Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-26/2021 27.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X10 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, 22.05.2018-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, 16.08.2020-ci il tarixdə Şəki rayon məhkəməsinin qərarı 04 ay 23 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, Mingəçevir şəhəri Nizami küçəsi ev 16, mənzil 15-də qeydiyyatda olan və yaşayan, barəsində 27.11.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Ağdaş Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 1(014)-26/2021 saylı qərarı ilə “axtarış” elan olunmaqla “həbs” seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 aprel 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 22.05.2018-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, 16.08.2020-ci il tarixdə Şəki rayon məhkəməsinin qərarı 04 ay 23 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, özgə əmlakını gizli yolla talama məqsədilə 23.11.2020-ci il tarixdə saat 17:45 radəsində Ağdaş şəhəri Üzünük küçəsi ev 10-da yaşayan Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən mağazasına açıq qapıdan daxil olaraq orada kassa kimi istifadə edilən masanın siyirməsindən 550 manat nəğd pulu oğurlamış, yəni gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində əvvəllər məhkum olunduğunu, evli, 2 azyaşlı övladının olduğunu, 23.11.2020-ci il tarixdə Ağdaş şəhərinə gəldiyini, həmin gün saat təxminən 17:45 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində bazarın yanında yerləşən mağazaların birinin yanına gəldiyini, orada bir mağazaya daxil olduğunu, mağazadan siqaret almaq fikrinin olduğunu, mağazaya daxil olduqdan sonra içəridə heç kəsin olmadığını gördüyünü və oğurluq etmək qərarına gəldiyini, bundan sonra mağazada satıcının əyləşdiyi yerə baxan zaman pul olan yer açıq olduğunu gördüyünü, orada pulları götürüb cibinə qoyduğunu, sonra çıxıb getdiyini, həmin pulları özü üçün xərclədiyini, pulun 300 manat olduğunu, oradan 550 manat oğurlamadığını, pulu masanın siyirməsindən götürdüyünü, kassa olmadığını göstərmişdir. Məhkəmədə son sözündə hepatit xəstəliyindən əziyyət çəkməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Ağdaş şəhəri, H.Əliyev prospektində ərzaq mağazasının olduğunu, mağazasının adının olmadığını, həmin mağazanı qardaşı İlyasın işlətdiyini, 23.11.2020-ci il tarixdə saat təxminən 17:45 radələrində mağazasından tanımadığı bir şəxs gəlib dükana girib kassa kimi istifadə olunan masanın siyirməsindən 550 manat pul və içərisində 300 manat olan kapital banka aid kartı oğurladığını, həmin oğurluğun mağazanın kamerasına düşdüyünü, həmin şəxsi axtarsa da tapa bilmədiyini, bundan sonra polis şöbəsinə gəlib ərizə ilə müraciət etdiyini, bank kartının sahibkarlıq kartı olduğunu, bankdan maraqlanan zaman kartdan pul çıxarılmamasının məlum olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid iş üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək analoji ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir Şəhər X1 08 dekabr 2020-ci il tarixli 708 saylı məktubundan görünür ki, Hacıyev X4 şəhər X2 psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-42/2018 saylı 22 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətəinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzadan 04 ay 23 gün əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Migəçevir şəhəri 4 №-li Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Migəçevir şəhəri 4 saylı Mənzil İstismar Sahəsinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Migəçevir şəhəri 4 №-li Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli 34 saylı arayışından görünür ki, Hacıyev X4 şəhəri, Nizami küçəsi 16 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X11-anası; X9-həyat yoldaşı, uşaqları- 30.01.2012-ci il təvəllüdlü X12 və 24.07.2007-ci il təvəllüdlü X7r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25.11.2020-ci il tarixli Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi, polis kapitanı Seyfəddin Bağırov tərəfindən tərtib edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə saat 18:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “qətimkan tədbirinin seçilməsi, MSY–dən azad edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27.11.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə də saat 11:00 radələrində Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon polis şöbəsinin rəisi Rasim Mustafayevin 27.04.2021-ci tarixli 28/132-7745-1221 №-li məktubunun və məktuba əlavə edilmiş “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.04.2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisində tutulub Ağdaş RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs 550 AZN deyil 300 manat oğurlamasını bildirməsinə tənqidi yanaşaraq ifadəsini həmin hissədə özünü müdafiə xarakteri kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Belə ki, təqsirləndirilən şəxsin əvvəlki cinayətə görə məhkumluğu ödənilməsə də, hazırkı cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan AR CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 35 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək ” haqqında iltizam qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixə kimi şübhəli şəxs kimi iki gün, 26 aprel 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixə kimi bir gün, ümumilikdə həbsdə saxlanıldığı üç gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 06 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müdəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində 22:00-dan 07:00-dək Mingəçevir şəhəri, Nizami prospekti ev 16, mənzil 15-də yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək ” haqqında iltizam qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.. Təqsirləndirilən şəxs göstərilmiş 35 saat hüquqi xidmətə görə 210 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X3 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-26/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-26/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver