Məhkəmə qərarları › İş №1(014)-23/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-23/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-23/2022 01.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.2002-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Ağdaş rayonu Pirəyir kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.1996-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvələr məhkum olunmamış, Ağdaş rayonu Pirəyir kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayon Pirəyir kənd sakini xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Ağdaş şəhəri, M.Əsədov küçəsi, ev 54-də yaşayan Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Pirəyir kəndində yerləşən fermaya dəmir tordan (“сетка”) ibarət olan hissədən qanunsuz daxil olmaqla fermada yerləşən saxlanc yeri olan tövlədən 08 oktyabr 2021-ci il tarixdə saat 22:00 radələrində ümumi dəyəri 440 manat olan, 140 manat dəyərində 1 baş dişi və hər biri 150 manat dəyərində 2 baş erkək cinsli cəmi 3 baş qoyunlarını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədilə həmkəndlisi xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Ağdaş şəhəri, M.Əsədov küçəsi, ev 54-də yaşayan Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Pirəyir kəndində yerləşən fermaya dəmir tordan (“сетка”) ibarət olan hissədən qanunsuz daxil olmaqla fermada yerləşən saxlanc yeri olan tövlədən 08 oktyabr 2021-ci il tarixdə saat 22:00 radələrində ümumi dəyəri 440 manat olan, 140 manat dəyərində 1 baş dişi və hər biri 150 manat dəyərində 2 baş erkək cinsli, cəmi 3 baş qoyunlarını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, yaşadığı Pirəyir kəndinin yaşayış massivi ilə üzbəüz yolun digər tərəfində Hüseyn adlı şəxsin ferması olduğunu, həmin fermada Hüseynin balalı qoyun saxladığını, özünün də həmin yerdə qoyun saxlanıldığını, 08.11.2021-ci ildə həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə kənddə olduqlarını, həmin vaxt öz aralarında söhbət edərkən axşam gedib Hüseynin fermasından pəyədən qoyun oğurlamağı qərarlaşdırdıqlarını, bəzən orada axşam vaxtı adam olmadığını bildiklərini, təxminən saat 22:00 radələrində Elməddinlə birlikdə Hüseynin fermasının yol tərəfdən olan darvazasına yaxınlaşdıqlarını və içəridə adam olub-olmadığını yoxlamaq üçün özünün darvazaya yekə bir daş atdığını, Elməddinlə bir qədər gözlədiklərini, lakin qapıya heç kim çıxmadığını, içəridə adam olmadığını bildiklərini, ondan sonra darvazanın sol tərəfindəki dəmiri aralayıb içəri girdiklərini və pəyədən 3 baş quzu çıxardıqlarını, pəyənin qapısının bağlı olduğunu, lakin qıfıl olmadığını, cəftə ilə bağlandığını, Elməddinlə pəyədən toğluları çıxardıqdan sonra içəri girdikləri yerdən fermadan çıxdıqlarını və yolun kənarına getdiklərini, Elməddinin toğluların yanında dayandığını, özünün isə bir az qabağa gedib yol keçən üzərində taksi işarəsi olan sürücüsünü tanımadığı və qeydiyyat nömrəsini bilmədiyi ağ rəngli “VAZ 2107” markalı maşını saxlatdığını və ondan Bərdə şəhərinə getmək istədiyini bildirdiyini, onu Elməddini və toğluları Bərdə şəhərinə aparmaq üçün onunla dəqiq yadında qalıbsa 25 manata razılaşdığını, daha sonra həmin sürücünün avtomobili Elməddinin yanına sürdüyünü və Elməddinlə birlikdə toğluları “VAZ 2107” markalı avtomobilin yük yerinə qoyduqlarını və Bərdə şəhərinə getdiklərini, sürücüyə isə toğluların oğurluq olduğunu bildirmədiyini, ona toğluların özünün olduğunu, Bərdəyə evə apardığını dediyini, əvvələr 3 il Bərdə şəhərində yaşadığı üçün Bərdəni tanıdığını, Bərdəyə çatdıqdan sonra toğluları heç kimin yaşamadığı bir həyətə saldıqlarını, taksiyə isə 25 manat verib yola saldıqlarını, orada təxminən 20 dəqiqə gözlədikdən sonra qayıdıb evə gəldiklərini, toğluları oğurladıqlarını da heç kimə demədiklərini, qoyunları Bərdə şəhərinə satmaq məqsədi ilə apardıqlarını, lakin orada sahibsiz bir həyətə saldıqlarını və orada təxminən 20 dəqiqə gözlədikdən sonra qayıdıb geri gəldiklərini, taksi sürücüsünə özünün 25 manat verdiyini, toğluları oğurlayarkən və ya Bərdə şəhərində avtomobildən düşürərkən onları görən olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, subay olduğunu, heç bir yerdə işləmədiyini, yaşadığı Pirəyir kəndinin yaşayış massivi ilə üzbəüz yolun digər tərəfində Hüseyn adlı şəxsin ferması olduğunu, həmin fermada Hüseynin balalı qoyun saxladığını, özünün də həmin yerdə Hüseynin qoyun saxladığını bildiyini, 08.11.2021-ci ildə həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə kənddə olduqlarını, həmin vaxt öz aralarında söhbət edərkən axşam gedib Hüseynin fermasından pəyədən qoyun oğurlamaq qərarına gəldiklərini, bəzən orada axşam vaxtı adam olmadığını bildiklərini, təxminən saat 22:00 radələrində Ağa ilə birlikdə Hüseynin fermasının yol tərəfdən olan darvazasına yaxınlaşdıqlarını və Ağanın darvazaya yekə bir daş ataraq içəridə adam olub-olmadığını yoxladığını, Ağa ilə bir qədər gözlədiklərini, lakin qapıya heç kim çıxmadığını, içəridə adam olmadığını bildiklərini, daha sonra darvazanın sol tərəfindəki dəmiri aralayıb içəri girdiklərini və pəyədən 3 baş toğlu oğurladıqlarını, pəyənin qapısının bağlı olduğunu, lakin qıfıl olmadığını, cəftə ilə bağlandığını, Ağa ilə pəyədən toğluları çıxardıqdan sonra içəri girdikləri yerdən fermadan çıxdıqlarını və yolun kənarına getdiklərini, toğluların yanında dayandığını, Ağanın isə bir az qabağa gedib yol keçən üzərində taksi işarəsi olan sürücüsünü tanımadıqları və qeydiyyat nömrəsini bilmədikləri ağ rəngli “VAZ 2107” markalı maşını saxlatdığını və onunla Bərdə şəhərinə getmək üçün sövdələşdiyini, Ağanın həmin taksi sürücüsü ilə neçə manata danışdığını bilmədiyini, çünki həmin taksi sürücüsünün pulunu Ağa verdiyini, lakin taksi sürücüsünə qoyunların oğurluq olduğunu demədiklərini, Bərdə şəhərinə evə apardıqlarını dediklərini, bundan sonra Ağa ilə birlikdə toğluları “VAZ 2107” markalı avtomobilin yük yerinə qoyduqlarını və Bərdə şəhərinə getdiklərini, Ağanın əvvələr 3 il Bərdə şəhərində yaşadığı üçün Bərdəni tanıdığını, Bərdəyə çatdıqdan sonra toğluları Ağanın göstərdiyi heç kimin yaşamadığı bir həyətə saldıqlarını, taksini isə Ağanın pul verib yola saldığını, lakin onun taksiyə nə qədər pul verməsini bilmədiyini, bundan sonra orada təxminən 20 dəqiqə gözlədikdən sonra qayıdıb evə gəldiklərini, toğluları oğurladıqlarını da heç kimə demədiklərini, qoyunları Bərdə şəhərinə satmaq məqsədi ilə apardıqlarını, lakin orada sahibsiz bir həyətə saldıqlarını və orada təxminən 20 dəqiqə gözlədikdən sonra qayıdıb geri gəldiklərini, toğluları oğurlayarkən və ya Bərdə şəhərində avtomobildən düşürərkən onları görən olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində ailəsi ilə birlikdə Ağdaş şəhəri, M.Əsədov küçəsi, ev 54-də yaşadığını, Ağdaş rayonunun Pirəyir kəndi ərazisində çöl sahəsində yerləşən fermada qoyun heyvanları saxlamaqla maddi dolanışığını təmin etdiyini, fermada ana qoyunlar üçün bir böyük və toğlular saxlamaq üçün isə kiçik bir tövləsinin olduğunu, hər gün ana qoyunlarını sahəyə aparıb otardığını, daha sonra qaytardıqdan sonra toğluları əmizdirib hər birini öz yerinə saldığını, fermanın yanları dəmir tor (“сетка”) ilə bağlı olduğunu, tövlənin qapısını isə cəftə ilə bağladığını, qıfıl taxmadığını, 08.10.2021-ci il tarixdə qoyunları çıxaraq otardığını və axşam gəldikdə toğluları əmizdirdikdən sonra hər birini öz yerinə saldığını, bundan sonra qoyunları və toğluları saydığını, hər birinin yerində olduğunu gördüyünü, bundan sonra evə getdiyini, həmin gün orada heç kim qalmadığını, ertəsi gün fermaya getdiyini və toğluları sayanda toğlulardan iki baş erkək və bir baş dişi quzularının olmadığını gördüyünü, bu zaman toğlularını oğurladıqlarını gördüyünü, bundan sonra özünün toğlularını kim oğurladığını maraqlanmağı qərara aldığını, ferması yerləşən kəndin sakinlərindən kimsə oğurlaya biləcəyini fikirləşdiyini, əgər oğrunun kim olduğunu bilsə toğlularını qaytarmasını deyəcəyini, lakin sonradan oğrunun kim olduğunu müəyyənləşdirə bilmədiyini və bundan sonra polisə müraciət etdiyini, toğlularının hər biri 6 aylıq olmaqla təxminən 24 kq diri çəkisi olduğunu, hər toğlunun təxminən 13 kq əti olduğunu, oğurluq edilməsində şübhələndiyi kimsə olmadığını, oğurluq nəticəsində ona təxminən 550 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, qoyunlar artıq özünə qaytarılmışdır. Hazırda hər ikisindən heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində 09.10.2021-ci il tarixdə Bərdə RPŞ-dən əməliyyat müvəkkili Elçin Talıbovun onunla əlaqə saxladığını və Bərdə rayon ərazisində məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Vahid Hüseynovun həyətindən 3 baş toğlu tapdığını və həmin toğuların sahibinin müəyyən edilmədiyini, onların sahibinin müəyyən edilənə qədər onun təsərrüfatında saxlamağını xahiş etdiyini, özünün də həmin toğluları öz təsərrüfatında saxladığını, 06.11.2021-ci il tarixdə Ağdaş şəhərindən polis əməkdaşlarının və özünün toğluların sahibi kimi təqdim edən şəxsin gəldiyini və onun təxminən 100 başlıq sürüsünün içərisinə baxan kimi öz toğlularını tanıdığını, özünün də həmin toğluların həmin şəxsin olduğuna əmin olduğunu, və polis əməkdaşlarının iştirakı ilə toğluları təhvil verdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş X11 ifadəsində ailəsi ilə birlikdə Ağdam rayonundan məcburi köçkün düşdükdən sonra Bərdə rayonu Alaçadırlı kənd çay qırağı ərazidə məskunlaşdığını, həyətinin hər tərəfi açıq olduğunu, həyətində xırda tövlə kimi olduğunu, evi ilə tövlənin arxası təxminən 60-70 metr olduğunu, 08.09.2021-ci il tarixdə axşam vaxtlarında saat 23:55 radələrində həyətə çıxdığını, həyətindəki tövlənin içərisində qoyun səsi gəldiyini eşitdiyini, gedib oraya baxdığını və tövlədə üç baş quzu olduğunu gördüyünü, bu quzuların kiminsə qonşuların quzuları olduğundan şübhələndiyini, ona görə də qonşulardan soraqlaşdığını, lakin heç kim həmin quzuların ona məxsus olduğunu bildirmədiyini, bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini, daha sonra polislərin gəldiklərini və həmin quzuları təhvil götüdüklərini və onun iştirak ilə bir nəfər Bərdə rayon sakininə müvəqqəti olaraq öz təsərrfatında saxlaması üçün verdiklərini, həmin quzuların ikisinin erkək, birinin dişi olmaqla toğlu olduqlarını bildirmişdir. X11 məhkəməyə ərizə təqdim ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. İstintaq zamanı verdiyi ifadəsini müdafiə edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.11.2021-ci il tarixli, 9/8251 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 440,00 müəyyən edilir. O cümlədən: 1 baş dişi cinsli, diri çəkisi 23-24 kq olan qoyun – 140,00 manat, 2 baş erkək cinsli, diri çəkisi 23-24 kq olan qoyun – 300,00 (2x150) manat. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 yanvar 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 yanvar 2022-ci il tarixli, 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3i ünvanında yaşamaqla ailə tərkibi atası 1977-ci il təvəllüdlü X5, anası 1983-cü il təvəllüdlü X12, bacısı 2004-cü il təvəllüdlü X6, qardaşı 2009-cu il təvəllüdlü X7, qardaşı X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 noyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 noyabr 2021-ci il tarixli, 350 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3i ünvanında yaşamaqla ailə tərkibi atası X2 anası X3, qardaşı X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:00da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:30da Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 baş qoyunun Zərərçəkmiş şəxs olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, quzuların dəyərinin müəyyən edilməsi ilə bağlı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05.11.2021-ci il tarixdən 07.11.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05.11.2021-ci il tarixdən 07.11.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00- dek tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mehkeme Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 baş qoyunun Zərərçəkmiş şəxs olması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar