Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-26/2024 10.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, hazırda heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs toplanmış kifayət qədər istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Ağdaş Rayon Məhkəməsində olan tanışları vasitəsi ilə sonucunun barəsində istintaqı aparılan cinayət işi üzrə ona azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyi imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra 21 avqust 2023-cü il tarixdə Ağdaş şəhər, H.Əliyev prospektində yerləşən çayxanada 2000 (iki min) manat alıb, Şahid1 iştirakı ilə guya məhkəmədə işləyən şəxsin kart hesabına göndərəcəyi görüntüsü yaratmaqla ünvan 2 ünvanında yerləşən “Birinci Market 3”-ün qarşısındakı “E manat” ödəniş sistemi vasitəsi ilə özünə məxsus **********202482 nömrəli bank kartına köçürtmüş, 27 avqust 2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən “Mədəniyyət evi”-nin arxasında 1000 (min) manat, 10 sentyabr 2023-cü il tarixdə Ağdaş şəhər, H.Əliyev prospektində yerləşən çayxanada 500 (beş yüz) manat, 20 sentyabr 2023-cü il tarixdə Ağdaş şəhər, Vaqif küçəsində yerləşən Ağdaş şəhər stadionun yanında 700 (yeddi yüz) manat, 30 sentyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən sonuncunun fərdi yaşayış evində 1000 (min) manat, 05 oktyabr 2023-cü il tarixdə Ağdaş şəhər, 20 Yanvar küçəsində yerləşən “Məşəd” qəbirstanlığının yanında 470 (dörd yüz yetmiş) manat ümumilikdə 5670 (beş min altı yüz yetmiş) manat pulunu vahid niyyətlə alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Ağdaş rayon İcra və probasiya şöbəsində olan tanışları vasitəsi ilə sonucunun azyaşlı övladlarına görə verdiyi aylıq alimentin ödəniş məbləğini azaldacağı imkanında olduğuna inandırıb özünə qarşı inam yaratdıqdan sonra 30 oktyabr 2023-cü il tarixdə Ağdaş şəhər, Bəkir Nəbiyev küçəsində yerləşən “Mərkəzi Poçtun” qarşısında 845 (səkkiz yüz qırx beş) manat manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 dostu Şahid1 vasitəsi ilə tanımışdır. 21 avqust 2023-cü il tarixdə söhbət zamanı dostu Şahid1 ona Zərərçəkmiş şəxs1 narkotik vasitələrin satışına görə barəsində Ağdaş Rayon Məhkəməsində cinayət işi olduğunu bildirmişdir. Şahid1la söhbət zamanı o, Zərərçəkmiş şəxs1 məhkəmədə olan cinayət işi ilə bağlı ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin istədiyini və buna köməklik edəcək adam axtardığını demişdir. Həmin zaman pula ehtiyacı olduğundan yalandan Ağdaş Rayon Məhkəməsində işləyən tanışlarının olduğunu və həmin şəxslərin vasitəsi ilə Zərərçəkmiş şəxs1 köməklik edəcəyini bildirmişdir. Bundan sonra Şahid1 Zərərçəkmiş şəxs1 zəng etməsini və bələdiyyənin arxasında yerləşən çayxanaya çağırmasını istəmişdir. Şahid1 da onun yanında Zərərçəkmiş şəxs1 zəng etmiş və bələdiyyənin arxasında yerləşən çayxanaya gəlməsini istəmişdir. Bir neçə saat sonra Şahid1 və Zərərçəkmiş şəxs1la Ağdaş şəhərində yerləşən bələdiyyənin arxasında yerləşən çayxanada görüşmüşdür. Söhbət zamanı Zərərçəkmiş şəxs1 Ağdaş Rayon Məhkəməsində işləyən tanışlarının olduğunu və həmin şəxslərin vasitəsi ilə ona azadlığın məhdudlaşıdırılması cəzasını verdirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da ondan bunun üçün hansı məbləğdə pul lazım olduğunu soruşmuş, o, bu məsələ üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 da həmin zaman 2000 manat pulu cibindən çıxararaq ona vermiş və o, həmin pulu sayaraq götürmüşdür. Bundan sonra onlar birlikdə Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən 1-ci marketin qarşısına gələrək “E-manat” ödəmə terminalı vasitəsi ilə 2000 manat pulu öz adına olan Beynəlxalq Banka məxsus kart hesabına köçürmüşdür. Həmin ödəmənin qəbzini Zərərçəkmiş şəxs1 göstərərək həmin pulu öz kart hesabına vurduğunu və daha sonra həmin pulu məhkəmədə işləyən tanışlarına verəcəyini bildirmişdir. Daha sonra 27 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 zəng etmiş və ona məhkəmədə olan cinayət işi ilə bağlı əlavə olaraq 1000 manat da pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşmış və həmin pulu verəcəyini bildirmişdir. Həmin tarixdə axşam saatlarında Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”-nin arxasında Zərərçəkmiş şəxs1la görüşdükdə Zərərçəkmiş şəxs1 ona 1000 manat pul vermişdir. Həmin zaman onların yanında başqa heç kim olmamışdır. Bundan başqa 10 sentyabr 2023-cü il tarixdə o, yenidən Zərərçəkmiş şəxs1 zəng edərək ona məhkəmədə olan cinayət işi ilə bağlı əlavə olaraq 500 manat da pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 onunla razılaşaraq həmin pulu verəcəyini bildirmiş və həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs1la Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən çayxananın qarşısında görüşdükdə Zərərçəkmiş şəxs1 ona 500 manat pul vermişdir. Həmin zaman da onların yanında heç kim olmamışdır. Daha sonra ona yenə də pul lazım olduğu üçün o, 20 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 zəng edərək ona məhkəmədə olan cinayət işi ilə bağlı əlavə olaraq 700 manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 onunla razılaşaraq həmin gün axşam saatlarında Ağdaş şəhəri Vaqif küçəsində yerləşən şəhər stadionunun yaxınlığında görüşmüş və ona 700 manat pulu vermişdir. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Daha sonra 30 sentyabr 2023-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs1 zəng edərək onunla görüşmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 onu öz yaşadıqları evə dəvət etmiş, o, Zərərçəkmiş şəxs1 yaşadığı Ağdaş şəhəri, Vaqif küçəsi, ev 28-də yerləşən fərdi yaşayış evlərinə getmiş, Zərərçəkmiş şəxs1 iş üçün əlavə olaraq 1500 manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 ona 1000 manat pulunun olduğunu, qalan 500 manat pulu 1-2 günə verəcəyini bildirmişdir. O, razılaşdıqda Zərərçəkmiş şəxs1 ona 1000 manat pulu vermiş, həmin vaxt onların yanında Zərərçəkmiş şəxs1 qohumu Şəkər adlı qadın olmuşdur. 05 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona mobil telefonla zəng edərək 470 manat pulunun olduğunu bildirmiş, o, heç bir problem olmadığını və həmin pulu ona gətirməsini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1la Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Məşəd qəbirstanlığının yaxınlığında görüşmüş və 470 manat pulu Zərərçəkmiş şəxs1 almışdır. Təxminən bu hadisədən bir müddət keçdikdən sonra 2023-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona zəng edərək məhkəmədə olan cinayət işinin həll olunmayacağını, yəni ona azadlığın məhdudlaşdırılması cəzası verilməyəcəyini bildirmiş və ona vermiş olduğu 5670 manat pulunu geri istəmişdir. Həmin pulu xərclədiyi üçün Zərərçəkmiş şəxs1 müxtəlif bəhanələr gətirərək həmin pulu qısa müddət ərzində ona verəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 1500 manat pulunu geri qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin oktyabr ayının sonlarında Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən “Musiqiçilər çayxanası” adlanan yerdə görüşmüşdür. Söhbət zamanı Zərərçəkmiş şəxs2 azyaşlı övladlarına görə aliment verdiyini, həmin alimentin aylıq ödəniş məbləğinin çox olduğunu bildirmişdir. Həmin vaxt da pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 aldatmaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs2 Ağdaş şəhər İcra və Probasiya şöbəsində işləyən tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə aylıq ödəniş məbləğini azalda biləcəyini bildirmiş, bunun üçün Zərərçəkmiş şəxs2 845 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 da onunla razılaşmışdır. 30 oktyabr 2023-cü il tarixdə Ağdaş şəhər ərazisində yerləşən “Mərkəzi poçtun” qarşısında Zərərçəkmiş şəxs2la görüşmüş və həmin vaxt Zərərçəkmiş şəxs2 ona 845 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. 845 manat pulu isə səhhətində olan problemlərlə bağlı xərcləmişdir. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödəməklə onlarla barışmış, vurulmuş ziyana görə dövlət büdcəsinə 1629 manat ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Buna görə də məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs sualları cavablandıraraq bildirdi ki, o, Zərərçəkmiş şəxs1 bu hadisəyə qədər tanımamışdır, onu dostu Cümşüdün vasitəsi ilə tanımışdır, ürəyində və böyrəyində olan problemlərin müalicəsi ilə bağlı ona çoxlu pul lazım olmuşdur, buna görə də Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə aldadaraq ondan hissə-hissə olmaqla, cəmi 5670 manat pul almışdır, Elgündən axırıncı dəfə pulu Maşad qəbiristanlığının yanında almışdır. Cümşüd onun Elgünü aldatdığını bilməmişdir. Zərərçəkmiş Rəşaddan ümumilikdə 845 manat pul almışdır. Lakin onların hər ikisinə aldığı pulları qaytarmışdır. Eyni zamanda vurulmuş ziyana görə dövlət büdcəsinə olan pulu da ödəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2023-cü ilin avqust ayında narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə barəsində Ağdaş Rayon Məhkəməsində olan cinayət işini həll etmək, yəni azadlığın məhdudlaşdırılması cəzası verilməsinə köməklik edilməsinə görə tanış adam axtarmış, bu məqsədlə 21 avqust 2023-cü il tarixdə əvvəllər tanıdığı, Ağdaş şəhər sakini Şahid1 zəng etmiş və söhbət zamanı dostu Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs məhkəmədə olan cinayət işi ilə bağlı ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə köməklik edəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə görüşmək istədiyini bildirdikdə Şahid1 Təqsirləndirilən şəxsla birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən çayxanada olduğunu bildirmiş və onu həmin yerə dəvət etmişdir. O, həmin çayxanaya gəlmiş, Şahid1 və Təqsirləndirilən şəxsla çayxanada görüşdükdən sonra onlarla işi barəsində söhbət etməyə başlamışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs 2000 manat pul qarşılığında onun işini həll edəcəyini, yəni ona məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzası veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu işi necə həll edəcəyini soruşduqda, sonuncu məhkəmədə işləyən tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə işini həll edəcəyini bildirmişdir. Həmin vaxt cibində olan 2000 manat pulunu Təqsirləndirilən şəxs vermiş, Şahid1 da onun yanında olmuşdur. Bundan sonra Şahid1 və Təqsirləndirilən şəxsla Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən ərzaq mağazasının qarşısına gələrək Təqsirləndirilən şəxs onun verdiyi 2000 manat pulu “E manat” ödəmə terminalı vasitəsi ilə özünün kart hesabına yükləyib həmin qəbzi ona göstərib pulu məhkəmədə işləyən tanışının kart hesabına köçürdüyünü bildirmiş, lakin həmin şəxsin adını ona deməmişdir. 27 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əlavə olaraq məhkəmədə işləyən başqa şəxsə vermək üçün ondan 1000 manat pul istəmiş, o, 27 avqust 2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət Evi”-nin arxasında Təqsirləndirilən şəxsla görüşüb ona 1000 manat pul vermişdir. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. 10 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək işi ilə bağlı başqa şəxsə də pul verilməli olduğunu deyərək əlavə olaraq 500 manat pul istəmiş, həmin gün Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən çayxananın qarşısında o, Təqsirləndirilən şəxs 500 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. 20 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng etmiş, işi ilə bağlı başqa şəxsə pul verməli olduğunu deyərək əlavə 700 manat pul istəmişdir. O, 700 manat pulu Ağdaş şəhər, Vaqif küçəsində yerləşən “Ağdaş şəhər stadion”-nun yanında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. 30 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edərək görüşmək istədiyini bildirdikdə o, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dəvət etmiş, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə gəldikdə söhbət zamanı Təqsirləndirilən şəxs ondan əlavə olaraq 1500 manat pul istəmiş, o, 1000 manat pulu fərdi yaşayış evində Təqsirləndirilən şəxs vermiş, 500 manat pulu isə 1-2 günə verəcəyini bildirmiş və həmin vaxt Şahid2 onların yanında olmuşdur. Bundan sonra 05 oktyabr 2023-cü il tarixdə mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng edərək pulun hazır olduğunu bildirmiş, Təqsirləndirilən şəxsla Ağdaş şəhəri 20 Yanvar küçəsində yerləşən “Məşəd” qəbirstanlığının yanında görüşüb ona 470 manat pul tapa bildiyini bildirmiş, Təqsirləndirilən şəxs da heç bir problem olmadığını deyib 470 manat pulu götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onun işinin həll olunduğunu, sadəcə olaraq ikinci məhkəmə prosesinə gedəcəyini bildirmişdir. Həmin vaxt bir dəfə barəsində olan cinayət işi ilə bağlı məhkəmin hazırlıq iclasına getdiyini bildirmişdir. 24 oktyabr 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsində cinayət işinin ikinci iclası olmuş, Təqsirləndirilən şəxsla birlikdə Ağdaş Rayon Məhkəməsinin qarşısına getdikdə, Təqsirləndirilən şəxs ondan məhkəmə zalına daxil olmağını və orada olan kamera görüntüsünə daxil olduqdan sonra bayıra çıxmağını istəmişdir. O, məhkəmə zalına daxil olmuş, lakin həmin vaxt orada başqa şəxsin məhkəmə prosesi getmişdir. Təxminən 2 dəqiqə zalda gözləmiş və sonra bayıra çıxmışdır. Təqsirləndirilən şəxs da bayırda ona işinin həll olunduğunu bildirmiş və ona evə getməyini demişdir. Təxminən 1 həftə sonra tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs onun məhkəmədə olan işini həll etmədiyini və onun 5670 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs zəng edərək görüşmək istədiyini bildirib Ağdaş şəhər, Heydər Əliyev prospektində yerləşən “Heydər Əliyev” parkının ərazisində Təqsirləndirilən şəxsla görüşərək ondan nə üçün ona qarşı dələduzluq etdiyini soruşmuş, Təqsirləndirilən şəxs da ona müxtəlif bəhanələr gətirmişdir. Buna görə də 09 noyabr 2023-cü il tarixdə o, Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı pulları ödəmişdir. Ondan heç bir şikayəti, tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə baxışı iclasında sualları cavablandıraraq bildirdi ki, Cümşüd onun uşaqlıq dostu olmuşdur, Təqsirləndirilən şəxsla da onu Cümşüd tanış etmişdir. Birinci dəfə Kənana pul verəndə yanlarında Cümşüd olmuşdur. Kənan ondan pulları hissə-hissə almışdır. Kənan ona dövlət adamı olduğunu, xəstəxanada işlədiyini, orqanda tanışlarının olduğunu bildirmişdir. Həmin vaxt onun işi istintaqda olmuşdur. Hazırda pulu qaytarılıb, Kənanla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün onunla barışması, ondan heç bir şikayət və tələbinin olmaması və cinayət işinə xitam verilməsi barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, əvvəllər evli olub ayrılmışdır. Hal-hazırda 2 azyaşlı övladlarına görə aliment verir. Aylıq aliment ödənişinin məbləği 230 manat təşkil edir. Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, ünsiyyəti var. 2023-cü ilin oktyabr ayının sonlarında Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Musiqiçilər çayxanası” adlanan yerdə Təqsirləndirilən şəxsla görüşdükdə söhbət zamanı Təqsirləndirilən şəxs azyaşlı uşaqlarına görə aliment verdiyini, lakin həmin alimentin məbləğinin çox olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da ona Ağdaş rayon İcra və Probasiya şöbəsində tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə aylıq aliment ödənişi məbləğini azalda biləcəyini bildirmiş, o, Kənandan həmin iş üçün hansı məbləğdə pul lazım olduğunu soruşmuş, Təqsirləndirilən şəxs da bu iş üçün ən azı 1500 manat kredit götürmək lazım olduğunu, həmin kreditin yarısını ona verməsini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşıb 1500 manat kredit götürmüş, 30 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Ağdaş şəhər ərazisində yerləşən Mərkəzi Poçtun qarşısında Təqsirləndirilən şəxsla görüşərək götürdüyü kreditin yarısını, yəni 745 manatını Kənana vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs 1-2 gün ərzində aylıq aliment ödəniş məbləğinin azalacağını bildirmişdir. Bundan sonra gözləmiş, lakin Təqsirləndirilən şəxs heç bir xəbər çıxmamışdır. Buna görə də Təqsirləndirilən şəxs zəng etmiş və onunla Ağdaş şəhər ərazisində görüşmüşdür. Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun 845 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüşdür. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı iclasında sualları cavablandıraraq bildirdi ki, hazırda Kənan onun pulu qaytarmışdır. Kənanla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulunu tamamilə qaytardığına və əməlindən peşman olub ondan üzr istədiyinə görə onu bağışlaması, ondan heç bir şikayət və tələbinin olmaması və Təqsirləndirilən şəxs cinayət işinə xitam verilməsi barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 21 avqust 2023-cü il tarixdə əvvəllər tanıdığı Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs ilə Ağdaş şəhər ərazisində görüşmüş, söhbət zamanı Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs1 cinayət işinin onun barəsində olan cinayət işi ilə birlikdə Ağdaş Rayon Məhkəməsində baxıldığını və buna görə də Zərərçəkmiş şəxs1 cinayət işi ilə bağlı köməklik edəcəyini, yəni Zərərçəkmiş şəxs1 barəsində məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzası verilməsini həll edəcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 zəng edib onunla görüşmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 da razılaşmışdır. 17 avqust 2023-cü il tarixdə günorta saatlarında Ağdaş şəhəri H.Əliyev prospekti ərazisində yerləşən çayxanada Təqsirləndirilən şəxs və o, Zərərçəkmiş şəxs1la görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Ağdaş Rayon Məhkəməsində tanışlarının olduğunu və məhkəmədə olan cinayət işi ilə bağlı ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məsələsini həll edəcəyini və buna görə də 2000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 da onun yanında Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1la birlikdə Ağdaş şəhərində yerləşən ərzaq mağazasının qarşısına gedərək, Təqsirləndirilən şəxs orada olan ödəmə terminalı vasitəsi ilə hansısa hesaba pul köçürmüş, daha sonra həmin çeki Zərərçəkmiş şəxs1 göstərmiş, lakin çeki ona verməmişdir. Bundan sonra Kənan onların yanından uzaqlaşaraq getmişdir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 5670 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmişdir. Şahid1 məhkəmə baxışı iclasında sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, onunla 12-13 il bundan əvvəl dost olmuşlar. O, Təqsirləndirilən şəxs Elgünü aldatdığını bilməmişdir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1012 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da ruhi-əsəb və narkoloji qeydiyyatında durmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır. İş materiallarında olan “Kapitalbank»ın Ağdaş rayonun filialının xx.xx.2023-cü il tarixli 30754 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında 1628,75 manat pul ödəmişdir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Məhkəmə baxışında Dövlət ittihamçısı çıxış edərək göstərdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış, onlara dəymiş ziyanı tamamilə ödəmiş və zərər çəkmiş şəxslərə dəymiş ziyanın 25%-i miqdarında dövlət nəfinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini təklif edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə yuxarıda qeyd olunanları əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə aparılan cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğuna, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla barışması, onlara dəymiş ziyanı tamamilə ödəməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsinə görə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin müddəalarına görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ********************) hesabına 72 (yetmiş iki) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə başlanmış cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ********************) hesabına 72 (yetmiş iki) manat pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-26/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-26/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver