Məhkəmə qərarları › İş №1(014)-24/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-24/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-24/2025 19.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X29 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X20, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Qəbələ Rayon Məhkəməsinin 17 oktyabr 2024cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X10 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 178.2.2, 178.2.4, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayının əvvəllərində Qəbələ şəhərində yerləşən avtomobil təkəri təmiri sexində Zərərçəkmiş şəxs1 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə ölkə xaricindən ona ilkin ödənişi olunmaqla aylıq kreditə 10000 manat qarşılığında “Ford” markalı minik və 12500 manat qarşılığında “Ford” markalı yük avtomobilləri alıb gətirəcəyi imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra onun ümumilikdə 22500 manat pulunu istəyib, həmin pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə 2023-cü ilin oktyabr ayının sonlarında 1700 manat, həmin ilin noyabr ayının sonlarında 1000 manat, həmin ilin dekabr ayının sonlarında 700 manat pulu Qəbələ rayonu, Kürd kəndi ərazisində alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 vahid niyyətlə 3400 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda, yəni 22500 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin may ayının əvvəllərində və avqust ayında Qəbələ rayonu, Kürd kəndi ərazisində Zərərçəkmiş şəxs3 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə qızı X17 rayonu ərazisində yerləşən X22 və X18 fakültəsinə tələbə kimi qəbul etdirməsi imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra 1000 manat, tanışlarının vasitəsi ilə Almaniya Federativ Respublikasından ona ilkin ödənişi olunmaqla aylıq kreditə “Mercedes Benz E240” markalı minik avtomobili alıb gətirəcəyi imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra 12000 manat olmaqla ümumilikdə 13000 manat pulunu istəyib, həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs3 aldadıb etibarından sui-istifadə etməklə 2024-cü ilin may ayının ortalarında 1000 manat, 13 avqust 2024-cü il tarixdə 1000 manat pulu Qəbələ rayonu, Kürd kəndi ərazisində alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 vahid niyyətlə ümumilikdə 2000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda, yəni 13000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin iyun ayının əvvəllərində Qəbələ rayonu, Kürd kəndi ərazisində Zərərçəkmiş şəxs2 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə sonuncunun qardaşı Xaqan Vəlixanova əlilliklə bağlı təqaüd düzəltdirəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra onun ümumilikdə 2000 manat pulunu istəyib, həmin pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə 06 iyun 2024-cü il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində 1000 manat pulu alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 məxsus 2000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin iyun ayının əvvəllərində Ağdaş şəhəri, M.İsayev küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Muğam” çay evində Zərərçəkmiş şəxs4 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə sonuncunun oğlu-Şahid4 Fövqəladə Hallar Nazirliyinin Ağdaş şəhərində yerləşən Ağdaş Rayon Dövlət X13 işə düzəldəcəyini inandırıb özünə qarşı inam yaratdıqdan sonra onun ümumilikdə 3000 manat pulunu istəyib, həmin pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif vaxtlarda Ağdaş-Zarağan avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən 1-ci kilometrliyində 500, 200, 800 manat pulu alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 vahid niyyətlə 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs4 məxsus 3000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin iyul və avqust ayları ərzində Qəbələ rayonu, Kürd kəndi ərazisində Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə sonuncunun arvadı X1 əlilliklə bağlı təqaüd düzəltdirəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 1500 manat, oğlu-Şahid2 Bakı şəhərində “Neft daşları”nda operator vəzifəsində işə düzəldəcəyini inandırıb özünə qarşı inam yaratdıqdan sonra 4000 manat, oğlu-Şahid2 Bakı şəhərində “Ağ şəhər”də ipoteka ilə ev alacağına inandırıb özünə qarşı inam yaratdıqdan sonra 4500 manat ümumilikdə vahid niyyətlə xeyli miqdarda 10000 manat pulunu istəyib, həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs6 aldadıb etibarından sui-istifadə etməklə Qəbələ rayonu, Kürd kəndi ərazisində 18 iyul 2024-cü il tarixdə 1000, 25 iyul 2024-cü il tarixdə 2100 manat, 08 avqust 2024-cü il tarixdə 2200 manat olmaqla ümumilikdə vahid niyyətlə xeyli miqdarda 5300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs6 məxsus xeyli miqdarda, yəni 10000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən Şahid8 satmaq adı ilə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə ilə əldə etdiyi Şahid9 məxsus “Toyota Camry” markalı, **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobili özünün mülkiyyət hüququ olmadığı və başqa şəxsə özgəninkiləşdirə bilməyəcəyi ona məlum olduğu halda 13 avqust 2024-cü il tarixdə Qəbələ rayonu, Kürd kəndi ərazisində Zərərçəkmiş şəxs7 övladı Şahid3 vasitəsi ilə avtomobilin özünə məxsus olduğunu və satacağını yalandan bildirərək özünə qarşı inam yaratdıqdan sonra onun ümumilikdə 12000 manat pulunu istəyib, həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs7 aldadıb etibarından sui-istifadə etməklə 14 avqust 2024-ci il tarixdə cinayətdən xəbərsiz olan Şahid8 vasitəsi ilə Şahid9 tərəfindən Şahid3 qeyd olunan avtomobilə “Mobil Notarius” vasitəsilə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə verilməsinə nail olub, həmin tarixdə Qəbələ rayonu, Kürd kəndi ərazisində zərərçəkmiş Zərərçəkmiş şəxs7 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs7 məxsus xeyli miqdarda , yəni 12000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin avqust ayında Qəbələ rayonu, Kürd kəndi ərazisində yerləşən çayxanada Zərərçəkmiş şəxs8 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə sonuncunun oğlu-Kənan Aslanovu Bakı şəhərində gəmiçilikdə işə düzəldəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra onun ümumilikdə 4500 manat pulunu istəyib, həmin pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə 29 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs8 tərəfindən Qəbələ rayonu, Kürd kəndi ərazisindən mobil telefonda olan “Birbank” mobil tətbiqi vasitəsi ilə 1500 manat pulun 4169-7385-1950-9149 nömrəli bank kartına köçürülməsinə nail olub zərərçəkmiş Zərərçəkmiş şəxs8 həmin məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs8 məxsus 4500 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin avqust ayının sonlarında Qəbələ rayonu, Kürd kəndi ərazisində Zərərçəkmiş şəxs5 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə ölkə xaricindən ona ilkin ödənişi olunmaqla aylıq kreditə “Mercedes Benz” markalı minik avtomobili alıb gətirəcəyi imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra onun ümumilikdə 17000 manat pulunu istəyib, həmin pulu ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə 2024-cü ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda olmaqla 1000, 500, 400 manat pulunu Qəbələ rayonu, Kürd kəndi ərazisində alaraq və tərəfindən Qəbələ rayonu, Kürd kəndi ərazisindən mobil telefon vasitəsi ilə 150 manat pulun 5239-1517-6476-4869 nömrəli bank kartına köçürülməsinə nail olub zərərçəkmiş Zərərçəkmiş şəxs5 vahid niyyətlə 2050 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs5 məxsus xeyli miqdarda, yəni 17000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən 28 avqust 2024-cü il tarixdə Ağdaş-Zarağan avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən 1-ci kilomterliyində yerləşən avtomobil təmiri sexində Zərərçəkmiş şəxs9 özünü nüfuzlu və geniş əlaqələri olan şəxs kimi təqdim edib, tanışlarının vasitəsi ilə sonuncunun oğlu-Şahid6 Fövqəladə Hallar Nazirliyinin Ağdaş şəhərində yerləşən Ağdaş Rayon Dövlət X13 işə düzəldəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra vahid niyyətlə 03 sentyabr 2024-cu il tarixdə Ağdaş-Zarağan avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən 1-ci kilomterliyində 600 ABŞ dollarını alaraq, 21 sentyabr 2024-cü il tarixdə 200 manat pulun Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Halal” marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 5239- 1517-6476-4869 nömrəli bank kartına köçürülməsinə nail olub zərərçəkmiş Zərərçəkmiş şəxs9 vahid niyyətlə 600 ABŞ dolları (həmin tarixə 1020 manat) və 200 manat olmaqla ümumilikdə vahid niyyətlə 1220 manat pulunu ələ keçirərək sonuncuya aldatma və etibardan sui-istifadə etmə yolu ilə həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, təxminən 1 ildən artıq müddətdir ki, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Kürd kənd ərazisində yaşayış evi alıb orda yaşamağa başlamışdır. Əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuşdur. Gəlir əldə edə bilmədiyindən və pula ehtiyacı olduğundan ayrı-ayrı şəxsləri işə düzəltmək, əlillik pensiyası düzəltmək, eləcə də xaricdən avtomobil gətirmək adları ilə aldadıb onların pullarını almaq qərarına gəlmişdir. Buna görə ətrafında olan şəxslərə özünü nüfuzlu şəxs kimi təqdim edib istər dövlət, istərsə də özəl təşkilatlarda yüksək vəzifədə işləyən tanışlarının olduğunu, eləcə də ətrafında xarici dövlətlərdən Azərbaycan Respublikasına avtomobillər gətirən şəxslər olduğunu bildirmişdir. Həmçinin şəxslərə özünün imkanlı şəxs olduğuna inandırmaq üçün Bakı şəhərindən icarəyə müxtəlif markalı avtomobillər götürüb idarə etmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Qəbələ şəhəri ərazisində yerləşən təkər təmiri sexində idarə etdiyi “Niva” minik markalı avtomobilinin təkərini təmir etdirən zaman Qəbələ rayonu, Kürd kənd sakini Zərərçəkmiş şəxs1 da özünə məxsus “Qazel” yük markalı avtomobilinə təkər sifariş vermək üçün oraya gəlmişdir. Aralarında olan söhbət zamanı Arala xaricdən onun “Ford” markalı minik və yük avtomobilləri gətizdirə biləcəyini demiş, Aral da həmin markalı avtomobilləri almaq istədiyini demişdir. O da Arala “Ford” markalı minik avtomobili üçün 10000 manat, yük avtomobili üçün isə 12500 manat pul lazım olduğunu bildirmişdir. Aral ona nəğd şəkildə pul verə bilməyəcəyini, ancaq kreditlə ala biləcəyini demişdir. Həmin zaman Arala hər iki avtomobil üçün ilkin ödəniş olaraq 3400 manat olmaqla hər ay 400 manat verəcəyini, nəticədə hər iki avtomobil üçün 22500 manatı tamamlaya biləcəyini bildirmiş, Aral da onunla razılaşmışdır. 2023-cü ilin oktyabr ayının sonlarında, xatırlamadığı tarixdə Qəbələ rayonu, Kürd kənd ərazisində yerləşən Aralın yaşadığı evdə Aral ona nəğd şəkildə 1700 manat pul vermişdir. 2023-cü ilin noyabr ayının sonlarında Arala avtomobillərin gəldiyini, Bakı şəhərində gömrükdə olduğunu, sənəd məsələsində çətinliklər yarandığını, buna görə də 1000 manat pul lazım olduğunu demişdir. Aral da razılıqları əsasında verməli olduğu qalıq puldan 2023-cü ilin noyabr ayının sonlarında, xatırlamadığı tarixdə Qəbələ rayonu, Kürd kənd ərazisində ona nəğd şəkildə 1000 manat pul vermişdir. 2023-cü ilin dekabr ayının sonlarında, Arala avtomobillərin onun üçün tam olaraq alındığını, onlara yanacaq vurulması üçün 700 manat pul lazım olduğunu demişdir. Aral da 2023-cü ilin dekabr ayının sonlarında, Qəbələ rayonu, Kürd kənd ərazisində ona nəğd şəkildə 700 manat pul vermişdir. 2024-cü ilin avqust ayından sonra Aral onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüş, bundan sonra pulunu tələb etməyə başlamışdır. Bundan sonra Arala 2 dəfə olmaqla ümumilikdə 950 manat pulu geri qaytarmış, yerdə qalan 2450 manat pulu isə geri qaytarmamışdır. Bundan başqa, 2024-cü ilin may ayında Qəbələ rayonu, Kürd kəndi ərazisində Zərərçəkmiş şəxs3 1000 manat müqabilində qızı X17 rayonu ərazisində yerləşən Dövlət Humanitar və X18 fakültəsinə tələbə kimi qəbul etdirə biləcəyini deyib, 2024-cü ilin may ayının ortalarında, Hikmətdən nəğd şəkildə 1000 manat pul almış, eləcə də, 2024-cü ilin avqust ayında Qəbələ rayonu, Kürd kəndi ərazisində Hikmətə 12000 manat müqabilində Almaniyadan “Mercedes-Benz E240” minik markalı avtomobil gətizdirəcəyinə yalandan vəd verib Hikmətin yaşadığı evin yaxınlığında sonuncudan nəğd şəkildə 1000 manat pul almışdır. Bundan başqa, 2024-cü ilin iyun ayının əvvələrində Qəbələ rayonu, Kürd kəndi ərazisində Zərərçəkmiş şəxs2 2000 manat pul qarşılığında qardaşı Xaqana əlilliklə bağlı təqaüd düzəldə biləcəyini deyib Ataşdan ilkin olaraq nəğd şəkildə 1000 manat pul götürmüş, sonuncu aldadıldığını biləndən sonra pulun qalan hissəni ələ keçirə bilməmişdir. Daha sonra, 2024-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs4 oğlu Arzunu işə düzəltmək üçün 1000 manat pul və bir sıra sənədlər lazım olmasını, həmçinin bu məbləğə Arzunun qazi olması səbəbi ilə həll oluna bildiyini demiş, Cavid də ona “whatsapp” ani mesajlaşma tətbiqində mesaj yazaraq 700 manat pul düzəldə biləcəyini və həmin pulu az-az verə biləcəyini bildirmiş, o da razılaşmışdır. Bundan bir neçə gün sonra Cavid onunla ilk dəfə Ağdaş şəhərində yerləşən, “Qəbələ 4 yolu” adlanan ərazidə olan maşın təmir yerlərinin yanında görüşmüşdür. Həmin vaxt Cavidin yanında oğlu Arzu və dostu Dilqəm də olmuşdur. Cavid aralarında olan razılığa əsasən verməli olduğu 700 manat puldan 300 manat pul, həmçinin Arzunun sağlamlıq, məhkumluğun olub-olmaması barədə arayışlar, hərbi bilet və bir sıra sənədləri verib getmişdir. Bu minvalla Cavidlə daha iki dəfə Ağdaş şəhərində yerləşən, “Qəbələ 4 yolu” adlanan ərazidə olan maşın təmir yerlərinin yanında görüşüb ondan hər dəfə 200 manat pul almışdır. O, Zərərçəkmiş şəxs4 aldadaraq oğlunu FHN-də işə qəbul olunmasına köməklik göstərmək adı ilə 1000 manat pul istəmiş, niyyəti həmin məbləği ələ keçirmək olmuş, bu səbəblə 2024-cü ilin iyun ayı ərzində müxtəlif vaxtlarda ümumilikdə 700 manat pulunu ələ keçirmişdir. Caviddən 3000 manat pul istəməmiş, eləcə də ondan 1500 manat deyil, 700 manat pul almışdır. Bundan sonra, 2024-cü ilin iyul ayında Qəbələ rayonu, Kürd kəndi ərazisində Zərərçəkmiş şəxs6 ilə aralarında olan söhbət zamanı İlhama 1500 manat müqabilində arvadı X1 əlilliklə bağlı təqaüd düzəltdirib ayda 340 manat pensiya alacağına köməklik edə biləcəyini demiş, ilkin olaraq 1000 manat, təqaüd düzəldikdən sonra isə yerdə qalan 500 manatı verməsini bildirmiş, İlham da onunla razılaşmışdır. 18 iyul 2024-cü il tarixdə İlham ona nəğd şəkildə 1000 manat pul vermişdir. Bir neçə gün sonra yenidən Qəbələ rayonu, Kürd kəndi ərazisində İlhamla aralarında olan söhbət zamanı İlhama oğlu Poladı tanışlarının vasitəçiliyi ilə 4000 manat qarşılığında Neft Daşlarına operator vəzifəsinə düzəldə biləcəyini demiş, İlham da onunla razılaşmış ilkin olaraq ona 2100 manat pulu nəğd şəkildə vermişdir. 2024-cü ilin avqust ayında yenidən Qəbələ rayonu, Kürd kəndi ərazisində İlhamla aralarında olan söhbət zamanı Poladı Bakı şəhərində işə düzəldikdən sonra yaşaması üçün ipoteka ilə Bakı şəhərində “Ağ şəhərdə” ev ala biləcəyini demişdir. İlham da ona bu məsələdə köməklik istədiyini bildirmiş, bunun üçün 4500 manat pul lazım olduğunu bildirmişdir. İlham o qədər pulu olmadığını bildirdikdə ona ilkin olaraq 2200 manat, sonrakı müddətdə isə yerdə qalan 2300 manatı verməsini, nəticədə 4500 manatı tamamlaya biləcəyini, həmçinin Poladın ipoteka ilə aldığı evə ayda 400 manat verəcəyini, evin pulunu ödəyib qurtardıqdan sonra yaşayış evinin özünə qalacağını bildirmişdir. İlham onunla razılaşmış və 2024-cü il avqust ayında Qəbələ rayonu, Kürd kənd ərazisində ipoteka ilə yaşayış evi almaq məsələsi ilə ona nəğd şəkildə 2200 manat pul vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs6 aldadaraq, ümumilikdə 5300 manat pulunu almış, sonuncu aldadıldığını bildiyindən, pulun qalan hissələrini ala bilməmişdir. Bundan başqa, Bakı şəhərində yerləşən avtosalondan icarə əsasında götürüb idarə etdiyi “Toyota Camry” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün şəxsi avtomobili kimi Şahid3 təqdim etdikdən sonra, həmin avtomobili 2006-cı ildə Bakı şəhərində servisdən götürdüyünü, qiyməti 12000 manat təşkil etdiyi və istəsə sata biləcəyini bildirmiş, Şahid3 isə 12000 manat pulu nəğd şəkildə verə bilməyəcəyini demişdir. O, ilkin ödəniş kimi 1200 manat, hər ay üçün isə 250 manat verməsini, nəticədə 12000 manatı tamamlaya biləcəyini Vüsala bildirmiş, Vüsal da onunla razılaşmışdır. 14 avqust 2024-cü il tarixdə Qəbələ rayonu, Kürd kənd ərazisində Vüsalın atası Zərərçəkmiş şəxs7 ona əlbəəl olaraq nəğd şəkildə 1200 manat pul vermiş, Zərərçəkmiş şəxs7 yerdə qalan pulu hər ay üçün 250 manat şəklində ödəməli olduğunu bildirmişdir. Bundan sonra Fəthullah ilə danışan zaman ona avtomobili sürməsi üçün dostuna vermək istədiyini, bunun üçün etibarnamə lazım olduğunu bildirmiş, 28 avqust 2024-cü il tarixdə “Mobil Notarius” vasitəsilə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair Şahid3 etibarnamə verilmişdir. Bundan sonrakı müddətdə təxminən 2024-cü ilin sentyabr ayının 20-dən sonra “Toyoto Camry” minik markalı avtomobilin sahibi Fətullayev X3 gələrək avtomobilin özünə məxsus olduğunu bildirib avtomobili alaraq aparmışdır. Bundan başqa, 2024-cü ilin avqust ayında, xatırlamadığı tarixdə Qəbələ rayonu, Kürd kəndi ərazisində yerləşən çayxanada olan zaman Zərərçəkmiş şəxs8 ilə qarşılaşmış, aralarında olan söhbət zamanı Şahlara yüksək vəzifədə işləyən tanışlarının olduğunu, onların vasitəçiliyi ilə oğlu Kənan Aslanovu 4500 manat müqabilində Bakı şəhərində gəmiçiliyə işə düzəldə biləcəyini, ayda 2200 manat maaş alacağını, 15 gün işdə 15 gün evdə olacağını demiş, Şahlar da razılaşaraq bu məsələdə ona köməklik etməsini xahiş etmişdir. Şahların 4500 manat pulu olmadığından ilkin olaraq ona 1500 manat pul verəcəyini yerdə qalan 3000 manatı isə sonradan həll edəcəyini demişdir. 29 avqust 2024cü il tarixdə Şahlar “Birbank” tətbiqi vasitəsi ilə istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 1950 9149 saylı kart hesabıma 1500 manat pul göndərmişdir. Bundan başqa, 2024-cü ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs5 xaricdən ucuz qiymətə, yəni 17000 manata “Mercedes-Benz” minik markalı avtomobil gətizdirə biləcəyinə yalandan vəd edib, 2024-cü ilin sentyabr ayının əvvəllərində, Qəbələ rayonu, Kürd kənd ərazisində yerləşən Təhməzin yaşadığı evdə Təhməzdən nəğd şəkildə 1000 manat pul almış, sonuncuya 15 sentyabr 2024-cü il tarixdə avtomobilin Azərbaycan Respublikasında olacağını bildirmişdir. Bundan təxminən bir həftə sonra, yəni 2024-cü ilin sentyabr ayının ortalarında “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təhməzin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə səs ataraq avtomobil üçün pul çatmadığını və əlavə 500 manat pul lazım olduğunu demişdir. Həmin gün axşam saatlarında Kürd kənd ərazisində yerləşən yaşadığı evin qarşısında Təhməz ona əlbəəl olaraq nəğd şəkildə 500 manat pul vermişdir. Təxminən 3-4 gün sonra Təhməzə yenidən “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təhməzin istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə səs ataraq əlavə 400 manat lazım olduğunu demişdir. Təhməz də onunla razılaşmış və həmin gün Kürd kənd ərazisində yerləşən yaşadığı evin qarşısında ona 400 manat pul vermişdir. 19 sentyabr 2024-cü il tarixdə Təhməz “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə səs ataraq avtomobilin gəldiyini, qeydiyyata salmaq üçün əlavə 150 manat pul lazım olduğunu bildirmişdir. Həmin tarixdə Təhməz “Birbank” tətbiqi vasitəsi ilə onun istifadəsində olan 5239 1517 6476 4869 saylı kart hesabına 150 manat pul göndərmişdir. Bundan sonrakı müddətdə isə Təhməzə müxtəlif bəhanələr gətirmiş, həmçinin Təhməzdən 1000 manat pulu babası Şahid1 yanında almışdır. Beləliklə, Zərərçəkmiş şəxs5 aldadaraq ona ölkə xaricindən “Mercedes-Benz” minik markalı avtomobil gətirmək adı 17000 manat pul istəmiş, sonuncunun 2050 manat pulunu ələ keçirə bilmişdir. Bundan başqa, 28 avqust 2024-cü il tarixdə təxminən saat 12 radələrində idarə etdiyi “BMW” minik markalı avtomobili təmir etdirmək üçün Ağdaş şəhərində işləyən tanışı Zərərçəkmiş şəxs9 təmir sexinə aparmışdır. Həmin zaman Pünhanın yanında işləyən oğlu İlhamın orada olmadığını görüb sonuncunun harada olmasını soruşmuş, Pünhan da İlhamın FHN-də işə qəbul üçün vətəndaş qəbulunda qeydiyyata yazılmağa getdiyini bildirmişdir. O, FHN-də olan tanışlarının vasitəçiliyi ilə İlhamı FHN-nin Ağdaş şəhərində yerləşən Ağdaş Rayon Dövlət X13 yanğınsöndürən kimi işə düzəldə biləcəyini demiş, Pünhan da bu məsələdə köməklik etməsini ondan xahiş etmişdir. O da Pünhana bunun üçün 1000 manat pul lazım olduğunu, İlhamı 20 günə kimi işə düzəldəcəyini, buna görə İlham barəsində yaşayış yerindən arayış, xəstəxanadan sağlamlıq haqqında arayış, 3x4 ölçüdə fotoşəkil lazım olacağını bildirmiş, Pünhan da onunla razılaşmışdır. 03 sentyabr 2024-cü il tarixdə təxminən saat 12 radələrində Ağdaş şəhər ərazisində yerləşən avtomobil təmir sexində Pünhan ona nəğd şəkildə 600 ABŞ dolları pul və tapşırdığı sənəd nümunələrinin surətini vermişdir. 2024-cü ilin sentyabr ayının ortalarında Pünhana zəng edərək bir neçə günə kimi idmandan keçmək üçün İlhamla birlikdə Bakı şəhərinə gedəcəyini, bunun üçün əlavə olaraq orada idmanı götürəcək şəxslərə 200 manat pul göndərmək lazım olduğunu bildirmişdir. 21 sentyabr 2024-cü il tarixdə təxminən saat 11 radələrində Ağdaş şəhəri ərazisindən “Milliön” ödəmə terminalı vasitəsi ilə ona atdığı və istifadəsində olan 5239 1517 6476 4869 saylı kart hesabına 200 manat pul göndərmişdir. Bundan sonrakı müddətdə isə Pünhanın zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, təxminən 2023-cü ildə X2 rayonu, Kürd kəndinə ailə üzvləri ilə birlikdə gəlmiş, orada yaşayış evi alaraq kənddə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs kənd ərazisində müxtəlif xarici avtomobillər sürür, kənd camaatı arasında özünü nüfuzlu şəxs kimi tanıdaraq, yaxşı tanışları olduğunu, onların vasitəçiliyi ilə xaricdən avtomobillər gətirdiyini kənddə bildirmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində idarə etdiyi “Qazel” yük markalı avtomobilinə təkər sifariş vermək üçün Qəbələ şəhəri ərazisində yerləşən təkər təmiri sexinə getmiş, həmin zaman Təqsirləndirilən şəxs da təkər təmiri sexində idarə etdiyi “Niva” markalı avtomobilinin təkərini təmir etdirmişdir. Aralarında olan söhbət zamanı Anar ona idarə etdiyi avtomobilin köhnə olduğunu, ona çətinlik yaratdığını, xalası oğlu vasitəsi ilə xaricdən avtomobil gətirdiyini, onun vasitəçiliyi ilə ona “Ford” markalı minik və yük avtomobilləri gətizdirəcəyini demişdir. O da “Ford” markalı avtomobillər almaq istədiyini bildirmişdir. Anar da ona “Ford” markalı minik avtomobili üçün 10000 manat, yük avtomobili üçün isə 12500 manat pul lazım olduğunu demişdir. O, Anara nəğd şəkildə pul verə bilməyəcəyini, ancaq kreditlə ala biləcəyini demişdir. Həmin zaman Anar ona hər iki avtomobil üçün ilkin ödəniş kimi 3400 manat, hər ay üçün isə 400 manat verməsini, nəticədə hər iki avtomobil üçün 22500 manat verməklə bu işi tamamlayacağını bildirmişdir. O, Anarın təklifi ilə razılaşmış, bu məqsədlə ilk olaraq 2023-cü ilin oktyabr ayının sonlarında, Qəbələ rayonu, Kürd kənd ərazisində yerləşən yaşadığı evdə Anara nəğd şəkildə 1700 manat pul vermişdir. 2023-cü ilin noyabr ayının sonlarında, Anar ona avtomobillərin gəldiyini, Bakı şəhərində gömrükdə olduğunu, sənəd məsələsində çətinliklər yarandığını, buna görə də 1000 manat pul lazım olduğunu demiş, o da 2023-cü ilin noyabr ayının sonlarında, Qəbələ rayonu, Kürd kənd ərazisində Anara nəğd şəkildə 1000 manat pul vermişdir. 2023-cü ilin dekabr ayının sonlarında, Anar ona avtomobillərin onun üçün tam olaraq alındığını, onlara yanacaq vurulması üçün 700 manat pul lazım olduğunu demiş, o da Qəbələ rayonu, Kürd kənd ərazisində nəğd şəkildə Anara 700 manat pul vermişdir. Sonradan Anarın onu aldadaraq pulunu ələ keçirdiyini başda düşmüş və pulunu tələb etməyə başlamışdır. Anar ona 2 dəfə olmaqla 950 manat pul geri qaytarmış, bu günədək ona nə ölkə xaricindən avtomobillər gətirmiş, nə də ondan almış olduğu və qalan 2450 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, orta məktəbi bitirib ali təhsil müəssisəsinə imtahan verən qızı Mədinə Əkbərova az bal topladığı üçün ali məktəbə qəbul ola bilməmişdir. 2024-cü ilin may ayının əvvəllərində Qəbələ rayonu, Kürd kəndi ərazisində Təqsirləndirilən şəxsla qarşılaşmış, aralarında olan söhbət zamanı Anar Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu, onların vasitəçiliyi ilə qızı X17 rayonu ərazisində yerləşən Dövlət Humanitar və X18 fakültəsinə tələbə kimi qəbul etdirə biləcəyini ona demiş, o da Anardan bu məsələdə köməklik istəmişdir. Anar da ona bunun üçün 1000 manat pul lazım olduğunu demiş, o da Anarla razılaşmışdır. Bu məqsədlə 2024-cü ilin may ayının ortalarında, Qəbələ rayonu, Kürd kənd ərazisində yerləşən yaşadığı evdə Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Həmin vaxt Anar ona qızı Mədinənin 2024-cü ilin sentyabr ayında dərslər başlayan zaman artıq həmin Tibb kollecində oxuyacağını bildirmişdir. Bundan başqa, 2024-cü ilin avqust ayında yenidən Qəbələ rayonu, Kürd kəndi ərazisində Təqsirləndirilən şəxsla aralarında olan söhbət zamanı Anar ona xalası oğlunun Almaniyadan avtomobillər gətirdiyini, onun vasitəçiliyi ilə ona da bir ay müddətinə kimi Almaniyadan “Mercedes-Benz E240” minik markalı avtomobil gətizdirməyə köməklik göstərə biləcəyini demişdir. O, avtomobili olmadığı üçün ona bu məsələdə köməklik göstərməsini xahiş etmiş, Anar ona bunun üçün 12000 manat pul lazım olduğunu bildirmişdir. Anara nəğd şəkildə pul verə bilməyəcəyini bildirdikdə, sonuncu ilkin ödəniş kimi 1000 manat, hər ay 250 manat verib 12000 manatı bu yolla tamamlaya biləcəyini ona bildirmişdir. O da Anarla razılaşmış, 13 avqust 2024-cü il tarixdə təxminən saat 19 radələrində Qəbələ rayonu, Kürd kənd ərazisində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs nəğd şəkildə 1000 manat pul vermişdir. Bundan sonrakı müddətdə Anardan işlərin nə yerdə olmasını maraqlanarkən məsələlərin tez bir zamanda həll olunacağını desə də, bu günədək nə dediyi sözləri yerinə yetirmiş, nə də ondan almış olduğu pulları geri qaytarmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək bildirdi ki, Ağdaş şəhərində yaşamaqla xanəndəlik fəaliyyəti ilə məşğul olur. Oğlu Şahid4 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. 2024-cü ilin iyun ayının əvvəllərində, Qəbələ rayonu, Kürd kəndində təşkil olunan toy məclisində, həmkəndlisi Dilqəm adlı şəxslə aralarında olan söhbət zamanı sonuncu oğlunun nə işlə məşğul olmasını ondan soruşmuş, o da oğlunun müharibədən sonra heç bir işdə işləmədiyini bildirmişdir. Həmin zaman Dilqəm ona Bakı şəhərindən kəndə Anar adlı şəxsin gəlib ev alaraq məskunlaşdığını, əvvəllər FHN-də işlədiyini, əlqolunun uzun olduğunu, həmin şəxsin Arzunu işə qoya biləcəyini bildirmişdir. O, Dilqəmlə razılaşmış, həmin zaman Dilqəm Anara zəng vuraraq yanına çağırmış, bir müddət sonra Anar yanına gəlmiş, lakin 2 dəqiqə sonra işinin olduğunu, səhəri gün görüşə biləcəyini bildirərək getmişdir. Səhəri gün təxminən saat 15 radələrində Dilqəm ona zəng edərək Anar ilə birlikdə Ağdaş şəhərinə gəldiklərini, Anarın görüşüb söhbət etmək istədiyini bildirmişdir. O, oğlu Arzu ilə birlikdə Ağdaş şəhərində yerləşən “Muğam” çay evinə getmişlər. Aralarında olan söhbət zamanı Anar əvvəllər FHN-də yüksək vəzifədə işlədiyini, hazıda təqaüddə olduğunu, lakin hələ də orada tanışları olduğundan bir sıra şəxsləri işə düzəltdiyini, qardaşının şəhid olduğunu bildirmişdir. Daha sonra, ona oğlu Arzunu da FHNnin Ağdaş şəhərində yerləşən Ağdaş Rayon Dövlət X13 3000 manat qarşılığında işə düzəldə biləcəyini demiş və onlar razılaşmışlar. Səhəri gün oğlu ilə birlikdə Qəbələ şəhərinə gedib müvafiq orqanlardan Anarın bildirdiyi sənədləri hazırladıqdan sonra Anara zəng edib, görüşmək istədiklərini bildirmişlər. Anar Ağdaş şəhər ərazisində olan təmir sexində avtomobilini təmir etdirdiyini demiş, buna görə də o, Dilqəmi də Qəbələ rayonu, Kürd kəndindən götürərək Ağdaş şəhərinə gəlmişlər. Təmir sexinin qarşısında Anara bir sıra sənəd nümunələrini, işə düzəltmək üçün ona bildirdiyi 3000 manat puldan ümumilikdə 500 manat pul vermişdir. Bir neçə gün sonra Anar ona zəng edərək Ağdaş şəhər ərazisində həmin təmir sexində avtomobilini təmir etdirdiyini, sənədlərə, əldə-ayaqda onlara köməklik edən şəxslərə vermək üçün 200 manat pul lazım olduğunu bildirmişdir. Bu səbəblə təxminən saat 11 radələrində ilk dəfə pulu verdiyi təmir sexinin qarşısına tək getmiş, orada Anar ona ilk dəfə təqdim etdiyi sənəd nümunələrinin əslini geri qaytararaq, surətlərinin çıxarıldığını bildirmişdir. Bundan sonra işə düzəltmək üçün ona bildirdiyi 3000 manat puldan ümumilikdə 200 manat pul vermişdir. Daha sonra isə Anar çıxıb getmişdir. Bundan bir neçə gün sonra Anar yenidən ona zəng edərək işlərinin düzəlməsi səbəbi ilə onu təbrik edib, Qəbələyə fövqəladənin işçilərinin gələcəyini, uşağa baxış keçirəcəyini demişdir. Buna görə də o, həmin gün təxminən saat 15 radələrində yenidən Ağdaş- Zarağan avtomobil yolunun, Ağdaş şəhər ərazisindən keçən 1-ci kilometrliyində təmir sexinin qarşısına gedib Anarla görüşmüşlər. Həmin zaman oraya tək getmiş, ona işə düzəltmək üçün bildirdiyi 3000 manat puldan 800 manat pul vermişdir. Səhəri gün saat 09:00-da oğlu Arzu ilə birlikdə Qəbələ rayonu, Zarağan qəsəbəsinə getmişlər. Bir neçə dəqiqə gözlədikdən sonra Anara zəng etmiş, həmin zaman Anarın telefonu bağlı olmuş, bir neçə dəfə də təkrar zəng etmiş, lakin telefona zəng çatmamışdır. Beləliklə, Anar onu oğlu Arzunu FHN-nin Ağdaş şəhərində yerləşən Ağdaş Rayon Dövlət X13 işə düzəltmək adı ilə aldadaraq 3000 manat pul istəmiş, 2024-cü ilin iyun ayı ərzində ümumilikdə 1500 manat pulu ələ keçirə bilmiş, lakin Anarın onu aldatdığını biləndən sonra qalan hissəni ələ keçirə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadə verərək bildirdi ki, 2024-cü ilin yay aylarında Qəbələ rayonu, Kürd kəndi ərazisində Təqsirləndirilən şəxsla qarşılaşmış, aralarında olan söhbət zamanı Anar ona arvadı X1 əlilliklə bağlı təqaüd düzəltdirib ayda 340 manat təqaüd alacağına köməklik edə biləcəyini demişdir. O, Anara bu məsələdə köməklik etməsini xahiş etmişdir. Anar da ona bunun üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Həmin zaman Anara o qədər pulu olmadığını bildirdikdə Anar ona ilkin olaraq 1000 manat, təqaüd düzəldikdən sonra isə yerdə qalan 500 manatı verməsini demiş o da Anarla razılaşmışdır. İlk dəfə 18 iyul 2024-cü il tarixdə təxminən saat 12 radələrində Qəbələ rayonu, Kürd kənd ərazisində Təqsirləndirilən şəxs arvadı Rəsmiyə Cəfərquliyevaya təqaüd düzəltmək məsələsi ilə bağlı 1000 manat pul vermişdir. Bir neçə gün sonra yenidən Qəbələ rayonu, Kürd kəndi ərazisində Təqsirləndirilən şəxsla qarşılaşmış, aralarında olan söhbət zamanı Anar ona oğlu Poladın cavan oğlan olduğunu, özünün yaxşı tanışlarının vasitəçiliyi ilə Poladı Bakı şəhərində yerləşən Neft Daşlarına operator vəzifəsinə düzəldə biləcəyini və bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O, Anara bu qədər pulunun olmadığını bildirdikdə Anar ona ilkin olaraq 2100 manat, işə düzəldikdən sonra isə yerdə qalan 1900 manat verməsini bildirmiş, o da Anarla razılaşaraq, 25 iyul 2024-cü il tarixdə Qəbələ rayonu, Kürd kənd ərazisində Təqsirləndirilən şəxs oğlu Şahid2 işə düzəltmək məsələsi ilə bağlı 2100 manat pul vermişdir. Bundan bir neçə gün sonra yenidən Qəbələ rayonu, Kürd kəndi ərazisində Təqsirləndirilən şəxsla görüşmüş, Anar ona Poladı Bakı şəhərində işə düzəldikdən sonra yaşaması üçün ipoteka ilə Bakı şəhərində “Ağ şəhərdə” ev ala biləcəyini demişdir. O, Anara bu məsələdə köməklik etməsini xahiş etmiş, Anar da ona bunun üçün 4500 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Anara bu qədər pulunun olmadığını bildirdikdə Anar ona ilkin olaraq 2200 manat, sonrakı müddətdə isə yerdə qalan 2300 manat verməsini təklif etmiş, həmçinin Poladın ipoteka ilə evə ayda 400 manat verəcəyini, evin pulunu ödəyib qurtardıqdan sonra yaşayış evinin özünə qalacağını bildirmişdir. O, Anarla razılaşmış və 08 avqust 2024-cü il tarixdə təxminən saat 10 radələrində Qəbələ rayonu, Kürd kənd ərazisində Təqsirləndirilən şəxs oğlu Şahid2 Bakı şəhərində ipoteka ilə yaşayış evi almaq məsələsi ilə 2200 manat pul vermişdir. Bundan sonrakı müddətdə Anardan işlərin nə yerdə olmasını maraqlanarkən məsələlərin tez bir zamanda həll olunacağını desə də, Anar nə dediyi sözləri yerinə yetirmiş, nə də ondan almış olduğu 5300 pulu geri qaytarmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadə verərək bildirdi ki, 13 avqust 2024-cü il tarixdə Qəbələ rayonu, Kürd kəndində yerləşən yaşadığı evdə olan zaman oğlu Şahid3 evə gələrək Təqsirləndirilən şəxs Bakı şəhərindən servisdən 2006-cı il istehsallı “Toyota Camry” markalı avtomobil gətirdiyini, avtomobilin nəğd şəkildə qiymətinin 12000 manat olduğunu, istəsə sata biləcəyini bildirmişdir. Oğlu Şahid3 Təqsirləndirilən şəxs 12000 manat pulu nəğd şəkildə verə bilməyəcəyini bildirmiş, həmin zaman Anar ona ilkin ödəniş kimi 1200 manat, hər ay 250 manat verməsini təklif etmişdir. Oğlu Şahid3 bunları ona danışdıqdan sonra o, razılıq vermiş və 14 avqust 2024-cü il tarixdə təxminən saat 10 radələrində Qəbələ rayonu, Kürd kənd ərazisində Təqsirləndirilən şəxsla görüşərək sonuncuya “Toyota Camry” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almaq məqsədi ilə 1200 manat pul vermişdir. Anar ona qalan pulu hər ay üçün 250 manat şəklində ödəməli olduğunu bildirmişdir. Bundan 7-8 gün keçdikdən sonra Anar “Toyoto Camry” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Vüsala vermiş, 28 avqust 2024-cü il tarixdə isə oğlu Şahid3 qeyd olunan avtomobilə “Mobil Notarius” vasitəsilə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə verilmiş və onlara yaxın müddətdə oğlu Şahid3 adına tam olaraq sənədləşdirəcəyini demişdir. Bundan təxminən 15-20 gün sonra kənd camaatından Təqsirləndirilən şəxs kənd sakinlərini müxtəlif adlarla aldadıb pullarını alaraq kənddən qaçıb getdiyini eşitmişdir. 2024-cü ilin təxminən sentyabr ayının 20-dən sonra X8 adlı şəxs gələrək avtomobilin Şahid9 adına olsa da, faktiki olaraq özünə məxsus olmasını və servisdə satışa qoyulduğunu, Anarın həmin avtomobili satmaq üçün etibarnamə istədiyini, lakin sonrakı müddətdə Anarın dələduzluq əməlindən xəbərdar olduğunu, “Toyoto Camry” markalı avtomobili özünə geri qaytarılmalı olduğunu bildirib avtomobili alaraq aparmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, 2024-cü ilin avqust ayında, xatırlamadığı tarixdə Qəbələ rayonu, Kürd kəndi ərazisində yerləşən çayxanada olan zaman Təqsirləndirilən şəxs ilə qarşılaşmış, aralarında olan söhbət zamanı Anar ona yüksək vəzifədə işləyən tanışlarının olduğunu onların vasitəçiliyi ilə oğlu Kənan Aslanovu Bakı şəhərində gəmiçiliyə işə düzəldə biləcəyini, ayda 2200 manat maaş alacağını, 15 gün işdə 15 gün evdə olacağını demişdir. O da Anardan bu məsələdə köməklik etməsini xahiş etmiş, Anar da ona bunun üçün 4500 manat pul lazım olduğunu bildirmiş və o, Anara bu qədər pulunun olmadığını bildirdikdə Anar ona ilkin olaraq 1500 manat, işə düzəldikdən sonra isə qalan 3000 manat verməsini demiş, o da Anarla razılaşaraq 29 avqust 2024-cü il tarixdə təxminən saat 16 radələrində Qəbələ rayonu, Kürd kəndi ərazisində özünə məxsus telefonunda olan “Birbank” tətbiqi vasitəsi ilə istifadəsində olan 5239 1517 8031 0747 saylı kart hesabından Anarın ona atdığı "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 1950 9149 saylı kart hesabına 1500 manat pul göndərmişdir. Səhəri gün Təqsirləndirilən şəxs Bakı şəhərinə gedib müəyyən şəxslərlə görüşüb oğlu Kənan Aslanovun iş məsələsini həll edəcəyi adı ilə ondan oğlu Kənan Aslanovun hərbi biletini və şəxsiyyət vəsiqəsini almışdır. Bundan sonrakı müddətdə Anardan işlərin nə yerdə olmasını maraqlanarkən məsələnin tez bir zamanda həll olunacağını desə də, bu günədək nə dediyi sözləri yerinə yetirmiş, nə də ondan almış olduğu pulu geri qaytarmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək bildirdi ki, 2024-cü ilin avqust ayının sonlarında kənd ərazisində çayxanada olan zaman Anarın tanışları olduğunu, xaricdən ucuz qiymətə avtomobil gətirdiyini eşitmiş, onunla kənd ərazisində görüşüb bu barədə söhbət etmiş və Anara “Mercedes-Benz” minik markalı avtomobil almaq istədiyini bildirmiş, Anar da ona gətirə biləcəyini, bunun üçün 17000 manat pul lazım olduğunu bildirmişdir. O, Anara nəğd şəkildə pul verə bilməyəcəyini, ancaq kreditlə ala biləcəyini demiş, Anar isə ona ilkin ödəniş kimi 1000 manat, hər ay 250 manat verib, pulu bağlaya biləcəyini demişdir. O, Anarla razılaşmış, Anara bu adla ilk olaraq 2024-cü ilin sentyabr ayının əvvəllərində, Qəbələ rayonu, Kürd kənd ərazisində yerləşən yaşadığı evdə 1000 manat pul vermişdir. Həmin vaxt Anar ona 15 sentyabr 2024-cü il tarixdə avtomobilin Azərbaycan Respublikasında olacağını bildirmişdir. Bundan təxminən bir həftə sonra, yəni 2024-cü ilin sentyabr ayının ortalarında “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Anar istifadəsində olan mobil nömrədən onun istifadə etdiyi mobil nömrəyə səs ataraq avtomobil üçün pul çatmadığını, əlavə 500 manat pul lazım olduğunu demişdir. O, həmin gün axşam saatlarında Kürd kənd ərazisində yerləşən Anarın yaşadığı evin qarşısında 500 manat pulu Anara vermişdir. Təxminən 3-4 gün sonra Anar ona yenidən “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə istifadəsində olan mobil nömrədən onun istifadə etdiyi mobil nömrəyə səs ataraq əlavə 400 manat lazım olduğunu demişdir. O, Anarla razılaşmış və həmin gün Kürd kənd ərazisində yerləşən Anarın yaşadığı evin qarşısında 400 manat pulu Anara vermişdir. 19 sentyabr 2024-cü il tarixdə Anar ona “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə səs ataraq avtomobilin gəldiyini, qeydiyyata salmaq üçün əlavə 150 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də Qəbələ rayonu, Kürd kəndində yerləşən evində olduğu zaman kartında pul olmadığından onlara qonaq gəlmiş bibisi X11 nəğd 150 manat pul verib, onun icazəsi ilə telefonunda olan “Birbank” tətbiqi vasitəsi ilə 4169 7388 9950 2169 saylı kart hesabından Anarın ona atdığı istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 5239 1517 6476 4869 saylı kart hesabına 150 manat pul göndərmiş, lakin bunlara baxmayaraq Təqsirləndirilən şəxs ona nə ölkə xaricindən avtomobil gətirmiş, nə də ondan almış olduğu pulu geri qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadə verərək bildirdi ki, hal-hazırda Ağdaş- Zarağan avtomobil yolunun, Ağdaş şəhəri ərazisindən keçən 1-ci kilometrliyində yerləşən avtomobil təmir sexində oğlu Şahid6 ilə birlikdə motor ustası işləyir. Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının ortalarında tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə idarə etdiyi müxtəlif markalı avtomobilləri onun yanına gətirərək təmir etdirmişdir. 28 avqust 2024-cü il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” minik markalı, xatırlamadığı dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirmək üçün təmir sexinə gətirmişdir. Həmin vaxt oğlu Şahid6 işə qəbul məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin rəhbər heyətinin 29-30 avqust 2024-cü il tarixlərdə Ağdaş şəhərində keçirəcəkləri vətəndaş qəbulunda iştirak üçün qeydiyyata getmişdir. Anar İlhamın harada olmasını soruşduqda FHN-də işə qəbul üçün vətəndaş qəbulunda qeydiyyata yazılmağa getdiyini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ona FHN-də olan tanışlarının vasitəçiliyi ilə oğlu İlhamı FHN-nin Ağdaş şəhərində yerləşən Ağdaş Rayon Dövlət X13 yanğınsöndürən kimi işə düzəldə biləcəyini bildirmiş və bunun üçün 1000 manat pul lazım olduğunu demişdir. Anar İlhamı 20 günə kimi işə düzələcəyini, buna görə ona oğlu İlham barəsində yaşayış yerindən arayış, xəstəxanadan sağlamlıq haqqında arayış, 3x4 ölçüdə fotoşəkil lazım olacağını bildirmişdir. O da Anarla razılaşmış, 03 sentyabr 2024-cü il tarixdə təxminən saat 12 radələrində Ağdaş şəhəri ərazisində yerləşən avtomobil təmir sexində 600 ABŞ dolları pulu və ona tapşırdığı sənəd nümunələrinin surətini vermişdir. 2024-cü ilin sentyabr ayının ortalarında Anar zəng edərək bir neçə günə kimi idmandan keçmək üçün İlhamla birlikdə Bakı şəhərinə gedəcəklərini, bunun üçün əlavə olaraq orada idmanı götürəcək şəxslərə 200 manat pul göndərmək lazım olduğunu bildirmişdir. Buna görə də oğlu İlhama Anara göndərməsi üçün 200 manat pul vermişdir. 21 sentyabr 2024cü il tarixdə təxminən saat 11 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən, “Halal” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə Anarın atdığı və istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 5239 1517 6476 4869 saylı kart hesabına 200 manat pul göndərmişdir. Bundan sonrakı müddətdə Anarla nə qədər əlaqə yaratmaq istəsə də buna nail ola bilməmişdir. Anarın yaşadığı Qəbələ rayonu, Kürd kəndinə getmiş, orada onun bir sıra şəxslərə də müxtəlif vədlər verərək aldatması məlum olmuşdur. Təqsirləndirilən şəxs nə dediyi sözü yerinə yetirmiş, nə də ondan almış olduğu pulu geri qaytarmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs6 atasıdır. Rəsmi iş yeri olmadığı üçün kənd ərazisində “Qaz 53” yük markalı avtomobillə sifariş əsasında yük daşımaqla ailəsini dolandırır. Həmin yük avtomobili ilə Anarın yaşadığı həyətdə də iş görmüş, bu səbəblə Anarı tanımışdır. 2024-cü ilin yay aylarında Qəbələ rayonu, Kürd kəndi ərazisində atası Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə söhbət edərkən Anar atasına anası Rəsmiyə Cəfərquliyevanı xəstəliyi ilə bağlı pensiyaya çıxarıb ayda 340 manat pensiya alacağına köməklik edə biləcəyini demiş və bunun üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Atası həmin zaman həmin məbləğin olmadığını bildirdikdə Anar atasına ilkin olaraq 1000 manat, pensiya düzəldikdən sonra isə yerdə qalan 500 manatı verməsini təklif etmiş, atası da Anarla razılaşmışdır. İlk dəfə atası 18 iyul 2024-cü il tarixdə təxminən saat 12 radələrində Qəbələ rayonu, Kürd kənd ərazisində Təqsirləndirilən şəxs anası 1000 manat pul vermişdir. Bir neçə gün sonra atası yenidən Qəbələ rayonu, Kürd kəndi ərazisində Təqsirləndirilən şəxsla qarşılaşmış, aralarında olan söhbət zamanı Anar atasına onun cavan oğlan olduğunu, özünün yaxşı tanışlarının vasitəçiliyi ilə onu Bakı şəhərində yerləşən Neft Daşlarına operator vəzifəsinə düzəldə biləcəyini demiş və bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Atası bu qədər pulun olmadığını bildirdikdə Anar atasına ilkin olaraq 2100 manat, işə düzəldikdən sonra isə yerdə qalan 1900 manat verməsini təklif etmiş, atası da Anarla razılaşmışdır. 25 iyul 2024-cü il tarixdə təxminən saat 17 radələrində Qəbələ rayonu, Kürd kənd ərazisində atası Təqsirləndirilən şəxs onu işə düzəltmək məsələsi ilə bağlı 2100 manat pul vermişdir. Bir neçə gün sonra yenidən atası Qəbələ rayonu, Kürd kəndi ərazisində Təqsirləndirilən şəxsla qarşılaşmış, aralarında olan söhbət zamanı Anar atasına ona Bakı şəhərində işə düzəldikdən sonra Bakı şəhərində yaşaması üçün 4500 manat pul müqabilində “Ağ şəhərdə” ipoteka ilə ev ala biləcəyini demiş, atası da razılaşmışdır. Atası həmin zaman Anara o qədər pulunun olmadığını bildirdikdə Anar atasına ilkin olaraq 2200 manat, sonrakı müddətdə isə yerdə qalan 2300 manat verməsini, nəticədə 4500 manatı tamamlaya biləcəyini bildirmişdir. Atası 08 avqust 2024-cü il tarixdə təxminən saat 10 radələrində Qəbələ rayonu, Kürd kənd ərazisində Təqsirləndirilən şəxs ona Bakı şəhərində ipoteka ilə yaşayış evi almaq məsələsi ilə bağlı 2200 manat pul vermişdir. Bundan sonrakı müddətdə Anardan işlərin nə yerdə olmasını maraqlanarkən məsələlərin tez bir zamanda həll olunacağını desə də, bu günədək nə dediyi sözləri yerinə yetirmiş, nə də atasından almış olduğu pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs7 onun atasıdır. Təqsirləndirilən şəxs isə kənd sakini kimi tanıyır. 13 avqust 2024-cü il tarixdə Qəbələ rayonu, Kürd kənd ərazisində olan zaman Təqsirləndirilən şəxsla qarşılaşmış, aralarında olan söhbət zamanı, o Bakı şəhərindən servisdən 2006-cı il istehsallı “Toyota Camry” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, avtomobilin nəğd şəkildə qiymətinin 12000 manat olduğunu, istəsə sata biləcəyini bildirmişdir. Həmin zaman o, Təqsirləndirilən şəxs 12000 manat pulu nəğd şəkildə verə bilməyəcəyini bildirmiş, Anar isə ilkin ödəniş kimi 1200 manat, hər ay 250 manat dəyərək 12000 manatı tamamlaya biləcəyini bildirmişdir. O da bu səbəblə razılıq almaq üçün yaşadığı evə gedib atası Zərərçəkmiş şəxs7 danışmış, atası da buna razılıq vermişdir. Bu səbəblə atası Zərərçəkmiş şəxs7 14 avqust 2024-cü il tarixdə təxminən saat 10 radələrində Qəbələ rayonu, Kürd kənd ərazisində Təqsirləndirilən şəxsla görüşərək sonuncuya həmin avtomobili satın almaq məqsədi ilə 1200 manat pul vermiş, Anar atasına yerdə qalan pulu hər ay üçün 250 manat ödəyib 12000 manatı tamamlaya biləcəyini demişdir. Bundan 7-8 gün keçdikdən sonra Anar həmin “Toyoto Camry” minik markalı, **- MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ona vermiş, 28 avqust 2024-cü il tarixdə isə həmin avtomobilə “Mobil Notarius” vasitəsilə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə almışdır. Bundan təxminən 15-20 gün sonra kənd camaatından Təqsirləndirilən şəxs kənd sakinlərini müxtəlif adlarla aldadıb pullarını alaraq kənddən qaçıb getdiyini eşitmiş, 2024-cü ilin sentyabr ayının təxminən 20-dən sonra X8 adlı şəxs gələrək avtomobilin özünə məxsus olmasını və servisdə satışa qoyulduğunu, Anarın həmin avtomobili satmaq üçün etibarnamə istədiyini, lakin sonrakı müddətdə Anarın dələduzluq əməlindən xəbərdar olduğunu, bu səbəblə “Toyoto Camry” minik markalı avtomobili özünə geri qaytarılmalı olduğunu bildirib avtomobili ondan alaraq aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla Ağdarə, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, “Vətən müharibəsi iştiraçısı” medalı ilə təltif olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra iş axtarmışdır. 2024-cü ilin iyun ayının əvvəllərində, xatırlamadığı günündə atası Qəbələ rayonu, Kürd kəndində təşkil olunan toy məclisindən gəldikdən sonra ona Anar adlı şəxslə tanışı olduğunu, əvvəllər FHN-də işlədiyini, əlqolunun uzun olduğunu, həmin şəxsin onu işə qoya biləcəyini, həmin şəxsi həmkəndlisi Dilqəm adlı şəxsin vasitəsi ilə tanıdığını bildirmiş, o da atası ilə razılaşmışdır. Səhəri gün təxminən saat 15 radələrində Dilqəm atasına zəng edərək Anar ilə birlikdə Ağdaş şəhərinə gəldiklərini, Anarın görüşüb söhbət etmək istədiyini bildirmişdir. O, atası ilə birlikdə Ağdaş şəhəri, M.İsayev küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Muğam” çay evinə getmişlər. Aralarında olan söhbət zamanı Anar əvvəllər FHN-də yüksək vəzifədə işlədiyini, hazırda təqaüddə olduğunu, lakin hələ də orada tanışları olması səbəbi ilə bir sıra şəxsləri işə düzəltdiyini bildirmişdir. Daha sonra Anar onu da FHN-nin Ağdaş şəhərində yerləşən Ağdaş Rayon Dövlət X13 3000 manat qarşılığında işə düzəldə biləcəyini demiş, onlar da Anarla razılaşmışlar. Daha sonra Anar ona sağlamlıq, məhkumluğun olub-olmaması barədə arayışlar, hərbi bilet və bir sıra sənədləri hazırlamalı olduğunu demişdir. Səhəri gün o, və atası Qəbələ şəhərinə getmişlər, müvafiq orqanlardan Anarın bildirdiyi sənədləri hazırlamışlar, daha sonra atası Anara zəng etmiş, Anar Ağdaş rayonu ərazisində yerləşən sexdə maşın təmir etdirdiyini bildirmişdir. Bu səbəblə o, və atası Cavid Dilqəmi də Qəbələ rayonu, Kürd kəndindən götürərək Ağdaş şəhərinə gəlmişlər. Təmir sexinin qarşısında Anara bir sıra sənəd nümunələrini, işə düzəltmək üçün onlara bildirdiyi 3000 manat puldan ümumilikdə 500 manat pul vermişlər. Anar həmin vaxt özünə məxsus mobil telefon vasitəsi ilə danışığını da qeydə almış və həmin səs yazısını təqdim etmişdir. Bir neçə gün sonra Anar atasına zəng edib Ağdaşda olan həmin avtomobil təmiri sexində maşın təmir etdirdiyini, sənədlərə, əldə-ayaqda köməklik edən şəxslərə vermək üçün 200 manat pul lazım olduğunu bildirmişdir. Bu səbəblə atası təxminən saat 11 radələrində ilk dəfə pulu verdikləri təmir sexinin qarşısına getmişdir. Anar atasına ilk dəfə ona təqdim etdiyi sənəd nümunələrinin əslini geri qaytararaq, surətlərinin çıxarıldığını bildirmişdir. Bundan sonra atası Anara işə düzəltmək üçün onlara bildirdiyi 3000 manat puldan ümumilikdə 200 manat pul vermiş, daha sonra isə Anar çıxıb getmişdir. Bu olanları atası evə gəldikdə ona danışmışdır. Bundan bir neçə gün sonra Anar yenidən atasına zəng edərək guya onun işinin düzəlməsinə görə atasını təbrik etmişdir. Həmin gün atası Anarla təxminən saat 15 radələrində yenidən Ağdaş-Zarağan avtomobil yolunun, Ağdaş şəhər ərazisində olan təmir sexinin qarşısında görüşmüşlər. Həmin vaxt atası oraya tək getmiş və Anara işə düzəltmək üçün bildirdiyi 3000 manat puldan 800 manat pul vermişdir. Anar yenidən atasına səhəri gün saat 09:00-da Qəbələ rayonu, Zarağan qəsəbəsində olmasını, saat 10:00-da baxış keçiriləcəyini, oraya birlikdə gedəcəklərini bildirmişdir. Səhəri gün saat 09:00-da atası ilə birlikdə Qəbələ rayonu, Zarağan qəsəbəsinə getmişlər. Bir neçə dəqiqə gözlədikdən sonra atası Anara zəng etmiş, lakin Anarın telefonu bağlı olmuşdur. Bir neçə dəfə də təkrar zəng etmişlər, lakin telefona zəng çatmamış, bundan sonra isə DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə və Ağdaş rayon Polis Şöbəsinə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Onunla 2020-ci il tarixdə tanış olub evlənmək məqsədi ilə kəbin bağlamış, lakin rəsmi nikah qeydə aldırmamışlar. 2023-cü ilin iyun ayında anasının xəstəliyi ilə bağlı Bakı şəhərində yerləşən evini satıb anası, azyaşlı qızı və Anar ilə birlikdə Qəbələ rayonu, Kürd kəndinə köçmüş, orada fərdi yaşayış evi alaraq yaşamağa başlamışlar. Kənd ərazisində Riyaziyyat fənni üzrə şagirdlərə əlavə dərs keçir, hər kəslə xoş münasibətdədir. 2024-cü ilin sentyabr ayında bir sıra Kürd kənd sakinlərindən əri Təqsirləndirilən şəxs bir neçə nəfəri müxtəlif adlarla aldadaraq pullarını ələ keçirdiyini eşitmişdir. Daha sonra bu məsələlərlə bağlı Anar Abdurəhmanova zəng edərək bildirmiş, Anar da bu olanları təsdiq edərək təcili Bakı şəhərinə getdiyini bildirib telefonu söndürmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9-oğlu Şahid6 Fövqəladə Hallar Nazirliyinin Ağdaş şəhərində yerləşən Ağdaş Rayon Dövlət X13 işə düzəldəcəyi ilə bağlı Şahid6 “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bir sıra səsli mesajlar göndərmişdir. “Baxış keçirilməsi haqqında”xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 200 manat pulun göndərilməsi ilə bağlı **********4 əməliyyat nömrəli qəbzə baxış zamanı Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Halal” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə A***** A***** B***** adlı şəxsin istifadəsində olan 523915******4869 saylı kart hesabına 200 manat pul göndərilməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törədən zaman öz istifadəsində olan kartlardan istifadə etmiş, sonuncunun istifadəsində olan bank kartlarına və əməliyyatların aparılması barədə qəbzlərə baxış keçirilmişdir. 1) 1-72141173 nömrəli qəbzə baxış zamanı Zərərçəkmiş şəxs5 bibisi X12 məxsus mobil telefonda bibisinin “Birbank” tətbiqi vasitəsində qeydiyyatdan keçdiyi 416973******2169 saylı kart hesabından An** A***** adlı şəxsin istifadəsində olan 523915******4869 saylı kart hesabına 150 (yüz əlli) manat pul göndərməsi, əməliyyat zamanı 150 manatdan əlavə 2.25 qəpik isə komissiya haqqı tutulması müəyyən edilmişdir; 2) **********8 nömrəli qəbzə baxış zamanı Zərərçəkmiş şəxs8 özünə məxsus mobil telefonda “Birbank” tətbiqi vasitəsində qeydiyyatdan keçdiyi ****0747 saylı kart hesabından An** A***** adlı şəxsin istifadəsində olan ****9149 saylı kart hesabına 1500 (min beş yüz) manat pul göndərməsi müəyyən edilmişdir; 3) **********4 əməliyyat nömrəli qəbzə baxış zamanı Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Halal” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə A***** A***** B***** adlı şəxsin istifadəsində olan 523915******4869 saylı kart hesabına 200 (iki yüz) manat pul göndərilməsi müəyyən edilmişdir. Həmçinin 4169 7385 1950 9149 və 5239 1517 6476 4869 saylı bank kartlarına baxış zamanı yuxarıda qeyd olunan qəbzlərdə göstərilən son rəqəmlər həqiqətən Təqsirləndirilən şəxs istifadəsində olan bank kartlarının son 4 rəqəmləri ilə eynilik təşkil edir. Bundan başqa Təqsirləndirilən şəxs da həmin bank kartlarının özünə məxsus olmaqla istifadəsində olduqlarını və qeyd edilən cinayət əməllərində məhz həmin 02 ədəd bank kartlarından istifadə etdiyini bildirmişdir. Şübhəli şəxsin tutulması və axtarışın elan edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan göünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilindiyindən tutulması üçün barəsində axtarış elan edilmiş, 15 oktyabr 2024-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Qəbələ rayon X26 Bölməsinin müstəntiqi X14 “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham irəli sürülmüş, həmin tarixdə saat 10:40-da təqsirləndirilən şəxs qismində dindirilmişdir. Qəbələ Rayon Məhkəməsinin 4(025)-28/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədiri seçilmişdir. Ağdaş rayon Polis Şöbəsinin müstəntiqi X6 “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərarınından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə saat 06:10-da, 07 yanvar 2025-ci il tarixdə saat 09:55-də təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işi üzrə “əməlin tövsif edilməsi haqqında” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələrinə tövsif edilmiş, 03 fevral 2025-ci il tarixdə ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, həmin tarixdə saat 09:30-da təqsirləndirilən şəxs qismində dindirilmişdir. Yasamal Rayon Məhkəməsinin 1(004)-481/2011 nömrəli, 14 oktyabr 2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs əmlakı müsadirə olunmamaqla qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 sentyabr 2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 08 yanvar 2025-ci il tarixli, 3-28-29/2-149/2025 saylı məktubdan görünür ki, xx xxxx 1981-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X33 küçəsi, inzibati bina, ev 1 ünvanınd qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş 10 iyun 2025ci il tarixli, 3-18/2-2316/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2000-ci il tarixdən 28 oktyabr 2009-cu il tarixədək yanğından mühafizə orqanlarında xidmət etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə Zərərçəkmiş şəxs4 onun oğlunu Ağdaş rayon Dövlət X13 işə düzəltməsi üçün 3000 manat məbləğində pul istəmədiyi, həmçinin Zərərçəkmiş şəxs4 bu səbəblə 1500 manat deyil, 700 manat məbləğində pul aldığı ilə bağlı ifadəsi işdə olan mötəbər sübutlarla-zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə təkzib olunduğundan, məhkəmə onun bu ifadəsini özünümüdafiə kimi qiymətləndirir və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, heç bir halda təqsirləndirilən şəxsin özünümüdafiə üçün gətirdiyi və işdəki mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 3000 manat deyil, 1000 manat məbləğində pul istəməsi və cəmi 700 manat məbləğində pul almasına dair verdiyi ifadə istisna olmaqla, onun məhkəmədə verdiyi ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin tədqiq edilmiş ifadələrini, üzləşdirmə protokollarını, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, məhkəmə, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul və ya digər əşya) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını və ya digər əşyalarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları və ya digər əşyaları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin əmlaklarının (pullarının və ya digər əşyalarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi və məhkəmə istintaqı zamanı müəyyən edilmiş cinayət əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət etməyə cəhd, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa Cinayət Məcəlləsinin 29-cu, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə Cinayət Məcəlləsinin 178.2.2-ci, xeyli miqdarda ziyan vurmaqla törədildikdə 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq, işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-in 178.2.4 və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29, 178.2.2-ci və 29, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin qeyd edilən maddələrinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29, 178.2.2-ci və 29, 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 29, 178.2.2-ci və 29, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Yuxarıda istinad olunan Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, iş üzrə hər bir zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətçi olmalarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs başa çatmış və başa çatmayan cinayətlərə görə ayrılıqda, yəni cinayətlərin məcmusu nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 15-ci bəndində göstərilmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Məhkəmə, Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli, cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarının ikinci bəndindən görünür ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarı rəsmi olaraq 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına 28 aprel 2025-ci il tarixdə dəyişiklik edilənə qədər qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf edilmişdir. Həmçinin, vəkil Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, o, Ağdaş Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərarına əsasən 28 fevral 2025-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs hüquqlarının müdafiənə (iş materialları ilə tanış olma və hüquqi yardım göstərilən şəxslə görüş) başlamış, 29 aprel 2025-ci il tarixədək 16 saat, bundan sonra isə 14 saat təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 29 aprel 2025-ci il tarixədək olan müddətə 96 manat, bundan sonra göstərilən hüquqi yardımla bağlı isə 154 manat məbləğində müəyyən edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 250 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29, 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 250 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X31

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar