Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-21/2025 09.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4 və Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hazırda heç yerdə işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 74 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri, H.Hacıyev küçəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, başqa işlə əlaqədar həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 455,0 qram eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Hacıyev küçəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 21:45-dən 22:03-dək üstü yoxlanılan zaman əynində olan boz rəngli gödəkçənin iç hissəsindən 01 ədəd göy rəngli sellofan bağlamada təmiz çəkisi 455,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 15 yanvar 2025-ci il tarixdə təxminən saat 18 radələrində Ağdaş şəhəri, Padar küçəsi adlanan ərazidə piyada hərəkətdə olan zaman yerdə göy rəngli sellofan bağlama olmasını görmüş, həmin sellofan bağlamanı yerdən götürüb içərisinə baxan zaman içərisində narkotik vasitədən istifadə etdiyi üçün narkotik vasitə olan marixuana olmasını görmüş, həmin sellofan bağlamanı götürüb əynində olan boz rəngli gödəkçənin iç hissəsinə qoymuş və yoluna davam etmiş, şəhər ərazisində işlərini bitirdikdən sonra həmin gün təxminən saat 21:45 radələrində Ağdaş şəhəri, H.Hacıyev küçəsində yerləşən yaşadığı evə piyada gedərkən Ağdaş şəhəri, H.Hacıyev küçəsində polis əməkdaşlarının videoçəkiliş ilə ona yaxınlaşaraq ona qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər, bundan sonra ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuş, daha sonra polis əməkdaşının onun üzərində narkotik vasitənin olub-olmadığını soruşmuş və varsa təqdim etməyini təklif etmiş, o da üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan boz rəngli gödəkçənin iç hissəsindən 01 ədəd göy rəngli sellofan bağlamanı polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşının həmin kütlənin nə olduğunu soruşduqda o da həmin kütlənin narkotik vasitə olduğunu və 15 aprel 2025-ci il tarixdə Ağdaş şəhəri, Padar küçəsi adlanan ərazidən yerdən tapdığını bildirmiş, həmçinin polis əməkdaşının həmin bitki kütləsini hansı məqsədlə üzərində saxlamış və həmin kütlədən kiməsə pay verib-vermədiyini ondan soruşduqda o da heç kimə verməmiş, sadəcə olaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra polis əməkdaşının üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını ondan soruşmuş, o da üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmiş, bundan sonra polis əməkdaşı tərəfindən üzəri yoxlanılmış, yoxlanılan zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd təsbehin, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd metal dırnaq təmizləyən alətin, 01 ədəd metal dırnaq kəsən alətin, əynimdə olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunun və həmin siqaret qutusunun içərisindən 01 ədəd alışqanın, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonun və 20 qəpik dəmir pulun aşkar olunmuş, aşkar olunmuş 01 ədəd təsbehin, 01 ədəd metal dırnaq təmizləyən alətin, 01 ədəd metal dırnaq kəsən alətin, 01 ədəd siqaret qutusunun və həmin qutunun içərisində olan 01 ədəd alışqanın və 01 ədəd dəmir 20 qəpik pulun iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmış, bundan sonra içərisində narkotik vasitəyə bənzər kütləsi olan bağlamanın polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 477 qram olmuş, daha sonra həmin sellofan bağlamanın qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuş, daha sonra mobil telefonun da gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuş, hər iki zərfin hər bir iştirakçı tərəfindən imzalanmış, həmçinin polis əməkdaşlarının polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin olunacağını ona bildirmişlər, sonra onu polis şöbəsinə aparmışlar, polis şöbəsində üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, özü və digər iştirakçılar protokola imza etmişlər, sonra maddi imkanı olmadığına görə ona müdafiəçi təyin olunmuş, bundan sonra onun üstünü yoxlayan polis əməkdaşının tərtib etdiyi protokolu, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan diskin, qablaşdıraraq götürdüyü üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni və qablaşdıraraq götürülmüş. Ona məxsus mobil telefonu baş təhqiqatçıya təqdim etmiş, bundan sonra baş təhqiqatçının birinci zərfi açmış və içərisindən yaşıl rəngli, spesifik iyə malik narkotik tərkibli bitkiyə bənzər bitki küləsi aşkar edilmiş, baş təhqiqatçının həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşmuş, o da həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və 15 yanvar 2025-ci il tarixdə Ağdaş şəhəri, Padar küçəsi adlanan ərazidən yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bundan sonra baş təhqiqatçının içərisində yaşıl rəngli bitki kütləsi olan zərfi yenidən kağız zərfə qablaşdırılmış, üzəri möhürlənmiş və ekspertizaya təqdim olunacağının bildirilmiş. Daha sonra 2-ci zərf açılmış və 01 ədəd “Samsung” markalı mobil telefonun olmasının müəyyən edilmiş, həmin mobil telefonun da yenidən kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmiş, üzərində baş təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, baş təhqiqatçı üzərində olan əşyaları təqdim etməsini ona təklif etmiş, o da əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd təsbehi təqdim etmiş, lakin 01 ədəd təsbeh iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmış, protokol tərtib olunmuş, özü və digər iştirakçıların protokola imza etdiklərini bildirmişdir. Hazırda əməlindən peşmandır, onkoloji xəstədir, İİ qrup əlildir, ona güzəşt edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri üzərində saxlaması və daşıması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, 15 yanvar 2025-ci il tarixdə saat 21:45-də Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Hacıyev küçəsində onlar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirilmiş, bundan sonra ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuş, daha sonra üzərində narkotik vasitənin olub-olmadığı soruşulmuş və varsa təqdim etməsinin təklif edilmiş, o da üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan boz rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd göy rəngli sellofan bağlamada narkotik vasitəyə bənzər bitki kütləsini onlara təqdim etmiş, həmin kütlənin nə olduğu soruşulduqda o da həmin kütlənin narkotik vasitə olduğunu və 15 yanvar 2025-ci il tarixdə Ağdaş şəhəri, Padar küçəsi adlanan ərazidən yerdən tapdığını bildirmiş, həmçinin həmin bitki kütləsini hansı məqsədlə üzərində saxlamış və həmin kütlədən kiməsə pay verib-vermədiyini soruşduqda o da heç kimə verməmiş, sadəcə olaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmadığı soruşulmuş, o da üzərində qanunla qadağana olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra üstü yoxlanılan zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd təsbehin, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd metal dırnaq təmizləyən alətin, 01 ədəd metal dırnaq kəsən alətin, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunu və həmin siqaret qutusunun içərisindən 01 ədəd alışqanı, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu və 20 qəpik dəmir pulun aşkar olunmuş, aşkar olunmuş 01 ədəd təsbehin, 01 ədəd metal dırnaq təmizləyən alətin, 01 ədəd metal dırnaq kəsən alətin, 01 ədəd siqaret qutusunun və həmin qutunun içərisində olan 01 ədəd alışqanın və 01 ədəd dəmir 20 qəpik pulun iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmış, bundan sonra içərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan bağlamanın elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 477 qram olmuş, daha sonra həmin sellofan bağlamanın qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuş, daha sonra aşkar edilmiş mobil telefonun da gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulmuş, hər iki zərfin hər bir iştirakçı tərəfindən imzalanmış, həmçinin polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin olunacağı ona bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, polis şöbəsində üstünün yoxlanılmasına və üzərindən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, onun və digər iştirakçıların protokola imza etdiklərini, sonra maddi imkanı olmadığına görə ona müdafiəçi təyin olunmuş, bundan sonra şübhəli şəxsin üstünün yoxlanılması protokolunun, üstünü yoxlayan zaman qeydə alınmış videogörüntü olan diskin, qablaşdırılaraq götürülmüş üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləsini, qablaşdırılaraq götürülmüş ona məxsus mobil telefonun baş təhqiqatçıya təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ağdaş RPŞ-nin baş təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə baş təhqiqatçının Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd təsbeh aşkar olunmuş, lakin 01 ədəd təsbehin iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə saat 21:45-də Ağdaş şəhəri, H.Hacıyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd göy rəngli sellofan bağlamada yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanmış, əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd təsbeh, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd metal dırnaq təmizləyən alət və 01 ədəd metal dırnaq kəsən alət, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusu və həmin siqaret qutusunun içərisindən 01 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 20 qəpik dəmir pul aşkar edilmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellofan bağlama ilə birlikdə çəkisi 477 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. İşdə iştirak edən şəxslər zərfi imzalamışdır. Daha sonra iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” markalı mobil telefon da polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. İşdə iştirak edən şəxslər zərfi imzalamışdır. Daha sonra üzərindən akar olunmuş 01 ədəd təsbeh, 01 ədəd metal dırnaq təmizləyən alət, 01 ədəd dırnaq kəsən alət, 01 ədəd siqaret qutusu və həmin qutunun içərisində olan 01 ədəd alışqan və 20 qəpik dəmir pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu, həmin bitki kütləsini 15 yanvar 2025-ci il tarixdə Ağdaş şəhəri, Padar küçəsi adlanan ərazidən yerdən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəsi istifadəsi üçün üzərində saxladığını və 15 yanvar 2025-ci il tarixdə həmin narkotik vasitəni ordan götürüb yaşadığı evə gələrkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünü yoxlama Ağdaş şəhəri, H.Hacıyev küçəsində keçirilmişdir. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və diskdən görünür ki, əməliyyataxtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinin videoçəkilişlə aparılmasına şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı bir etirazının olub-olmaması soruşulmuş, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:45-dən saat 22:03-dək olan müddət ərzində RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əynində olan boz rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd göy rəngli sellofan bağlamanın içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bəznər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin sellofan paketin içərisində olan yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bəznər bitki kütlələrinə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellofan bağlamadakı bitki kütlələri ona məxsusdur, ona qarşı heç bir fiziki və ya psixi zorakılıq olmamışdır. Bundan sonra həmin sellofan bağlama yenidən kağız zərfə qablaşdırılmış, üzəri Azərbatcan Respublikası DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra digər zərf açılmış və içərisindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra həmin mobil telefon da yenidən kağız zərfə qablaşdırılmış, üzəri Azərbatcan Respublikası DİN-in 111 saylı möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə saat 21:45-dən saat 22:03-dək şübhəli şəxs Təqsirləndirilən şəxs RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üstü yoxlanılan zaman əynində olan boz rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd göy rəngli sellofan bağlamada təxmini çəkisi 477 qram olan narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Video görüntüdən ibarət 1 ədəd DVD disk kompyuterə qoşularaq açılmışdır. 18 dəqiqədən ibarət olan görüntünün 02 dəqiqə 05 saniyəsində Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin iç hissəsində olan 01 ədəd göy rəngli sellofan bağlamada olan narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmişdir. Polis əməkdaşı həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin “nəşə” olduğunu və xx.xx.2025-ci il tarixdə Ağdaş şəhəri, Padar küçəsi adlanan ərazidən yerdən tapdığını bildirmişdir. Bundan sonra baş əməliyyat müvəkkili həmin sellofan bağlamanı elektron tərəzidə çəkmiş və çəkisi müvafiq olaraq 477 qram müəyyən olunmudur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı soruşulmuş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd təsbeh, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd metal dırnaq təmizləyən alət və 01 ədəd metal dırnaq kəsən alət, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusu və həmin siqaret qutusunun içərisindən 01 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 20 qəpik dəmir pul aşkar edilmişdir. Üzərindən akar olunmuş 01 ədəd təsbeh, 01 ədəd metal dırnaq təmizləyən alət, 01 ədəd dırnaq kəsən alət, 01 ədəd siqaret qutusu və həmin qutunun içərisində olan 01 ədəd alışqan və 20 qəpik dəmir pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır. Bundan sonra baş əməliyyat müvəkkili narkotik vasitəyə bənzər bitki kütləsini, mobil telefonu ayrı-ayrı zərflərə qablaşdırmış, iştirakçılar protoklu imzalamışdır. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İşin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2025-ci il tarixli 17/40 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd sellofan bağlamada, təmiz çəkisi-455,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurdulmuş marixuanadır. İşin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 yanvar 2025-ci il tarixli 164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 25 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 15 yanvar 1960-cı il təvəllüdlü anası X2 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-A-196/2025 nömrəli 21 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan portaldan əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs C40.2-aşağı ətrafın uzun sümüklərinin bədxassəli yenitörəməsi cT3N0M0 mərhələ İİİ G3 əsas diaqnozu qoyularaq 18 avqust 2022-ci il tarixdə sol aşağı ətrafın dizüstü amputasiyası cərrahi əməliyyatı icra olunub. İşin materiallarında olan 15 yanvar 2025-ci il tarixli cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması, onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 15 yanvar 2025-ci il tarixdə saat 21:45-dən hesablanmışdır. İşin materiallarında olan 17 yanvar 2025-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 yanvar 2025-ci il tarixdə saat 11:00-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroin şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, onkoloji xəstəlik nəticəsində İİ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdən 17 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli, həbsə alındığı gündən, yəni 09 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs başqa işlə əlaqədar həbsdə olması nəzərə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəksə də 2-ci qrup əlil olduğundan ona məcburi müalicə tətbiq edilə bilməz, lakin o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 454.90 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin qeydə alındığı, baxış və götürmənin qeydə alındığı, əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsinin qeydə alındığı videoçəkilişlərə dair 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 156 (yüz əlli altı) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdən 17 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun, Təqsirləndirilən şəxs başqa işlə əlaqədar həbsdə olması nəzərə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 454.90 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin qeydə alındığı, baxış və götürmənin qeydə alındığı, əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsinin qeydə alındığı videoçəkilişlərə dair 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 156 (yüz əlli altı) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-21/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-21/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver