Məhkəmə qərarları › İş №1(014)-27/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-27/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-27/2024 25.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1973-cü ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 06 sentyabr 2017-ci il tarixdən başlayaraq 01 iyun 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Tərtər Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli 2(061)-2396/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 1500,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində 2001-ci ildə X1 ilə rəsmi nikah bağlamaqla evləndiyini, həmin nikahdan bir qız övladının olduğunu, 2008-ci ildə isə Müşfiqə ilə boşanıb Tərtər rayonu Dəmirçilər kənd sakini Zərərçəkmiş şəxs ilə rəsmi nikah olmadan evləndiyini, Ramilə ilə birgə yaşayışdan 01 iyun 2009-cu il tarixdə David adını verdikləri övladlarının doğulduğunu, evləndikdən sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətlərinin pozulduğunu və Ramilənin uşağı götürüb atası evinə qayıtdığını, faktiki olaraq ayrılıb beş ilədək müddətdə ayrı yaşadıqdan sonra Ramilənin aliment tələbi ilə məhkəməyə müraciət etdiyini və Tərtər Rayon Məhkəməsinin ondan 06 sentyabr 2017-ci il tarixdən başlayaraq 01 iyun 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 02 oktyabr 2017-ci il tarixli qətnamə çıxarıldığını, həmin qətnamənin icrasının Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunduğunu, həmçinin qətnaməni icra etmədiyinə görə inzibati qaydada həbs edildiyini, lakin maddi imkanı zəif olduğuna görə alimenti tam olaraq ödəyə bilmədiyini, fəhləliklə məşğul olduğunu və qazancının gördüyü işə uyğun olaraq ayda 200- 300 manat təşkil etdiyini, hazırda yaranmış aliment borcunu bir dəfəyə ödəyə bilməyəcəyini, lakin çalışıb ödəniş edəyəcəyini bildirmiş, əməlindən peşmandır, ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, şahidin ifadəsi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində həqiqətən 2008-ci ildə Ağdaş rayon sakini Təqsirləndirilən şəxs ilə el adəti ilə evləndiyini, birgə yaşayışdan 01 iyun 2009-cu il tarixdə David adını verdikləri övladlarının olduğunu, ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan Mətləbin spirtli içkilərə aludəçiliyi səbəbindən münasibətlərinin pozulduğunu və ayrıldıqlarını, faktiki olaraq ayrılıb beş ilədək müddətdə ayrı yaşasalarda Mətləbin həmin müddətdə uşaqla maraqlanmadığını və onun saxlanılmasına maddi köməklik göstərmədiyini, odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, Tərtər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs 06 sentyabr 2017-ci il tarixdən başlayaraq 01 iyun 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 02 oktyabr 2017-ci il tarixli qətnamə çıxarıldığını, qətnamə qəbul edildikdən ilk vaxtlarda icra məmurları tərəfindən görülmüş tədbirlər nəticəsində Mətləb alimenti ödəsə də, sonradan ödənişləri dayandırdığını və son bir ildən artıq müddətdə heç bir ödəniş etmədiyini, uşağın hazırda məktəbli olduğunu və onun maddi tələbatının gündən-günə artmaqda olduğunu, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın hazırki maddi təlabatı ilə müqayisədə olduqca az olduğunu, buna baxmayaraq Mətləbə güzəşt edərək alimentin artırılması barədə məhkəməyə müraciət etmədiyini, lakin Mətləbin buna əhəmiyyət vermədiyini və hazırki qətnamə ilə müəyyən edilmiş məbləği belə ödəmədiyini, halbuki Mətləbin fərdi qaydada işlədiyini və onun alimenti ödəməyə maddi imkanının olduğunu, buna baxmayaraq onun qazancını spirtli içkilərə xərclədiyini, alimenti isə ödəmədiyini, təkbaşına uşağa baxmaqda çətinliklər çəkdiyini, maddi vəziyyətləri ağır olduğundan müəyyən edilmiş aliment məbləğinə ehtiyacının olduğunu, alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etdiyini, icra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Mətləbin yenə də alimenti ödəmədiyini, ümumiyyətlə uşaqla maraqlanmadığını, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu, odur ki, uşağın maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixədək yaranmış 1500,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(061)-2396/2017 saylı 02 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2017-ci il tarixdən başlayaraq 01 iyun 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməli olduğunu, həmin icra sənədi üzrə 14 dekabr 2017-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verildiyini, verilmiş müddətdə borclunun tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanıldığını, məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olubolmamasının öyrənildiyini, nəticədə hər hansı əmlakı və gəlirlərinin müəyyən edilmədiyini, borclunun icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyətinin ona izah edildiyini, alimentin ödənilməsinin tələb olunduğunu, məsuliyyətin diqqətinə çatdırıldığını, görülmüş zəruri icra tədbirləri nəticəsində müəyyən edilmiş aliment məbləğinin qismən ödətdirilməsi təmin edilsə də, borclunun aliment borcunu tam olaraq ödəmədiyini, həmçinin görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2023-cü il tarixli qərarla axtarış elan edildiyini, borclunun xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirildiyini, İcra şöbəsində bir daha yaranmış aliment borcunun ödənilməsinin borcludan tələb olunduğunu, məsuliyyəti diqqətinə çatdırıldığını, lakin borclunun ödəniş etmədiyini, odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edildiyini, inzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsinin borcludan tələb olunduğunu, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verildiyini, görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün heç bir tədbir görmədiyini, icra sənədinin icrasına etinasız yanaşdığını, eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparıldığını, məsuliyyəti şəxsən diqqətinə çatdırıldığını, lakin görülmüş icra tədbirlərinin nəticəsiz qaldığını, Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmadığını və 13 iyul 2023-cü il tarixədək 1500,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayındığını, icra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək uşağın maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etdiyini, göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərildiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Tərtər Rayon Məhkəməsinin 2(061)-2396/2017 saylı 02 oktyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 01 iyun 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin atası Təqsirləndirilən şəxs alınıb anası Zərərçəkmiş şəxs verilməsi, təyin edilmiş alimnetin tutulmasının xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 8(014)-79/2018 saylı, 12 fevral 2018-ci il tarixli qərardadın surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 8(014)-77/2018 saylı, 23 fevral 2018-ci il tarixli qərardadın surətindən görünür ki, ünvan 1-də yaşayan borclu Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2022-ci il və 26 yanavr 2023-cü il tarixli borclunun axtarılması haqqında qərarların surətlərindən görünür ki, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-290/2018 saylı, 01 avqust 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-284/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 3(014)-78/2023 saylı, 06 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 aprel 2023-cü il tarixli, 5-32-12/2-259/2023 saylı xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti Ağdaş rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 15 yanvar 2019-cu il tarixli, 13 nömrəli məktubun surətindən görünür ki, Ağdaş rayon sakini Təqsirləndirilən şəxs rayon Məşğulluq Mərkəzində işaxtaran kimi müraciət etmişdir. Ona mərkəzdə tədqim olunmuş boş iş yerləri təklif olunmuşdur. Təklif olunan işlərdən imtina etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Şəki regional ədliyyə idarəsinin 11 oktyabr 2023-cü il tyarixli, 58 nömrəli məcburi gətirilmə haqqında qərarından görünür ki, xx xxxx 1973-cü il təvəllüdlü, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs233820013 nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Şəki şəhəri, 20 Yanvar küçəsi 94-də yerləşən Ədliyyə Nazirliyi Şəki regional Ədliyyə idarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 06 noyabr 2023-cü il tarixli ittiham elan etmək üçün şəxs barəsində axtarış elan etmə və tutulma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1973-cü il təvəllüdlü. ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və ona ittiham elan edilməsi üçün tutularaq Şəki ŞRPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, saat 16:00-da tərtib edilməyə başlanmış axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Şəki ŞRPŞ-nin MSY-yə təhvil verilməsi məqsədi ilə Ağdaş RPŞ-yə gətirilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə verilmiş Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da azad edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs övlad 01 iyun 2009-cu ildə doğulmuş X2 18 yaşına çatana qədər onların saxlanılması üçün 06 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay 100 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Tərtər Rayon Məhkəməsinin 2(061)-2396/2017 saylı 02 oktyabr 2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 3(014)-290/2018 saylı, 01 avqust 2018-ci il tarixli ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə, Rayon Məhkəməsinin 3(014)-284/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə, AğAğdaş Rayon Məhkəməsinin 3(014)-78/2023 saylı, 06 fevral 2023-cü il tarixliqərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 gün müddətinə inzibati həbs edilməsinə və icra sənədi üzrə tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun məhkəmə istintaqından yayınmasını, zərəri ödəmək üçün real addımlar atmamasını isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 1 gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar