Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-21/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs2 xx xxxx 1970-ci ildə Ağdaş rayonu, Aral-1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş rayonu, Aral-1kəndində qeydiyyatda olan və yaşayan, barəsində 09 dekabr 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxxx 1991-ci ildə Ağdaş rayonu, Aral-1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Aral-1 kəndində qeydiyyatda olan və yaşayan, barəsində 09 dekabr 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2016-cı ildən hesablanmaqla xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Ağdaş rayonu, Aral-1 kənd sakini xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edərək Təqsirləndirilən şəxs1 məlumat vermək üçün küçədə pusquda dayanmış, sonuncu isə Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 68 saylı evin həyətinə daş hasardan qanunsuz daxil olmaqla həyətdə yerləşən saxlanc yeri olan hindən xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində 01 ədəd xoruz, 01 ədəd fərə olmaqla 02 ədəd, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 21:00 radələrində 04 ədəd xoruz, 02 ədəd fərə olmaqla 06 ədəd, cəmi 345 manat dəyərində 08 ədəd hind quşlarını vahid niyyətlə oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Ağdaş rayonu, Aral-1 kənd sakini xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 oğlu ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlib-gedən şəxsləri müşahidə edərək ona məlumat vermək üçün küçədə pusquda dayanmış, o Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 68 saylı evin həyətinə daş hasardan qanunsuz daxil olmaqla həyətdə yerləşən saxlanc yeri olan hindən xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində 01 xoruz, 01 fərə olmaqla 02 ədəd, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 21:00 radələrində etibarən 04 xoruz, 02 fərə olmaqla 06 ədəd, cəmi 345 manat dəyərində 08 ədəd hind quşlarını vahid niyyətlə oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində həmkəndlisi Kəyyamla birlikdə xurma yığdıqlarını, 2020-ci ilin sonlarında Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində bir həyətə girdiklərini və həyətdə hind quşlarının olduğunu gördüklərini, daha sonra həmin hind quşlarını oğurlamaq və aparıb satıb maddi mənfəət əldə etmək qərarına gəldiklərini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 21:00 radələrində Kəyyamla birlikdə həmin həyətə getdiklərini, gəlib gedən olarsa Kəyyama xəbər vermək üçün küçədə pusquda dayandığını, Kəyyamın isə daş hasardan adlayıb içəri keçdiyini və hinə girib oradan bir ədəd xoruz, bir ədəd fərə olmaqla iki ədəd hind quşu oğurladığını və küçəyə çıxdığını, Kəyyamın iki ədəddən artıq quşu götürməyə gücü çatmadığı üçün sonra yenə də gəlib oğurlamağı, həm də iki-iki oğurlasalar ev sahibinin məlumatının olmayacağını fikirləşdiklərini, ertəsi gün bazara getdiklərini, bir nəfərə borcu olduğu üçün bazara girmədiyini, Kəyyamın isə bazarda tanımadıqları şəxsə həmin hind quşlarını 34 manata satdığını, həmin pulun 17 manatını ona verdiyini, 17 manatı isə özündə qaldığını, daha sonra xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində yenə də Kəyyamla həmin həyətə getdiklərini, çöldə pusquda dayandığını Kəyyamın isə həmin yerdən həyətə girdiyini və həyətdən 02 ədəd hind quşu oğurlayıb çölə çıxıdığını və birbaşa həmin hind quşlarını aparıb qaraçılar küçəsində yaşayan Fitat adlı xanıma 35 manata satdıqlarını, bundan sonra həmin küçəyə qayıtdıqlarını, saat təxminən 24:00-01:00 radələri arasında yenə də çöldə gözlədiyini və Kəyyamın içəri girib hindən 02 ədəd hind quşu oğurladığını və çölə küçəyə çıxıdığını, həmin hind quşlarını götürüb köhnə hamamda bir az gözlədiklərini və daha sonra səhər radələrində hind quşlarını aparıb Fitat adlı xanıma 22 manata satdıqlarını, Fitat adlı şəxsə satdıqları hind quşlarından əldə etdikləri 57 manat pulu Kəyyamla tən yarı böldüklərini bildirdi. İş üzrə Təqsirləndirilən şəxs1 oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində həmkəndlisi Afərlə birlikdə xurma yığdıqlarını, 2020-ci ilin sonlarında Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində bir həyətə girdiklərini və həyətdə hind quşlarının olduğunu gördüklərini, həmin hind quşlarını oğurlamağı və aparıb satıb maddi mənfəət əldə etmək qərarına gəldiklərini, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 21:00 radələrində Afərlə birlikdə həmin həyətə getdiklərini, gəlib gedən olsa ona xəbər etmək üçün Afərin küçədə pusquda dayandığını, özü isə daş hasardan adlayıb içəri keçdiyini və hinə girib oradan 01 ədəd xoruz, 01 ədəd fərə olmaqla iki ədəd hind quşu oğurladığını və küçəyə çıxdığını, iki ədədədən artıq quşu götürməyə gücü çatmadığı üçün sonra yenə də gəlib götürməyi fikirləşdiyini, ertəsi gün bazara getdiklərini, Afərin kənarda dayandığını, onun kiməsə borcu olduğu üçün bazara girmədiyini, özü isə bazarda tanımadığı şəxsə həmin hind quşlarını 34 manata satdığını, həmin pulun 17 manatını Afərə verdiyini, 17 manatın isə ona qaldığını, daha sonra xx xxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində yenə də Afərlə həmin həyətə getdiklərini, Afərin çöldə pusquda dayandığını özü isə həmin yerdən həyətə girdiyini və həyətdən 02 ədəd hind quşu götürdüyünü və çölə çıxıdığını və birbaşa həmin hind quşlarını aparıb qaraçılar küçəsində yaşayan Fitat adlı xanıma 35 manata satdığını, bundan sonra birbaşa həmin küçəyə qayıtdıqlarını, saat təxminən 24:00-01:00 radələri arasından yenə də Afərin çöldə gözlədiyini və özü içəri girib hindən 02 ədəd də hind quşu oğurladığını və çölə küçəyə çıxıdığını, həmin hind quşlarını götürüb köhnə hamamda bir az gözlədiklərini və daha sonra səhər radələrində hind quşlarını aparıb Fitat adlı xanıma 22 manata satdıqlarını, Fitat adlı şəxsə satdıqları hind quşlarından əldə etdikləri 57 manat pulu Afərlə tən yarı böldüklərini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs Ağalar oğlu məhkəmə iclasında verdiyi ifadəsində həyətində özünə məxsus olan 22 baş hind quşu olduğunu, hər gün həmin quşları çıxarıb otardığını və sonra yerinə saldığını, həyətinin yanlarının daş hasar olduğunu, hind quşlarını isə daş hinə saldığını, həyətinin darvazasının dəmir darvaza olduğunu, hinin qapısı isə taxta qapı olduğunu, xx xxxxxx 2020-ci il tarixdə səhər hind quşlarını otarmağa buraxmağa getdiyini, həmin vaxt hind quşlarından iki ədəd, 01 ədədi təxminən 5,5 kq diri çəkisi olan xoruzun, 01 ədədi diri çəkisi 3,5 kq olan fərə hind quşunun olmadığını gördüyünü, bu barədə heç kimə demədiyini və hind quşlarını axtarmağa başladığını, xx xxxxxx 2020-ci il tarixdə hind quşlarını çölə buraxmağa gedəndə cəmi 06 ədəd olmaqla 04 ədəd hər birinin diri çəkisi təxminən 5,5 kq olan xoruz hind quşularının, 02 ədəd hər birinin diri çəkisi 3,5 kq olan dişi hind quşularının olmadığını gördüyünü, DİN-nin 102 xidmətinə müraciət etdiyini və Ağdaş RPŞ-nə ərizə yazdığını, bundan sonra hind quşlarını Aral-1 kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladığının məlum olduğunu, hind quşlarının oğurlanması nəticəsində ona təxminən 345 manat maddi zərər dəydiyini hazırda ona vurulmuş 345 manat zərərin Təqsirləndirilən şəxs1 bacısı tərəfindən tam olaraq ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində Ağdaş rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzdən tanıdığını, xx xxxxxx 2020-ci il tarixdə Kəyyam və Afərin onun yaşadığı evə iki ədəd diri hind quşu gətirdiklərini, həmin hind quşlarının onlara məxsus olduğunu və ondan həmin hind quşlarını almağını istədiklərini, həmin quşları onlardan 35 manata aldığını, ertəsi gün səhər saatlarında Afər və Kəyyamın yenə də onlara gəldiklərini və onların əlində iki ədəd də hind quşu olduğunu, həmin quşları da satmaq istədiklərini bildirdiklərini və onlardan həmin quşları aldığını, lakin ikinci dəfə aldığı iki ədəd quşları neçəyə aldığını dəqiq yadında qalmadığını, həmin hind quşlarını isə həmin gün kəsib təmizlədiyini, birini özləri üçün bişirdiklərini, digər üçünü isə aparıb, bazarda satdıqlarını, Afər və Kəyyamın ona satdıqları hind quşlarının oğurluq olduğunu bilmədiyini göstərmişdir İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/5567 №-li rəyindən görünür ki, ekspertiza qərarında göstərilən hind quşlarının (hinduşkaların) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 345 manat müəyyən edilir.O cümlədən:diri çəkisi 5,5 kq olan 05 baş xoruz hind quşu 240 manat, diri çəkisi 3,5 kq olan 03 baş fərə hind quşu 105 manat. İş materialları ilə müəyyən olunur, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, cinayət törədildiyi xx xxxxxx 2020-ci il tarixə məhkumluğu ödənilməmişdir, hökmün çıxarıldığı xx xxxxxx 2021-ci il tarixə məhkumluğu ödənilmişdir, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun yuxarıda qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin məhkəmə iclasında verdikləri etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, bacısı tərəfindən vurulmuş ziyanın tam olaraq ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında cinayətin residivi və məhkumluğun ödənilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır və yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyin edilməsinə mane ola bilməz.Məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir.Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir.Yenidən qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda resdivə görə cəza təyin edilməsinə mane olmur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddindən azadlıqdan məhrum etmə cəzası təyin etməyi, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir, Təqsirləndirilən şəxs1 cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, vurulmuş 345 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına və Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Vurulmuş 345 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına və Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-21/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-21/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver