Məhkəmə qərarları › İş №1(014)-24/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-24/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-24/2023 25.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ağdaş rayonu Gürcuva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdaş şəhəri Məşəd küçəsində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 yanvar 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 234.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,637 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ağdaş şəhəri Məşəd küçəsində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nə gətirilməklə Ağdaş RPŞ-nin Növbətçi Hissəsində xx.xx.2022-ci il saat 23:59-dan xx.xx.2022-ci il saat 00:11-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,637 qram olan həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində Ağdaş şəhəri Məşəd küçəsi ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirib onu Ağdaş RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmişdir. Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuş, daha sonra isə Ağdaş RPŞ-nin Növbətçi Hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd üzərinə “Prima” sözü yazılan içərisində siqaret dənələri olan siqaret qutusu, həmin qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, aşkar olunmuş 01 ədəd sellofan bükümdə kakos deyilən narkotik maddə olmasını, təxminən 2-3 gün öncə yaşadığı evə yaxın Məşəd küçəsindən siqaret qutusunun içərisindən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisi 1,8 qram olmuş, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd üzərinə “Prima” sözü yazılmış siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdaş rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Məşəd kəndində qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Nüsrətin Ağdaş şəhəri Məşəd küçəsində piyada hərəkətdə olmasını görmüşlər. Həmin zaman Nüsrətə yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Nüsrəti RPŞ-nə dəvət etmişlər, Nüsrət də onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmişdir. RPŞ-də Nüsrətə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin Növbətçi hissəsində Nüsrətin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Nüsrətin əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd üzərinə “Prima” sözü yazılan içərisində siqaret dənələri olan siqaret qutusu, həmin qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunmuşdur. Nüsrət üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə kakos deyilən narkotik maddə olmasını, təxminən 2-3 gün öncə yaşadığı evə yaxın Məşəd küçəsindən siqaret qutusunun içərisindən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisi 1,8 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulmuşdur, Nüsrət və digər iştirakçılar həmin zərfə imza etmişlər. Həmçinin şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd üzərinə “Prima” sözü yazılmış siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Nüsrətin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olduğunu göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 23:59-dan saat 00:11-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcənin sol yan cibindən 01 ədəd üzərində “Prima” sözü yazılmış içərisində siqaret dənələri olan siqaret qutusu, həmin qara rəngli qış gödəkcəsinin sağ yan cibində 01 ədəd sellofan büküm askar olunmuş. Aşkar olunmuş 01 ədəd sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, daha sonra aşkar edilmiş həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1.8 qram olmuş, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcənin sol yan cibindən aşkar edilmiş 01 ədəd üzərində “Prima” sözü yazılmış siqaret qutusu, iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/818 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-1,637 qram olan maddə kustar üsulla hazırlnamış narkotik vasitə -heroindir. Heroin- 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərizəsində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir(İ siyahı). Heroinin təmiz çəkisi-1.637 qram, cəmi tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,587 qram. Aparılmış ekspertizanın dəyəri 69.10 (altmış doqquz manat on qəpik) təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1911 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 03 ay azadlıqdan məhrum etmə cəzası verilmiş və xx.xx.2012-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlıqdan məhrum etmə cəzası verilmiş və xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası verilmiş və xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş və xx.xx.2021-ci il tarixdə Ağdaş RPŞ tərəfindən AR CM-nin 128-ci maddəsində göstərilən əməli törətməsinə görə ********* nömrəli sadələşdirilmiş icraat materialı üzrə məsuliyyətə cəlb edilmiş və xx.xx.2021-ci il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilib. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 dekabr 2022-ci il tarixli 2370 saylı arayışdan görünür ki, kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsində yaşamaqla, ailə tərkibi göstərilən şəxslərdən ibarətdir. Anası-X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/622-2- 2022-1121 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 noyabr 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 23:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin, tiryək və metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi heroin 0,15 qram, tiryək 0.5 qram və metamfetamin 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad etmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirləndirilən şəxsin şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri, məişətdə davranışı, məhkumluğu aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivini yaratmışdır ki, məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzalarını çəkir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 01 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, cəza çəkdiyi müddətdə məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 1,587 qram heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə 84 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin, cəza çəkdiyi müddətdə məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 1,587 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə 84 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar