Məhkəmə qərarları › İş №1(014)-28/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-28/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-28/2022 19.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhslli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 25.11.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 6 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,43 qram, 4,49 qram, 3,82 qram, 5,76 qram, 4,96 qram və 3,17 qram şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkiləri 26,63 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək həmin kibrit qutularından 5 ədədini ümumi təmiz çəkisi 23,46 qram olan qurudulmuş marixuananı üzərində saxlayıb daşımış və həmin narkotik vasitələr 25.11.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Həmçinin, həmin tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan 1ində yerləşən evinə baxış keçirilən zaman həyət evinin otağından asılmış vəziyyətdə olan köynəyin döş cibindən qanunsuz olaraq, satış məqsədi ilə saxladığı 1 ədəd kibrit qutusunda, təmiz çəkisi 3,17 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisəndən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində əvvəllər evli olduğunu və 2007-ci ildə rəsmi olaraq boşandığını və bir azyaşlı övladının olduğunu və həmin uşağa görə aliment ödədiyini, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, 25.11.2021-ci il tarixdə təxminən saat 17:00 radələrində Ağdaş şəhəri İstiqlal küçəsində “Qəbələ dörd yolu” deyilən ərazidə piyada yol gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara qəngli gödəkçənin papağının içərisindən 5 ədəd kibrit qutusu, həmin gödəkçənin sol içəri cibindən 1 ədəd qara rəngli, “Mİ” markalı mobil telefon, 5 ədəd 20 manatlıq, 1 ədəd bir manatlıq və 1 ədəd 50 manatlıq pul əskinası, özünə məxsus yaşayış evinin açarları və əl dəsmalı aşkar olunduğunu, həmin kibrit qutusunun içərisində olan bitki kütləsinin narkotik tərkibli bitki olmasını və özü istifadə etdiyi üçün üzərində saxladığını bildirdiyini, həmin narkotik tərkibli bitki kütləsi olan kibrit qutularını tanımadığı şəxsdən aldığını bildirdiyini, daha sonra aşkar edilmiş kibrit qutularının elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 7,29 qram, 7,28 qram, 8,61 qram, 7,77 qram və 6,60 qram olduğunu, üzərindən aşkar edilmiş 5 ədəd kibrit qutusu və özünə məxsus mobil telefon ayrı-ayrı olmaqla 2 ədəd zərfdə qablaşdırıldığını və üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, daha sonra özünə məxsus ünvan 1ində yerləşən yaşayış evinə onun, polis əməkdaşlarının, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin otağında divardan asmış olduğu göy rəngli köynəyin cibindən 1 ədəd kibrit qutusu və sellofan büküm aşar olunduğunu, həmin kibrit qutusunun içərisindəki bitki kütləsinin narkotik tərkibli bitki olmasını və ona məxsus olduğunu, həmçinin sellofanın içərisində olan toxumların narkotik tərkibli çətənə bitkisinin toxumları olmasını bildirdiyini, bundan sonra ona məxsus yaşayış evindən aşkar edilmiş 1 ədəd kibrit qutusu və sellofan büküm 1 ədəd zərfdə qablaşdırıldığını və üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı foto şəkillər çəkildiyini və protokol tərtib olunduğunu, üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin 5 ədəd kibrit qutusunda olan narkotik maddəni saxlanıldığı gün, yəni 25.11.2021-ci il tarixdə günorta saatlarında Ağdaş şəhərində avtovağzalın yaxınlığında dəqiq xatırlamadığı yerdə tanımadığı şəxsdən aldığını, həmin kibrit qutusunda olan narkotik tərkibli bitkini də tanımadığı şəxsdən aldığını, həmin şəxsdən ümumilikdə 6 ədəd kibrit qutusu narkotik vasitə aldığını, həmin 6 qutudan 1 ədədini evində 5 ədədini də üzərində istifadə etmək üçün saxladığını, bitki toxumları isə narkotik tərkibli bitkinin toxumları olduğunu və həmin toxumların kibrit qutusunda olan bitkinin içərisindən topladığını, narkotik maddə tapa bilmədikdə həmin toxumlardan istifadə etdiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını, narkotik vasitəni aldığı şəxsi əvvəllər tanımadığını, adını və kim olmasını da bilmədiyini, həmin şəxsi Ağdaş şəhərində avtovağzalın yaxınlığında gördüyünü, onunla söhbət zamanı narkotik vasitə axtardığını bildirdiyini, həmin şəxsin də ona özündə narktoik vasitə olduğunu və ona sata biləcəyini bildirdiyini göstərmişdir. Üzərində narkotik daşıdığı üçün əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 25.11.2021-ci il tarixdə Ağdaş rayonunun Kotanarx kəndində qeydiyyatda olan xx.xx.1968ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı evində saxlaması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 17:00 radələrində Şahid2 ilə birlikdə Ayazı İstiqlal küçəsində “Qəbələ dördyolu” deyilən yerdə piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞyə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Ayazın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ayazın əynində olan qara rəngli gödəkçənin papağının içərisindən 5 ədəd kibrit qutusu, həmin gödəkçənin sol içəri cibindən 1 ədəd qara rəngli, “Mİ” markalı mobil telefon, 5 ədəd 20 manatlıq, 1 ədəd bir manatlıq və 1 ədəd 50 manatlıq pul əskinası, Ayaz məxsus yaşayış evinin açarları və əl dəsmalı aşkar olunduğunu, aşkar olunmuş 5 ədəd kibrit qutuları açılan zaman içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar olunduğunu, Ayaz həmin kibrit qutusunun içərisində olan bitki kütləsinin narkotik tərkibli bitki olmasını və özü istifadə etdiyi üçün üzərində saxladığını bildirdiyini, Ayaz həmin narkotik tərkibli bitki kütləsi olan kibrit qutularını tanımadığı şəxsdən aldığını bildirdiyini, daha sonra aşkar edilmiş kibrit qutuları elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 7,29 qram, 7,28 qram, 8,61 qram, 7,77 qram və 6,60 qram olduğunu, aşkar edilmiş 5 ədəd kibrit qutusu və Ayaza məxsus mobil telefon ayrı-ayrı olmaqla 2 ədəd zərfdə qablaşdırıldığını və üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, daha sonra Ayaza məxsus ünvan 1ində yerləşən yaşayış evinə onun, Şahid2, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirlidiyini, baxış zamanı Ayazın yaşadığı evin otağında divardan asmış olduğu göy rəngli köynəyin cibindən 1 ədəd kibrit qutusu və sellofan büküm aşar olunduğunu, aşkar olunmuş 1 ədəd kibrit qutuları açılan zaman içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar olunduğunu, Ayaz həmin kibrit qutusunun içərisindəki bitki kütləsinin narkotik tərkibli bitki olmasını və ona məxsus olduğunu, həmçinin sellofanın içərisində olan toxumların narkotik tərkibli çətəcə bitkisinin toxumları olmasını bildirdiyini, bundan sonra Ayaza məxsus yaşayış evindən aşkar edilmiş 1 ədəd kibrit qutusu və sellofan büküm 1 ədəd zərfdə qablaşdırıldığını və üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, Ayaz və digər iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etdiklərini, ilkin sorğu zamanı Ayaz həmin narkotik maddəni təxminən 25.11.2021-ci il tarixdə tanımadığı şəxsdən aldığını və özü isitfadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, həmçinin evində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, həmin vaxt orada özü, Müdafiəçi, CAB-nin əməliyyat müvəkkili Şahid2 olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını, evinə baxış keçirilən zaman orada hal şahidləri olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, 25.11.2021-ci il tarixdə il tarixdə təxminən saat 18:25 radələrində yaşadığı ünvan 1ində küçədən keçərkən iki nəfər polis əməkdaşının ona yaxınlaşıb özlərini təqdim edərək ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriliəcəyini və həmin baxışda da onun da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, özünün də etiraz etməyib onlarla Təqsirləndirilən şəxs evinə gəldiyini, orada özündən başqa bir nəfər də hal şahidi dəvət edildiyini, baxış zamanı onlardan əlavə müdafiəçi də iştirak etdiyini, baxışa başlamazadan əvvəl Təqsirləndirilən şəxs evində saxladığı qanunsuz əşya və predmetləri könüllü olaraq stolun üstünə qoymağı ona təklif etdiklərini, Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evdə divardan asılmış göy rəngli cins köynəyinin cibində saxladığı 1 ədəd kibrit qutusunu və sellofan bükümü könüllü olaraq stolun üstünə qoyduğunu, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyini və başqa qanunsuz heç bir əşya aşkar edilmədiyini, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi kibrit qutusunun içərisindəkinin narkotik tərkibli bitki olmasını, həmçinin sellofan bükümün içərisində olan toxumların isə narkotik tərkibli bitki toxumlarının olmasını və həmin toxumlardan narkotik maddə tapmadığı zaman istifadə etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd kibrit qutusu və sellofan büküm açıldığını, 1 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitəyə oxşar bitki kütləsi, həmçinin 1 ədəd sellofan bükümdə qara rəngli bitki toxumları aşkar edildiyini, aşkar edilmiş 1 ədəd kibrit qutusu və 1 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 5,76 qram və 4,28 qram olduğunu, 1 ədəd kibrit qutusu və 1 ədəd sellofan büküm zərfə qablaşdırıldığını və üzərinin DİN-in 111 nömrəli möhürü ilə möhürləndiyini, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyini, baxış zamanı başqa heç bir şey aşkar edilmədiyini, baxış keçirilməsinə dair protokol tərtib edildiyini və fotoşəkillər çəkildiyini, protokol tərtib olarkən heç bir şikayət və əlavəsinin olmadığını, tərtib edilmiş protokolu imzalarla təsdiq elədiklərini, Ayazla eyni kənddə yaşasalar da onu tanımadığını və onunla da heç bir münasibətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Ayazın əynində olan qara rəngli gödəkçənin papağının içərisindən 5 ədəd kibrit qutusu, həmin gödəkçənin sol içəri cibindən 1 ədəd qara rəngli, “Mİ” markalı mobil telefon, 5 ədəd 20 manatlıq, 1 ədəd bir manatlıq və 1 ədəd 50 manatlıq pul əskinası, Ayaz məxsus yaşayış evinin açarları və əl dəsmalı aşkar olunmuş, aşkar olunmuş 5 ədəd kibrit qutuları açılan zaman içərisindən yaşıl rəngli kəskin iyli bitki kütləsi aşkar olunmuş, Ayaz həmin kibrit qutusunun içərisində olan bitki kütləsinin narkotik tərkibli bitki olmasını və özü istifadə etdiyi üçün üzərində saxladığını bildirmiş, Ayaz həmin narkotik tərkibli bitki kütləsi olan kibrit qutularını tanımadığı şəxsdən aldığını bildirmiş, daha sonra aşkar edilmiş kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 7,29 qram, 7,28 qram, 8,61 qram, 7,77 qram və 6,60 qram olmuş, aşkar edilmiş 5 ədəd kibrit qutusu və Ayaza məxsus mobil telefon ayrı-ayrı olmaqla 2 ədəd zərfdə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, özü və digər iştirakçılar həmin zərfə imza etmişlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 26 noyabr 2021-ci il tarixli, 17/824 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd kibrit qutusu...” sözləri yazılmış zərfin içərisindəki 05(beş) ədəd kibrit qutularında, ayrı ayrılıqda təmiz çəkiləri – 4,43 qram, 4,49 qram, 3,82 qram, 5,76 qram, 4,96 qram, ümumi təmiz çəkisi -23,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki: -01(bir) kibrit qutusunda, təmiz çəkisi – 3,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. 1 (bir) ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi – 3,75 qram olan bitki mənşəli toxumları, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş 1 ədəd zərfin içərisindəki 05(beş) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ilə digər 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 18.01.2022-ci il tarixli 165 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1ci hissəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Xalq Məhkəməsinin 14.01.1994-cü il tarixli hökmü ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.01.1995-ci ildə Bakı şəhər Qaradağ Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün şərti azad edilmiş, 26.04.1997-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, Leninqrad vilayəti Lujski Şəhər Məhkəməsinin 21.11.2007-ci il tarixli hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon, Kotanarx kəndində yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli, 4(014)-95/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 25 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 26,51 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 26,51 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra, Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar