Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-25/2022 30.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu Cardam kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, 2021-ci ilin sentyabr ayının ortalarında istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 46,66 qram olan qurudulmuş marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, onlardan 1 ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 31,59 qram, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,76 qram və 3 ədəd kağız bükümdə təmiz çəkiləri 0,18 qram, 0,54 qram, 1,91 qram, ümumi təmiz çəkisi 40,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunanqurudulmuş marixuanaları qanunsuz olaraq satış məqsədi olmadan Ağdaş rayonunun Cardam kəndində yerləşən yaşadığı evin yataq otağında yataq dəstinin alt hissəsində saxlamış, həmin narkotik vasitədən 1 ədəd kibrit qutusunda, təmiz çəkisi 5,68 qram qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, üzərində daşıdığı narkotik vasitələr 29.11.2021-ci il tarixdə saat 14:25 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilib həmin tarixdə saat 15:12 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman, evində saxladığı narkotik vasitələr isə həmin tarixdə saat 16:23-də Ağdaş RPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayon Cardam kəndindəki evinə baxış keçirilən zaman yataq otağında yataq dəstinin alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, ifadəsinin kompüter vasitəsilə müstəntiq tərəfindən yazılmasına etirazı olmadığını, evli olduğunu, üç övladının olduğunu, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, başqa heç bir narkotik vasitədən istifadə etmədiyini, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əvvəllər heç bir məhkumluğu olmadığını, 29.11.2021-ci il tarixdə təxminən saat 14:25 radələrində Ağdaş şəhəri H.Hacıyev küçəsində olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq ona üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli üzərində xətləri olan pencəyin sol yan iç cibindən 1 ədəd kibrit qutusu, həmin əynində olan pencəyin sağ yan cibindən özünə məxsus qara rəngli “BQ” markalı smartfon telefon, əynində olan qış gödəkçəsinin sol yan cibindən 1 ədəd göy rəngli üzərinə “Zavira” sözü yazılmış alışqan və əynində olan gödəkçənin sol qolunun uc hissəsindən əvvəlcədən saxladığı özünə məxsus avtomobilin açarı (pultu) aşkar olunduğunu, üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusu açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunduğunu, həmin 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilərkən, çəkisinin 9,20 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusu kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin üzərindən aşkar edilmiş qara rəngli “BQ” markalı smartfon telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, üzərindən aşkar edilmiş 1 ədəd alışqan və 1 ədəd avtomobil açarı (pultu) iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını, daha sonra özü qurudulmuş marixuanadan istifadə etdiyi üçün polis əməkdaşlarına yaşadığı Ağdaş rayon Cardam kəndində yerləşən evində də qurudulmuş marixuana saxladığını və onu təqdim edə biləcəyini bildirdiyini, daha sonra onun razılığı ilə yaşadığı Ağdaş rayon Cardam kəndindəki evinə gedərək öz yatdığı otaqda olan özünün yatdığı çarpayıda döşəyin altında saxladığı 1 ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim etdiyini, həmin 1 ədəd sellofan torba açılan zaman həmin sellofan torbanın içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsi olan qurudulmuş marixuana, 3 ədəd kağız büküm və 1 ədəd sellofan büküm aşkar olunduğunu, aşkar olunmuş 3 ədəd kağız bükümlər və 1 ədəd sellofan büküm açılan zaman içərilərində yaşıl rəngli, kəskin iyli, bitki kütləsi olan qurudulmuş marixuana aşkar edildiyini, daha sonra aşkar edilmiş 3 ədəd kağız bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən, çəkiləri müvafiq olaraq 0,89 qram, 1,31 qram, 2,74 qram, 1 ədəd sellofan bükümün çəkisi 9,28 qram və 1 ədəd sellofan torbanın çəkisi 34 qram olduğunu, daha sonra aşkar edilmiş 1 ədəd sellofan torba, 3 ədəd kağız büküm və 1 ədəd sellofan büküm kağız zərfə qablaşdırıldı, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, baxış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunu yaşadığı evdə olan narkotik vasitə olan qurudulmuş marixuanadan götürərək kibrit qutusuna qoyaraq özü istifadə etmək üçün üzərində saxladığını, ancaq üzərinə şəxsi axtarış keçirilərkən yalandan Ağdaş şəhərindən yolun kənarından ağacın dib hissəsindən tapdığını bildirdiyini, yaşadığı evdən aşkar edilmiş, qurudulmuş marixuananı təxminən iki ay öncə yaşadığı kəndin çöl sahəsində mal otararkən kanalın kənarında yabanı halda bitmiş bitkidən yığaraq qurudub, bir hissəsini yaşadığı evdə saxladığını, 29.11.2021-ci il tarixdə də həmin qurudulmuş marixuanadan da bir kibrit qutusuna yığaraq özü ilə götürüb Ağdaş şəhərinə istifadə etmək üçün gəldiyini, həmin günü də polis əıməkdaşlarının ona yaxınlaşdığını və onu PŞ-yə aparan zaman üzərindən 1 kibrit qutusunda olan narkotik vasitə olan marixuana aşkar olunduğunu, həmin narkotik vasitə olan marixuananı heç kimə satmaq fikrində olmadığını, ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 29.11.2021-ci il tarixdə günorta radələrində xidmətdə olduğunu, həmin zaman Ağdaş rayon Cardam kəndində qeydiyyatda olan, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:20 radələrində RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2 ilə birlikdə Şöhrəti Ağdaş şəhəri H.Hacıyev küçəsində olmasını gördüklərini, həmin vaxt Şöhrətə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, bundan sonra onu RPŞyə dəvət etdiklərini, onun üzərində şəxsi axtarış aparılması üçün özü tərəfindən raportla rəhbərliyə məruzə edildiyini, raportun araşdırlması RPŞ-nin TB-yə həvalə edildiyini, daha sonra RPŞ-nin növbətçi hissəsində Şahid2, onun və müdafiəçinin iştirakı ilə Şöhrətin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Şöhrətin əynində olan tünd göy rəngli üzərində xətləri olan pencəyin sol yan iç cibindən 1 ədəd kibrit qutusu, həmin pencəyin sağ yan cibindən Şöhrətə məxsus qara rəngli “BQ” markalı smartfon telefon, əynində olan qış gödəkçəsinin sol yan cibindən 1 ədəd göy rəngli üzərinə “Zavira” sözü yazılmış alışqan və əynində olan gödəkçənin sol qolunun uc hissəsindən əvvəlcədən saxladığı Şöhrətə məxsus avtomobilinin açarı (pultu) aşkar olunduğunu, aşkar olunmuş 1 ədəd kibrit qutusu açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunduğunu, həmin 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilərkən çəkisinin 9,20 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı Şöhrətin üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusu kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçılar həmin zərfə imza etdiklərini, həmçinin aşkar edilmiş qara rəngli “BQ” markalı smartfon telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, aşkar edilmiş 1 ədəd alışqan və 1 ədəd avtomobil açarı (pultu) iş üçün əhəmiyyət kəsb etmədiyindən Şöhrətə qaytarıldığını, daha sonra Şöhrətə onun yaşadığı evdə və ya başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığının soruşulduğunu və evinə baxış keçiriləcəyini, həmin vaxt Şöhrət özü istifadə etmək məqsədi üçün yaşadığı Ağdaş rayon Cardam kəndində yerləşən evində də qurudulmuş marixuana saxladığını və onu təqdim edə biləcəyini bildirdiyini, daha sonra Şöhrətin razılığı ilə onun yaşadığı Ağdaş rayon Cardam kəndindəki evinə baxış keçirildiyini, baxış zamanı həmin evdə Şöhrətin yatdığı otaqda olan özünün yatdığı çarpayıda döşəyin altında saxladığı 1 ədəd sellofan torbanı təqdim etdiyini, həmin 1 ədəd sellofan torba açılan zaman həmin sellofan torbanın içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsi olan qurudulmuş marixuana, 3 ədəd kağız büküm və 1 ədəd sellofan büküm aşkar olunduğunu, aşkar olunmuş 3 ədəd kağız bükümlər və 1 ədəd sellofan büküm açılan zaman içərilərində yaşıl rəngli, kəskin iyli, bitki kütləsi olan qurudulmuş marixuana aşkar edildiyini, daha sonra aşkar edilmiş 3 ədəd kağız bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən, çəkiləri müvafiq olaraq 0,89 qram, 1,31 qram, 2,74 qram, 1 ədəd sellofan bükümün çəkisi 9,28 qram və 1 ədəd sellofan torbanın çəkisi 34 qram olduğunu, daha sonra aşkar edilmiş 1 ədəd sellofan torba, 3 ədəd kağız büküm və 1 ədəd sellofan büküm kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, baxış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Şöhrətin həmin narkotik vasitələri 2021-ci ilin sentyabr ayının ortalarında Ağdaş rayonu Cardam kəndində yerləşən su arxının kənarından yabanı halda bitmiş çətənə (kannabis) bitkisindən yığaraq qurutduğunu bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və bu barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evinə baxış aparan zaman orada özündən başqa polis nəfəri Şahid2 və müdafiəçinin olduğunu, həmçinin şəxsi axtarışın və baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şöhrətin əynində olan tünd göy rəngli üzərində xətləri olan pencəyin sol yan iç cibindən 1 ədəd kibrit qutusu, həmin pencəyin sağ yan cibindən Şöhrətə məxsus qara rəngli “BQ” markalı smartfon telefon, əynində olan qış gödəkçəsinin sol yan cibindən 1 ədəd göy rəngli üzərinə “Zavira” sözü yazılmış alışqan və əynində olan gödəkçənin sol qolunun uc hissəsindən əvvəlcədən saxladığı Şöhrətə məxsus avtomobilinin açarı (pultu) aşkar olunmuş, aşkar olunmuş 1 ədəd kibrit qutusu açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik vasitəyə oxşar bitki kütləsi aşkar olunmuş, həmin 1 ədəd kibrit qutusunun elektron tərəzidə çəkilərkən, çəkisi 9,20 qram olmuş, daha sonra şəxsi axtarış zamanı Şöhrətin üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusu kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, özü və digər iştirakçılar həmin zərfə imza etmiş, həmçinin aşkar edilmiş qara rəngli “BQ” markalı smartfon telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, özü və digər iştirakçılar həmin zərfə imza etmiş, şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş, aşkar edilmiş 1 ədəd alışqan və 1 ədəd avtomobil açarı (pultu) iş üçün əhəmiyyət kəsb etmədiyindən Şöhrətə qaytarılmış, daha sonra Şöhrətdən onun yaşadığı evdə və ya başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, həmin vaxt Şöhrət özü istifadə etmək məqsədi üçün yaşadığı Ağdaş rayon Cardam kəndində yerləşən evində də qurudulmuş marixuana saxladığını və onu təqdim edə biləcəyini bildirmiş, daha sonra Şöhrətin razılığı ilə onun yaşadığı Ağdaş rayon Cardam kəndindəki evinə baxış keçirilmiş, baxış zamanı həmin evdə Şöhrətin yatdığı otaqda olan özünün yatdığı çarpayıda döşəyinin altında saxladığı 1 ədəd sellofan torbanı təqdim etmiş, həmin 1 ədəd sellofan torba açılan zaman həmin sellofan torbanın içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsi olan qurudulmuş marixuana, 3 ədəd kağız büküm və 1 ədəd sellofan büküm aşkar olunuş, aşkar olunmuş 3 ədəd kağız bükümlər və 1 ədəd sellofan büküm açılan zaman içərilərində yaşıl rəngli, kəskin iyli, bitki kütləsi olan qurudulmuş marixuana aşkar edilmiş, daha sonra aşkar edilmiş 3 ədəd kağız bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən, çəkiləri müvafiq olaraq 0,89 qram, 1,31 qram, 2,74 qram, 1 ədəd sellofan bükümün çəkisi 9,28 qram və 1 ədəd sellofan torbanın çəkisi 34 qram olmuş, daha sonra aşkar edilmiş 1 ədəd sellofan torba, 3 ədəd kağız büküm və 1 ədəd sellofan büküm kağız zərfə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, özü və digər iştirakçılar həmin zərfə imza etmiş, baxış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 30.11.2021-ci il tarixli, 17/829 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən aşkar edilmiş...”sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin otağından aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan torbada, təmiz çəkisi 31,59 qram, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 6,76qram və 3 ədəd kağız bükümlərdə təmiz çəkiləri – 0,18 qram, 1,91 qram, 0,54 qram, ümumi təmiz çəkisi – 40,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2 ədəd zərflərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 22.01.2022-сi il tarixli, 89 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 21.04.1994-cü il tarixli, 1-21/1994 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189 maddəsi ilə təqsirli bilinərək, qazancının 15% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 dekabr 2021-ci il tarixli, 238 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Cardam kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı- X1; oğlu – X3; oğlu - X4; gəlini – X5; nəvəsi – X6. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:52-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmamasına baxmayaraq, saxladığı narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olması (üzərindən saxlanılarkən 1 kibrit qutusunda, yaşadığı mənzildə isə 1 ədəd sellofan torbada, 1 ədəd sellofan bükümdə və 3 ədəd kağız bükümdə olmaqla), onun məhkəmə iclasında və mənzilə baxış keçirilən zaman (videoçəkilişin 13:38-ci dəqiqəsi və s.) istintaq orqanına müxtəlif məzmunda ifadələr verməsi, "xxxx" MMC tərəfindən təqdim olunmuş CD disk əsasında onun ünsiyyətdə olduğu şəxslərin dairəsi (aralarında olan telefon danışıqları əsasında) müəyyən edilərkən əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə məhkum olunmuş, heç bir qohumluq münasibəti və birbaşa tanışlıq münasibəti olmayan şəxslərlə (********** saylı mobil nömrənin istifadəçisi və ayrı-ayrı vaxtlarda CM-in 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmuş X9 ilə; ********** saylı mobil nömrənin istifadəçisi və CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş X10 ilə və s.), o cümlədən özünün məhkəmə iclasında etirafına əsasən hazırda Ağdaş Rayon Məhkəməsində CM-in 234.2-ci maddəsi ilə barəsində cinayət işi davam edən X2 ilə daimi ünsiyyətdə olması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə iclasında ittiham və müdafiə tərəfləri adları göstərilən şəxslərin əlavə şahid qismində dindirilməsinə, həmçinin Təqsirləndirilən şəxs öz adına olan digər telefon nömrələrinə dair müvafiq sorğuların verilməsinə ehtiyac olmadığını bildirdiklərindən məhkəmə ittiham çərçivəsində işə baxılmasını davam etdirmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 30 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 46,54 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 46,54 qram kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-25/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-25/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver