Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-22/2022 09.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 və X2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1966-cı ildə Ağdaş rayonu, Şəmsabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Şəmsabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində 08 yanvar 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə, saat 17:10 radələrində etibarnamə olmadan idarə etdiyi qardaşı X5 məxsus VAZ-21099 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobillə Ağdaş rayonu, Aral Bir kəndi ərazisində üzü Aral Bir kəndi istiqamətinə hərəkətdə olarkən avtomobilini 30 km/saat sürətlə idarə edərkən Aral Bir kənd yolunun 1-ci kilometliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və 1.1-1.3 xətlərini kəsib keçməməli olduğu halda bunları edərək sola sərt döngədə Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini, xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 mərhum atası X3 məxsus VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin hərəkət yolunda toqquşmuş və ehtiyatsızlıqdan VAZ-21099 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişinlər Ağdaş rayonu, Şəmsabad kənd sakinləri xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 alnın sol nahiyəsinin yarası, döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, sol diz oynağının ön səthinin sıyrığı, sağ baldırın yuxarı 1/3-nin ön səthinin yarası sağlamlığına yüngül zərər vuran, xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün yuxarı orta 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı, sağ mil sinirinin zədələnməsi, sol baldır sümüklərinin yuxarı 1/3-nin sınığı, travmatik şok ilə nəticələnən sağlamlığına ağır zərər vuran, xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 sağ qaş nahiyəsinin yarası, sağ gözaltı nahiyənin, sol bazunun aşağı 1/3-nin ön səthinin qançırları, sol diz oynağının əzilməsi, ön səthinin sıyrığı, üzün sağ almacıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığa az ağır zərər vuran xəsarətlər və VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ topuğunun qayığa bənzər sümüyünün yerdəyişən sınığı, sol baldırın yuxarı 1/3nin ön səthinin sıyrığı, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlıqlarına az ağır zərər vuran, Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini, xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs6 sağ mil bilək oynağının əzilməsi, sol diz oynağının bayır və iç səthinin sıyrıqları ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər almasına, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi X5 məxsus VAZ-21099 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobilə 3725 manat, Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3170 manat əmlak ziyanı dəyməsinə səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində 27 avqust 2021-ci il tarixdə, saat təxminən 16:50 radələrində yaşadığı kənddən qardaşı X5 məxsus VAZ-21099 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb Ağdaş rayonu, Sadavat kəndinə qonaq getdiyini, həmin vaxt avtomobildə əmisinin həyat yoldaşı Zərərçəkmiş şəxs2, bacısı Zərərçəkmiş şəxs3 və əmisinin gəlini Zərərçəkmiş şəxs5 olduğunu, avtomobildə qabaqda Şamama, arxada sağda Klara, solda isə Simuzər əyləşdiyini, Ağdaş rayonu, Aral Bir kənd yoluna çıxıb təxminən 200 metr getdikdən sonra, sola sərt döngəyə çatanda avtomobili ilə bir balaca əks hərəkət yolu ilə hərəkət etdirən zaman Ağdaş rayonu, Aral Bir kəndi isitqamətindən yüksək sürətlə gələn sonradan adını bildiyi Həsrət adlı şəxsin idarə etdiyi VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun hərəkət yolunda toqquşduğunu, həmin zaman idarə etdiyi avtomobildə olan sərnişinlərin müxtəlif növ bədən xəsarətləri aldığını, VAZ-2101 markalı avtomobilin sürücüsü də həmin zaman xəsarət aldığını, lakin özünün və VAZ-2101 markalı avtomobildə olan bir nəfər sərnişin heç bir xəsarət almadığını, sonradan hadisə yerinə TTTY avtomobili gəldiyini, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 xəsarət aldıqları üçün TTTY əməkdaşlarının onları Ağdaş RMX-na apardıqlarını, sonradan Həsrətin də xəstəxanaya müraciət etdiyini, lakin özü və digər avtomobildə olan bir nəfər sərnişinin xəsarət almadığıqları üçün Ağdaş RMX-na müraciət etmədiklərini, daha sonra hadisə yerinin müayinəsi keçirildiyini, hadisə baş verən yerdə görüntü kamerası olmadığını, özü və Həsrət adlı şəxsin hadisə zamanı spirtli içki qəbul etmədiklərini, hadisə vaxtı yaxınlıqda heç kim olmadığını, lakin sonradan hadisə yerinə tanımadığı şəxslərin gəldiyini, hadisə vaxtı yolun asfalt örtüklü olmaqla quru olduğunu, hadisə zamanı idarə etdiyi avtomobildə yuxarıda adlarını qeyd etdiyi 3 nəfər sənrişindən başqa heç kim olmadığını, həmçinin avtomobildə heç bir yük olmadığını, hadisə zamanı əyləcdən istifadə etdiyini, lakin hadisə yerində tormoz izi olmadığını, həmin avtomobili təxminən 5-10 metr məsafədən gördüyünü, lakin hadisənin qarşısını almağa texniki imkanı olmadığını, sürücülük vəsiqəsi olsa da həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığını, qardaşı Sakitin də onun sürücülük vəsiqəsi olduğunu bildiyi üçün avtomobilini ona idarə etmək üçün verdiyini, hadisə zamanı avtomobili təxminən 30 km/saat surətlə idarə etdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində 27 avqust 2021-ci il tarixdə, saat təxminən 16:50 radələrində onunla birlikdə fəhlə kimi işləyən həmkəndlisi Zərərçəkmiş şəxs6 ilə birlikdə etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi, dostu Zərərçəkmiş şəxs4 atasının adına olan VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Aral Bir kəndinə qonaq getdiklərini, Ağdaş rayonu, Aral bir kəndində təxminən bir saat dayandıqdan sonra qayıtmağı qərarlaşdırdıqlarını, bundan sonra Elçin və özünün onun idarə etdiyi həmin avtomobilə əyləşdiklərini və özünün avtomobili idarə etməyə başladığını, Elçinin qabaqda onun yanında əyləşdiyini, avtomobildə ikisindən başqa heç kimin olmadığını, Ağdaş rayonu, Aral bir kənd yolu ilə 50 km/saat sürətlə hərəkətdə olduqlarını, həmin zaman Aral Bir kənd yolunda Bakı-Şamaxı-Yevlax yoluna 200 metr qalmış sağa sərt döngəyə çatanda üzü Aral Bir kəndi istiqamətinə hərəkətdə olan sonradan adını bildiyi Aydın adlı şəxsin idarə etdiyi VAZ-21099 markalı avtomobilin onun hərəkət yoluna çıxan zaman əyləcdən istifadə edib öz hərəkət yolunda avtomobilini dayandırdığını, dayanan anda da gəlib onun avtomobilinin qabaq hissədindən vurduğunu, avtomobilini qabaq hissəsi zərbədən sola istiqamətlənərək yarı hissəsi bütöv ağ xəttin üzərində dayandığını, həmin zaman zərbədən sağ ayağının topuq nahiyəsindən xəsarət aldığını, avtomobilində olan Elçin adlı şəxsin müxtəlif növ bədən xəsarətləri aldığını, lakin aldığı xəsarətlə bağlı Ağdaş RMX-na müraciət etmədiyini, daha sonra həmin yerə TTTY avtomobili gəldiyini və digər avtomobildə olan, xəsarət alan 3 nəfər qadınları Ağdaş RMX-na apardıqlarını, lakin VAZ- 21099 markalı avtomobilin sürücüsü hadisə zamanı heç bir xəsarət almadığını, özünün də orada olan tanımadığı bir avtomobillə Ağdaş RMX-na getdiyini, Ağdaş RMX-da ona ilk tibbi yardım göstərildikdən sonra onu Mingəçevir Şəhər Xəstəxanasına apardıqlarını, sağ ayağının topuq nahiyəsindən qırıq xəsarəti almasının sonradan məlum olduğunu, bundan sonra Ağdaş RMX-na müraciət etdiyini və Ağdaş RMX-da da sağ ayağıma gips qoyulduğunu, hadisə baş verən yerdə görüntü kamerası olmadığını, özü və Aydın adlı şəxsin hadisə zamanı spirtli içki qəbul etmədiklərini, hadisə vaxtı yaxınlıqda heç kimin olmadığını, lakin sonradan hadisə yerinə tanımadığı şəxslərin gəldiyini, hadisə vaxtı yolun asfalt örtüklü olmaqla quru olduğunu, hadisə zamanı idarə etdiyi avtomobildə Elçin adlı həmkəndlisindən başqa heç kimin olmadığını, həmçinin avtomobilində heç bir yük olmadığını, hadisə zamanı əyləcdən istifadə etdiyini, hadisə yerində onun avtomobilinə aid 6 metr tormoz izi olduğunu, həmin avtomobili təxminən 6 metr məsafədən gördüyünü, lakin hadisənin qarşısını almağa texniki imkanı olmadığını, çünki onun hərəkət yolunda sağda su kanalı yerləşdiyini, həmin su kanalı ilə asfalt hissənin arasında ehtiyyat hissə olsa da belə həmin ehtiyyat hisə kollqudan ibarət olduğunu, həmin kolluq hissənin asfalt hissəyə qədər olduğunu və sağda ehtiyyat hissə olmadığını, bu səbəbdən də avtomobilini sağa çəkə bilmədiyini, öz hərəkət yolunda avtomobilini əyləcdən istifadə edib tam dayandırdığını, dayanan anda da gəlib onun avtomobilinin qabaq hissədindən vurduğunu, avtomobilini qabaq hissəsi zərbədən sola istiqamətlənərək yarı hissəsi bütöv ağ xəttin üzərində dayandığını, onun hərəkət yolunda sağda ehtiyat hissə olsaydı avtomobilini dərhal sağa çəkib saxlayacağını, həmin yerdə sağa sərt döngədə yolun sağında kolluq hissə olduğunu, həmin kolluq hissə qabaqdan gələn avtomobillərin görünməsinə maneçilik yaratdığını, VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dostu Zərərçəkmiş şəxs4 atası X1 təxminən 2 ay bundan qabaq alıb idarə etdiyini, Aqşinlə birlikdə işlədiyi üçün onun atasının həmin avtomobili ona idarə etmək üçün verdiyini, həmin vaxtdan da həmin avtomobili özünün idarə etdiyini və Aqşinlə birlikdə işə gedib gəldiklərini, həmçinin avtomobildə onun özündə qaldığını, Aqşinin atasının rəhmətə getdiyini, Aydının yalan dediyini, avtomobili hadisə zamanı yüksək sürətlə idarə etmədiyini, avtomobilini hadisə zamanı təxminən 50 km/saat sürətlə idarə etdiyini, hazırda iş üzrə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun qohumu olduğunu, 27 avqust 2021-ci il tarixdə, saat təxminən 16:50 radələrində yaşadıqları kənddən qohumu Təqsirləndirilən şəxs digər qardaşı X5 məxsus VAZ-21099 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş rayonu, Sadavat kəndinə qonaq getdiklərini, həmin vaxt avtomobili Aydının idarə etdiyini, avtomobildə qabaqda Zərərçəkmiş şəxs5, arxa sağda özünün, solda isə Zərərçəkmiş şəxs3 əyləşdiyini, Aydının avtomobili Ağdaş rayonu, Aral Bir kəndi istiqamətində hərəkət etdirən zaman sola sərt döngədən üzü Ağdaş istiqamətinə gələn VAZ-2101 markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşduqlarını, həmin zaman özü, Şamama və Simuzərin müxtəlif növ bədən xəsarətləri aldıqlarını, sonradan hadisə yerinə TTTY avtomobili gəldiyini, xəsarət aldıqları üçün TTTY əməkdaşlarının onları Ağdaş RMX-na apardıqlarını, daha sonra özünün sol ayaq və sağ qol nahiyəsindən xəsarət aldığını sonradan bildiyini, bundan sonra övladlarının onu Bakı şəhərində yerləşən X4 və Ortopediya instutuna apardıqlarını, özünün də Ağdaş RMX-na müraciət edəndən snra Mingəçevir şəhər xəstəxanasına müraciət etdiyini, oradan da onu Bakı şəhərinə göndərdiklərini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğunu, 27 avqust 2021-ci il tarixdə, saat təxminən 16:50 radələrində yaşadıqları kənddən qardaşı Təqsirləndirilən şəxs digər qardaşı X5 məxsus VAZ-21099 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş rayonu, Sadavat kəndinə qonaq getdiklərini, həmin vaxt avtomobildə əmisinin həyat yoldaşı Zərərçəkmiş şəxs2, özü və əmisinin gəlini Zərərçəkmiş şəxs5 olduğunu, avtomobildə qabaqda Şamama, arxada sağda Klara, solda isə özünün əyləşdiyini, Ağdaş rayonu, Aral Bir kənd yoluna çıxıb təxminən 200 metr getdikdən sonra, sola sərt döngəyə çatanda qardaşı Aydının idarə etdiyi avtomobillə bir balaca əks hərəkət yolu ilə hərəkət etdirən zaman Ağdaş rayonu, Aral Bir kənd isitqamətindən yüksək sürətlə gələn sonradan adını bildikləri Həsrət adlı şəxsin idarə etdiyi VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun hərəkət yolunda toqquşduqlarını, həmin zaman özü, Şamama və Klaranın müxtəlif növ bədən xəsarətləri aldıqlarını, həmçinin VAZ- 2101 markalı avtomobilin sürücüsü də həmin zaman xəsarət aldığını sonradan bildiklərini, lakin qardaşı Aydın və digər avtomobildə olan bir nəfər sərnişinin heç bir xəsarət almadıqlarını, sonradan hadisə yerinə TTTY avtomobili gəldiyini, Klara, özü və Şamamanın xəsarətlər aldıqları üçün TTTY əməkdaşlarının onları Ağdaş RMX-na apardıqlarını, hadisənin baş verməsinə səbəbin qardaşı Aydının VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxmağı və həmin avtomobilində sürətlə gəlməsi olduğunu, hadisə baş verən yerdə görüntü kamerası olmadığını, qardaşı Aydın hadisə zamanı spirtli içki qəbul etmədiyini, lakin digər avtomobilin sürücüsü sonradan adını bildiyi Həsrət adlı şəxsin hadisə zamanı spirtli içki qəbul edib etməməsini bilmədiyini, hadisə vaxtı yaxınlıqda heç kim olmadığını, lakin sonradan hadisə yerinə tanımadığı şəxslərin gəldiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində ustalıqla məşğul olduğunu, Zərərçəkmiş şəxs1 onun həmkəndlisi olduğunu, həmçinin birlikdə ustalıqla məşğul olduqlarını, atasının özünə məxsus VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, avtomobil idarə etməyi bacarmadığı üçün atasının həmin avtomobilini Həsrətə birlikdə işə gedib gəlmələri üçün verdiyini, belə olub Həsrət həmin avtomobili idarə etdiyini, həmçinin avtomobil Həsrətin özündə qaldığını, atasının 17.08.2021-ci il tarixdə vəfat etdiyini, buna baxmayaraq yenə də avtomobili Həsrətin idarə etdiyini, 27 avqust 2021-ci il tarixdə Həsrətin həmin avtomobillə Ağdaş rayonu, Aral Bir kəndinə getdiyini və kənddən qayıdan zaman Aral Bir kənd yolunda Bakı-Şamaxı-Yevlax yoluna 200 metr qalmış sağa sərt döngəyə çatanda üzü Aral Bir kəndi istiqamətinə hərəkətdə olan sonradan adını bildiyi Aydın adlı şəxsin idarə etdiyi VAZ- 21099 markalı avtomobil hərəkət yolunda toqquşduqlarını və sağ ayaq nahiyəsindən xəsarət aldığını eşitdiyini, həmçinin həmin zaman onun yanında onlarla birlikdə fəhlə kimi işləyən Elçin adlı şəxsin də olduğunu və Elçinin də müxtəlif növ bədən xəsarətləri aldığını bildiyini, hadisənin baş verməsinə səbəbin VAZ-21099 markalı avtomobilin Həsrətin hərəkət yoluna çıxması olduğunu, hazırda iş üzrə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını,ona qarşı şikayətçi olduğunu və atasından qalmış avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb etdiyi bildirdi. İş üzrə Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 onun tanışı olduğunu, Zərərçəkmiş şəxs1 ev ustası işlədiyini, özünün də onun yanında fəhləlik etdiyini, Həsrətin özünə məxsus VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, 27 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Həsrətin idarə etdiyi həmin avtomobillə Ağdaş rayonu, Aral Bir kəndinə qonaq getdiklərini, Ağdaş rayonu, Aral bir kəndində təxminən bir saat dayandıqdan sonra qayıtmağı qərarlaşdırdıqlarını, bundan sonra Həsrətlə avtomobilə əyləşdiklərini və avtomobili Həsrətin idarə etməyə başladığını, özünün də onun yanında əyləşdiyini, avtomobildə özlərindən başqa heç kimin olmadığını, Ağdaş rayonu, Aral bir kənd yolu ilə hərəkətdə olduqlarını, həmin zaman Aral Bir kənd yolunda Bakı-Şamaxı-Yevlax yoluna 200 metr qalmış sağa sərt döngəyə çatanda üzü Aral Bir kəndi istiqamətinə hərəkətdə olan VAZ- 21099 markalı avtomobil onların hərəkət yolunda Həsrətin avtomobili ilə toqquşduğunu, həmin zaman özünün hər hansı bir xəsarət almasa da, sürücü Həsrətin xəsarət aldığını, bu zaman VAZ-21099 markalı avtomobildə sürücüdən başqa 3 nəfər qadın olduğunu və qadınların da müxtəlif növ xəsarət aldıqlarını gördüyünü, hadisədən sonra həmin yerə TTTY avtomobili gəldiyini, həmin qadınları xəstəxanaya apardıqlarını, Həsrətin isə sonradan xəstəxanaya müraciət etdiyini, hadisənin baş verməsinə səbəbin VAZ-21099 markalı avtomobilin Həsrətin hərəkət yoluna çıxması olduğunu, hadisə baş verən yerdə görüntü kamerası olmadığını, Həsrətin hadisə zamanı spirtli içki qəbul etmədiyini, hadisə vaxtı yaxınlıqda heç kim olmadığını, lakin sonradan hadisə yerinə tanımadığı şəxslərin gəldiyini, hadisə vaxtı yolun asfalt örtüklü olmaqla quru olduğunu, hadisə zamanı Həsrətin idarə etdiyi avtomobildə heç bir yük olmadığını, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğunu, özünə məxsus VAZ-21099 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğunu, həmin avtomobilin onun öz adına olduğunu, 27 avqust 2021-ci il tarixdə, saat təxminən 16:50 radələrində qardaşı Aydının onun qohumları ilə birlikdə Ağdaş rayonu, Sadavat kəndinə qonaq gedəcəyini bildirdiyini və ondan avtomobilini istədiyini, Aydının sürücülük vəqisəsinin olduğunu və avtomobili idarə etdiyini bildiyi üçün ona avtomobilini idarə etmək üçün verdiyini, daha sonra Aydının idarə etdiyi avtomobillə Ağdaş rayonu, Aral Bir kənd yoluna çıxıb təxminən 200 metr getdikdən sonra, sola sərt döngəyə çatanda avtomobili ilə bir balaca əks hərəkət yolu ilə hərəkət edən zaman Ağdaş rayonu, Aral Bir kəndi isitqamətindən yüksək sürətlə gələn sonradan adını bildiyi Həsrət adlı şəxsin idarə etdiyi VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun hərəkət yolunda toqquşduğunu, həmin zaman Aydının idarə etdiyi avtomobildə olan səmisininlər həyat yoldaşı Zərərçəkmiş şəxs2, bacısı Zərərçəkmiş şəxs3 və əmisinin gəlini Zərərçəkmiş şəxs5 xəsarət aldığını, həmçinin VAZ-2101 markalı avtomobilin sürücüsünün də həmin zaman xəsarət aldığını, lakin qardaşı Aydın və VAZ- 2101 markalı avtomobildə olan bir nəfər sərnişin heç bir xəsarət almadıqlarını sonradan bildiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, avtomobilinə dəymiş ziyanın ödənildiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun qohumu olduğunu, 27 avqust 2021-ci il tarixdə, saat təxminən 16:50 radələrində yaşadıqları kənddən Təqsirləndirilən şəxs qardaşı X5 məxsus VAZ-21099 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş rayonu, Sadavat kəndinə qonaq getdiklərini, həmin vaxt avtomobildə özü və qohumları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Miryuisf qızı olduğunu, avtomobildə qabaqda özü, arxa sağda Klara, solda isə Simuzər əyləşdiyini, Ağdaş rayonu, Aral Bir kənd yoluna çıxıb təxminən 200 metr getdikdən sonra, sola sərt döngəyə çatanda Aydının idarə etdiyi avtomobillə bir balaca əks hərəkət yolu ilə hərəkət etdirən zaman Ağdaş rayonu, Aral Bir kənd isitqamətindən yüksək sürətlə gələn sonradan adını bildikləri Həsrət adlı şəxsin idarə etdiyi VAZ-2101 markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun hərəkət yolunda toqquşduqlarını, həmin zaman özü, Simuzər və Klaranın müxtəlif növ bədən xəsarətləri aldıqlarını, VAZ-2101 markalı avtomobilin sürücüsü də həmin zaman xəsarət aldığını sonradan bildiklərini, lakin Aydın və digər avtomobildə olan bir nəfər sərnişin heç bir xəsarət almadıqlarını, sonradan hadisə yerinə TTTY avtomobili gəldiyini, Klara, özü və Şamamanın xəsarətlər aldıqları üçün TTTY əməkdaşlarının onları Ağdaş RMX-na apardıqlarını, hadisə baş verən yerdə görüntü kamerası olmadığını, Aydının hadisə zamanı spirtli içki qəbul etmədiyini, lakin digər avtomobilin sürücüsü sonradan adını bildiyi Həsrət adlı şəxsin hadisə zamanı spirtli içki qəbul edib etməməsini bilmədiyini, hadisə vaxtı yaxınlıqda heç kim olmadığını, lakin sonradan hadisə yerinə tanımadığı şəxslərin gəldiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 30.08.2021-ci il tarixli 551 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər-sağ topuğunun qayığabənzər sümüyünün yerdəyişən sınığı, sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 27.08.2021-ci il tarixə uyun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuan xəsarətlərə aid olunurlar. Qeyd olunan xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 31.08.2021-ci il tarixli 555 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədənində olan xəsarətlər-sağ mil bilək oynağının əzilməsi, sol diz oynağının bayır və iç səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 27.08.2021-ci il tarixə uyun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuan xəsarətlərə aid olunurlar. Qeyd olunan xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 03.09.2021-ci il tarixli 565 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədənində olan xəsarətlər-alnın sol nahiyəsinin yarası, döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, sol diz oynağının ön səthinin sıyrığı, sağ baldırın yuxarı 1/3-nin ön səthinin yarası, küt alət təsirindən törənmiş, törənmə müddətləri 27.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuan xəsarətlərə aid olunurlar. Qeyd olunan xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 03.09.2021-ci il tarixli 566 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 03.09.2021-ci il tarixli 567 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər-sağ qaş nahiyəsinin yarası, sağ gözaltı nahiyənin, sol bazunun aşağı 1/3-nin ön səthinin qançırları, sol diz oynağının əzilməsi, ön səthinin sıyrığı, üzün sağ almacıq nahiyəsinin yumşaq toxumalarının əzilməsi küt alət təsirindən törənmiş, törənmə müddətləri 27.08.2021-ci il tarixə uyun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuan xəsarətlərə aid olunurlar. Qeyd olunan xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 12.12.2021-ci il tarixli 656 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər-sağ bazu sümüyünün yuxarı orta 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı, sağ mil sinirinin zədələnməsi, sol baldır sümüklərinin yuxarı 1/3-nin sınığı, travmatik şok, küt alət təsirindən törənmiş, törənmə müddətləri 27.08.2021-ci il tarixə uyun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuan xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasınin 21.10.2021-ci il tarixli 8/2549 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21099 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 7-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2101 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir.Sürücü Zərərçəkmiş şəxs1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs1 avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmaması 27.08.2021-ci il tarixli 178 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə də təsdiq edilmişdir. Zərərçəkmiş şəxs1 hadisə vaxtı sərxoş olmaması 27.08.2021-ci il tarixli 154 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə də təsdiq edilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk təqsirini qismən etiraf etməsini, iş üzrə yeddi nəfər zərərçəkmiş şəxslərin beş nəfəri ilə barışıq əldə etməsini, vurduğu ziyanı qismən ödəməsini, himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan VAZ-21099 markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilin sahibi X7, VAZ-2101 markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilin sahibi Kərimzadə Ağasəlim oğluna qaytarılması, vurulmuş 6895 manat ziyanın 3725 manat hissəsinin ödənilməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan VAZ-21099 markalı ** BS *** dövlət nömrə nişanlı avtomobilin sahibi X7, VAZ-2101 markalı ** BD *** dövlət nömrə nişanlı avtomobilin sahibi Kərimzadə Ağasəlim oğluna qaytarılması, vurulmuş 6895 manat ziyanın 3725 manat hissəsinin ödənilməsi nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-22/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-22/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver