Məhkəmə qərarları › İş №1(014)-22/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-22/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-22/2025 20.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X9 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 435 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özünə məxsus idarə etdiyi “VAZ 2106” minik markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 12 yanvar 2025-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanıldıqdan sonra həmin tarixdə saat 00:12-dən 00:25-dək idarə etdiyi “VAZ 2106” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sol ön oturacağın altından 01 ədəd göy rəngli sellofan bağlamada təmiz çəkisi 435 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunan sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, 13 mart 2025-ci il tarixli məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində az çəkidə narkotik vasitə olmuş, yəni 435,0 qram olmamışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə qoyulmuşdur. Belə ki, 12 yanvar 2025-ci il tarixdə o, Mİngəçevir şəhərinə qonaqlığa getmiş və həmin vaxt narkotik vasitədən istifadə etmişdir. Ağdaşa gələrkən üzərində bir büküm narkotik vasitə olmuşdur. Həmin maşında Niyazi adlı tanışı və Zəmilə adlı bir xanım da olmuşdur. Onlar Ağdaş şəhərində olarkən mağazaya getmək üçün maşından düşmüş, həmin vaxt üzərində olan bir büküm narkotik vasitəni tanışı Niyaziyə vermiş və geri qayıtdıqda ondan götürəcəyini bildirmişdir. Niyazi də qorxduğu üçün narkotik vasitəni atmışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq üzərində narkotik vasitə olmasını bildirib üzərinə və avtomobilə baxış keçirmişlər. Baxış zamanı idarə etdiyi avtomobilin oturacağının alt hissəsindən sellofan paketdə narkotik vasitə aşkar etmişlər. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən avtomobilinə qoyulmuşdur. Maşında olan Zəmilə adlı xanım da polis əməkdaşları tərəfindən göndərilmişdir. Bütün baş verənlər planlaşdırılmışdır. Çünki onun üzərində xırda bükümdə narkotik vasitə olmuşdur. Daha sonra onu Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində olarkən ona təzyiqlər olunmuş, ünvanına söyüşlər söyülmüş, hətta döyülmüşdür. O, qorxduğu üçün narkotik vasitənin özünə məxsus olduğu etiraf etmişdir. Döyülməsi ilə bağlı nə müdafiəçisinə, nə də hər hansı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Döyülərkən aldığı xəsarətlərə görə xəstəxanaya getməmiş, evdə yataq rejimində yatmışdır. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri üzərində və idarə etdiyi “VAZ 2106” minik markalı avtomobildə saxlayaraq daşıması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 00:12-də Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev adına mərkəzi parkın girişində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq bu barədə bildiriş verilmiş və ondan üzərində narkotik vasitənin olub-olmadığı soruşulmuş, varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış üzərindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olub-olmadığı soruşulmuş, o da narkotik vasitənin olduğunu bildirmiş və ona həmin narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağın altından 01 ədəd göy rəngli sellofan bağlamada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bağlamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğu və haradan əldə etdiyi soruşulduqda o, həmin bitki kütləsinin narkotik vasitə olduğunu, 10 gün bundan qabaq Ləki dörd yolunun yanında olan arxın kənarından tapdığını, 3 aydır ki, narkotik vasitə istifadə etdiyini və şəxsi istifadəsi üçün avtomobilində saxladığını, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, eləcə də satmadığını, sadəcə olaraq şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş, kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yoxlanılmış, avtomobildən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş, üstünün yoxlanılmasına, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş əşyaların götürülməsinə dair protokol tərtib olunmuş, həmçinin ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra şübhəli şəxsin üstünün və idarə etdiyi avtomobilin yoxlanılması protokolu, üstünü və idarə etdiyi avtomobili yoxlayan zaman qeydə alınmış videogörüntü olan diski, avtomobildən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə və mobil telefonu qablaşdırılmış şəkildə təhqiqatçıya təqdim edilmişdir. Şahid1 sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən Nicatın yanında heç kimi olmamış və tək olmuşdur. Nicat idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitəni 10 gün əvvəl arxın kənarından tapdığını və şəxsi istifadəsi üçün avtomobildə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində könüllü ifadə vermiş, heç bir polis əməkdaşı tərəfindən döyülməmiş, hər hansı təzyiq və təhdidlərə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. İşi olduqda taksi olaraq Nicatın idarə etdiyi avtomobildən istifadə etmişdir. Nicat saxlanılan gün Mingəçevir şəhərində işi olduğu üçün Nicatla birlikdə Mingəçevir şəhərinə getmiş, işlərini həll etdikdən sonra Nicat və Nicatın yeznəsi ilə birlikdə kafedə yemək yemişlər. Yemək Yedikdən sonra yenidən Nicatla birlikdə Ağdaş şəhərinə geri qayıtmışlar. Hava qaranlıq olduğundan Nicat onu şəhər ərazisində dəqiq xatırlmadığı yerdə düşürmüş və Nicat çıxıb getmişdir. Şahid3 sualları cavablandıraraq bildirdi ki, onun Nicatla hər hansı ədavət və düşmənçiliyi yoxdur. Nicatın narkotik vasitədən istifadə etməsindən məlumatı yoxdur. Onlar Mingəçevir şəhərinə gedərkən və Ağdaş şəhərinə geri qayıdarkən avtomobildə ikisi olmuşdur. Avtomobildə nə Niyazi adlı şəxs, nə də Nicatın yeznəsi olmamışdır. Onlar avtomobildə olarkən Nicat idarə etdiyi avtomobili saxlamamış və ya hər hansı bir mağazaya getməmişdir. Nicatın narkotik vasitədən istifadə etməsi barədə məhkəmənin çağırışı barədə ona məlumat verilərkən məlum olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Nicatla qonşuluqda yaşayır. 12 yanvar 2025-ci il tarixdə saat 00:12 radələrində üzərində narkotik vasitə daşıdığı üçün şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin gün günorta saatlarında Nicatla birlikdə Nicatın idarə etdiyi avtomobillə üzü bazar istiqamətində mağazaya getmişlər, daha sonra o, Nicatdan ayrılıb yaşadığı evə getmişdir. Onlar birlikdə olarkən Nicatın üzərində və idarə etdiyi avtomobilində narkotik vasitə olmasından məlumatı olmamışdır. Əvvəllər Nicatla birlikdə narkotik vasitə istifadə etmiş, lakin saxlanılan gün narkotik vasitə istifadə etməmişdir. O, Polis Şöbəsində olarkən Nicatında narkotik vasitə istifadə etməsinə görə saxlanıldığını və Polis Şöbəsinə gətirildiyini bilmişdir. O, Nicatla birlikdə olan zaman avtomobildə qadın olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadə verdikdən sonra Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək 13 may 2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində bildirdi ki, şübhəli şəxs qismində saxlanılmamışdan əvvəl Ağdaş rayonu, Ləki dörd yolu adlanan yerdə su arxının kənarında bir ədəd göy rəngli sellofan bağlama görmüşdür. Həmin bağlamanı açıb içərisinə baxanda içərisində narkotik vasitə olmasını görmüş və şəxsi istifadəsi üçün idarə etdiyi “VAZ 2106” minik markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altında saxlamışdır. 11 yanvar 2025-ci il tarixdən 12 yanvar 2025-ci il tarixə keçən gecə polis əməkdaşları ona yaxınlaşıb üzərində və avtomobilində narkotik vasitə olduğunu, buna görə də üzərinə və avtomobilinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşı ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim edib, üzərində və avtomobilində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmamsını soruşmuş, varsa təqdim etməsini təklif etmişlər. O da üzərində hər hansı əşya olmadığını, idarə etdiyi avtomobilin ön oturacağının alt hissəsində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olduğunu bildirmiş və çıxarıb polis əməkdaşalarına təqdim etmişdir. Daha sonra polis əməkdaşalrı tərəfindən sellofan torba açılmış və içərisində narkotik vasitə olan marixuana olması müəyyən olunmuşdur. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Avtomobilindən aşkar edilmiş narkotik vasitə kağız zərfə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs sualları cavablandıraraq bildirdi ki, əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni ittihamda göstərilən narkotik vasitə marixuananın polis əməkdaşları tərəfindən onun avtomobilinə qoyulması, həmin narkotik vasitənin ona aid olmaması, daha sonra ona fiziki təzyqilər, pis rəftar edilməsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirmiş, belə ifadə verdiyi halda cinayət məsuliyyətindən azad olunacağını düşünmüşdür. Təqsirləndirilən şəxs daha sonra törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 12 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 00:12-də Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev adına mərkəzi parkın girişində saxlanılmış, ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər olub-olmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş hər hansısa bir əşyanın olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məsus olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin avtomobilin atasına məxsus olduğunu, özünün idarə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olub-olmadığı soruşulmuş o, da idarə etdiyi “VAZ-2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağın altından 01 ədəd göy rəngli sellofan bağlamada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bağlamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs 10 gün bundan qabaq Ləki dörd yolunun yanında olan arxın kənarından tapdığını, 3 aydır ki narkotik vasitə istifadə etdiyini və şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və zərfə qablaşdırılaraq götürülmüşdür. 12 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə saat 00:12-dən saat 00:25-dək olan müddət ərzində Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin sellofan paketin içərisində olan narkotik vasitəyə bənzər bitki kütlələrinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsini 10 gün bundan qabaq Ağdaş rayonu, Ləki dörd yolu adlanan yerdə arxın kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin sellofan paket yenidən kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. 12 yanvar 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2025-ci il tarixli, 17/26 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən aşkar olunmuş.....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan bağlamada, təmiz çəkisi – 435,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2025-ci il tarixli, 179 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 15 yanvar 2025-ci il tarixli, 18-1-22/2-59/2025 saylı məktubdan görünür ki, ünvan 2 ünvanda yaşayan, xx xxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 5-32-12/2-M-233/2025 saylı arayışdan görünür ki, Ağdaş şəhəri, N.Nərimanov küçəsi 4/19 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – 1962-ci il təvəllüdlü X7, 1967-ci il təvəllüdlü X5, 1991-ci il təvəllüdlü X4 və 1995-ci il təvəllüdlü X2 ibarətdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə saat 00:45-də şübhəli şəxs qismində tutulmuş, 13 yanvar 2025-ci il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 15:20-də təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək saat 17:25-də müvəqqəti saxlama yerindən azad edilmişdir. 17 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 435,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 434,95 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində və avtomobilində axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, 12 yanvar 2025-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində və avtomobilində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diski, maddi sübutu, yuxarıda qeyd edilən ekspert rəylərini, 17 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni ittihamda göstərilən narkotik vasitə marixuananın polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, həmin narkotik vasitənin ona aid olmaması, daha sonra ona fiziki təzyqilər, pis rəftar edilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ilk ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək avtomonilində saxlayıb daşımışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ağdaş Rayon Məhkəməsinin 1(014)-41/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 20 may 2025-ci il tarixli, c/i558 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə cəzasını tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəliyi qalmamışdır. Göründüyü kimi, Ağdaş Rayon Məhkəməsinin 1(014)-41/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədə yenidən qəsdən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törətməsini, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbirinin gözlənilən səmərəni verməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Odur ki, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdən 13 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla, cəmi iki gün həmin cəzadan çıxılmalı, cəza çəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri seçilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2025-ci il tarixli, 179 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narktoik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyini, hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacının olmamasını və ərazi narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X13 göndərilməlidir. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarının ikinci bəndindən görünür ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı rəsmi olaraq 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına 28 aprel 2025-ci il tarixdə dəyişiklik edilənə qədər qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 27 saat vaxt sərf edilmişdir. Həmçinin, vəkil Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, o, Ağdaş Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərarına əsasən 28 fevral 2025-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs hüquqlarının müdafiənə (iş materialları ilə tanış olma və hüquqi yardım göstərilən şəxslə görüş) başlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 29 aprel 2025-ci il tarixədək olan müddətə 6 (altı) manat, bundan sonra göstərilən hüquqi yardımla bağlı isə 11 (on bir) manat məbləğində müəyyən edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 219,50 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 435,0 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 434,95 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində və avtomobilində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdən 13 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 219,50 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 434,95 qram qurudulmuş marixuana məhv edilsin, üç ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar