Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-2/2024 10.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1983-cü ildə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-67/2023 saylı hökmü ilə 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilir ki, ondan ötrü ki, о, saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmiş, həmçinin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edərək saxlamışdır. Belə ki, o, tamah məqsədi və talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs məxsus Qəbələ rayonu, İmamlı kəndi ərazisində yerləşən həyətə qapının cəftəsini çıxarmaqla oradan qanunsuz içəriyə daxil olub daha sonra həyətdə yerləşən yaşayış olmayan birmərtəbəli evin eyvan hissəsindən təxminən 1920-ci ildə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 5 kiloqram çəkidə olan 300 manat dəyərində 5 litrlik su tutumu olan samovar, 1920-ci illərdə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 6 kiloqram çəkidə olan 350 manat dəyərində 7 litrlik su tutumu olan samovar, 1970-ci illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, dairə şəkilində olan 70 sm diametrində, təxminən 5-6 kq kiloqram çəkidə 150 manat dəyərində aşsüzən qab, 1940cı illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, uzunluğu 80 sm olan, dairə hissəsinin diametri 20 sm olan təxminən 3 kiloqram çəkidə 60 manat dəyərində kəfkir, 1950-ci illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, təxminən 1 metr uzunluğunda və 4 kiloqram çəkidə 70 manat dəyərində abgərdən, yəni çömçə, həmin birotaqlı evin dam hissəsindən yararsız vəziyyətdə olan, 1950-ci illərdə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 6 kiloqram çəkidə olan 42 manat dəyərində 7 litrlik su tutumu olan samovar, həmin həyətdə yerləşən yaşayış olan birmərtəbəli, dördotaqlı evin dam hissəsindən isə istifadəyə yararsız 1950-ci illərdə istehsal edilmiş, 30 litrlik su tutumu olan, dairə şəkilində, ağız hissəsnin diametri 50 sm, aşağı, yəni alt hissəsinin diametri 80 sm olan təxminən 15 kiloqram çəkidə və 210 manat dəyərində mis materialdan hazırlanmış qazan, həmin evin qonaq otağındakı yatağın alt hissəsindən isə 1000 manat pulu gizli talayıb oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 2182 (iki min yüz səksən iki) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda, mənbədən və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artiq miqdarda təmiz çəkisi 0,764 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Ağdaş şəhəri, S.Vurğun küçəsində saxlanılaraq RPŞ-yə gətirilmiş, həmin narkotik vasitə heroin saat 07:05 dəqiqədən 07:15 dəqiqəyədək üzərində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla təqsirli bilmədiyini, bütün növ narkotik vasitələrdən istifadə etdiyini, əvvələr Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum edildiyini, üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş bükümün içərisində olan narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitəni üzərinə polis əməkdaşı tərəfindən qoyulduğunu, qorxduğu üçün ilkin sorğu zamanı narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini, polislər tərəfindən saxlanılan zaman onu evdən alt paltarı ilə çıxartdıqlarını, lakin sonradan ona paltar gətirdiklərini və üzərinə həmin paltarlarla çəkiliş aparıldığını, bu barədə protokol tərtib olunduğunu, o və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, Qəbələ rayonu İmamlı kənd sakini Zərərçəkmiş şəxs məxsus evdən heç bir oğurluq etmədiyini, ümumiyyətlə həmin evə daxil olmadığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində istintaqa vermiş olduğu ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Xəstə olduğuna görə bədənində ağrılar vardır. Buna görə də narkotik vasitələrin istifadəçisidir. Əvvəllər məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 06:20 radələrində Ağdaş şəhər S.Vurğun küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlaması barədə məlumat olmasını bildirmişlər və onu Ağdaş RPŞ-yə dəvət etmişlər. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmişdir. Üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunmuşdur. O, həmin maddənin narkotik maddə olduğunu və istifadə etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş, çəkisi 1,13 qram olmuşdur. Sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. Protokol tərtib olunmuşdur. O və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. Daha sonra yaşadığı Ağdaş şəhəri S.Vurğun küçəsi 52 ünvanında yerləşən evinə və evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdən dayısı oğlu X7 məxsus 1 ədəd qara “ASUS” markalı notbuk və anası X1 məxsus 1 ədəd 7 litrlik samovar götürülmüşdür. Yaşadığı evdən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Baxış zamanı video çəkiliş aparılmışdır. Protokol tərtib olunmuşdur. O və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. Həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə yaşadığı evinin yerləşdiyi küçədən tapmışdır. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. İş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Qəbələ RPŞ-də ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvaninda yaşayır və orada qeydiyyatdadır. Hal-hazırda Ağdaş rayon Polis şöbəsində üzərində narkotik vasitə saxladığı üçün şübhəli şəxs qismində saxlanılır. Qəbələ rayon İmamlı kənd sakini Zərərçəkmiş şəxs əvvəlcədən tanımır. Zərərçəkmiş şəxs məxsus Qəbələ rayon İmamlı kəndi ərazisində yerləşən yaşayış evindən 2022-ci ilin mart ayının 29-u tarixində Bakı şəhər ərazisindən “Mercedes” markalı, qara rəngli dövlət nömrə nişanını xatırlamadığı Bakı şəhəri ərazisində yerləşən “Rent a car” şirkətindən sürmək üçün 3 günlük müddətinə götürdüyü avtomobil ilə Ağdaş rayonuna gedən zaman saat təxminən günorta saatlarında Qəbələ rayon ərazisinə çatmışdır. Qəbələ rayon ərazisində olan zaman oğurluq etmək qərarına gəlmiş və buna görə də rayonun İmamlı kəndinə avtomobili sürmüşdür. Həmin vaxt tək olmuşdur. Rayonun İmamlı kəndi ərazisində yerləşən tanımadığı, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətyanı sahəsinin giriş qapısını yoxlamış, qapının bağlı olduğunu görmüşdür. Qapının kiçik giriş üçün nəzərdə tutulmuş qapısı ağac parçası keçirilmiş vəziyyətdə bağlı olmuşdur. Həmin ağac parçasını çıxartmış və həyətə daxil olmuşdur. Həyətdə “ev yiyəsi” sözünü ucadan işlətmiş və həyətdə və evdə heç kimin olmadığını dəqiqləşdirmişdir. Daha sonra isə həyətdə yerləşən evin pəncərəsinə yaxınlaşmış, əli ilə pəncərəni içəriyə doğru itələmiş və pəncərə açılmışdır. Pəncərədən evə daxil olmuş, evdə bütün otaqları axtarmış, həmin evin dam hissəsindən isə dairə şəklində mis materialından hazırlanmış qazan, həmin evin qonaq otağındakı yatağın alt hissəsindən isə 1000 manat pul götürmüşdür. Daha sonra elə həmin pəncərədən həyətə düşmüş, həyəti də axtarmağa başlamışdır. Həyətdəki köhnə tikilinin altından 3 ədəd samovar, aşsüzən qab, kəpkir, çömçəni əlinə götürmüş və həyətin giriş qapısından çıxaraq həyəti tərk etmişdir. Həmin əşyaları isə avtomobilinin baqaj hissəsinə qoymuş, onun oğurluq etdiyini heç kim görməmişdir, həmin vaxt heç kim olmamışdır. Həmin əşyaları isə yaşadığı Ağdaş rayonuna gətirmiş, elə həmin gün Ağdaş rayon ərazisində xatırlamadığı və tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Oğurluğu tək etmiş, heç kimin bu barədə məlumatı olmamışdır. Samovarı satdığı şəxsin bu barədə heç bir məlumatı olmamışdır. Onun məqsədi samovarı satıb maddi gəlir əldə etmək olmuşdur. Əvvəllər də oğurluq etdiyi üçün məhkum olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə keçirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollar, Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş məktub, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qəbələ rayonu, İmamlı kəndində qeydiyyatdadır və orada ailəsi ilə birlikdə yaşayır. Lakin 2021-ci ilin mart ayının 27-i tarixində arvadı X10 vəfat etdiyindən həmin evdə tək şəkildə yaşamağa başlamışdır. Onun beş övladı var, onlardan subay olanı sadəcə kiçik övladı X11r ki, Bakı şəhərində işləyir, yəni onunla birlikdə yaşamır. 27 mart 2022-ci il tarixdə mərhum arvadı Reyhan İbrahimovanın il mərasimi olmuş və mərasimdə istifadə edilən qab-qacaqlar həyətdən götürülməmişdir. 29 mart 2022-ci il tarixdə saat təxminən 13 radələrində televizoru nasaz olduğundan televizoru düzəltdirmək, eləcə də şəkər xəstəsi olduğu üçün dərman almaq məqsədi ilə Qəbələ şəhərinin mərkəzinə ona məxsus “Opel Astra” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. O, saat 18 radələrində yaşadığı İmamlı kəndində yerləşən evinə gəlmişdir. 29 mart 2022-ci il tarixdə və 30 mart 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı heç nədən şübhələnməmişdir. Lakin 31 mart 2022-ci il tarixdə İmamlı kəndində yaşayan qızı Arzu Qədirova ona yemək bişirmək üçün yaşadığı evə gələn zaman qızı ondan azyaşlı qızı yıxılaraq əlini yaraladığı üçün spirtin yerini soruşmuş, o da qızı Arzuya televizorun altındakı şkafda ətir olduğunu bildirmiş, qızı Arzu həmin yerə baxdıqda ətirin yerində olmadığını bildirmiş, daha sonra 27 mart 2022-ci il tarixdə mərhum arvadı Reyhanın il mərasimində istifadə edilmiş və Arzu Qədirova tərəfindən onuna evinə gətirilmiş, təxminən 1920-ci illərdə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 5 kiloqram çəkidə olan, təxminən 300 manat dəyərində 5 litrlik su tutumu olan samovarın da həyətində yerləşən digər bir otaqlı evin eyvan hissəsində olmadığını aşkar etmişdir. O da həmin birotaqlı evin eyvan hissəsinə gedərək baxdıqda orada əvvəlcədən qoyduğu 1920-ci illərdə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 6 kiloqram çəkidə olan, təxminən 300 manat dəyərində 7 litrlik su tutumu olan samovarının da orada olmadığını aşkar etmişdir. Daha sonra həyətindən oğurluq olduğunu bildiyi üçün həyətdə və evdə olan əşyalarını yoxlamağa başlamışdır. Bu zaman isə həmin birotaqlı evin içərisinə baxmış, evin içərisində əvvəlcədən qoyduğu 1970-ci illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, məclis üçün nəzərdə tutulmuş, dairə şəklində olan, təxmini ölçüsü 70 sm diametrində, təxminən 50 manat dəyərində, təxminən 5-6 kiloqram çəkidə aşsüzən qabının, eləcə də 1940-cı illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, uzunluğu 80 sm olan, dairə hissəsinin diametri isə 20 sm olan təxminən 3 kiloqram çəkidə olan, təxminən 30 manat dəyərində kəpkirinin, həmçinin 1950-ci illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, təxminən 1 metr uzunluğunda, məclis üçün nəzərdə tutulmuş su götürmək üçün istifadə edilən, təxminən 4 kiloqram çəkidə olan, təxminən 30 manat dəyərində abgərdəninin, yəni çömçəsinin, eləcə də həmin birotaqlı evinin dam hissəsinə baxdıqda yararsız vəziyyətdə olan, 1950-ci illərdə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 6 kiloqram çəkidə olan, təxminən 30 manat dəyərində 7 litrlik su tutumu olan samovarının yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Buna görə də dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra isə həmin həyətdə yerləşən yaşadığı bir mərtəbəli, dörd otaqlı evə çıxmışdır ki, ora da baxsın. Həmin evin damına çıxmış və əvvəlcədən dama qoyduğu istifadəyə yararsız olan, 1950-ci illərdə istehsal edilmiş. 30 litrlik su tutumu olan, dairə şəklində, ağız hissəsinin diametri 50 sm olan, aşağı, yəni alt hissəsinin diametri 80 sm olan təxminən 15 kiloqram çəkidə olan, təxminən 300 manat dəyərində mis materialından hazırlanmış qazanının da yerində olmadığını aşkar etmişdir. Daha sonra isə həmin dörd otaqlı evin içərisində yerləşən onun qaldığı otağın sol hissəsindəki otaqda saxladığı 1000 manat pulunun da oğurlandığını aşkar etmişdir. Daha sonra yaşadığı evə gələn polis əməkdaşları evə baxış keçirmişlər, əl-barmaq izləri götürmüşlər, eləcə də oğurluğun həyətdə yerləşən onun yaşadığı dördotaqlı evin övladı Araza məxsus yataq otağındakı pəncərədən girilərək edildiyini aşkar etmişlər. Çünki pəncərənin petlə hissələri qırılmış vəziyyətdə olmuşdur. Oğurluğu edən şəxs və ya şəxslər pəncərəni səliqəli şəkildə yerinə qoymuşlar, buna görə də o, 31 mart 2022-ci il tarixədək həyətindən və evindən oğurluq hadisəsinin baş verdiyini bilməmişdir. Ona ümumilikdə 2040 manat maddi ziyan dəymişdir. Oğurlanan bütün əmlak ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərəri ödənilib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onun tutulmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər Ağdaş rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun tərəfindən həmin tarixdə raportla rayon polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Ağdaş RPŞ-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ağdaş şəhəri S.Vurğun küçəsində olan zaman Təqsirləndirilən şəxs piyada təkbaşına getdiyini görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduğunu və üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Ağdaş rayon Polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlarla razılaşmış və birlikdə Ağdaş RPŞ-yə gəlmişlər. Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş və Təqsirləndirilən şəxs həmin siyahıdan dövlət hesabına müdafiəçi kimi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən X14 istəmiş və X24 Məhərrəmova müdafiəçi təyin edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə vidoeçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,13 qram olmuşdur. Daha sonra həmin sellofan büküm kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. Protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tutulan zaman onun və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmamışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan edilmiş və o, oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3926 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən təxminən 1920-ci illərdə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 5 kiloqram çəkidə olan, 5 litrlik su tutumu olan istifadəyə yararlı bir ədəd samovarın qiyməti 300 manat, təxminən 1920-ci illərdə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 6 kiloqram çəkidə olan, 7 litrlik su tutumu olan istifadəyə yararlı bir ədəd samovarın qiyməti 350 manat, təxminən 1970-ci illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, məclis üçün nəzərdə tutulmuş, 70 sm diametrində, dairə şəklində olan təxminən 5-6 kiloqram çəkidə bir ədəd aşsüzən qabın qiyməti 150 manat, 1940-cı illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, uzunluğu 80 sm olan, dairə hissəsinin diametri isə 20 sm olan təxminən 3 kiloqram çəkidə olan bir ədəd kəfkirin qiyməti 60 manat, 1950-ci illərdə istehsal edilmiş, mis materialından hazırlanmış, təxminən 1 metr uzunluğunda, məclis üçün nəzərdə tutulmuş su götürmək üçün istifadə edilən təxminən 4 kiloqram çəkidə olan bir ədəd abgərdənin, yəni çömçənin qiyməti 70 manat, 1950-ci illərdə istehsal edilmiş, latun materialından hazırlanmış, təxminən 6 kiloqram çəkidə olan 1 litrlik su tutumu olan yararsız vəziyyətdə samovarın (qırıntı kimi) bir kiloqramının qiyməti 7 manat, ümumi dəyəri 42 manat, 1950-ci illərdə istehsal edilmiş, istifadəyə yararsız olan, 30 litrlik su tutumu olan, dairə şəklində, ağız hissəsinin diametri 50 sm olan, aşağı, yəni alt hissəsinin diametri 80 sm olan, 1 kiloqramının qiyməti 14 manat, ümumi dəyəri 210 manat olan təxminən 15 kiloqram çəkidə mis materialından hazırlanmış qazan (qırıntı kimi). Analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1182,00 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/382 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə təmiz çəkisi – 0,764 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış tədqiqatın dəyəri 102,12 manat təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu İmamlı kənd sakiniZərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuş.Həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əkisləri ilə müqayisə edilmişdir.Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 1 ədədi (ADİS-in məlumat bankına Qəbələ RPŞ-dən daxil olan) xx.xx.1983-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əkslər ilə eynilik müəyyən edilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-cü il tarixli 644 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Tiryək qəbulu nəticəsində asıllılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 7(075)-356/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 9 (doqquz) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 7(075)-326/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı üzrə cəzasını xx.xx.2021-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 4(dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(014)-42/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və icra olunmamış 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilsin və onun üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 1025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 №-li evdə yaşamaqla ailə tərkibi X2, X5, X6,X3, X12 və X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 06:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 4(014)-53/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 may 2022-ci il tarixdən, saat 06:50-dən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 4(014)-104/2022 saylı qərarından görünür ki, Ağdaş rayon Polis şöbəsinin istintaq qrupunda istintaq edilən ********* saylı cinayət işi üzrə xx.xx.1983-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azerbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 2 (iki) ay, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər uzadılmasına dair vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası CPM-in 448.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 4(107)-77/2022 saylı qərarından görünür ki, Ağdaş rayon prokuroru, ədliyyə müşaviri Anar Əliyev tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, təqdimat qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 15 (on beş) gün müddətinə həbs qətimkаn tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edərək saxlaması ilə bağlı təqsirli bilməməsini, eyni zamanda saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətməməsi ilə bağlı təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, üzləşdirmə protokoluna, Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş məktub, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə məhkəmə istintaq zamanı dindirilmiş şahidlərin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəyə uyğun ifadə vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsinə əsasən oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qram təşkil edir. Heroinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 2 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı xeyli miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hər iki əməl üzrə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, əməlində ağırlaşdıran halların olmasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Cinayət qanunu ilə şəxsin əvvəllər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi və yaxud ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması residivin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. CM-in 65ci maddəsi residivə görə təyin edilən cəzanın müddətini residivin növündən asılı etdiyindən, hökmdə residivin hansı növünün müəyyən edildiyi, yəni residivin sadə, təhlükəli və ya xüsusilə təhlükəli olması müvafiq əsaslar gətirilməklə aydın şəkildə göstərilməlidir. Əgər residivin müəyyən edilməsi şəxsin əvvəllər hökmlərin məcmusu qaydasında məhkum edilməsi ilə əlaqədardırsa, yalnız həmin (hökmlərin məcmusu qaydasında cəzanın təyin olunmasına dair) hökm deyil, həm də hökmlərin məcmusunu təşkil etmiş daha əvvəl çıxarılmış digər hökmlər də ayrı-ayrılıqda nəzərə alınmalıdır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq (ona təyin edilmiş hökmlər üzrə cərimə cəzası icra edilməmişdir), yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur, əvvəllər məhkum edilməsi və məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almaması onun onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 15 sentyabr 2023-ci il tarixli, 1(014)-67/2023 saylı hökmü ilə ona təyin edilmiş 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 may 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək və 15 avqust 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 4 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 4 (dörd) ay 14 (on dörd) gün müddət onun cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,714 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 152,12 (yüz əlli iki manat on iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 15 sentyabr 2023-ci il tarixli, 1(014)-67/2023 saylı hökmü ilə ona təyin edilmiş 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 may 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək və 15 avqust 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 4 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 4 (dörd) ay 14 (on dörd) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 7 (yeddi) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və hazırda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-67/2023 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,714 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 152,12 (yüz əlli iki manat on iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-2/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-2/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver