Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-2/2025 22.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Ağdaş rayonu, Malay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Binələr kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 16,10 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:40-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 15:14-dən 15:25dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd polietilen paketdə təmiz çəkisi 16,10 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək bildirdi ki, uzun müddətdir narkotik vasitə istifadə edir. Əsasən narkotik vasitə qurudulmuş marixuana istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13:00 radələrində Ağdaş rayonu, Binələr kəndi ərazisində yerləşən yem zavodun qarşısında piyada hərəkət edən zaman yerdə 1 ədəd şəffaf sellofan paketin olduğunu görmüşdür. Həmin sellofan paketi yerdən götürmüş və içərisinə baxan zaman narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Həmin sellofan paketi özü ilə götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində piyada hərəkət edən zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri istifadə etməkdə və üzərimdə gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişdir. Razılaşmış və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin olunmuş və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan paketi və 1 ədəd özünə məxsus olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı təqdim etdiyi sellofan paketdə olan maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşdur. Həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu 2 gün əvvəl yem zavodun qabağında yerdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən narkotik vasitə qurudulmuş marixuana sellofan paket ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 16,74 qram olduğu müəyyən olunmuşdur. Həmin sellofan paket iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqdim etdiyi 1 ədəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş iştirak edən iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Binələr kəndində yaşayan, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində piyada şəkildə hərəkət edən zaman saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan paketi və 1 ədəd özünə məxsus olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketdə olan maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu 2 gün əvvəl yem zavodun qabağında yerdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən narkotik vasitə qurudulmuş marixuana sellofan paket ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 16,74 qram olduğu müəyyən olunmuşdur. Həmin sellofan paket iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhkəmə iclasında Şahid2 Təbriz oğlu da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəklişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan paketi və 1 ədəd özünə məxsus olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketdə olan maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşdur. Təqsirləndirilən şəxs də həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu 2 gün əvvəl yem zavodun qabağında yerdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən narkotik vasitə qurudulmuş marixuana sellofan paket ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 16,74 qram olduğu müəyyən olunmuşdur. Həmin sellofan paket iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən üzəri imzalanmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/702 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd şəffaf polietilen paketdə, təmiz çəkisi - 16,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 1447 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin polikilinika şöbəsində “alkoqol qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(107)-102/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(014)- 57/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 dekabr 2022-ci il tarixdən 06 dekabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət, eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət olmaqla, ümumilikdə 7 (yeddi) ay müddət Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 1 (bir) il 2 (iki) ay müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Binələr İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəlik tərəfindən keçirilən ictimai və siyasi tədbirlərin heç birində iştrak etməmişdir. Təqsirləndirilən şəxs məhkumluq həyatı yaşamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş RİHBnin Binələr İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-32-12/2- 291/2024 saylı arayışdan görünür ki, xx.xx.1969-cu ildə anadan olmuş Təqsirləndirilən şəxs hal-hazırda Ağdaş rayonu, Binələr kəndində yaşayır və ailə tərkibi – arvadı X1 xx.xx.1974-cu il təvəllüdlü, oğlu – X3 xx.xx.1996-cı il təvəllüdlü, oğlu – X4 – xx.xx.2007-ci il təvəllüdlüdür. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:03də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və və Ağdaş RPŞ-nin MSY-dən azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(014)-136/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarı ilə üzərində olan 2 (iki) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) ay 8 (səkkiz) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il saat 11:05-dən 29 iyun 2024-cü il saat 17:30-a kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökm 27 noyabr 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir. Qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 500 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı xeyli miqdarda olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahidlərin ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun əvvəllər dəfələrlə məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(014)-136/2024 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 iyun 2024-cü il saat 11:05-dən 29 iyun 2024-cü il saat 17:30-dək, 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixədək, 13 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 6 (altı) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 6 (altı) gün müddət onun cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və hazırda Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(014)-136/2024 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan, 16 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(014)-136/2024 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 iyun 2024-cü il saat 11:05-dən 29 iyun 2024-cü il saat 17:30-dək, 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixədək, 13 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 6 (altı) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 6 (altı) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və hazırda Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(014)-136/2024 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 16 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-2/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-2/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver