Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-24/2022 09.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X3 Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Zərdab rayonu, Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi təsərüfatla məşğul olan, Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 mart 2022-ci il tarixdə saat 11:40-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 234.1 və 296.2-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən “Üveys Baba” ziyarətgahı kimi tanınan yerdə molla işləyən Şahid1 və Şahid2 cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq məqsədilə 2021-ci ilin avqust ayının sonlarında satış məqsədi olmadan qanunsuz olaraq Zərdab rayonu, Bıçaqçı kəndində yerləşən meşə sahəsində yabanı halda bitmiş çətənə kollarının hissələrindən yığaraq qurutmaqla əldə edərək kustar üsulla hazırlayıb saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01(bir) ədəd şəffaf sellofan torbada açıq vəziyyətdə - 13,18 qram və 10(on) ədəd kibrit qutusunda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 1,68 qram, 2,47 qram, 1,78 qram, 2,10 qram, 1,86 qram, 1,94 qram, 1,68 qram, 1,86 qram, 1,79 qram və 1,89 qram, ümumi təmiz çəkisi – 32,23 qram narkotik maddə olan marixuananı daşıyıb Ağdaş rayon, Xınaxlı kəndi ərazisində yerləşən “Üveys Baba” ziyarətgahında talvarın arxasında yerləşən cənazənin daşınması üçün istifadə olunan taxtadan düzəldilmiş mafanın altına qoyaraq süni ittiham sübutları yaratmaqla 01 sentyabr 2021-ci il tarixdə yaşadığı Zərdab rayonu, Bıçaqçı kəndində yerləşən evində olarkən Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunda yaradılan “802 qaynar xətt” telefon xidmətinə zəng edib “Üveys Baba” ziyarətgahı kimi tanınan yerdə molla işləyən Şahid1 və Şahid2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat verməklə cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmiş, Zərdab rayon Polis Şöbəsinin əməkdaşlarının 09 sentyabr 2021-ci il tarixdə, saat 11:23 dəqiqədə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs “Üveys Baba” ziyarətgahında mafanın altında gizlətdiyi həmin, ümumi təmiz çəkisi – 32,23 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində, Zərdab rayonu, Bıçaqçı kəndində qeydiyyatda olmaqla həyat yoldaşı Şəlalə Xasıyeva, oğlu Zaur Rafiqoğlu və qızı Bədircahan Rafiqzadə ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşadığını, kənd ərazisində özünə məxsus kiçik fərdi təsərrüfatla məşğul olduğunu, eyni zamanda qonşu rayonlar olan Ağdaş, Yevlax və Mingəçevir şəhərlərinə müştəri daşımaqla taksi fəaliyyəti ilə məşğul olduğunu, həmkəndliləri olan Şahid1 və Şahid2 onun qızı Bədircahan Rafiqzadənin şəkillərini montaj edib yaymaqla ailəsindən boşanmağına səbəb olduğu üçün Daxili İşlər Nazirliyinə müraciət etdiyini, müraciəti əsasında araşdırma aparıldığını, araşdırmanın nəticəsində qəbul edilmiş qərardan narazı qaldığını, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmədiyini görüb həmin şəxsləri ifşa etmək üçün uzun müddətdir ki, yollar axtardığını, yaşadığı kənd ərazisində yerləşən meşə sahəsində yabanı halda bitən narkotik tərkibli marixuananın olduğunu təxmin etdiyi üçün təxminən avqust ayının 27-də özünə məxsus velosiped ilə meşəyə getdiyini, orada 2 saata yaxın müddət axtardıqdan sonra təzə əkilmiş qovaq ağaclarının yanında yabanı halda bitmiş, təxminən uzunluğu 40- 50 sm olan 2(iki) ədəd ağac olduğunu aşkar etdiyini, həmin ağacları kökündən çıxarıb, sellofan torbaya yarpaqlarını təmizləyib, kimsənin görməməsi üçün çubuqları yaxınlıqda olan “Kür” çayına atdığını, onları quruması üçün sellofan torbaya yığıb orada kolluğa atdığını, 2 gün sonra 29-30 avqust 2021-ci il tarixdə günorta saatlarında yaşadığı kənd ərazisində meşəyə gedib özü ilə götürdüyü 10(on) ədəd kibrit qutusuna sellofanda qurutduğu marixuananı doldurduğunu, sellofonda qalan bir miqdar marixuananı isə qablaşdırmadığını və açıq vəziyyətdə saxladığını, daha sonra 10 ədəd kibrit qutusunu da sellefon torbaya qoyub, papaq kimi istifadə etdiyi “Panama” papağının altında gizlədərək, günorta saat 14 radələrində yaşadığı evə gətirdiyini və onları həyətdəki parnik örtüyünün yanında gizlətdiyini, kənd ərazisində və yaşadığı evdə həmin gizlətdiyi narkotik tərkibli bitkiləri heç bir şəxsin görmədiyini, axşam saat 19 radələrində, yəni gün batımı vaxtı həmin narkotik vasitələrini götürüb özünə məxsus “VAZ-2107” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş rayon, Xınaxlı kənd ərazisində yerləşən, “Üveys Baba” ziyarətgahı kimi tanınan Şahid1 molla kimi işlədiyi əraziyə getdiyini, özünün ora gedən zaman orada heç bir şəxs olmadığını, orada özü ilə gətirdiyi içərisində 10(on) ədəd marixuana ilə qablaşdırılmış kibrit qutusu və açıq halda olan sellofan torbanı gizlətmək üçün namaz qılınan otağın qarşısında qazıb basdırmağı fikirləşdiyini, lakin yaxınlıqdakı navesin arxasında olan tabutun altında gizlətməyə qərar verərək ora yerləşdirdiyini, gizlətməkdə məqsədinin onları sonradan polis orqanına məlumat verərək ifşa etmək olduğunu, bu barədə təxminən 2 gün sonra televiziya proqramlarında gördüyü “802” çağrızəng mərkəzinə məlumat versə də, heç bir müsbət cavab ala bilmədiyini, 09 sentyabr 2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evdə olan zaman yaşadığı evin həyətyanı sahəsinin giriş darvazasının döyüldüyünü eşidib darvazaya yaxınlaşdığını, orada 4 nəfər şəxsin olduğunu gördüyünü, onlar xidməti vəsiqələrini təqdim edərək Zərdab rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını deyib, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, yaşadığı fərdi yaayış evinə, evin həyətindəki yardımçı tiklilərə və həyətyanı sahəyə daxil olma və baxış keçirilməsi barədə Zərdab rayon Məhkəməsinin qərarı ilə onu tanış etdiklərini, özünün də heç bir etiraz etmədiyini və artıq onun narkotik vasitə saxladığını bildiklərini düşündüyündən, onlara yaşadığı evdə narkotik vasitə olmadığını, Ağdaş rayonu, Xınaxlı kənd ərazisində yerləşən “Üveys Baba” ziyarətgahında gizlətdiyini bildirdiyini, polis əməkdaşlarının da məhkəmə qərarı əsasında yaşadığı evə daxil olub axtarış keçirdiklərini, lakin yaşadığı evdə heç bir cinayət xarakterli əşya, predmet və narkotik vasitə aşkar edilmədiyini, daha sonra onun əvvəl bildirdiyi Ağdaş rayon, Xınaxlı kənd ərazisində yerləşən, “Üveys Baba” ziyarətgahına getdiklərini, orada polis əməkdaşlarının iştirakı ilə və videoçəkilişlə tabutun altında gizlətdiyi 10(on) ədəd qablaşdırılmış kibrit qutusu və açıq halda olan sellofan torbada olan narkotik vasitə aşkar edildiyini və qablaşdırılaraq götürüldüyünü, bu barədə tərtib olunmuş protokolu digər iştirakçılar kimi özünün də imzaladığını, daha sonra onu Zərdab rayon Polis Şöbəsinə gətirdiklərini, şöbədə seçdiyi vəkilin və onu gətirən polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış keçiriləcəyini, üzərində hər hansı cinayət xarakterli əşya varsa təqdim etməli olduğunu bildirdiklərini, üzərinə şəxsi axtarış həyata keçirilməsinə etiraz etmədiyini, bundan sonra üzərində həyata keçirilən axtarış zamanı üzərində olan 1(bir) ədəd cib dəsmalı, 1(bir) ədəd təsbeh, 1(bir) paçka siqaret, 1(bir) ədəd alışqan və 29 manat puldan başqa üzərindən heç bir narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar olunmadığını, bununla bağlı tərtib olunan protokolu bütün iştirakçılar kimi özünün də imzaladığını, əvvəllər heç vaxt heç kimə narkotik vasitə satmadığını, narkoman kimi qeydiyyatda olmadığını və heç vaxt da narkotik vasitə istifadə etmədiyini, Şahid2 onun qızının şəkillərini montaj edib, şəkilləri yayıb şantaj edərək ailəsindən boşanmağına səbəb olduğu üçün onları ifşa etmək məqsədi ilə Ağdaş rayon, Xınaxlı kənd ərazisində yerləşən, “Üveys Baba” ziyarətgahındakı tabutun altında gizlətdiyini, 802 xidməti zəng mərkəzinə özü ilə gətirdiyi içərisində 10(on) ədəd kibrit qutusuda qablaşdırılmış və açıq halda olan sellofan torbada olan marixuananı Ağdaş rayon, Xınaxlı kəndində yerləşən “Üveys baba” ziyarətgahı kimi tanınan və Şahid1 molla kimi işlədiyi ərazidə talvarın arxasında yerləşən tabutun altında gizlətdikdən təxminən 2 gün sonra, 31 avqust – 1 sentyabr arası dəqiq yadında qalmayan tarixdə səhər saat 11 radələrində öz istifadəsində olan mobil telefonla yaşadığı Zərdab rayon, Bıçaqçı kəndində yerləşən evində olarkən məlumat verdiyini, məqsədi Şahid1 və Şahid2 ifşa olunması və cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq olduğunu, 802 zəng mərkəzinə zəng edərək özünü təqdim etdiyini, sonra isə Şahid1 və Şahid2 narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasını bildirdiyini, Ağdaş rayon, Xınaxlı kənd ərazisində yerləşən, “Üveys Baba” ziyarətgahındakı tabutun altında narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Şahid1 və onun oğlu Şahid2 oraya qoyduğunu, sonuncular ilə aralarında ədavət olsa da hazırda ailəsini pis vəziyyətdə qoyduğunu düşündüyündən etdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində Zərdab rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2ğını, 2014-cü il tarixdən Daxili işlər orqanlarında, 2020-ci ilin noyabr ayının 10-dan Zərdab rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, polis baş leytenantı olduğunu, Zərdab rayon Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs Bıçaqçı kəndində yerləşən fərdi yaşayış evində, evinin həyətindəki, yardımçı tikililərdə və həyətyanı sahədə qanunsuz olaraq narkotik vasitələr saxlaya biləcəyi ehtimalını nəzərə alaraq Zərdab rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 5(035)-48/2021 nömrəli qərarına əsasən 09 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Zərdab rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkilləri polis leytenantı Şahid5, polis baş leytenantı Şahid4 və Zərdab rayon Polis Şöbəsinin KTQnın baş inspektor kiriminalisti, polis leytenantı Vahid Xəlilovla birlikdə Zərdab rayon Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs Bıçaqçı kəndində yerləşən fərdi yaşayış evində, evinin həyətindəki, yardımçı tikililərdə axtarış və götürmə həyata keçirildiyini, axtarış zamanı Zərdab rayonu, Bıçaqçı kənd sakini Təqsirləndirilən şəxs Bıçaqçı kəndində yerləşən fərdi yaşayış evində, evinin həyətindəki, yardımçı tikililərdə və həyətyanı sahəsinə baxış zamanı narkotik vasitə, heç bir cinayət xarakterli əşya və predmet aşkar edilmədiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadıqları kənd ərazisində meşə zolağından təbii halda bitən narkotik tərkibli bitkini yığıb qurdurub Ağdaş rayonu, Xınaxlı kənd ərazisində yerləşən “Üveys baba” ziyarətgahı kimi tanınan yerdə gizlətdiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxslə birlikdə Ağdaş rayonu, Xınaxlı kənd ərazisində yerləşən “Üveys baba” ziyarətgahı kimi tanınan yerə getdiklərini, Təqsirləndirilən şəxs “Üveys baba” ziyarətgahı kimi tanınan yerdə tabutun altında gizlətdiyi özünə məxsus 01(bir) ədəd sellofan torbada açıq vəziyyətdə və 10(on) ədəd kibrit qutularında qablaşdırdığı ümumilikdə 65 qram yaşımtıl rəngli spesifik iyə malik narkotik vasitə aşkar edilərək götürülərək qablaşdırılıb möhürləndiyini, əvvəllər Təqsirləndirilən şəxs tanımadığını, onunla da heç bir münasibəti olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid4 və Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Zərdab rayonu, Bıçaqçı kəndində arvadı Ülviyyə Səmədova və oğlu Ziyəddin Səmədovla birlikdə yaşadığını, digər oğlu Şahid2 evləndiyi üçün babası Məzahir Səmədovun yanında yaşadığını, təxminən 5 ildən çox müddətdə Ağdaş rayonu, Xınaxlı kəndində yerləşən “Üveys baba” adlanan ziyarətgahda könüllü olaraq işlədiyini, əvvəllər həmin ziyarətgahda atası Məzahirin işlədiyini, sonradan atası qocaldığı üçün ziyarətgahda həm gözətçilik, həm də təmizlik etməyə başladığını, Təqsirləndirilən şəxs əvvəllər də tanıdığını, onunla ədavəti və ya düşmənçiliyi olmadığını, 2018-ci ildə oğlu X13 çayına yıxılaraq boğulub vəfat etdiyini, oğlunun vəfat etməsində həmin vaxtı yanında olmuş Rafiqin qohumundan şübhələndiyini, bu barədə rayon prokurorluğunda araşdırma aparılıb qərar da qəbul edildiyini, bundan sonra Rafiqin onunla düşmənçilik etməyə başladığını, yalandan polisə şikayət edərək oğlu İsaqın guya onun qızının şəkillərini montaj edərək yaymasını və camaat içərisində adını çıxartmasını dediyini, dəfələrlə ondan polisə və digər hüquq-mühafizə orqanlarına yalandan narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu, işlədiy ziyarətgahda narkotik vasitə əkdiyi barədə şikayət etdiyini, hər dəfəsində də polislər gələrək baxış keçirib yalan məlumat olduğunu aşkar etdiklərini, sonuncu dəfə 09 sentyabr 2021-ci il tarixdə, saat 10 radələrində Zərdab RPŞ-nin əməkdaşları ziyarətgaha gələrək axtarış aparmağa başladığını, ziyarətgahda girişdə sol tərəfdə yerləşən navesin altında tabutun içində bağlamada narkotik vasitə aşkar etdiklərini, polislərə nə məsələ olduğunu soruşanda onunla əlaqəli olmadığını dediklərini, bir qədər sonra Təqsirləndirilən şəxs özünün həmin yerə narkotik vasitəni gizlətməklə onu və oğlunu şərləyərək tutdurmaq istədiyini öyrəndiyini, polis əməkdaşları video çəkilişlə narkotik vasitənin tapıldığı yeri çəkərək getdiklərini, onlarla birgə Təqsirləndirilən şəxs də gəldiyini, Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərinin tamamilə yalan və şər olduğunu, nə o, nə də oğlu narkotik vasitə istifadəçisi olmadığını, nə də ki əkmədiyini, Rafiqin qızının şəkillərini yayan da başqa kənd sakini olduğunu, bununla bağlı polisdə araşdırma da aparıldığını, lakin Rafiq onların ailəsi ilə düşmənçilik edərək pislik etməyə çalışdığını, yalan məlumat verdiyinə görə Rafiqin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Zərdab rayon Məhkəməsinin 5(035)-48/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərarına əsasən 09 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərdab rayonu, Bıçaqçı kəndində yerləşən fərdi yaşayış evinə, evin həyətindəki yardımçı tikililərə və həyətyanı sahəyə baxış keçirilmiş heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən “Üveys Baba” ziyarətgahında gizlətdiyini etiraf etməsi ilə bağlı sonuncunun iştirakı ilə Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən “Üveys Baba” ziyarətgahında gizlətdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs “Üveys Baba” ziyarətgahında mafanın altında gizlətdiyi 01(bir) ədəd şəffaf sellofan torbada açıq vəziyyətdə və 10(on) ədəd kibrit qutularında qablaşdırdığı, ümumilikdə 65 qram narkotik vasitəyə bənzər yaşıl rəngli, spesifik iyli kütlələr aşkar edilərək qablaşdırıb götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 10.09.2021-ci il tarixli 17/678 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs fərdi yaşayış evinə və qeyd etdiyi ... 15 qrama qədər sellofan paketdə, ümumilikdə isə içərisində 10 kibrit qutusu ilə birlikdə 65 qram ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada açıq vəziyyətdə və 10 (on) ədəd kibrit qutularında, müvafiq olaraq ayrı ayrılıqda təmiz çəkiləri 13.18 qram, 1.68 qram, 2.47 qram, 1.78 qram, 2.10 qram, 1.86 qram, 1.94 qram, 1.68 qram, 1.86 qram, 1.79 qram və 1.89 qram, ümumi təmiz çəkiləri – 32.23 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbada açıq vəziyyətdə və 10 (on) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 1411 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 11.09.2021-ci il tarixli 05-547 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Zərdab RMX” PHŞ-nin Poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri və narkoloji xəstəlikləri ilə dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərdab RİHB-nın Bıçaqçı kənd İƏDÜ nümayəndəliyinin 96 saylı, 10 sentyabr 2021-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs arvadı X5, qızı X1 və oğlu X7 ilə birlikdə Zərdab rayonu, Bıçaqçı kəndində yaşadığı göstərilmişdir. Eyni zamanda təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə barəsində icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olunmadığı göstərilmişdir. Cinayət işinə əlavə edilmiş 16 sentyabr 2021-ci il tarixdə Ağdaş RİHB-nın Kotavan kənd İƏDÜ nümayəndəliyindən alınmış məktubunda “Üveys Baba” ziyarətgahının Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşməsi göstərilmişdir. Cinayət işinə əlavə edilmiş 09.09.2021-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə, saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 11.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 11.09.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saat 12:40-da Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, axtarış və götürmə protokolu, ifadələrin yerində yoxlanması protokolu, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir ki, xx.xx.1972-ci ildə Zərdab rayonu, Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, evli orta təhsilli, əvvələr məhkum olunmamış, taksi fəaliyyəti ilə məğul olan Təqsirləndirilən şəxs Ağdaş rayonu, Xınaxlı kəndi ərazisində yerləşən “Üveys Baba” ziyarətgahı kimi tanınan yerdə molla işləyən Şahid1 və Şahid2 cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq məqsədilə 2021-ci ilin avqust ayının sonlarında satış məqsədi olmadan qanunsuz olaraq Zərdab rayonu, Bıçaqçı kəndində yerləşən meşə sahəsində yabanı halda bitmiş çətənə kollarının hissələrindən yığaraq qurutmaqla əldə edərək kustar üsulla hazırlayıb saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01(bir) ədəd şəffaf sellofan torbada açıq vəziyyətdə - 13,18 qram və 10(on) ədəd kibrit qutusunda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 1,68 qram, 2,47 qram, 1,78 qram, 2,10 qram, 1,86 qram, 1,94 qram, 1,68 qram, 1,86 qram, 1,79 qram və 1,89 qram, ümumi təmiz çəkisi – 32,23 qram narkotik maddə olan marixuananı daşıyıb Ağdaş rayon, Xınaxlı kəndi ərazisində yerləşən “Üveys Baba” ziyarətgahında talvarın arxasında yerləşən cənazənin daşınması üçün istifadə olunan taxtadan düzəldilmiş mafanın altına qoyaraq süni ittiham sübutları yaratmaqla 01 sentyabr 2021-ci il tarixdə yaşadığı Zərdab rayonu, Bıçaqçı kəndində yerləşən evində olarkən Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunda yaradılan “802 qaynar xətt” telefon xidmətinə zəng edib “Üveys Baba” ziyarətgahı kimi tanınan yerdə molla işləyən Şahid1 və Şahid2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat verməklə cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmiş, Zərdab rayon Polis Şöbəsinin əməkdaşlarının 09 sentyabr 2021-ci il tarixdə, saat 11:23 dəqiqədə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs “Üveys Baba” ziyarətgahında mafanın altında gizlətdiyi həmin, ümumi təmiz çəkisi – 32,23 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək hazırlayıb saxlamaqla daşıyıb süni ittiham sübutları yaradaraq cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməklə Azərbaycan Respublikası CM-nin 234.1 və 296.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, həmin əməlləri törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbər xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 296.2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 09.09.2021-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, 11.09.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Zərdab rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 31,68 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi Abdulhüsen oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 25 (iyirmi beş) saat hüquqi xidmətə görə 150 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs oğlundan iş üzrə məhkəmə xərcləri olan 34.55 (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Zərdab, Ağdaş, Yevlax rayonlarının və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Zərdab rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zərdab rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 31,68 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs oğlundan iş üzrə məhkəmə xərci olan 34.55 (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş 25 saat hüquqi xidmətə görə 150 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-24/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-24/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver