Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-20/2024 07.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X11, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Ağdaş rayonu, Orta Qəsil kəndində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Ağdaş rayonu, Orta Qəsil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X1 əri Şahid1 Bəhram oğlunun dayandırılmış təqaüdünü bərpa etdirməsi imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra 2021-ci ilin dekabr ayının axırlarında Zərərçəkmiş şəxs2 sonuncunun ünvan 1 ünvanında yerləşən evinin həyətində 1000 (min) manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 X5na təqaüd düzəldəcəyi imkanında olduğuna cinayətdən xəbərsiz X3 vasitəsi ilə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 2021-cı ilin dekabr ayının axırlarında Zərərçəkmiş şəxs2 sonuncunun ünvan 1 ünvanında yerləşən evinin həyətində Zərərçəkmiş şəxs3 məxsus 3100 (üç min yüz) manat pulu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 dayandırılmış təqaüdünü bərpa etdirəcəyi imkanında olduğuna cinayətdən xəbərsiz X3 vasitəsi ilə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 sonuncunun ünvan 1 ünvanında yerləşən evinin həyətində Zərərçəkmiş şəxs5 məxsus 3000 (üç min) manat pulu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ona təqaüd düzəldəcəyi imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Musiqiçilər” bağında 700 (yeddi yüz) manat pulu alaraq və xx.xx.2022-ci il tarixdə isə 900 (doqquz yüz) manat pulu Ağdaş şəhəri, H.Əliyev pr, “Elit” marketdə olan “eManat” ödəniş sistemi vasitəsi ilə özünə məxsus 416973******3254 nömrəli bank kartına köçürtməklə ələ keçirib Zərərçəkmiş şəxs1 vahid niyyətlə 1600 (min altı yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 dayandırılmış təqaüdünü bərpa etdirəcəyi imkanında olduğuna cinayətdən xəbərsiz X3 vasitəsi ilə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs2 sonuncunun ünvan 1 ünvanında yerləşən evinin həyətində Zərərçəkmiş şəxs4 məxsus 2500 (iki min beş yüz) manat pulu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç kimi aldatmamış, qaçmamış və gizlənməmişdir. İttiham aktında göstərilən nə vaxt, nə zaman, nə yer ona maraqlı deyil, ona maraqlı olan verilən pulların üçqat şişirdilməsidir, yəni verilən pulları ona üçqat yüklənmişdir. O, Respublika xəstəxanasında müalicə alarkən Zərərçəkmiş şəxs2 kürəkəni Yasin 2022-ci ilin yanvar ayında Respublika xəstəxanasının qarşısında Könülün pensiya məsələsi ilə bağlı ona 1500 manat pul vermişdir. Həmin pulun müqabilində Zərərçəkmiş şəxs5 qanuni şəkildə lazımi müayinələrdən keçirtmiş, Respublika xəstəxanasından rəy almışdır. Ancaq bunun müqabilində Zərərçəkmiş şəxs5 Bakıda yaşayan qohumu ona qarşı haqsız davranaraq onu təhdid etmişdir. Halbuki onlara 1500 manatlıq iş görmüş, yəni faktiki olaraq qanuni şəkildə müvafiq rəyləri almış, Zərərçəkmiş şəxs5 tibbi kitabçasını almış və Ləkidə Yasinlə görüşüb həmin sənədləri, yəni rəyləri, tibbi kitabçasını ona vermiş və 500 manat da pul verib “mənim sizə 1000 manat borcum qalmışdır” demişdir. Onun Könül xanımın oğlu arasında mübahisə yarandıqda onlar Yasin zəng vurmuşlar, Yasin də Könül xanımdan ona 1500 manat pul çatdırdığını bildirmişdir. Könül xanım epilepsiya xəstəsidir, o, Respublika xəstəxanasında növbədə nə qədər adam olduğu halda Könül xanımı qanuni şəkildə növbəsiz müayinədən keçirmişdir. Bundan sonra Yasin Zərərçəkmiş şəxs3 üçün ona 1500 manat pulu Bakıda 3-cü mikrorayon dairəsində vermişdir. Lakin səhəri gün Əhməd səhhəti pisləşdiyi üçün gələ bilməmiş və buna görə ləngimələr olmuşdur. Sonra Əhmədin şəxsiyyət vəsiqəsi dəyişiləsi olmuşdur. 2022-ci ilin iyul ayının 22-də o, proqramistlə Yevlax şəhərinə getmiş, Əhməd də orada olmuşdur. Onlarla birlikdə şəhərin mərkəzində Əhmədin işi ilə bağlı onlayın müraciət etmişlər, lakin Əhmədin işi düzəlməmişdir. Hazırda Əhmədin pulunu qaytarmamışam. Bundan başqa o, Zərərçəkmiş şəxs1 onun təqaüdünü düzəltmək üçün 700 manat bir dəfə, 900 manat da bir dəfə, cəmi 1600 manat pul almış, lakin həmin pulu hələ qaytarmamışdır. Belə ki, həmin vaxtlarda Nazirlikdə pensiya işlərində çox böyük dəyişikliklər olmuş, Şöhrət dedi ki, “mənim işimi dayandır, istəmirəm”. Şöhrət 700 manatı onun özünə vermiş, 900 manatı isə kartına vurmuşdur. Bundan əlavə o, Zərərçəkmiş şəxs4 pul almamış, Zərərçəkmiş şəxs4 işi onda olmamışdır. Səməd onun vasitəsi ilə Ülviyyə xanımı tanımışdır. Səməd 2023-cü ilin iyun ayının 22-də Sumqayıtda Corat qəsəbəsində olmuş, Ülviyyə xanımla görüşmüş, Taleh də Səmədin yanında gəlmiş və orada kodlaşma olmuş, Səmədin təqaüdü ilə bağlı Əhalinin Sosial Müdafiə Mərkəzinin portalına müraciət vurulmuşdur. Bu işlə bağlı onların danışıqları 2200 manat olmuş, Taleh Səməddən 1600 manat alıb gətirib Ülviyyə xanıma vermiş, 600 manat isə borclu qalmışdır. Bir sözlə Zərərçəkmiş şəxs4 işini Ülviyyə xanım görmüşdür. Bundan başqa Bayramla onun heç bir münasibəti və ya heç bir işi olmamışdır. Bayramın pensiya işi onda olmamış, Bayram nə qədər pensiya aldığını, pensiyasının nə vaxt kəsildiyini bilməmişdir. Bayram zərərçəkmiş şəxs Məhluqənin əridir. O, zərərçəkmiş şəxslərin ona qarşı bu cür hərəkətlər edəcəklərini gözləməmişdir. O, təqaüd düzəltdiyi adamların tibbi kitabçalarını, köhnə rəylərini götürmüş, onları bir daha qanuni şəkildə müayinədən keçirtdirmiş və onlara yeni diaqnozlar qoyulmuşdur. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayına qədər onun heç bir rəsmi iş yeri olmamışdır. Zərərçəkmiş şəxs2 4-5 ildir ki, tanıyır. Məhluqənin qohumu ilə yaxın olmuş və onun vasitəsilə Məhluqə ilə tanış olmuşdur. O, Əhmədin gəlini Tavad Cəbrayılova üçün Məhluqədən 1500 manat almış və öz ehtiyacları üçün xərcləmişdir. Belə ki, onkoloqlar rəy verməli idilər ki, Tavatı pensiyaya çıxartsınlar, həmin rəy Mərkəzi xəstəxana tərəfindən verilir, buna görə sırf ona zəng etmişlər. O, Tavadın tibbi kitabçasını, şəxsiyyət vəsiqəsini götürmüş, onu lazımi tibbi müayinələrdən keçirtdirib rəy almalı idi, ancaq istədikləri alınmadı. Onun Tavadın özü ilə tanışlığı olmamış, bunun üçün ona Məhluqə xanım müraciət etmişdir. O, Məhluqənin əri Bayramı və Şöhrəti tanıyır. Şöhrətdən 700 manat bir, 900 manat da bir almış, Şöhrətdən pulu kəsilmiş pensiyasının bərpası ilə bağlı almış, həmin pulları Mərkəzi xəstəxananın qarşısında almış, Şöhrətdən həmin pulları alanda onun pensiyasını bərpa edə biləcəyini düşünüb almış, çünki o, həmin işləri bacarmışdır. O, Zərərçəkmiş şəxs4 tanımır, Zərərçəkmiş şəxs4 özündən və ya onunla bağlı başqa birisindən hər hansı bir məqsədlə pul almamışdır. Zərərçəkmiş şəxs4 işini Ülviyyə xanım danışmışdır. Pul aldığı şəxslərdən, misal üçün Könül xanım üçün işlər görmüş, onu Respublika xəstəxanasında müayinədən keçirmiş, yəni ki, xahiş edib onu müayinədən tez keçirtdirmiş, bundan başqa onu başqa bir çox müayinələrdən keçirtdirmişdir. O, həkim deyil, heç bir tibbi təhsili yoxdur, lakin zərərçəkmiş şəxslərdən pul alanda onların pensiyalarını bərpa edə biləcəyini düşünərək onlardan pul almışdır. 2022-ci ilin yanvar ayında Məhluqə ona Könülün işi üçün 1500 manat pul göndərmiş, həmin pulu ona Respublika xəstəxanasının yuxarı qapısında Kollecin qarşısında vermişlər. Könülün pulunu və Əhmədin gəlini Tavadın pulunu Yasin gətirmişdir. Bayramın işi ilə bağlı ona pul verilməmiş, Məhluqə xanım vətəndaşdan 3100 manat alıb mənə 1500 manat vermişdir. O, 2022-ci ilin yanvar ayında 7 gün Respublika xəstəxananın uroloji şöbəsində yatmış, fevral ayında isə neçə müddət yatmağı yadında deyil, çox güman ki, xəstəxanada fevral ayının ortalarında yatmışam. O, heç kimin pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilir. Ağdaş rayonu, Yuxarı Qəsil kənd sakini Zərərçəkmiş şəxs1 onun tanışı olduğunu, 2022-ci ilin mart ayının axırlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək, onunla görüşmək istədiyini bildirdiyini, özü də onunla razılaşdığını və həmin gün onunla yaşadığı kəndin ərazisində görüşdüyünü və ona xəstəliklə bağlı aldığı pensiyasının kəsildiyini və pensiyanın bərpa olunmasına ona köməklik göstərməyini xahiş etdiyini, özü isə bu məsələlərə qarışmadığını bildirdiyini, 2022-ci ilin təxminən aprel ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən çayxanada Zərərçəkmiş şəxs1 ilə əyləşdiyi zaman Zərərçəkmiş şəxs1 ona xəstəliklə bağlı aldığı pensiyasının kəsildiyini, hazırda pensiya ala bilmədiyini yenidən bildirdiyini, Zərərçəkmiş şəxs1 tanışı olmasını, bu barədə ona köməklik edə biləcəyini bildirdiyini, təqaüd məsələsi ilə bağlı Zərərçəkmiş şəxs1 təqaüd alması üçün əvvəlcədən 700 (yeddi yüz) manat ödəməli olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs1 ilə razılaşdıqlarını və oradan ayrıldıqlarını, həmin vaxt tək olduqlarını, aralarındakı razılığa əsasən təqaüdünün bərpa olunması məqsədilə Zərərçəkmiş şəxs1 700 (yeddi yüz) manat pulu 30 aprel 2022-ci il tarixdə günorta saatlarında Ağdaş şəhərində yerləşən “Musiqiçilər bağı”nda nağd qaydada aldığını, həmin vaxt tək olduğunu, xx.xx.2022-ci il tarixdə saat 12:43-də Zərərçəkmiş şəxs1 onun adına olan Kapital Bank hesab kartına 900 (doqquz yüz) manat pulu göndərdiyini, həmin pulu həmin gün saat 18 radələrində ünvan 2 ünvanında yerləşən Kapital bankın Binəqədi filialının qarşısında olan bankomatdan 900 (doqquz yüz) manat pulu bütövlükdə çıxartdığını, Zərərçəkmiş şəxs1 ona pensiya düzəltmək adı ilə aldığı ümumilikdə 1600 (min altı yüz) manat pulu şəxsi ehtiyaclarına xərclədiyini, Zərərçəkmiş şəxs1 təqaüdünün bərpa olunması mümkün olmadığından Zərərçəkmiş şəxs1 ona ödədiyi 1600 (min altı yüz) manat pulu ona xx.xx.2023-cü il tarixdə geri ödəyəcəyinə (qaytaracağıma) söz verdiyini, həmçinin, etdiyi hərəkətdən peşman olduğunu, Zərərçəkmiş şəxs1 ümumilikdə 1600 (min altı yüz) manat pulu almaqda məqsədi onun pulunu dələduzluq yolu ilə ələ keçirmək olduğunu, pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1 yalandan Respublika Əlillərin Bərpa Mərkəzində tanışım olmasını bildirdiyini, lakin onun Respublika Əlillərin Bərpa Mərkəzində hər hansı bir tanışı olmadığını, Ülviyyənin bu işlə heç bir əlaqəsi olmadığını, sadəcə Şöhrəti inandırmaq üçün ona Ülviyyə adlı tanışının olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs1 öz ona verdiyi 700 (yeddi yüz) manat pulu Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Azərcell” mağazasının qarşısında olan “MilliÖn” ödəmə terminalı vasitəsilə bilmədiyi ünvana göndərməsi ilə bağlı yalan dediyini, belə prosesin baş vemədiyni, pulu nağd alıb cibinə qoyduğunu, hər hansı bir şəxsə pul göndərmədiyini, Şöhrətə nazirlə bağlı hər hansı bir söz demədiyini, Ülviyyə adlı qadını əvvəllər tanıdığıı, onunla Ağdaşla əlaqəsi olmayan təqaüd işləri gördüyünü və hazırda işlərinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxıldığını, yuxarıda göstərilənlərdən əlavə olaraq Zərərçəkmiş şəxs2 əvvəllər tanımadığını, 2021-ci ilin dekabr ayının əvvəllərində Ağdaş rayonu, Qolqəti kəndində tanışının yas mərasiminə getdiyini, həmin yas mərasimində Məhluqə adalı qadının ona yaxınlaşdığını, onun barəsində eşitdiyini onun təqaüd məsələsi həll edib-edə bilməyəcəyini soruşduğunu, özü də ona təqaüdlə bağlı işlər gördüyünü lazım olarsa ona köməklik edə bilcəyini dediyini, Məhluqənin onun mobil telefon nömrəsini götürdüyünü, bir neçə gün sonra Məhluqənin ona zəng edib Əhməd adlı qohumunun gəlini Tavatın təqaüdünün kəsildiyini onu bərpa etdirmək istədiyini dediyini, bunun üçün 1500 manat pulunun olduğunu dediyini, özü də ona pulu və sənədləri düzəltməsini gəlib ona götürəcəyini dediyini, dekabr ayının sonlarında Məhluqənin ona zəng etdiyini, özü də sabah gəlib pulu gətirəcəyini dediyini, sabahı gün Bakı şəhərindən Ağdaş rayonuna Məhluqənin yaşadığı evəin həyətinə gəldiyini, həyətdə Məhluqə Əhmədin gəlini Tavatın təqaüdünü bərpa etdirmək üçün 1500 manat pulu və sənədləri verdiyini, həmin vaxt onların yanında heç kim olmadığını, bundan sonra çıxıb getdiyini, 2022-ci ilin fevral ayının əvvəllərində Məhluqə yenidən ona zəng etdiyini, qohumu Könülün təqaüdünü bərpa etdirmək lazım olduğunu, onun da 1500 manat pulunun olduğunu dediyini, özü onunla razılaşdığını, bir neçə gün Məhluqənin ona zəng etdiyini, pulun və sənədlərin hazır olduğunu dediyini, özü sabahı gün əvvəl olduğu kimi Ağdaş rayonuna gəldiyini, Məhluqənin həyətində ondan 1500 manat pul aldığını, 2022-ci ilin iyun sonlarında Məhluqənin yenidən ona zəng edib qohumları Səmədin təqaüdünü də bərpa etdirmək lazım olduğunu, onun 1600 manat pulunun olduğunu dediyini, özü də onunla razılaşdığını bir neçə gün sonra əvvəl olduğu kimi 1600 manat pulu və sənədləri gəlib Məhluqənin həyətində ondan götürdüyünü, hər dəfə pulları götürəndə Məhluqəyə həmin şəxslərin təqaüdünün düzələcəyini dediyini, lakin həmin şəxlsərin təqaüdünün düzəlməsi üçün heç bir həərkət etmədiyini və aldığı pulları öz ehtiyacı üçün xərclədiyini, bundan başqa təqaüdün düzəlməsi üçün özünün işlər gördüyünü dediyini, başqa şəxslərin adlarını çəkmədiyini, həmin şəxslərin sənədlərini sonradan qaytardığını, Məhluqənin yalan danışdığını, onun əri üçün ondan pul almadığını, Əhməd üçün 1500, Könül üçün 1500, Səməd üçün 1600 manat pul verdiyini, pulu alan zaman Məhluqə ilə ikisinin olduğunu, 3cü şəxs olmadığını, Əhməd, Səməd və Könülün özləri ilə sonradan təqaüd barədə danışsa da, Məhluqəyə nə qədər pul verdiklərini, ümumiyyətlə təqaüdlə bağlı nə qədər pul verdiklərini soruşmadığını və bu barədə onlarla aralarında söhbət olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında olan ziddiyyəti izah etməsi təklif olunduqda o, bildirdi ki, elan olunmuş ifadə ona aid deyil, lakin ifadənin altındakı imza ona məxsusdur. İbtidai istintaqda ifadəsi alınarkən ona heç bir zor, hədə tətbiq edilməmişdir. İbtidai istintaqda verdiyi ifadə ilə hazırda verdiyi ifadə arasındakı ziddiyyət əsasən hadisənin yeri və məbləğlə bağlıdır. İş üzrə 5 nəfər zərərçəkmiş şəxsdən yalnız Könülə mesaj gəlmişdir ki, müraciətiniz qəbul olunmuşdur. Qalan zərərçəkmiş şəxslərin işləri yarımçıq qalmışdır. Həmin zərərçəkmiş şəxslər onu aldatdıqlarından işləri alınmadı. Yalnız Şöhrətin pulunu Ağdaşda “musiqiçilər bağında” almış, qalan pulları Bakı şəhərində almışdır. O, yalnız aldığı pulları qaytaracaq. O, özümü ona görə təqsirli bilir ki, o, heç kimi aldatmamış, qaçmamış və gizlənməmişdir. Onun heç bir rəsmi işi olmamış, heç vaxt Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməmiş, pensiya məsələlərini həll etmək üçün heç kimlə rəsmi müqavilə bağlamamış, vətəndaşlara pensiya düzəltmək üçün ona heç bir səlahiyyət verilməmişdir, lakin o, insanlara kömək etmək istəmişdir. Vətəndaşlara pensiya düzəltmək üçün bacarıqlı olmaq, bu sahəni bilmək lazımdı, hardasa işləmək lazım deyil. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 işlərini Ülviyyə xanımla görmüşdür. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 əri Bayramın işləri onda olmamışdır. Ülviyyə xanımın istintaqa verdiyi ifadəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 adlı şəxsləri tanımadığını, ümumiyyətlə Ağdaş sakinləri ilə bağlı mənimlə onun arasında heç bir danışığın olmadığını deməsi doğru deyildir. Səmədin işini Ülviyyə xanımla danışmışlar, sonra Ülviyyə xanımla o, danışmış, Ülviyyə xanım da onlardan sənədləri istəmiş, Səmədlə Ülviyyə təqaüdün düzəlməsi üçün 2200 manata razılığa gəlmişlər, həmin gün Səməd Ülviyyə xanıma 1600 manat pul vermiş, Ülviyyə xanım ona 400 manat da gətirəcəklərini dedikdə o, Talehə bundan sonrasını özünüz həll edin demişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün qismən etirafından başqa, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə bir kənddə yaşayır. 2022-ci ilin təxminən aprel ayında Seyidağa Bakıdan gəlib, ona zəng edərək kəndin başında olan çayxanaya gəlməsini demiş, o, həmin çayxanaya gələrək Seyidağa ilə görüşmüşdür. Həmin vaxt o, Seyidağanın təqaüd məsələsi ilə bağlı telefonla kiminləsə danışığını eşidib, bu barədə maqlandıqda sonuncu “bir adamın pensiyasını düzəltmişəm, o bizə şirinlik verəcək” demişdir. Bu zaman o, özünün də pensiyasının kəsildiyini demiş, Seyidağa yaxşı tanışının olduğunu, həmin adamın birbaşa nazirin yanına girib-çıxan adam olduğunu, onun əli ilə pensiyanı düzəldəcəyini, demişdir. O, razılaşdıqda Seyidağa onun şəxsiyyət vəsiqəsinin şəklinin kiməsə atmış və bunun üçün 2000 manat pul lazım olacağını, həmin pulun 700 manatını bu başdan ödəməli olduğunu, qalan hissəsini isə komissiyadan çıxandan sonra ödəməli olduğunu bildirmiş, o, razılaşmışdır. İki gündən sonra Seyidağa ona zəng edərək işinin düzəldiyini bu gün 700 manatı ödəməli olduğunu bildirmişdir. O, 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə Ağdaş şəhərində “Musiqiçilər bağında” 700 manat pulu nəğd olaraq vermişdir. Bundan sonra yolu keçib H.Əliyev prospektində yerləşən “Azərcell” mağazasının qarşısında həmin 700 manat pulu Seyidağa “MilliÖn” ödəmə terminalı vasitəsilə kiminsə kartına göndərmiş və qəbzi götürmüşdür. Ondan qəbzi istədikdə qəbzi ona verməyərək həmin qəbzi xanıma da göstərməli olduğunu, nazirin də görməli olduğunu bildirmişdir. Daha sonra seyidağa ona iki ay ərzində onu komissiyaya çağıracaqlarını, pulun qalanını da komissiyadan keçəndən sonra verməli olduğunu demişdir. Bundan 10-12 gün sonra, təxminən may ayının 17-18-də Seyidağa ona zəng edib pulun qalanının həmin gün təcili çatmalı olduğunu demiş, o, ordan-burdan 900 manat pul toplayıb, həmin gün 900 manat pulu Təqsirləndirilən şəxs kartına vurmuşdur. Təqsirləndirilən şəxs ona narahat olmamağı, yaxın günlərdə pensiyasının həll olunacağını desə də üzərindən neçə ay keçməsinə baxmayaraq Seyidağa hər dəfə ondan pensiya məsələsini soruşduqda narahat olmamasını, düzələcəyini demişdir. O, Seyidağaya “əgər sən kimisə aldadırsansa, bax məni aldatma ayıbdır, biz həmkənliyik” demiş, Seyidağa isə ona “sən heç yerə şikayət etmə sənin pulunu qaytaracam” demişdir. O, hər ay 100 manat olmaqla qaytarmağına da razı olmuş, lakin bütün bunlara baxmayaraq Seyidağa ona verdiyi 1600 manat pulu geri qaytarmamışdır. O, məcbur qalıb Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Ona vurulmuş ziyan ödənilməmiş, ziyanın ödənilməsini tələb edir, Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, Təqsirləndirilən şəxs ümumilikdə 1600 manat pul vermiş, bu işlə bağlı Seyidağadan başqa heç kimlə görüşməmişdir. O, xəstəliyi ilə bağlı pensiya almış, ancaq pensiyası kəsilmiş, o, Sosial Müdafiə Nazirliyinə müraciət etmiş, ancaq imtina verilmişdir. Seyidağa elə danışdı ki, mən ona inandım, ona görə də 1600 manat pulu ona verdim. O, Seyidağaya “kimisə aldadırsansa, məni aldatma” dedikdə əvvəllər onun kimisə aldatdığını eşitməmiş, həmin ifadəni o mənada işlətmiş ki, yəni kimisə tamah məqsədilə aldatmaq istəyirsə, onu aldatmasın, bir kənddə yaşayırlar, üz-üzə gəlirlər. Zərərçəkmiş şəxs1 07 mart 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs 1600 manat pulu ona qaytardığını, hazırda ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, 2021-ci ilin dekabr ayının əvvəllərində uzaq qohumunun Ağdaş rayonu, Qolqəti kəndində yas mərasiminə getdikdə xatırlamadığı tanışının ona yas mərasimində hazırda olan Seyidağanın təqaüd məsələlərini həll etdiyini, dayandırılmış təqaüdləri bərpa etdirdiyini demişdir. Bundan sonra o, Seyidağaya yaxınlaşaraq, ərinin təqaüdünün dayandırıldığını deyib, bərpa olunması üçün ondan köməklik etməyin mümkün olub-olmadığını soruşmuş, Seyidağa da ona heç bir problem olmadığını, həmin işlərin onluq olduğunu, vəzifədə yaxşı tanışlarının olduğunu, həmçinin özünün komissiyada oturduğunu, sadəcə bir nəfərin təqaüdünü həll etmək mümkün olmadığını, bir neçə nəfər qohum-əqrabadan tapmalı olduğunu, birlikdə onların təqaüdlərini bərpa etdirəcəyini demişdir. Daha sonra Seyidağa ona nömrəsini vermiş, özü də evə gedib, qohumlara bu barədə demişdir. Qudası Zərərçəkmiş şəxs3 X5na təqaüd düzəltdirmək istədiyini demiş və o, Seyidağa ilə telefon əlaqəsi saxlayıb, ərinin təqaüdünü və qudası Əhmədin təqaüdü ilə bağlı ona demiş, Seyidağanın isə bərpaya 1000 manat, yeni təqaüd düzəltdirmək üçün isə 3100 manat pul lazım olduğunu, həmin pulları və sənədləri hazırladıqdan sonra ona zəng etməyini və özünün gəlib Ağdaş rayonunda ondan götürəcəyini demişdir. Bundan sonra özü ərinin təqaüdü üçün 1000 manat düzəltmiş, Əhmədin isə 1500 manat bir, 1600 manat bir, ümumilikdə 3100 gətirib Seyidağaya verməsi üçün ona vermişdir. 2021-ci ilin dekabr ayının axırlarında o, Seyidağa ilə əlaqə saxlayıb, özünün və qudası Əhmədin pulunun hazır olduğunu demişdir. Təxminən 2 gün sonra Seyidağa onun yaşadığı ünvanı ondan dəqiqləşdirib yaşadığı evinə gəlmiş, yaşadığı evin həyətində ümumilikdə 4100 manat pulu Seyidağaya verdmişdir. Həmin vaxt onların yanlarında əri Şahid1 Bəhram oğlu olmuş, puldan başqa hər ikisinin sənədlərini də Seyidağaya vermiş, Seyidağa isə qısa müddətə təqaüdləri düzəltdirəcəyini bildirib çıxıb getmişdir. Həmin müddətdən 2022-ci ilin fevral ayının əvvəllərinə qədər Seyidağa ilə əlaqə saxlasa da, o, hər dəfə yaxın günlərdə təqaüd məsələsinin həllini tapacağını demişdir. 2022-ci ilin fevral ayının əvvəllərində yenidən Seyidağa ona zəng edib başqa təqaüd düzəltdirmək istəyən varsa adlarını deməsini, sonra gec olacağını bildirmişdir. Bundan sonra o, bacısı Elnarənin qudası Zərərçəkmiş şəxs5 epilepsiya xəstəsi olduğunu, təqaüdünün kəsildiyini, təqaüdünü bərpa etdirmək istəməsini eşidib, bu barədə Seyidağaya demiş, Seyidağa bərpanın 3000 manata başa gələcəyini demiş, o, bu barədə Könülə dedikdə, Könül razılaşmışdır. Könülün oğlu Xəyal 2022-ci ilin fevral ayının əvvəllərində pulu və sənədləri gətirib ona vermiş, özü də bu barədə Seyidağaya demişdir. Bindan 1 gün sonra Seyidağa onun ünvanına gəlib, 3000 manat pulu və sənədləri yaşadığı evin həyətində ondan götürmüşdür. Həmin vaxt da yanında əri Bayram olmuşdur. Bundan sonra uzun müddət Seyidağa ilə əlaqə saxlamış, 2022-ci ilin iyun ayında qədər Seyidağa ona təqaüdün qısa müddətə düzələcəyini demiş, 2022-ci ilin iyun ayının sonlarında Seyidağa yenidən ona zəng edib 2-3 günə təqaüd məsələsinin həllini tapacağını, sadəcə məsələni tam yekunlaşdırması üçün bir nəfər də ona tapmalı olduğunu demişdir. O, kirvəsi Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlamış, ona bir neçə qohum təqaüdlə bağlı müraciət etdiklərini demiş, Səməd də ona özünün də təqaüdünün kəsildiyini deyərək ondan kömək istəmişdir. O, Seyidağaya zəng edib Səməd barədə dedikdə Seyidağa Səməddən 2500 manat alacağını demiş, Səməd 2500 manatı oğlu Talehə vermiş, Taleh də həmin pulu gətirib ona vermişdir. Bundan sonra o, Seyidağaya zəng edib pulun onda olduğunu bildirmiş, Seyidağa onun yaşadığı evin həyətinə gəlib 2500 manat pulu yaşadığı evin həyətində ondan götürmüşdür. Həmin vaxt da yanında əri Bayram olmuşdur. Həmin gündən sonra o, mütəmadi olaraq Seyidağaya zəng etmiş, Seyidağa isə hər dəfə ona bu gün-sabah təqaüdün düzəlcəyini demiş, hətta yenidən ona adamlar tapmağını demiş, o, Seyidağa tərəfindən aldadıldığını, təqaüdünlərin düzəlmədiyini bildiyi üçün Seyidağanın barəsində Ağdaş RPŞ-də araşdırma aprıldığını bilib RPŞ-yə müraciət etmişdir. Seyidağa alınan pullardan ona pul verməmiş, onun inamından istifadə etmiş, bu işlərdə heç bir qazancı olmamış, sadəcə onun etibarından sui istifadə etməsini başa düşməmışdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, ərinin pensiyası üçün Təqsirləndirilən şəxs 1000 manat pul vermiş, o, 50 manat da ərindən əlavə almış, ümumilikdə Seyidağaya 1050 manat pul vermişdir. Zərərçəkmiş şəxs5 pensiyası üçün ona 3000 manat pul vermiş və o, 3000 manat pulu Seyidağaya vermişdir. Seyidağa həmin puldan Zərərçəkmiş şəxs5 500 manat pul və sənədlərini qaytarmışdır. Qudam Zərərçəkmiş şəxs3 Seyidağaya vermək üçün ona 1500 manat bir, 800 manat bir, 800 manat da bir, cəmi 3100 manat pul vermişdir. O, həmin pulları evinin həyətində vermişdir. Zərərçəkmiş şəxs4 pensiyası üçün Seyidağaya 2500 manat pul vermişdir. Verdiyi bütün pulları Seyidağaya yaşadığı evin həyətində ərinin yanında vermişdir. Pulları verdiyi tarixlərin heç birini xatırlamır. Yasin onun kürəkənidir, o, Yasinin vasitəsilə heç kimə pul göndərməmiş, Yasinin bu işlərdən xəbəri yoxdur. Pulları Seyidağa özü gəlib onların həyətində götürmüşdür. Seyidağa bacımın qudası Zərərçəkmiş şəxs5 3000 manat pul almış, Könülün oğlu Xəyal özü Seyidağa ilə telefonla danışmış, daha sonra pulu gətirib ona vermiş ki, Seyidağa gəlib sizdən götürəcək. O, da həmin 3000 manat pulun hamısını həyətində Seyidağaya vermişdir. O, Ülviyyə xanımı tanımır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığına görə ondan şikayətçidir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qudasıdır. Ağdaş rayonu, Orta Qəsil kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımış və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. X5 anadan olandan epilepsiya xəstəsidir, xəstəliyi aşkar olunandan bu günədək müalicə almış, bir neçə dəfə müxtəlif vaxtlarda Tavat Cəbrayılovanın pensiya alması üçün Ağdaş rayon mərkəzi xəstəxanasında həkim komissiyasına müraciət etmiş, lakin hər dəfə müraciət etmələrinə baxmayaraq Tavat Cəbrayılova pensiya verilməsindən imtina olunmuşdur. O, bu barədə qohumu Məhluqə Mustafayeva da bildirmişdir. Təxminən 2021ci ilin dekabr ayının əvvəllərində Məhluqə Mustafayevanın evində qonaq olarkən Məhluqə Mustafayeva ona Ağdaş rayonu, Orta Qəsil kənd sakini olan tanıdığı Təqsirləndirilən şəxs Tavatın pensiyanı düzəldə biləcəyini bildirmiş, özü də ondan kömək etməsini xahiş etmişdir. Məhluqə ona Təqsirləndirilən şəxs ilə danışacağını və bu barədə ona məlumat verəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra Məhluqə Mustafayeva ona Təqsirləndirilən şəxs ilə danışdığını və gəlini Tavat Cəbrayılovanın pensiyasının düzəldilməsi üçün Təqsirləndirilən şəxs 3100 (üç min yüz) manat pul istədiyini demiş, o, X7 İsayevin mobil telefon nömrəsini alıb ona zəng edərək Təqsirləndirilən şəxs həqiqətən həmin məbləği istəyib-istəməməsini soruşduqda Təqsirləndirilən şəxs pulu yaxın müddət ərzində verəcəyi təqdirdə pensiyanı düzəldəcəyini, əks halda gələn ilə təxirə düşəcəyini bildirmişdir. O, bu məsələ uzanmasın deyə ümumilikdə 3100 manat pulu, həmçinin Tavatın sənədlərini Təqsirləndirilən şəxs verməsi üçün Məhluqə Mustafayevaya vermişdir. Lakin bu günədək məsələ həllini tapmamış, yəni pensiya düzəlməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, Ülviyyə adlı xanımı heç vaxt görməmiş, ona bir xanım zəng edib adının Ülviyyə olduğunu, Səhiyyə Nazirliyində işlədiyini, onların adamları tərəfindən ona pul çatmadığını, gəlininin işinin bu dəqiqə düzəldiyini, təcili 800 manat pul lazım olduğunu bildirmiş, o, da 800 manat pul tapıb “Kapital Bank” vasitəsilə onun verdiyi karta göndərmişdir. Ülviyyənin kim olduğunu heç bilmir, bəlkə də Seyidağanın oyunudur. O, Məhluqəyə 1500 manat bir, 800 manat bir, 800 manat da bir olmaqla ümumilikdə 3100 manat pul vermişdir. Qeyd etdiyi pulların zəng vuran xanımın kartına göndərdiyi pulla əlaqəsi yoxdur, həmin xanıma 3100 manatdan əlavə 800 manat göndərmiş və həmin 800 manat barədə heç yerə ərizə yazmamış, həmin 800 manatı da tələb etmir. O, pulu Məhluqə xanıma verdikdən sonra Seyidağa ilə telefonla danışmış, pulların ona çatması barədə sual vermiş, Seyidağa da çatdığını bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu cəmi bir-iki dəfə görmüşdür. O, Zərərçəkmiş şəxs2 bacısı ilə qudadır. O, əvvəllər epilepsiya xəstəsi olduğu üçün təqaüd alsa da sonradan təqaüdü kəsilmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində ona telefon vasitəsi ilə zəng edib əri və digər qohumlarının Təqsirləndirilən şəxs adlı şəxs vasitəsi ilə təqaüdlərini düzəltdirdiyini və ya bərpa etdirdiyini, lazım olsa Seyidağanın pul qarşılığında ona da kömək edəcəyini bildirmişdir. Bundan sonra o, Məhluqədən təqaüdünün düzəlməsi üçün Seyidağa ilə əlaqə saxlamasını xahiş etmiş, bir müddət sonra Məhluqə ona zəng edərək təqaüdünün bərpası üçün Seyidağanın 3000 manat pul istədiyini demişdir. O, razılaşaraq və səhəri gün 3000 manat pulu və sənədləri düzəldib oğlu Xəyal vasitəsi ilə Məhluqəyə göndərmişdir. Bundan bir neçə gün sonra Məhluqə ona zəng edib pulu Seyidağaya verdiyini demiş, bundan sonra Seyidağanın nömrəsini alıb bir neçə dəfə ona zəng etmiş və onunla görüşmüşdür. Seyidağa hər dəfə təqaüdünün düzələcəyini desə də, təqaüd məsələsi həll olunmamışdır. Bundan sonra dəfələrlə Seyidağa ilə görüşüb ondan pulunu qaytarmasını tələb etmiş, Seyidağa ona sənədləri və verdiyi puldan cəmi 500 manat pul qaytarmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, 3000 manat pulu birdəfəyə vermiş, pensiya məsələsi haqqında söhbət Məhluqə xanımın əli ilə olmuş, 3000 manat pulu ondan Məhluqə xanım istəmiş, pulu verdikdən sonra o, Seyidağa müəllimin özü ilə əlaqə saxlamış, 3000 manat pulun və sənədlərin çatıb–çatmamasını soruşmuş, Seyidağa müəllim 3000 manat pulun və sənələrin ona çatdığını demişdir. O, konkret olaraq Seyidağadan 3000 manatın çatıbçatmamasını soruşmuş, Seyidağa isə pulu aldığını demişdir. Seyidağa müəllim onu müayinə etdirmək üçün Respublika Xəstəxanasına aparmış, orada müayinədən keçirmiş, lakin yenə onun pensiya məsələsi düzəlməmişdir. O, Seyidağadan başqa heç kimlə pensiya məsələsi barədə danışmamışdır. Seyidağa 500 manatı və sənədləri Bakıdan taksi ilə göndərmiş, o, da götürmüşdür. Seyidağa onları çox aldatmış, hətta o, pulunu istəmək üçün Seyidağanın evinə getmiş, sonra özünün vəziyyəti pisləşmişdir. O, Ülviyyə xanımla pulunun qaytarılması məsələsi ilə bağlı danışmışdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə ailəvi tanışdırlar, Ağdaş rayonu, Orta Qəsil kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımış və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təxminən 2016-cı il tarixdə açıq ürək əməliyyatı keçirmiş, həmin vaxt ona 5 (beş) il müddətinə ikinci qrup əlillik dərəcəsi təyin olunaraq aylıq pensiya kəsilmişdir. 2021ci ilin dekabr ayında 5 (beş) il müddət tamam olduğuna görə ona pensiya verilməsi dayandırılmışdır. Bundan sonra bir neçə dəfə müxtəlif xəstəxanalara müraciət etmiş, lakin pensiyasını bərpa etdirə bilməmişdir. Bu barədə yaxın ətraflarına danışmış, bu məsələdə köməyə ehtiyacı olduğunu bilən Zərərçəkmiş şəxs2 2022-ci ilin iyun ayının sonlarında onunla əlaqə saxlamış, özünün və qohumlarnın pensiya məsələsini Seyidağa adlı tanışları vasitəsi ilə düzəldəcəklərini bildirmiş, o, da pensiyasının bərpa olunmasında ona köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Məhluqə yenidən ona zəng edib Seyidağanın onun 2500 manat müqabilində təqaüd məsələni həll edəcəyini demiş, o, isə Təqsirləndirilən şəxs verməsi üçün Şahid2 vasitəsi ilə xəstəlik sənədlərinin əslini və 2500 manat pulu Məhluqəyə göndərmişdir. Bundan sonra Şahid2 anası Məhluqənin pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Daha sonra özü də Seyidağa ilə mobil telefon əlaqəsi saxlamış, Seyidağa ona pensiyasının düzələcəyini bildirmişdir. Bundan sonra dəfələrlə pensiyası barədə maraqlandıqda hər dəfə ona pensiyasının düzələcəyini bildirsələr də bu günədək pensiyası bərpa olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, 2500 manat pulu Məhluqə xanımın oğlu Talehə pulu Bakıda vermiş, o, Seyidağanı cəmi bir dəfə görmüş, dəniz qırağında restoranda orada Seyidağadan başqa bir qadın və bir də başqa bir oğlan oturmuşdur, həmin vaxt Seyidağa ona “sənin sənədlərini kompüterdə sistemə salmağa çalışırıq” deyərək onu inandırmışdır. Orada bir xeyli gözlədikdən, sonra ona qeydiyyatdan keçməyin mümkün olmadığını, sistemin onun adını qəbul etmədiyini bildirmişlər, lakin bir neçə saatdan sonra Seyidağa “səni təbrik edirik qeydiyyatdan keçdin, yaxın vaxtlarda pensiyanı alacaqsan.” demişdir. Onu həmin yerə, yəni dəniz kənarına Seyidağa özü dəvət etmişdir. Bu günədək pensiyası bərpa olunmamışdır. O, ümumiyyətlə Seyidağa ilə pul məsələsini danışmamış, Talehlə danışıb pulu ona vermişdir. Bir müddətdən sonra Seyidağa ona zəng edərək pensiyan oturacaq demiş, bir neçə ay bu sözü təkrarlamışdır. Sonda o, pulu istədikdə Seyidağa ona “bilirsən nə var, sənin verdiyin puldan mənə cəmi 1000 manat pul çatıb” demişdir. O, Seyidağaya “Seyidağa sən bunu mənə indi niyə deyirsən, aradan gör neçə ay keçib, sənin dediyin məni maraqlandırmır, mənim işim nə oldu” deyə cavab vermişdir. Taleh pulu taksi ilə Ağdaşa anasına göndərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun arvadıdır. X8 əvvəllər tanımamış, 2021-ci ilin dekabr ayının əvvəllərində Məhluqə uzaq qohumunun Ağdaş rayonu, Qolqəti kəndində yas mərasiminə getmiş, kimsə ona hazırda yas mərasimində Seyidağa adlı şəxsin olduğunu, təqaüd məsələlərini həll etdiyini, dayandırılmış təqaüdləri bərpa etdirdiyini demiş, bundan sonra Məhluqə Seyidağa ilə tanış olmuş, onun barəsində Seyidağaya demiş, Seyidağa Məhluqəyə, heç bir problem olmadığını, həmin işlərin onluq olduğunu, vəzifədə yaxşı tanışları olduğunu, həmçinin özünün komissiyada oturduğunu, sadəcə bir nəfərin təqaüdünü həll etmək mümkün olmadığını, bir neçə nəfər qohum-əqrabadan tapmasını, birlikdə onların təqaüdlərini bərpa etdirəcəyini demişdir. Bundan sonra Məhluqə evə gəlmiş, ona bu barədə danışmış və qohumlarla əlaqə saxlamağa başlamışdır. Qudası Zərərçəkmiş şəxs3 X5na təqaüd düzəltdirmək istədiyini demiş, bundan sonra Məhluqə Seyidağa ilə telefon əlaqəsi saxlamış, onun təqaüdü və qudası Əhmədin təqaüdü ilə bağlı ona demiş, Seyidağa isə bərpaya 1000 manat, yeni təqaüd düzəltdirmək üçün isə 3100 manat pul lazım olduğunu demişdir. Bundan sonra Məhluqə ilə təqaüdü üçün 1000 manat düzəltmişlər, pulu Məhluqənin özü düzəltmiş, sonra Əhməd 1500 manat bir, 1600 manat bir, ümumilikdə 3100 düzəldib gətirib Seyidağaya verməsi üçün Məhluqəyə vermişdir. Məhluqə 2021-ci ilin dekabr ayının axırlarında Seyidağa ilə əlaqə saxlamış, onun və Əhmədin pulunun hazır olduğunu, gəlib götürməsini demişdir. Təxminən 2 gün sonra Seyidağa onların yaşadıqları ünvana gəlmiş, evin həyətində Məhluqə ümumilikdə 4100 manatı Seyidağaya vermiş, puldan başqa sənədləri də ona vermiş, Seyidağa isə qısa müddətə təqaüdləri düzəltdirəcəyini bildirmişdir. Həmin müddətdən 2022-ci ilin fevral ayının əvvəllərinə qədər Seyidağa ilə əlaqə saxlasalar da, Seyidağa hər dəfə yaxın günlərdə təqaüd məsələsinin həllini tapacağını demişdir. 2022-ci ilin fevral ayının əvvəllərində yenidən Seyidağa Məhluqəyə zəng edib başqa təqaüd düzəltdirmək istəyən olub olmadığını soruşmuş, sonra gec olacağını, onlarla birlikdə onu da düzəltmək istədiyini demişdir. Bundan sonra Məhluqə qohumlarla yenidən maraqlanmış, Elnarənin qudası Zərərçəkmiş şəxs5 ona epilepsiya xəstəsi olduğunu, təqaüdünün kəsildiyini, təqaüdünü bərpa etdirmək üçün ona da köməklik olunmasını demiş, Məhluqə bu barədə Seyidağaya demiş, sonuncu bərpanın 3000 manata başa gələcəyini demişdir. Məhluqə bu barədə Könülə demiş, Könülün oğlu Xəyal 2022-ci ilin fevral ayının əvvəllərində pulu və sənədləri gətirib Məhluqəyə vermişdir. 1 gün sonra Seyidağa onların evinə gələrək 3000 manat pulu və sənədləri evin həyətində Məhluqədən almışdır. Bundan sonra uzun müddət Seyidağa ilə əlaqə saxlamış, Seyidağa 2022-ci ilin iyun ayında qədər təqaüdün qısa müddətə düzələcəyini demişdir. 2022-ci ilin iyun ayının sonlarında Seyidağa yenidən Məhluqəyə zəng edib 2-3 günə təqaüd məsələsi həllini tapacağını, məsələni tam yekunlaşdırması üçün ona sadəcə bir nəfəri də tapmasını demişdir. Məhluqə qohumlarla və tanışlarla danışmış, kirvəsi Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlayaraq bu barədə demiş, Səməd onunla razılaşmışdır. Məhluqə Seyidağaya zəng edib Səməd barədə demiş, Seyidağa isə Səmədin işi üçün 2500 manat alacağını demişdir. Səməd 2500 manatı oğlu Talehə çatdırmış, Taleh də həmin pulu gətirib Məhluqəyə vermişdir. Məhluqə Seyidağaya zəng edib pulun onda olduğunu bildirmiş, Seyidağa yaşadıqları evin həyətinə gəlmiş və 2500 manat pulu yaşadıqları evin həyətində Məhluqə ona vermişdir. Həmin müddətdən sonra mütəmadi olaraq Seyidağaya zəng etmişlər, Seyidağa isə hər dəfə ona bu gün-sabah təqaüdün düzələcəyini demiş, hətta yenidən Məhluqəyə ona adamlar tapmağı demiş, Məhluqə və özü artıq Seyidağa tərəfindən aldadıldıqlarını, təqaüdlərinin düzəlmədiyini bildikləri üçün Məhluqə Seyidağanın barəsində Ağdaş RPŞ-də araşdırma aprıldığını bilib RPŞ-yə müraciət etmişdir. Məhluqənin hər hansı niyyət və mənfəəti olmamış, sadəcə ona və qohumlara kömək məqsədi ilə Seyidağa ilə danışmışdır. Şahid1 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Seyidağaya pulları Ağdaşda vermişlər, Seyidağaya pul verəndə şəxsən özü orda olmuş, Seyidağa onlara 3 dəfə gəlmişdir. O, özü də Seyidağa ilə danışmış, Seyidağaya zəng edib pulunu tələb etmişdir. Bundan sonra bir həftə çəkmədi ki, xəstəliyi ilə bağlı dövlət tərəfindən pensiya düzəlmişdir. Onun nevroloji xəstəliyi və epilepsiyası var buna görə hər şey yadından çıxır. İstintaqda nə ifadə vermişsə həmin ifadə düzdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 onun doğma anası, Zərərçəkmiş şəxs4 isə iş yoldaşıdır. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. 2022-ci ilin iyun ayında iş yoldaşı Zərərçəkmiş şəxs4 ona açıq ürək əməliyyatı olduğuna görə 2016-cı ildən 5 (beş) il müddətinə pensiya aldığını, lakin 2021-ci il tarixdə pensiyasının dayandırıldığını, lakin dəfələrlə bərpa etdirmək istəsə də bərpa etdirə bilmədiyini bildirmişdir. Bununla bağlı adam axtardığını bildirmişdir. Bundan sonra anası ilə danışmış, anası bu barədə Seyidağaya demiş, bundan sonra Səmədə zəng edib təqaüdü bərpa etdirmək üçün Seyidağanın 2500 manat pul istədiyini demiş, Səməd isə razılaşaraq, pulu ona vermiş, o, Seyidağaya vermək üçün həmin pulu rayona gətirib anasına vermişdir. Bundan sonra Səməd özü də Seyidağa ilə əlaqə saxlamış, lakin Seyidağa həmin müddətdən hazıradək onu aldatmış, nə pulu qaytarmamış, nə də ki, təqaüdü bərpa etdirməmişdir. Şahid2 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, Səməd ona Seyidağanın onu qeydiyyatdan keçmək üçün görüşə çağırdığını demiş, o, da Səmədlə Sumqayıtda yerləşən restorana getmişdir. Seyidağa, Səməd və o, siqaret çəkərkən Seyidağa Səməddən pulu soruşmuş, Səməd pulu Seyidağaya vermək istədikdə Seyidağa ona “Taleh sən pulu da, sənədləri də apar anana ver, mən onsuz da rayona gedəsiyəm, onları anandan götürəcəm, mən belə yerdə pul götürmürəm” demişdir. Seyidağa onları çağırdığı yerdə Seyidağa özü, Səməd və o, olmuşlar, orada başqa kimlərin olmasından xəbəri yoxdur. Ülviyyə xanım adlı adamı tanımır, heç onun üzünü də görməmişdir. O, Səmədin pulunu və sənədləri aparıb anasına vermiş, hətta bundan sonra o, və Səməd Seyidağaya zəng edib ondan pulun çatıb-çatmadığını soruşmuşlar, Seyidağa çatdığını bildirmişdir. Digər zərərçəkmiş şəxslərin Seyidağaya pul vermələrindən heç bir məlumatı yoxdur, o, rayonda yaşamır. O, Səmədlə Bakıdan Ağdaşa pulu almaq üçün Seyidağanın evinə gəlmişlər. Seyidağa qaçıb gizlənmişdir. Sonra isə anası Məhluqəyə zəng vurub “Səmədi götürün gedin, onun pulunu səhər verəcəm” demişdir. Seyidağa həmin vaxt onların qarşısına çıxıb deyə bilərdi ki Səmədin pulunu o, almamışdır. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, Seyidağanın bacısı oğludur. Məhluqə xanımla dayım Seyidağanın arasında pul haqqı-hesabı olduğunu bilmiş, ancaq onların nə iş görmələri haqqında məlumatı olmamışdır. 2022-ci ilin oktyabr, noyabr ayları, yəni payız aylarında dayısının mübahisəli məsələsinin olduğunu görüb, nə baş verdiyini soruşmuş, dayısı Ağdaşda Məhluqə xanımla haqq-hesabı olduğunu, Məhluqə xanıma qudası Əhməd dayının və Könül adlı qadının işinə görə 3000 manat borcu olduğunu demiş, o, Məhluqə xanımı tanıdığını, hətta Əhməd kişini də tanıdığını deyərək, onunla danışa biləcəyini bildirmişdir. O, Məhluqə xanımla xeyli müddət telefonla danışaraq Məhluqə xanımdan borcu ödəmək üçün vaxt istəmiş, Məhluqə əvvəlcə şikayət edəcəyini, dayısını tutduracağını demiş, lakin sonra Məhluqə xanım şikayət etmədi, bir xeyli gözlədi, vaxt verdi, lakin alınmadı, iş düzəlmədi. Bundan sonra Məhluqə xanımla bir dəfə də telefonla danışanda onun səsini qaldırdığını, əsəbləşdiyini görüb, kürəkəni Yasinə müraciət etmişdir. Belə ki, Yasinlə uzun müddətdir ki, dostdur. Yasin də Məhluqə xanımla danışdı, yenə bir müddət gözləyəcəklərini, şikayət etməyəcəklərini bildirdi. Lakin onların işi yenə düzəlmədi. Həmin ərəfələrdə o, dayısı Seyidağaya kömək məqsədilə 500 manat pul vermiş, dayısı da həmin 500 manat pulu Yasinlə Könül xanıma göndərmiş və Könül xanıma 1000 manat borcu qalmışdır. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, o, 2021 və 2022-ci illərdə Təqsirləndirilən şəxs heç bir məbləğdə pul aparmamış, ümumiyyətlə Məhluqə və Seyidağanın arasında olan pul söhbətlərindən məlumatı olmamışdır. Bir dəfə Pərvin ona zəng edib Məhluqədən on gün, bir ay vaxt verməsini, torpağı satıb pulları verəcəklərini bildirmiş, o, da Məhluqədən xahiş etmiş, Məhluqə də razılaşmışdır. Məhkəmə baxışı iclasında dövlət ittihamçısının vəsatəti əsasında ifadəsi elan olunmuş iş üzrə şahid X18 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla və başqa 2 şəxslə birgə qrup şəklində dələduzluq cinayəti törətdikləri üçün barələrində olan cinayət işinə hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılır, Təqsirləndirilən şəxs ilə Ağdaş rayonundan hər hansı şəxslə bağlı təqaüd məsələsi həll etməmiş, hər hansı şəxsə qarşı dələduzluq cinayəti törətməmiş, dindirildiyi cinayət işinin bəzi materialları və zərəçəkmiş şəxslərin adları ilə tanış olmuş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 adlı şəxsləri tanımamış, onlar barəsində heç bir məlumatı olmamış, bundan başqa Seyidağanın guya onun vasitəsi ilə təqaüd düzəltdirməsini Şöhrət adlı şəxsə deməsi barədə heç nə deyə bilmir, həmin şəxsi də tanımır, Şöhrət adlı şəxsi tanımır, ümumiyyətlə Ağdaş rayon sakinləri ilə bağlı Seyidağa ilə aralarında, heç bir iş, danışıq və s. olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus 416973******3254 saylı bank kartına 900 manat köçürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs 416973******3254 saylı bank kartından edilmiş çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə bank kartına 900 manat köçürülmüşdür. İş materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-657/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-nin polikilinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, 1) Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2-ci, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1500 misli miqdarda cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş və götürülmüşdür. 2) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2-ci, 178.2.4-cü maddələri ilə təqsirli bilinib nə əsasən 3000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş və götürülmüş, 3) Nəsimi rayon Polis İdarəsində barəsində Azərbaycan Respublikası CPM-in 178.2.4-cü maddəsi ilə olan 18100278 saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmiş, 4) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilməmiş və götürülməmişdir, 5) Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 178.2.1, 178.2.2, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə barəsində istintaq edilən cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin 12 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1-518/08 saylı 11 dekabr 2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib şərti maliyyə vahidinin 3000 (üç min) misli miqdarında, yəni 3300 (üç min üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən həbsdə saxlanılma müddəti nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilərək şərti maliyyə vahidinin 1500 (bir min beş yüz) misli, yəni 1650 (bir min altı yüz əlli) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013- cü il tarixli Qərarı tətbiq edilmiş və Təqsirləndirilən şəxs ona təyin olunmuş şərti maliyyə vahidinin 1500 (bir min beş yüz) misli, yəni 1650 (bir min altı yüz əlli) manat məbləğində cərimə cəzasından azad edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-31/2013 saylı xx.xx.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3500 (üç min beş yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən. Təqsirləndirilən şəxs 02 (iki) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, onun cəzası yüngülləşdirilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci və 65.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq üzərində 3.000 (üç min) manat məbləğdə cərimə cəzası saxlanılmışdır. Məhkum, Təqsirləndirilən şəxs oğlu 3.000 (üç min) manat məbləğdə cərimə cəzasını tam olaraq ödəyib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(008)-105/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət cəzasından çıxılmış və üzərində qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 1(008)-105/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(008)-105/2022 saylı hökmündən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatəti təmin edilməmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(008)-105/2022 saylı hökmü Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına 25 yanvar 2024-cü il tarixdə daxil olduğundan Təqsirləndirilən şəxs cəzası 31 yanvar 2024-cü il tarixə qədər çəkilməmiş qalmışdır. İş materiallarında olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X29 xəstəlik tarixçəsindən görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək həmin xəstəxanada stasionar müalicədə olmuşdur. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında 27 aprel 2023-cü il tarixli və Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 29 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29 aprel 2023-cü il tarixdə azd edilmişdir. İş materiallarında olan X26 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 sentyabr 2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X15, qızı X4 (1995) və X13 (1998) ibarətdir. İş materiallarında olan X26 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 sentyabr 2023cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 əri Bayramın işlərini görməməməsi və ümumiyyətlə onlardan pul almaması, Zərərçəkmiş şəxs5 1500, Zərərçəkmiş şəxs4 1600 manat pul alması barədə verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadənin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təkzib edildiyini nəzərə alaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın və barəsində çıxarılan ittiham hökmünün əsasına zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi ilə yanaşı məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin qoyulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə müdafiə tərəfinin ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki əməllərini Ağdaş rayonunun ərazisində törətmiş və bu hal zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır, bu səbəbdən müdafiə tərəfinin ərazi üzrə məhkəmə aidiyyətinə dair vəsatəti təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı cinayət əməli törətdiyi vaxtdan iki ildən artıq müddət (10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilməklə, həmin tarixdə cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılması, 14 sentyabr 2023-cü il tarixdə cinayət işi üzrə icraatın təzələnməsi də nəzərə alınmaqla) keçmişdir və o, bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı epizoda münasibətdə özünü təqsirli bilməmiş, Zərərçəkmiş şəxs3 ilə bağlı epizoda münasibətdə isə qismən təqsirli bilmişdir, həmçinin təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasının maksimal həddi iki ilədək müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə müəyyən edilmiş cinayətlərin təsnifatına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 münasibətdə törətdiyi cinayət üzrə təqsirli bilinməli və təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun digər epizodlar üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.14-cü maddəsinə əsasən, yaşayış yeri müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 münasibətdə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(108)-105/2022 saylı hökmü ilə üzərində olan 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Eləcə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan yəni, 07 mart 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə verilmiş mülki iddialar təmin edilməli, Təqsirləndirilən şəxs 1030 (min otuz) manat alınaraq Zərərçəkmiş şəxs2, 2545 (iki min beş yüz qırx beş) manat alınaraq Zərərçəkmiş şəxs4, 3050 (üç min əlli) manat alınaraq Zərərçəkmiş şəxs5 ödənilməlidir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 münasibətdə törətdiyi cinayət üzrə təqsirli bilinsin və ona həmin hissədə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(108)-105/2022 saylı hökmü ilə üzərində olan 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 07 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddialar təmin edilsin, Təqsirləndirilən şəxs 1030 (min otuz) manat alınaraq Zərərçəkmiş şəxs2, 2545 (iki min beş yüz qırx beş) manat alınaraq Zərərçəkmiş şəxs4, 3050 (üç min əlli) manat alınaraq Zərərçəkmiş şəxs5 ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-20/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-20/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver