Məhkəmə qərarları › İş №1(014)-20/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-20/2022

18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-20/2022 18.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Ağdaş şəhəri Y.Nəbiyev küçəsi 9-da yaşayan, barəsində 06.01.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam" qətimakn tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 fevral 2022-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.12.2021-ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə”COVİD-19” infeksiyasının yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra 03.12.2021-ci il tarixdə onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə SMS gələrək 02.12.2021-ci il tarixdə COVİD-19 pandemiyasının yoxlanılması məqsədi ilə verdiyi testin nəticəsinin Pozitiv olması barədə məlumat verilmiş, bundan sonra yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə, COVİD-19 infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5.5 və 4-1.2-ci bəndlərinin tələblərini pozaraq 07.12.2021-ci il tarixdə saat 18:20 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdən Ağdaş şəhəri H.Əliyev prospektinə getməklə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 18:20 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 02.12.2021-ci il tarixdə Ağdaş RMX Publik Hüquqi şəxsdə COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə analiz verdiyini, həmin zaman xəstəxanada ondan iltizam alınaraq xəbərdarlıq edildiyini, 03.12.2021-ci il tarixdə yaşadığı evdə olan zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə SMS gəldiyini və həmin SMS-i oxuyan zaman 02.12.2021-cil tarixdə Ağdaş RMX Publik Hüquqi şəxsdə COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə verdiyi analizin nəticəsinin “pozitiv”olduğunu bildiyini və həmin SMS vasitəsi ilə “verdiyiniz testin nəticəsi Pozitivdir, xahiş olunur siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz, karantin rejmini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İXM-də və CM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” xəbərdarlıq olunduğunu, həmçinin həmin gün Ağdaş RMX-da onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanıldığını və evi 14 gün ərzində tərk etməməyini ona bildirdiklərini, evi tərk etdiyi halda məsuliyyətə cəlb olunmağı barədə ona xəbərdarlıq olunduğunu, 07.12.2021-ci il tarixdə saat 18:20 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində “Soliton” mağazanını qarşısında idarə etdiyi VAZ 2121 **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb avtomobildən yerə düşüb mağazanın qarşısında olan terminaldan pul vurmaq istəyən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını və ona “siz koronovirus xəstəsisiniz, evi tərk etməli deyilsiniz, nə üçün yaşadığınız evi tərk etmisiniz, xahiş olunur ki, avtomobilinizə əyləşin yaşadığınız ünvana gedin və biz də sizin arxanızla gəlirik” dediklərini, belə olub avtomobilinə əyləşib yaşadığı evə getdiyini, avtomobilini küçədə saxlayıb yaşadığı evə yaxınlaşdığını, polis əməkdaşlarının ona “yaşadığınız evə daxil olun və evi tərk etməyin” dediklərini, özünün də evə daxil olduğunu və evi bir daha tərk etmədiyini, polis əməkdaşlarının onun yaşadığı evi tərk etdiyi üçün onun barəsində protokol tərtib olunduğunu, barəsində tədbir görülməsi üçün PŞ-nə məruzə edildiyini sonradan bildiyini, evdə heç kim olmadığı üçün Terminaldan pul köçürməsi ilə bağlı yaşadığı evi tərk edərək Ağdaş şəhərinə getdiyini, yaşadığı evi bir dəfə tərk etdiyini, başqa heç bir vaxt tərk etmədiyini, xəstəxanada test verən zaman öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini bildirdiyini, etdiyi hərəkətdən də peşman olduğunu, bu cür hərəkətlərə yol verməli olmadığını və karantin rejminin qaydalarını pozmalı olmadığını göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamda özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olmaqla məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 2021-ci ildən Ağdaş RPŞ-nin İTB-də sahə rəisi vəzifəsində xidmət etdiyini, 07.12.2021-ci il tarixdə saat 18 radələrində RPŞ-nin İTB-nin sahə polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 birlikdə Ağdaş şəhərində inzibati sahədə olduğunu, həmin gün 18 radələrində COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyatda olan ünvan 1-da qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs evdə olub-olmamasını yoxlayan zaman Məhəmmədin karantin rejimi qaydalarını pozaraq yaşadığı evdə olmadığını, həmin gün saat 18:20 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində olduğunu gördüklərini, bu zaman avtomobildən düşərək onun videogörüntüsünü çəkdiklərini və həmin zamanda ona karantin qaydalarına əməl etməsini, yaşadığı evdən çölə çıxmamasını bildirdiklərini, bundan sonra Məhəmmədə bir daha xəbərdarlıq edildikən sonra onu öz avtomobili ilə evlərinə getməsini bildirdiklərini, Məhəmmədin avtomobilinə əyləşib yaşadığı evə getdiyini, özlərinin də onun arxasınca getdiklərini, onun avtomobildən düşüb evlərinə daxil olduğunu, daha sonra Məhəmmədə karantin rejimi qaydalarını pozaraq 07.12.2021-ci il tarixdə saat 18:20 radələrində yaşadığı evi tərk edərək evdə mülaciə olunmalı olduğu halda Ağdaş şəhərində mərkəzi küçədə aşkar olunduğuna görə protokol tərtib edildiyini, protokolun əməkdaşlar tərəfindən imzalandığını, bundan sonra tərəfindən Məhəmmədin barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, Təqsirləndirilən şəxs 07.12.2021-ci il tarixdə saat 18:20-də yaşadığı evi tərk etdiyi üçün tərəfindən bu barədə protokol tərtib edildiyini, Təqsirləndirilən şəxs 02.12.2021ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə”COVİD-19” infeksiyasının yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra 03.12.2021ci il tarixdə COVİD-19 pandemiyasının yoxlanılması məqsədi ilə verdiyi testin nəticəsinin Pozitiv olması barədə ona məlumat verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş RMX-nin PHŞ-nin 20.12.2021-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlunun 02.12.2021-ci il tarixdə Ağdaş RMX-da COVİD-19 infeksiyasına görə analiz alınmış, 03.12.2021-ci il tarixdə nəticə pozitiv olduğu üçün həmin tarixdə həkim Nüşabə Hacıyeva tərəfindən Məhəmmədlə əlaqə saxlanılmış, bu haqda məlumat verilmişdir. 03.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ev şəraitində “14 gün evdə fərdi təcridə” müşahidəyə götürülmüşdür. Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 yanvar 2022-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq “Diskə baxış keçitilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, ünvan 5-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 02.12.2021-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 03.12.2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq o, ev şəraitində müalicə aldığı dövrdə müalicə müddəti bitməmiş ünvan 5 ünvanından 07.12.2021-ci il tarixdə çıxaraq karantin rejimi qaydalarını pozaraq yaşayış yerini tərk etməsi ilə bağlı video görüntülər vardır. Görüntüdən görünür ki, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq yaşayış yerini tərk etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHBnın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2021-ci il tarixli 4478 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 9 №il evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X3-atası; X4-anası; X6bacısı; X1 qardaşıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX PHŞ-in 23 dekabr 2021-ci il tarixli 1838 saylı məktubundan görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən və iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əmlak vəziyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəs AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 139-1.1-ci mаddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar