Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-190/2023 20.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1959-cu ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, hazırda heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Ləki qəsəbəsi Yeni Massiv ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda hazırlayaraq həyətyanı sahədə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayının sonlarında yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massiv ünvanında yerləşən, özünəməxsus nömrəsiz evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 3 (üç) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, bundan sonra həmin bitkilərin yarpaqlarının bir hissəsini 2023-cü ilin iyul ayının əvvəllərində qanunsuz olaraq toplayaraq qurutmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 112,64 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək həmin həyətyanı sahədə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 11:11 radələrində Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahədə torpağa əkdiyi 03 (üç) ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş, ümumi təmiz çəkisi 13 kq 305,0 qram çətənə (kannabis) bitkiləri və həmin bitkilərdən toplamaqla, qurudub həyətyanı sahəsindəki anbar kimi istifadə olunan otaqdakı dəmir peçin üzərində saxladığı 01 ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkiləri 112,64 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində ağrılar yaranır. 2023-cü il aprel ayının sonlarında fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan zaman həyətyanı sahəsində çətənə bitkilərinin bitdiyini görmüş, lakin onları məhv etməmiş, əksinə onlara qulluq etməyə başlamışdır. Belə ki, həmin narkotik tərkibli çətənə bitkisinin kollarına su, gübrə və peyin tökmüşdür. Həmin narkotik vasitə çətənə bitkisi kolları böyüdükdən sonra həmin çətənə bitkisinin kollarının yarpaqlarından yığıb qurutmuş, istifadə etmiş və şəxsi istifadəsi üçün saxlamışdır. 09 avqust 2023-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsi Yeni Massivdə yerləşən fərdi yaşayış evinin qarşısında olan zaman polis geyimində və mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək Ağdaş RPŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra təhqiqatçı onun qanunsuz olaraq narkotik maddələri üzərində saxlamaqda, istifadə etməkdə və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi kolları əkib-becərməkdə şübhəli olduğunu bildirərək evinə baxış keçiriləcəyini bildirmişdir. O, heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə gəlmiş və 2 ədəd narkotik tərkibli çətənə bitkisi kollarını təqdim etmiş, əslində həmin kollar 3 ədəd olmuş, biri qurumuşdur. Həmin çətənə bitkisi kollarının su ilə həyətyanı sahəsinə gəldiyini və özünün yetişdiyini, daha sonra həmin çətənə bitkilərinə qulluq etdiyini, həmin çətənə bitkisi kollarını şəxsi istifadəsi məqsədilə saxladığını və heç kimə satmadığını bildirmişdir. Daha sonra mütəxəssis həmin çətənə bitkilərinə baxaraq onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış, uzunluqları ölçülmüş, çətənə bitkisinin ən hündürünün 247 sm, ən kiçiyinin isə 191 sm boyu olduğu müəyyən edilmişdir. Daha sonra narkotik tərkibli çətənə bitkisi kolları polis əməkdaşları tərəfindən 4 ədəd sintetik kisələrə yığılmış və üzəri möhürlənmişdir. Bundan sonra təhqiqatçı fərdi yaşayış evində narkotik vasitə olub-olmamasını soruşmuş, o, fərdi yaşayış evində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış davam etdirilmiş və fərdi yaşayış evinin birinci mərtəbəsindəki anbar kimi istifadə olunan otağa daxil olmuş və oradakı odun peçinin üzərində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. O, həmin narkotik vasitə qurudulmuş marixuananı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindəki çətənə bitkisi kolundan yığdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə qurudulmuş marixuana sellofan bağlamaya yığılmış və elektron tərəzidə çəkilmiş, çəkisi 123 qram olduğu müəyyən olunmuşdur. Həmin sellofan bağlamanın da üzəri möhürlənmiş və imzalanmışdır. Daha sonra Ağdaş RPŞ-yə gətirilmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, 10-15 ildir ki narkotik vasitə olan marixuanadan istifadə edir. Həyətində 3 ədəd narkotik bitki aşkar olunmuşdur, onlardan biri qurumuşdur, tullanası idi, ancaq səhlənkarlıqdan tullamayıb saxlamışdır. Əslində çətənə kolunun 2 ədədi yaşıl olmuşdur, biri isə qurumaq üzrə olmuşdur. Bu video çəkilişdə də görünür. Evinin anbar hissəsindən aşkar edilmiş qurudulmuş marixuananı həyətində bitən çətənə bitkilərindən yığıb qurutmuş və özünün istifadə etməsi üçün saxlamışıdr. Həmin narkotik bitkiləri heç kimə satmaq, vermək fikri olmamışdır. Çətənə bitkiləri yaz qabağı cücərmiş, o da çıxarıb atmamış, qulluq etmişdir ki, böyüsünlər. Çətənə bitkiləri qapıdan girəcəkdə ev tərəfdə kəllədə sağda bitmişdilər, orada setka vardır və həmin yerdə qarğıdalı əkir. Bu vaxta qədər heç qonşusu belə onun narkotik maddə istifadə etməsini bilməmişdir. Çətənə bitkisinin birinin boyu 2 mertdən, birinin boyi 146 sm-dən çox olmuşdur, biri isə qurumuşdur, heç onun boyunu ölçməmişlər, ancaq saya onu da yazmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edən, zor tətbiq edən olunmamışdır. Hazırda əməlindən peşmandır. X15 iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin Qubadlının azad olunmasına görə medalı ilə təltif olunmuşdur, bacısı şəhid anasıdır, onun ehtiyaclarını o, qarşılayır. Qeyd edilənləri nəzərə alaraq ona güzəşt edilib yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 9 avqust 2023-cü il tarixdə Ağdaş rayon X17 rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsində və üzərində gəzdirməsində, yaşadığı evində saxlamasında, eləcə də yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri əkməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. 9 avqust 2023-cü il tarixdə saat 11 radələrində aqronomla birlikdə baxış keçirilməsi üçün Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin qarşısında olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu təhqiqatçının təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərarı ilə tanış edərək yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs bundan sonra yaşadığı evin həyətyanı sahəsində çətənə kolları olduğunu və həmin kolları təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə gəlmiş və 3 ədəd narkotik tərkibli çətənə kollarını təqdim etmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə həmin çətənə kollarını əkmədiyini, həmin toxumların axar su ilə gəldiyini bildirmiş və həmin çətənə bitkilərinə qulluq etdiyini, həmin çətənə bitkisi kollarını şəxsi istifadə məqsədilə saxladığını və heç kimə satmadığını bildirmişdir. Daha sonra mütəxəssis həmin bitkilərə baxaraq onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, bundan sonra narkotik tərkibli bitkilər torpaqdan çıxarılmış, həmin bitkilərin uzunluğu ölçülmüş, çətənə bitkisinin ən hündürünün 247 sm, ən kiçiyinin isə 191 sm olduğu müəyyən edilmişdir. Daha sonra narkotik tərkibli çətənə kolları 4 ədəd sintetik kisələrə yığılmış və üzəri möhürlənmişdir. Bundan sonra təhqiqatçı Rafiqdən fərdi yaşayış evində narkotik vasitə olub-olmamasını soruşmuş, Rafiq də fərdi yaşayış evində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış davam etdirilmiş və fərdi yaşayış evinin birinci mərtəbəsindəki anbar kimi istifadə olunan otağa daxil olunmuş və oradakı odun peçinin üzərində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindəki çətənə bitkisi kolundan yığdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə qurudulmuş marixuana sellofan bağlamaya yığılmış, sonra elektron tərəzidə çəkilmiş və çəkisinin 123 qram olduğu müəyyən olunmuş, həmin sellofan bağlamanın da üzəri möhürlənmiş və imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə gətirilmişdir Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 11:11-də Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı torpağa əkdiyi 03 ədəd qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkilərinə bənzər bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 04 ədəd sintetik kisəyə qablaşdırılaraq DİN-in “111” saylı möhürü ilə möhürlənmişdir. Həmçinin, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin anbarından daş kürənin üzərindən narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həyətində olan bitkilərin yarpaqlarından yığdığını və qurumaları üçün daş kürənin üzərinə qoyduğunu bildirmişdir. Sonra həmin bitki kütləsi elektron tərəzidə ölçülmüş və çəkisi 123 qram olmuşdur. Həmin narkotik vasitəyə bənzər bitki kütləsi 1 ədəd içi boş sellofan paketə qablaşdırılmışdır. İş materiallarında olan aqronom Arif Səmədov tərəfindən təqdim olunmuş 09 avqust 2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkarlanan 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxış keçirilərkən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğu, bitkilərin köklərinin peyinlə diblərinin təmizlənib yumşaldıldığı, suvarıldığı, bitkilərin basdırılmış dirəklərə iplə bağlandığı, aşkar olunan bitkilərin boyları ən uzunu 247 sm, ən kiçiyi 191 sm olduğu məlum olmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 17/596 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 03 (üç) ədəd, uzunluqları 191 sm-dən 247 smdək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 13 kq 305,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X12 09 avqust 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin anbarından aşkar edilmiş 01(bir) ədəd qara rəngli sellofan bağlamanın içərisindəki, təmiz çəkisi – 112,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd sellofan bağlamada olan qurudulmuş marixuana və 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2023-cü il tarixli 1533 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olan 22 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rrayon Mərkəzi Xəstəxanasınin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 21 avqust 2023-cü il tarixli 5-32-12/2- 610/2023 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 21 avqust 2023-cü il tarixli 5-32-12/2- 608/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, ailə üzləri olan arvadı X3 (xx.xx.1964), oğlu X8 (xx.xx.1993), gəlini X5 (xx.xx.1998), nəvələri X6 (xx.xx.2016) və Təqsirləndirilən şəxs Natiq oğlu (xx.xx.2017) ilə Ağdaş rayonu, Ləki qəsəbəsi Yeni Massiv ünvanında yaşayır. İş materiallarında olan 1-12112 №-li və 1-27321 №-li vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X9 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs Namiq oğluna məxsus ambulator kitabçadan çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs ağciyər-ürək çatışmazlığı və ateroskleroz xəstəliklərindən əziyyət çəkir. İş materiallarında olan ŞA 000835 №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs bacısı X4 şəhid anasıdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək və Müvəqqəti saxlama yerindən azad etmək haqqıda” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tamamilə sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ağciyər-ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkməsini, böyütdüyü övladın Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, bacısının şəhid anası olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyası həddində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğun olduğunu hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3-cü maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalıdır. İş mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan 03 ədəd ekspertiza tədqiqatından sonra qalan yaş halda çətənə (kannabis) bitkisinin 13kq 304,7 qram qalığı və yaşadığı evin zirzəmisindən çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 112,59 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, hadisə yerinə baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk, həmçinin üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 60 (altmış) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar – Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan 03 ədəd ekspertiza tədqiqatından sonra qalan yaş halda çətənə (kannabis) bitkisinin 13kq 304,7 qram qalığı və yaşadığı evin zirzəmisindən çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 112,59 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə yerinə baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk, həmçinin üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsindən vəkil Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 60 (altmış) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-190/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-190/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver