Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-21/2023 26.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cü ildə Ağdaş rayonu Abad kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, “Vətən Müharibəsi” iştrakçısı, İİİ qrup Müharibə əlili, Ağdaş rayonu Abad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına 26 yanvar 2023-cü il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, onunla qonşusu Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Ağdaş rayonu Abad kəndində, küçədə, yaşadıqları evlərin qarşısında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs Nurlan Abdullyevi bir dəfə yumruqla sifət nahiyəsindən qəsdən vuraraq ona üst dodağın sol nahiyəsinin yarası, üst sol İİ kəsici dişin laxlaması, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu və “Su Qovuşan uğrunda” medalı ilə təltif edildiyini, onun 3-cü qrup əlil olduğunu, Zərərçəkmiş şəxs onun qonşusu olduğunu, Nurlan ilə aralarında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, aralarında heç bir ədavət və ya düşmənçiliklərinin olmadığını, onun yaşadığı evin həyətinin çöl qapısı ilə Nurlanın yaşadığı evn həyətində yerləşən tövlənin qapısının üz-üzə olduğunu, bir neçə gün idi ki, Nurlanın özünə məxsus iti tövləsinin qarşısına bağladığını, onun və ailə üzvlərinin itin tövlənin qabağında olmasına görə çətinlik çəkdiklərini və itin qorxusundan uşaqlarının çölə çıxa bilmədiklərini, xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində onun Nurlana zəng etdiyini və ona itini tövlənin qabağına bağlamasına görə irad tutduğunu, lakin Nurlanın telefon danışığı zamanı ona nalayiq ifadə işlətdiyini, buna görə də, telefonda, Nurlan ilə arasında mübahisə baş verdiyini, onun da, telefonu söndürdüyünü, aradan təxminən 10 dəqiqə keçəndən sonra onun yenidən Nurlana zəng etdiyini, Nurlanın həmin vaxt ona tövlənin qapısının yanında olmasını və oraya gəlməsini söylədiyini, onun da, daha sonra Nurlanın yanına getdiyini, Nurlanın yanında olarkən Nurlanın ona kobud formada “sənə görə mən it saxlamalı deyiləm” deyə söylədiyini, onun da, Nurlana itinin qorxusundan uşaqlarının çölə çıxa bilmədiyini söylədiyini, lakin Nurlanın onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlətdiyini, buna görə də, Nurlan ilə arasında mübahisə baş verdiyini, mübahisə zamanı isə Nurlanın yenə ona nalayiq ifadə işlədərək üstünə gəlməyə başladığını, onun da, Nurlanın ona nalayiq ifadə işlətməsinə əsəbləşdiyini və qəsdən bir dəfə Nurlanın ağız nahiyəsindən yumruqla vuraraq qəsdən ona xəsarət yetirdiyini, həmin vaxt isə yaxınlıqda olan Nurlanın anası X1 və onun arvadı Şahid2 onları aralaşdırdıqlarını, daha sonra isə onun yaşadığı evə getdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs ilə arasındakı mübahisə və dava-dalaşın xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı evin həyətinin çöl qapısının qarşısında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı onun bir dəfə yumruqla qəsdən Zərərçəkmiş şəxs ağız nahiyəsindən vurduğunu, həmin vaxt orada ondan və Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, arvadı Aytac və Nurlanın anası Dürdanənin gəldiyini göstərmişdir. Məhkəmədə son sözündə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və etdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində onun 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu və “Vətən uğrunda” medalı ilə təltif edildiyini, Təqsirləndirilən şəxs onun qonşusu olduğunu, Fərman ilə aralarında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, aralarında heç bir ədavət və ya düşmənçiliklərinin olmadığını, xx.xx.2022-ci il tarixdə yağışlı hava olduğunu, onun da, ona görə özünə məxsus iti yaşadığı evin həyətinin çöl qapısının yanında yerləşən tövləsinin qarşısına bağladığını, itini tövləyə bağlamasına səbəb kəndin qırağında yaşadılarına görə tövləyə gecə girə biləcək vəhşi heyvanlardan öz heyvanlarını qorumaq olduğunu, xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Fərmanın ona zəng etdiyini və telefon danışığı zamanı itini tövlənin qarşısına bağladığına görə ona irad tutduğunu, onun da, Fərmana iti yalnız gecələr tövləsini mühafizə etməsi üçün bağladığını söylədiyini, lakin Fərman onun sözlərinə məhəl qoymadığını və telefon da, ona nalayiq ifadələr işlədərək onu təhqir etdiyini, buna görə də, telefonda Fərman ilə arasında mübahisə baş verdiyini, onun da, telefonu bağladığını, aradan təxminən 10 dəqiqə keçdikdən sonra Fərmanın yenidən ona zəng etdiyini və ona yaşadığı evin həyətinin çöl qapısının qarşısına çıxmasını söylədiyini, onun da, daha sonra yaşadığı evin həyətinin çöl qapısının qarşısına çıxdığını, həmin vaxt Fərmanın ondan kobud formada nə üçün telefonda onun üstünə qışqırmasını soruşduğunu, onun da, Fərmana onun üstünə qışqırmadığını söylədiyini, lakin Fərmanın yenə də, onun sözlərinə məhəl qoymadığını və onunla kobud danışmağa başladığını, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı onun itini bağladığı kəndirə tərəf gedərək kəndiri Fərmana göstərmək istəyən zaman Fərmanın onun yanına gəldiyini və həmin vaxt qəfildən bir dəfə yumruqla onun üz nahiyəsindən vurduğunu, onun həmin vaxt yerə yıxıldığını, daha sonra onun yerdən qalxan zaman anası X1 və Fərmanın arvadı Şahid2 onları aralaşdırdıqlarını, daha sonra isə onun yaşadığı evə getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı evin həyətinin çöl qapısının yanında yerləşən tövlənin qarşısında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Təqsirləndirilən şəxs ona nalayiq nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəfildən bir dəfə yumruqla onun sifət nahiyəsindən vurduğunu, həçin vaxt orada ondan və Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, anası Durdanə Abdullayevanın və Aytac Qədirovanın gəldiyini göstərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olmasını nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Fərmanın onun qonşusu olduğunu, Fərmanla aralarında əvvəllər heç bir narazılıq və ya dava-dalaş baş vermədiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evin qarşısında, küçədə yerləşən su çəninə gələn suyu bağlamaq üçün çölə çıxdığını, həmin vaxt oğlu Zərərçəkmiş şəxs telefon ilə danışa-danışa tövlənin qabağına getdiyini, qonşusu Fərmanın da, yaşadığı evin qapısından çıxın Nurlanın yanına gəldiyini, həmin vaxt Nurlanın aşağı əyilin iti bağladığı ipi uzaqdan Fərmana göstərdiyini, daha sonra Nurlanın ayağa qalxıb Fərmana tərəf dönərkən Fərmanın qəfildən bir dəfə yumruqla Nurlanın sifət nahiyəsindən vurduğunu, həmin vaxt Nurlanın yerə yıxıldığını, Fərmanın isə Nurlana nalayiq ifadələr işlətməyə başldığını, daha sonra isə onun və səsküyə gələnm Fərmanın arvadı Aytac ilə birlikdə onları aralaşdırdıqlarını, dava-dalaş zamanı oğlu Nurlanın qonşuları Fərmanı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Zərərçəkmiş şəxs onların qonşuları olduğunu, Nurlan ilə əvvəllər aralarında heç bir mübahisə vəya davadalaş baş vermədiyini, lakin son vaxtlar Nurlanın itini onların evinin qarşısında yerləşən onun özünə məxsus tövlənin qabağına bağladığına görə Nurlan ilə əri Fərman arasında narazılıq yarandığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evin həyətində olduğunu, həmin vaxt əri Fərmanın telefon ilə danışa-danışa küçəyə çıxdığını, aradan təxminən 1-2 dəqiqə keçdikdən sonra küçədən səs gəlməsini eşitdiyini, ona görə də, dərhal küçəyə çıxdığını, onun küçəyə çıxan zaman əri Fərmanın və Nurlanın mübahisə etmələrini gördüyünü, Nurlanın Fərmanın nalayiq ifadələr işlətdiyini, həmin vaxt isə əri Fərmanın bir dəfə yumruqla Nurlanın sifət nahiyəsindən vurduğunu, Nurlanın yerə yıxıldığını, daha sonra osə onun və Dürdanənin Nurlanı və Fərmanı aralaşdırdıqlarını, dava-dalaş zamanı Nurlanın onun əri Fərmanı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini göstərmişdir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2022-ci il tarixli, 757 saylı rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – üst dodağın sol nahiyəsinin yarası, üst sol İİ kəsici dişin laxlaması, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2022-ci il tarixli, 758 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın xx.xx.2022-ci il tarixli, PHŞ/6.22-2-2022 saylı məktubdan görünür ki, Ağdaş rayon Abad kənd sakini Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Abad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Abad kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Şahid2- yoldaşı; xx.xx.2011-ci il təvəllüdlü X2; xx.xx.2013cü il təvəllüdlü X5r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 03 mart 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ-cü (üçüncü) dərəcəli müharibə əlillidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə edə bilmədiyinə görə iş üzrə icraata xitam verilə və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, ikinci “Vətən müharibəsi iştirakçısı” olmasını, himayəsində iki az yaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək Ağdaş rayonu, Abad kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək Ağdaş rayonu, Abad kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-21/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-21/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver