup şəxslə birləşməsini heç zərərçəkmiş şəxs özü də görməmişdir. Əksinə, o da ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara yaxınlaşarkən tək idi. İttihamda qeyd olunan bir qrup şəxs ifadəsi ilə bağlı işin materiallarında olan yeganə məlumat zərərçəkmişin ifadəsidir ki, o da yerdə olarkən görmədiyi bir neçə şəxsin onu vurmasını desə də, nə özü, nə təqsirləndirilən şəxs, nə şahidlər, nə də istintaq belə şəxsləri müəyyən edə bilməmişdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi mahiyyət etibarilə etirafedici ifadəsi (özünü təqsirli bilməsə də) ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Qeyd olunan Məcəllənin 125.3-cü maddəsinə uyğun olaraq bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: - Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1-ci maddə); - Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (144-cü maddə); - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (145.1-ci maddə); - İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3cü maddə); - Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presendent hüququna əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir (“Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı” işlər və s.) “Hoanq Fransaya qarşı” işdə Avropa Məhkəməsi qeyd edir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işdə Avropa Məhkəməsi göstərir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Avropa Məhkəməsinin “Zayidov Azərbaycana qarşı” iş üzrə qərarında qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxsin təqsirinin sübutu yalnız keçirilmiş bir istintaq və ya əməliyyat-axtarış tədbiri üzrə götürülmüş maddi sübutdan və tərtib edilmiş müvafiq protokoldan ibarətdirsə, yəni bu sübut növü olmadığı halda belə nəticəyə gəlmək qeyri-mümkündürsə, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olunduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: - Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); - Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hadisəni səmimi etiraf etməsini, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal mövcud deyil. Məhkəmə mübahisənin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin qohumu Şahid11 ilə dəhlizdə mübahisə edərkən onun əlinin üzərinə vurması ilə başlamasını, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsə yetirmək istədiyi zərbənin zərərçəkmiş şəxsə faktiki olaraq xəsarət yetirmədiyini və təqsirləndirilən şəxs tərəfindən ona başqa zərbə endirilmədiyini də işin halları kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək hadisəni boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir. Lakin məhkəmə cəzanın həddini müəyyən edərkən təqsirləndirlən şəxs barəsində olan yüngülləşdirici və onu səciyyələndirən digər halları, eyni zamanda zərərçəkmiş şəxslə barışmamasını və işin bütün digər hallarını nəzərdən keçirərək hesab edir ki, maddənin sanksiyasında olan 4 cəza növündən ağırlıq etibarilə 3-cü ağır cəza təyin edilsə də, həmin cəzanın da yuxarı həddinin təyin edilməsi ədalətli ola bilməz. Buna görə də onun 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsi və həbsdə olduğu müddət də nəzərə alınmaqla cəzasının çəkilmiş hesab edilməsi daha ədalətlidir. Eyni zamanda, təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edildiyi üçün onun üzərinə vəzifələr də qoyulmur. Həmçinin, Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edildiyi üçün onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, yararsız vəziyyətə düşdüyündən Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd ağ rəngli köynək, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd tünd göy rəngli şalvar və bir cüt qara rəngli ayaqqabı məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 sentyabr 2024-cü il tarixdən 07 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd ağ rəngli köynək, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd tünd göy rəngli şalvar və bir cüt qara rəngli ayaqqabı məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-19/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-19/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver