Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-20/2025 12.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, N.Nərimanov küçəsi, 10-da qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30 bina 16 blok 1 mərtəbə 2 mənzil 9-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 448,59 qram eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və etibarnamə ilə idarə etdiyi “Nissan Note” minik markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində saxlanıldıqdan sonra həmin tarixdə saat 18:47-dən 19:20-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 3,59 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi qeyd olunan avtomobilə baxış zamanı yük hissəsində olan ehtiyat təkərin üstündən sellofan torbada təmiz çəkisi 445 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 6-7 aya yaxın bundan əvvəl narkotik vasitə istifadə etmişdir. Hazırda Bakı şəhər ərazisində “Yango” taksi şirkətində şirkətə məxsus “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi sürücüsü işləyir. Həmin nəqliyyat vasitəsini müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və elektron etibarnamə əsasında idarə edir, bu səbəblə həmin müddətdə narkotik vasitə istifadə etməmişdir. Təxminən üç gün əvvəl Bakı şəhərində olan zaman Xocəsən qəsəbəsinə müştəri aparmış, müştərini düşürüb yola çıxan zaman yolun kənarında sellofan torba görmüş, avtomobili kənarda saxlayıb aşağı düşmüş, həmin torbanı yerdən götürmüş, daha sonra geri qayıdıb avtomobilə əyləşmişdir. Avtomobildə torbanın bir hissəsini açmış və içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. Həmin marixuanadan biraz götürüb kağıza büküb cibinə qoymuş, qalan torbanı isə gələcəkdə istifadə etmək üçün avtomobilin yük hissəsində saxlamışdır. Özü kimi Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan dostu, Ağdaş şəhər sakini Şahid1la Ağdaş şəhərinə gələrkən növbəli şəkildə bir-birilərinin avtomobili ilə gəlirlər. 09 yanvar 2025-ci il tarixdə də Ağdaş şəhərinə gəlmək üçün Şahid1 yaşadığı Xırdalan şəhərindən götürüb yola düşmüşlər. Saat 18 radələrində Bakı-Qazax avtomobil yolundan Ağdaş rayonu, Yuxarı Ləki kəndinə doğru dönmüş, həmin zaman yol kənarında dayanmış dövlət yol polis əməkdaşları avtomobili saxlatmışlar. Bundan sonra polis əməkdaşları olduğunu bildiyi digər şəxslər də yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman polis əməkdaşları ona narkotik vasitələri üzərində və avtomobilində saxlamağı barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O və Şahid1 buna heç bir etiraz etməmişlər. Onlar qərarla tanış olunmuş, hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim edilmişdir. Ondan üzərində və avtomobildə narkotik vasitələr saxlayıbsaxlamamağı soruşulmuş, o da üzərində və avtomobildə özünün istifadə etməyi üçün narkotik vasitə olmasını bildirmişdir. Daha sonra o, qara rəngli gödəkcəsinin sol iç cibindən içərisində narkotik vasitə marixuana olan 01 ədəd kağız bükümü təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı gödəkcəsinin sağ yan cibindən içərisində bank, sayğac, bonus və s. kartlar, şəxsiyyət vəsiqəsi olan pul qabı, göy rəngli cins şalvarın sağ yan cibindən 203 manat pul və həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 5 qram olması müəyyən edilmişdir. Daha sonra Şahid1 üzərinə baxış keçirilmiş, şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuş, həmin mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, nəqliyyat vasitəsinin yük yerində saxladığı içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan torbanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 443 qram olması müəyyən edilmişdir. 01 ədəd sellofan torba 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan başqa nəqliyyat vasitəsinin digər hissələrinə də baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Şifahi qaydada onun ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitələri 3 gün öncə Bakı şəhəri, Xocasən qəsəbəsində taksidən müştəri düşürdükdən sonra yol kənarından, yerdən tapdığını, gələcəkdə istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. X10 da onunla birlikdə Ağdaş RPŞ-yə gətirilmiş, Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 02 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra içərisində mobil telefonlar olan 02 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ona üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O, üzərində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd pul qapını və 01 ədəd nəqliyyat vasitəsinin açarını təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman şalvarının sağ yan cibindən pul aşkar edilmişdir. 01 ədəd nəqliyyat vasitəsinin açarı iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmış, daha sonra pul qabı və pul geri qaytarılmışdır. Hazırda əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı var, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində və idarə etdiyi “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:47-də Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində saxlanılmış, həmin zaman avtomobildə sərnişin qismində əyləşmiş Ağdaş şəhər sakini Şahid1 da olmuşdur. Onlara özlərini təqdim etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamağı barədə soruşulmuş, o, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən içərisində içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd kağız büküm təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində bank, sayğac, bonus və s. kartlar, şəxsiyyət vəsiqəsi olan pul qabı, göy rəngli cins şalvarın sağ yan cibindən 203 manat pul və həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş və iş üçün əhəmiyyət kəsb etmədiyindən pul qabı və pul onun özünə geri qaytarılmışdır. Narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd kağız bükümün təxmini çəkisi 5 qram olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd kağız büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 üzərinə baxış keçirilmiş, şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Həmin mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünəməxsus olan “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində olan ehtiyyat təkərin üstündə olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torbanı təqdim etmişdir. Bundan sonra narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd sellofan torbanın təxmini çəkisi 443 qram olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd sellofan torba 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan başqa nəqliyyat vasitəsinin digər hissələrinə də baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman üzərindən və avtomobilindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni özü Bakı şəhəri, Xocasən qəsəbəsi ərazisindən 3 gün öncə tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində və avtomobilində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. X10 da Ağdaş RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra içərisində mobil telefonlar olan 02 ədəd zərf açıldı, baxış keçirildi və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd pul qapını və 01 ədəd nəqliyyat vasitəsinin açarını təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman şalvarın sağ yan cibindən pul aşkar edilmişdir. 01 ədəd nəqliyyat vasitəsinin açarı iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmış, daha sonra pul qabı və pul geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin NMQ-un əməliyyat müvəkkili, Şahid3 eyni məzmunlu ifadə verərək Murad Əliyevin ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində və idarə etdiyi “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə saat 18:47-də Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində saxlanılmış, həmin zaman avtomobildə sərnişin qismində əyləşmiş Ağdaş şəhər sakini Şahid1 da olmuşdur. Onlara özlərini təqdim etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamağı barədə soruşulmuş, o, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən içərisində içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd kağız büküm təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində bank, sayğac, bonus və s. kartlar, şəxsiyyət vəsiqəsi olan pul qabı, göy rəngli cins şalvarın sağ yan cibindən 203 manat pul və həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş və iş üçün əhəmiyyət kəsb etmədiyindən pul qabı və pul onun özünə geri qaytarılmışdır. Narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd kağız bükümün təxmini çəkisi 5 qram olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd kağız büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid1 üzərinə baxış keçirilmiş, şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Həmin mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünəməxsus olan “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində olan ehtiyyat təkərin üstündə olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torbanı təqdim etmişdir. Bundan sonra narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd sellofan torbanın təxmini çəkisi 443 qram olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd sellofan torba 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan başqa nəqliyyat vasitəsinin digər hissələrinə də baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman üzərindən və avtomobilindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni özü Bakı şəhəri, Xocasən qəsəbəsi ərazisindən 3 gün öncə tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində və avtomobilində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. X10 da Ağdaş RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra içərisində mobil telefonlar olan 02 ədəd zərf açıldı, baxış keçirildi və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İfadəsi məhkəmə baxışı iclasında elan olunaraq araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər ərazisində sürücülük fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıyır. Təqsirləndirilən şəxs da onun kimi Bakı şəhərində sürücülük fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxsla Ağdaş şəhərinə gələrkən növbəli şəkildə bir-birilərinin avtomobili ilə gəlirlər. xx.xx.2025-ci il tarixdə də Ağdaş şəhərinə gəlmək üçün Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onu yaşadığı Xırdalan şəhərindən götürüb yola düşmüşdür. Saat 18 radələrində Bakı-Qazax avtomobil yolundan Ağdaş rayonu, Yuxarı Ləki kəndinə doğru dönmüşlər. Həmin zaman yol kənarında dayanmış dövlət yol polis əməkdaşları avtomobili saxlatmışlar. Bundan sonra polis əməkdaşları olduğunu bildikləri digər şəxslər də onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və avtomobilində saxlamağı barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O və Təqsirləndirilən şəxs buna heç bir etiraz etməmişlər. Onlar qərarla tanış olunmuş, hüquq və vəzifələrinizin əks olunduğu bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində və avtomobildə narkotik vasitələr saxlayıb-saxlamamağı soruşulmuş, Təqsirləndirilən şəxs da üzərində və avtomobildə özünün istifadə etməyi üçün narkotik vasitə olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkcəsinin sol iç cibindən içərisində bilmədiyi bitki kütləsi olan 01 ədəd kağız bükümü təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı gödəkcəsinin sağ yan cibindən içərisində bank, sayğac, bonus və s. kartlar, şəxsiyyət vəsiqəsi olan pul qabı, göy rəngli cins şalvarın sağ yan cibindən 203 manat pul və həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra pul qabı və pul geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşı tərəfindən həmin bilmədiyi bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 5 qram olması müəyyən edilmişdir. 01 ədəd kağız büküm 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun üzərinə baxış keçirilmiş. Şalvarının sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Həmin mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-nin “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin yük yerində saxladığı içərisində bilmədiyi bitki kütləsi olan 01 ədəd sellofan torbanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin bilmədiyi bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 443 qram olması müəyyən edilmişdir. 01 ədəd sellofan torba 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan başqa nəqliyyat vasitəsinin digər hissələrinə də baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş kütlələrin narkotik vasitə olmasını, 3 gün öncə Bakı şəhəri, Xocasən qəsəbəsində taksidən müştəri düşürdükdən sonra yol kənarından, yerdən tapdığını, gələcəkdə istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Həmçinin o da Ağdaş RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən içərisində bilmədiyi bitki kütləsi olan 02 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra içərisində mobil telefonlar olan 02 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd idarə etdiyi avtomobilin açarını və pul qabını çıxarıb təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxsnun üzərində tərəfimdən axtarış aparılmış, üzərindən 03 ədəd bir manatlıq, 02 ədəd iyirmi manatlıq, 01 ədəd əlli manatlıq və 01 ədəd yüz manatlıq pul əskinası aşkar olunmuş, aşkar olunmuş 01 ədəd açar kağız zərfə qablaşdırılmış və götürülmüş, zərf iştirakçılar tərəfindən imzalanmış. Daha sonra pul qabı və pul geri qaytarılmış. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə saat 18:47-də Ağdaş rayonu, Yuxarı Ləki kəndindən Ağdaş şəhəri istiqamətində idarə etdiyi “Nissan Note” minik markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində avtomobilində sərnişin kimi əyləşmiş Şahid1 ilə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində və özünəməxsus olan “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcəsinin sol iç cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kağız bükümü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərində olan həmin gödəkcənin sağ yan cibindən bank, sayğac, bonus və s. kartlar, şəxsiyyət vəsiqəsi olan pul qabı, göy rəngli cins şalvarın sağ yan cibindən 203 manat pul, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, pul qabı və pul geri iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə verilmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 5 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şahid1 hərəkətləri şübhə doğurduğu üçün, ona üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş hər hansısa bir əşyanın olmadığını bildirmiş, sonra Eşən Heydərovun üstü yoxlanılmış, yoxlama zamanı Şahid1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefon aşkar olunmuş, həmin mobil telefon da əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs özünəməxsus olan “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində olan ehtiyyat təkərin üstündə olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanı təqdim etmiş, qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 443 qram olmuş, həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən və avtomobilindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, özünün Bakı şəhəri, Xocasən qəsəbəsi ərazisindən 3 gün öncə tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində və avtomobilində saxladığını bildirmişdir. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 09 yanvar 2025-ci il tarixdə saat 18:47-dən saat 19:20-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələri olan 01 ədəd kağız büküm və 01 ədəd sellofan torbanın, mobil telefonun, Təqsirləndirilən şəxs və Şahid1 məxsus mobil telefonun qablaşdırıldığı kağız zərflər təkrar açılaraq 02 ədəd mobil telefona və içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütlələri olan kağız bükümə və sellofan torbaya baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs kağız bükümdə və sellofan torbada olan narkotik vasitənin özünə məxsus olmasını, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xocəsən qəsəbəsi ərazisində olan zaman yolun kənarında yerdən tapmasını, ona qarşı heç bir fiziki zorakılıq olmamasını bildirmişdir. Video görüntüdən ibarət 1 ədəd DVD disk “HP” markalı kompüterə qoşularaq və sonra «My computer» pəncərəsində açıldıqda bir ədəd diskdə bir kadrda çəkilmiş video fayllar vardır. DVD diskə baxış zamanı «Windows-10» əməliyyat sisteminin «X14» proqramı vasitəsi ilə açılmış, ilkin olaraq DVD disk “HP” markalı kompüterin DVD- Romuna yerləşdirilmiş, daha sonra «My computer» pəncərəsində açıldıqda “00367” adlı video görüntü açılmışdır. 34 dəqiqədən ibarət olan görüntü 02:50 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 01 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərində olan həmin gödəkcənin sağ yan cibindən bank, sayğac, bonus və s. kartlar, şəxsiyyət vəsiqəsi olan pul qabı, göy rəngli cins şalvarın sağ yan cibindən 203 manat pul, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Pul qabı və pul geri iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə verilmişdir. Bundan sonra əməliyyat müvəkkili aşkar edilmiş bitki kütləsini və mobil telefonu ayrı-ayrı kağız zərfə qablaşdırmışdır. Bundan sonra Şahid1 üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş hər hansısa bir əşyanın olmadığını bildirmiş, sonra Eşən Heydərovun üstü yoxlanılmış, yoxlama zamanı Şahid1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefon aşkar olunmuş, mobil telefon kağız zərfə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs özünəməxsus olan “Nissan Note” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində olan ehtiyyat təkərin üstündə olan içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Bundan sonra əməliyyat müvəkkili həmin kağız bükümü elektron tərəzidə çəkmiş və çəkisi müvafiq olaraq 443 qram müəyyən olunmuşdur. Bundan sonra əməliyyat müvəkkili aşkar edilmiş bitki kütləsini kağız zərfə qablaşdırmış, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Polis əməkdaşı həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin “nəşə” olduğunu və Bakı şəhəri, Xocasən qəsəbəsi ərazisindən 2-3 gün öncə tapdığını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2025-ci il tarixli 17/14 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər kütləsi” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki digər 01 ədəd zərfin içərisində olan 01 ədəd kağız bükümdə, təmiz çəkisi-3,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən götürülmüş narkotik vasitəyə bənzər kütləsi” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki digər 01 ədəd zərfin içərisində olan 01 ədəd sellofan torbada, təmiz çəkisi-445,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qudurulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 yanvar 2025-ci il tarixli 88 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 15 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X5, oğlu X6, qızı X4 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-İ-363/2025 nömrəli 05 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 fevral 2016-cı il təvəllüdlü X7 və 18 avqust 2009-cu il təvəllüdlü X9 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 yanvar 2025-ci il tarixdən 11 yanvar 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. İş materiallarında olan Kristal Abşeron Mənzil Tikinti Kooperativinin 12 mart 2025-ci il tarixli arayışından görünür ki, Kərimov X8 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30 bina 16 blok 1 mərtəbə 2 mənzil 9-da yoldaşı X15 qızı ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdən 11 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 448,49 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 3 (üç) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.(Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 84 (səksən dörd) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdən 11 yanvar 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuananın ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 448,49 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış aparılan zaman aparılmış video çəkilişin qeydə alındığı 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 84 (səksən dörd) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-20/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-20/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver