Məhkəmə qərarları › İş №1(014)-24/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-24/2020

10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-24/2020 10.03.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X11 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bərdə rayon, Hüquq məsləhətxanasının vəkili X7 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri Maşad küçəsində qeydiyyatda olan və yaşayan, 02.12.2019-cu il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 315.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 mart 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 2 (iki) ədəd ayrı-ayrı bükümlərdə olan ümumi təmiz çəkisi 7.31 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib onun 7.21 qramını idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qoltuqaltı hissəsində, 0.10 qramını isə həmin avtomobildə olan qış gödəkçəsinin sağ cibində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış və həmin narkotik vasitələr 30 noyabr 2019-cu il tarixdə saat 12:00-da ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin həyətində ona məxsus VAZ 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman müvafiq olaraq avtomobilin qoltuqaltı hissəsindən və avtomobildə olan Təqsirləndirilən şəxs məxsus qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüş, həmçinin, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozduğuna görə DYP əməkdaşları tərəfindən saxlanıb avtomaşınının Ağdaş RPŞ-nə aparmaq istəyərkən qəflətən əynindəki gödəkçənin cibindən bir ədəd sellofan torba çıxararaq dostu Şahid1 atıb ona qaçması və “at getsin sənlik deyil, sübut edə bilməyəcəklər” sözlərini deməsindən sonra onun narkotik vasitə saxlamaqda şübhələndiklərindən 30 noyabr 2019-cu il tarixdə saat 11 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq “Fiat Doblo” markalı xidməti avtomobillə Ağdaş RPŞnə gətirilən zaman avtomobil Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Ağdaş Mühafizə” bölməsinin qarşısından keçərkən arxa sağ cibində saxladığı bıçaqla hakimiyyət nümayəndəsi olan və “Polis haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üzrə xidməti vəzifələrini yerinə yetirən Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs sol bud nahiyəsindən bir dəfə bıçaqla qəsdən vurub fiziki zor tətbiq etməklə ona sol budun orta 1/3-nin ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirərək xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 315.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 30 noyabr 2019-cu il tarixdə saat 08 radələrində özünə məxsus sürücülük vəsiqəsi olmadan idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı, ** DE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini yumaq məqsədilə özünün icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə aparmış, belə ki, Ağdaş şəhər ərazisində yerləşən həmin avtoyuma məntəqəsində şəriyi ilə birlikdə avtomobil yumuş, həmin vaxt yaxın dostu Şahid1 də onunla birlikdə olmuş, avtoyuma məntəqəsində bir neçə dəqiqə avtomobilini yuduqdan sonra idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı avtomobillə avtoyuma məntəqəsindən çıxaraq hərəkət etməyə başlamış, həmin vaxt dostu Şahid1 onunla olmuş, Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsinin H.Əliyev prospekti ilə kəsişən hissəsində keçmiş “Şirvan” kinoteatrına çatmamış orada Ağdaş RPŞnin DYPB-nin xidməti avtomobilində olan polis əməkdaşları xüsusi işarə vasitələri ilə ona avtomobili kənara çəkərək saxlamağını bildirmiş, daha sonra o, avtomobili saxlayıb avtomobildən düşmüş, həmin vaxt Ağdaş DYPB-nin rəisi Namiq Qəmbərov və onun yanında olan yol polisi inspektoru Şahid4 xidməti avtomobildən yaxınlaşıb özlərini ona təqdim edib bildirmişlər ki, onun idarə etdiyi avtomobilin arxası aşağıdır, avtomobilində xüsusi avadanlıq yəni, qadağan olunmuş siqnal vasitəsi quraşdırılıb və o, sürücülük hüququ olmadan avtomobili idarə edir bununla da, o, yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Ona görə barəsində inzibati protokol tərtib edilməli, idarə etdiyi avtomobil isə Ağdaş RPŞ-nin müvəqqəti duracağına getməlidir. O, isə cavabında adları çəkilən polis əməkdaşlarına yaşadığı evdə xəstəlikdən əziyyət çəkən anasının olduğunu, onu xəstəxanaya çatdırdıqdan sonra, gələcəyini, həmçinin, bir daha qadağan olunmuş səs siqnalından istifadə etməyəcəyini və onu açıb kənara qoyacağını bildirmiş, lakin, həmin vaxt Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq Qəmbərov isə bir daha bildirmişdir ki, onun barəsində inzibati protokol tərtib edilməli, idarə etdiyi avtomobil isə müvəqqəti duracağa yerləşdirilməlidir. Həmin vaxt oraya Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları Samir və Emin adlı yol polis inspektorları da gəlmiş, o, avtomobilinin xüsusi vasitə olan səs siqnalına görə duracağa yerləşdiriləcəyini görüb bundan hədsiz dərəcədə əsəbləşmiş və idarə etdiyi avtomobilin kapotunu açıb siqnalı sökməyə çalışmışdır. Bu zaman hədsiz dərəcədə əsəbləşdiyi üçün özünü ələ ala bilməmiş və ətrafa yüksək səslə “bundan ötrü məni aparırsınız” deyərək səslənməyə başlamış, onun səs-küy salmağa başladığını görən Ağdaş RPŞ-nin DYPB-si əməkdaşları onun qolundan tutaraq onu özünə məxsus avtomobilə əyləşdirməyə çalışmış, o, da Ağdaş RPŞ-nə getmək istəmədiyindən onlara müqavimət göstərib avtomobilə oturmamış, həmçinin adıçəkilən polis əməkdaşları onu saxlayan zaman üzərində sellofan bükümdə bir bükümlük narkotik vasitə olan marixuana olmuş, polis əməkdaşları onu sakitləşdirmək istədikləri zaman üzərində aşkar olunmaması üçün o, ucadan səs-küy salaraq anidən həmin marixuana olan kisəni hadisə yerində kənarda olan dostu Şahid1 ataraq ona qaçmasını bildirmiş, Şahid1 ona atdığı həmin kisəni tutub qaçmağa başlamış, Şahid1 onun atdığını kisəni tutub qaçdığını görən Samir adlı yol polisi inspektoru onun arxası ilə qaçmağa başlamış, Şahid1 yəqin ki, həmin sellofan kisədə narkotik vasitə olan marixuana olduğunu bilməmişdir. Samir adlı yol polisi inspektoru Şahid1 arxası ilə qaçıb onu tutmuş, o isə həmin vaxt uca səslə İlhama bildirmişdir ki, “at getsin sənlik deyil”. Həmin narkotik vasitə olan marixuananın hazırda harada olduğuda ona məlum olmamış, daha sonra X19 RPŞ-dən əlavə polis nəfərlərini kömək çağırmış, bir neçə dəqiqə sonra hadisə yerinə xidməti avtomobillə əlavə polis nəfərləri də gəlmiş, həmin vaxt adlarını bilmədiyi polis nəfərləri onu tutaraq “Fiat Doblo” markalı avtomobilə əyləşdirmiş, “Fiat Doblo” markalı xidməti avtomobillə Ağdaş RPŞ-nə gələn zaman o, özünə xəsarət yetirmək məqsədilə şalvarının sağ arxa yan cibində olan qara rəngli qatlanan cib bıçağını çıxarıb özünə xəsarət yetirməyə çalışmış, həmin vaxt avtomobildə yanında əyləşən adını sonradan öyrəndiyi Etibar adlı polis əməkdaşı əlində olan qara rəngli cib bıçağını ondan almış, Ağdaş RPŞ-nə gətirildikdən sonra polis əməkdaşları növbətçi hissədə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra isə onun idarə etdiyi **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə hal şahidləri və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun avtomobilində arxa oturacaqda olan qolu qısa qış gödəkçəsinin cibindən bir ədəd gümüşü kağıza bükülmüş büküm aşkar olunmuş, daha sonra onun avtomobilinin qoltuqaltı hissəsindən 01 (bir) ədəd sellofan kisə aşkar edilmiş, daha sonra aşkar edilmiş 01 (bir) ədəd kağız büküm və 01 (bir) ədəd sellofan kisə açılmış, onların içərisində də yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar edilmiş, sellofan kisə tərəzidə çəkilmiş, çəkisi 7,23 qram olmuş, gümüşü kağıza bükülmüş büküm isə 0,12 qram olmuşdur. Daha sonra onun avtomobilindən 01 (bir) ədəd lampa aşkar edilmiş, aşkar edilmiş 01 (bir) ədəd büküm, 01 (bir) ədəd sellofan kisə və 01 (bir) ədəd lampa zərfə qablaşdırılmış, daha sonra zərfin üzərinə iştirakçılar imza etmişlər. Zərfin üzərinə Azərbaycan Respublikasının DİN-in 111 nömrəli möhürü ilə möhürlənmiş, qeyd edərək bildirmişdir ki, avtomobilindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə, büküm və lampa ona aid olmamış, həmin narkotik vasitəyə bənzər bitki kütlələrini onun avtomobilinə kimin qoyduğunu bilməmiş, belə ki, araşdırma üzrə verdiyi əvvəlki, ifadələrində həmin narkotik vasitəyə oxşar bitki kütləsini və bükümü polis əməkdaşlarının avtomobilinə qoyduğunu bildirmiş, lakin, həmin vaxt əsəbləşdiyi üçün bu cür ifadə vermiş, onun avtomobilinin qoltuqaltı hissəsindən 01 ədəd içərisində narkotik vasitəyə oxşar bitki kütləsi olan sellofan kisə, 01 (bir) ədəd içərisində narkotik vasitəyə oxşar bitki kütləsi olan gümüşü kağıza bükülmüş büküm və 01 (bir) ədəd lampa aşkar edilərək götürülmüş, onun avtomobilindən bundan başqa iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmiş və götürülməmiş, lakin bildirmişdir ki, həmin bitki kütləsi, büküm və lampa ona məxsus olmamışdır. O, narkotik vasitələrdən ara-sıra istifadə etmiş, lakin, bildirmişdir ki, qeyd edilən narkotik vasitələr ona məxsus olmamış, onların avtomobilində necə aşkar olunduğunu bilməmiş, ola bilsin ki, onun avtomobili avtoyuma məntəqəsində olarkən həmin narkotik vasitələri avtomobilinə hər hansı bir şəxs qoymuş, onun üzərində olan narkotik vasitə barədə isə ətraflı ifadə vermişdir. Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlandığı zaman polis əməkdaşlarına müqavimət göstərməmiş, o, yalnız üzərində olan narkotik vasitənin aşkar olunmaması üçün polis şöbəsinə gətirilməyini istəməmiş, ona görə də həmin vaxt Ağdaş RPŞ-nin DYPB-nin polis əməkdaşlarının yanında səs-küy salaraq onlarla birlikdə avtomobilə oturmaq istəməmiş, həmçinin o, polis əməkdaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmiş, belə ki, polis əməkdaşları onu “Fiat Doblo” markalı xidməti polis avtomobilinə əyləşdirdikdən sonra həmin vaxt özünə xəsarət yetirmək məqsədilə sağ arxa yan cibində olan qara rəngli qatlanan bıçağı cibindən çıxardıb qarın nahiyəsinə xəsarət yetirməyə çalışmış, belə ki, bıçağı qarnına vurmaq istəsə də bıçaq qarın nahiyəsinə girməmiş, lakin həmin vaxt avtomobildə əyləşən Etibar adlı polis əməkdaşı onun əlindən tutaraq bıçağı onun əlindən almış, belə ki, həmin vaxt Etibar onun əlindən tutmuş və avtomobildə olan digər polis əməkdaşlarını çağırıb bıçağı onun əlindən almışlar. Ola bilsin ki, Etibar həmin vaxt xəsarət almış, lakin, o, Etibar adlı polis əməkdaşına bıçaqla qəsdən xəsarət yetirməmiş, qeyd edilən bıçaq ona təqdim edilmiş, həmin qara rəngli qatlanan cib bıçağı ona məxsus olmuş, hadisə zamanı əlavə olaraq baş nahiyəsindən 3 ədəd çapıq və sinəsindən qançır xəsarəti almış, həmin xəsarətləri ona Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları hadisə zamanı avtomobilinə əyləşdirmək istəyərkən yetirmiş, lakin, həmin xəsarətləri necə və nə cür yetirdiklərini deyə bilməmiş, belə ki, həmin hissələr tam dəqiqliklə yaddaşında qalmamış, sonradan yadına düşmüş ki, onun baş və sinə nahiyəsinə xəsarət yetirən Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları olmuş, belə ki, hadisə zamanı orada olan adıçəkilən DYPB-nin əməkdaşları onun qolundan tutaraq onu özünə məxsus qırmızı rəngli VAZ-2101 markalı avtomobilə əyləşdirmək istəmiş, ola, bilsin ki, o, həmin vaxt qeyd edilən bədən nahiyələrindən xəsarətlər almış, yuxarıda göstərdiyi kimi o, 30 oktyabr 2019-cu il tarixdə Ağdaş RPŞ-nin DYPB-nin polis əməkdaşlarına müqavimət göstərməmiş, belə ki, qeyd etdiyi vaxt üzərində sellofan bükümdə bir bükümlük narkotik vasitə olan marixuana olmuş, ona görə ətrafa uca səslə səs-küy salıb Ağdaş RPŞ-nə aparılmağına etiraz etmiş, həmin vaxt niyyəti hər hansı bir şəxsə qarşı qanunsuzluq etmək olmamış, hətta o, həmin vaxt həmin kisəni Şahid1 atıb ona qaçmasını bildirmiş, belə ki, o, polis əməkdaşlarının üzərində olan həmin bükümün aşkar etmələrini istəməmiş, Şahid1 həmin kisəni ondan alıb qaçmağa başlamış, lakin, Samir adlı yol polis inspektoru Şahid1 arxası ilə qaçıb Şahid1 tutmuş, yəqin ki, Şahid1 həmin sellofan kisədə narkotik vasitə olan marixuana olduğunu bilməmiş, belə ki, o, bu barədə Şahid1 heçnə deməmiş, sadəcə o, İlham qaç dediyi üçün o, qaçmağa başlamış, Şahid1 qaçarkən o, ona uca səslə bildirmişdir ki, “at getsin sənlik deyil”. Həmin narkotik vasitə olan marixuananın hazırda harda olduğu ona məlum deyil, belə ki, sonradan üzərində olan bükümü görməmişdir. Üzərində olan narkotik vasitə olan marixuananı təxminən 3 gün bundan əvvəl işlətdiyi avtoyuma məntəqəsinin qarşısından yerdən tapmış və özünə istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmədə son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, ona həbslə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 30.11.2019-cu il tarixdə saat təxminən 10 radələrində mən PPXT-nin polis nəfəri, polis serjantı Şahid5 idarə etdiyi “Fiat Doblo” markalı xidməti avtomobillə Ağdaş şəhəri ərazisində xidmətdə olmuş, həmin vaxt onlarla birlikdə xidmətdə olan polis nəfəri Şahid2 Hüseyn oğlu və manqa komandiri X14 da avtomobildə olmuş, həmin radələrdə Ağdaş RPŞ-nin DYPB-nin rəisi Şahid3 xidməti rabitə vasitəsilə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Ağdaş şəhəri, Heydər Əliyev prospektinin kəsişməsinə, Ağdaş şəhərində köhnə Şirvan kinoteatrı kimi tanınan əraziyə kömək çağırdığını eşitmiş, oraya yaxın olduqları üçün adıçəkilən polis əməkdaşları ilə birgə dərhal həmin əraziyə getmiş, onlar həmin əraziyə çatdıqdan sonra həmin yerdə Ağdaş DYPB-nin rəisi Namiq Qəmbərovun, yol patrul xidmətinin baş inspektoru Şahid4 və YPX inspektorları Emin Qasımovun və Samir Zamanpurunda orada olduğunu görmüş, belə ki, həmin vaxt adlarını çəkdiyi polis əməkdaşları iki nəfər şəxsi saxlamış, həmin şəxslər əvvəlcədən tanıdığı Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslər olmuş, belə ki, Samir Zamanpur adlı polis əməkdaşı həmin vaxt Şahid1 qolundan tutaraq saxlamış, Şahid1 isə öz növbəsində özünü tam sakit şəkildə aparmış, lakin Təqsirləndirilən şəxs isə kobudluq edir, uca səslə qışqırıb səs-küy salır, “məni öldürürlər, məni şərliyirlər” kimi sözlər deyərək ətrafdakılardan kömək istəmiş, polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamış və onlarla ucadan danışıb, onlara müqavimət göstərmişdir. Lakin, Ağdaş DYPB-nin polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluq etməmiş, sadəcə olaraq onun qol nahiyəsindən tutaraq ona sakitləşməsini bildirmiş, bundan əlavə Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ- 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə həmin vaxt orada olmuş, həmin vaxt o, Şahid2, Elçin Cəfərov, Şahid5 və Ağdaş RPŞ-nin DYPB-nin adıçəkilən polis əməkdaşları ilə birlikdə köməkli şəkildə Təqsirləndirilən şəxs tutaraq “Fiat Doblo” markalı xidməti avtomobilin arxa hissəsinə əyləşdirmiş, belə ki, həmin vaxt Təqsirləndirilən şəxs hədsiz dərəcədə onlara müqavimət göstərmiş, xidməti avtomobilə əyləşmək istəməmiş, Təqsirləndirilən şəxs çətinliklə olsa da avtomobilə əyləşdirdikdən sonra Şahid1 isə avtomobilin arxa oturacaq hissəsinə əyləşdirmiş, bundan sonra o, polis nəfərləri Şahid5, Elçin Cəfərov və Şahid2 ilə birlikdə FİAT DOBLO markalı xidməti avtomobilə əyləşib Ağdaş RPŞ-nə doğru hərəkət etməyə başlamışlar. Yolda olarkən Təqsirləndirilən şəxs bir neçə dəfə başını FİAT DOBLO markalı avtomobilin dəmirinə vurduğu üçün sürücü Şahid5 avtomobili saxlamış, daha sonra o və Elçin Cəfərov avtomobildən düşərək avtomobilin arxa hissəsinə keçib Təqsirləndirilən şəxs sakitləşdirmək qərarına gəlmiş, bu zaman Şahid5lə Şahid2 avtomobilin ön yəni, sürücü və qabaq sərnişin hissəsində oturduğu üçün avtomobildə olan digər şəxs Şahid1 avtomobilin arxa hissəsində tək qalmış, o, Elçin Cəfərovla birlikdə Təqsirləndirilən şəxs sakitləşdirən zaman isə Şahid1 qəfildən avtomobildən düşüb qaçmağa başlamış, bu zaman Elçin Cəfərov bunu görüb o, da öz növbəsində Şahid1 arxası ilə qaçmağa başlamış, o isə avtomobilin arxa hissəsinə keçib Təqsirləndirilən şəxs yanında əyləşmiş, həmin vaxt Təqsirləndirilən şəxs avtomobildə hədsiz dərəcədə çox səs küy saldığı üçün onlar Elçin Cəfərovu gözləməyib xidməti avtomobillə yollarına davam etmiş, təxminən Ağdaş şəhəri X8 yerləşdiyi X17 küçəsinin sonuna çatanda Təqsirləndirilən şəxs bir daha onun yanında başını avtomobilin dəmirinə bir neçə dəfə vuraraq özünə xəsarət yetirməyə başlamış, həmçinin, Təqsirləndirilən şəxs həmin vaxt avtomobildən qaçmaq məqsədilə avtomobilin arxa qapısına bir neçə dəfə təpiklə vurub qapını açmağa çalışmış, o isə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, bu zaman Təqsirləndirilən şəxs sağ arxa cibindən qara rəngli qatlanan cib bıçağını çıxardıb onun sol bud nahiyəsinə qəsdən vuraraq ona xəsarət yetirmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs bıçaq saxladığı sağ əl nahiyəsindən tutduğundan bıçaq Təqsirləndirilən şəxs sol bud nahiyəsinə əlavə olaraq xəsarət yetirə bilməmiş, daha sonra Təqsirləndirilən şəxs sağ və sol əl nahiyələrindən tutub avtomobildə olan polis əməkdaşlarından ona kömək etmələrini və Təqsirləndirilən şəxs əlində bıçaq olmasını bildirmiş, belə ki, Təqsirləndirilən şəxs sağ və sol əl nahiyələrindən tutub saxladıqdan sonra Təqsirləndirilən şəxs ona müqavimət göstərmiş və onu bir daha bıçaqla vurmaq istəmiş, həmin vaxt Şahid5 avtomobili saxlayıb Şahid2 ilə birlikdə avtomobilin arxa hissəsinə gəlmiş, avtomobilin arxa hissəsinin qapısını açdıqdan sonra polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs əlində olan qara rəngli bıçağı ondan almış, daha sonra onlar Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirmiş, Ağdaş RPŞ-nə gəldikdən sonra isə o, baş vermiş hadisə barədə Ağdaş RPŞ-nin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ona 30 noyabr 2019-cu il tarixdə saat təxminən 10 radələrində “Fiat Doblo” markalı xidməti avtomobilin arxa hissəsində həmin vaxt sağ arxa cibindən çıxardığı 01 ədəd qara rəngli qatlanan cib bıçağı ilə bir dəfə sol bud nahiyəsinə qəsdən vuraraq xəsarət yetirmiş, daha sonra isə o, Təqsirləndirilən şəxs hər iki əlindən tutub saxladığı üçün o, onu yenidən vura bilməmiş, lakin, həmin vaxt o, yenidən əlləri ilə müqavimət göstərməyə çalışmış, daha sonra isə avtomobildə olan polis əməkdaşları Şahid5 avtomobili saxlayıb polis əməkdaşı Şahid2 ilə birlikdə ona köməyə gəlmiş, həmin vaxt polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs əlindən bıçağı almış, həmçinin, bildirmişdir ki, o, hadisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq saxladığı sağ əl nahiyəsindən tutub onun qarın nahiyəsini doğru sıxıb saxlamış, lakin, həmin vaxt Təqsirləndirilən şəxs özözünə xəsarət yetirdiyini görməmiş, ola bilsin ki, Təqsirləndirilən şəxsla avtomobilin arxa hissəsində tutaşan zaman o, qeyd edilən bıçaqla özü-özünə xəsarət yetirmiş, lakin, Təqsirləndirilən şəxs bıçağı arxa sağ cibindən çıxardıqdan dərhal sonra onu ona doğru yönəltmiş və onu qəsdən sol bud nahiyəsindən bir dəfə vurmuşdur. Qeyd edilən 01 ədəd qara rəngli qatlanan bıçaq ona təqdim edilmiş, həmin bıçaq Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi, sonradan isə polis əməkdaşı Şahid2 avtomobilin arxa hissəsində Təqsirləndirilən şəxs əlindən aldığı həmin bıçaq olmuş, daha sonra Şahid2 qeyd edilən bıçağı həmin günü araşdırmaya təqdim etmiş, həmçinin, sol tərəfi bıçaq zərbəsindən zədələnmiş xidməti geyim dəstinə aid olan 01 ədəd qara rəngli şalvarı istintaq zərurəti olaraq araşdırmaya təqdim etmişdir. Onun Təqsirləndirilən şəxsla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamış, onu əvvəllər Ağdaş şəhər sakini kimi üzdən tanımış, lakin onunla heç bir münasibəti və şəxsi tanışlığı olmamışdır. Zərərçəkmiş şəxs Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayətinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilənAğdaş RPŞ-nin DYPB-nin baş inspektoru, polis baş leytenantı Şahid4 bildirmişdir ki, 30 noyabr 2019-cu il tarixdə səhər radələrindən etibarən o, Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobilində DYPB-nin rəisi polis mayoru Namiq Qəmbərovla birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olmuş, həmin gün yəni, 30.11.2019-cu il tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən Heydər Əliyev prospektinin keçmiş “Şirvan” kinoteatrı yerləşən hissəsinə çıxan kəsişmə istiqamətində hərəkət edən zaman gördükdə ona avtomobilə quraşdırılmış səs gücləndirici cihazla və sayrışan işıqlarla işarə edib idarə etdiyi avtomobili kənara çəkərək saxlamasını bildirmiş, Təqsirləndirilən şəxs isə avtomobili kənara çəkib dayanmış, o da öz növbəsində həmin vaxt xidməti avtomobili saxlayıb xidməti rabitə vasitəsi ilə DYPB-nin xidmətdə olan digər YPX-nin inspektorları Emin Qasımov və Samir Zamanpuru həmin əraziyə çağırmış, təxminən 1-2 dəqiqə sonra DYPB-nin YPX inspektorları Emin Qasımov və Samir Zamanpurda həmin əraziyə gəlmiş, Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra avtomobildən düşüb Namiq Qəmbərova və ona yaxınlaşmış, Namiq Qəmbərov həmin vaxt İlhama bildirmişdir ki, onun avtomobilində xüsusi avadanlıq olmuş və o, həmin avadanlıqdan istifadə edib insanları narahat edən səslər çıxarmış, həmçinin, əlavə olaraq X20 Məmmədova idarə etdiyi atomobilin arxa yaylarının kəsildiyini, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyini və bu səbəbdən idarə etdiyi avtomobilin müvəqqəti duracağa yerləşdiriləcəyini bildirmiş, lakin, Təqsirləndirilən şəxs avtomobilin müvəqqəti duracağa aparılmasına etiraz edib Namiq Qəmbərovdan avtomobilin duracağa aparılmamasını xahiş etmiş, Təqsirləndirilən şəxs həmin vaxt hətta müxtəlif bəhanələr gətirməyə başlamış, lakin, Namiq Qəmbərov avtomobilin müvəqqəti duracağa yerləşdirilməli olduğunu dəfələrlə ona təkrar etdikdə Təqsirləndirilən şəxs qəfildən avtomobilin ön kapotunu açıb “bundan ötrü edirsən” deyib avtomobildə olan xususi avadanlığı qırmağa cəhd etmiş və ucadan qışqırıb səs-küy salmağa başlamış, o, bununla ətrafdakı insanların diqqətini cəlb etməyə və onların ona qarşı qanunsuz hərəkətlər etdiyinə dair görüntü yaratmağa çalışmış, lakin, Təqsirləndirilən şəxs Ağdaş RPŞ DYPB-nin xidməti avtomobilində olan təhlükəsizlik kameralarının onun hərəkətlərini həmin vaxt qeyd almasından xəbərsiz olmuş, belə ki, Təqsirləndirilən şəxs hədsiz dərəcədə aqressiv hərəkətlər edib hətta öz-özünə də xəsarət yetirməyə çalışmış, o, idarə etdiyi avtomobilin müxtəlif yerlərindən tutub silkələmiş, uca səslə qışqırıb səs-küy salmış, “məni öldürürlər, məni şərliyirlər” kimi sözlər deyərək ətrafdakılardan kömək istəmiş, onun və adıçəkilən digər polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamış və onlarla ucadan danışıb, onların qanuni tələblərinə bu formada müqavimət göstərməyə çalışmışdır. Həmin vaxt o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs əlindən tutaraq onu nizam intizama dəvət etməyə çalışmış, lakin, Təqsirləndirilən şəxs “döyün məni, öldürün məni deyərək”, aqressivlik etmiş və çalışmışdır ki, onların əlindən çıxıb hadisə yerindən qaçsın. Bundan əlavə bildirmişdir ki, o və X20 Məmmədovun idarə etdiyi avtomobili saxlayan zaman Təqsirləndirilən şəxs yanında avtomobildə Şahid1 adlı Ağdaş şəhər sakini də olmuş, lakin, Şahid1 baş verənləri kənardan izləmiş və Təqsirləndirilən şəxs heç bir müdaxilə etməmiş, belə ki, Şahid1 həmin vaxt onun və digər adıçəkilən DYPB-nin polis əməkdaşlarının ətrafında gəzişmiş, həmin vaxt Təqsirləndirilən şəxs anidən əynindəki gödəkçənin cibindən bir ədəd sellofan torba çıxararaq Şahid1 atıb ona qaçmasını bildirmiş, Şahid1 sellofan kisəni havada tutaraq qaçmağa başlayan zaman Namiq Qəmbərov YPX-nin inspektoru Samir Zamanpura onun arxası ilə qaçmasını bildirmiş, Samir Zamanpur təxminən 30 metr qaçdıqdan sonra İlhamı tutub saxlamış, lakin Şahid1 həmin vaxt Samir Zamanpura müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs Samirin Şahid1 tutduğunu görüb Şahid1 bildirmişdir ki, “at getsin sənlik deyil sübut edə bilməyəcəklər”. Bu zaman isə Şahid1 əlindəki torbanı yerə atmış, Samir Zamanpur isə Şahid1 saxlayaraq Təqsirləndirilən şəxs yanına yəni, onların olduqları yerə gətirmiş, həmin vaxt Təqsirləndirilən şəxs hədsiz dərəcədə aqresivlik etdiyindən Namiq Qəmbərov onun və digər adıçəkilən DYPB-nin əməkdaşlarının onun barəsində tədbir görə bilməyəcəyini nəzərə alıb xidməti rabitə vasitəsi ilə hadisə yerinə əlavə polis əməkdaşlarını çağırmış, bir neçə dəqiqə sonra hadisə yerinə polis nəfəri Şahid5 idarə etdiyi “Fiat Doblo” markalı xidməti avtomobil ilə Ağdaş RPŞ-nin PPXT-nin polis nəfərləri Elçin Cəfərov, Zərərçəkmiş şəxs, Şahid2 gəlmiş, daha sonra DYPB-nin inspektorlarının orada olan PPXT-nin polis nəfərlərinin köməyi ilə Təqsirləndirilən şəxs və Şahid1 “FİAT DOBLO” markalı avtomobilə əyləşdirmiş, belə ki, onlar həmin vaxt Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı avtomobilin arxa hissəsinə, Şahid1 isə avtomobilin arxa oturacağına əyləşdirmiş, Ağdaş PPXT-nin polis nəfərləri, Elçin Cəfərov, Şahid5, Şahid2 və Zərərçəkmiş şəxs da xidməti avtomobilə əyləşib Şahid1 və Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə aparmışlar. Sonra onlar Ağdaş RPŞ-nə getmiş və orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı xidməti avtomobil ilə RPŞ-nə gətirilərkən cibindən çıxardığı bıçaqla polis serjantı Zərərçəkmiş şəxs sol budundan xəsarət yetirmiş, həmçinin, həmin vaxt polis əməkdaşları xidməti avtomobili saxlayıb Zərərçəkmiş şəxs kömək etmək istəyən zaman Şahid1 avtomobildən düşərək qaçmış, daha sonra bildiyinə görə Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirilmiş Ağdaş RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə hal şahidləri və vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi əşya və müəyyən məbləğdə pullardan başqa heç nə aşkar olunmamış, bundan başqa bildirmişdir ki, adıçəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı avtomobillə Ağdaş RPŞ-nə gətirən zaman Namiq Qəmbərovun göstərişinə əsasən YPX-inspektoru Samir Zamanpur tərəfindən Təqsirləndirilən şəxs məxsus qırmızı rəngli VAZ-2101 markalı avtomobil Ağdaş RPŞ-nə gətirilmiş, daha sonra bildiyinə görə Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs avtomobilinə hal şahidləri və müdafiəçinin işitrakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobilin qoltuq altı hissəsindən 01 (bir) ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan sellofan büküm və avtomobilin arxa oturacağından qolsuz qış gödəkçəsinin cibindən isə 01 (bir) ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan gümüşü büküm və 01 ədəd şüşə lampa aşkar olunmuşdur. O və YPX-nin baş inspektoru Şahid4 Təqsirləndirilən şəxs 30 noyabr 2019-cu il tarixdə saat təxminən 10 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən H.Əliyev prospektinin keçmiş Şirvan kinoteatrı yerləşən hissəsinə çıxan kəsişmədə idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən aşkar etmiş və ona saxla işarəsi verərək avtomobili saxlamasını bildirmişdir. hadisə yerində o, Ağdaş RPŞ DYPB-nin rəisi Namiq Qəmbərov, YPX-nin inspektorları Samir Zamanpur, Emin Qasımov, həmçinin, PPXT-nin polis nəfərləri Fiat Doblo markalı xidməti avtomobilin sürücüsü Şahid5, Elçin Cəfərov, Zərərçəkmiş şəxs, Şahid2 çağırışa əsasən sonradan hadisə yerinə gəlmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs yanında olan Şahid1 atdığı sellofan kisədə konkret nə olduğunu bilməmiş, lakin, Təqsirləndirilən şəxs Şahid1 sellofan kisəni ataraq ona qaçmasını bildirməsindən, daha sonra isə həmin kisəni yerə atmasını bildirməsindən həmin kisədə narkotik vasitə olduğunu başa düşmüş, ona görə də o, Ağdaş RPŞ-nin rəisi Rasim Mustafayevə raportla müraciət edərək baş vermiş hadisə barədə məlumat vermiş və Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasından şübhələndiyini və bu barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdir.Hadisə zamanı Təqsirləndirilən şəxs ucadan qışqırıb səs-küy salmaqla, həmçinin, “məni öldürürlər, məni döyürlər kimi” sözlər deməklə mənim və ya digər adıçəkilən polis əməkdaşlarının guya ona qarşı qanunsuz hərəkət etməsi barədə görünüş yaratmaq istəmiş, həmçinin, o, DYPB-nin rəisi Namiq Qəmbərov, YPX-nin inspektorları Emin Qasımov və X21 Məmmədovun əlindən və qolundan tutaraq sakitləşdirmək istəyən zaman o, onların əlindən çıxaraq qanuni tələblərinə tabe olmamış və sakitləşməmiş, lakin, Təqsirləndirilən şəxs ona və ya digər adıçəkilən polis əməkdaşlarına hadisə zamanı hər hansı bir fiziki zor tətbiq etməmiş və ya bununla bağlı hədə-qorxu gəlməmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs ona atdığı bir ədəd sellofan bükümü götürüb hadisə yerindən qaçsa da Samir Zamanpur onun arxası ilə təxminən 20- 30 metr qaçıb Şahid1 tutub saxlamış, Şahid1 isə həmin vaxt ona və ya digər polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, həmçinin, həmin vaxt o və ya DYPB-nin adıçəkilən polis əməkdaşlarından kimsə Şahid1 xəsarət yetirməmiş və ya ona qarşı hər hansı bir qanunsuz hərəkət etməmiş, o və orada olan DYPB-nin adıçəkilən əməkdaşları yalnız Təqsirləndirilən şəxs sakitləşdirmək istəmiş, həmçinin, onun Ağdaş RPŞ-nə aparılmasını təmin etməyə çalışmışdır. Təqsirləndirilən şəxs hadisə yerində səs küy saldığından və onların qanuni tələblərinə tabe olmadığından o və digər polis əməkdaşları çətinliklə onu avtomobilə əyləşdirə bilmiş, daha sonra onun Şahid1 atdığı sellofan bükümü hadisə yerində tapa bilməmiş, belə ki, hadisə yerində hədsiz dərəcə qarışıqlıq yaranmış, həmin vaxt o və digər adıçəkilən DYPB-nin əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirməyə, daha sonra hadisə yerindən qaçan Şahid1 tutmağa qarışdığından qeyd edilən bir ədəd sellofan bükümü hadisə yerində sonradan tapa bilməmiş, lakin, Təqsirləndirilən şəxs Şahid1 01 ədəd sellofan bükümü atması daha sonra isə hadisə yerindən qaçması DYPB-nin xidməti avtomobilinə quraşdırılmış təhlükəsizlik kamerasında qeydə alınmış, ümumiyyətlə Təqsirləndirilən şəxs təhlükəsizlik kamerasının ona qeydə almasından xəbəri olmamış, həmin hadisə DYPB-nin “Mercedes” markalı **-YP-*** qeydiyyat nömrə nişanlı avtomobilin təhlükəsizlik kamerasında qeydə alınmış və video görüntüləri araşdırmaya təqdim etmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamış, onu əvvəllər Ağdaş şəhər sakini kimi üzdən tanımış, lakin onunla heç bir münasibəti və şəxsi tanışlığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdaş RPŞ DYPB-nin rəisi, polis mayoru Namiq Qəmbərov, Qasımov Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dostu olmuş, o, 30 noyabr 2019-cu il tarixdə saat təxminən 09 radələrində 20 yanvar küçəsində yerləşən keçmiş “Universam” adlanan ticarət mərkəzinin qarşısında olan zaman dostu Təqsirləndirilən şəxs özünün idarə etdiyi qırmızı rəngli VAZ 2101 markalı **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə onun yanında saxlamış və onunla hal əhval tutmuş, daha sonra Təqsirləndirilən şəxs ona maşını icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində yuduzdurmağa getdiyini bildirib onunla getməyini təklif etmiş, o da Təqsirləndirilən şəxsla razılaşıb onunla avtoyuma məntəqəsinə getmiş, orada avtomobili yuduqdan sonra İlham ona anası xəstə olduğu üçün evə gedəcəyini, onu da yolüstü yaşadığı evə düşürəcəyini bildirmiş, o, Təqsirləndirilən şəxsla birlikdə avtomobilə əyləşib avtoyuma məntəqəsindən çıxaraq hərəkət etməyə başlamış, onlar avtoyuma məntəqəsinin yerləşdiyi küçənin sonuna çatanda H.Əliyev prospektinə dönməmiş Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobili onların arxasınca gəlmiş və avtomobildə olan polis əməkdaşları səs gücləndirici cihazla və sayrışan işıqlarla sürücü Təqsirləndirilən şəxs avtomobili kənara çəkərək saxlamağını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs avtomobili saxlamış, Ağdaş RPŞ-nin DYPB-nin xidməti avtomobilində yol polisi inspektoru Şahid4 və Ağdaş RPŞ-nin DYPB-nin rəisi Namiq Qəmbərov olmuş, onlar avtomobildən düşdükdən sonra İlhamda avtomobildən düşərək Namiq Qəmbərovun yanına getmiş, həmin vaxt Namiq Qəmbərov Təqsirləndirilən şəxs özünü təqdim edib bildirmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığı üçün onun avtomobili idarə etmək hüququ yoxdur, həmçinin, Namiq Qəmbərov əlavə olaraq həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinin arxa hissəsinin aşağı olduğunu, avtomobildə xüsusi avadanlıq olan səs siqnalı olduğunu, ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə inzibati protokol tərtib edilməli, avtomobili isə Ağdaş RPŞ-nin müvəqqəti duracağına yerləşdirilməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə buna qəti şəkildə etiraz edərək uca səslə qışqırıb səs-küy salmağa başlamış, belə ki, Təqsirləndirilən şəxs ətrafdakıların diqqətini cəlb etməyə və görünüş üçün guya polis əməkdaşlarının onu döydüyünü bildirməyə çalışmış, lakin, həmin vaxt orada olan və hadisə yerinə sonradan gələn Namiq Qəmbərov, Samir Zamanpur, Şahid4 və Emin Qasımov adlı polis əməkdaşları Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmiş, əksinə həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs qol nahiyəsindən tutub onu qışqırmamağa, onların qanuni tələblərinə tabe olmağa sakitləşdirməyə çalışıb onu avtomobilə otuzdurmağa çalışmış, o isə həmin vaxt avtomobildən düşüb kənarda gəzişib baş verənləri diqqətlə izləmiş, həmin vaxt o, onların yanında olmuş, dostu Təqsirləndirilən şəxs isə uca səslə qışqırıb səs-küy salmaqda davam etmiş, bu zaman Təqsirləndirilən şəxs qəfildən cibindən bir ədəd sellofan kisə çıxarıb polis əməkdaşlarının üzərindən ona atıb ona qaçmağını bildirmiş, o, həmin vaxtı həyacanlı olduğu və qorxuduğu üçün sellofan kisəni havada tutub qaçmağa başlamış və elə bilmişdir ki, sellofandakı dərmandır. Belə ki, həmin gün səhər radələrində o, Təqsirləndirilən şəxsla birgə avtoyuma məntəqəsinə gedərkən Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində yerləşən apteklərin birində saxlayaraq oradan anası üçün dərman almış, hətta ona həmin dərmanları anasına aldığını bildirmiş, dərmanları aldıqdan sonra isə onları sellofan bükümdə cibinə qoymuşdur. O, sellofan bükümü götürüb qaçmağa başlasa da təxminən 20-30 metr qaçdıqdan sonra polis əməkdaşı Samir Zamanpur arxasınca qaçaraq onu tutmuş, Samir onu tutduqdan sonra o, müqavimət göstərməmiş, bundan başqa bildirmişdir ki, o, həmin vaxt yəni Samir Zamanpur onu tutduqdan sonra sellofan paketi yerə tullamış, lakin, onu hara tulladığı yadında qalmamış, belə ki, həmin vaxtı həyacanlı olduğu üçün nə baş verdiyini başa düşə bilməmiş, həmçinin, Təqsirləndirilən şəxs uca səslə ona bildirmişdir ki, “sellofan paketi yerə at o, sənlik deyil”. Samir Zamanpur onu tutduqdan sonra özü-özünə fikirləşmişdir ki, nəyə görə qaçmış, belə ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümün ona heç bir aidiyyəti olmamışdır. Həmin vaxt isə polis əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs onların qanunu tələblərinə tabe olmamış, bir neçə dəqiqə sonra hadisə yerinə Ağdaş RPŞnin PPXT-nin 4 nəfər polis əməkdaşı gəlmiş, onlar Təqsirləndirilən şəxs “Fiat Doblo” markalı xidməti polis avtomobilinin arxa hissəsinə, onu isə avtomobilin arxa oturacağına əyləşdirib Ağdaş RPŞ-nə aparılacaqlarını bildirmiş, valideynlərinin onu evdə danlamasından qorxduğu üçün o, polis əməkdaşlarına onu Ağdaş RPŞ-nə aparmamalarını xahiş etmiş, lakin, polis əməkdaşları onun dediklərinə əhəmiyyət verməmiş, onlar bir qədər avtomobillə getdikdən sonra avtomobilin arxa hissəsində olan Təqsirləndirilən şəxs başını avtomobilin dəmirinə döyməyə başlamış, bunu görən polis əməkdaşları avtomobili saxlayıb xidməti avtomobilin arxa hissəsinə keçmiş, onlar avtomobildən düşən kimi o da onların arxası ilə avtomobildən düşüb qaçmış, daha sonra baş verənlər barədə isə heçnə deyə bilməmiş, onun hadisə barədə bildikləri bu qədər olmuş, avtomobildən qaçdıqdan sonra isə etdiyi hərəkətlərdən peşman olmuş, və qaçmaqla özünü şübhə altına qoyduğunu anlamış, həmin gün günorta radələrində hadisə ilə bağlı izahat vermək üçün Ağdaş RPŞ-nə gəlmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümdə nə olduğunu bilməmiş, o, əvvəlcə həmin sellofan bükümdə dərman olduğunu başa düşmüş, əlini götürdükdən sonra isə həmin bükümdə olan kütlənin yumşaq kütlə olduğunu yəni ot kimi kütlə olduğunu bilmiş, İlham isə bükümü aldıqdan sonra ona qaçmağını bildirmişdir. O, qaçdıqdan sonra isə polis əməkdaşı Samir Zamanpur arxasınca qaçaraq onu tutmuş, əlavə olaraq bildirmişdir ki, qaçan zaman İlham ona bildirmişdir ki, “əlindəkini yerə tullasan sənlik deyil”. Ona görə o, sellofan bükümü içərisində qanunsuz əşya və ya maddənin olduğunu düşünüb onu yerə tullamış, belə ki, həmin vaxt başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona verdiyi sellofan bükümdəki narkotik vasitə olmuşdur. Əvvəllərdə Təqsirləndirilən şəxs onun yanında narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün onun narkotik vasitə qəbul etdiyini bilmişdir. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirən zaman Təqsirləndirilən şəxs ona müqavimət göstərməsi və bıçaqla ona xəsarət yetirməsi barəsində o,sonradan eşitmiş, lakin, o polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxsla birlikdə həmin vaxt “Fiat Doblo” markalı avtomobil ilə Ağdaş RPŞ-nə gətirilərkən Təqsirləndirilən şəxs başını avtomobilin dəmirinə vurması səbəbindən polis əməkdaşları avtomobili saxlayıb avtomobildən düşən zaman o da onların arxası ilə avtomobildən düşüb qaçdığı üçün sonradan baş verənlər barədə heçnə deyə bilməmişdir. Lakin, avtomobildə olan polis əməkdaşları ona və ya Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər. O, həmin vaxt anasının onu danlayacağından qorxduğu üçün xidməti polis avtomobilindən qaçmış, lakin, sonradan peşman olub 30 noyabr 2019-cu il tarixdə günorta radələrində Ağdaş RPŞ-nə gəlmişdir. Hadisə 30 noyabr 2019-cu il tarixdə saat 10 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən H.Əliyev prospektinin köhnə Şirvan kinoteatrı yerləşən hissəsinə çıxan kəsişmədə baş vermişdir. O, Təqsirləndirilən şəxs avtomobilində və ya üzərində narkotik vasitə olduğunu bilməmiş, lakin, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbul etdiyini görmüş, eşitmiş, o, heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 Hüseyn oğlu ifadəsində bildmişdir ki, 30.11.2019-cu il tarixdə saat təxminən 10 radələrində o, Ağdaş RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid5 idarə etdiyi “Fiat Doblo” markalı xidməti avtomobillə polis nəfəri Zərərçəkmiş şəxs və PPXT-nin manqa komandiri X14 ilə birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olmuş, həmin radələrdə Ağdaş RPŞ-nin DYPB-nin rəisi Şahid3 xidməti rabitə vasitəsilə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə Ağdaş şəhəri Heydər Əliyev prospektinin kəsişməsinə Ağdaş şəhərində köhnə Şirvan kinoteatrı kimi tanınan əraziyə kömək çağırdığını eşitmiş, həmin yerə yaxın olduqları üçün adıçəkilən polis əməkdaşları ilə birgə dərhal həmin əraziyə getmiş, onlar həmin əraziyə çatdıqdan sonra həmin yerdə Ağdaş DYPB-nin rəisi Namiq Qəmbərovun, yol patrul xidmətinin baş inspektoru Şahid4 və YPX inspektorları Emin Qasımovun və Samir Zamanpurunda orada olduğunu görmüş, belə ki, həmin vaxt adlarını çəkdiyi polis əməkdaşları iki nəfər şəxsi saxlamış, həmin şəxsləri əvvəlcədən tanıdığı Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslər olmuş, belə ki, Samir Zamanpur adlı polis əməkdaşı həmin vaxt Şahid1 qolundan tutaraq saxlamış, Şahid1 isə öz növbəsində özünü tam sakit şəkildə aparırmış, lakin Təqsirləndirilən şəxs isə kobudluq etmiş, uca səslə qışqırıb səs-küy salmış, “məni öldürürlər, məni şərliyirlər” kimi sözlər deyərək ətrafdakılardan kömək istəmiş, polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamış və onlarla ucadan danışıb, onlara müqavimət göstərmiş, lakin, Ağdaş DYPB-nin polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluq etməmiş, sadəcə olaraq onun qol nahiyəsindən tutaraq ona sakitləşməsini bildirmiş, bundan əlavə Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli, VAZ-2101 markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə həmin vaxt orada olmuş, həmin vaxt o, Zərərçəkmiş şəxs, Elçin Cəfərov, Şahid5 və Ağdaş RPŞ-nin DYPB-nin adıçəkilən polis əməkdaşları ilə birlikdə köməkli şəkildə Təqsirləndirilən şəxs tutaraq “Fiat Doblo” markalı xidməti avtomobilin arxa hissəsinə əyləşdirmiş, belə ki, həmin vaxt Təqsirləndirilən şəxs hədsiz dərəcədə onlara müqavimət göstərmiş, xidməti avtomobilə əyləşmək istəməmiş, Təqsirləndirilən şəxs çətinliklə olsa da avtomobilə əyləşdirdikdən sonra Şahid1 isə avtomobilin arxa oturacaq hissəsinə əyləşdirmiş, bundan sonra o, polis nəfərləri Şahid5, Elçin Cəfərov və Zərərçəkmiş şəxsla birlikdə “Fiat Doblo” markalı xidməti avtomobilə əyləşib Ağdaş RPŞ-nə doğru hərəkət etməyə başlamış, yolda olarkən Təqsirləndirilən şəxs bir neçə dəfə başını “Fiat Doblo” markalı avtomobilin dəmirinə vurduğu üçün sürücü Şahid5 avtomobili saxlamış, daha sonra Zərərçəkmiş şəxs və X26 Məmmədovu sakitləşdirmək üçün avtomobildən düşərək avtomobilin arxa hissəsinə keçmiş, bu zaman o və Şahid5 avtomobilin ön yəni, sürücü və qabaq sərnişin hissəsində oturduqları üçün avtomobildə olan digər şəxs Şahid1 avtomobilin arxa hissəsində tək qalmış, polis nəfərləri Zərərçəkmiş şəxs və X26 Məmmədovu sakitləşdirən zaman isə Şahid1 qəfildən avtomobildən düşüb qaçmağa başlamış, bu zaman Elçin Cəfərov bunu görüb o, da öz növbəsində Şahid1 arxası ilə qaçmağa başlamış, bu zaman o və Şahid5 avtomobildən düşərək avtomobilin arxa hissəsinə gəlmiş, Təqsirləndirilən şəxs sakitləşmədiyi üçün polis nəfəri Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsinə keçib Təqsirləndirilən şəxs yanında əyləşmiş, daha sonra isə Təqsirləndirilən şəxs avtomobildə hədsiz dərəcədə çox səs küy saldığı üçün onlar Elçin Cəfərovu gözləməmiş, xidməti avtomobillə yollarına davam etmiş, təxminən Ağdaş şəhəri X10 yerlədiyi M.Ə.Rəsulzadə küçəsinin sonuna çatanda Təqsirləndirilən şəxs bir daha başını avtomobilin dəmirinə bir neçə dəfə vuraraq özünə xəsarət yetirməyə başlamış, həmçinin, Təqsirləndirilən şəxs həmin vaxt avtomobildən qaçmaq məqsədilə avtomobilin arxa qapısına bir neçə dəfə təpiklə vurub qapını açmağa çalışmış, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Avtomobilin ön hissəsində otursada arxaya çönüb baxdığında Təqsirləndirilən şəxs bütün hərəkətlərini aydın görmüş, həmin vaxt qəfildən Zərərçəkmiş şəxs avtomobildə qışqıraraq “İlhamın əlində bıçaq var tutub saxlamışam, mənə kömək edin” dediyini eşitmiş, Şahid5 bunu eşidən kimi dərhal avtomobili saxlamış, daha sonra avtomobildən düşüb onunla birlikdə avtomobilin arxa hissəsinə gəlmiş, avtomobilin arxa hissəsinin qapısını açdıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər iki əl nahiyəsindən tutaraq onu saxladığını və Təqsirləndirilən şəxs sağ əlində qara rəngli bıçaq olduğunu görmüş, dərhal Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli bıçağı onun əlindən almış, bıçağı Zərərçəkmiş şəxs əlindən aldıqdan sonra o və Şahid5 Zərərçəkmiş şəxs əynində olan xidməti polis forması olan şalvarın sol bud nahiyəsinin üzərində zədə olduğunu görmüş, həmin vaxt Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs arxa sağ cibindən çıxardığı bıçaqla onun sol bud nahiyəsinə xəsarət yetirmiş, lakin, Təqsirləndirilən şəxs əllərindən tutaraq saxladığı üçün o, bir daha Zərərçəkmiş şəxs xəsarət yetirə bilməmişdir. Həmçinin, avtomobilin arxa qapısını açdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müqavimət göstərmiş, belə ki, Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxs hər iki əl nahiyəsindən tutub çətinliklə onu saxlamış, daha sonra onlar Təqsirləndirilən şəxs bir daha sakitləşdirib Ağdaş RPŞ-nə gətirmiş, Ağdaş RPŞ-nın növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə hal şahidləri və vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi əşya və müəyyən məbləğdə pullardan başqa heç nə aşkar olunmamış, bundan başqa bildirmişdir ki, o, adıçəkilən polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə gətirən zaman Ağdaş RPŞ DYPB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ- 2101 markalı avtomobil Ağdaş RPŞ-nə gətirilmiş, Ağdaş RPŞ-də Təqsirləndirilən şəxs avtomobilinə hal şahidləri və müdafiəçinin işitrakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus avtomobilin qoltuq altı hissəsindən 01 (bir) ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan sellofan büküm və avtomobilin arxa oturacağından qolsuz qış gödəkçəsinin cibindən isə 01 (bir) ədəd içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi olan gümüşü büküm və 01 ədəd şüşə lampa aşkar olunmuş, həmçinin, Ağdaş RPŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs əlindən aldığı 01 ədəd qara rəngli qatlanan bıçağı hal şahidlərinin iştirakı ilə Ağdaş RPŞ-də aparılan araşdırmaya təqdim etmişdir. 30 noyabr 2019-cu il tarixdə saat təxminən 10 radələrində FİAT DOBLO markalı xidməti avtomobilin ön hissəsində oturduğu üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını görməmiş, lakin, Təqsirləndirilən şəxs avtomobildə olarkən mütəmadi olaraq baş nahiyəsini avtomobilin dəmir hissələrini vurmuş, ucadan səs-küy salmış, təpiklə avtomobilin arxa qapısına vurmuşdur. Odur ki, həmin vaxt arxaya çönüb baxdıqda onun qeyd edilən hərəkətlərini görmüş, həmçinin, Təqsirləndirilən şəxs sağ əl nahiyəsindən bıçağı almağa çalışarkən o, barmaqlarını sıxaraq bıçağı vermək istəməmiş, bundan əlavə, Təqsirləndirilən şəxs avtomobildə olarkən həmin bıçaqla özünə xəsarət yetirməsini və ya buna cəhd etməsinidə görməmişdir. Təqsirləndirilən şəxs 30 noyabr 2019-cu il tarixdə saat təxminən 10 radələrində “Fiat Doblo” markalı xidməti avtomobilin arxa hissəsində olarkən ucadan səsküy salmış, avtomobilin arxa hissəsində olan qapıya təpik vurmuş, baş nahiyəsini avtomobilin dəmir hissələrinə vurmuş, onu buraxmaqlarını bildirmişdir. Həmçinin, həmin gün ilkin olaraq Ağdaş şəhərində qeyd edilən əraziyə gəldikdən sonra həmin vaxt Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşları ilə mübahisə edib, səs-küy saldığı üçün həmin vaxt orada qarışıqlıq olmuş, odur ki, hadisə yerində olarkən o, orada hər hansı bir sellofan büküm görməmiş və bu barədə Ağdaş RPŞ-nin DYPB-nin əməkdaşlarından heçnə eşitməmişdir. Onun Təqsirləndirilən şəxsla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamış, onu əvvəllər Ağdaş şəhər sakini kimi üzdən tanımış, lakin onunla heç bir münasibəti və şəxsi tanışlığı olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXT-nin polis nəfərləri Şahid5 və Elçin Cəfərov Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X22 oğlu ifadəsində bildirmişdir ki, 30 noyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri ərazisində DYPB-nin əməkdaşları tərəfindən idarə etdiyi qırmızı rəngli VAZ-2101 markalı **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkət edərkən saxlanıldıqdan sonra polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından oraya köməyə gələn Ağdaş RPŞ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş, bu zaman DYPBnin əməkdaşı Şahid4 tərəfindən RPŞ-nin rəisinə Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasında şübhəli olması barədə raport verilmiş və rəis tərəfindən müvafiq tədbirin keçirilməsi ona həvalə edilmiş, bundan sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5, Ağdaş RPŞ-nə dəvət edilmiş iki nəfər hal şahidlərinin və Müdafiəçi iştirakı ilə saat 11:30-da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymaq təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində 5 ədəd saqqız olan sellofan kisəni, sol cibindən isə 01 ədəd boş sellofan kisəni və 01 ədəd saqqızı masanın üzərinə qoymuş, həmçinin, Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol yan cibindən 04 ədəd 1 manatlıq, 01 ədəd 50 manatlıq pul əskinazını masanın üzərinə qoymuş, həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç döş cibindən bir ədəd qara rəngli siqaret qutusu aşkar edilmiş, siqaret qutusu açıldıqda içərisində siqaret dənələri aşkar olunmuş, qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heç nə aşkar edilməmiş, aşkar olunan əşyalar və pul əskinazlarınınfotoşəkilləri çəkilərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o və şəxsi axtarışda iştirak edən digər şəxslər həmin protokolu öz imzaları ilə təsdiq etmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, daha sonra onun və Sübhan Tağıyevin, hal şahidlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə Ağdaş RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli VAZ-2101 markalı **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə saat 12:00-da baxış keçirilmiş, baxış zamanı qeyd edilən avtomobildə olan qısaqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş büküm, həmçinin avtomobilin qoltuqaltı hissəsindən 01 ədəd sellofan kisə və 01 ədəd başı qırılmış şüşə lampa aşkar olunmuş, 01 ədəd kağız büküm və 01 ədəd sellofan kisə açıldıqda içərisində kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar olunmuş, daha sonra 01 ədəd sellofan kisə və 01 ədəd gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkilmiş,01 ədəd sellofan kisənin çəkisi 7,23 qram, 01 ədəd gümüşü rəngli kağız bükümün çəkisi isə 0,12 qram olmuş, həmçinin, aşkar edilmiş 01 ədəd şüşə lampanın içərisində qara rəngli dənəcəiklər olmuş, 01 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd sellofan kisə və 01 ədəd şüşə lampa 01 ədəd zərfə qablaşdırıldı, iştirakçılar tərəfindən həmin zərf imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürlənmiş, həmçinin, avtomobilə baxış zamanı avtomobildən 01 ədəd mobil telefonun cərəyan naqili, 01 ədəd 100 ABŞ dollarının surəti, 01 ədəd dəftər, 01 ədəd alışqan, 01 ədəd qayçı, 01 ədəd ətir, 03 ədəd Kazbek markalı siqaret dənəsi, fındıq, mandarin və 01 ədəd su şüşəsi aşkar olundu.İş üçün əhəmiyyət kəbs etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs avtomobilindən qeyd edilənlərdən başqa heçnə aşkar olunmamış, aşkar olunan əşyalaların, bükümlərin, şüşə lampanın fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və baxışda iştirak edən digər şəxslər həmin protokolu imzaları ilə təsdiq etmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla da heç bir münasibəti olmamış, Təqsirləndirilən şəxs baxış zamanı hadisə yerində atdığı narkotik vasitənin ona məxsus olduğunu, avtomobildə aşkar edilmiş narkotik vasitənin isə ona aid olmadığını bildirmiş, əlavə olaraq isə bu barədə heçnə bildirməmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etdiyini əvvəllərdə eşitmiş, bu barədə onda əməliyyat məlumatları olsa da, həmin məlumatların yoxlanılmasını realizə etmək mümkün olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X2 Bəkirovun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 Həmdiyyə oğlu ifadəsində bildirmişdir ki, 30 noyabr 2019-cu il tarixdə saat 11:20-də Ağdaş rayon polis şöbəsinin qarşısından keçmiş,polis şöbəsinin qarşısında keçən zaman polis əməkdaşları mənə yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinin növbətçi hissəsində bir nəfər şəxsin üzərində şəxsi axtarış aparacaqlarını və avtomobilinə baxış keçirəcəklərini bildirib, həmin şəxsi axtarışda və baxışda hal şahidi kimi iştirak etməyini təklif etmiş,o, polis əməkdaşlarının dediklərinə etiraz etməyib könüllü olaraq Ağdaş RPŞ-nin növbətçi hissəsinə gəlmiş, bundan sonra polis şöbəsində növbətçi hissədə sonradan adını bildiyi və əvvəllərdə heç bir zaman görmədiyi Təqsirləndirilən şəxs adlı şəxsin üzərində şəxsi axtarış aparılmış,Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Ağdaş RPŞ-nin növbətçi hissəsində o, məndən başqa bir nəfər tanımadığı hal şahidi kimi dəvət edilmiş şəxs və polis əməkdaşları olmuş,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymaq təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində 5 ədəd saqqız olan sellofan kisəni, sol cibindən isə 01 ədəd boş sellofan kisəni və 01 ədəd saqqızı masanın üzərinə qoymuş, həmçinin, Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol yan cibindən 04 ədəd 1 manatlıq, 01 ədəd 50 manatlıq pul əskinazını masanın üzərinə qoymuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç döş cibindən bir ədəd qara rəngli siqaret qutusu aşkar edilmiş, siqaret qutusu açıldıqda içərisində siqaret dənələri aşkar olunmuş, qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heçnə aşkar edilməmiş, aşkar olunan əşyalar və pul əskinazlarınınfotoşəkilləri çəkilərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və şəxsi axtarışda iştirak edən digər şəxslər həmin protokolu öz imzaları ilə təsdiq etmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, daha sonra polis əməkdaşlarının, onun və digər hal şahidinin, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə Ağdaş RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2101 markalı **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı qeyd edilən avtomobildə olan qısaqol qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş büküm, həmçinin avtomobilin qoltuqaltı hissəsindən 01 ədəd sellofan kisə və 01 ədəd başı qırılmış şüşə lampa aşkar olunmuş, 01 ədəd kağız büküm və 01 ədəd sellofan kisə açıldıqda içərisində kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar olunmuş, daha sonra 01 ədəd sellofan kisə və 01 ədəd gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkilmiş, 01 ədəd sellofan kisənin çəkisi 7,23 qram, 01 ədəd gümüşü rəngli kağız bükümün çəkisi isə 0,12 qram olmuş, həmçinin, aşkar edilmiş 01 ədəd şüşə lampanın içərisində qara rəngli dənəciklər olmuş, 01 ədəd gümüşü rəngli kağız büküm, 01 ədəd sellofan kisə və 01 ədəd şüşə lampa 01 ədəd zərfə qablaşdırılmış, iştirakçılar tərəfindən həmin zərf imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürlənmiş, həmçinin, avtomobilə baxış zamanı avtomobildən 01 ədəd mobil telefonun cərəyan naqili, 01 ədəd 100 ABŞ dollarının surəti, 01 ədəd dəftər, 01 ədəd alışqan, 01 ədəd qayçı, 01 ədəd ətir, 03 ədəd Kazbek markalı siqaret dənəsi, fındıq, mandarin və 01 ədəd su şüşəsi aşkar olunmuş ,iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs avtomobilindən qeyd edilənlərdən başqa heçnə aşkar olunmamış, aşkar olunan əşyalaların, bükümlərin, şüşə lapmpanın fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və baxışda iştirak edən digər şəxslər həmin protokolu imzaları ilə təsdiq etmişlər. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla da heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Mustafayev X3 İlyas Həmdiyyə oğlunun izahatına oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 30.11.2019-cu il tarixli 619 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisində bir ədəd gümüş-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0.10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7.21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə lampadan aşkar edilmiş cuzi miqdarda olan maddə hissəcikləri heroin hissəcikləridir, həmin lampada olan heroin hissəcikləri cuzi miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ekspertiza tədqiqinə 0.04 qıram marixuana sərf edilmişdir. Ekspertiza tədqiqindən sonra qalıq marixuananın miqdarı 7.27 qıram təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2020-ci il tarixli 15 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının və X9 tərəfindən verilmiş 30 noyabr 2019-cu il tarixli 623 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət- sol budun ortası 1/3-nin ön səthinin sıyrığı, iti uclu alət (ola bilər bıçağın ucu)təsirindən törənmiş, törənmə müddəti 30 noyabr 2019-cu il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli 30510/30511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq- kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin, o cümlədən, təqdim edilmiş bıçağın və ona bənzər xassəli hər hansı bir alətin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş şalvarın səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş şalvarın material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilmə-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək TQ-nun baş təhqiqatçısı, polis mayoru Rəşid Musayev tərəfindən 30.11.2019-cu il tarixdə saat 11:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 02 noyabr 2019-cu il tarixli barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315.1 və 234.1-ci maddələrinin tərkibi olduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1 və 234.1-ci maddələrinə tövsüf edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən ”həbs” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315.1 və 234.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs cinayət əməli ibditai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 315.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla onun üzərində qəti cəza təyin edilməlidir. Cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə cinayət qanunu normalarının yuxarıda göstərilən tələblərinə əsaslanaraq və iş materialları ilə müəyyən olunmuş həm yuxarıdakı halları, həm də zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, işdə cəzanı ağırlaşdıran halların olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və həmin yüngülləşdirici halları müstəsna hal hesab edərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 315.1-ci maddəsində müəyyən olunmuş azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin olunmasını mümkün, cəzanın məqsədinə müvafiq və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 315.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını müstəsna hallar kimi nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 315.1 –ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzadan daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin olunmasını, eləcə də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış, Ağdaş rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd sellofan kisədə təmiz çəkisi 7.21 qram, 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0.10 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd qara rəngli qatlanan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və Zərərçəkmiş şəxs əynində olmuş xidməti polis forması olan 01 ədəd qara rəngli şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 235 manat 91 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 noyabr 2019-cu il tarixdə 10 mart 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 ay 10 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək Ağdaş rayonu, Məşəd küçəsində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqvəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut, Ağdaş rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd sellofan kisədə təmiz çəkisi 7.19 qram, 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0.08 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd qara rəngli qatlanan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Zərərçəkmiş şəxs əynində olmuş xidməti polis forması olan 01 ədəd qara rəngli şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 235 manat 91 qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar