Məhkəmə qərarları › İş №1(014)-2/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-2/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-2/2023 30.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı2, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs İB-nin nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1982-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, evli, himayəsində 1-i azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan övladı olan, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri xx.xx.1986-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”-nın 5-ci bəndinin tələblərini pozaraq ünvan 3 ünvanında 2019-cu ilin dekabr ayından 2020-ci ilin yanvar ayınadək "xxxx" ASC “X31 Enerji Təchizatı və Satışı” idarəsinin X17 balansında olan gərginliyi 10 kV-luq 2 nömrəli “Sənaye” hava xətti keçən hissəsində xəttin dayaqlararası aşırımından 02 metr məsafədə yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xətlərin istismarçısı və mülkiyyətçisi olan “X31 Enerji Təchizatı və Satışı” idarəsindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan eni 12 metr, uzunluğu 25 metr, hündürlüyü 3,40 metr olan təsərrüfat təyinatlı qurğu quraşdırmış, bundan başqa o, Ağdaş şəhəri sakini xx.xx.1982-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin tələblərini pozaraq həmin tarixlərdə "xxxx" ASC “X9 Şəbəkəsi” MMC-nin balansında olan, gərginliyi 110 kV-luq iki dövrəli 3-cü, 4-cü “Ağdaş” hava elektrik verilişi xəttinin 56-57 saylı dayaqlar arası aşırımında 11 metr məsafədə yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xətlərin istismarçısı və mülkiyyətçisi olan "xxxx" ASC “X9 Şəbəkəsi” MMC-dən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan hündürlüyü 2 metr 80 sm, eni 63 metr, uzunluğu 147 metr ölçüdə istixana quraşdırmaqla tikinti və quraşdırma işləri aparmış, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonalarında vahid niyyətlə tikinti və quraşdırma işləri aparmışlar. Həmçinin, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 3ndə onlara məxsus istixananın yaxınlığından keçən Ağdaş QPS-dən qidalanan diametri 219-mm olan orta təzyiqli yeraltı qaz xətti şəbəkəsindən diametri 57-mm olan qanunsuz qaz xəttini 2020-ci ilin avqust ayında istixanaya qanunsuz olaraq çəkməklə qaz şəbəkəsinə qanunsuz qoşulub xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində 23 ədəd qeyri-standart qaz sobasında və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində 40 ədəd qeyri-standart-qaz sobasında təbii qazdan istifadə etməklə ümumilikdə 230 gün müddətində 46848,40 manat dəyərində - xeyli miqdarda təbii qaz resursunu talamış, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla vahid niyyətlə təbii qaz resursunu xeyli miqdarda ziyan vurmaqla talamışlar. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”-nın 5-ci bəndinin tələblərini pozaraq ünvan 3 ünvanında 2019-cu ilin dekabr ayından 2020-ci ilin yanvar ayınadək "xxxx" ASC “X31 Enerji Təchizatı və Satışı” idarəsinin X17 balansında olan gərginliyi 10 kV-luq 2 nömrəli “Sənaye” hava xətti keçən hissəsində xəttin dayaqlararası aşırımından 02 metr məsafədə yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xətlərin istismarçısı və mülkiyyətçisi olan “X31 Enerji Təchizatı və Satışı” idarəsindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan eni 12 metr, uzunluğu 25 metr, hündürlüyü 3,40 metr olan təsərrüfat təyinatlı qurğu quraşdırmış, bundan başqa o, Ağdaş şəhəri sakini xx.xx.1982-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin tələblərini pozaraq həmin tarixlərdə "xxxx" ASC “X9 Şəbəkəsi” MMC-nin balansında olan, gərginliyi 110 kV-luq iki dövrəli 3-cü, 4-cü “Ağdaş” hava elektrik verilişi xəttinin 56-57 saylı dayaqlar arası aşırımında 11 metr məsafədə yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xətlərin istismarçısı və mülkiyyətçisi olan "xxxx" ASC “X9 Şəbəkəsi” MMC-dən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan hündürlüyü 2 metr 80 sm, eni 63 metr, uzunluğu 147 metr ölçüdə istixana quraşdırmaqla tikinti və quraşdırma işləri aparmış, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonalarında vahid niyyətlə tikinti və quraşdırma işləri aparmışlar. Həmçinin, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 3ndə onlara məxsus istixananın yaxınlığından keçən Ağdaş QPS-dən qidalanan diametri 219-mm olan orta təzyiqli yeraltı qaz xətti şəbəkəsindən diametri 57-mm olan qanunsuz qaz xəttini 2020-ci ilin avqust ayında istixanaya qanunsuz olaraq çəkməklə qaz şəbəkəsinə qanunsuz qoşulub xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində 23 ədəd qeyri-standart qaz sobasında və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində 40 ədəd qeyri-standart-qaz sobasında təbii qazdan istifadə etməklə ümumilikdə 230 gün müddətində 46848,40 manat dəyərində - xeyli miqdarda təbii qaz resursunu talamış, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla vahid niyyətlə təbii qaz resursunu xeyli miqdarda ziyan vurmaqla talamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 46848,40 manat məbləğində qaz enerjisini talamamışdır. O, yalnız 2 gün, yəni xx.xx.2022xx.xx.2022-ci tarixdə qazdan qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, həmin istixananın yüksək gərginlikli mühafizə zonasında tikilməsinin qeyri-qanuni olmasını bilməmişdir. 2020-ci ilin fevral ayından Ağdaş rayonu, Məşəd küçəsində qayınanası X10 məxsus kənd təsərrufatı təyinatlı torpaq sahəsində ümumi sahəsi 0,93 ha (93 sot) olan istixananı icarəyə götürübdür. İstixana 17 hissədən (tuneldən) ibarətdir. Hər tunelin eni 8,60 metr uzunluğu isə 63 metrdir. İstixananın ümumi uzunluğu 146,5 metr eni isə 63 metrdir. Həmin istixana onun rəhbərliyi ilə 2020-ci ilin fevral ayından fəaliyyət göstərir. Ona məxsus istixanada əmisi oğlu Təqsirləndirilən şəxs2, Şahid4, Anar Baxışov adında şəxslər müxtəlif vaxtlarda işləmişlər. İlk dəfə istixanada 2020-ci ilin mart ayında xiyar şitilləri əkdirmişdir. 2020-ci ilin aprel-dekabr ayında istixanada yetişdirilmiş xiyar məhsullarını bazara çıxartmışdır. Qeyd olunan müddət ərzində istixanada heç bir istilik sistemi olmamışdır. İstixananın 2020-ci ilin yaz, yay və payız aylarında istiliyə ehtiyac olmadığından heç bir odun və ya qaz sobası qoymamışdır. 2020-ci ilin dekabr ayında xiyar mövsümunun sonu olduğu üçün istixanın örtüyünün alt hissəsindən “termos” üsulu deyilən ikinci qat polietilen material çəkməklə şitilləri şaxtadan qorumuş, dekabr ayında isə mövsüm yekunlaşmışdır. Növbəti mövsüm, yəni 2021-ci ilin may ayında Kürdəxanı qəsəbəsindən pomidor şitilləri sifariş edib istixanada 17 tuneldən ibarət hissəsində əkdirmişdir. Lakin, pomidor şitillərinə xəstəlik düşdüyündən şitillər məhv olmuş, nəticədə ona 44 min manat maddi ziyan dəymişdir. Bundan sonra o, 2022-ci ilin yanvar ayının 5-6sı istixanaya xiyar şitilləri əkdirmişdir. Yanvar ayı havaların soyuq keçməsi ilə əlaqədar olaraq istixanada əvvəlcə 6 tuneldən ibarət hissədə 23 qeyri-standart soba quraşdırmışır. Lakin, 23 ədəd qeyri-standart soba istixananı kifayət qədər isitmədiyindən əlavə olaraq 17 ədəd kustar üsulla hazırlanmış soba quraşdırmışdılar. İstixana ümumilikdə 40 ədəd qeyristandart soba vasitəsi ilə odunla isidilmişdir. Lakin, 2022-ci ilin yanvar ayının 18-i yanacaq kimi istifadə etdikləri odunun qurtarması və şitillərin soyuqdan məhv olması təhlükəsi olduğundan istixanaya qanunsuz olaraq yaxınlıqdan keçən diametri 219-mm olan yeraltı qaz xəttindən diametri 57 mm olan qaz xətti çəkmişdir. Qazın təzyiqinin aşağı olması səbəbindən qanunsuz çəkdikləri 57 mm-lik qaz xəttinə 1 ədəd nasos quraşdırmışdır. Lakin, nasosdan istifadə edilməmişdir. Ona məxsus istixananın yaxınlığından yeraltı qaz xəttinin keçməsindən əvvəllər məlumatı olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Ağdaş QPS-dən qidalanan diametri 219 mm-lik orta təzyiqli daşıyıcı yeraltı qaz kəmərinə Birlik tərəfindən baxış keçirilən zaman ünvan 3 ərazisində yerləşən ona məxsus istixanaya qeyri-qanuni qoşulmuş diametri 57 mm olan qaz borusu aşkar olunmuşdur. Bundan sonra, qanunsuz qaz xətti Birliyin işçiləri tərəfindən qaynaq vasitəsi ilə ləğv edilmişdir. Həmin qaz xətti istixananın daxilində quraşdırılmış 40 ədəd qeyri-standart sobaya qoşulmuşdur. Lakin, istixanada xiyar şitillərinin olması və havanın soyuq olması ilə əlaqədar olaraq həmin, yəni xx.xx.2022-ci il tarixdə ləğv edilmiş qaz xəttini yenidən bərpa etmişdir. Ləğv edilmiş qaz xətini özü qaynaq vasitəsi ilə bərpa etmişdir. Qanunsuz çəkilmiş qaz xətti vasitəsi ilə istixanada 4 ədəd sobada 2-3 gün ərzində təbii qazdan istifadə edilmişdir. Belə ki, təxminən xx.xx.2022-ci il tarixdə istixananın ərazisində əmisi oğlu Təqsirləndirilən şəxs2 qaz iyi hiss etmiş və ona bu hadisə barədə xəbər vermişdir. xx.xx.2022-ci il tarixdə həmin qaz kəmərindən qeyri-qanuni olaraq istixanaya diametri 57 mm-lik olan qaz xətti çəkərək, təxminən 1-2 gün istixananın isidilməsi üçün həmin xətdən istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə istixanaya qaz idarəsinin işçiləri tərəfindən baxış keçirilən zaman qeyri-qanuni çəkilmiş d-57 mm-lik qaz xəttindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyri-standart sobaya qoşulduğu aşkar olunmuşdur. Qaz idarəsinin işciləri tərəfindən qoşulmuş qeyri-qanuni qaz xətti dərhal qaynaq vasitəsi ilə ləğv edilmişdir. Lakin, istixanada olan şitillərin tələf olmaması üçün xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində ləğv olunmuş qeyri-qanuni qaz xətti o və əmisi oğlu Təqsirləndirilən şəxs2 tərəfindən yenidən bərpa olunmuşdur. Lakin, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində istixanaya qaz idarəsinin işciləri tərəfindən keçirilən təkrar baxış zamanı ləğv olunmuş qeyri-qanuni qaz xəttinin yenidən bərpa olunduğu aşkar edilərək, xx.xx.2022-ci il tarixdə bərpa olunmuş qeyri-qanuni qaz xəttini qaynaq vasitəsilə təkrar ləğv edilmişdir. Onunla qonşuluqda yaşayan Şahid3 uzun müddətdir qaynaqçı işləyir. Qaz xəttini bərpa etmək üçün Şahid3 kömək üçün dəvət etmişdir. Şahid3 və Şahid2 2021-ci ilin oktyabr ayında ona məxsus istixanaya 60 metr uzunluqda qaz xətti çəkmələri barədə verdikləri ifadə tamamilə yalandır və heç bir hala həqiqəti əks etdirmir. Belə ki, o, qazanxana düzətdirmək məqsədi ilə 60 metr uzunluqda dəmir borunu qaynaq vasitəsi ilə birləşdirmək üçün Şahid2 müraciət etmişdir. Şahid2 qohumu Şahid3lə birlikdə ona məxsus istixanada 60 metr uzunluqda dəmir boruları qaynaq vasitəsi ilə birləşdirmişlər. Lakin, 60 metrlik dəmir xətti oradan keçən yeraltı qaz xəttinə qoşmaq məqsədi ilə düzəltdirməmişdir. Daha sonra pul tapa bilmədiyi üçün qazanxananın tikintisi təxirə salınmışdır. İstixanada fəhlə işləmiş Şahid4 2020-ci ilin noyabr ayında istixananın 6 tunelindən ibarət hissəsində şitillərin əkildiyini, istixananın 6 tuneldən ibarət hissəsində 23 ədəd qeyri-standart qaz sobaları olduğunu, qaz sobaları ilə 2020-ci noyabr ayından 2021-ci ilin mart ayına qədər isidildiyini, istixana gün ərzində 24 saat qazla isidildiyini, 2021-ci ilin mart ayında həmin şitillərdən xiyar məhsulları yığılıb qurtardıqdan sonra istixanaya çəkilmiş qeyri-qanuni qaz xətti yeraltı qaz xəttindən kəsilərək istixananın arxa hissəsinə qoyulduğunu bildirməsi tamamilə yalandır və heç bir halda həqiqəti əks etdirmir. Belə ki, Şahid4 ona məxsus istixanada 2021-ci ilin may ayından fəhlə kimi işləyibdir. Lakin, Şahid4 orada daimi işləməmişdir. Həmçinin Şahid4 qaz idarəsinin işçisidir. O, hər gün qaz idarəsində işdə olmuşdur. Ara-bir şitillərə dərman vurmağa kömək etmişdir. Əgər onlar qaz xəttinə qanunsuz qoşulmuş olsaydılar Şahid4 qaz idarəsinə xəbər verərdi. Şahid4 14 yanvar 2022-ci il tarixdə istixanaya işləməyə gələrkən orada təbii qazdan qeyri-qanuni olaraq 40 ədəd kustar üsulla hazırlanmış sobada istifadə edildiyini bildirməsi yalandır və heç bir halda həqiqəti əks etdirmir. Belə ki, ona məxsus istixanada təbii qazdan 19 yanvar tarixdən istifadə edilmişdir. İstixananın ərazisində yerləşən ayaqyoluna daimi olaraq gedişgəliş olduğu üçün orada torpaq səthinin üzərində iz yaranmışdır. Buna görə də “X36” internet proqramı vasitəsi ilə götürülmuş peyk görüntülərində istixananın qarşısında aşkar edilmiş qanunsuz qaz xəttinin keçdiyi yerdə torpaq səthinin üzərində xətt görsənir. Həmçinin yüksək gərginlikdi hava xəttinin mühafizə zonasında tikinti işlərinin aparılması üçün müvafiq icazələrinin alınmasından məlumatı olmamışdır. Hansı səbəbdən xx.xx.2019-cu tarixdə **********17 nömrəli PAUD-MP-106 tipli “Smart” kart sayağacı Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirdiyini xatırlamır. O, Şahid7 istixanaya çağırmış, Şahid7 qaynaq vasitəsi ilə 4-5 ədəd diametri 57 mm olan dəmir boruları bir birinə calamışdır. Həmin boruları istixananın daxilinə hovuzdan su çəkmək məqsədi ilə düzəltdirmişdir. Lakin, 57-mm lik dəmir bornun istixananın ərazisinə çəkilməsi çox pul tələb etdiyindən daha sonra istixanaya diametri 20 mm olan plastik borulardan təxminən 150 metr uzunluqda xətt çəkdirmişdir. Hal-hazırdada həmin plastik borulardan istifadə edilir. Şahid7 qaynaq vasitəsi ilə caladığı 57 mm-lik dəmir boru istifadə edilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadələrində bildirmişdir ki, o, 46848,40 manat məbləğində qaz enerjisini talamamışdır. O, yalnız 2 gün, yəni xx.xx.2022xx.xx.2022-ci tarixdə qazdan qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa o, həmin istixananın yüksək gərginlikli mühafizə zonasında tikilməsinin qeyri-qanuni olmasını bilməmişdir. O, əmisi oğlu Təqsirləndirilən şəxs1 təklifi ilə həmin istixanaya 2021-ci ili yanvar ayında gəlmişdir. Həmin istixana onun bildiyinə görə əmisi oğlu Təqsirləndirilən şəxs1 rəhbərliyi ilə 2020-ci ilin fevral ayından fəaliyyət göstərir. İstixana becərilən tərəvəz məhsullarının satışından əldə olunmuş qazancı Təqsirləndirilən şəxs1lə ikisinin arasında yarı-yarıya bölürlər. İstixanada o ailə üzvləri ilə birlikdə işləmiş, bundan başqa Şahid4, Anar Baxışov adında şəxslər də müxtəlif vaxtlarda onlara məxsus istixanada fəaliyyət göstərmişlər. Anar Baxışov onun qohumumdur və onun xahişi ilə orada işləyir. Şahid4 isə 2021-ci ildən istixanada fəhlə kimi işləyir. Onun bildiyinə görə 2021-ci ilin yanvar ayına qədər olan dövr ərzində istixanada təbii qazdan istifadə edilməmişdir. 2021-ci ilin may ayında Kürdəxanı qəsəbəsindən pomidor şitilləri sifariş edib istixanada 17 tunelində ibarət hissəsində əkdirmişlər. Lakin, pomidor şitillərinə xəstəlik düşdüyündən şitillər məhv olmuş, nəticədə ona və əmisi oğlu Təqsirləndirilən şəxs1 44 min manat maddi ziyan dəymişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının 18-19-zu istixanaya xiyar şitilləri əkmişlər. Yanvar ayı havaların soyuq keçməsi ilə əlaqədar olaraq istixanada əvvəl 6 tuneldən ibarət hissədə 23 qeyri-standart soba quraşdırmışlar. Lakin, 23 ədəd qeyri-standart soba istixananı kifayət qədər isitmədiyindən əlavə olaraq 17 ədəd kustar üsulla hazırlanmış soba quraşdırmışlar. İstixana ümumilikdə 40 ədəd qeyri-standart soba vasitəsi ilə odunla isidilmişdir. Lakin, əmisi oğlu Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının 18-i yanacaq kimi istifadə etdikləri odunun qurtarması və şitillərin soyuqdan məhv olması təhlükəsi olduğundan istixanaya qanunsuz olaraq yaxınlıqdan keçən yeraltı qaz xəttindən diametri 57 mm olan qaz xətti çəkdirmişdir. Qazın təzyiqinin aşağı olması səbəbindən əmisi oğlu Təqsirləndirilən şəxs1 qanunsuz çəkdirdiyi 57 mm-lik qaz xəttinə 1 ədəd nasos quraşmışdır. Lakin, nasosdan istifadə edilməmişdir. İstixananın yaxınığından yeraltı qaz xəttinin keçməsindən əvəllər məlumatı olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə istixananın yaxınlığında qaz iyi hiss etmiş və bu barədə əmisi oğlu Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə həmin qaz kəmərindnən qeyri-qanuni olaraq istixanaya diametri 57 mm-lik olan qaz xətti çəkmiş, təxminən 1-2 gün müddətdə istixanın isidilməsi üçün həmin xətt vasitəsi ilə təbii qazdan istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə onlara məxsus istixanaya qaz idarəsinin işçiləri tərəfindən baxış keçirilən zaman qeyri-qanuni çəkilmiş d-57 mm-lik qaz xəttindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyri-standart sobaya qoşulduğu aşkar olunmuşdur. Qaz idarəsinin işciləri tərəfindən qoşulmuş qeyri-qanuni qaz xətti qaynaq vasitəsi ilə ləğv edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində ləğv olunmuş qeyri-qanuni qaz xətti əmisi oğlu Təqsirləndirilən şəxs1 tərəfindən istixanada olan şitillərin tələf olmaması üçün yenidən bərpa olunmuşdur. Lakin, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində istixanaya qaz idarəsinin işciləri tərəfindən keçirilən təkrar baxış zamanı ləğv olunmuş qeyri-qanuni qaz xəttinin yenidən bərpa olunduğu aşkar edilmiş, xx.xx.2022-ci il tarixdə bərpa olunmuş qeyri-qanuni qaz xətti qaynaq vasitəsilə təkrar ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə Birlik tərəfindən ləğv edilmiş qaz xəttini əmisi oğlu Təqsirləndirilən şəxs1 qaynaq vasitəsi ilə bərpa etmişdir. Lakin, 21 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 təklifi ilə ləğv edilmiş qaz xəttini Şahid3 bərpa etdiyi barədə məlumatı olmamışdır. Şahid3 və Şahid2 2021-ci ilin oktyabr ayında onun göstərişlərinə əsasən istixanaya 60 metr uzunluqda qaz xətti çəkmələri barədə dedikləri yalandır və heç bir halda həqiqəti əks etdirmir. Faiq Maanafov 2021-ci ilin noyabr ayında istixanın 6 tunelindən ibarət hissəsində şitillərin əkildiyini, istixananın 6 tuneldən ibarət hissəsində 23 ədəd qeyri-syandart qaz sobaları olduğunu, qaz sobaları ilə 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına qədər isidildiyini, itsixana gün ərzində 24 saat qazla isidildiyini, 2021-ci ilin mart ayında həmin şitillərdən xiyar məhsulları yığılıb qurtardıqdan sonra istixanaya çəkilmiş qeyri-qanuni qaz xətti yeraltı qaz xəttindən kəsilərək istixananın arxa hissəsinə qoyulması barədə dedikləri yalandır və heç bir halda həqiqəti əks etdirmir. Şahid4 14 yanvar 2022-ci il tarixdə istixanaya işləməyə gələrkən orada təbii qazdan qeyri qanuni olaraq 40 ədəd kustar üsulla hazırlanmış sobada istifadə edilməmişdir. İstixananın ərazisində yerləşən ayaqyoluna daimi olaraq gediş-gəliş olduğu üçün orada torpaq səthinin üzərində iz yaranmışdır. Buna görə də “X36” internet proqramı vasitəsi ilə götürülmuş peyk görüntülərində istixananın qarşısında aşkar edilmiş qanunsuz qaz xəttinin keçdiyi yerdə torpaq səthinin üzərində xətt görsənir. Həmçinin yüksək gərginlikli hava xəttinin mühafizə zonasında tikinti işlərinin aparılması üçün müvafiq icazələrinin alınmasından məlumatı olmamışdır. Yüksək gərginlikli hava xəttinin mühafizə zonasında tikinti işlərinin aparılması üçün müvafiq icazənin alınması lazım olduğunu bilməmiş, ümumiyətlə istixananın tikintisində iştirak etməmiş və istixananın yüksək gərginlikli hava xəttinin mühafizə zonasında quraşdırılmasından xəbəri olmamışdır. İstixanada təbii qazdan 19 yanvar 2022-ci il tarixdən istifadə etməyə başlamışlar. Lakin 21 yanvar 2022-ci ildə Birlik tərəfində qanunsuz qaz xətti aşkar edilərək ləğv edilmişdir. İstixananın hansı tarixdən tikilməsi barədə məlumatı yoxdur. İstixananın tikintisində iştirak etməmişdir.Təqsirləndirilən şəxs1 onun adına “Smart kart” tipli işıq sayağacı quraşdırılması üçün xahiş etmiş, O, da Mingəçevir şəhərində yerləşən Asan Xitmədə müraciət etmişdir. xx.xx.2019-xx.xx.2022-ci il dövr ərzində 1558 manat məbləğdə enerji pulunun ödənilməsindən məlumatı yoxdur. Ona məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsinə Hakimə Qədimovanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən xx.xx.2020-ci il tarixdə “Ayten boyukkenin pulunu isteyirdi deyir parniye qoysun goturum” smsi xatırlamır. xx.xx.2021-ci il tarixdə Şahid7la aralarında telefon daışıqları olmamış, Şahid7la ümumiyyətlə aralarında telefon danışıqları olmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs İBnin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Zərərçəkmiş şəxs Zaqatala X28 İdarəsinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləyir. "xxxx" İB, Zaqatala RQİİ-nin Ağdaş sahəsinin xidməti ərazisində qaz təsərrüfatında "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələblərinin ciddi şəkildə pozulması faktı aşkar edilmişdir. Belə ki, Zaqatala RQİİ-nin Ağdaş xidməti sahəsində ünvan 3ndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus istixanada təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə qaz idarəsinin işciləri tərəfindən əraziyə baxış keçirilən zaman Ağdaş QPS-dən qidalanan diametri 219 mm olan orta təzyiqli daşıyıcı yeraltı qaz xəttindən qeyri-qanuni diametri 57 mm olan qaz xətti çəkilərək istixanada təbii qazdan istifadə edildiyi müəyyən edilmişdir. ünvan 3ndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Bu yolla İstixana sahibi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təbii qazdan qeyri qanuni istifadə edilməsinə nail olmuşlar. Belə ki, həmin istixanaya baxış keçirilən zamanı qeyri-qanuni çəkilmiş d-57 mm-lik qaz xətindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyri-standart sobada təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Aşkar edilmiş təbii qazın oğruluq faktı müəyyən edilərək qaynaq vasitəsilə ləğv edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 tərəfindən gecə saatlarında qeyri-qanuni xəttin yenidən daşıyıcı 219 mm-lik qaz xəttinə qoşduğu müəyyən edilmiş və təkrar ləğv edilməsi məcburiyyəti yaranmışdır. Aşkar edilmiş "Qazdan istifadə Qaydaları"nın tələblərinin ciddi şəkildə pozulması faktı əsasında aparılmış ilkin hesabat üzrə itirilmiş qazın miqdarı 67200 kub metr həcmində müəyyən edilərək 14784,00 manat məbləğdə Birliyə maddi ziyanın dəydiyi müəyyən edilmişdir. ünvan 3ndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" xx.xx.2021-ci il tarixli 13 №-li qərarına əsasən qeyri əhali sektorunda sənaye və kənd təsərrüfatı üzrə istehlakçıara təbii qazın satışı hər kub metr üçün 0,22 qəpikdən həyata keçirilir və sözügedən qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Buna qədər isə qeyri əhali sektoru üzrə təbii qazın satışı hər kub metr üçün Tarif Şurasının xx.xx.2016-cı il tarixli 18 №-li qərarı ilə 0,20 qəpik həcmində müəyyən edilmişdir. Ona görə də sözügedən istixanada xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada istifadə edilmiş 115920 m³ həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 23184 manat (115920 m³ x 0,20 m = 23184 m), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada istifadə edilmiş 107520 m³ həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 23654,40 manat (107520 m³ x 0,22 m = 23654,40 m), ümumilikdə isə dəymiş ziyanın həcmi 46838,40 manat (23184 m + 23654,40 m = 46838,40 m) təşkil edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, hal-hazırda "xxxx" ASC-nin Hüquq idarəsinin X34 üzrə aparıcı hüquqşunası vəzifəsində işləyir. Ağdaş rayonu, Məşəd küçəsində yerləşən torpaq sahəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nizami oğlu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”-nın 5-ci bəndinin tələbləri pozularaq, "xxxx" ASC “Mərkəzi Aran” RETSİ-nin X17 balansında olan 10 kV-luq 2 nömrəli “Sənaye” hava xəttinin dayaqlararası aşırımından 02 metr məsafədə yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xətlərin istismarçısı və mülkiyyətçisi olan "xxxx" ASC Mərkəzi Aran” RETSİ-dən icazə almadan eni 12 metr, uzunluğu 24 metr hündürlüyü 3,80 metr ölçüdə tikinti işləri aparmış, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və quraşdırma işləri aparmışlar. "xxxx" ASC “Mərkəzi Aran” RETSİ-nin X17 balansında olan 10 kV-luq 2 nömrəli “Sənaye” hava xəttinin mühafizə zonası 10 metrdir. Ağdaş rayonu, Məşəd küçəsndə tikinti quraşdırma işləri qeyd edilən elektrik xəttinin 02 metr mühafizə zonasında quraşdırılmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 ifadəsində bildirmişdir ki, hal-hazırda "xxxx" ASC-nin “X9 Şəbəkəsi” MMCnin elektrik veriliş hava xəttinin istismarı və təmir xidmətinin aparıcı mühəndisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin tələblərini pozaraq, "xxxx" ASC “X9 Şəbəkəsi” MMC-nin balansında olan 110 kVluq 3-cü, 4-cü “Ağdaş hava elektrik verilişi xəttinin 56-57 saylı dayaqlararası aşırımından 11 metr məsafədə yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında həmin xətlərin istismarçısı və mülkiyyətçisi olan “Azərenerji ASC” “X9 Şəbəkəsi” MMC-dən icazə almadan hündürlüyü 2 metr 80 sm, eni 63 metr, uzunluğu 147 metr ölçüdə tikinti işləri aparmış, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və quraşdırma işləri aparmışlar. Azərenerji ASC “X9 Şəbəkəsi” MMC-nin balandısnda olan 110 kV-luq 3-cü, 4-cü “Ağdaş” hava elektrik xəttinin mühafizə zonası 20 metrdir. Yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında müvafiq icazə almadan tikinti işləri aparılması aşkar olunarsa ilk əvvəl rəhbərliyə məlumat verməli, tikinti işləri aparan şəxsi və ya şəxsləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə tanış etməklə, həmin şəxsə xəbərdarlıq təqdim olunmalıdır. Ağdaş rayonu, Məşəd küçəsndə quraşdırılmış istixana qeyd edilən elektrik xəttinin 11 metr mühafizə zonasında quraşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, halhazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus istixanada işləyir. 2020-ci ilin 22 may tarixdə ünvan 3ndə yerləşən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus istixanaya iş üçün müraciət etmiş, elə həmin tarixdəndə günü 10 manata Əfqan və Təqsirləndirilən şəxs2lərə məxsus istixanada işləməyə başlamışdır. Həmin istixanada fəaliyyəti şitillərin dərmanlanması və təmizlənməsindən ibarət olmuşdur. O, istixanada işləməyə başlayarkən orada xiyar məhsulu yetişdirildi. Həmin məhsullar 2020-ci ilin iyul ayında satılıb qurtarmışdır. Bundan sonra 2020-ci ilin avqust ayında istixanada xiyar şitili əkilmiş, lakin həmin şitillər tələf olmuşdur. Həmin vaxt ərzində istixana heç bir vasitə ilə isidilmirdi. Daha sonra 2020-ci ilin noyabr ayında həmin istixanaya Bakı şəhəri, Kürdəxanı qəsəbəsindən yenidən xiyar şitilləri gətirilmişdir. Şitillər gətirilməmişdən əvvəl 2020-ci ilin noyabr ayında istixanaya istixananın yaxınlığından keçən yeraltı qaz xəttindən qeyriqanuni qaz xətti çəkilmişdir. Həmin şitillər noyabr ayında istixanın 6 tunelindən ibarət hissəsində əkilmişdir. İstixananın 6 tuneldən ibarət hissəsində 23 ədəd qeyri-standart qaz sobaları quraşdırılmışdır. İstixana qaz sobaları ilə 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayının sonuna qədər gün ərzində 24 saat təbii qazla isidilirdi. 2021-ci ilin mart ayının sonunda həmin şitillərdən xiyar məhsulları yığılıb qurtardıqdan sonra istixanaya çəkilmiş qeyri-qanuni qaz xətti yeraltı qaz xəttindən kəsilərək istixananın arxasında olan boş əraziyə qoyulmuşdur. Daha sonra istixanada 2021-ci ilin aprel ayında pomidor şitilləri əkilmişdir. Əfqan və Təqsirləndirilən şəxs2lərə məxsus istixanada 2021-ci ilin iyul ayına qədər işlədikdən sonra oradan çıxmışdır. 2022-ci ilin yanvar ayının 14-də Təqsirləndirilən şəxs2 ona zəng edərək yenidən istixanada işləməyi təklif etmişdir. O, da Elşənin təklifini qəbul edərək, həmin tarixdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus istixanada işləməyə başlamışdır. O, istixanaya işləməyə gələrkən 2021-ci ilin aprel ayında ləğv edilmiş qaz xəttinin yenidən bərpa olunduğunu görmüşdür. Həmin vaxt istixanada xiyar şitilləri artıq əkilmişdir və istixananın daxilində 13 tuneldən ibarət hissəsində təbii qazla işləyən 40 ədəd qeyri-standart soba var idi. 2022-ci ilin yanvar ayının 21-də qaz idarəsinin işciləri tərəfindən istixananın yaxınlığından keçən yeraltı qaz xəttinə baxış keçirilən zaman istixanaya çəkilmiş qanunsuz qaz xətti aşkar edilərək qaynaq vasitəsi ilə ləğv edilmişdir. Bundan sonra o, bir neçə gün işləməyə getməmiş, daha sonra Elşən Abdullaey ona bildirmiş ki, xx.xx.2022-ci il tarixdə ləğv edilmiş qaz xəttini bərpa ediblər, lakin növbəti gün qaz idarəsinin işçiləri tərəfindən keçirilən təkrar baxış zamanı yenidən qoşulmuş qaz xətti aşkar edilərək xx.xx.2022-ci il tarixdə təkrar ləğv edilmişdir. Ağdaş rayonu Məşəd küçəsində yerləşən istixana Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsusdur. O, həmin istixanada xx.xx.2020-ci il tarixdən işləyir və istixananın hansı tarixdən fəaliyyət göstərməsi barədə dəqiq məlumatı yoxdur. İstixanada ondan başqa Anar adlı şəxs mühafizəçi işləyir. 2020-ci il tarixdə qaz xəttini qaz idarəsinin adını xatırlamadığı qaynaqçı tərəfindən çəkilmişdir. xx.xx.2022-ci il tarixdə isə Birlik tərəfindən kəsilmiş qaz xətti Məhəmmədəli adlı şəxs tərəfindən qaynaq vasitəsi ilə bərpa edilmişdir. 2020-ci ilin noyabr ayında istixanaya istixananın yaxınlığından keçən yeraltı qaz xəttindən qeyriqanuni qaz xətti çəkilmişdir. Yeraltı qaz xəttindən 5 ay istifadə olunduqdan sonra 2021-ci ilin mart ayının sonunda Əfqan və Təqsirləndirilən şəxs2 tərəfindən qaz xətti ləğv edilmişdir. Daha sonra 2022-ci ilin yanvar ayının 14-ü o, həmin istixanaya işləməyə qayıtdıqda istixanada təbii qazdan istifadə edilirdi, belə ki, qanunsuz qaz xətti yenidən bərpa edilmişdir. İstixanaya çəkilmiş qanunsuz qaz xətti kəsildikdən sonra istixana fəaliyyətini dayandırmış, nəticədə istixanada təxminən 20-25 min manat dəyərində olan xiyar şitilləri tələf olmuşdur. İstixananın daxilində 40 ədəd qeyri-standart sobada gün ərzində 24 saat təbii qazdan istifadə edilirdi. İstixanada işlədiyi müddətdə Təqsirləndirilən şəxs2 ona istixanada gördüyü işləri soruşmaq üçün mütamadi olaraq zənglər etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, halhazırda Ağdaş şəhərində qaynaqçı fəaliyyəti ilə məşğul olur. 2017-2020-ci il tarixlərdə Zaqatala RQİİ-nin Ağdaş xidməti sahəsində qaynaqçı vəzifəsində işləmişdir. O, ünvan 3ndə yolun kənarında iş elanı qoyaraq qaynaq işi üçün müraciət olduqda müəyyən qiymətə razılaşıb qaynaq işi görür. Təqsirləndirilən şəxs1 2 il bundan əvvəl ona yaxınlaşıb istilik qazanı yığmaq üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs1 bunun üçün əvvəlcə qaynaq vasitəsi ilə 2 ədəd “forsunka” yığmaq və həmin forsunkanın gün ərzində qaz sərfiyyatını müəyyən etmək lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 100 manat pul alıb sınaq üçün 1 ədəd “forsunkanı” qaynaq vasitəsi ilə yığıb ona vermişdir. Lakin, həmin forsunkanın qaz sərfiyyatı çox olduğundan Təqsirləndirilən şəxs1 2-ci forsunkanın lazım olmadığını bildirmişdir. Bundan sonra, 2021-ci ilin oktaybr ayının əvəlləri Əfqan Abdullay ona yaxınlaşaraq iş təklif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ona məxsus istitaxanın ərazisində qaz xətti çəkmək lazım olduğunu bildirmişdir. O da, dayısı Şahid3 zəng edərək Əfqana məxsus istixanada qaz xətti çəkmək üçün iş təklif etmişdir. Bundan sonra o, dayısı Şahid3lə Əfqana məxsus istixananın ərazisində qaz xəttini çəkmək üçün istixanaya getmişdir. O, dayısı Şahid3 ilə birlikdə istixanada Təqsirləndirilən şəxs1 göstərişlərinə əsasən, oradan keçən yeraltı qaz kəmərindən istixananın giriş hissəsinə qədər olan məsafəyə qədər təxminən 60 metr uzunluqda diametri 57-mm olan 5 ədəd dəmir borunu qaynaq vasitəsi ilə birləşdirirək çəkmişdir. Həmin vaxt yeraltı qaz kəmərinin üzəri torpaqdan təmizlənmişdir və yeraltı qaz xəttinə qeyri-qanuni olaraq qoşulmuş 1 ədəd krant var idi. Qaynaq vasitəsi ilə çəkdikləri qaz xəttini yeraltı qaz xəttinə qoşmamış, belə ki, Təqsirləndirilən şəxs1 həmin hissəyə qaz sayğacı qoşacaqlarını bildirmişdir. Qeyd olunan işlərin görülməsi üçün onlar Təqsirləndirilən şəxs1 əmisi oğlu Elşəndən 70 manart məbləğdə pul almışlar. Həmçinin Təqsirləndirilən şəxs2 ona və dayısı Şahid3 2 selofan istixanada yetişdirilmiş xiyar məhsulundan vermişdir. 2022-ci il 21 yanvar tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək onlara məxsus istixanada qaynaq işi aprılmalı olduğunu və ehtibarlı qaynaqçı lazım olduğunu bildirmişdir. O, da başqa işinin olduğunu, dayısı Şahid3lə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o, dayısı Şahid3 zəng edərək Təqsirləndirilən şəxs1 nömrəsin ona vermişdir. Bundan sonra olanlardan xəbəri olmamışdır. Həmin istixana Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsusdur. Elşən Abdullevə və Təqsirləndirilən şəxs1 məxsus Ağdaş rayonu, Məşəd küçəsində yerləşən istixana təxminən 2019-cu ilin sonlarından fəaliyyət göstərir. O və dayısı Şahid3 yalnız istixananın kənarında işləmişlər və istixanada neçə ədəd soba olması barədə məlumatı yoxdur. Həmin istixanada ilk dəfə 2021-ci ilin oktyabr ayında olmuş və 60 metr uzunluqda 5 hissədən ibarət olan 57 mm-lik qaz xəttini qaynaq vasitəsi ilə çəkmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 2 il bundan əvvəl ona yaxınlaşıb istilik qazanı yığmaq üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs1 bunun üçün əvvəlcə qaynaq vasitəsi ilə 2 ədəd “forsunka” yığmaq və həmin forsunkanın gün ərzində qaz sərfiyyatını müəyyən etmək lazım olduğunu bildirmişdir. O, da Təqsirləndirilən şəxs1 100 manat pul alıb sınaq üçün 1 ədəd “forsunkanı” qaynaq vasitəsi ilə yığıb ona vermişdir. Lakin, həmin forsunkanın qaz sərfiyyatı çox olduğundan Təqsirləndirilən şəxs1 2-ci forsunkanın lazım olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, halhazırda Zaqatala RQİİ “Təmizqaz” QPS-də qaynaqçı vəzifəsində işləyir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən 2 ildir tanıyır. Təqsirləndirilən şəxs1lə aralarında yalnız telefon danışıqları olmuş, Təqsirləndirilən şəxs2 isə bir neçə dəfə onlara məxsus istixanada qaynaq işi aparanda görmüşdür. Elşən və Təqsirləndirilən şəxs1lərlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Belə ki, təxminən 2 il bundan əvvəl Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsi onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib onu Ağdaş rayonu, Məşəd küçəsində yerləşən sonuncuya məxsus istixanada qaynaq işi görmək üçün istixanaya çağırmışdı. O da özünə məxsus qaynaq aparatını götürüb özünə məxsus minik avtomobili ilə Təqsirləndirilən şəxs1 istixanasına getmişdir. Orada onu Elşən adlı şəxs qarşılamışdır. Elşən adlı şəxs istixananın ərazisi ilə onu tanış edərək istixananın daxilində istilik sistemi, yəni “Qazanxana” quraşdırılmasını lazım olduğunu bildirmişdir. O da işinin çox olduğunu bildirib Elşənə qazanxananı quraşdırmaq üçün vaxtının olmadığını bildirmişdir. Bundan sonra Elşən ondan uzunluğu təxminən 8-12 metr olan 4-5 ədəd diametri 57-mm lik olan dəmir boruları qaynaq vasitəsi ilə calamağını xahiş etmişdir. O, qeyd olunan işlərin görülməsi üçün 30 manata razılaşıb həmin dəmir boruları qaynaq vasitəsi ilə bir-birinə calamışdır. Caladığı 57 mm-lik dəmir borunun ümumi uzunluğu təxminən 50 metr olardı. Lakin, Elşən adlı şəxs həmin dəmir borunu nə üçün çəkdirdiyini bildirməmişdir. Bundan təxminən 1 il sonra 2021-ci ilin oktyabr ayında Elşən adlı şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng edib istixanada dəmir boruları qaynaq vasitəsi ilə yenidən calamaq lazım olduğunu bildirmişdir. O, da özünə məxsus qaynaq cihazını götürüb həmin istixanaya getmişdir. Onu Elşən adlı şəxs orada qarşılayıb görüləcək işləri tapşırmışdır. Elşənlə 40 manata razılaşıb istixananın qarşısında təxminən 4 ədəd hər birinin uzunluğu 8-12 metr olan 57 mm-lik dəmir boruları qaynaq vasitəsi ilə bir-birinə calamışdır. Bundan sonra orada olanlardan xəbəri olmamışdır. 2022-ci ilin yanvar ayının 21-i Ağdaş rayonu, Məşəd küçəsində yerləşən istixanada qazdan qeyri qauni istifadə edilməsi faktına görə Qaz İdarəsinin digər əməkdaşları ilə birlikdə həmin istixanaya getmişdir. İstixananın yaxınlığından keçən diametri 219-mm olan yeraltı qaz xəttinə qanunsuz olaraq qoşulmuş diametri 57 mm olan yeraltı qaz xəttini Qaz idarəsinin qaynaqçısı Ramin Kərimovla birlikdə qaynaq vasitəsi ilə ləğv etmişlər. xx.xx.2020-ci il tarixdə Əfqan adlı şəxs ona zəng edib Ağdaş rayonu, Məşəd küçəsində yerləşən sonuncuya məxsus istixanada qaynaq işi görmək üçün istixanaya çağırmışdır. O, özünə məxsus qaynaq aparatını götürüb özünə məxsus minik avtomobili ilə Təqsirləndirilən şəxs1 istixanasına getmişdir. Orada onu Elşən adlı şəxs qarşılamışdır. Elşən uzunluğu təxminən 8-12 metr olan 4-5 ədəd diametri 57-mm lik olan dəmir boruları qaynaq vasitəsi ilə calamağını ondan xahiş etmişdir. O, qeyd olunan işlərin görülməsi üçün 30 manata razılaşıb həmin dəmir boruları qaynaq vasitəsi ilə bir-birinə calamışdır. Onun caladığı 57 mm-lik dəmir borunun ümumi uzunluğu təxminən 50 metr olardı. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız qaynaq işləri görmək lazım olduqda zəng edib onu axtarmışlar. O, 2 dəfə həmin istixanada 57 mm-lik dəmir boru çəkmişdir. Telefon danışıqlarıda həmin işlərin görülməsi ilə bağlı olmuşdur. İstixanaya qanunsuz olaraq çəkilmiş 57 mm-lik qaz xətti əvəllər onun tərəfindən qaynaq vasitəsi ilə calanan dəmir boruların ölçüsü ilə eynilik təşkil edirdi. Belə ki, o həmin istixanada ilk dəfə 2020-ci ilin payız fəslində diametri 57 mm olan dəmir borunu qaynaq vasitəsi ilə bir birinə calamışdır. Bundan təxminən 1 il sonra yenidən həmin istixananın ərazisində diametri 57 mm olan dəmir boruları qaynaq vasitəsi ilə bir-birinə calamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, halhazırda Ağsu RQİİ-nin Ucar XS-nin rəis muavini vəzifəsində işləyir, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər Zaqatala RQİİ-nin Ağdaş Xidmət Sahəsinin rəis muavini vəzifəsində işləmişdir. 2021-ci ilin aprel ayının ortalarında Zaqatala RQİİ-nin qazın balansı və satışı şöbəsinin rəisi Aqil İslamov ona zəng edərək ünvan 3ndə yerləşən istixananın ərazisindən keçən orta təzyiqli yeraltı qaz xəttinə baxış keçirilməsi üçün çağırmışdır. Bundan sonra o, Zaqatala RQİİ-nin Ağdaş xidməti sahəsi üzrə çilingəri Şahid1 zəng edib onun da həmin əraziyə gəlməsini tapşırmışdır. O, Şahid1lə birlikdə istixanaya gəldikdən sonra onlar istixanaya baxış keçirmək üçün istixananın ərazisinə daxil olmaq istəyərkən istixananın sahibi Əfqan adlı şəxs yalnız bir nəfəri istixananın ərazisinə baxış keçirməsinə icazə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Aqil İslamovdan Şahid1 inanıb-inanmadığı soruşmuş, daha sonra istixanaya yalnız Şahid1 buraxacağını bildirmişdir. Bundan sonra Şahid1 istixananın mühafizəçisi ilə istixananın ərazisinə daxil olub təxminən 2-3 dəqiqə baxış keçirmişdir. Baxış keçirdikdən sonra Şahid1 istixananın daxilində qazın qeyri-qanuni istifadəsini aşkar etmədiyini bildirmişdir. 2022-ci ilin yanvar ayının hesabatında müəyyən miqdarda qaz itkisi müəyyən edilmişdir. Bundan sonra qazdan qanunsuz istifadə hallarının müəyyən edilməsi üçün Birlik tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus istixanaya baxış keçirilən zamanı qeyri-qanuni çəkilmiş d- 57 mm-lik qaz xəttindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyri-standart sobada təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində qeyri-qanuni qoşulmuş qaz xətti akt tərtib olunaraq qaynaq vasitəsi ilə Birlik tərəfindən ləğv edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində istixanaya keçirilən baxış zamanı ləğv olunmuş qeyri-qanuni qaz xəttinin yenidən bərpa olunduğu Zaqatala RQİİ-nin rəisi Sübhi Bayramov, Zaqatala RQİİ-nin baş mühəndisi Taleh Hüseynov, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin rəisi Mikayıl Şirinov və onun tərəfindən aşkar edilmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 10:30 radələrində bərpa olunmuş qeyri-qanuni qaz xəttini qaynaq vasitəsilə təkrar ləğv edilməsi məcburiyyəti yaranmışdır. Ağdaş rayonu, Məşəd küçəsində yerləşən istixana bildiyinə görə Təqsirləndirilən şəxs1 məxsudur, həmin istixana təxminən 2020-ci ilin əvvəllərindən fəaliyyət göstərir. Məşəd küçəsində istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Əhmədiyyə oğlu bildirmişdir ki, hal-hazırda Ağdaş şəhərində qaynaqçı fəaliyyəti ilə məşğul olur. Əvəllər qaz idarəsində qaynaqçı işləmişdir, Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvanın qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 10 ilə yaxındır tanıyır. Təqsirləndirilən şəxs2 isə onlara məxsus istixanada işləyərkən tanımışdır. Bacısı oğlu Şahid2 2021-ci ilin sentyabr ayının axırları ona iş təklif etmişdir. Belə ki, bacısı oğlu Rəhim Ağdaş rayonu, Məşəd küçəsində Təqsirləndirilən şəxs1 məxsus istixanada qaz borusu çəkmək lazım olduğunu, onunla birlikdə işləmək istədiyini bildirmişdir. O, bacısı oğlu Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 məxsus istixanada Təqsirləndirilən şəxs1 göstərişlərinə əsasən, oradan keçən yeraltı qaz kəmərindən istixananın giriş hissəsinə qədər olan məsafəyə qədər təxminən 60 metr uzunluqda diametri 57-mm olan dəmir borunu qaynaq vasitəsi ilə çəkmişdir. Həmin vaxt yeraltı qaz kəmərinin üzəri torpaqdan təmizlənmişdir. Yeraltı qaz xəttinə qeyri-qanuni olaraq qoşulmuş 1 ədəd krant var idi. Qaynaq vasitəsi ilə çəkdiyi qaz xəttini yeraltı qaz xəttinə qoşmamışdır, belə ki, Təqsirləndirilən şəxs1 həmin hissəyə qaz sayağacağı qoşacaqlarını bildirmişdir. Qeyd etdiyi işlərin görülməsi üçün onlar Təqsirləndirilən şəxs1 əmisi oğlu Elşəndən 70 manat məbləğdə pul almışlar. Həmçinin Təqsirləndirilən şəxs2 ona və bacısı oğlu Rəhimə 2 selofan istixanada yetişdirilmiş xiyar məhsulundan vermişdir. 2022-ci ilin yanvar ayında bacısı oğlu Şahid2 ona zəng edərək Əfqana məxsus istixanada qaz borusunu qaz idarəsinin işçiləri tərəfindən qaynaq vasitəsi ilə kəsildiyini, həmin qaz xəttini yenidən bərpa etmək lazım olduğunu bildirmişdir. O da həmin gün, yəni 21 yanvar 2022-ci il tarixdə saat təxminən 17 radələrində ona məxsus qaynaq avadanlığını götürüb ünvan 3ndə yerləşən istixanaya getmişdir. İstixanaya çatdıqda orada onu Təqsirləndirilən şəxs2 qarşılamışdır. Elşən ona bildirmiş ki, qaz idarəsinin işçiləri istixanaın ərazisindən keçən yeraltı qaz xəttindən qanunsuz olaraq çəkilmiş qaz xəttini aşkar edərək qaynaq vasitəsi ilə kəsiblər. Qanunsuz olaraq çəkilmiş 57 mm-lik qaz xəttinin təxminən 1 metr hissəsi kəsilmişdir. Kəsilmiş qaz xəttinin 1 metrlik hissəsini qaynaq vasitəsi ilə bərpa etdikdən sonra Elşəndən 30 manat məbləğdə pul almışdır. Bundan sonra orada baş verənlər barədə məlumatı olmamışdır. Həmin istixana Təqsirləndirilən şəxs1 məxsusdur və təxminən 2 ildir fəaliyyət göstərir. O və bacısı oğlu Rəhim yalnız istixananın kənarında işləmişlər və istixanada neçə ədəd soba olması barədə məlumatı yoxdur. Həmin istixanada ilk dəfə 2021-ci ilin sentyabr ayının sonu 60 metr uzunluqda olan 57 mm-lik qaz xətti, sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının 21-də qaz idarəsinin işçiləri tərəfindən kəsilmiş qanunsuz qaz xəttini bərpa etmişdir. Bundan başqa həmin istixananın ərazisində heç bir iş görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zaqatala RQİİ-nin Ağdaş xidməti sahəsi üzrə çilingər vəzifəsində işləyir. 2021-ci ilin aprel ayınının ortalarında Zaqatala RQİİ-nin Ağdaş XS-nin rəis muavini Şahid5 ona zəng edərək Ağdaş rayon Məşəd küçəsində yerləşən istixanaya baxış keçirmək üçün çağırmış, istixananın ərazisinə gəldikdən sonra o, Şahid5 və Aqil İslamov ilə birlikdə istixanaya baxış keçirmək üçün oraya yaxınlaşdıqda istixananın mühafizəçisi onlara mane olaraq istixananın sahibi Əfqan adlı şəxs gəlib icazə verdikdən sonra istixanaya baxış keçirə biləcəklərini bildirmişdir. Əfqan adlı şəxs istixanaya gəldikdən sonra Şahid5 və Aqil İslamovla sözlə mübahisə etmişdir. Daha sonra onlar istixanaya baxış keçirmək üçün istixananın ərazisinə daxil olmaq istəyərkən Əfqan yalnız bir nəfəri istixananın ərazisinə baxış keçirməsinə icazə verdiyini bildirmişdir. Əfqan X4 inanıb-inanmadığını soruşub, daha sonra istixanaya yalnız onu buraxacağını bildirmişdir. Bundan sonra o, istixananın mühafizəçisi və Əfqan adlı şəxs ilə istixananın giriş hissəsinə yaxınlaşmış, Əfqan istixanaya yalnız giriş hissəsindən baxmağa, içəri daxil olmağa icazə verməmişdir. Bundan sonra Əfqan istixananın örtüyünü qaldırdıqda istixananın daxilində yalnız yabanı otların olduğunu görmüşdür. İstixanaya giriş hissədən baxarkən istixanaın daxilində olan yabanı otların hündür olması, həmçinin içəri daxil olmağına icazə verilmədiyindən istixananın digər hissələrinə baxış keçirə bilməmişdir. xx.xx.2022-ci il tarixdə Ağdaş QPS-dən qidalanan diametri 159mm-lik orta təziqli daşıyıcı yeraltı qaz kəmərinə Birlik tərəfindən baxış keçirilən zaman ünvan 3 ərazisində yerləşən Təqsirləndirilən şəxs1 istifadəsində olan istixanaya qeyri-qanuni qoşulmuş diametri 57-mm olan qaz borusu aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 məxsus istixanaya baxış keçirilən zamanı qeyri-qanuni çəkilmiş d-57 mm-lik qaz xəttindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyri-standart sobada təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində qaz idarəsinin işçiləri tərəfindən qeyri-qanuni qoşulmuş qaz xətti qaynaq vasitəsi ilə ləğv edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində istixanaya keçirilən baxış zamanı ləğv olunmuş qeyri-qanuni qaz xəttinin yenidən bərpa olunduğu Birliyin işçiləri tərəfindən aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:30 radələrində bərpa olunmuş qeyriqanuni qaz xətti qaynaq vasitəsilə təkrar ləğv edilmişdir. Ağdaş rayonu Məşəd küçəsində yerləşən istixananın kimə məxsus olması barədə dəqiq məlumatım yoxdur, lakin, onlar istixanaya baxış keçirən zaman Əfqan adlı şəxs istixanın ona və Elşən adlı şəxsə məxsus olduğunu bildirmişdir. İstixananın hasnı tarixdən fəaliyyət görsətməsi barədə məlumatı yoxdur. 2021-ci ilin aprel ayınında Ağdaş rayonu Məşəd küçəsində yerləşən istixanaya baxış keçirilmişdir. Bundan təxminən 1-2 gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək onun istixanasına baxış keçirməyinin səbəbini soruşmuşdur. O da, həmin istixanada qazdan qeyri qanuni istifadə edilməsi barədə şübhələndiyi üçün baxış kemirdiyini bildirmişdir. Ağdaş rayonu, Məşəd küçəsində istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, halhazırda Ağdaş şəhərində gübrə mağazası işlədir, Təqsirləndirilən şəxs1 ilə 2019-cu ildə Həcc ziyarətində tanış olmuş, Təqsirləndirilən şəxs2lə isə Əfqanın vasitsilə tanış olmuşdur. Uzun müddətdir ki , Ağdaş şəhərində toxum, gübrə, bitki dərmanlarının satışı ilə məşğul olur. Həcc ziyarətindən qayıtdıqdan sonra təxminən 2019-cu ilin sonlarında Əfqan istixana tikdirdiyini və ucuz qiymətə polietilen örtüklərin alınmasında köməklik etməyini ondan xahiş etmişdir. O, da "xxxx" MMC-də işləyən tanışı Emil adlı şəxsdən Əfqana topdan qiymətə polietilen materialların satılması üçün xahiş etmişdir. Bundan sonra təxminən 2020-ci ilin yanvar ayının sonları "xxxx" MMC-dən sifariş etdiyi materiallar ünvan 3ndə Əfqana məxsus istixananın ərazisinə gətirmişlər. Həmin vaxt istixananın dəmir konstruksiya işləri artıq yekunlaşmışdır. 2020-ci ilin fevral ayının ortaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağdaş şəhərində onun işlətdiyi mağazaya gələrək təxminən 45 selofan hər birində 500 ədəd toxum olan xiyar toxumu almışlar. Bundan sonra mütamadi olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan həmin toxumların becərilməsi üçün zəruri olan avadanlıqlar, mineral gübrələr, kəndirlər, ümumlikdə 10 min manat civarında toxum, gübrə və digər ləvazimatlar almışlar. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 pomidor şitili əkdiklərini bildirmişlər. Həmin şitillərin haradan almaları barədə heç bir məlumatı yoxdur. Lakin, Elşən və Əfqan həmin pomidor şitillərinin becərilməsi üçün zəruri olan ləvazimatların, yəni mineral gübrələr, ziyanvericilərə qarşı müxtəlif dərmanlar və şitillərin bağlanması üçün kəndirləri onun işlətdiyi mağazadan almışdılar. Həmin ləvazimatları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nisyə vermişdir. Hal-hazırda Elşən və Təqsirləndirilən şəxs1lərin ona təxminən 10 (on) min manat məbləğdə borcları vardır. Sonuncu dəfə 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 zəng edib ondan nisyə götürdüyü malların ödənişini etməsini bildirmiş, Elşən isə yeni məhsul əkdiklərini, məhsul satıldıqdan sonra ona olan borcunun bir hissəsini verəcəyini bildirmişdir. Bundan sonra Əfqanı və ya Elşəni görməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus istixanada qazdan qeyri-qanuni istifadə edilməsi barədə eşitmişdir. Ağdaş rayonu, Məşəd küçəsində yerləşən istixananı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işlədir. Həmin istixananın tikintisi təxminən 2020-ci ilin yanvar ayında başa çatmışdır. Elşən və Təqsirləndirilən şəxs1lərə məxsus istixana hansı növ yanacaqla isidilməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş X23 bildirmişdir ki, Zaqatala RQİİ-in qazın balansı və satışı şöbəsinin rəisi vəzifəsində işləyir. 2021-ci ildə təxminən mart-aprel ayında Ağdaş rayon Məşəd küçəsində yerləşən çayxanada qaz sayağacağına baxış keçirən zaman oradan keçən Ağdaş QPSdən qidalanan diametri 219-mm-lik orta təzyiqli qaz xəttinin çayxana ilə qonşuluqda olan istixananın ərazisindən keçdiyini müəyyən etmiş, bundan sonra həmin istixananın ərazisindən keçən orta təzyiqli qaz xəttinə baxış keçirmək istəyərkən istixananın mühafizəçisi onu istixananın ərazisinə buraxmamış, daha sonra o, Zaqatala RQİİ-in Ağdaş XS-in rəis muavini Şahid5 və Şahid1 Ağdaş rayonu Məşəd küçəsində yerləşən istixanaya baxış keçirmək üçün məlumat vermiş, Şahid5 Şahid1lə birlikdə oraya gəldikdən sonra onlar istixanaya baxış keçirmək üçün istixananın ərazisinə daxil olmaq istəyərkən istixananın sahibi Əfqan adlı şəxs yalnız bir nəfəri istixananın ərazisinə baxış keçirməsinə icazə verdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 Şahid1 inanıb-inanmadığımı soruşub, daha sonra istixanaya yalnız Şahid1 buraxacağını bildirmişdir. Bundan sonra Şahid1 istixananın mühafizəçisi ilə istixananın ərazisinə daxil olub təxminən 2-3 dəqiqə baxış keçirmiş, baxış keçirdikdən sonra Şahid1 istixananın daxilində təbii qazın qeyri-qanuni istifadəsini aşkar etməmişdir. Bundan sonra o, Şahid5 219-mm-lik qaz xəttinin mühafizə zonasının pozulubpozulmaması habelə digər hər hansısa bir qanun pozuntularına yol verilib-veriməməsini araşdırıb müvafiq tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar vermişdir. 2021-ci ilin dekabr ayında həmin ərazidən keçərkən Təqsirləndirilən şəxs1 məxsus istixanada qazdan qeyri-qanuni istifadə edilməsini hiss etmişdir. Həmçinin 2022-ci ilin yanvar ayının hesabatında müəyyən miqdarda qaz itkisi müəyyən edilmiş, bundan sonra qazdan qanunsuz istifadə hallarının müəyyən edilməsi üçün Birlik tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, həmin tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus istixanaya baxış keçirilən zaman qeyri-qanuni çəkilmiş d-57 mm-lik qaz xəttindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyri-standart sobada təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində qeyri-qanuni qoşulmuş qaz xətti akt tərtib olunaraq qaynaq vasitəsi ilə Birlik tərəfindən ləğv edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində istixanaya keçirilən baxış zamanı ləğv olunmuş qeyri-qanuni qaz xəttinin yenidən bərpa olunduğu Zaqatala RQİİ-in rəisi Sübhi Bayramov, Zaqatala RQİİ-in baş mühəndisi Taleh Hüseynov, Zaqatala RQİİ-in Ağdaş XS-in rəis muavini Şahid5, Zaqatala RQİİ-in Ağdaş xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin rəisi Mikayıl Şirinov tərəfindən aşkar edilmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 10:30 radələrində bərpa olunmuş qeyri-qanuni qaz xəttini qaynaq vasitəsilə təkrar ləğv edilməsi məcburiyyəti yaranmışdır. Ağdaş rayonu, Məşəd küçəsində yerləşən istixananın kimə məxsus olması və hasnı tarixdən fəaliyyət görsətməsi barədə məlumatı yoxdur. Ağdaş rayonu, Məşəd küçəsində istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş X18 bildirmişdir ki, 2020-ci ilin iyun ayından Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləyir. Vəzifəsi qazın satışı işini təşkil etməkdən ibarətdir. Həmçinin qazdan qanunsuz istifadə hallarının aşkar edilməsi və qarşısını almaq məqsədi ilə müvafiq reydlər keçirirlər. xx.xx.2022 ci il tarixdə Ağdaş QPS-dən qidalanan diametri 159 mm-lik orta təziqli daşıyıcı yeraltı qaz kəmərinə baxış keçirilən zaman ünvan 3 ərazisində yerləşən Təqsirləndirilən şəxs1 istifadəsində olan istixanaya qeyri-qanuni qoşulmuş diametri 57 mm olan qaz borusu aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 məxsus istixanaya baxış keçirilən zamanı qeyri-qanuni çəkilmiş d-57 mm-lik qaz xəttindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyri-standart sobada təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Həmçinin istixananın daxilində istixanaya qanunsuz çəkilmiş qaz xəttinə 1 ədəd nasos quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində qeyri-qanuni qoşulmuş qaz xətti qaynaq vasitəsi ilə ləğv edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində istixanaya keçirilən təkrar baxış zamanı ləğv olunmuş qeyri-qanuni qaz xəttinin yenidən bərpa olunduğu Zaqatala RQİİ-nin rəisi Sübhi Bayramov, Zaqatala RQİİnin baş mühəndisi Taleh Hüseynovun, Zaqatala RQİİ-nin Ağdaş XS-nin rəis muavini Şahid5 və onun tərəfindən aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:30 radələrində bərpa olunmuş qeyri-qanuni qaz xəttini qaynaq vasitəsilə təkrar ləğv edilməsi məcburiyyəti yaranmışdır. ünvan 3ndə Təqsirləndirilən şəxs1 məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Ağdaş şəhəri Məşəd küçəsində yerləşən istixanada qazdan qanunsuz istifadə edilməsi barədə şübhələnmişdir. Buna görədə 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs1 ona məxsus istixanada qazdan qanunsuz istifadə edilibedilməməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs1 istixananı odunla isidildiyini bildirmişdir. O da, Təqsirləndirilən şəxs1 istixanaya baxış keçirəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə istixanaya icazəsiz heç kəsi buraxmayacağını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs1 ilə telefonla danışdıqdan sonra ona məxsus istixanaya baxış keçirməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2 ədəd içərisində səs yazısı və video görüntü olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci DVD diskdə ümumilikdə 4 faylda video görüntü vardır. İ fayl 14 saniyə, İİ fayl 3 dəqiqə 34 saniyə, İİİ fayl 3 dəqiqə 10 saniyə, İV fayl 8 saniyə videogörüntünün olduğu, hər bir video görüntüdə ekranda xx.xx.2022 göstərildiyi müəyyən edilmişdir. İ faylda qaz borusunun üzəri ekskavator vasitəsilə torpaqdan təmizlənməsi görüntüsü müəyyən edildiyi, İİ faylda 13 hissədən ibarət istixanada 40 ədəd qeyri-standart dəmir soba göründüyü müəyyən edildiyi, İİİ faylda diametri 159mm-lik orta təziqli yeraltı qaz xəttindən diametri 57 mm olan qaz xətti istixanaya çəkildiyi və həmin xətt nasos vasitəsilə istixananın daxilindəki xəttə birləşdirildiyi, İV faylda isə istixanaya çəkilmiş qaz xəttinin qaynaq vasitəsilə ləğv edilməsi müəyyən edilmişdir. İkinci DVD diskdə ümumilikdə 4 faylda video görüntü vardır. İ fayl 34 saniyə, İİ fayl 13 saniyə, İİİ fayl 24 saniyə, İV fayl 39 saniyə videogörüntünün olduğu müəyyən edildi. DVD diskə baxış zamanı müəyyən edildi ki, yeraltı qaz xətdindən istixanaya çəkilmiş qeyri-qanuni qaz xətti xx.xx.2022-ci il tarixdə qaynaq vasitəsilə təkrar ləğv edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/407 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd borunun üzərində qaynaq izləri vardır. Elmi metodika olmadığından təqdim edilmiş 2 ədəd borunun üzərindəki qaynaq və korroziya izlərinin müddətini müəyyən etmək mümkün deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/28xx-xx/2564 saylı ekspert rəyindən görünür ki, Diametri 219 mm olan orta təziqli (200 mbar) yeraltı qaz xəttinə qoyulmuş dismetri 57 mm olan dəmir borudan 1 saat ərzində real olaraq 773,34 m3 həcmindı qaz sırf oluna bilər. Bir gün (24 saat) ərzində bu sərfiyyat 18560,60 m3, 230 günərzində isə 4268836,80 m3 təşkil edə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus istixanada 1 saat ərzində 773,34 m3 (773,34*0,2=154,668 manat) 154,668 manat təşkil edir. Bir gün (24 saat) ərzində bu sırfiyyat 18560,16 m3, (18560,16 *0,2=3718,32 manat) 3718,32 manat təşkil edir 230 gün ərzinsə isə 4268836,80 m3 (4268836,80*0,2=853767,36 manat) 853767,36 manat təşkil edə bilər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3081 saylı ekspert rəyindən görünür ki, Diametri 219 mm olan orta təziqli (200 mbar) yeraltı qaz xəttindən çəkilmiş dismetri 57 mm olan dəmir boruya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət (150 gün) ərzində qoşulmuş 23 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1,4 m3 olan) dəmir sobada 115920 m3 və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət (80 gün) ərzində isə 40 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1,4 m3 olan) dəmir sobada 107520 m3 həcmində, cəmi 223440 m3 təbii qaz istifadə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X01670 saylı məktubundan görünür ki, sözügedən istixanada xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada istifadə edilmiş 115920 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2016-cı il tarixli 18 №-lı qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 23184 manat (115920 m3 x 0.20 m = 23184 m), xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada istifadə edilmiş 107520 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021 -ci il tarixli 13 №-li qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 23654,40 manat (107520 m3 x 0,22 m = 23654,40 m), ümumilikdə isə dəymiş ziyanın həcmi 46838,40 manat (23184 m + 23654,40 m = 46838,40 m) təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7281 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət (150 gün) ərzində qaz xəttinə qoşulmuş 23 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 0,5 m3 olan) “İran farsunkası” ilə işləyən qeyri-standart qaz sobasında 41400 m3 və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət (80 gün) ərzində qaz xəttinə qoşulmuş 40 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 0,5 m3 olan) “İran farsunkası” ilə işləyən qeyri-standart qaz sobasında 38400 m3, cəmi 79800 m3 təbii qaz istifadə oluna bilər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən ekspertiza rəyində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada istifadə edilə biləcəyi 41400 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2016-cı il tarixli 18 №-lı qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 8280 manat (41400 m3 x 0.20 m = 8280 m), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada istifadə edilə biləcəyi 38400 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 13 №-lı qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 8448 manat (38400 m3 x 0.22 m = 8448 m), ümumilikdə isə 79800 m3 həcmində itirilmiş təbii qazın dəyəri 16728 manat (8280 m + 8448 m = 16728 m) təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/669 saylı ekspert rəyindən görünür ki, aparılmış eksperimentin nəticələrinə uyğun olaraq hesablamalarla müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət (150 gün) ərzində qaz xəttinə qoşulmuş 23 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 0,72 m3 olan) “İran farsunkası” ilə işləyən qeyri-standart qaz sobasında 59616 m3 və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət (80 gün) ərzində qaz xəttinə qoşulmuş 40 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 0,72 m3 olan) “İran farsunkası” ilə işləyən qeyri-standart qaz sobasında 55296 m3, cəmi 114912 m3 təbii qaz istifadə oluna bilər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,sözügedən Ekspertiza rəyində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada istifadə edilə biləcəyi 59616 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2016-cı il tarixli 18 №-lı qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 11923.20 manat (59616 m3 x 0,20 m = 11923,20 m), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada istifadə edilə biləcəyi 55296 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 13 №-li qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 12165,12 manat (55296 m3 x 0.22 m = 12165.12 m), ümumilikdə isə 114912 m3 həcmində (59616 m3 + 55296 m3 = 114912 m3) itirilmiş təbii qazın dəyəri 24088,32 manat (11923.20 m + 12165,12 m = 24088,32 m) təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ağdaş rayon sakinləri X14 və Təqsirləndirilən şəxs2 Nizami oğlunun Məşəd küçəsində yerləşən istixana kimi istifadə etdikləri obyektin həyətində olan tikilinin üzərindən “Mərkəzi Aran“ RETSİ-nin X17 balansında olan 110/35/10 kv-luq 2 №-li “Sənaye” hava xətti 2metrliyindən keçir. Həmin yerdə hava xətinin mühafizə zonası pozulmuşdur. Bundan başqa həmin ərazidə istixananın 16 metrlik məsafəsindən "xxxx" ASC-nin balansında olan 110 kv-luq 3-cü və 4-cü “Ağdaş” hava xətləri keçir. Hər iki halda mühafizə zonası pozulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Mərkəzi Aran “ RETSİ-nin X17 xx.xx.2022-ci il tarixli, 328 saylı görünür ki, Ağdaş rayon sakinləri X14 və Təqsirləndirilən şəxs2 Nizami oğlunun Məşəd küçəsində yerləşən istixana kimi istifadə etdikləri obyektin həyətində olan tikilinin üzərindən “Mərkəzi Aran“ RETSİ-nin X17 balansında olan 110/35/10 kv-luq 2 №-li “Sənaye” hava xətti 2 metrliyindən keçir. Bundan başqa həmin ərazidə istixananın 16 metrlik məsafəsindən "xxxx" ASC-nin balansında olan 110 kv-luq 3-cü və 4-cü “Ağdaş” hava xətləri keçir. Hər iki halda mühafizə zonası pozulmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 mart 2022-ci il tarixli, 615 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yaşamaqla ailə tərkibi arvadı - X11, qızı – 2006-cı il təvəllüdlü X6, qızı – 2008ci il təvəllüdlü X7, oğlu – 2019-cu il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 mart 2022-ci il tarixli, 645 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 66 ünvanında yaşamaqla ailə tərkibi anası – X12, arvadı - X13, oğlu – X15 (xx.xx.2009-cu il təvəllüdlü) və qızı – X2 (xx.xx.2012-ci il təvəllüdlü) ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE seriyalı, № 12739480 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.2009-cu il tarixində ünvan 5 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE seriyalı, № 12739479 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixində ünvan 6 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-80/2022 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri ilə məhkəməyə verilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri ilə məhkəməyə verilməsi, İşin məhkəmə baxışı Ağdaş Rayon Məhkəməsinin binasına (ünvan: ünvan 8əsi, məhkəmə baxışının azərbaycan dilində aparılması, işin məhkəmə baxışında dövlət ittihamçısının, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, təqsirləndirilən şəxslərin, müdafiəçilərin, şahidlərin iştiraklarının təmin edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsi və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi, qərarın icrasının qətimkan tədbirlərinin dəyişdirilməsi hissəsində Ağdaş rayon Polis şöbəsinə və X5 həvalə edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-80/2022 saylı qərarından görünür ki, Müdafiəçi1 vəsatətinin təmin edilməsi, cinayət işi üzrə xx.xx.1982-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 1-i azyaşlı olmaqla 3 övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-in 189-1.1 və 222-2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(014)-80/2022 saylı hazırlıq iclasının qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və onun, dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs1 üzərinə gecə saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, Ağdaş rayonunun ərazi hüdudları daxilində insanların çoxluq təşkil etdiyi yerlərə getməmək, cinayət prosesində iştirak edən şəxslərlə görüşməmək vəzifəsinin qoyulması, qərarın icrası və Təqsirləndirilən şəxs1 davranışına nəzarət onun yaşayış yeri üzrə Ağdaş rayon Polis şöbəsinə tapşırılması, ev dustaqlığı qətimkan tədbirinin müddətinin, cinayət işi üzrə yekun qərar qəbul edilənədək müəyyən edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-80/2022 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, cinayət işi üzrə xx.xx.1986-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 10 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-in 189-1.1 və 222-2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(014)-80/2022 saylı hazırlıq iclasının qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və onun, dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs2 üzərinə gecə saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, Ağdaş rayonunun ərazi hüdudları daxilində insanların çoxluq təşkil etdiyi yerlərə getməmək, cinayət prosesində iştirak edən şəxslərlə görüşməmək vəzifəsinin qoyulması, qərarın icrası və Təqsirləndirilən şəxs2 davranışına nəzarət onun yaşayış yeri üzrə Ağdaş rayon Polis şöbəsinə tapşırılması, ev dustaqlığı qətimkan tədbirinin müddətinin, cinayət işi üzrə yekun qərar qəbul edilənədək müəyyən edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-2/2023 saylı qərarından görünür ki, cinayət işi üzrə xx.xx.1982-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 1-i azyaşlı olmaqla 3 övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-in 189-1.1 və 222-2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-80/2022 saylı qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməsi, qərarın icrasının Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Ağdaş rayon Polis şöbəsinə tapşırılması, polisin nəzarəti altına vermə qətimkan tədbirinin müddətinin, cinayət işi üzrə yekun qərar qəbul edilənədək müəyyən edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-2/2023 saylı qərarından görünür ki, cinayət işi üzrə xx.xx.1986-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 10 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-in 189-1.1 və 222- 2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-80/2022 saylı qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməsi, qərarın icrasının Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ağdaş rayon Polis şöbəsinə tapşırılması, polisin nəzarəti altına vermə qətimkan tədbirinin müddətinin, cinayət işi üzrə yekun qərar qəbul edilənədək müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri, habelə zərərçəkmiş şəxlərin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Həmçinin, ittihamın əsasını təşkil edən, Zərərçəkmiş şəxs ASC-yə dəymiş maddi ziyanın məbləğinə dair hissəyə məhkəmə hüquqi qiymət verərək qeyd edir ki, sonuncu dəfə ekspertiza təyin edildikdən sonra tərəflərin iştirakı və ittihamın verildiyi şərtlər nəzərə alınmaqla qazın mümkün sərfiyyatı ilə bağlı keçirilmiş məhkəmə eksperimentində müəyyən edilmişdir ki, ümumilikdə itirilmiş təbii qazın həcmi 114912 m3, itirilmiş təbii qazın dəyəri 24088,32 manat təşkil edir. Məhkəmə bu eksperimentin nəticələrini əsaslı, ittihamı isə qalan hissədə əsassız hesab edir. Ona görə də təqsirləndirilən şəxslər tərəfindən təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla bu resursun talanmış məbləği 24088,32 manat kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, 1-i azyaşlı olmaqla 3 övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini qismən boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, 5 (beş) ay 16 (on altı) gün kimi nəzərə alınmaqla islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 22 (iyirmi iki) ay 4 (dörd) gün müddət Təqsirləndirilən şəxs1 cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini qismən boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, 5 (beş) ay 16 (on altı) gün kimi nəzərə alınmaqla islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 22 (iyirmi iki) ay 4 (dörd) gün müddət Təqsirləndirilən şəxs2 cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 2 ədəd diametri 57 mm, uzunluqları 35 sm və 44 sm olan dəmir borular təqsirləndirilən şəxslərə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 546 (beş yüz qırx altı) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 3 (üç) il 6 (altı) ay müddətinə islah işləri cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, 5 (beş) ay 16 (on altı) gün kimi nəzərə alınmaqla islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 22 (iyirmi iki) ay 4 (dörd) gün müddət Təqsirləndirilən şəxs1 cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222-2.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 3 (üç) il 6 (altı) ay müddətinə islah işləri cəzası cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, 5 (beş) ay 16 (on altı) gün kimi nəzərə alınmaqla islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 22 (iyirmi iki) ay 4 (dörd) gün müddət Təqsirləndirilən şəxs2 cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağdaş rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 2 ədəd diametri 57 mm, uzunluqları 35 sm və 44 sm olan dəmir borular təqsirləndirilən şəxslərə qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada cəmi 546 (beş yüz qırx altı) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar