Məhkəmə qərarları › İş №1(014)-26/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-26/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-26/2025 02.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağdaş şəhəri, N.Nərimanov küçəsi 4/10-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 15,75 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 12 yanvar 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq həmin tarixdə saat 01:52dən 02:07-dək üstü yoxlanılan zaman, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd qəzet kağızı bükümündə təmiz çəkisi 15,75 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir ildir ki, narkotik vasitələrdən istifadə edir. Bir neçə gün bundan əvvəl o Ağdaş şəhəri, Padar adlanan ərazidə piyada gəzərkən yolun qırağında kağız büküm görüb, götürmüş və açıb içərisinə baxanda narkotik vasitə olan “nəşə” görmüşdür. O, da kağız bükümü götürərək istifadə etmək üçün üzərində saxlamışdır. 12 yanvar 2025-ci il tarixdə saat təxminən 02 radələrində polis əməkdaşları ona yaxınlaşıb, onun üstündə narkotik vasitə olması barədə onlarda məlumat olduğunu, üstünü yoxlayacaqlarını bildirmişlər. O, etiraz etməmişdir. Bundan sonra polis əməkdaşı ona şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişdir. Həmçinin polis əməkdaşı ona bildirmişdir ki, onun müdafiə hüququ var, araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunacaqdır. Bundan sonra ona narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. O, da əynində olan gödəkcənin sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kağız bükümü təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 20 qram olmuşdur. Həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra onu polis şöbəsinə aparmışlar, polis şöbəsində üstünün yoxlanılması barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Sonra ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra onun üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntü olan diski, üzərindən aşkar edilmiş qablaşdıraraq götürdüyü mobil telefonu və üstündən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı 01 ədəd kağız bükümün qablaşdırıldığı kağız zərfi təkrar açaraq içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütlələri olan kağız bükümə baxış keçirtmişdir. Ondan həmin bitki kütləsinin nə olduğu soruşulduqda o, “nəşə” olduğunu, yerdən tapdığını və və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, üzərində hər hansı bir əşya aşkar olunmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında 12 yanvar 2025-ci tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 yanvar 2025- ci il tarixdə, saat 01:52-də Ağdaş şəhəri H.Əliyev prospektində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olduğunu bildirərək, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kağız bükümü təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 20 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd “Redme” markalı mobil telefon və telefonun arxa qabında 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə saat 01:52-dən saat 02:07-dək olan müddət ərzində RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üstündən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələri olan 01 ədəd kağız bükümün qablaşdırıldığı kağız zərf təkrar açılaraq içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütlələri olan kağız bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğu soruşulduqda o da “nəşə” olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin bitki kütləsi təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 12 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün, yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında 12 yanvar 2025-ci tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 yanvar 2025- ci il tarixdə, saat 01:52-də Ağdaş şəhəri H.Əliyev prospektində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olduğunu bildirərək, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kağız bükümü təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 20 qram olmuşdur və kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfimdən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd “Redme” markalı mobil telefon və telefonun arxa qabında 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsiyyət vəsiqəsi isə şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, 12 yanvar 2025-ci il tarixdə Ağdaş şəhəri, Padar adlanan yerdən keçən su kanalının kənarından tapdığını, 1 ildir ki, narkotik vasitədən istifadə etdiyini, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 12 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə saat 01:52-dən saat 02:07-dək olan müddət ərzində RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üstündən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələri olan 01 ədəd kağız bükümün qablaşdırıldığı kağız zərf təkrar açılaraq içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütlələri olan kağız bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğu soruşulduqda o da “nəşə” olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin bitki kütləsi yenidən qablaşdırılraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş 01 ədəd növbəti zərf təkrar açılmış və içərisindən 01 ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefonun ona məxus olmasını bildirmişdir. Bundan sonra həmin mobil telefon yenidən qablaşdırılraq götürülmüşdür. Vəkilin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükümdəki olan narkotik vasitə özünə məxsusdur, həmin narkotik vasitəni Ağdaş şəhəri ərazisində olan zaman yolun kənarında yerdən tapmışdır. Ona qarşı heç bir fiziki zorakılıq olmamışdır. Video görüntüdən ibarət 01 ədəd DVD disk baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən kağız büküm aşkar olunur. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən ona verilən şifahi suala aşkar olunan kağız bükümün içərisindəkinin “nəyşə” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni Ağdaş şəhəri ərazisindən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Əməliyyat müvəkkili kağız bükümü elektron tərəzidə çəkir və çəkisi 20 qram müəyyən olunur. Bundan sonra əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üstünü yoxlayır və üstündən 01 ədəd mobil telefon aşkar edilir. Əməliyyat müvəkkili həmin mobil telefonu da qablaşdırıraq götürür. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 yanvar 2025-ci il tarixli 17/27 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər yaşıl kütlə” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01 ədəd qəzet kağızı bükümündə , təmiz çəkisi-15,75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş mariuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2025-ci il tarixli 74 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 15 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nın publik hüquqi şəxsin Poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X3, anası X1, qardaşları X9 və X4 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-İ-234/2025 nömrəli 23 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 12 yanvar 2025-ci il tarixdə saat 01:52-dən 13 yanvar 2025-ci il tarixə saat 16:30-dək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə saat 01:52-dən 13 yanvar 2025-ci il tarixə saat 16:30-dək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 15,73 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.(Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 24 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 144 (yüz qırx dörd) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 12 yanvar 2025-ci il tarixdə saat 01:52-dən 13 yanvar 2025-ci il tarixə saat 16:30-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuananın ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 15,73 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin qeydə alındığı 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 24 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 144 (yüz qırx dörd) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar