Məhkəmə qərarları › İş №1(014)-22/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-22/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-22/2024 16.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1973-cü ildə Ağdaş rayonu, Orta Qəsil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Orta Qəsil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən yaşadığı evin həyətində qardaşı Zərərçəkmiş şəxs qızı Səbinə Mustafazadənin sirkə içməsində onu və arvadı X1 ittiham etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs başından taxta parçası ilə, sifət nahiyəsindən isə bir neçə dəfə yumruqla vuraraq sonuncuya sol təpə nahiyəsinin yarası, sıyrıqları, sağ təpə nahiyəsinin sıyrığı, burun yəhərinin sıyrığı, alının sağ nahiyəsinin, üzün sol almacıq nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəngi və Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Şahid1 qardaşı Zərərçəkmiş şəxs arvadı olduğunu, onun və ailə üzvlərinin qardaşı Zərərçəkmiş şəxs və onun arvadı Şahid1 ilə uzun müddətdir ki, münaqişəsi olduğunu, Şahid1 və qardaşı Zərərçəkmiş şəxs mütəmadi olaraq onun və arvadı, həmçinin övladlarının ünvanına nalayiq ifadələr işlətdiyini, bundan başqa arvadı və qızı barəsində şər-böhtan xarakterli məlumatlar yaydığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə olan zaman qəflətən evin damının üzərinə daş atılmasının səsini eşitdiyini, dərhal ailə üzvləri, yəni arvadı Kəmalə Mustafayeva, anası Siyarə Mustafayeva, qızı Aişə Mustafayeva, Səadət Mustafayeva və oğlu Elvin Mustafayev ilə evin seyvanına çıxdıqlarını, həmin vaxtı qardaşı Zərərçəkmiş şəxs və arvadı Şahid1 evlərinin arxa tərəfindən nalayiq söyüşlər söyməsini eşitdiyini, həmçinin Zərərçəkmiş şəxs və Şahid1 evlərinə daş parçaları atmaqda davam etdiklərini, buna görə də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək münaqişə olması barədə məlumat verdiyini, daha sonra Şahid1 da onun və ailə üzvləri barəsində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etdiyinindən xəbəri olduğunu, xx.xx.2023-cü il tarixdə oğlu Elvin Mustafayev ilə birlikdə Ağdaş RPŞ-yə gəldiyini və xx.xx.2023-cü il tarixli müraciətlərlə bağlı izahat verdiyini, daha sonra oğlu Elvin Mustafayev ilə birlikdə Ağdaş RPŞ-dən çıxaraq Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Bazar” adlanan yerə gəldiyini, bir neçə dəqiqə sonra qardaşı Şahid4 ona mobil telefon ilə zəng edərək qardaşı Zərərçəkmiş şəxs fərdi yaşayış evlərinə TTYX-nin avtomobilinin gəldiyini və Zərərçəkmiş şəxs qızını xəstəxanaya apardığını bildirdiyini, məsələni öyrənmək üçün Ağdaş RPŞ-yə geri qayıtdığını, Ağdaş RPŞ-nin NH-nə gəldiyini və orada qeydiyyat kitabçasına adının yazıldığını gördüyünü, nə üçün sənədə adının yazıldığını soruşduğunu, həmin vaxt polis əməkdaşlarının qardaşı qızı Şahid2 sirkə içdiyini bildirdiyini, daha sonra yenidən Ağdaş rayonu, Orta Qəsil kəndinə gedən avtobusa əyləşdiyini, həmin vaxtı qardaşı Zərərçəkmiş şəxs arvadı Şahid1 və azyaşlı qızlarının avtobusda olduğunu gördüyünü, saat təxminən 17:40 radələrində qardaşı Zərərçəkmiş şəxs və ailə üzvləri Orta Qəsil kəndi ərazisində avtobusdan aşağı düşdüyünü, oğlu Elvin Mustafayev ilə birlikdə Orta Qəsil kəndində küçələrinin girişində avtobusdan aşağı düşdüyünü və fərdi yaşayış evlərinə doğru hərəkət etməyə başladığını, küçənin qarşısında anası Siyarə Mustafayeva və azyaşlı qızı Aişə Mustafayevanın da onları gözlədiyini, ailə üzvləri ilə birikdə fərdi yaşayış evinə doğru hərəkət etməyə başladığını, həmin vaxtı Zərərçəkmiş şəxs və Şahid1 onların qarşılarında hərəkət etdiyini, bu zaman Şahid1 donunu qaldırıb onun üzərinə qışqıraraq “sənin torbanı tikib gəlirəm” ifadəsini işlətdiyini, özünü və ailə üzvlərinin ona əhəmiyyət verməyərək fərdi yaşayış evlərinə daxil olduğunu, saat təxminən 18 radələrində evin seyvanında əyləşdiyini, arvadı Kəmalə Mustafayevanın da ona çay verdiyini, həmin vaxtı onların yanında qaynanası Siyarə Mustafayevə, övladları Səadət Mustafayeva, Aişə Mustafayeva, Elvin Mustafayevin olduğunu, təxminən 18:30 radələrində qardaşı Zərərçəkmiş şəxs və arvadı Şahid1 həyətyanı qapılarından içəri daxil olduğunu və seyvana tərəf gəlməyə başladığını, Zərərçəkmiş şəxs əlində dəstəyi qəhvəyi rəngli bıçaq olduğunu, Şahid1 əlində isə heç bir kəsici-deşici alət olmadığını, Zərərçəkmiş şəxs və arvadı Şahid1 həyətyanı torpaq sahələrinə gələn zaman hər ikisinin nalayiq ifadələr işlətdiyini, Zərərçəkmiş şəxs pilləkən ilə eyvana çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs əlində olan bıçaq ilə ona xəsarət yetirəcəyindən qorxduğunu, həmin vaxtı eyvanda olan yer silmək üçün istifadə olunan taxta parçasını əlinə götürdüyünü və həmin taxta parçası ilə Zərərçəkmiş şəxs geriyə doğru itələdiyini, həmin vaxtı Zərərçəkmiş şəxs pilləkəndən geriyə doğru hərəkət etdiyini, lakin yerə yıxılmadığını, bu zaman Zərərçəkmiş şəxs əlində olan bıçağın da yerə düşdüyünü, həmin vaxtı Zərərçəkmiş şəxs ailə üzvlərinə xəsarət yetirməməsi üçün onun üzərinə getdiyini, qollarından tutub yerə yıxdığını, arvadı Kəmalə Mustafayevanın dərhal bıçağı yerdən götürüb eyvana tərəf tulladığını, həmin vaxtı Şahid1 onun üzərinə doğru hərəkət etməyə başladığını, arvadı Kəmalə Mustafayevanın həmin vaxtı Mədinənin qarşısında dayandığını, bu zaman arvadı X5 Mustafayeva ilə əlbəyaxa olmağa başladığını, Şahid1 arvadı Kəmalə Mustafayevanın saçından tutaraq yolmağa başladığını, arvadı Kəmalə Mustafayevanın da özünü qorumaq üçün Şahid1 saçından tutaraq yolmağa başladığını, həmçinin Şahid1 arvadını yerə yıxaraq saçından yolduğunu, üzünü, bədənini əli ilə vurmağa başladığını, bundan sonra Şahid1 arvadı Kəmalə Mustafayevanın saçından tutaraq küçəyə çıxardığını, bir neçə dəqiqə sonra arvadı Kəmalə Mustafayevanın yenidən həyətyanı sahələrinə daxil olduğunu və onun yanına gəldiyini, bu zaman Şahid1 da arvadı Kəmalə Mustafayevanın arxasınca həyətyanı sahələrinə daxil olduğunu gördüyünü, həmkəndliləri İkram və Arazın da Şahid1 arxasınca həyətə daxil olduğunu, Şahid1 həyətyanı sahələrindəki qapının yanında oğlu Elvin Mustafayevə yer silmək üçün istifadə olunan taxta parçasının qırılmış hissəsi ilə kürəyinin sağ tərəfindən və sağ bud nahiyəsindən vurduğunu gördüyünü, həmin vaxtı oğlu Elvin Mustafayevin ağlamağa başladığını və Şahid1 yanından qaçaraq arvadı Kəmalə Mustafayevanın yanına gəldiyini, Şahid1 pilləkənin yanında olan gül qablarını əlinə götürüb onun, arvadı Kəmalə Mustafayevanın üzərinə atmağa başladığını, həmin vaxtı İkram və Arazın onu və qardaşını bir-birindən aralaşdırdığını və həyətyanı sahələrindən çölə çıxardığını, bundan sonra özünün arvadı Kəmalə Mustafayeva və oğlu X11 RMX-ya gəldiyini, Ağdaş RMX-da olan zaman Şahid1 və onun bacısı Leylanın da xəstəxanada olduğunu, həmin vaxtı Şahid1 və bacısı Leylanın arvadı Kəmalə Mustafayevanın üzərinə hücum edərək saçını yolmağa başladığını, həmin vaxtı polis əməkdaşlarının onların yanına gəldiyini və onları bir-birlərindən aralaşdırdığını, daha sonra xəstəxanada onlara ilk tibbi yardım göstərildiyini və onların fərdi yaşayış evlərinə gəldiyini bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs qardaşı olduğunu, özünün Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə uzun müddətdir ki, ailə daxili münaqişəsi olduğunu, münaqişəyə səbəb Təqsirləndirilən şəxs və onun arvadı Kəmalə Mustafayevanın onun arvadı Şahid1 ayrılmağını istəməklərinin olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saat 08:00 radələrində Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evindən çıxaraq Ağdaş şəhəri ərazisində yerləşən tikinti materialları bazarına işləmək üçün gəldiyini, təxminən bir saat sonra mobil telefonuna zəng gəldiyini, mobil telefon zənginə cavab verən zaman özünü təqdim edən şəxsin Ağdaş RPŞ-nin əməkdaşı kimi təqdim edərək barəsində qardaşı Təqsirləndirilən şəxs tərəfindən şikayət olduğunu bildirdiyini və Ağdaş RPŞ-yə dəvət etdiyini, Ağdaş RPŞ-yə gəldiyini, Ağdaş RPŞ-də olan zaman qardaşının şikayət etmə səbəbini öyrəndiyini, şikayət etməyə səbəb onların həyətyanı sahələrindən qardaşı Təqsirləndirilən şəxs həyətyanı sahəsinə arx suyu getdiyini olduğunu, həmin arxı təmizləmək lazım olduğundan özü və arvadı Şahid1 da mütəmadi olaraq qardaşı Təqsirləndirilən şəxs və onun arvadı Kəmalə Mustafayevaya həmin arxı gəlib təmizləməyi istədiyini, lakin Təqsirləndirilən şəxs və onun arvadı Kəmalə Mustafayevanın arxı təmizləmədiyi üçün onların həyətyanı sahələrini su basdığını, bunun üçün özünün və arvadı Şahid1 arxdan qardaşı Təqsirləndirilən şəxs həyətyanı sahəsinə su buraxmadığını, izahat verdikdən sonra Ağdaş RPŞ-dən çıxdığını və arvadı Şahid1 zəng edərək qardaşı Təqsirləndirilən şəxs şikayət etdiyini bildidiyini, arvadı Şahid1 ilə danışdıqdan sonra işləməyə getdiyini, axşam saatlarında fərdi yaşayış evinə gəldiyini, həmin vaxtı arvadı Şahid1 divanda uzanmış vəziyyətdə və səhhətinin narahat olduğunu gördüyünü, bundan sonra nə səbəbə bu vəziyyətdə olduğunu soruşduğunu, arvadı Şahid1 da qardaşı Təqsirləndirilən şəxs onu döyməsini bildirdiyini, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində işə getdiyini, axşam saat 17 radələrində işdən çıxdığını və kəndə getmək üçün Ağdaş şəhərində yerləşən “Bazar” adlanan yerə gəldiyini, həmin vaxtı arvadı Şahid1 və azyaşlı qızı Şahid8 ilə qarşılaşdığını, arvadı və azyaşlı qızının Orta Qəsil kəndinə gedən mikroavtobusa əyləşdiyini, mikroavtobusda olan zaman onun mobil telefonuna zəng gəldiyini, mobil telefonuna zəng edən şəxsin Orta Qəsil kənd icra nümayəndəsi olduğunu, söhbət zamanı icra nümayəndəsinin kiminsə sirkə içməsini bildirdiyini, lakin mobil telefonunda problem olduğundan icra nümayəndəsinin kimin sirkə içməsini dediyini bilmədiyini, bundan sonra mobil telefonunu söndürdüyünü, təxminən 15-20 dəqiqə sonra marşurut ilə Orta Qəsil kəndi ərazisinə gəldiyini, özü, arvadı və azyaşlı qızı ilə birlikdə mikroavtobusdan aşağı düşdüyünü və fərdi yaşayış evlərinə doğru gəlməyə başladıqlarını, özü, arvadı və qızı ilə həyətyanı sahələrinə daxil olduqlarını. Həmin vaxtı arvadı Şahid1 böyük qızı Səbinə Mustafazadəyə səsləndiyini, lakin qızı Səbinə Mustafazadənin cavab vermədiyini, həmin vaxtı seyvana çıxaraq mətbəxə daxil olduğunu, mətbəxdə stolun üzərində ağzı açıq olan sirkə qabının və məktubun olduğunu gördüyünü, qızı Səbinə Mustafazadənin həmin məktubda Təqsirləndirilən şəxs tərəfindən döyülməsini və buna görə özünə qəsd elədiyini qeyd etdiyini, həmin vaxtı seyvana çıxdığını və arvadı Şahid1 sirkəni içənin qızı Səbinə Mustafazadənin olduğunu bildirdiyini, arvadı Şahid1 bunu necə bildiyini soruşduğunu, həmin vaxtı mətbəxdəki stolun üzərində sirkə qabının və məktubun olduğunu qeyd elədiyini, bu zaman arvadı Şahid1 dərhal seyvana çıxıb əlində olan məktuba baxdığını və ağlamağa başladığını, arvadı Şahid1 səsinə qardaşı Şahid6 həyətyanı sahələrinə gəldiyini, həmin vaxtı Şahid6 onlara əsəbləşərək harada olduqlarını, qızı Səbinə Mustafazadənin sirkə içib özünə qəsd etdiyini bildirdiyini, həmçinin TTYX avtomobilini çağırıb qızını xəstəxanaya göndərdiyini bildirdiyini, özü, arvadı və balaca qızının dərhal yol maşını ilə təcili şəkildə Ağdaş RMX-nin TTYX qəbul şöbəsinə gəldiyini, həmin vaxtı orada olan həkimlərdən birinin qızının reansimasiya şöbəsində olduğunu bildirdiyini, özünün və arvadının qızını görmək istədiyini, lakin həkimlərin qızının vəziyyətinin ağır olduğunu bildirdiyini, həmin vaxtı özünün və arvadının əsəbləşdiyini və xəstəxanadan çıxaraq yol maşını ilə Ağdaş rayonu, Orta Qəsil kəndinə gəldiyini, taksidən düşdükdən sonra arvadı və qızı ilə birlikdə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısına gəldiyini, arvadınnı həmin vaxtı darvazanı döyərək sakitcə Kəmalə Mustafayevanı çağırdığını, təxminən 1-2 dəqiqə sonra Kəmalə Mustafayeva, Təqsirləndirilən şəxs, qızları Səadət Mustafayeva, Aişə Mustafayeva, oğlu Elvin Mustafayev və anası Siyarə Mustafayevanın qapıya çıxdığını, özü və arvadının onlara heç bir söz demədiklərini, Təqsirləndirilən şəxs onun yaxasından tutaraq fərdi yaşayış evlərinin həyətyanı sahəsinə saldığını, arvadı Şahid1 da onun arxasınca həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs qızı Səadət Mustafayevaya seyvanda olan yer silmək üçün istifadə olunan ağacı gətirməsini istədiyini, həmin vaxtı Səadət Mustafayevanın seyvana tərəf qaçmağa başladığını, arvadı Şahid1 isə onu Təqsirləndirilən şəxs aralamağa çalışdığını, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirmədiyini , bu zaman Səadət Mustafayevanın yer silən ağacı gətirib Təqsirləndirilən şəxs verdiyini, Təqsirləndirilən şəxs də həmin ağac ilə bir dəfə onun baş nahiyəsindən zərblə vurduğunu, həmin vaxtı müvazinətini itirərək yerə yıxıldığını, Təqsirləndirilən şəxs də onun qarınının üzərində oturduğunu və yumruqla onun sifət nahiyəsindən bir iki dəfə vurmağa başladığını, arvadı Şahid1 da onun yanına gələrək onu Təqsirləndirilən şəxs əlindən qurtarmağa çalışdığını, həmin vaxtı Kəmalə Mustafayevanın, oğlu, qızları və anasının arvadı Şahid1 üzərinə hücum çəkdiyini, Elvin Mustafayevin taxta parçası ilə arvadının sol qolundan bir dəfə, anası Siyarə Mustafayevanın isə bir dəfə sol qol nahiyəsindən yumruq ilə vurmağa başladığını, arvadı Şahid1 isə anası Siyarə Mustafayevaya və Elvin Mustafayevə heç bir xəsarət yetirmədiyini, bu zaman Kəmalə Mustafayevanın arvadı Şahid1 saçından tutaraq yolmağa başladığını. arvadı Şahid1 da özünü qorumaq üçün Kəmalə Mustafayevanın saçından tutaraq yolduğunu, Kəmalə Mustafayevanın arvadının saçından yola-yola küçəyə çıxardığını, bir neçə dəqiqə sonra arvadı və Kəmalə Mustafayevanın həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı həmkəndliləri Araz və İkramın da həyətyanı sahəyə daxil olduğunu, onu Təqsirləndirilən şəxs aralaşdırdığını və çölə çıxarmadığını, bundan sonra İkram və Arazin öz evlərinə getdiyini, onun sifətinin qan olduğunu, həmçinin arvadı Şahid1 da bədənində ağrılar hiss etməyə başladığını, İkram və Arazın onların yanından uzaqlaşaraq getdiyini, özünün və arvadı Şahid1 isə Ağdaş RMX-na getmək qərarına gəldiyini, özünün və arvadı Şahid1 piyada şəkildə Orta Qəsil kəndi ərazisində kəndin giriş hissəsinə doğru hərəkət etməyə başladığını,təxminən 10-15 dəqiqə sonra Ağdaş RMX-nın TTYX-nin avtomobilinin kəndə doğru gəldiyini gördüyünü, həmin vaxtı TTYX-nin avtomobilinin onların yanında dayandığını, özünün və arvadının TTYX avtomobilinə əyləşdiyini və xəstəxanaya gəldiklərini, xəstəxanada olan zaman onlara ilk tibbi yardım göstərildiyini, bütün günü xəstəxanada olduqlarını, təqsirləndirilən şəxslə barışmadığının, ondan şikayətçi olduğunun nəzərə alınmasını bildirirək və ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəngi və Ağdaş RPŞ-yə ərizə ilə müraciəti özünün etdiyini, Təqsirləndirilən şəxs qaynı olduğunu, Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə uzun müddətdir ki, ailə daxili münaqişəsi olduğunu, münaqişəyə səbəbin Təqsirləndirilən şəxs və onun arvadı Kəmalə Mustafayevanın onu əri Zərərçəkmiş şəxs ayrılmaqlarını istəmələrinin olmasını olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evində yemək bişirdiyini, həmin vaxtı əri Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək Ağdaş RPŞ-də olduğunu bildirdiyini, əri Zərərçəkmiş şəxs nə səbəbə Ağdaş RPŞ-də olduğunu soruşduğunu, əri Zərərçəkmiş şəxs də qaynı Təqsirləndirilən şəxs yenə də onlardan şikayət etdiyini bildirdiyini, şikayət etmə səbəbinin isə, həyətyanı sahələrindən qaynı Təqsirləndirilən şəxs həyətyanı sahəsinə arx suyu getdiyini, həmin arxı təmizləmək lazım olduğunu, bunun üçün özünün və əri Zərərçəkmiş şəxs də mütəmadi olaraq qaynı Təqsirləndirilən şəxs və onun arvadı Kəmalə Mustafayevə həmin arxı gəlib təmizləməyi bildirdiklərini, lakin Təqsirləndirilən şəxs və onun arvadı Kəmalə Mustafayevannı arxı təmizləmədiyi üçün həyətyanı sahələrini su basdığını, bunun üçün özünün və ərinin arxdan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə su buraxmadığını bildirdiyini, bundan sonra mobil telefonunu söndürdüyünü, bir neçə dəqiqə sonra balaca qızı Şahid8 ilə birlikdə fərdi yaşayış evlərindən küçəyə çıxdığını və artezian quyusuna su gətirməyə getdiyini, qaynı Təqsirləndirilən şəxslə bir küçədə yaşadığını və qonşu olduğunu, küçədə olan zaman Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, Təqsirləndirilən şəxs yanında oğlu Elvin Mustafayevin olduğunu, həmin vaxtı əsəbi halda Təqsirləndirilən şəxs nə səbəbə onu və əri Zərərçəkmiş şəxs şikayət etdiyini soruşduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs ona “yaxşı eləmişəm, sizin başınıza gör nə oyun açacam” kimi ifadələr işlətdiyini, həmçinin nalayiq söyüşlər söyməyə başladığını, həmin vaxtı səs-küyə qaynı Təqsirləndirilən şəxs arvadı Kəmalə Mustafayeva, qızı Səadət Mustafayeva, qaynanası Siyarə Mustafayevanın da fərdi yaşayış evlərindən küçəyə çıxdığını və onlara tərəf gəlməyə başladığını, Təqsirləndirilən şəxs onu söyüb-təhqir etdiyinə görə əsəbləşdiyini və əlində plastik su qabını Təqsirləndirilən şəxs üzərinə tulladığını, həmin plastik su qabının qaynı Təqsirləndirilən şəxs ayağına dəydiyini, həmin vaxtı Təqsirləndirilən şəxs çiyinidə olan yavanı əlinə götürdüyünü və üzərinə gəlməyə başladığını, Təqsirləndirilən şəxs həmin yavanın taxta tutacağı ilə onun sol və sağ ayağından 2-3 dəfə zərblə vurmağa başladığını, həmin vaxtı qaynı Təqsirləndirilən şəxs arvadı Kəmalə Mustafayevanın onun yanına gəldiyini və əri Təqsirləndirilən şəxs ondan uzaqlaşdırıb fərdi yaşayış evlərinə apardığını, ağlaya-ağlaya fərdi yaşayış evinə geri qayıtdığını, fərdi yaşayış evində olan zaman Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat verdiyini, fərdi yaşayış evində olan zaman özünü pis hiss etdiyini, həmin vaxtı böyük qızı Səbinə Mustafazadənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 103 qaynar xəttinə zəng edərək məlumat verdiyini, təxminən 15-20 dəqiqə sonra TTYX-nin həkim briqadasının fərdi yaşayış evlərinə gəldiyini və ona ilkin tibbi yardım göstərdiyini, həkimlərin fərdi yaşayış evində olan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının fərdi yaşayış evinə gəldiyini, qızlarının baş vermiş hadisə barədə polis əməkdaşlarına məlumat verdiyini, polis əməkdaşlarının onun ərizəsini aldığını, axşam saatlarında əri Zərərçəkmiş şəxs fərdi yaşayış evinə gəldiyini və onun səhhətinin narahat olduğunu görərək nə səbəbə bu vəziyyətdə olduğunu soruşduğunu, qaynı Təqsirləndirilən şəxs onu döyməsini bildirdiyini, xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində əri Zərərçəkmiş şəxs işə getdiyini, əri Zərərçəkmiş şəxs Ağdaş şəhəri ərazisində yerləşən tikinti materialları bazarında fəhlə işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, əri Zərərçəkmiş şəxs işə getdikdən bir müddət sonra hər iki qızına həm Ağdaş RPŞ-yə gedərək xx.xx.2023-cü il tarixdə baş vermiş münaqişə ilə bağlı izahat verməyi, həm də RPŞ-dən çıxdıqdan sonra bacısına məxsus fərdi yaşayış evinə qonaq getməyi bildirdiyini, həmin vaxtı böyük qızı Səbinə Mustafazadənin getmək istəmədiyini bildirdiyini, izahat verməli olduğundan balaca qızı Şahid8 ilə birlikdə kənd ərazisində işləyən marşuruta əyləşdiyini və Ağdaş RPŞ-yə gəlmədiyini, Ağdaş RPŞ-də izahat verdikdən sonra Ağdaş RMX-da yerləşən ekspertizadan keçdiyini, ekspertizadan keçdikdən sonra bacısına məxsus Ağdaş şəhərində yerləşən fərdi yaşayış evinə gəldiyini, axşam saat 17 radələrinə kimi bacısına məxsus fərdi yaşayış evində olduğunu, daha sonra qızı Şahid8 ilə birlikdə Ağdaş şəhərində yerləşən bazar adlanan yerə gəldiyini, həmin vaxtı əri Zərərçəkmiş şəxs ilə qarşılaşdığını, əri və azyaşlı qızı Şahid8 Orta Qəsil kəndində gedən mikroavtobusa əyləşdiyini, mikroavtobusda olan zaman əri Zərərçəkmiş şəxs mobil telefonuna zəng gəldiyini, əri Zərərçəkmiş şəxs Orta Qəsil kənd icra nümayəndəsinin ona zəng etdiyini bildirdiyini, həmin vaxtı icra nümayəndəsinin kiminsə sirkə içməsini bildirdiyini, bundan sonra əri Zərərçəkmiş şəxs mobil telefonunu söndürdüyünü, təxminən 15-20 dəqiqə sonra marşurutun Orta Qəsil kəndi ərazisinə gəldiyini, əri və qızı ilə birlikdə mikroavtobusdan aşağı düşərək fərdi yaşayış evlərinə doğru gəlməyə başladığını, əri və qızı ilə həyətyanı sahələrinə daxil olduğunu, böyük qızı Səbinə Mustafazadəyə səsləndiyini, lakin qızının ona cavab vermədiyini, həmin vaxtı əri Zərərçəkmiş şəxs mətbəxə daxil olduğunu, əri Zərərçəkmiş şəxs seyvana çıxaraq sirkəni içənin qızları Səbinə Mustafazadənin olduğunu bildirdiyini, ərindən bunu necə bildiyini soruşduğunu, həmin vaxtı əri Zərərçəkmiş şəxs mətbəxdəki stolun üzərində sirkə qabının və məktubun olduğunu qeyd elədiyini, dərhal seyvana çıxıb əri Zərərçəkmiş şəxs əlində olan məktuba baxdığını, yazıya baxan kimi həmin xəttin qızı Səbinə Mustafazadəyə məxsus olduğunu bildiyini, qızı Səbinə Mustafazadənin həmin məktubda Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və buna görə özünə qəsd elədiyini bildirdiyini, həmin vaxtı ağlamağa başladığını, onun səsinə qaynı Şahid6 həyətyanı sahələrinə gəldiyini, həmin vaxtı Şahid6 onlara əsəbləşərək harada olduqlarını soruşduğunu, həmçinin qızı Səbinə Mustafazadənin sirkə içib özünə qəsd etdiyini bildirdiyini, həmçinin TTYX avtomobilini çağırıb qızını xəstəxanaya göndərdiyini bildirmdiyini, əri və balaca qızının dərhal yol maşını ilə təcili şəkildə Ağdaş RMX-nin TTYX qəbul şöbəsinə gəldiyini, həmin vaxtı orada olan həkimlərdən birinin qızının reansimasiya şöbəsində olduğunu bildirdiyini, qızını görmək istədiyini, lakin həkimlərin qızının vəziyyətinin ağır olduğunu bildirdiyini, həmin vaxtı özü və ərinin əsəbləşdiyini və xəstəxanadan çıxaraq yol maşını ilə Ağdaş rayonu, Orta Qəsil kəndinə gəldiyini, taksidən düşdükdən sonra əri və qızı ilə birlikdə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısına gəldiyini, həmin vaxtı darvazanı döyərək sakitcə Kəmalə Mustafayevanı çağırdığını, təxminən 1-2 dəqiqə sonra Kəmalə Mustafayeva, Təqsirləndirilən şəxs, qızları Səadət Mustafayeva, Aişə Mustafayeva, oğlu Elvin Mustafayev və qaynanası Siyarə Mustafayeva qapının qarşısına çıxdığını, özü və əri Zərərçəkmiş şəxs onlara heç bir söz deməmiş Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs yaxasından tutaraq fərdi yaşayış evlərinin həyətyanı sahəsinə saldığını, həmin vaxtı həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs qızı Səadət Mustafayevaya seyvanda olan yer silmək üçün istifadə olunan ağacı gətirməsini istədiyini, həmin vaxtı Səadət Mustafayevanın seyvana tərəf qaçmağa başladığını, əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aralamağa çalışdığını, həmin vaxt əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir xəsarət yetirmədiyini, əri və qaynını bir-birindən ayırmağa çalışdığını, bu zaman Səadət Mustafayevanın yer silən ağacı gətirib Təqsirləndirilən şəxs verdiyini, Təqsirləndirilən şəxs də həmin ağac ilə bir dəfə əri Zərərçəkmiş şəxs baş nahiyəsindən zərblə vurduğunu, həmin vaxtı əri Zərərçəkmiş şəxs müvazinətini itirərək yerə yıxıldığını, Təqsirləndirilən şəxs də ərinin qarınının üzərində oturduğunu və yumruqla onun sifət nahiyəsindən bir iki dəfə vurmağa başladığını, əri Zərərçəkmiş şəxs yanına gələrək onu Təqsirləndirilən şəxs əlindən qurtarmağa çalışdığını, həmin vaxtı Kəmalə Mustafayeva, oğlu, qızları və qaynanasının onun üzərinə hücum çəkdiyini, Elvin Mustafayevin taxta parçası ilə onun sol qolundan bir dəfə, qaynanası Siyarə Mustafayevanın isə bir dəfə sol qol nahiyəsindən yumruq ilə vurmağa başladığını, qaynanası Siyarə Mustafayevaya və Elvin Mustafayevə heç bir xəsarət yetirmədiyini, bu zaman Kəmalə Mustafayevanın da onun saçından tutaraq yolmağa başladığını, özünü qorumaq üçün Kəmalə Mustafayevanın saçından tutaraq yolduğunu, Kəmalə Mustafayevanın saçından yola-yola onu küçəyə çıxardığını, onların küçədə də biz birbirlərinin saçını yolduqlarını, həmin vaxtı küçədə heç kimin olmadığını, lakin səs-küyə həmkəndliləri İkram və Arazın yanlarına gəldiklərini, İkram və Arazın onları bir-birlərindən aralaşdırdığını, bundan sonra Arazın onun küçədə qalmağını istədiyini, həmin vaxtı qapının qarşısında əyləşdiyini, Kəmalə Mustafayevanın isə həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı azyaşlı qızının da onun yanında olduğunu, bundan sonra Araz və İkramın da həyətyanı sahəyə daxil olduğunu, bir neçə dəqiqə sonra İkram və Arazın əri Zərərçəkmiş şəxs ilə birlikdə çölə çıxdığını, bundan sonra İkram və Arazın öz evlərinə getdiyini, əri Zərərçəkmiş şəxs üzünün qan olduğunu, həmçinin özünün də bədənində ağrılar hiss etməyə başladığını, əri Zərərçəkmiş şəxslə birlikdə Ağdaş RMX-na getmək qərarına gəldiklərini, əri Zərərçəkmiş şəxs piyada şəkildə Orta Qəsil kəndi ərazisində kəndin giriş hissəsinə doğru hərəkət etməyə başladığınını, təxminən 10-15 dəqiqə sonra Ağdaş RMX-nın TTYX-nin avtomobilinin kəndə doğru gəldiyini gördüyünü, həmin vaxtı TTYX-nin avtomobilin onların yanında dayandığını, ərinin TTYX avtomobilinə əyləşdiyini və xəstəxanaya gəldiyini, xəstəxanada olan zaman onlara ilk tibbi yardım göstərildiyini, bütün günü xəstəxanada olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid X3 və Şahid8 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində xx.xx.2023-cü il tarixdə axşam tərəfi Ağdaş rayonu, Orta Qəsil kəndi ərazisində avtomobili ilə hərəkətdə olduğunu, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadıqları küçənin qarşısından keçən zaman Təqsirləndirilən şəxs arvadı Kəmalə Mustafayeva və Zərərçəkmiş şəxs arvadı Şahid1 bir-birlərinin saçını yolduğunu gördüyünü, həmin vaxtı həmkəndlisi Şahid7 də həmin küçədən keçdiyini, dərhal avtomobilini saxlayaraq Şahid1 və Kəmalə Mustafayevanı bir-birindən aralaşdırmaq üçün yanlarına gəlməyə başladığını, Şahid7 də onun arxasınca köməyə gəldiyini, Şahid7 ilə birlikdə Şahid1 və Kəmalə Mustafayevanı birbirindən aralaşdırdığını, həmin vaxtı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən səs-küy gəldiyini eşitdiyini, bu zaman Şahid7lə birlikdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə daxil olduğunu, Şahid1 və Kəmalə Mustafayevanın da onlarla birlikdə həyətyanı sahəyə daxil olduğunu, həmin vaxtı Zərərçəkmiş şəxs taxta pilləkənin qarşısında yerdə uzanmış vəziyyətdə, Təqsirləndirilən şəxs isə onun qarını üzərində oturmuş vəziyyətdə olduğunu gördüyünü, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər iki qolundan tutaraq saxladığını, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini görmədiyini, ancaq Zərərçəkmiş şəxs sifət nahiyəsində qan izlərinin olduğunu gördüyünü, Şahid7 Təqsirləndirilən şəxs qollarından tutaraq onu Zərərçəkmiş şəxs üzərindən qaldırdığını, bundan sonra Zərərçəkmiş şəxs və arvadı Şahid1 həyətyanı sahədən çölə çıxardığını, daha sonra Şahid7lə həmin yerdən uzaqlaşaraq getdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid7 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid6 ifadəsində xx.xx.2023-cü il tarixdə günorta saatlarında qardaşı Zərərçəkmiş şəxs qızı X6 rayonu, Orta Qəsil kəndində yerləşən fərdi yaşayış evinə gəldiyini, həmin vaxtı Səbinə Mustafazadənin həyəcanlı olduğunu gördüyünü, onun Səbinə Mustafazadədən nə üçün həyəcanlı olduğunu soruşduğunu, lakin Səbinə Mustafazadənin heç bir söz demədiyini, onun həmin vaxtı Səbinə Mustafazadəyə yaxınlaşdığını və onun üzərindən sirkə qoxusunun gəldiyini hiss etsiyini, həmin vaxt Səbinə Mustafazadədən sirkə içib-içmədiyini soruşduğunu, Səbinə Mustafazadənin başını aşağı əyərək sirkı içdiyini ona bildirdiyini, özünün dərhal Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verdiyini, özünün isə Səbinə Mustafazadəni öz fərdi yaşayış evlərinin həyətyanı sahələrinə gətirdiyini və onun yanında dayanaraq TTYX-nin avtomobilinin gəlməsini gözlədiyini, bir müddət sonra TTYX-nin avtomobilinin onların yanlarına gəldiyini, ozunun Səbinə Mustafazadəni TTYX-nin avtomobilinə əyləşdirdiyini və Ağdaş RMX-ya göndərdiyini, özünün isə fərdi yaşayış evinə qayıtdığını, bir müddət sonra qardaşı Zərərçəkmiş şəxs həyətyanı sahəsindən səs-küy gəldiyini eşitdiyini, özünün həmin vaxtı qardaşına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə gəldiyini, həmin vaxtı qardaşı Zərərçəkmiş şəxs və arvadı Şahid1 həyətdə olduğunu, özünün onlara Səbinə Mustafazadəni TTYX avtomobili ilə Ağdaş RMX-ya göndərdiyini bildirdiyini, bundan sonra qardaşı Zərərçəkmiş şəxs və arvadı Şahid1 Ağdaş RMX-ya getdiklərini, özünün də öz fərdi yaşayış evinə geri qayıtdığını bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskə baxış keçirən zaman xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs yerə yıxılmış vəziyyətdə üzərində oturması və qollarından tutması, həmçinin Şahid1 Kəmalə Mustafayeva, Təqsirləndirilən şəxs və Səadət Mustafayevanın üzərinə gül qabları atması, Şahid1 Kəmalə Mustafayeva ilə bir-birlərinin saçlarını yolması, Şahid3 və Şahid7 Təqsirləndirilən şəxs və Şahid3 bir-birlərindən ayırmaqları əks olunmuşdur. Baxış zamanı Kəmalə Mustafayeva Şahid1 onun üzərinə gül qabları atan zaman həmin gül qablarından birinin onun sol ayağına dəyməsi və bunun nəticəsində xəsarət almasını, həmin vaxtı çəkilişi aparan oğlu X9 Mustafayeva gül qabları atan zaman özünü qorumaq üçün arxa tərəfə çevrildiyi üçün çəkə bilmədiyini qeyd etmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 256 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol təpə nahiyəsinin yarası, sıyrıqları,sağ təpə nahiyəsinin sıyrığı, burun yəhərinin sıyrığı, alının sağ nahiyəsinin, üzün sol almacıq nahiyəsinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sağ dirsək oynağının arxa səthinin sıyrığı, sağ əlin baş barmağının üst səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X18 18 noyabr 2023-cü il tarixli 18-1-22/2-1772/2023 nömrəli məktubdan görünür ki,xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X13 poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsinə, indiki vaxtda isə qüvvədə olan Cinayət Məcəlləsinin 333-cü maddəsinə, yəni hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayəti ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR Milli Məcəlləsinin xx.xx.1997-ci il tarixli Amnistiya Qərarının 1.1-ci maddəsinə əsasən xx.xx.1997-ci il tarixdə azad olunub. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Orta Qəsil kəndində özünə hörmət qazanmış, kəndin bütün ictimai işlərində yaxından iştirak etməklə kənd ictimaiyyətinin rəğbətini qazanmışdır. Təqsirləndirilən şəxs nümayəndəliyin və yerli bələdiyyənin müəyyən tədbirlərində iştirak etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 noyabr 2023-cü il tarixli, № 5-32-12/2-41/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Orta Qəsil kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – X4; oğlu – xx.xx.2009-cu il təvəllüdlü X8; qızı – 2004-cü il təvəllüdlü X4; qızı – xx.xx.2012-ci il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna almaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün və həddinin təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar