Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-27/2023 14.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdaş rayonu Əmirarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.2002-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Ağdaş rayonu Pirəyir kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 06 may 2022-ci il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayonu Əmirarx kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövləyə həmin tövlənin hasarından aşmaq yolu ilə qanunsuz olaraq daxil olub, oradan 5-6 aylıq, diri çəkisi təxminən 20 kq olan 130 manat dəyərində 1 baş erkək quzu, 5-6 aylıq, diri çəkisi təxminən 20 kq olan 120 manat dəyərində 1 baş dişi quzu və 3 illik, diri çəkisi təxminən 40 kq olan 200 manat dəyərində 1 baş dişi qoyunu gizli olaraq talayıb zərərçəkmişə ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 06 may 2022-ci il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayonu Əmirarx kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövləyə həmin tövlənin hasarından aşmaq yolu ilə qanunsuz olaraq daxil olub, oradan 5-6 aylıq, diri çəkisi təxminən 20 kq olan 130 manat dəyərində 1 baş erkək quzu, 5-6 aylıq, diri çəkisi təxminən 20 kq olan 120 manat dəyərində 1 baş dişi quzu və 3 illik, diri çəkisi təxminən 40 kq olan 200 manat dəyərində 1 baş dişi qoyunu gizli olaraq talayıb zərərçəkmişə ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir ruhi əsəb xəstəliyi yoxdur, hal-hazırda işsizdir. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır, həmçinin onun anası Qanuni nümayəndə uzaq qohumudur. Təxminən 2022-ci ilin may ayının əvvəllərdində Zərərçəkmiş şəxs məxsus əkin sahəsinin suvarılması üçün əkin sahəsinin kənarından keçən su kanalına qoyulmuş su motorunun kəməri kəsilmiş və yanacağı oğurlanmşıdır. Mahir də bütün bunlarda onu günahlandırmış, o da bundan əsəbləşmiş və Mahirdən bunun əvəzini çıxmaq qərarına gəlmişdir. Həmçinin, o və Mahir qoyunlarını bir yerdə növbə ilə otarmış, hər səhər saat 07:00 radələrində o, qoyunları otarmaq üçün aparmış və saat 13:00 radələrinə qədər otarmış, saat 13:00 radələrindən axşam saat 19:00 radələrindək isə qoyunları Mahirin oğlu Məhəmməd otarmışdır. Axşam qoyunlar tövləyə gələndə isə hər dəfə ona məxsus qoyunlardan bir neçəsi Məhəmmədin qoyunlarına qoşularaq onların tövləsinə getmiş, o, Məhəmməddən qoyunlarının onun qoyunlarının arasında olub-olmamasını soruşduqda Məhəmməd ona qoyunlarının onun qoyunları ilə birlikdə qoşulub onların tövləsinə getdiyini bildirmişdir. Təxminən 3 gün ərzində onun qoyunları Məhəmmədin qoyunları arasında qalmış, daha sonra anası Elnurə Məhəmmədə qoyunlarına fərqlənməsi üçün boya vuracağını söyləmiş, həmin vaxt Məhəmməd onlara qoyunlarının onun qoyunlarının arasında olmadığını söyləmişdir. Əvvəlcə 3 baş, daha sonra isə hər dəfəsində 2-3 baş qoyun olmaqla onun ümumilikdə təxminən 10 baş qoyunu naməlum səbəbdən yoxa çıxmışdır. Həmçinin, o, bir neçə dəfə Məhəmmədə ona pul lazım olduğunu və qoyunlarından bir neçəsini sataraq ona pul verməsini söyləmiş, buna görə də Məhəmməd ona məxsus 6 baş qoyunu onun xahişi ilə satmışdır. Bütün bunlara görə də Məhəmmədgilə məxsus qoyunları oğurlamaq qərarına gəlmiş, bu barədə xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində tanışı olan Ağdaş rayon sakini Ağa adlı şəxsə bildirmiş və Ağa da onunla razılaşmışdır. Daha sonra oğurlayacaqları qoyunları Bərdə heyvan bazarında satacaqlarını bildirmişdir. Buna görə də Ağa Bərdə rayonundan olan tanışı Rüfətə zəng edərək onunla vacib işinin olmasını bildirmişdir. Həmçinin, X8 rayonuna gələ bilib-bilməyəcəyini soruşmuş, Rüfət də Ağa ilə razışlaşmışdır. Bundan təxminən 2-3 saat sonra Rüfət də Ağdaş şəhərinə gəlmiş, Ağa Rüfəti qarşılamış və onlar birlikdə çayxanada oturmuşdurlar. Söhbət zamanı Ağa Rüfətə onun qoyunlarını satmaq üçün bazara aparmaq istədiklərini söyləmişlər. Rüfət də onlarla razılaşmış, daha sonra onlar Rüfətə məxsus “VAZ 21011” markalı avtomobil ilə Ağdaş rayonu Yuxarı Ləki kəndi ərazisində yerləşən çayxanalardan birinə getmiş, təxminən bir saat Yuxarı Ləki kəndində yerləşən çayxanada gözlədikdən sonra Rüfətin avtomobili ilə bir qədər gəzmiş, təxminən saat 22:10 radələrində birbaşa onun yaşadığı Ağdaş rayonu Əmirarx kəndinə getmişlər. Rüfət avtomobili onun yaşadığı evin yaxınlığında saxlamış, onlar avtomobildən düşmüş və o, Ağa ilə birlikdə qoyunları gətirmək üçün getmişdir. Belə ki, onlar Rüfətə qoyunların tövlədə olmasını bildirmiş, bundan sonra Ağa və o, onunla qonşuluqda yaşayan və əqli qüsurlu Arif adlı şəxsin yaşadığı evin həyətinə keçmiş, oradan isə Mahirə məxsus tövlənin hasarından keçməklə tövləyə daxil olmuş, Ağa və o, əvvəlcə 1 baş erkək və 1 baş dişi quzunu tutub Arifə məxsus həyətə gətirib oradan ayaqlarını bağlamış, daha sonra yenidən tövləyə qayıdaraq 1 baş dişi qoyunu tutub ayaqlarını bağlayıb gətirmişlər. Daha sonra həmin qoyunları aparıb Rüfətə məxsus avtomobilə yerləşdirmişdirlər. Onlar qoyunları avtomobilə yerləşdirdikdən sonra o, yaşadığı evə daxil olaraq anası Elnurəyə taksi ilə gəldiyini və yenidən Ağdaş şəhərinə qayıdacağını söyləmişdir. Anası da ona 2 ədəd toyuq verərək həmin toyuqları xalasıgilə verməsini tapşırmışdır. Bundan sonra onlar birbaşa Ağdaş rayonu heyvan bazarına getmişlər. Heyvan bazarında o və Ağa qoyunları tanımadıqları şəxslərə 95 manata birini, 110 manata birini və 115 manata isə digərini satmışlar. Sonra heyvan bazarından çıxmış və yolun kənarında Rüfət avtomobili saxlamışdır. Onlar həmin yerdə qoyunları sataraq əldə etdikləri ümumilikdə 320 manat pulu öz aralarında bölmüşlər. Həmin puldan 95 manat ona, 120 manat Rüfətə və 105 manatı isə Ağaya qalmışdır. Bundan sonra Rüfətə məxsus avtomobil ilə üzü Ağdaş rayonu Ləki qəsəbəsi istiqamətinə getmiş, Ağa yaşadığı Ağdaş rayonu Pirəyir kəndi ərazisində avtomobildən düşmüş, daha sonra Rüfət ilə o, yola davam etmiş və xalasıgilin yaşadığı Ağdaş rayonu Nehrəxəlil kəndinin girişində avtomobildən düşmüş, Rüfət də yoluna davam edərək çıxıb getmişdir. X6 məxsus qoyunları oğurlamalarından Rüfətin xəbəri olmamış, Ağa Rüfətə həmin qoyunların ona məxsus olmasını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Heç bir ruhi əsəb xəstəliyi yoxdur, hal-hazırda işsizdir. Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs1 Elbrus oğlunu tanıyır, Teymuru bir neçə dəfə Ağdaş şəhərində görmüş, həmin vaxtdan Teymurla salam-sağolu olmuşdur. X2 tanıyır, Rüfətlə dostluq münasibətləri vardır. Rüfət ilə Bərdə rayonunda təxminən bir ildən çoxdur tanış olmuş, hazırda yadında olmayan tarixdə o, tanışı Teymur ilə Ağdaş şəhərində söhbət edən zaman Teymur ona axşam heyvan bazarı olduğunu və satmaq üçün qoyun aparmaq istədiyini, lakin maşın tapa bilmədiyini söyləmişdir. O da Teymura taksi tapa biləcəyini söyləmiş, budan sonra tanışı Rüfətə fəhlələr çayxanası deyilən yerdə çayxanada oturan tanımadığı şəxsin mobil telefonu ilə zəng edərək tanış uşağa heyvan bazarına getmək üçün taksi lazım olduğunu söyləmiş və gəlib-gəlməməyini soruşmuş, Rüfət də ona Göyçay rayonundan qayıtdığını və gələ biləcəyini söyləmişdir. Bundan təxminən 2 saat sonra Rüfət Ağdaş şəhərinə gəlmiş, o da Rüfəti Ləki dördyolu deyilən yerdə qarşılamışdır. Həmin vaxt Teymur da onunla birlikdə olmuşdur. Bundan sonra onlar Ləki dördyolu deyilən yerdə yerləşən çayxanalardan birində oturmuş, söhbət zamanı Teymur onlara yaşadığı evin həyətində ona məxsus qoyun olduğunu və həmin qoyunları satmaq üçün Ağdaş rayon heyvan bazarına aparmaq istədiyini bildirmişdir. Lakin həmin vaxt Teymur onlara qoyunların sayı barədə heçnə deməmişdir. O, Teymurdan qoyunların oğurluq olub-olmamasını soruşmuş, Teymur da ona heyvanların özünə məxsus olduğunu söyləmişdir. Bundan təxminən 1-2 saat sonra onlar Rüfətə məxsus “VAZ 21011” markalı, ağ rəngli 11 seriyası ilə başlayan, lakin dövlət nömrə nişanını dəqiq olaraq xatırlamadığı avtomobil ilə Teymurun yaşadığı Ağdaş rayonu Əmirarx kəndində yerləşən evə getmiş, onlar Teymurun yaşadığı evin qarşısında küçədə avtomobili saxlamış, daha sonra Teymur dediyinə görə yaşadığı evin həyətinə daxil olmuş, daha sonra həmin evin həyətindən birbir 3 baş ayağı bağlı vəziyyətdə olan qoyun gətirmişdir. Teymur qoyunlardan birini böyük olanı avtomobilin yük yerinə, digər iki qoyunu isə avtomobilin arxa oturacağına yerləşdirmişdir. Teymur qoyunları avtomobilə yerləşdirdikdən sonra həmin evin həyətindən bir qadın çıxmış, Teymurun qoyunları avtomobilə yerləşdirməsini həmin qadın görməmiş, həmin qadının Teymurun yaşadığı evdən çıxdığı üçün Teymurun anası olmasını zənn etmişdir. Bundan sonra onlar birbaşa Ağdaş rayonu heyvan bazarına gəlmiş, bazarda qoyunlardan birini 110 manata, digər iki bir qədər balaca olan qoyunları isə hər birini 105 manata tanımadıqları şəxslərə satmış, daha sonra onlar Rüfətin avtomobili ilə geri qayıtmışlar. O, yaşadığı Ağdaş rayonu Pirəyir kəndində avtomobildən düşmüş, Teymur və Rüfət isə birlikdə Ağdaş rayonu Ləki qəsəbəsi istiqamətində getmişlər. Həmin qoyunların oğurluq olmasını bilməmişdir. Əvvəllər də qoyun oğurluğu ilə təqsirli bilinsə də, hazırkı iş üzrə baş vermiş cinayət hadisəsində heç bir təqsiri yoxdur. Buna görə də ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir ruhi əsəb və sair xəstəliyi yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə heç bir ədavəti və ya düşmən münasibəti yoxdur. Heyvandarlıqla məşğul olur, şəxsi təsərrüfatında 80 baş xırdabuynuzlu heyvanı var. Həmin heyvanları yaşadığı evin həyətində olan tövləsində saxlayır. Heyvanları gündüz vaxtı yaşadığı evin yaxınlığında olan otlaq sahəsində otarır. 07 may 2022-ci il tarixdə səhər saatlarında oğlu Məhəmməd qoyunları tövlədən açıb otlaq sahəsinə buraxmışdır, həmin otlaq sahəsinin kənarları bağlıdır, lakin giriş hissəsi açıqdır. Həmin gün saat təxminən 10:00 radələrində heyvanlara baxmağa getmiş, həmin vaxt heyvanları saymış və 3 baş qoyunun əksik olmasını aşkar etmişdir. Heyvanlarının oğurlanmasını başa düşdüyü üçün dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lakin heyvanların otlaq sahəsinin giriş hissəsi açıq olduğundan polisə heyvanlarının itməsi barədə ərizə vermişdir. Daha sonra oğlu Məhəmmədə bu barədə məlumat vermiş, oğlu Məhəmməd isə ona heyvanları tövlədən çıxaran zaman saydığını və 3 baş qoyunun əksik olmasını aşkar etdiyini bildirmişdir. Oğlu Məhəmmədə nəyə görə bu barədə ona məlumat verməmisini soruşduqda oğlu bunun yadından çıxmasını söyləmişdir. Buna görə də hesab edir ki, ona məxsus 3 baş qoyun tövlədən oğurlanmışdır. Həmin heyvanlardan 1 baş 5-6 aylıq, diri çəkisi təxminən 20 kiloqram olan erkək quzu, 1 baş 5-6 aylıq, diri çəkisi təxminən 20 kiloqram olan dişi quzu və 1 baş 3 illik ağ rəngli, diri çəkisi təxminən 40 kiloqram olan dişi qoyun olmuşdur. Həmin heyvanların oğurlanması nəticəsində ona təxminən 500-550 manat maddi ziyan dəymişdir. Ona məxsus qoyunların oğurlanmasında əvvəldən şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş (Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olduğu üçün məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamış və tərəflər onun ifadəsinin elan edilməsini kifayət hesab etmişlər) ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır, heç bir ruhi əsəb və sair xəstəliyi yoxdur. Heyvandarlıqla məşğul olur, şəxsi təsərrüfatlarında 80 baş xırdabuynuzlu heyvanı var. Həmin heyvanları yaşadığı evin həyətində olan tövləsində saxlayır. Heyvanları gündüz vaxtı yaşadığı evin yaxınlığında olan otlaq sahəsində otarır. 07 may 2022-ci il tarixdə səhər saatlarında heyvanları tövlədən otlaq sahəsinə aparan zaman saymış və 3 baş qoyunun əksik olmasını aşkar etmişdir. Heyvanları otlaq sahəsinə buraxdıqdan sonra təsərrüfatda işləmiş və başı qarışdığı üçün bu barədə atası Mahirə məlumat verməyi unutmuşdur. Sonradan heyvanlarının itməsi ilə bağlı DİN-in 102 xidmətinə məlumat verdiyini atası Mahir ona bildirmişdir. Bu zaman atası Mahirə heyvanları səhər sayan zaman 3 baş qoyunun olmamasını aşkar etdiyini bildirmişdir. Bundan sonra qoyunların 06 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixə keçən gecə tövlədən oğurlanması onlara məlum olmuşdur. Həmin heyvanlardan 1 baş 5-6 aylıq, diri çəkisi təxminən 20 kiloqram olan erkək quzu, 1 baş 5-6 aylıq, diri çəkisi təxminən 20 kiloqram olan dişi quzu və 1 baş 3 illik ağ rəngli, diri çəkisi təxminən 40 kiloqram olan dişi qoyun olmuşdur, həmin heyvanların oğurlanması nəticəsində atasına təxminən 500-550 manat maddi ziyan dəymişdir. Onlara məxsus qoyunların oğurlanmasında şübhələndiyi şəxs və ya şəxslər olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3947 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qoyunların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 450,00 müəyyən edilir. O cümlədən: 5-6 aylıq, diri çəkisi təxminən 20 kq olan 1 baş erkək quzu 130 manat, 5-6 aylıq, diri çəkisi təxminən 20 kq olan 1 baş dişi quzu 120 manat, 3 illik, diri çəkisi təxminən 40 kq olan 1 baş dişi qoyun 200 manat. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, C/İ-353 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-43/2022 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 8 ay 21 gün çəkilməmiş hissəsi qalmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə başlanılmış ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 1(014)-23/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, C/İ-351 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(014)-23/2022 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 1 il 4 ay 4 gün çəkilməmiş hissəsi qalmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 noyabr 2022-ci il tarixli, 559 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu Əmirarx kəndi ünvanında yaşamaqla ailə tərkibi anası xx.xx.1982-ci il təvəllüdlü Qanuni nümayəndə ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 445 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5ında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 1(014)-4/2023 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsində istintaq edilən ********* saylı cinayət işi üzrə xx.xx.2002-ci ildə Bərdə şəhərində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, subay, Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 16/36-da qeydiyyatda olmaqla Ağdaş rayonu, Pirəyir kəndində yaşayan Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 04 yanvar 2023-cü il tarixdən, saat 19:25-dən hesablanması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, cinayət törədərkən yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, yaşayış yeri üzrə mənfi xarakterizə olunması, əvvəllər də məhkum olunması və məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. Əvvəllər də analoji iş üzrə məhkum olunması və məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-23/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 4 (dörd) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 8 (səkkiz) ay 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, quzuların dəyərinin müəyyən edilməsi ilə bağlı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-43/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 8 (səkkiz) ay 14 (on dörd) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-23/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 4 (dörd) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 8 (səkkiz) ay 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-27/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-27/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver