Məhkəmə qərarları › İş №1(014)-28/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-28/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-28/2024 14.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru vəzifəsini icra edən, İİİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1989-cu ildə Ağdaş rayonunun Kükəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Kükəl kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 17 oktyabr 2019-cu il tarixdən başlayaraq 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 dekabr 2015-ci il tarixdə anadan olmuş X4 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110,00 manat olmaqla, cəmi 220,00 manat məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulmasına dair Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(014)- 1909/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 21 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyətilə 5824,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 08 yanvar 2012-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 27 yanvar 2013-cü il tarixdə Aysu, 15 oktyabr 2014-cü il tarixdə Mehbarə, 12 dekabr 2015-ci il tarixdə isə Gülay adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan Gülnarla ayrılmışlar. Məhkəmə qətnaməsi ilə Aysu adlı övladları onun himayəsində, Mehbarə və Gülay adlı övladları isə Gülnarın himayəsində saxlanılmışlar. Faktiki olaraq bir müddət ayrı yaşadıqdan sonra Gülnar aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsi ondan 17 oktyabr 2019-cu il tarixdən başlayaraq 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 dekabr 2015-ci il tarixdə anadan olmuş X4 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110,00 manat olmaqla, cəmi 220,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 15 noyabr 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Özünün rəsmi iş yeri yoxdur, fəhləliklə məşğul olur və qazancı gördüyü işə uyğun olaraq ayda 300- 400 manat təşkil edir. Qazancı ilə şəxsi təlabatını, həmçinin himayəsində qalan uşağın maddi təlabatını ödəmişdir. Lakin imkanı daxilində ödənişlər etsə də, maddi imkanı zəif olduğundan aliment məbləğini tam olaraq ödəyə bilməmişdir. Buna görə də 5824,00 (beş min səkkiz yüz iyirmi dörd) manat məbləğində aliment borcu yaranmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs olan 5824,00 (beş min səkkiz yüz iyirmi dörd) manat məbləğində aliment borcu atası tərəfindən tam ödənilmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin ifadəsi və cinayət işinə əlavə edilmiş digər materiallarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 08 yanvar 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 27 yanvar 2013-cü il tarixdə Aysu, 15 oktyabr 2014-cü il tarixdə Mehbarə, 12 dekabr 2015-ci il tarixdə Gülay adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan Müşfiqlə ayrılmışlar. Məhkəmə qətnaməsi ilə Aysu adlı uşaq atası Müşfiqin himayəsində, Mehbarə və Gülay adlı övladları isə onun himayəsində saxlanılmışlar. Faktiki olaraq ayrılıb xeyli müddət ayrı yaşamaqlarına baxmayaraq Müşfiq onun himayəsində qalmış uşaqlarla maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağdaş Rayon Məhkəməsi Təqsirləndirilən şəxs 17 oktyabr 2019-cu il tarixdən başlayaraq 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 dekabr 2015-ci il tarixdə anadan olmuş X4 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110,00 manat olmaqla, cəmi 220,00 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair 15 noyabr 2019-cu il tarixli qətnamə çıxarmışdır. İlk vaxtlar icra məmurları tərəfindən görülmüş tədbirlər nəticəsində Müşfiq müəyyən edilmiş alimenti ödəsə də, sonradan ödənişləri dayandırmış və son iki ilə yaxın müddətdir ki, ödəniş etmir. Halbuki, Müşfiq tikintidə usta işləyir, həmçinin təsərrüfatla da məşğul olur və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq alimenti ödəmir. Uşaqlar məktəblidirlər və onların maddi tələbatları hazırda xeyli artmışdır. Təkbaşına uşaqlara baxmaqda çətinliklər çəkir. Maddi vəziyyətləri ağır olduğundan müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Müşfiq yenə də alimenti ödəmir, ümumiyyətlə uşaqlarla maraqlanmır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Bir neçə dəfə Müşfiqlə telefon əlaqəsi saxlayıb maddi çətinliklərini ona bildirmiş və alimenti ödəməyini istəmişdir. Lakin Müşfiq uşaqlardan birinin onun himayəsində olduğunu əsas gətirərək alimenti ödəməyəcəyini bildirmişdir. Odur ki, uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixədək yaranmış cəmi 5824,00 manat məbləğində aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ona olan borcunu tam olaraq ödədiyi nəzərə alınaraq onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs 5824,00 manat aliment borcunu tam olaraq ödədiyinə görə onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs daha sonra Təqsirləndirilən şəxs ona ödənilən aliment pulunu tam şəkildə alması, ondan heç bir şikayət və tələbinin olmaması və cinayət işinə xitam verilməsi barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkməsinin 2(014)-1909/2019 saylı 15 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2019cu il tarixdən başlayaraq 15 oktyabr 2014-cü ildə anadan olmuş X5 və 12 dekabr 2015-ci ildə anadan olmuş X7 18 yaşına çatana qədər saxlanılmaları üçün X3 xeyrinə hər ay hər uşaq üçün 110 manat, cəmi 220 (iki yüz iyirmi) manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan bildirişlərdən, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 3(014)-391/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(014)- 1909/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartatekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Məhkəmə baxışında Dövlət ittihamçısı çıxış edərək göstərdi ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bidirdi ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsi tamamilə icra olunmuşdur və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qanunvericiliyin qeyd edilən müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olması, yəni həmin maddənin qeydinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etməsi əsası ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar